Məhkəmə qərarları › İş №2-1(103)-493/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-493/2020

19.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-493/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4548/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4548/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 577 №-li qərarına əsasən 1988-ci ilin mart ayı üzrə 14 gün, aprel ayı üzrə isə 20 gün Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 14 301,65 rubl 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim T.Əsədova). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 577 №-li qərarına əsasən 1988-ci ilin mart ayı üzrə 14 gün, aprel ayı üzrə isə 20 gün Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 14 301,65 rubl 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AESdə olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmış və nəticədə ÇAES əlili olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1990-cı il tarixli 577 saylı qərarına əsasən bütün Çernobıl əlilləri kimi, o da o vaxt işlədiyi müəssisədə əmək haqqının dördqat məbləği qədər mükafat almışdır. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 83-cü maddəsinə əsasən həmin dördqat əmək haqqından ÇAES əlillərinə pensiya hesablanması nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləği, Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25.4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əmək haqqı sayılır. Ona təyin edilmiş pensiya məbləğinin həmin əlilliyə görə aldığı mükafatlar əsasında əmək haqqına uyğun olaraq hesablanması barədə DSMF-nin Binəqədi rayon Şöbəsinə müraciət etmişdir. Lakin, onlar qeyd olunan qaydada pensiya təyin olunmasından imtina etmişlər. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, İddiaçı 2-ci qrup Çernobl əlili kimi pensiya 1991-ci ildə təyin edilmişdir. Pensiyanın məbləği həmin dövrdə olan qanunvericiliyin tələblərinə uyğun olaraq iş stajına vd orta aylıq əmək haqqına əsasən hesablanmışdır. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 80,81 və 83-cü maddəsinə uyğun olaraq Pensiya işi (sənədləri) 2006-cı ildə Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş arxivinə təhvil verilmişdir. Birinci instansiya məhkəməsi araşdırmalar aparmadan iddia tələbini mexaniki olaraq təmin etmiş və əsaslığı təsdiq edilməyən qərar qəbul edilmişdir. Ona görə də nümayəndə apellyasiya şikayətinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4548/2019 saylı qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə tərəfindən iddiaçının adına tərtib olunmuş pensiya işinin əsli DSMFnin Binəqədi rayon Şöbəsindən tələb olunmuş və həmin pensiya işi qovluğu məhkəməyə təqdim olunmuşdur. İddiaçı xx.xx.1964-cü ildə Şamaxı rayonunda doğulmuşdur (AZE ******** №-li şəxsiyyət vəsiqəsi). İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə qədər 46 №-li Tikinti İdarəsində fəhlə işləmiş, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1984-cü ildən xx.xx.1992-ci ilə qədər isə 46 №-li Tikinti İdarəsində fəhlə işləmişdir (əmək kitabçası). İddiaçı 1988-ci ilin mart ayı üzrə 14 gün, aprel ayı üzrə isə 20 gün Slavutiç şəhərinin tikintisində iştirak etmişdir (Azərbaycan SSR Tikinti Nazirliyi 046/166 №-li Arayışı). Muradov X4 AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş və ona ikinci dərəcəli əlillik verilmişdir (TSEK arayışı). İddiaçı Çernobıl AES-də qəzanın ləğvi ilə ələqadar 1991-ci ilin dekabr ayı üçün əmək haqqının 4 qat misli məbləğində, yəni 14 301,65 rubl ödənilmişdir (46 №-li Tikinti İdarəsinin arayışı). Muradov X4 AES-dəki qəzanın ləğvi ilə əlaqədar əlil olduğuna görə xx.xx.1992-ci ildən DSMF-nin Binəqədi rayon Şöbəsi tərəfindən əmək pensiyası təyin edilmişdir. İddiaçı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1990-cı il tarixli 577 №-li qərarına əsasən Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı ödənilmiş 4 qat məbləğin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması ilə bağlı DSMF-nin Binəqədi rayon Şöbəsinə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət etmişdir. DSMF-nin Binəqədi rayon Şöbəsi tərəfindən həmin müraciət təmin olunmamışdır (xx.xx.2019-cu il tarixli **********1 №-li imtina məktubu). İddiaçı hazırda ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 577 №-li qərarına əsasən 1988-ci ilin mart ayı üzrə 14 gün, aprel ayı üzrə isə 20 gün Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 14 301,65 rubl 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. Birinci instansiya məhkəməsi aşağıdakı hüquqi əsaslara görə hesab etmişdir ki, iddia təmin olunmalıdır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 27-ci maddəsinin xx.xx.2010-ci il tarixində qüvvədə olan 1-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006) qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunan bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun bu Qanunun müddəlarına uyğun şərti çevrilmə aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006) qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşir. Bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006) qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununu əsasında pensiya təyin edilirdi. Həmin Qanunun 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Qanunun 72-ci maddəsinə əsasən Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə vəya 60-a bölmək yolu ilə müəyyən edilir. Həmin Qanunun 80-cı maddəsinə əsasən iş stajından asılı olmayaraq köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-nin istismarında və digər işlərdə iştirak etmiş şəxslərin pensiya almaq hüququ vardır. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunun 80-cı maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir. xx.xx.1995-ci il tarixə qədər qüvvədə olmuş həmin Qanunun 83.2-ci maddəsinə əsasən müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin birinci bəndində göstərilmiş şəxslərə – minimum əmək haqqının beşqat məbləğindən; 80-cı maddənin ikinci bəndində göstərilmiş şəxslərə – Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dörd qat məbləğindən, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat mislindən. Bundan əlavə, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 83.2-ci maddəsinin xx.xx.1995-ci il tarixə olan redaksiyasına əsasən Çernobıl ASE-də işləmiş şəxslərin əmək pensiyası onların aldıqları əmək haqqının 4 qat misli əsas götürülməklə təyin olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə ilə razılaşır, apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir. Belə ki, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əlillik və ya ölüm baş verəndən 12 ayın əmək haqqından yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdyi qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır; 2-ci hissəsinə əsasən bu Qanunun 80-ci maddəsində göstərilmiş şəxslərin arzusu ilə onların pensiyası müraciətləri əsasında müvafiq icra hikimiyyəti orqanı tərəfindən təsdiq edilmiş respublika üzrə orta aylıq əmək haqqının bir mislindən hesablana bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1991-ci il tarixli 577 saylı qərarına əsasən Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara əmək haqqının dördqat məbləğində mükafat ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1-18 saylı xx xxxxxxxx 1993-cü il tarixli “Vətəndaşların bəzi kateqoriyalarına pensiyaların hesablanması Qaydaları”n ikinci bəndinə əsasən isə Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1991-ci il tarixli 577 saylı qərarına əsasən əmək haqqının dördqat məbləğində mükafat ödənilmişdir. Həmin əmək haqqından pensiya hesablanması Qanunun 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünüb 25,4-ə vurulmalıdır. Alınan məbləğ pensiyaçının orta aylıq əmək haqqını təşkil edir. Dördqat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əmək haqqının müasirləşdirilməsinə yol verilmir, yeni dördqat məbləğdən hesablanmış orta aylıq əmək haqqının yuxarıda qeyd edilən səbəblərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1993-cü il tarixli 255 saylı qərarına görə müasirləşdirilməsi qeyri-mümkündür. Lakin, cavabdeh pensiya təyin edən orqan tərəfindən iddiaçıya əlillik pensiyası təyin edilərkən qanunvericiliyin qeyd olunan tələbləri əsassız olaraq nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsinin tələbinə görə əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Beləliklə, qanunvericiliyin qeyd olunan tələbləri və işin sübutlarla müəyyən edilən halları onu deməyə əsas verir ki, cavabdehin iddiaçının pensiyanın yenidən hasablanması barədə ərizəsini icra etməkdən imtina etməsi onun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda İPM-in 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4548/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar