Məhkəmə qərarları › İş №2-1(103)-494/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-494/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-494/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, iddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə qarşı “xəsarətin səbəbli əlaqəsinin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1118/2022 saylı, 18 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi düzgün təyin edilmədiyindən, həmin qərarın ləğv edilərək “xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və müstəqilliyinin müdafiəsi zamanı alınmışdır” formasında təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxx 1973-cü il tarixdə Zəngilan rayonunda anadan olmuşdur. Keçmiş SSRİ Ordusunda N1-N3-cü illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Lakin sonradan Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hərbi münaqişə yarandığı vaxt iddiaçı da həmin dövrdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi 03 aprel N4-cü il tarixində qulluqda olduğundan 28 aprel N4-cü il tarixdən Füzuli rayonunun işgal edilmiş kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə və hərbi əməliyyatlarda iştirak etmişdir. Zəngilan rayon Polis şöbəsinin 21 may N4-cü il tarixli arayışından da görünür ki, iddiaçı həmin dövrdə erməni işğalçılarına qarşı döyüşmüş, 30 avqust N5-ci il tarixinədək polis nəfəri kimi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı iddiaçı aldığı xəsarətlər nəticəsində “Qapalı kələ-beyin travması, baş-beyin silkələnməsi, kontuziya” diaqnozu ilə 3 №-li Şəhər Kliniki Xəstəxanasında xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək müayinə və müalicə olunmuşdur. Həmçinin, polis orqanından işdən çıxdıqdan sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək X4 “Keçirilmiş qapalı kəllə-beyin travması qalıq əlamətləri, baş-beyin silkələnməsi, kontuziya” diaqnozu ilə stasionar qaydada müayinə və müalicə olunmuşdur. İnzibati orqanın, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Tibbi İdarəsinin xx.xx.2019-cu il tarixli aldığı xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılmasından imtina etməsi barədə məktubu qanunsuzdur. Hərbi-Həkim Komissiyasına travma haqqında arayış təqdim edilmədiyindən onun aldığı xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılması mümkün deyil. Bu əsaslandırma isə qanunsuzdur. İddiaçı müddətli həqiqi hərbi xidmətini keçmiş SSRİ-nin Sovet Ordusu sıralarında çəkmişdir. Sonradan isə məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəstəliyə düçar olmuşdur. Onun aldığı xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılmasından imtina edilməsi düzgün deyil. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi məhkəməyə göndərdiyi iddiaya dair etirazda göstərmişdir ki, İddiaçı DİN-in Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasına müraciət edərkən yaralanmanın döyüş bölgəsində xidməti vəzifəsinin icrası ilə bağlı olmasını təsdiq edən xidməti təhqiqat materiallarını (travma haqqında arayış, xidməti rəy, istintaq materialları və s.) təqdim etməmişdir. Eləcə də, İddiaçı sorğu yolu ilə DİN-in arxivindən əldə edilən xidmətkeçmə siyahısında onun döyüş bölgəsinə ezam olunması barədə heç bir qeyd aşkar edilməmişdir. Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı Qərarının 7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi orqanın rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa (xidməti rəy) uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə xidməti vəzifələrinin icrası ilə bağlı olub-olmaması göstərilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı xəsarətinin səbəb əlaqəsi barədə qərar çıxarılması imkan xaricindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1118/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1118/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli məhkəmə qərarının ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini və ya yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı aldığı xəsarətlər nəticəsində “qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, Kontuziya” diaqnozu ilə 3 nömrəli şəhər kliniki xəstəxanasında xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək müalicə olunmuşdur. Həmçinin, polis orqanında işdən çıxdıqdan sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək X4 “Keçirilmiş qapalı kəllə-beyin travması qalıq-qalıq əlamətləri, baş beyin silkələnməsi, kontuziya” diaqnozu ilə stasionar qaydada müalicə olunmuşdur. Bütün bunlarla tamamilə təsdiq olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Tibb İdarəsinin xx.xx.2019-cu il tarixində aldığı xəsarətin səbəb əlaqəsi barəsində çıxarılan imtina qərarı qanunsuzdur. Ona görə də imtina cavabından sonra aidiyyəti üzrə Вakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bu iş barəsində verilən məhkəmə qərarında göstərilənlərlə onun aldığı xəsarətin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərlə bağlı olduğu təsdiq olunsa da, bu barədə olan iddia tələbinin rədd edilməsi barədə məhkəmə qərarı verilmişdir. Halbuki, məhkəmə qərarında göstərilən aşağıdakı dəlillərlə tamamilə sübut olunur ki, aldığı travma Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərlə bağlıdır. Məhkəmə qərarında göstərilən sənədlərlə tamamilə təsdiq olunur ki, o, kəllə travması almış və həmin travmanı cəbhə bölgəsində N4-cü ilin 10 mayında elan olunan atəşkəsə qədər iştirak etdiyi döyüş əməliyyatlarında almışdır. Lakin məhkəmə verdiyi qərarında açıq-aşkar göstərmişdir ki, 3 nömrəli şəhər Klinikasında “Qapalı kəllə beyin travması baş beyin silkələnməsi, kontuziyya” diaqnozu ilə xx.xx.N4-xx.xx.N4-cü il tarixlərində aldığı 21 günlük müalicəni şübhə altına alır və qeyd edir ki, həmin müalicəni Daxili İşlər Nazirliyinin Hospitalında etməli idi. Absurt və məntiqsiz olan həmin dəlilə cavab olaraq bildirir ki, N2-N4-cü illərdə Bakıda fəaliyyət göstərən bütün mülki xəstəxanaların hamısı hərbi hospitala çevrilmişdir. Müharibənin ilk günlərində, yəni N2-ci ilin əvvəllərində Respublikada məhdud sayda olan hərbi hospitalların hamısı yaralılarla dolu idi. Həmin vaxtlarda aparılan döyüşlər haqqında heç bir məlumatı olmayan cavan hakimlərimizin belə qərarlar verməsi döyüşçülərə psixoloji travmaların vurulması deməkdir. Bütün yuxarıda göstərilənlərlə təsdiq olunur ki, məhkəmə cavabdehin sifarişi əsasında 28 il qabaq Bakı şəhəri 3 nömrəli xəstəxanada müharibədə aldığı travma ilə müalicə olunmağını heç bir əsas olmadan şübhə altına alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar vermişdir. Əsl həqiqətdə ədalətin təntənəsi naminə məhkəmə cavabdehin tabeliyində olan tibb müəssisələri tərəfindən verilən sənədlərə yox, məhz cavabdehin tabeliyində olmayan mülki tibbi müəssisələrin sənədlərini qərar üçün əsas götürməli idi. Bütün bunlar bir daha təsdiq edir ki, məhkəmə işə qərəzli yanaşaraq cavadehin xeyrinə əsl həqiqəti təhrif etmişdir. Ona görə verilən məhkəmə qərarı ləğv olunmalı və qanuni əsaslarla işə baxılması üçün iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, iddiaçı Zəngilan rayonu, Mincivan qəsəbəsində polis nəfəri kimi xidmət etdiyi dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı “Qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, kontuziya” diaqnozu ilə müalicə və müayinədə olunduğunu, aldığı xəsarətin xidməti vəzifəsinin icrası ilə əlaqəli olduğunu əsas gətirərək cavabdeh orqana xəsarətin səbəbli əlaqəsinin təyin edilməsi üçün müraciət etmiş, cavabdeh travma barədə arayışın olmadığına istinad edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və onun xəsarətinin səbəbli əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və müstəqilliyinin müdafiəsi zamanı alınmışdır” qeyd edilməklə şəhadətləndirilməsini mübahisələndirir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarla hesab etmişdir ki, iddiaçının xəsarətinin səbəbli əlaqəsinin təyin edilməsi ilə bağlı qərarın qəbul edilməsini zəruri edən şərtlər sübuta yetirilməmişdir. Bu əsasdan cavabdehin imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri bilir. Belə ki, AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən xx.xx.1973-cü il təvəllüdlü Babayev X6 rayonu, Mincivan qəsəbəsi, M.Əsədov küçəsi 5 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.N9-cu il tarixli, 1/1211 nömrəli arayışında qeyd edilmişdir ki, verilir X5 ondan ötrü ki, o, həqiqətən ünvan 3 ünvanda müvəqqəti qeydiyyatdadır. Zəngilan rayon Polis şöbəsinin xx.xx.N7-ci il tarixli, 234 nömrəli arayışında qeyd edilmişdir ki, verilir Zəngilan rayon Polis şöbəsinin Post Patrul rotasının sabiq polis nəfəri, polis starşinası İddiaçı ondan ötəri ki, o, həqiqətən 03 aprel N4-cü il tarixdən 30 avqust N5-ci il tarixə kimi xidmət etmişdir. N4-cü ilin aprel-may aylarında Füzuli rayonunun işğal edilmiş kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə və hərbi əməliyyatlarda iştirak etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2014-cü il tarixli, ***-*******-3214 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, verilir ondan ötrü ki, həqiqətən 1973-cü il təvəllüdlü İddiaçı xx.xx.N4cü ildən xx.xx.N5-ci ilədək Zəngilan rayon polis şöbəsində polis nəfəri vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsi 3 nömrəli Şəhər Klinik Xəstəxanasının İddiaçı ərizəsinə cavab olaraq ünvanladığı xx.xx.2019-cu il tarixli, 1078 nömrəli məktubda bildirilmişdir ki, 2788 nömrəli tibbi kartaya əsasən xx.xx.1973-cü il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.N4cü il tarixdə “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, kontuziya” diaqnozu ilə xəstəxanaya daxil olmuş, xx.xx.N4-cü il tarixdə evə yazılmışdır. İddiaçı adına açılmış olan xəstəlik tarixi saxlanılmadığı üçün ətraflı məlumat vermək qeyri-mümkündür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsi 3 nömrəli Şəhər Klinik Xəstəxanasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2019-cu il tarixli, 1599 nömrəli məktubunda bildirilmişdir ki, 2788 nömrəli tibbi kartaya əsasən xx.xx.1973-cü il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.N4-cü il tarixdə “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, kontuziya” diaqnozu ilə xəstəxanaya daxil olmuş, xx.xx.N4-cü il tarixdə evə yazılmışdır. İddiaçı adına açılmış olan xəstəlik tarixi saxlanılmadığı üçün ətraflı məlumat vermək qeyri-mümkündür. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 2260 nömrəli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ona görə ki, həqiqətən o, Zabrat qəsəbəsi, Nizami küçəsi 7a ünvanda Zəngilan rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, 145 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, arxiv sənədlərinə istinad edilərək verilir ondan ötrü ki, həqiqətən də starşina İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 124 №-li əmrilə Zəngilan rayonunun polis nəfəri kimi hospitala daxil edilərək xəstələrin siyahısına və qazan təminatına daxil edilmişdir. Daxili Qoşunlar üzrə barəsində yeganə məlumatdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, 13-2/1378 nömrəli məktubu ilə göndərilmiş İddiaçı barəsində olan N saylı hərbi hissə komandirinin N iyun N4-cü il tarixli, 124 nömrəli əmrindən çıxarışdan görünür ki, starşina İddiaçı xx.xx.N4-cü ildə hospitalın müalicə şöbələrinin xəstələr siyahısına və əsgər norması üzrə qazan təminatına daxil edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin xx.xx.2022ci il tarixli, 0xx/xx-1319-1222 nömrəli məktubu ilə göndərilmiş İddiaçı arxiv şəxsi işinin xidmət siyahısının surətindən görünur ki, o, xx.xx.N4-cü il tarixdə Zəngilan rayon Polis şöbəsinə polis nəfəri vəzifəsinə qəbul olunmuş, xx.xx.N5-ci il tarixdə 59 №-li əmrlə DİOdan xaric edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X15 “X14” X12 xx.xx.2022-ci il tarixli, 363 nömrəli məktubunda bildirilmişdir ki, 1973-cü il təvəllüdlü İddiaçı Tibb Mərkəzində xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixə kimi “qapalı kəllə beyin travması. Baş-beyin silkələnməsi. Kontuziya” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunları N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli, 1296 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Daxili İşlər Nazirliyinin X2 xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək “Bel-oma radikuliti” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Əlavə olaraq bildirilir ki, N4-cü ilə aid xəstəlik tarixlərinin və digər tibbi sənədlərin saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının xx.xx.2021-ci il tarixli, 238-3019-1221 nömrəli məktubu ilə göndərilmiş İddiaçı 1956 nömrəli xəstəlik tarixindən çıxarışdan görünür ki, xəstə İddiaçı 1973-cü il təvəllüdlü, baş ağrı, başda ağırlıq, zəiflik, əzginlik şikayətləri ilə 08.11-xx.xx.N4-cü il tarixinədək DİN RH-nın nevrologiya şöbəsində olmuşdur. Anamnesis morbid: uzun illərdir ki, özünü xəstə hesab edir. Xəstəliyi bir neçə aydır ki, başlayıb. Ambulator və simptomatik müalicələr alıb. Son diaqnoz: “astenik nevroz NSD kardial tip”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə görə Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra - digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və gömrük orqanlarında (bundan sonra - orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra - vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra - xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. -1.3-cü bəndinə görə Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra - şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. -1.7-ci bədinə əsasən Hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları «Xəstəliklər cədvəli»nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. -7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. -7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, N4-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. -7.3-cü bəndinə görə Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. -7.4-cü bəndinə görə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbihəkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. -7.5-ci bəndinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hərbi qulluqçuların şəhadətləndirilməsi üzrə müvafiq qərarın qəbul olunması hərbi-həkim komissiyasının səlahiyyətindədir. Xəsarətin səbəb əlaqəsi ilk növbədə travma haqqında arayış əsasında çıxarıla bilər. Travma haqqında arayış vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilir. Arayışda xəsarətin alınma şəraiti, xidmət vəzifələrinin icrası ilə bağlı olması göstərilir. Xəsarətin alınma şəraiti haqqında arayış olmadıqda xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Qeyd edilməlidir ki, qanunverici “xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər”in konkret olaraq hansı sənədlər olmasını sadalamasa da hesab olunur ki, bu sənədlər sırasında şəxsin xəsarəti, müalicə və müayinəsi ilə bağlı tibbi sənədlər, şəxsi işindəki materiallar, döyüş bölgəsinə ezam olunması və ya döyüş bölgəsində iştirak etməsinə dair, ümumən yaralanmanın döyüş bölgəsində xidməti vəzifəsinin icrası ilə bağlı olmasını təsdiq edən sənədlər və s. nəzərdə tutula bilər. Şahid ifadələri isə bu sənədlər sırasında köməkçi xarakter daşıyır. Belə ki, yalnız döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda, xəsarəti aldığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş azı 2 nəfər şahid ifadə verərsə və bu ifadələr bilavasitə hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunduğu halda səbəbli əlaqənin müəyyən edilməsində nəzərə alına biləcək əlavə sübut kimi qəbul edilə bilər. İşin hallarından görünür ki, iddiaçı xx.xx.N4-xx.xx.N5-ci illərdə Zəngilan rayon Polis şöbəsinə polis nəfəri vəzifəsində xidmət etmişdir. İddiaçıya aid şəxsi işində onun döyüş bölgəsində xidməti vəzifələrinin icrası zamanı xəsarət almasını təsdiq edən travma haqqında arayış, xidməti rəy və s. sənədlər aşkar olunmamışdır. İddiaçının xidmət etdiyi dövrdə müayinə və müalicəsi ilə bağlı 3 ədəd tibbi sənəd təqdim edilmişdir: 1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların arxivində İddiaçı Zəngilan rayonunun polis nəfəri kimi hospitala daxil edilərək xəstələrin siyahısına və qazan təminatına daxil olması barədə N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 124 №-li əmri mövcuddur. Lakin məhkəmə sorğusu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Hospitalından əldə edilmiş məlumata əsasən İddiaçı Daxili İşlər Nazirliyinin X2 xx.xx.N4-xx.xx.N4-cü il tarixlərdə “Beloma radikuliti” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Başqa sözlə, iddiaçı xidmətinin xx.xx.N4-xx.xx.N4-cü il tarixlər arası dövründə travma alması göstərilməmiş, kəllə-beyin travması üzrə diaqnozla müalicədə olmamışdır.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının xx.xx.2021-ci il tarixli, 238-3019-1221 nömrəli məktubu ilə göndərilmiş İddiaçı 1956 nömrəli xəstəlik tarixindən çıxarışa əsasən İddiaçı 08.11-xx.xx.N4-cü il tarixinədək DİN RH-nın nevrologiya şöbəsində müalicədə olmuş, bu zaman ona qoyulmuş diaqnoz “astenik nevroz NSD kardial tip” olmuşdur. Qeyd edilən diaqnozun özü, iddiaçının aldığı stasionar müalicə kəllə-beyin travması ilə bağlı olmamışdır.

3. İddiaçının istinad etdiyi 3 №-li Şəhər Klinik Xəstəxanasının (hazırkı “X14” X12) təqdim etdiyi arayışa əsasən İddiaçı xx.xx.N4-xx.xx.N4-cü illərdə “Qapalı kəllə beyin travması baş beyin silkələnməsi, kontuziya” diaqnozu ilə müalicədə olmuşdur. Apellyasiya şikayətinin əsas dəlili Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı aldığı xəsarətlər nəticəsində “qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, Kontuziya” diaqnozu ilə 3 nömrəli şəhər kliniki xəstəxanasında xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək müalicə olmasına dair arayış və xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək X4 “Keçirilmiş qapalı kəllə-beyin travması qalıq əlamətləri, baş beyin silkələnməsi, kontuziya” diaqnozu ilə stasionar qaydada müalicə olunmasına dair arayışlardan ibarətdir. Həmin sənədlərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 3 №-li Şəhər Klinik Xəstəxanasında müalicə və müayinə olunması ilə bağlı iddiaçının xəstəlik tarixçəsi məhkəməyə təqdim edilməmişdir. Müəssisə bunu iddiaçının adına açılmış xəstəlik tarixinin saxlanılmaması ilə əsaslandırır. İkincisi, müəssisə qeyd edilən arayışı 2788 nömrəli tibbi kartadakı məlumatlara istinadən verir. Həmin 1 səhifəlik tibbi kartanın üz qabığında İddiaçı diaqnozu “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, kontuziya”, xx.xx.N4-cü ildə daxil olması, xx.xx.N4-cü ildə çıxması göstərilsə də, qeyd edilən bu məlumatlar həkim komissiyasının imzası, möhürü ilə təsdiqlənməyən, kim tərəfindən tərtib edildiyi müəyyən olunmayan sənəd olduğundan həmin məlumatlara istinadən iddiaçının qeyd edilən travma alması nəticəsinə gəlməyə kifayət edən sübut qismində qəbul edilmir. 3 nömrəli Şəhər Klinik Xəstəxanasının arayışı iş üzrə əldə edilmiş digər sənədlərlə müqayisəli təhlil edildikdə həmin sənədin iddia tələbinin təmin edilməsinə əsas verən sübut qismində çıxış edə bilmədiyi müəyyən olunur. Bundan başqa, iddiaçının travma alması ilə əlaqədar 3 nömrəli Şəhər Klinik Xəstəxanasına göndərilməsi barədə hərbi hissə, tabe olduğu xidmət rəhbərliyinin hər hansı əmri şəxsi işdə mövcud deyildir. İddiaçı xx.xx.N4-xx.xx.N4-cü illərdə “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, kontuziya” diaqnozu ilə 3 nömrəli Şəhər Klinik Xəstəxanasında müalicə aldığını iddia edir, lakin, bu halda iddiaçı 1 ay sonra Daxili İşlər Nazirliyinin X2 xx.xx.N4-cü ildən xx.xx.N4-cü ilədək müalicədə olarkən ona 1 ay əvvəl aldığı travma ilə bağlı hər hansı müalicə təyin edilməmiş və yaxud onun müalicəsi barədə qeydlər edilməmiş, qoyulan diaqnoz isə “Bel-oma radikuliti” diaqnozu olmuşdur. xx.xx.N4-xx.xx.N4-cü il tarixinədək DİN Respublika Hospitalının nevrologiya şöbəsində müalicədə olarkən barəsində tərtib edilmiş xəstəlik tarixçəsindən çıxarışda onun xx.xx.N4-xx.xx.N4-cü illərdə “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, kontuziya alması” barədə qeydlər edilməmişdir. Təqdim edilmiş 1956 nömrəli xəstəlik tarixçəsindən görünür ki, İddiaçı həkimlərin müayinəsində olarkən özünün kəllə-beyin travması alması ilə bağlı hər hansı məlumat bildirməmiş, həkimlərin suallarına cavab verərkən özünü uzun illərdir xəstə hesab etdiyini bildirməklə kifayətlənmiş, xəstəliyini travma, xəsarətlə əlaqələndirən hər hansı fikir səsləndirməmişdir. Ona həmin müəssisədə qoyulmuş diaqnoz da “astenik nevroz NSD kardial tip” olmaqla kəllə-beyin travması, kontuziya diaqnozu ilə eynilik təşkil etməmişdir. Bundan başqa, iddiaçı xx.xx.N4-xx.xx.N4-cü illərdə “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, kontuziya alması” diaqnozu ilə müalicə aldığını qeyd etsə də, həmin vaxtdan 2019-cu il tarixədək bir dəfə də olsun hər hansısa tibb müəssisəsində müalicə almamışdır. Belə olan halda isə məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin iddiaçıya “xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və müstəqilliyinin müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi barədə qərarın qəbul edilməsindən imtinasının qanunazidd sayılmaması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6).

Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1118/2022 saylı, 18 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar