Məhkəmə qərarları › İş №2-1(103)-492/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-492/2022

14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-492/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3780/2021 saylı, 30 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.10.2020-ci il tarixli **********8663 nömrəli Qərarın ləğv edilməsi, iddiaçıya hesablanmış maliyyə sanksiyasının məhkəmə işinin yekunu üzrə hər gün üzrə 0,1 faiz həcmində maddi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18.08.2020-ci il tarixli **********3814 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarı əsasında Cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanda yerləşən anbarda operativ vergi nəzarəti tədbiri keçirilmiş və qanunsuz olaraq 21.08.2020-ci il tarixli DVX seriyalı 001109 nömrəli aktın tərtib edildiyi və həmin akt üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.10.2020-ci il tarixli **********8663 nömrəli Qərarı ilə Cəmiyyət barəsində 62390,12 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və Vergi Məcəlləsinin norması düzgün tətbiq edilməmişdir. Belə ki, vergi orqanı əməkdaşları operativ yoxlama ilə əlaqədar anbara gələrkən iddiaçı tərəfindən bütün lazımi sənədlər təqdim edilmişdir. Bundan sonra yoxlama əməkdaşları heç bir sənəd götürmədən anbarı tərk etmişlər. Daha sonra cavabdehin əməkdaşları iddiaçıya akt təqdim edərək iddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin və 71-1-ci maddəsinin tələblərinin pozulduğu və elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə məsuliyyətə cəlb edilməli olduğunu bildirmişlər. İddiaçı isə hansı əsasa görə vergi orqanı əməkdaşlarının bu nəticəyə gəldiklərini soruşanda onlar iddiaçı tərəfindən pərakəndə qaydada çox mal təqdim edildiyini bildirmişlər. Həmçinin eyni əməliyyat çərçivəsində böyük məbləğdə mal təqdim edildiyini və bunun pərakəndə ticarət qaydasına zidd olduğunu bildirmişlər. İddiaçı bundan sonra qanunvericilikdə pərakəndə qaydada hansı həcmlə limitləşdirmə ilə bağlı qanunvericilik normasını göstərmələrini xahiş etmişdir. Lakin nə vergi orqanı əməkdaşları, nə də inzibati şikayət zamanı bununla bağlı heç bir münasibət bildirilməmişdir. Halbuki Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə uyğun olaraq pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə uyğun olaraq topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Göründüyü kimi Vergi Məcəlləsində hansı həcmdə malların təqdim edilməsi ilə əlaqədar elektron qaimə fakturanın tətbiq edilməli olması müəyyən edilməmişdir. İddiaçının dövriyyəsinin 90-92 faizi qaimə faktura ilə həyata keçirilmişdir. Qanunverici bu müddəanı Vergi Məcəlləsinə əlavə edərkən o səbəblə etmişdir ki, əgər hər hansı şəxs malları müqavilə əsasında fərdi sahibkara və ya hüquqi şəxsə satarsa, o zaman elektron qaimə təqdim edilməlidir. Yəni hər hansı şəxs malı heç bir müqavilə olmadan almaq istədikdə iddiaçı tərəfindən onun həcmindən asılı olmayaraq pərakəndə satış kimi həyata keçiriləcəkdir. Həmçinin iddiaçının satışını təşkil etdiyi məhsul kənd təsərrüfatında istifadə edilir, kənd təsərrüfatının əksər hissəsi isə hüquqi şəxs yaratmadan çalışa bilər. Həmçinin vergi orqanı qəbul etməlidir ki, malların pərakəndə və ya topdan satış qaydasında satışı iddiaçı üçün hər hansı fərq yaratmır. Əksinə topdan satış qaydada rəsmiləşdirmə iddiaçının vergitutma bazasını azaldır. Belə ki, iddiaçı bütün təqdim etdiyi malları bazardan deyil, rəsmi olaraq idxal əsasında həyata keçirir. Yəni iddiaçı tərəfindən malların gizlədilməsi qeyri-mümkündür. Həmçinin iddiaçı tərəfindən malların pərakəndə satışı zamanı qiymətlər pərakəndə satış qiymətləri ilə aparılır ki, bu da son nəticədə iddiaçının vergi öhdəliklərinin artırılmasına səbəb olur. Bundan başqa hər hansı şəxs (hüquqi və ya fərdi sahibkar) tərəfindən malların pərakəndə satış qaydasında malların alınması onun xərclərinin azaldılmasına, həmçinin vergi yoxlaması zamanı malların sənədinin olmaması səbəbindən maliyyə sanksiyasına səbəb olacaqdır. Belə ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. Göründüyü kimi vergi orqanı tərəfindən heç bir qanunvericilik normasına istinad etmədən və öz subyektiv fikirlərinə uyğun olaraq qanunvericiliyin müddəalarının şərh edilməsi nəticəsində iddiaçıya əsassız vergilər hesablanmışdır. İddiaçı bu pozuntu ilə əlaqədar olaraq yuxarı inzibati orqana da müraciət etmişdir, lakin onlar tərəfindən də heç bir araşdırma aparılmadan iddiaçının bildirdiklərinə münasibət bildirmədən 13.01.2021-ci il tarixli, **********837600 nömrəli qərar qəbul edilmişdir. Bu cür qərarların qəbul edilməsi ümumilikdə dövlət və sahibkarlar üçün çox təhlükəlidir. Çünki vergi orqanı əməkdaşları öz subyektiv fikirlərinə görə hərəkət etməməli, yalnız qanunvericilikdə nəzərdə tutulmuş göstərişlər üzrə hərəkət etməlidir. Bu cür qərarların qəbulu sonda hər vergi ödəyicisinə fərqli qərarların çıxarılmasına və qanunsuzluqların artmasına gətirib çıxardacaqdır. Göstərilənələrə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdehin 18.08.2020-ci il tarixli **********3814 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarı əsasında Cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanda yerləşən anbarda 21.08.2020-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 623901,20 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, 21.08.2020-ci il tarixli DVX seriyalı 001109 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə - fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Vergi ödəyicisi hər hansı üzrlü səbəb göstərmədən aktın bir nüsxəsini qəbul etməkdən və onu imzalamaqdan imtina etmişdir. Həmin akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.10.2020-ci il tarixli **********8663 nömrəli Qərarı ilə iddiaçı barəsində 62390,12 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin 30.12.2020-ci il tarixli məktubunda vergi ödəyicisi satılmış malların soya paxlasının yağı çıxarıldıqdan sonra qalan hissənin yenidən istehsal edilərək nəticədə əmələ gələn yüksək proteinli yem komponenti soya şrotu olduğunu, bu malın kənd təsərrüfatının südçülük, quşçuluq və iribuynuzlu heyvanların kökəltməsində istifadə edildiyini, malın alıcıları arasında təşkilatlar və fermer təsərrüfatı ilə məşğul olan şəxslərin olduğunu, aktda qeyd edilən məbləğin kənd təsərrüfatı ilə məşğul olan şəxslərə satılan mallara görə əldə olunan məbləğlərin nəzarət-kassa aparatına daxil edildiyi səbəbi ilə əlaqədar olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçı özü də qeyd edilən malların son istehlak məqsədi ilə deyil, alıcıların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar təqdim edildiyini etiraf etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış dedikdə malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti nəzərdə tutulur. Həmin Məcəllənin 13.2.63-ci maddəsinə əsasən topdansatış dedikdə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti nəzərdə tutulur. İddiaçının digər tələbi (məhkəmə işinin yekunu üzrə hər gün üzrə 0,1 faiz həcmində maddi ziyanın ödənilməsi) ilə bağlı qeyd edilməlidir ki, iddiaçının mübahisələndirdiyi qərar əsaslı olduğuna görə vergi ödəyicisinə hər hansı maddi ziyan vurulmamışdır. Həmçinin, Vergi Məcəlləsinin 51.4-cü maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin qanuni hərəkətləri nəticəsində vergi ödəyicisinə vurulan ziyan qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ödənilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3780/2021 saylı, 30 avqust 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı MMC-nin barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.10.2020-ci il tarixli **********8663 nömrəli Qərarın ləğv edilməsi və iddianın digər hissədə təmin edilməməsi barədə qərar qəbul etmişdir. Cavabdeh apelyasiya şikayəti verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maliyyə sanksiyasının tətbiq edilməsinə səbəb olmuş əməliyyatların pərakəndə ticarət fəaliyyəti sahəsinə aid olduğunu müəyyən etməklə yanlış nəticəyə gəlmiş və bununla da maddi hüquq normasını düzgün tətbiq etməmişdir. İş materiallarında iddiaçı tərəfindən aparılmış əməliyyatların pərakəndə ticarət sahəsinə aid olmasına dair hər hansı bir dəlilsübut yoxdur. Vergi ödəyicisi tərəfindən 2020-ci ilin 8 ayı ərzində elektron qaimə-faktura ilə ümumillikdə 5358425,42 manat məbləğində 5815,04 ton soya şrotu təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq 1 ton soya şrotunun orta satış qiymət 921,47 manat olduğu müəyyən olunmuşdur. Göstərilən məbləği vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatı vasitəsi ilə satılmış malların qiymətinə tətbiq etdikdə iddiaçı tərəfindən gündə 5-20 ton həcmində malların təqdim edildiyi görünür. Bu həcmdə malların alıcılar tərəfindən şəxsi istehlak məqsədilə istifadə edilməsi mümkün deyildir. İş materiallarında olan sübutlar və təqdim edilmiş malların həcmi həmin əməliyyatların məhz topdan satış ticarət fəaliyyətinə aid olduğunu göstərir. Həmçinin, iddiaçının direktorunun özünün vergi orqanına yazdığı 30 dekabr 2020-ci il tarixli məktubunda satılmış malların soya paxlasının yağı çıxarıldıqan sonra qalan hissənin yenidən istehsal edilərək nəticədə əmələ gələn yüksək proteinli yem komponenti soya şrotu olduğunu, bu malın kənd təsərrüfatının südçülük, quşçuluq və iribuynuzlu heyvanların kökəltməsində istifadə edildiyini, malın alıcıları arasında təşkilatlar və fermer təsərrüfatı ilə məşğul olan şəxslərin olduğunu, aktda qeyd edilən məbləğin kənd təsərrüfatı ilə məşğul olan şəxslərə satılan mallara görə əldə olunan məbləğlərin nəzarətkassa aparatına daxil edildiyi səbəbi ilə əlaqədar olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçı özü də qeyd edilən malların son istehlak məqsədi ilə deyil, alıcıların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar təqdim edildiyini etiraf etmişdir. Lakin, buna baxmayaraq qeyd edilən halları nəzərə almamış və nəticədə işin hallarına uyğun gəlməyən əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafə etdiyini bildirdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından olan: - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Qeydiyyatı haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı (VÖEN: **********) 20.09.2018-ci ildə qeydiyyata alınmışdır (ünvan AZ 1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Hövsan qəsəbəsi, ev 28). - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 18.08.2020-ci il tarixli **********3814 nömrəli Qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-yə (VÖEN **********) məxsus olan obyektdə (ünvan: AZ 1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi; obyektin adı: ANBAR (**********-10001); fəaliyyət növü: saxlama və anbarlara yığma) Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə 18.08.2020-ci il tarixdən 16.09.2020- ci il tarixədək (16.09.2020 tarixi daxil olmaqla) operativ vergi nəzarəti 1-ci dərəcəli müfəttiş X4, 3-cü dərəcəli müfəttiş X2 tərəfindən həyata keçirilməsi qərara alınmışdır. - 21.08.2020-ci il tarixli DVX seriyalı 001109 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18.08.2020-ci il tarixli **********3814 nömrəli qərarına əsasən İddiaçı MMC-yə (VÖEN **********) məxsus olan anbarda (ünvan: AZ 1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi) operativ vergi nəzarəti tədbiri keçirilmiş, nəticədə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda mallara elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 62390,12 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.10.2020-ci il tarixli **********8663 nömrəli Qərarının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMCdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 21.08.2020-ci il tarixli 001109 nömrəli akta və digər sənədlərə baxılmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin pozulması müəyyən edilmiş və İddiaçı MMC-nin (VÖEN: **********) 62390,12 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və 19.10.2020 tarixədək 62390,12 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 13.01.2021-ci il tarixli **********837600 nömrəli Qərarından görünür ki, İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektlərində keçirilmiş operativ vergi nəzarətinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi 13.10.2020-ci il və 20.12.2020-ci il tarixli inzibati şikayətləri araşdırılmışdır. İddiaçı MMC şikayətində Cəmiyyət tərəfindən malları həm vergi ödəyiciləri olan fiziki və hüquqi şəxslərə eqaimə vasitəsilə, həm də vergi ödəyicisi olmayan fiziki şəxslərə pərakəndə qaydada nəzarətkassa aparatı vasitəsilə nağd satışı həyata keçirdiyini, vergi ödəyicisi olmayan fiziki şəxslərə satılmış mallara görə elektron qaimə-faktura tərtib etməli olmadıqlarını bildirərək, vergi orqanı tərəfindən Cəmiyyət barəsində qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.10.2020-ci il tarixli **********8663 nömrəli Qərarın ləğv olunmasını və tətbiq edilmiş maliyyə sanksiyasının silinməsini xahiş etmişdir. Həmin qərar ilə İddiaçı operativ vergi nəzarətinin nəticəsi barədə Dövlət Vergi Xidmətinə daxil olmuş 13.10.2020-ci il və 30.12.2020-ci il tarixli şikayətlərinin təmin edilməməsi, 21.08.2020-ci il tarixli DVX seriyalı 001109 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.10.2020-ci il tarixli **********8663 nömrəli Qərarın qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, hazırki halda parakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektində bir malın eyni vaxtda toplu halında satılmasını topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün cavabdeh tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir, bununla bağlı cavabdehin dəlilləri əsassızdır. Vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçının nəzarət kassa aparatına bir əməliyyat çərçivəsində böyük miqdarda məbləği mədaxil etməsinin topdansatış kimi qiymətləndirməsi, başqa sözlə ona məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olması kimi qiymətləndirilməsi əsassız sayılmalıdır. Həmçinin, iddiaçı tələbinin «iddiaçıya hesablanmış maliyyə sanksiyasının məhkəmə işinin yekunu üzrə hər gün üzrə 0,1 faiz həcmində maddi ziyanın ödənilməsi» hissəsi ilə əlaqədar ona maddi ziyanın dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Belə ki, hazırkı işin hallarından göründüyü kimi vegi organı tərəfindən təsərrüfat subyektində yoxlama aparılarkən və maliyyə sanksiyası tətbiq edilərkən hər hanı bir qanun pozuntusuna yol verilməmişdir. AR vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar; 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır; 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir; 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 18.08.2020-ci il tarixli **********3814 nömrəli Qərarına əsasən İddiaçı MMC-yə (VÖEN **********) məxsus olan obyektdə (ünvan: AZ 1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi; obyektin adı: ANBAR (**********- 10001); fəaliyyət növü: saxlama və anbarlara yığma) Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə 18.08.2020-ci il tarixdən 16.09.2020-ci il tarixədək (16.09.2020 tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Bundan sonra 21.08.2020ci il tarixli DVX seriyalı 001109 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir və həmin akt əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.10.2020-ci il tarixli **********8663 nömrəli Qərarına əsasən İddiaçı MMC-nin 62390,12 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”- nın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 4.1-ci oəndınə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərə.ı təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Birinci instansiya məhkəməsi yanlış olaraq maliyyə sanksiyasının tətbiq edilməsinə səbəb olmuş əməliyyatların pərakəndə ticarət faəliyyəti sahəsinə aid olduğu qənaətinə gələrək, tətbiq edilməli olan normanı tətbiq etməmişdir. “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"- nın 1.1-ci, 1.2-ci, 1.3- cü, 4.1-ci, 4.2-ci, 4.3- cü bəndlərinə əsasən Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası’’-nın 4.1-ci bəndinə əsasən Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarətkassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə- faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Hazırki iş üzrə iddiaçı tərəfindən aparılmış və maliyyə sanksiyasının tətbiq edilməsinə səbəb olmuş əməliyyatların pərakəndə ticarət fəaliyyəti sahəsinə aid olmasına dair hər hansı dəlil əməliyyatlar topdansatış ticarət fəaliyyəti sahəsinə aid olduğundan “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasr-nın məhkəmə tərəfindən . tətbiq edilməsi yolverilməzdir. Vergi Məcəlləsinin 16.13 və 71-1-ci maddələrinə əsasən Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 71-1.1-ci maddəsinə əsasən vergi ödəyicisi həmin maddədə qeyd edilən müddətlərdə elektron qaimə-fakturanı təqdim etməyə borcludur. İddiaçı tərəfindən qeyd edilən maddələrə riayət edilməməsi maliyyə sanksiyasının tətbiq edilməsi ilə nəticələnmiş, birinci instansiya məhkəməsi isə göstərilən normaları nəzərə almamışdır. İş materiallarınan görünüyü kimi, iddiaçının direktorunun 30.12.2020-ci il tarixli məktubunda vergi ödəyicisi satılmış malların soya paxlasının yağı çıxarıldıqdan sonra qalan hissənin yenidən istehsal edilərək nəticədə əmələ gələn yüksək proteinli yem komponenti soya şrotu olduğunu, bu malın kənd təsərrüfatının südçülük, quşçuluq və iribuynuzlu heyvanların kökəltməsində istifadə edildiyini, malın alıcıları arasında təşkilatlar və fermer təsərrüfatı ilə məşğul olan şəxslərin olduğunu, aktda qeyd edilən məbləğin kənd təsərrüfatı ilə məşğul olan şəxslərə satılan mallara görə əldə olunan məbləğlərin nəzarətkassa aparatına daxil edildiyi səbəbi ilə əlaqədar olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçı özü də qeyd edilən malların son istehlak məqsədi ilə deyil, alıcıların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar təqdim edildiyini etiraf etmişdir. Belə oldugu halda elektron-qaimə faktura olmadan anbardan 623901,20 manat dəyərində malların satılması (təqdim edilməsi) Vergi Qanunvericiliyinin tələblərinə zidd olduğundan (VM-nin 16.1.3-cu, 58.3-cü və 71-1-ci maddəsinin tələbləri pozulub) vergi ödəyicisinə haqlı olaraq maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış dedikdə malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti nəzərdə tutulur. Həmin Məcəllənin 13.2.63-ci maddəsinə əsasən topdansatış dedikdə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti nəzərdə tutulur. İş materiallarına əlavə olunmuş hüquqi şəxs haqqında məlumatlardan müəyyən olunur ki, İddiaçıMMC-nin əsas fəaliyyət növü taxılın, emal olunmamış tütünü, toxumların və heyvanlar üçün yemin topdan satışı olmaqla Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır. AR Nazirlər Kabinetinin 03 aprel 2014-cü il 94 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai, iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 1.1-ci maddəsinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətini təmin təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı hazırlanmışdır və istehlakçılarla (alıcılarla) Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər (o cümlədən, satıcılar) arasında alqı-satqı və digər xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Həmin Qaydaların 5.1-ci maddəsinə əsasən topdansatış ticarət obyektlərindən mallar hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə müqavilələr əsasında satılır. Topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar ləğv olunmalıdır. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci 11 fevral tarixıi Qərarları). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Avropa Məhkəməsinin Helle Finlandiyaya qarşı, Schuler-Zgraggen İsveçrəyə qarşı, Feldbrugge Hollandiyaya qarşı, Albert və X6rşı iş üzrə qərarlarına əsasən nəticə etibarilə, məhkəmə prosesinin ədalətliliyi ilə bağlı istənilən nöqsan müəyyən şərtlər daxilində daha sonrakı mərhələdə, ya eyni məhkəmə və yaxud yuxarı məhkəmə tərəfindən aradan qaldırıla bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar mövcud olmamışdır. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3780/2021 saylı, 30 avqust 2021-ci il tarixli tarixli qərarı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar