Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-494/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, üçüncü şəxsin nümayəndəsi Nümayəndə Möhlud oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Nizami rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi) “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-4580/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 100, 62 saylı mənzilin X5 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Nizami rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ünvan 1-nin İddiaçı ölmüş əri X5 məxsus olması haqqında arayışın verilməsini xahiş etmişdir. Cavabdehin 29 noyabr 2023-cü il tarixli daşınmaz əmlakın İddiaçı ölmüş əri X5 məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsi barədə məktubda bildirilmişdir ki, aparılan araşdırma zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli məktubu ilə Nizami rayon icra hakimiyyətinin arxiv fondu üzrə 2000-ci il tarixli 169 saylı sərəncamının Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin sərəncamın xx.xx.2000-ci il tarixli deyil, xx.xx.2000-ci il tarixli olmaqla orada X7 barəsində heç bir məlumatın olmadığı bildirilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) e-2-1(112)-4580/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ünvan 1-nin İddiaçı ölmüş əri X5 məxsus olması haqqında arayışın verilməsini xahiş etmişdir. İşin hallarından müəyyən olunur ki, ünvan 1-ni 1966-cı ildə Makarov Vladimir, Makarova Serda, Makarova Mariya, Makarov Arkadiy, Makarova Karina, Makarov Eduardla 55313 nömrəli kirayə müqaviləsi bağlanmışdır. Sonradan xx.xx.1989-cu ildə X2 Karina ilə birgə nikaha daxil olmuşdur. Bakı şəhər Nizami rayon Mənzil Komunal Təsərüfatı Birliyinin 26 saylı Mənzil Komunal İstismar Sahəsinin 365 nömrəli xx.xx.2013-cü tarixli arayışından görünür ki, X7 1991-cı ildən orada qeydiyyatdadır və yaşayır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli qətnaməsinə əsasən X7 və X10 arasında nikaha xitam verilmişdir. Nizami Rayon İcra Hakimiyyətinin 12 may 2000ci il 169 nömrəli sərəncamından görünür ki, ünvan 1 ünvanına dair 1966-cı ildə Makarov Vladimir, Makarova Serda, Makarova Mariya, Makarov Arkadiy, Makarova Karina, Makarov Eduardla bağlanmış 55313 nömrəli kirayə müqaviləsi sonuncuların oradan pasport qeydiyyatından çıxması ilə əlaqədar həmin ünvanda qeydiyyatda olan və yaşayan X4 adına rəsmiləşdirilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanı daşınmaz əmlakın dövlət reysterində qeydiyyatdan keçməmişdir. Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Nizami Rayon İcra Hakimiyyəti başçısının 169 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamı X9 xidməti mənzilin veriliməsi ilə bağlı olmuşdur. Həmçinin sərəncamın arxiv nüsxəsindən görünür ki, 169 nömrəli sərəncam 12 may deyil, 05 aprel 2000-ci il tarixlidir. X5 verilən xx.xx.2000-ci il tarixli sərəncamın həqiqiliyi və mövcudluğu nə Nizami Rayon İcra Hakimiyyəti, nə də onun tərkibində olan MKTB tərəfindən heç vaxt mübahisələndirilməyib. Məhkəmə tərəfindən Nizami Rayon İcra Hakimiyyətinə göndərilən sorğuya belə cavab olaraq İcra Hakimiyyəti bildirmişdir ki, həmin dövrə aid sərəncamlar onların arxivlərində saxlanılmır. X8 adına verilmiş xx.xx.2000-ci il tarixli sərəncamdan görünür ki, həmin mənzil tam fərqli ünvanda yerləşir. X4 adına verilmiş sərəncam heç kimin marağına toxunmur. xx.xx.2000-ci il tarixli 169 nömrəli sərəncamın arxivdə aşkarlanmaması və ya həmin sərəncamın başqa tarixli sərəncamla üst-üstə düşməsinin X4 vəzifəsi və günahı kimi göstərilməsi absurddur. ünvan 1 ilə bağlı Makarovların adına 55313 nömrəli 1966-cı il tarixli order verilir. X3 1989-cu ildə orderdə adı qeyd olunan Makarova Karina ilə evlənir və 1991-ci ildə oraya köçüb qeydiyyata düşərək ölənə qədər 2022-ci ilə qədər orada yaşayır. Məhkəməyə təqdim olunan 1966-ci il 55313 nömrəli orderlə müəyyən olunur ki, ünvan 1 ünvanı Makarovlar ailəsinin istifadəsinə verilmişdir. 12 may 2000-ci il tarixli 169 nömrəli sərəncamdan görünür ki, 1966-ci ildə adına order verilən Makarov X1 qaynatası olub, onlar qohumluq münasibətində olublar. Rəsmi sənədlərlə bu qədər hal ortaya çıxır, ancaq məhkəmə nə bu sənədlərə öz qərarında hüquqi qiymət verir, nə də mübahisənin həlli ilə bağlı olan 1966-cı ildə Makarovlara verilən orderin mövcudluğu və ya ləğvi barədə aidiyyəti orqanlara sorğu verir. Məhkəmə qərarında yalnız maddi normaları göstərməklə kifayətlənmişdir. Məhkəmə qərarında işin məhkəmədə baxıldığı müddətdə təqdim edilmiş sübutları, məhkəmənin göndərdiyi sorğulara gələn cavabları sadalamaqla kifayətlənmişdir. Məhkəmə öz qərarında təqdim edilən 12 may 2000-ci il tarixli 169 nömrəli sərəncamın arxivdə aşakarlanmamasını və həmin 169 nömrəli sərəncamın başqa tarixli və başqa şəxsin adına verilməsini əsas gətirmişdir. Halbuki başqa şəxsin adına aşkarlanan 169 nömrəli sərəncamda göstərilən ünvanla onların təqdim etdiyi sərəncamda göstərliən ünvan tam fərqlidir və heç kimin maraqlarına toxunmur. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının BA- 01421-2021 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə Nizami rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 2000-ci il tarixli, 169 saylı sərəncamının Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin sərəncamın xx.xx.2000-ci il tarixli deyil, xx.xx.2000-ci il tarixli olmaqla orada X7 barəsində heç bir məlumatın olmadığı bildirilmişdir. İş materiallarında olan Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 169 nömrəli sərəncamının surətindən görünür ki, Q.Qarayev prospekti 100 nömrəli evin 62 nömrəli mənzilinin kirayəçisi xx.xx.1966-cı il tarixli 55313 nömrəli orderə əsasən X11 bu ünvandan qeydiyyatdan çıxmışdır. Bu mənzildə onun kürəkəni X7 ailə tərkibi bir nəfər olmaqla yaşayır. X7 mənzilin kirayə müqaviləsinin dəyişdirilməsini və onunla kirayə müqaviləsinin bağlanmasını İcra Hakimiyyətindən xahiş etmişdir. Nizami Rayon İcra Hakimiyyəti Q.Qarayev prospekti 100 nömrəli evin 62 nömrəli mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi və göstərilən yaşayış sahəsinə X7 ilə kirayə müqaviləsinin bağlanılması qərara almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-48-2F/2-713/2024 nömrəli məktubdan görünür ki, Nizami rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 2000-ci il tarixli, 169 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında xx.xx.2000-ci il tarixli deyil, xx.xx.2000ci il tarixli kimi mövcuddur. Həmin məktuba əlavə edilmiş Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 169 nömrəli sərəncamında X7 barəsində heç bir məlumat mövcud deyil, həmin sərəncam başqa şəxsə xidməti mənzilin verilməsi ilə əlaqədardır. İş materiallarında olan Nizami rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanı ilə bağlı sərəncam və sosial kirayə müqaviləsinin bağlanması barədə Bakı şəhəri Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyində heç bir məlumat yoxdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşin faktiki hallarından görünür ki, İddiaçı cavabdehə müraciət edərək, ünvan 1 ünvanının mərhum əri X5 məxsus olması haqqında arayışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 100, 62 saylı mənzilin X5 məxsus olması haqqında arayışın verilməsini xahiş etsə də, qeyd olunan mənzilin X4 istifıadəsinə verilməsi, bununla əlaqədar müvafiq sərəncamın olması və kirayə müqaviləsinin bağlanılması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 169 nömrəli sərəncamı isə kserosurətdir, iddiaçı sərəncamın əslini məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən həm cavabdehə, həm də məhkəməyə müvafiq sorğulara əsasən verilmiş cavab məktublarından görünür ki, Nizami rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 2000-ci il tarixli, 169 saylı sərəncamının Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin sərəncamın xx.xx.2000-ci il tarixli deyil, xx.xx.2000-ci il tarixli olmaqla orada X7 barəsində heç bir məlumatın olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 169 nömrəli sərəncamı məhkəməyə təqdim edilmişdir, həmin sərəncamda X7 barəsində heç bir məlumat mövcud deyil, həmin sərəncam başqa şəxsə xidməti mənzilin verilməsi ilə əlaqədardır. Göründüyü kimi, qeyd olunan mənzilin X5 verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsinin olması məhkəmə tərəfindən müəyyən edilmədi və iddiaçı tərəfindən də bununla bağlı sübutlar məhkəməyə təqdim edilmədi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4580/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-494/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-494/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver