Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4913/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin dəfn üçün müavinətin ödənilməsindən imtinasının qanunsuz hesab edilməsi və iddiaçıya dəfn üçün müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6357/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. AZ-İİ seriyalı 453410 nömrəli “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X11 3 sentyabr 2024-cü ildə ölmüşdür.
2. Bakı şəhəri Nərimanov rayonu Nərimanov bələdiyyəsinin C-913 nömrəli 10 sentyabr 2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan X10 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Mərhumun dəfn mərasimi oğlu ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı tərəfindən keçirilmişdir.
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X6 Fuad Zöhrab oğluna ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-C-301910/2024 nömrəli “Artıq ödənilmiş pensiya məbləği” haqqında məktubunda qeyd edilmişdir ki, vaxtilə Fondun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən mərhum X9 artıq ödənilmiş qalıq 5560,84 manat pul vəsaiti müəyyən olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qanunun 42.2-ci maddəsinə uyğun olaraq, Zöhrab Cəfərovun vəfat etməsi ilə əlaqədar iddiaçının Mərkəzi Filiala müraciətinə əsasən, ona ölkə üzrə minimum əmək pensiyasının (280,00 manat) üç misli məbləğində 840,00 manat dəfn üçün müavinət hesablanıb. Həmin dəfn üçün müavinət məbləği mərhum Zöhrab Cəfərova artıq ödənilmiş qalıq 5560,84 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib, qalıq artıq ödənilmiş pul vəsaiti 4720,84 manat təşkil edir. Qanunun 39.4-cü maddəsinə əsasən “borc ödənilib qurtarmamış əmək pensiyası və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin dəfn üçün müavinətin ödənilməsindən imtinasının qanunsuz hesab edilməsi və iddiaçıya dəfn üçün müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası İ qrup əlil X11 03 sentyabr 2024-cü ildə vəfat etmişdir və bununla əlaqədər dəfn xərcləri iddiaçı tərəfindən qarşılanmışdır. 27 sentyabr 2024-cü ildə dəfn xərclərinin qarşılanmasını təsdiq edən sənədlər əlavə edilməklə dəfn üçün müavinətin verilməsindən ötrü cavabdeh inzibati orqana müraciət olunmuşdur. İdarəyə müraciətindən uzun müddət keçməsinə baxmayaraq dəfn üçün müavinət ödənilmədiyindən 07 noyabr 2024-cü ildə təkrarən İdarəyə gedərək müraciətinin nəticəsi barədə məlumat almaq istədikdə, müavinətin verilməsindən imtina olunduğu bildirilmişdir. İmtinanın nə əsasla verildiyini göstərən yazılı sənəd tələb edərkən idarənin əməkdaşı mənə blank nömrəsi olmayan, imzasız, tarixsiz cavab məktubu təqdim etmiş və yalnıztəkid etdikdən sonra onu möhürlə təsdiq etmişdir. İdarənin məktubunda mərhum X7 artıq ödənilmiş pensiya məbləği mövcud olduğundan onun dəfni üçün mənim tərəfimdən çəkilmiş xərclərə görə müavinətin ödənilməsindən imtina olunmasına dair uydurma mövqe ifadə olunmuşdur. Cavabdeh inzibati orqanın hərəkətlərindən inzibati qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etmiş, lakin inzibati şikayətə baxılması zamanı qanunvericiliyin tələbləri pozulmuş, müraciəti baxılması üçün qərarından şikayət verilən inzibati orqana göndərilməklə, guya şikayətə baxılıb araşdırılmasına dair formal görüntü yaradılmışdır. Cavabdeh inzibati orqanın 25 dekabr 2024-cü ildə poçt vasitəsilə təqdim olunan 06 dekabr 2024-cü il tarixli, 3-17/1/2-C30/910/2024 nömrəli məktubunda göstərilmişdir ki, X4 vəfat etməsi ilə əlaqədar ölkə üzrə minimum əmək pensiyasının (280,00 manat) üç misli məbləğində 840,00 manat dəfn üçün müavinət hesablanıb. Həmin dəfn üçün müavinət məbləği məhrum X8 artıq ödənilmiş qalıq 5560,84 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib, qalıq artıq ödənilmiş pul vəsaiti 4720,84 manat təşkil edir. Beləliklə, cavabdeh inzibati orqanının mövqeyi əsassız və qanunsuz olduğundan, İddiaçı hüquqlarının və qanuni mənafeyinin müdafiəsi məqsədilə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə Təyinat Ərizəni imzalayan şəxs haqqında məlumat: İdarəsinin dəfn üçün müavinətin ödənilməsindən imtinasının qanunsuz hesab edilməli və dəfn üçün müavinətin ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmalıdır.
6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, vaxtilə Fondun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən iddiaçının mərhum atası X9 artıq ödənilmiş qalıq 5560,84 manat pul vəsaiti müəyyən olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qanunun 42.2-ci maddəsinə uyğun olaraq, Zöhrab Cəfərovun vəfat etməsi ilə əlaqədar iddiaçının Mərkəzi Filiala müraciətinə əsasən, ona ölkə üzrə minimum əmək pensiyasının (280,00 manat) üç misli məbləğində 840,00 manat dəfn üçün müavinət hesablanıb. Həmin dəfn üçün müavinət məbləği mərhum Zöhrab Cəfərova artıq ödənilmiş qalıq 5560,84 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib, qalıq artıq ödənilmiş pul vəsaiti 4720,84 manat təşkil edir. Qanunun 39.4-cü maddəsinə əsasən “borc ödənilib qurtarmamış əmək pensiyası və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır”. İddiaçı Mərkəzi Filiala xx.xx.2024-cü il tarixli müraciətində, artıq alınmış pensiya məbləği olarsa, dəfn üçün verilən müavinətdən çıxılmasına etiraz etmədiyini imzası ilə təsdiq etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6357/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının dəfn üçün müavinətin ödənilməsindən imtinasının qanunsuz hesab edilməsi, İddiaçı dəfn üçün müavinətin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
11. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 42.1. Əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. 42.2. Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir; 42.3. Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir. 42.4. Dəfn üçün müavinətin ödənişinin maliyyələşdirilməsi əmək pensiyası ödənişinin maliyyə mənbələrinə uyğun qaydada həyata keçirilir.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 16.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)
18. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-14-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
19. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı mərhum atasına dəfn üçün müavinətin hesablanıb ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən mərhumun dövlət büdcəsinə ödənilməli olan 5560,84 manat pul vəsaitinin olması əsası ilə 840,00 manat dəfn üçün müavinətin həmin qalıq borcdan çıxılaraq dövlət büdcəsinə bərpa edilmişdir.
20. İşin apellyasiya baxışı zamanı Bakı İnzibati Məhkəməsi tərəfindən verilmiş 08 dekabr 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9957/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı X5 iddiası təmin edilmiş, X7 2024-cü ilin fevral və mart ayları üzrə hesablanmış, lakin ödənilməmiş (əvəzləşdirilmiş) 1987,68 manat məbləğdə vəsaitdən və 2024-cü ilin aprel və may ayları üzrə yenidən hesablanmış pensiya məbləğindən 20% tutulma istisna olmaqla cavabdeh tərəfindən əvəzləşdirmənin aparılması qanunsuz hesab edilsin və əvəzləşdirilmiş pensiya məbləği fərqinin hesablanaraq iddiaçı X7 birdəfəlik ödənilməsi öhədliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 513/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9957/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1323/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2- 1(103)-513/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9957/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı 29 sentyabr 2025-ci il tarixdə icra olunması üçün cavabdeh orqana göndərilmiş, cavabdeh tərəfindən 09 oktyabr 2025-ci il tarixli məktubla məhkəmə qərarının icrası haqqında məlumat verilmişdir.
21. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9957/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən, mərhum X7 ödənilməli olan ümumilikdə 2099,31 manat pensiya məbləği hesablanmışdır. Zöhrab Cəfərova ödənilməli olan keçmiş dövr üzrə pensiya məbləğinin hüquqi varisinə (və ya varislərinə) ödənilməsi məsələsinə vərəsəliyi təsdiq edən sənədlərin Mərkəzi Filiala təqdim edilməsindən sonra baxılmaqla məhkəmə qərarının icrası başa çatdırılacaqdır.
22. Qanunvericiliyin tələbindən göründüyü kimi Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Dəfn müavinəti sosial sığorta və ya digər müavinətlərdən fərqli olaraq, digər sosial ödəmələrin və ya kompensasiyaların əvəzləşdirməsi və ya yerini tutması kimi nəzərdə tutulmur.
23. Nəzərə alınmalıdır ki, dəfn xərcləri mərhumun ailə üzvlərinə çatacaq vəsaitdir və həmin vəsait mirasın passivinə daxil deyil.
24. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
25. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
26. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6357/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6357/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.