Məhkəmə qərarları › İş №2-1(103)-4905/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4905/2025

11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4905/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın icra edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli e-2-1(112)-16557/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)- 333/2023 saylı qərarının dərhal icrasının təmin edilməsi; İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillərə təyin olunan müvafiq pensiya (İİ qrup) və Azərbaycan Respublikası Prezidentinin təqaüdü (İİ qrup) üzrə bütün ödənişlərin, həm cari dövr, həm də indiyədək ödənilməmiş borcların tam şəkildə ödənilməsi; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməsinin 2.1.5-ci bəndinə, “Əlillik” (TSERAS) altsistemi və “e-sosial” portalının əsasnaməsinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1518/2023 saylı qərarı ilə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-333/2023 saylı qərarına əsasən, “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”ndə ona aid olan təhrif olunmuş məlumatların korrektə olunaraq həqiqəti əks etdirməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək aşağıdakıları tələb etmişdir: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-333/2023 saylı qərarı ilə onun pensiya və sosial müavinətlər üzrə hüquqları bərpa olunub. Lakin bu qərar bu günədək icra edilməmişdir. Buna görə də Nazirlikdən xahiş etmişdir: 1. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının dərhal icrasını təmin etsin; 2. Onun — müharibə əlili (İİ qrup) kimi — həm aylıq pensiya və müavinətləri, həm də bu günədək ödənilməmiş bütün borclar tam həcmdə ödənilsin. Lakin Nazirliyin 11 sentyabr 2025-ci il tarixli cavab məktubunda bu tələblər əsassız olaraq rədd edilmişdir. Nazirlik öz mövqeyini ikinci cavabdeh olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (TSERA) “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nə daxil etdiyi təhrif olunmuş məlumatlara əsaslandırmışdır. Bu hərəkətlərlə aşağıdakı qanun pozuntularına yol verilmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi; “İnzibati icraat haqqında” Qanunun müvafiq müddəaları. İİ. İkinci cavabdehin hərəkətləri TSERA, onun Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-333/2023 saylı qanuni qüvvəyə minmiş qərar əsasında verdiyi ərizəyə cavab verməmiş, “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”ndə mövcud olan təhrif olunmuş məlumatların düzəldilməsini təmin etməmişdir. Bu isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin elektron informasiya sistemlərində məlumatların təhrif olunması ilə bağlı müddəalarının pozulmasına dəlalət edir. Cavabdeh iş üzrə yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – Agentlik) qarşı “üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim P.A.Hüseynov) 6 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1316/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-532/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 2-1(112)- 1316/2021 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 2-1(102)- 1091/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilmiş, iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı Agentliyin hərəkətləri qanunsuz hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2016-cı ildə qiymətləndirilmiş, ona 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, lakin təyin edilmiş əlilliyin müddəti bitməmiş (xx.xx.2019cu və xx.xx.2020-ci ildə) iddiaçıya heç bir məlumat vermədən, iştirakını təmin etmədən cavabdeh onun əlilliyinin dərəcəsinin, müddətinin və səbəbinin dəyişdirilməsi nəticəsinə gəlmişdir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 05 iyul 2023cü il tarixli 2-1(102)-1518/2023 nömrəli qərarı ilə Agentliyin kassasiya şikayəti təmin edilməmişdir. Qeyd edilən məhkəmə qərarlarının icrası məqsədi ilə Hüquq şöbəsi tərəfindən 3-17-4/3-1-19642/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “Xidməti məruzə” hazırlanmış və “İddiaçı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə (yəni xx.xx.2021-ci tarixədək olan müddətə) təyin edilmiş ikinci dərəcəli əlilliyin bərpa edilməsi üçün aidiyyəti struktur bölməyə göstəriş verilməyi” xahiş edilmişdir. Həmçinin İddiaçı “əlilliyin müddətsiz hesab edilməsi” tələbinə dair iddia qaldırmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)-1152/2023 nömrəli qərardadı ilə iddia mümkünsüz sayılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2- 1(102)- 1370/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Daha sonra İddiaçı Agentliyə qarşı “məhkəmə qərarının icra edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin e-2- 1(112)-12472/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qeyd edilən Qərardad Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1025/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadı ilə qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(102)-1406/2025 nömrəli Qərardadı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi Agentlik tərəfindən İddiaçıla bağlı məhkəmə qərarları tam icra edilmişdir. İddianı mümkünsüz hesab olunması xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16557/2025 nömrəli, 21 noyabr 2025-ci il tarixli qərardadı ilə (hakim G.Tanrıverdiyeva) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun pensiyasının verilməsi, Prezident təqaüdünün təyin edilməsi, TSERAS məlumatlarının korrektə edilməsi, kompensasiya və borcların ödənilməsi, həmçinin xx.xx.2023 tarixli Apellyasiya Məhkəməsi qərarının tam icrası barədə heç bir sübut araşdırmadan yalnız cavabdehin “icra olunub” ifadəsinə istinad etmişdir. İcra faktı barədə sübut yükü cavabdehdədir. Lakin cavabdeh heç bir real ödəniş qəbzi, pensiya kartı, təqaüd əmri, TSERAS çıxarışı və tibbisosial reyestr üzrə akt təqdim etməmişdir. Məhkəmə isə qanunsuz olaraq sübut yükünü mənim üzərimə qoymuşdur. Məhkəmə xx.xx.2023 tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarının hüquqi nəticələrini nəzərə almamışdır Həmin qərar onun hüquqi statusunu bərpa edən və Agentliyin hərəkətsizliyini qanunsuz elan edən aktdır. Bu qərarın icrası hüquqi statusun bərpası, müvafiq sənədlərin TSERAS və DSMF-də işlənməsi, pensiya və Prezident təqaüdünün ödənilməsi və sosial təminat hüququnun tam təmin olunmasını nəzərdə tutur. Birinci instansiya bu hüquqi nəticələri tanımamışdır. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərə görə: 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi, yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1316/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup, müddətsiz, əmək qabiliyyətinə yararsız əlil kimi xx.xx.2016-cı ildən dövlət qeydiyyatına alınması barədə tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2- 1(103)-333/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1316/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilmiş, iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-1518/2023 nömrəli Qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2- 1(103)-333/2023 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. İddiaçı hazırkı iddiasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarının icrası ilə bağlı qərar qəbul edilməsini xahiş edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarının icrası ilə bağlı hüquqi marağına çatmaq üçün iddiaçı düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Belə ki, məhkəmə qərarının icrasına həmin qərar üzrə məcburi icra tədbirləri nəticəsində, həmin işin icrası qaydasında baxıla bilər və ayrıca iddia şəklində ərizənin verilməsi mümkünsüzdür. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aşağıdakı tələblərin təmin edilməsini xahiş etmişdir: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 21(103)-333/2023 nömrəli qərarının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən icra olunması: 1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi hər iki: 1) xx.xx.2019cü il tarixli 3-cü dərəcəli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyinatı; 2) xx.xx.2020-ci il tarixli 3-cü dərəcəli ümumi müddətsiz əlillik təyinatının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)- 333/2023 nömrəli qərarına əsasən qanunsuz əlverişsiz inzibati aktlar kimi inzibati icraat qaydasında ləğv olunması; 2. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunu - maddə 67.3 uyğun olaraq xx.xx.2019-cü il tarixli və xx.xx.2020-ci il tarixli 3-cü dərəcəli qanunsuz əlverişsiz əlillik təyinatlarının qüvvəyə mindikləri andan İddiaçı pozulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ (iki) dərəcəli müddətsiz əlillik təyinatı o tarixlərdə qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2.-cü bəndinə əsasən 08 noyabr 2016-cı il tarixindən bərpa olunması; 3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarına əsasən xx.xx.2021-il tarixli apellyasiya şikayətinin tələbi olan İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ (iki) dərəcəli müddətsiz əlilliyinin təyinatı (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2.-cü bəndi) 08 noyabr 2016-cı il tarixindən inzibati aktla təsdiqlənməsi. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli e-2-1(112)-12472/2024 nömrəli qərardadı ilə iddiaçının yuxarıda qeyd edilən iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1025/2025 saylı, 28 yanvar 2025-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli e-2-1(112)-12472/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-1406/2025 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2-1(103)-1025/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, istər əvvəlki istərsə də indiki məhkəmə mübahisəsinin predmeti qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 21(103)-333/2023 nömrəli qərarının icrası ilə bağlı olduğundan və həmin iddia mümkün sayılmadığından, hazırkı iddiada hər hansı yeni əsaslara istinad edilmədiyindən və iddia tələbi dəqiqləşdirilmədiyindən ona hazırda baxılması mümkün deyildir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli e-2-1(112)-16557/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar