Məhkəmə qərarları › İş №2-1(103)-491/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-491/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-491/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X37 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X14 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" MTK və X40) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1661/2022 nömrəli 23 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X53 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binanın 20 Yanvar Metrostansiyası istiqamətindən həyətinə daxil olduqda 3-cü giriş (blok), 7-ci mərtəbə, pilləkənlə çıxdıqda sağ tərəfdə yerləşən, 1 yaşayış otaqlı olmaqla sahəsi 54,2 kv.m olan 72 nömrəli mənzilə və həmin binanın 20 Yanvar Metrostansiyası istiqamətindən həyətinə daxil olduqda 2-ci giriş (blok), 10-cu mərtəbə, pilləkənlə çıxdıqda sağ tərəfdə yerləşən, 4 yaşayış otaqlı olmaqla, ümumi sahəsi 131,9 kv.m olan 46 nömrəli mənzilə iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1661/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim Orxan Həsənov) iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, X53 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binanın 20 Yanvar Metrostansiyası istiqamətindən həyətinə daxil olduqda 3-cü giriş (blok), 7-ci mərtəbə, pilləkənlə çıxdıqda sağ tərəfdə yerləşən, 1 yaşayış otaqlı olmaqla 54,2 kv.m olan 72 nömrəli mənzilə və həmin binanın 20 Yanvar Metrostansiyası istiqamətindən həyətə daxil olduqda 2-ci giriş (blok), 10-cu mərtəbə, pilləkənlə çıxdıqda sağ tərəfdə yerləşən, 4 yaşayış otaqlı olmaqla, ümumi sahəsi 131,9 kv.m olan 46 nömrəli mənzilə-iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1661/2022 nömrəli, 23 may 2022-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasında yerləşən 2, 5, 7, 6a, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillər üzərində (birgə mülkiyyət üzrə) hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2020-ci il tarixli və ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli ərizələr ilə İdarəyə müraciət etmişlər. Qeyd olunan ünvanda yerləşən mənzillərə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Aparılan araşdırma zamanı qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasında yerləşən 53 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin (X40) adına qeydiyyata alındığı müəyyən edilmişdir. Lakin qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasında yerləşən mənzillərin sıra nömrələri bir neçə dəfə dəyişdiyindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzillərlə iddiaçıların iddia etdiyi mənzillərin eyni olduğunu müəyyən etmək mümkün olmamışdır. Həmçinin ərizəyə əlavə edilmiş məhkəmə aktları ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamış və əlavə olunan iş üzrə İdarə tərəf qismində cəlb edilməmişdir. İdarənin mütəxəssisi tərəfindən verilmiş rəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, X53 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binada 20 Yanvar metrostansiyası istiqamətindən həyətə daxil olduqda 1-ci (yeni nömrə ilə 3) giriş (blok) 7-ci mərtəbə, pilləkənlə çıxdıqda sağ tərəfdə yerləşən 19 nömrəli mənzil yeni qaydalarla 3-cü giriş, 7-ci mərtəbədə yerləşən 72 saylı mənzildir. Mənzilin sahəsi 54.2 kv.m təşkil edir. Binanın 20 Yanvar metrostansiyası istiqamətindən həyətə daxil olduqda 2-ci giriş (blok) 10- cu mərtəbə, pilləkənlə çıxdıqda sağ tərəfdə yerləşən 53 nömrəli mənzil yeni qaydalarla 2-ci giriş, 10-cu mərtəbədə yerləşən 46 saylı mənzildir. Mənzilin sahəsi 131.9 kv.m təşkil edir. Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı1 və İddiaçı2 iddia tələbini təmin etmişdir. Bu səbəbdən də həmin Məhkəmə tərəfindən qəbul olunmuş 23 may 2022-ci il tarixli, 2-1(112)-1661/2022 nömrəli qərar ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X34 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd olunur: ünvan 2 ünvanda inşa edimiş yaşayış binasında yerləşən 2, 5, 7, 6a, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillər üzərində (birgə mülkiyyət üzrə) hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2020-ci il tarixli və ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə tərəfimizfən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, qeyd olunan ünvanda yerləşən mənzillərə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Aparılan araşdırma zamanı, qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasında yerləşən 2, 7, 25, 26, 38, 43, 53, 65, 69, 75 saylı mənzillərin daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxslərin adına qeydiyyata alındığı müəyyən edilmişdir. Lakin, qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasında yerləşən mənzillərin sıra nömrələri bir neçə dəfə dəyişdiyindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzillərlə Sizin iddia etdiyiniz mənzillərlə eyni olduğunu müəyyən etmək mümkün olmamışdır. Həmçinin bildiririk ki, ərizənizə əlavə etdiyiniz məhkəmə aktları ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamış və əlavə olunan iş üzrə İdarə tərəf olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli XO-xx-xx-2021-03567 nömrəli məktubla Bakı şəhəri, Yasamal rayonu, X60 küçəsi 2 ünvanında "xxxx" MTK-ya məxsus binanın Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq verilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli 289 nömrəli “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə”nin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd olunan icazənin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, xx.xx.2019-cu il tarixindən yaşayış binasının istismarına icazə verilmişdir (Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Kənar Dairəvi küçəsi, 3 girişli, zirzəmili, 10 (+marsarda) mərtəbəli yaşayış binası). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-871/13 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar azyaşlı İddiaçı1 və X1 qanuni nümayəndəsi Rüstəmova Venera Əhəd qızının X15 qarşı «mənzillərin təhvil verilməsi» tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X23 cavabdehlər X8 hüquqi varisi Rüstəmova Venera Əhəd qızına və X15 qarşı «müqavilə öhdəliklərinin yerinə yetirilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3868/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı, azyaşlı İddiaçı1 və X1 qanuni nümayəndəsi Rüstəmova Venera Əhəd qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı, azyaşlı İddiaçı1 və X1 qanuni nümayəndəsi Rüstəmova Venera Əhəd qızının cavabdeh X15 qarşı mənzillərin təhvil verilməsi tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X23 cavabdeh X15 qarşı xx.xx.2007-ci il tarixli çoxmərtəbəli yaşayış binasından pay barədə müqavilənin etibarsız hesab edilməsi və xx.xx.2005-ci il tarixli çoxmərtəbəli yaşayış binasından pay barədə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddiaların təmin edilməməsi hissəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin həmin qətnamədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2013-cü il tarixli qərardadı ilə iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X23 iddiadan imtinası təsdiq edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X23 cavabdeh Rüstəmova Venera Əhəd qızına qarşı xx.xx.2007-ci il tarixli çoxmərtəbəli yaşayış binasından pay barədə müqavilənin etibarsız hesab edilməsi və xx.xx.2005-ci il tarixli çoxmərtəbəli yaşayış binasından pay barədə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4532/13 nömrəli xx.xx.2013-cü il tarixli qərarından görünür ki,iddiaçıların qanuni nümayəndəsi Rüstəmova Venera Əhəd qızının kassasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nin xx.xx.2013-cü il tarixli qətnaməsi Cəfərsadıq Rüstəmzadə və İddiaçı1 iddialarının rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1868/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar azyaşlı İddiaçı1 və X1 qanuni nümayəndəsi Rüstəmova Venera Əhəd qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-871/2013 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X15 (üçüncü şəxs X24) qarşı mənzillərin təhvil verilməsi tələblərinə dair iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, X53 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 16, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillərin cavabdeh tərəfindən iddiaçılara təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2817/14 nömrəli xx.xx.2014-cü il tarixli qərarından görünür ki, X32 və X35 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1868/2014 nömrəli xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2014-cü il tarixli 2(103)-1868/2014 saylı qətnaməsi aşağıdakı kimi izah edilmişdir: Bakı şəhəri, Yasamal rayonu, X53 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 16, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillər cavabdeh tərəfindən iddiaçıların sahiblik və istifadəsinə verilsin. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2953/2015 nömrəli xx.xx.2015-ci il tarixli qərarından görünür ki, iddiaçılar X9, X10, Əİiyev Elçin Kamil oğlunun, X16, X5, X17, X22, X25, X26, X11, X27, X28, X18, X19, X29, X2, X20, X3, X6 cavabdeh Yasamal rayon İcra Şöbəsinə qarşı 3-cü şəxslər Rüstəmova Rövşən qızının və İddiaçı2 qanuni nümayəndəsi Rüstəmova Venera Əhəd qızı, X33, X12, X41 işə cəlb olunmaqla Yasamal Rayon İcra şöbəsinin icra məmurlarının hərəkətləri qanunsuz hesab edilməklə, Bakı şəhəri, Yasamal rayonu, X60 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binanın sakinlərinin mənzillərdən çıxarılmaqlarına dair inzibati aktın və ondan irəli gələn bütün hüquqi nəticələrinin ləğv edilməsi barədə iddiaları rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1750/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərarından görünür ki, iddiaçı X36 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı iddiaçı X30 münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3406/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh Rüstəmova Venera Əhəd qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Rüstəmova Venera Əhəd qızının ünvan 6 ünvanında yerləşən binanın 2-ci blokunun 10-cu mərtəbəsində olan 52 saylı mənzildən çıxarılması və ünvan 6 ünvanda yerləşən binanın 2-ci blokunun 10-cu mərtəbəsində olan 52 saylı mənzilin boşaldılaraq iddiaçı X7 təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11978/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Rüstəmova Venera Əhəd qızının apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3406/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv olunmun və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X4 cavabdeh X31 qarşı, Bakı şəhəri Yasamal Rayon İcra və Probasıya şöbəsinin, "xxxx" MTK-nın və X16 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3573/20 nömrəli xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddiaçı X21 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11978/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində bildirilir ki, ünvan 7 ünvanında yerləşən 10 mərtəbəli binada 20 Yanvar metrostansiyası istiqamətindən həyətə daxil olduqda 1-ci (yeni nömrə ilə 3) giriş (blok) 7-ci mərtəbə, pilləkənlə çıxdıqda sağ tərəfdə yerləşən 19 nömrəli mənzil Yasamal Rayon İcra şöbəsinin icra sənədinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 Rüstəm oğluna təhvil verilmişdir. Yeni qaydalarla mənzil 3-cü giriş, 7-ci mərtəbədə yerləşən 72 (köhnə mənzil nömrəsi ilə 19) saylı mənzildir. Həmin binanın 20 Yanvar metrostansiyası istiqamətindən həyətə daxil olduqda 2-ci giriş (blok), 10-cu mərtəbə, pilləkənlə çıxdıqda sağ tərəfdə yerləşən 53 nömrəli mənzil Yasamal Rayon İcra şöbəsinin icra sənədinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 Rüstəm oğluna təhvil verilmişdir. Yeni qaydalarla mənzil 2-ci giriş, 10cu mərtəbədə yerləşən 46 (köhnə mənzil nömrəsi ilə 53) saylı mənzildir. Yuxarıda qeyd olunan mənzillərin uyğun olaraq sahələri 3-cü girişdə yerləşən 72 saylı mənzil 1 yaşayış otaqlı ümumi sahəsi 54,2 kv.m-dir, 2-ci giriş 46 saylı mənzil 4 yaşayış otaqlı ümumi sahəsi 131,9 kv.m-dir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. İşin faktiki hallarından görünür ki, iddiaçılar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçılara təhvil verilmiş yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda yerləşən mənzillərə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir, mənzillərin daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxslərin adına qeydiyyata alınmışdır, lakin qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasında yerləşən mənzillərin sıra nömrələri bir neçə dəfə dəyişdiyindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzillərlə iddaçının iddia etdiyi mənzillərin eyni olduğunu müəyyən etmək mümkün deyildir, həmçinin məhkəmə aktları ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamış və İdarə tərəf olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1868/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X53 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı bir neçə mənzil, o cümlədən hazırda mübahisələndirilən iki mənzilin (19 və 53 nömrəli) iddiaçılara təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1868/2014 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin qətnaməyə qeyd olunan mənzillərin iddiaçıların sahiblik və istifadəsinə verilməsi kimi izah verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1868/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsində iddiaçıların miras qoyan Rövşən Rüstəmovun birinci növbəli vərəsəsi olması, iddiaçıların məhz podrat müqaviləsinə əsasən həmin şəxsə verilməli olan əşyaları tələb etməsi nəzərə alınaraq iddia təmin edilmiş, Ş.Hüseynov (cavabdeh) və R.N.Rüstəmov (iddiaçıların atası) arasında şifahi razılaşma əsasında podrat müqaviləsinin bağlanıldığı, müqaviləyə əsasən 20 mənzilin, eləcə də hazırda mübahisə predmeti olan 2 mənzilin R.Rüstəmovun, yəni iddiaçıların atalarının sərəncamına verilməsi öhdəliyinin mövcudluğu müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların atası podrat müqaviləsindən irəli gələn öhdəliklərini icra etmiş və göstərilən mənzillərin təhvil alınması hüququna malik olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, ünvan 7 ünvanında yerləşən 10 mərtəbəli binada 20 Yanvar metrostansiyası istiqamətindən həyətə daxil olduqda 1-ci (yeni nömrə ilə 3) giriş (blok) 7-ci mərtəbə, pilləkənlə çıxdıqda sağ tərəfdə yerləşən 19 nömrəli mənzil və həmin binanın 20 Yanvar metrostansiyası istiqamətindən həyətə daxil olduqda 2-ci giriş (blok), 10-cu mərtəbə, pilləkənlə çıxdıqda sağ tərəfdə yerləşən 53 nömrəli mənzil Yasamal Rayon İcra şöbəsinin icra sənədinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 Rüstəm oğluna təhvil verilmişdir, yeni qaydalarla 19 saylı mənzil 3-cü giriş, 7-ci mərtəbədə yerləşən 72 (köhnə mənzil nömrəsi ilə 19) saylı mənzildir (1 yaşayış otaqlı ümumi sahəsi 54,2 kv.m) və 53 saylı mənzil 2-ci giriş, 10-cu mərtəbədə yerləşən 46 (köhnə mənzil nömrəsi ilə 53) saylı mənzildir (4 yaşayış otaqlı ümumi sahəsi 131,9 kv.m). Beləliklə, məhkəmə qərarı ilə iddiaçılara təhvil verilən əvvəlki nömrələri 19 və 53 olan mənzillərin iddiaçılara təhvil verildiyi, yəni sahiblik və istifadələrinə verildiyi və yeni mənzil nömrələrinin müvafiq olaraq 72 və 46 olduğu müəyyən edilmişdir. Həmin mənzillər hazırda iddiaçıların qanuni sahibliyində və istifadəsindədir. Həmin mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, qeyd olunan yaşayış binasının istismarına icazə sənədi vardır. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir, həmin dəlillər birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1661/2022 nömrəli, 23 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar