Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-495/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)- 2923/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, güzəştli əmək stajını nəzərə alaraq 52 yaşdan ona güzəştli əmək pensiyası təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəqiqləşdirilməsi məhkəmə tərəfindən qəbul olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etirazında göstərilmişdir ki, iddiaçının 2006-cı ilədək olan 15 il 11 ay 11 gün əmək stajına uyğun hesablanmış pensiya kapitalı 12151,56 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabının sığorta hissəsində qeydə alınan 2759,11 manat olmaqla, cəmi pensiya kapitalı 14910,67 manat təşkil edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd ediyi kimi 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 49185,78 manat məbləğində hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-2923/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qanunsuz, ədalətsiz qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar, birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-2923/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuş, o, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci ilə qədər “Xüsusi Zaqafqaziya idarəsi”ndə elektromühərriklərin təmiri üzrə sexdə 2-ci dərəcəli sarıyıcı, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək “Bakı Alüminium Prokatı Zavodu”nda metaləridici sexində nəzarətçi, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixə qədər “Xırdalan meşə melorasiya stansiyası”nda kiçik laborant, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixə kimi “Bakı Alüminium Prokatı Zavodu”nda emulsiya bişiricisi, xx.xx.1991-ci ildən xx.xx.1991-ci il tarixədək “Əlvan Metal” Dövlət əlvan metal tullantıları və qırıntılarının çeşidlənməsi sahəsində fəhlə, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Bakı Alüminium yayama zavodunda metaləritmə sexində hazır məhlulun nəzarətçisi, xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixə kimi məftilçəkmə sexində hazır məhlulun nəzarətçisi vəzifələrində, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixə qədər "xxxx" MMC-də laborant vəzifəsində işləmişdir. "xxxx" ASC tərəfindən verilən xx.xx.2020-ci il tarixli 28 nömrəli güzəşti arayışdan görünür ki, İddiaçı: 1. xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixə kimi metaləridici sexində nəzarətçi vəzifəsində (vəzifə adı – nəzərətçi, siyahı -2, kod 2092300a-13041); 2. xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixə kimi məftilçəkmə sexində emulsiya bişirən vəzifəsində (vəzifə adı – emulsiya bişirən, siyahı - İİ, bölmə- Vİİİ, kod 2092300a19951); 3. xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi metaləridici sexində nəzarətçi vəzifəsində (vəzifə adı – nəzərətçi, siyahı - İİ, bölmə- Vİİİ, kod 2092300a-13041); 4. xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixə kimi məftilçəkmə sexində nəzarətçi vəzifəsində (vəzifə adı – nəzərətçi, siyahı - İİ, bölmə- Vİİİ, kod 2092300a-13041) işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. Arayış ******* nömrəli əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur”. "xxxx" ASC tərəfindən verilən xx.xx.2020-ci il tarixli 29 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi Bakı Alüminium Yayma Zavodu da Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə vermişdir. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır. Arayış ******* nömrəli əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. Xəzər RPİ-nin 1-ci PB-nin xx.xx.2013-cü il tarixli qərarından görünür ki, xx.xx.2013cü il tarixdə 4-cü ərazi DYNİ-nin rəhbərliyindən Şimal Dres yaşayış sahəsi ünvanında yerləşən "xxxx" ASC-də baş vermiş yanğın hadisəsi ilə bağlı toplanmış 004 saylı material daxil olmuşdur. Materialda göstərilmişdir ki, "xxxx" ASC-nin sədri X1 4-cü ərazi DYNİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona məxsus "xxxx" ASC-nin arxiv otağında yanğın hadisəsi baş vermişdir. Ərizədə S.Musayev onu da qeyd etmişdir ki, həmin müəssisə 2000-ci il tarixdən fəaliyyətini dayandırmış, həmin müəssisəyə qaz və elektrik enerjisinin verilməsi dayandırılmışdır. Baş vermiş yanğın hadisəsində cinayət tərkibi yaradacaq hər hansı bir fakt yoxdur. Ona görə də qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin yanğınla əlaqədar olaraq iddiaçının 1990-2004-cü illərdə Bakı Alümunium Yayma Zavodunda işləməsini təsdiq edən işə qəbul, işdən çıxma barədə əmrlərin və əmək haqqı cədvəllərinin nə inzibati icraat çərçivəsində, nə də hazırkı məhkəmə icraatında əldə edilməsi mümkün olmamışdır. "xxxx" ASC xx.xx.2013-cü ildə zavodda yanğın baş verdiyindən zavodun arxiv sənədlərinin yandığını və bu səbəbdən iddiaçıya heç bir sənəd verilə bilmədiyini, güzəştli arayışın isə əmək kitabçası qeydlərinə əsasən verdiyini qeyd etmişdir. xx.xx.2013-cü il tarixli yanğın haqqında aktdan görünür ki, komissiya üzvləri FHN BYNX-nin 4-cü ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru Fərhad Ələkbərov, inspektor d/x kapitanı Arif Quliyev və "xxxx" ASC-nin sədri Ş.Musayev xx.xx.2003-cü il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres yaşayış sahəsində yerləşən "xxxx" ASC-də baş vermiş yanğın haqqında akt tərtib edilmişdir. Yanğın baş vermə ərəfəsində vəziyyət yanğın baş verən sahədə heç bir təmirtikinti işləri aparılmayıb. Obyektin fəaliyyəti 2000-ci ildən dayandırılıb. Göründüyü kimi, məhkəməyə təqdim olunan yanğın aktında müəssisənin 2000-ci ildən fəaliyyətinin dayandırıldığı qeyd edilsə də, iddiaçıya məxsus əmək kitabçası qeydində iddiaçının xx.xx.2004-cü il tarixədək müəssisədə işlədiyi göstərilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra –ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İddiaçı hazırda ona 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Əmlak Məsələləri Dövlət Xidmətinin 21 aprel 2022-ci il tarixli **********7 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə 2-ci Dövlət Proqramı“na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin Bakı Alüminium Yayma zavodunun bazasında "xxxx" ASC yaradılmış və həmin səhmdar cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2020-ci il tarixdə tam başa çatdırılmışdır. Səhmdar Cəmiyyətin özəlləşdirmə planında səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək kollektivi — işəgötürənlə əmək münasibətlərində olan, bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əmək, sosial, iqtisadi hüquqlarını birgə həyata keçirmək və qanuni mənafelərini kollektiv halında müdafiə etmək səlahiyyətinə malik müvafiq iş yerlərində çalışan işçilərin birliyidir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən özəlləşdirilmiş dövlət müəssisəsinin (obyektinin) yeni mülkiyyətçisi və yaxud onun müvəkkil etdiyi orqan ilə əmək kollektivi arasında kollektiv müqavilələrin bağlanması və əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə 2-ci Dövlət Proqramı“nın 1.7-ci bəndinə əsasən müəssisənin özəlləşdirmə planı təsdiq edildiyi andan əmək kollektivinə güzəştli satış başlayana qədər onun strukturunun və ştat cədvəlinin dəyişdirilməsi və işçilərin ixtisarı qadağandır. Həmin Proqramın 4.2.1-ci maddəsinə əsasən əsas iş yeri həmin müəssisə hesab edilən işçilər özəlləşdirmə prosesində dövlət müəssisələrinin əmək kollektivinin üzvlərinə və onlara bərabər tutulan şəxslərə aid edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2019-cu il tarixdə 52 yaşı tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən onun xx.xx.2006cı il tarixə 20 il 10 ay 1 gün ümumi, 10 ildən çox xüsusi stajı olmuşdur. Lakin məhkəmə iddiaçının Bakı Alümunium-Yayma Zavodunda işləməsi ilə bağlı əmək kitabçasındakı qeydləri mötəbər hesab etmir. Əmək kitabçasındakı qeydlər qəbul edildiyi halda iddiaçının müəssisənin özəlləşdirilməsinə başlandığı xx.xx.2000-ci il tarixə həmin müəssisədə 15 ildən çox iş stajı olur ki, belə olan halda onun adı səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında olmalı idi. Lakin həmin siyahıda iddiaçının adının olmaması onun həmin tarixdə müəssisənin əmək kollektivinə daxil olmadığını, yəni həmin tarixdə müəssisədə işləmədiyini təsdiq edir. Bundan əlavə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında Bakı Alümunium-Yayma Zavodunda işlədiyi peşənin zərərliliyi ilə bağlı xüsusiyyətlərini izah edə bilməmiş, ümumiyyətlə işlədiyi vəzifələrin əmək funksiyalarının nədən ibarət olmasını təsvir edə bilməmişdir. Bu hal həmçinin, iddiaçının əmək kitabçasında qeydi aparılan "xxxx" MMC-də laborant vəzifəsində işləməsi faktına da aid olmuşdur. Belə ki, iddiaçı həmin iş dövrünü də xatırlamamış, müəssisənin hansı fəaliyyətlə məşğul olması, laborant vəzifəsində hansı əmək funksiyalarını icra etməsini təsvir edə bilməmiş, məhkəmə tərəfindən verilmiş suala cavab olaraq həmin adda müəssisədə işləmədiyini bildirmişdir. İddiaçı həmçinin əmək kitabçasının mövcud olmasına baxmayaraq, daha sonra, yəni 2008-2014-cü illərdə "xxxx" MMC-də işlədiyi dövrlər barədə əmək kitabçasında niyə qeyd aparılmamasını da izah edə bilməmişdir. Beləliklə, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 20 ildən az ümumi, 10 ildən az xüsusi stajı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır. Beləliklə, kollegiya qeyd edir ki, cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-2923/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-495/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-495/2023
04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver