Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-495/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/202N saylı, xx.xx.202N-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin xx.xx.2022-ci il tarixli 4/N-7792 saylı məktubu ilə iddiaçının nümayəndəsinə bildirilmişdir ki, “Vətən müharibəsi” dövründə istefada olan polkovnikleytenant İddiaçı Müdafiə Nazirliyinin tabeçiliyində olan N nömrəli hərbi hissədə xidmət keçmişdir. Bununla əlaqədar olaraq ona “Müharibə veteranı” statusu verilmişdir. Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən istefada olan polkovnik- leytenant İddiaçı “Vətən müharibəsi” dövründə xidmət keçdiyi N nömrəli hərbi hissə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin siyahısında olmadığına və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb rəisinin xx.xx.2022-ci il tarixli 65N nömrəli məktubuna əsasən istefada olan polkovnik-leytenant İddiaçı verilmiş “Müharibə veteranı” statusu ləğv olunmuş və ona təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi dayandırılmışdır.
2. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin xx.xx.2022-ci il tarixli 65N nömrəli məktubu ilə cavabdehin Kadrlar İdarəsinə bildirilmişdir ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarə rəisinin 28 sentyabr 2020-ci il tarixli 26/118 nömrəli telefonoqramasına əsasən 051, N və N nömrəli hərbi hissələrin tamamlama mərkəzlərinə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən ezam olunmuş hərbi qulluqçularının adları “Müharibə veteranı" adı və "Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim olunmuşdur. X11 Baş İdarəsi Hərbi Təhsil İdarəsinin Təhsil şöbəsinin rəisi-idarə rəisinin müavininin 29 noyabr 2021ci il tarixli 707 nömrəli məktubuna əlavə olaraq göndərdiyi Nazirlər Kabinetinin qərarına əsasən göstərilən meyarların 1-ci, 2-ci və N-cü bəndlərinə uyğun olmadığı üçün həmin hərbi qulluqçuların adlarının ‘Müharibə veteranı" və “Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqəsinin verilməsi haqqında siyahıdan çıxarılması barədə müvafiq qərar qəbul edilməsi üçün göndərilir. Məktuba qoşmada Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən tamamlama hərbi hissələrinə ezam olunmuş hərbi qulluqçuların adlı siyahısından görünür ki, iddiaçının adı 5-cı sırada göstərilmişdir.
3. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın xx.xx.202N-cü il tarixli 4/N-18N8 nömrəli məktubundan görünür ki, N (,) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib. Əsas: Azərbaycan Ordusunun “Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli 062 nömrəli əmri.
4. 4 saylı DOST Məkəzinin xx.xx.2022-ci il tarixli **********N nömrəli arayışından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən 80 manat məbləğində Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü müddətsiz təyin edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi Sosial Müavinət və təqaüd haqqında arayışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən 80 manat məbləğində Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü müddətsiz təyin edilmişdir.
6. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2021-ci il tarixli 22 №-li əmrindən çıxarışdan görünür ki, Baş Qərargah rəisinin müavini-Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin "Səfərbərlik zamanı yerdəyişmə Planı"na uyğun olaraq, döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla N nömrəli hərbi hissədə müvafiq vəzifərə təyin edilən aşağıda adları çəkilən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin zabitləri, Azərbaycan Respublikası Müdafiə nazirinin 16 yanvar 2021-ci il tarixli 0101 nömrəli əmrinə əsasən əvvəlki vəzifələrinə qaytarıldıqlarına görə 2N yanvar 2021-ci il tarixdən, N nömrəli hərbi hissədən gəlmiş hesab edilsinlər, ərzaq təminatına daxil edilsinlər, vəzifələrinin icrasına başlasınlar: 2. Polkovnik-leytenant İddiaçı, X7-X8 avtomobil xidməti rəisi-Quru qoşunları fakültəsinin maddi- texniki təminat kafedrasının avtomobil hazırlığı silsiləsinin baş müəllimi. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 0101 nömrəli əmrindən çıxarış, N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 144, 147, 148, 149, 150, 151, 152, 15N, və 154, nömrəli təyinat vərəqələri.
7. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2020-ci il tarixli 2N2 №-li əmrindən çıxarışdan görünür ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin 07 avqust və 18 sentyabr 2020-ci il tarixli planlarına müvafiq olaraq, aşağıda adları göstərilən hərbi qulluqçular döyüş tapşırığını yerinə yetirmək üçün 29 sentyabr 2020-ci il tarixdən qeyd olunan hərbi hissələrə getmiş hesab edilsinlər, N0 sentyabr 2020ci il tarixdən Məktəbin ərzaq təminatından çıxarılsınlar və ərzaq attestatı ilə təmin edilsinlər: -N nömrəli hərbi hissəyə - 90. polkovnik-leytenant İddiaçı, Quru Qoşunları fakültəsinin maddi-texniki təminat kafedrasının avtomobil hazırlığı silsiləsinin baş müəllimi. Əsas: Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 26/1182 nömrəli telefonoqramı.
8. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2020-ci il tarixli 245 №-li əmrindən çıxarışdan görünür ki, Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xidməti yerdəyişmə planına əsasən döyüş tapşırığını yerinə yetirmək məqsədilə göndərilmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin aşağıda adları çəkilən zabitləri Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin N oktyabr 2020-ci il tarixli 0429 nömrəli əmrinə əsasən döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla N nömrəli hərbi hissədə müvafiq vəzifəyə təyin olunmuş hesab edilsinlər: 2.Polkovnik-leytenant İddiaçı, Quru Qoşunları fakültəsinin maddi-texniki təminat kafedrasının avtomobil hazırlığı silsiləsinin baş müəllimi - Maddi- X8 Avtomobil Xidməti Rəisi. Əsas: Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 0429 nömrəli əmrindən çıxarış (dax ol.№ 478).
9. Cavabdehin xx.xx.202N-cü il tarixli N-25-11/2-2687/2N saylı məktubu ilə göndərilmiş N №-li hərbi hissə rəisinin xx.xx.202N-cü il tarixli 14/1550 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən 0N7, 006, 1N, N və N nömrəli hərbi hissələr N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əkshücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişlər.
10. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.202N-cü il tarixli ***-**** nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş xx.xx.202N-cü il və xx.xx.202N-cü il tarixli N-25-11/2-675/202N və N-xxxx/22567/202N nömrəli məktublarınıza cavab olaraq bildiririk ki, vətəndaş İddiaçı komissiyaya xx.xx.2022-ci il tarixdə müraciət etmiş, sənədlərinə xx.xx.202Ncü il tarixli iclasda baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən qoşmada göstərilən məzmunda cavab verilmişdir.”
11. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası”nın xx.xx.202N-cü il tarixli 4/N-4514 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş xx.xx.2022-ci il tarixli 26/05 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək döyüşən hərbi hissələrin siyahısında olmadığına görə vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.”
12. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Fəxri Fərmandan görünür ki, iddiaçı yüksək döyüş hazırlığının, döyüş qabiliyyətinin təmin olunmasında şəxsi heyətin mənəvi ruhunun və şüurlu intizamın möhkəmləndirilməsində, döyüş tapşırıqlarının yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərə görə təltif olunmuşdur.
13. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş yanvar 2021-ci il tarixli Fəxri Fərmandan görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xüsusi xidmətlərinə görə “Vətən müharibəsi” dövründə arxa cəbhədə göstərdiyi yüksək peşəkarlıq və fədakarlığa görə təltif olunmuşdur.
14. Hərbi Xidmətdə fərqlənməyə görə N-cü dərəcəli medalın vəsiqəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin adından təltif edilmişdir.
15. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 52 nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Ağcabədi Beyləqan rayonları) və N hərbi hissədə (Fizuli (Horadiz)- Əhmədbəyli - Cəbrayıl rayonları) olmuşdur.
16. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş N nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Ağcabədi Beyləqan – Fizuli (Horadiz)- Əhmədbəyli - Cəbrayıl – Qubadlı rayonları) olmuşdur.
17. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 69 nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Beyləqan – Fizuli (Horadiz)- Cəbrayıl - Zəngilan rayonları) olmuşdur.
18. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 9 nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Ağcabədi Beyləqan rayonları) və N hərbi hissədə (Fizuli (Horadiz) - Əhmədbəyli - Cəbrayıl rayonları) olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
19. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının “Müharibə veteranı” adının ləgv edilməsi ilə baglı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək ona “Müharibə veteranı” adının ləgv edildiyi 2022-ci ilin aprel ayından təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27 iyul 1996-cı il tarixdən 25 dekabr 2021-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. 2-ci Qarabağ Müharibəsi zamanı polkovnik-leytenant hərbi rütbəsində xidmət etdiyi Heydər Əliyev adına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbindən döyüşlərin hərtərəfli təminatı ilə bağlı döyüş əməliyyatlarında iştirak edən N saylı hərbi hissədə ezamiyyətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı vuruşmuşdur. İddiaçı 25 dekabr 2021-ci il tarixdə “Hərbi xidmət haqqında” Əsasnamənin 156-cı maddəsinin “v”bəndinə əsasən xəstəliyi ilə bağlı Ordu sıralarından ehtiyata tərxis olunmuşdur. Hərbi xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə və fəal iştirak etməsinə baxmayaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaçıya əvvəlcə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi qərarı qəbul etmiş, sonra isə heç bir səbəb olmadan həmin addan məhrum etmişdir. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün müraciət etmiş, lakin cavabdehin 05 iyul 2022-ci il tarixli 4/N-7792 saylı imtina məktubunda Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən iddiaçının “Vətən müharibəsi”dövründə xidmət keçdiyi N nömrəli hərbi hissənin döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin siyahısında olmadığına və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb rəisinin xx.xx.2022-ci il tarixli 65N nömrəli məktubuna əsasən, “Müharibə veteranı” statusunun ləğv edildiyi və ona təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsinin dayandırıldıgı bildirilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən verilmiş 9, 52, N və 69 saylı yol vərəqələrindən göründüyü kimi iddiaçı həmin hərbi hissələrdə döyüşlərin hərtərəfli təminatı ilə bağlı Heydər Əliyev adına Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmət keçərkən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüş gedən ərazilərdə: Ağcabədi, Beyləqan, Fizuli, Horadiz, Əhmədbəyli, Cəbrayıl və Qubadlı ərazilərində xidməti ezamiyyətlərdə olmuşdur. Həmin hərbi hissələrdə xidmət edərkən, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları almış və yerinə yetirmiş, ona təltiflər verilmişdir.
22. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Cavabdehin etirazında göstərmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsaslara görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarırın verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təyinat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə N sentyabr 2020ci il tarixdən N noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks—kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər isasında “Müharibə veteranı” adı verilir. Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd edilir ki, iş materiallarında olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinin xx.xx.2022-ci il tarixli 65N nömrəli məktubun surətindən görünür ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarə rəisinin 28 sentyabr 2020-ci il tarixli 26/118 nömrəli telefonoqramına əsasən 051, N və N nömrəli hərbi hissələrin tamamlama mərkəzlərinə Heydər Əliyev adına Ali Hərbi Məktəbdən ezam olunmuş hərbi qulluqçuların adları “Müharibə veteranı və vəsiqəsinin verilməsi” üçün təqdim edilmişdir. Sözügedən məktubda Şəxsi Heyət Baş İdarəsinin Təhsil şöbəsinin rəisiidarə rəisinin müavinin 29 noyabr 2021-ci il tarixli 707 nömrəli məktubuna əlavə olaraq göndərilmiş Nazirlər Kabinetinin qərarına əsasən göstərilən meyarların 1, 2 və N-cü bəndlərinə uyğun olmadığı üçün həmin hərbi qulluqçuların adlarının “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” haqqında komissiyaya təqdim edilmiş siyahıdan çıxarılması üçün məktub ünvanlandığı görünür. Bundan başqa Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın vətəndaşa nümayəndəsi Vəkil ünvanlandığı xx.xx.2022ci il tarixli 4/N7792 nömrəli məktubundan görünür ki, istefada olan İddiaçı, Vətən müharibəsi zamanı N nömrəli hərbi hissədə xidmət keçdiyi üçün ona “Müharibə veteranı” statusu verilmişdir. Həmçinin, həmin məktubun ikinci abzasından görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən İddiaçı “Vətən müharibəsi” dövründə xidmət keçdiyi N nömrəli hərbi hissə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin siyahısında olmadığına və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisinin yuxarıda sözügedən məktubuna əsasən sonuncuya verilmiş “Müharibə veteranı” statusu ləğv edilmiş və ona təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi dayandırılmışdır. Habelə sözügedən komissiyanın xx.xx.202N-cü il tarixli 4/N-18N8 nömrəli məktubunun surətindən görünür ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Beləliklə əlavə edilmiş sənədlərdən gürünür ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin qeyd edilən məktubu əsasında 051, N və N nömrəli hərbi hissələrin tamamlama mərkəzlərinə ezam olunmuş hərbi qulluqçuların adları “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” üçün təqdim edilmiş və ümumi siyahıya əsasən həmin hərbi qulluqçulara “Müharibə veteranı” statusu verilmişdir. Lakin Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli müvafiq əmri ilə “Vətən müharibəsində” iştirak edən hərbi hissələrin siyahısı müəyyən edildiyindən və N nömıəli hərbi hissənin döyüş əməliyyaytlarında iştirak etmədiyini nəzərə alaraq iddiaçıya verilmiş “Müharibə veteranı” statusu ləğv edilmiş və Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi dayandırılmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun N-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 21(102)-11N/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun N-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.N-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş edilmişdir.
23. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/202N saylı, xx.xx.202N-cü il tarixli qərarı ilə iddia təmin edilməsi, İddiaçı “Müharibə veteranı” adının ləgv edilməsi ilə baglı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətləri qanunsuz hesab edilməsi, İddiaçı “Müharibə veteranı” adının ləgv edildiyi 2022-ci ilin aprel ayından təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.
24. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar – sənədlər məhkəmə tərəfindən müəyyən edilərək tədqiq edilmişdir.
25. Bütün bu sadalan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən iddiaçının iddiasının təmin edilməsi üçün əsasdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən mötəbər sübutlardır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
26. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1828/202N saylı, xx.xx.202N-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən döyüşlərdə iştirak etmək üçün N nömrəli hərbi hissəyə ezam edildiyini bildirərək məhkəmədən ona “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” öhdəliyini cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan qərarda iddiaçının Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2020-ci il tarixli 2N2 nömrəli əsasında N nömrəli hərbi hissəyə ezam edilməsini, həmçinin N nömrəli hərbi hissə tərəfindən verilmiş 9,52,N və 69 nömrəli yol vərəqələrində işğaldan azad olunmuş ərazilərə ezam edildiyini əsas götürərək iddianı təmin etmişdir. İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirl’r ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə N sentyabr 2020-ci il tarixdən N noyabr 2020ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasın,hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir.Bakı İnzibati Məhkəməsi sözü gedən qərarı qəbul edərkən aşağıda qeyd edəcəkləri sübutları nəzərə almamışdır: 1. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2020-ci il tarixli 2N2 nömrəli əmrində iddiaçının N nömrəli hərbi hissəyə ezamiyyət göndərilməsi qeyd edilmişdir.İddiaçı N nömrəli hərbi hissəyə deyil, həmin hərbi hissənin döyüşlər başlamazdan əvvəl dislokasiya olunduğu yerə, yəni N nömrəli hərbi hissəyə ezam olunmuşdur. (Hərbi məktəbdə əmr verilərkən texniki səhv kimi N nömrəli hərbi hissəyə göndərildiyi yazıla bilər) İddiaçı da öz iddia ərizəsində N nömrəli hərbi hissəyə deyil, N nömrəli hərbi hissəyə ezam edildiyini qeyd etmişdir. Həmçinin N nömrəli hərbi hissədən daxil olan N avqust 202N-cü il tarixli 1404 nömrəli məktubun surətindən də göründüyü kimi iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam edilməmişdir. 2. Həmçinin N nömrəli hərbi hissə komandirinin iddiaçının adına təqdim etdiyi fəxri fərmanda da onun arxa cəbhədə göstərdiyi yüksək peşəkarlığa görə təltif olunduğu qeyd edilmiş və məlum olur ki, iddiaçı arxa cəbhədə xidməti vəzifələrinin icrası ilə bağlı tapşırıqları yerinə yetirmişdir. N. Bundan başqa sözügedən qərarda iddianın təmin edilməsində əsas kimi götürülən yol vərəqələrinə nəzər saldıqda görüləcək ki, həmin yol vərəqələri həqiqəti əks etdirmir, həmçinin həmin yol vərəqəindəki qeydlər təqdim etdikləri cədvəl üzrə iddiaçının həmin ərazilərə ezam getmədiyini sübut edir.Məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçı T.F.X9 adına Ali Hərbi Məktəbdən N nömrəli hərbi hissəyə ezam olunduqdan sonra hərbi hissənin maddi X8 avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmişdir.Belə ki, tərtib edilmiş yol vərəqələrində ezamiyyətə getmə tarixləri ilə işğaldan azad olunmuş ərazilərin işğal tarixləri arasında ziddiyət təşkil edilir. cədvəldən də göründüyü kimi yol vərəqəsində iddiaçının qeyd edilən tarixlərdə adları qeyd edilən ərazilərə getmələri həqiqəti əks etdirmir. Çünki yol vərəqəsində qeyd edilən tarixlərdə adlarını qeyd etdikləri kənd və rayonlarımız hələ işğaldan azad olunmamışdı. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hörmətli məhkəmə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.N), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-7N.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-1N.2 və 17).
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur.Yazılı etiraz iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin verilməsinin əsası kimi polkovnik-leytenant X2 döyüş əməliyyalarında iştirakının olubolmaması əvəzinə N saylı hərbi hissəyə ezam olunub olunmaması faktının olubolmaması faktı araşdırılır. Lakin bu zaman Apellyasiya şikayətini verən şəxs faktiki etiraf edir ki, polkovnik- leytenant XN 04 oktyabr 2020-ci il tarixdən 15 oktyabr 2020- ci il tarixə kimi Cəbrayıl rayonu ərazisində (bu zaman qeyd edir ki, Cəbrayıl şəhəri 04 okyabr 2020-ci il tarixdə işğaldan azad edilmişdir), 15 oktyabr 2020-ci il tarixdən N1 oktyabr 2020-ci il tarixə kimi Ağcabədi rayonu ərazisində (bu zaman qeyd edir ki, həmin ərazidə yerləşən Soltanlı kəndi 19 okyabr 2020-ci il tarixdə, Minbaşlı kəndi 2N" okyabr 2020-ci il tarixdə və Xələfli kəndi 2N okyabr 2020-ci il tarixdə işğaldan azad edilmişlər), N1 oktyabr 2020-ci il tarixdən 07 noyabr 2020-ci il tarixə kimi Ağcabədi, Fizuli, Cəbrayıl, Hadrut rayonları ərazilərində yerləşən Azərbaycan Respublikasının Müdafiə Nazirliynin hərbi hissələrində hərbi xidmətdə olmuş və döyüş tapşırıqlarını yerinə yetirmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliynin nümayəndəsi özü etiraf edir ki, iddiaçının hərbi xidmətdə olduğu hərbi hissələr o zaman ancaq döyüş tapşırıqlarını yerinə yetirirdilər. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən verilmiş 9, 52, N və 69 saylı yol vərəqələrindən görünür ki, 2-ci Qarabağ Müharibəsi zamanı polkovnik-leytenant hərbi rütbəsində Heydər Əliyev adına Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbində xidmət edən və qeyd olunan hərbi hissədə müharibə dövründə xidmətini davam etdirən (xidməti ezamiyyədə olan) İddiaçı döyüşlərin hərtərəfli təminatı ilə bağlı döyüş zonasına- Heydər Əliyev adına Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbində Heydər Əliyev adına Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə ezam olunub, hərbi xidmət Keçərxən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüş gedən ərazilərdə: Ağcabədi, Beyləqan, Fizuli, Horadiz, Hadrut, Əhmədbəyli, Cəbrayıl və Qubadlı ərazilərində xidməti ezamiyyətdə olmuşdur. Həmin hərbi hissədə yəni o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmət keçərxən, ezamiyyətdə olub döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliynin nümayəndəsi Zamiq Mustafayev vermiş olduğu Apellyasiya şikayətində qeyd edir ki, iddiaçının təltifləri arxa cəbhədə hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. Lakin belə görünür ki, nümayəndə həmin təltiflərin məzmunları ilə yaxşı tanış olmamışdır, ya da ki, onların məzmunlarını qətiyyən oxumamışdır. Belə ki, təltiflər aşağıdakılardır: 1.2-ci Qarabağ döyüşlərində xüsusi xidmətlərinə görə N0 dekabr 2020-ci il tarixdə polkovnik-leytenant İddiaçı Feruz oğlu ’’Hərbi Xidmətdə Fərqlənməyə görə N-cü dərəcəli medalla" təltif olunmuşdur. 2. 2021-ci il yanvar ayında polkovnik-leytenant İddiaçı Feruz oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xüsusi xidmətlərinə görə-“Vətən müharibəsi” dövründə arxa cəbhədə göstərdiyi yüksək peşəkarlıq və fədakarlığa görə Azərbaycan Respublikasının Müdafiə Nazirliynin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. N. 09 noyabr 2022-ci il tarixdə polkovnik-leytenant İddiaçı Feruz oğlu “Yüksək döyüş hazırlığının, döyüş qabiliyyətinin təmin olunmasında şəxsi heyətin mənəvi ruhunun və şüurlu intizamın möhkəmləndirilməsində, döyüş tapşırıqlarının yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərə görə” Azərbaycan Respublikasının Müdafiə Nazirliynin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən təltif olunmuşdur. Digər tərəfdən isə nümayəndə görünür daha böyük hüquq təcrübəsi olan, bütün hüquq elmlərinin əsaslarını dərindən bilən Azərbaycan Respublikasının Müdafiə Nazirliynin Hüquq İdarəsinin rəisi, ədliyyə polkovniki Elçin Əliyevin 17 avqust 202N-cü il tarixli N-25-4/2-N888/202N saylı Bakı İnzibati Məhkəməsin 2-1(112)1828/202N saylı 14 iyul 202N-cü il tarixli qərarının icraya yönəldilməsi haqqında olan göstəriş məktubu ilə tanış deyildir. Əgər məhkəmənin qərarında hər hansı bir çatışmamazlıq olsa idi, Azərbaycan Respublikasının Müdafiə Nazirliynin Hüquq İdarəsinin rəisi, ədliyyə polkovniki Elçin Əliyev kimi hüquq elmində sayılıb-seçilən çox müdrik bir insan həmin qərarı icraya yönəltməzdi. İddiaçı tərəf cavabdeh: Azərbaycan Respublikasının Müdafiə Nazirliynin nümayəndəsi Zamiq Mustafayevin Bakı İnzibati Məhkəməsin 2- 1(112)1828/202N saylı 14 iyul 202N-cü il tarixli qərarından vermiş olduğu 01 sentyabr 202N-cü il tarixli Apellyasiya şikayətini tamamilə qanunsuz və əsassız olduğundan təmin olunmamasını və Bakı İnzibati Məhkəməsin 2-1(112)1828/202N saylı 14 iyul 202N-cü il tarixli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş edir.
e) Prosses iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili apellyasiya şikayətinə yazılı etiraza uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdirlər. Əlavə olaraq verilən suallara cavabında iddiaçı N saylı hərbi hissədə olmadığını bildirmişdir.
30. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.N-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
31. Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: -Maddə N. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... -Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
32. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə N. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər
33. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... ... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ..... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən:.....
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.
36. N0 dekabr 2021-ci il tarixli 420 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun N-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
N7. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun:
15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 2N.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.N. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. N2.N-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.
N8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 14.N- inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 7N.1.İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 1N1.N-cü və 1N2.N-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
N9. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
40. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
42. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına istinad edərək aşağıdakıları qeyd edir: 4N. Mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən döyüşlərdə iştirak etmək üçün N nömrəli hərbi hissəyə ezam edildiyini bildirərək məhkəmədən ona “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” öhdəliyini cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
44. Birinci instansiya məhkəməsi iddiaçının Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2020-ci il tarixli 2N2 nömrəli əsasında N nömrəli hərbi hissəyə ezam edilməsini, həmçinin N nömrəli hərbi hissə tərəfindən verilmiş 9,52,N və 69 nömrəli yol vərəqələrində işğaldan azad olunmuş ərazilərə ezam edildiyini əsas götürərək iddianı təmin etmişdir.
45. İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir.
46. Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz.
47. Belə ki, apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məhkəmənin 2-1(10N)-N766/202N saylı, 07 dekabr 202Ncü il tarixli sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdən görünür ki, “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamının və Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" adının verilməsi işinin təşkili uzrə Komissiyanın yaradılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il N0 yanvar tarixli 24 nömrəli Qərarının icrası ilə bağlı 2020-ci ilin sentyabr ayının 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bülölüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısı Müdafiə Naziri tərəfindən hazırlanaraq razılaşdırılması üçün, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmiş və nəticə etibarı ilə 76.645,0 (yetmiş altı min altı yüz. qırx beş) nəfərin adı “Zəfər" alt sisteminə yerləşdirilmişdir. Lakin, sonradan aparılan dəqiqləşdirilmələr zamanı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və N nömrəli hərbi hissə tərəfindən təqdim edilərək, “Zəfər" alt sisteminə yerləşdirilən həmin şəxslərdən 40 (qırx) nəfərin döyüş əməliyyatları zamanı fəaliyyətinin "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-cı il N0 dekabr tarixli 420 nömrəli Qərarında qeyd olunan meyarlara uyğun gəlməməsi müəyyən edilmişdir. Bununla əlaqədar, “Müharibə veteranı” statusuna malik olan, siyahıda adları qeyd olun səxslərə Prezident təqaüdünün ödənilməsi dayandırılmışdır.
48. İddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N sentyabr 2020ci il tarixdən N noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasın,hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.
49. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir.
50. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
51. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən aşağıda qeyd edilən sübutları nəzərə almamışdır:
1. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2020-ci il tarixli 2N2 nömrəli əmrində iddiaçının N nömrəli hərbi hissəyə ezamiyyət göndərilməsi qeyd edilmişdir.İddiaçı N nömrəli hərbi hissəyə deyil, həmin hərbi hissənin döyüşlər başlamazdan əvvəl dislokasiya olunduğu yerə, yəni N nömrəli hərbi hissəyə ezam olunmuşdur. (Hərbi məktəbdə əmr verilərkən texniki səhv kimi N nömrəli hərbi hissəyə göndərildiyi yazıla bilər) İddiaçı da öz iddia ərizəsində N nömrəli hərbi hissəyə deyil, N nömrəli hərbi hissəyə ezam edildiyini qeyd etmişdir.
2. Həmçinin N nömrəli hərbi hissədən daxil olan N avqust 202N-cü il tarixli 1404 nömrəli məktubun surətindən də göründüyü kimi iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam edilməmişdir. N. Eyni zamanda N nömrəli hərbi hissə komandirinin iddiaçının adına təqdim etdiyi fəxri fərmanda da onun arxa cəbhədə göstərdiyi yüksək peşəkarlığa görə təltif olunduğu qeyd edilmiş və məlum olur ki, iddiaçı arxa cəbhədə xidməti vəzifələrinin icrası ilə bağlı tapşırıqları yerinə yetirmişdir.
4. Bundan başqa iddianın təmin edilməsində əsas kimi istinad olunan yol vərəqələrinə nəzər saldıqda görünür ki, həmin yol vərəqəindəki qeydlər iddiaçının həmin ərazilərə ezam getmədiyini sübut edir.Yəni N saylı hərbi hissənin iddiaçının həmin hərbi hissəyə gəldiyinə dair möhürü ilə təsdiq olunmur.
5. Məhkəmə Kollegiyası bir daha vurğulayır ki, apellyasiya baxışı zamanı iddiaçı məhkəmə Kollegiyasının verdiyi suala cavabında N saylı hərbi hissədə olmadığını bildirmişdir.
52. İş materiallarından görünür ki, iddiaçı T.F.X9 adına Ali Hərbi Məktəbdən N nömrəli hərbi hissəyə ezam olunduqdan sonra hərbi hissənin maddi X8 avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmişdir. 5N. Lakin Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın xx.xx.202N-cü il tarixli 4/N-18N8 nömrəli məktubundan görünür ki, N (,) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib. Əsas: Azərbaycan Ordusunun “Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli 062 nömrəli əmri.
54. Həmçinin, cavabdehin xx.xx.202N-cü il tarixli N-25-11/2-2687/2N saylı məktubu ilə göndərilmiş N №-li hərbi hissə rəisinin xx.xx.202N-cü il tarixli 14/1550 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən 0N7, 006, 1N, N və N nömrəli hərbi hissələr N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişlər.
55. Göstərilənlərdən müəyyən olunur ki, iddiaçı T.F.X9 adına Ali Hərbi Məktəbdən N nömrəli hərbi hissəyə ezam olunduqdan sonra hərbi hissənin maddi X8 avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmişdir, lakin N (,) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib.
56. Həmçinin, o da müəyyən olunur ki, N nömrəli hərbi hissə N sentyabr - N noyabr 2020ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir, lakin iddiaçı həmin hərbi hissəyə ezam olunmamış, yəni həmin hərbi hissədə ümumiyyətlə olmamışdır.
57. Beləliklə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.N maddə).
58. Məhkəmə Kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM- 7N.1maddə).
59. Qeyd edilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/202N saylı, xx.xx.202N-cü il tarixli qərarı ləğv edilməli və iddia rədd olunmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.N-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/202N saylı, xx.xx.202N-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.