Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4956/2025 23.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçıın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və s”tələbinə dair iddiası üzrə Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçıın cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (3-cü şəxs: "xxxx" MTK) “qərarın ləğv edilməsi və s” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4102/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:
1. İddiaçı ilə 3-cü şəxs: "xxxx" MTK arasında bağlanan 27 avqust 2022-ci il tarixli payçı müqaviləsindən görünür ki, iddiaçı və üçüncü şəxs arasında yaşayış kompleksində mənzilin tikilib payçıya təhvil verilməsi barədə müqavilə bağlanılmışdır.
2. “Ödəniş cədvəli və qəbzlərdən görünür ki, 27 avqust 2024-cü il tarixdə əmlakla bağlı sonuncu ödəniş edilmişdir.
3. İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2024-cü il tarixli elektron ərizə ilə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş, lakin cavabdeh “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********661800 nömrəli 23 sentyabr 2024-cü il tarixli qərarına əsasən iddiaçının ƏDV-nin geri qaytarılması barədə ərizəsi təmin edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir.”
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
4. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MTK ilə müqavilə bağlanılmış, "xxxx" yaşayış kompleksindən mənzil alınmış, pul məbləği MTK-nın hesabına mədaxil edilmişdir. Son ödəniş xx.xx.2024-cü il tarixdə edildikdən sonra cavabdehə məlumatın müvəkkil banka ötürülməsi ilə əlaqədar müraciət edilmiş, müraciətinin təmindən əsassız olaraq imtina edilmişdir. Cavabdeh özü də təsdiq edir ki, alıcı tərəfindən ƏDV ödənilmiş, lakin Qaydanın 5.1.2-ci bəndinə uyğun ödənilmədiyinə istinad edilir. İddiaçı hesab edir ki, cavabdeh əsassız olaraq müraciətin təminindən imtina etmişdir.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Fərman ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Hazırkı halda yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə "xxxx" MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-4102/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli qərarı ilə idda tələbi rədd olunmuşdur.
9. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
Apellyasiya şikayətinin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra “Qayda”) müddəalarına qərarın giriş və təsviredici hissələrində, hətta məhkəmənin mövqeyini əks etditən əsaslandırıcı hissədə ümumi müddəaların tələbləri üzərindən qiymət verilməyə başlanılmış, daha sonra isə Qaydanın keçid müddəalarına istinad edilməklə, ziddiyyət yaranmışdır ki, nəticə etibarilə əsaslı qanuni iddia rədd edilmişdir. Məhkəmə qərarında ilk növbədə Qaydanın 2.0.4.-cü bəndi üzrə operatorun anlayışını verib, Cavabdehin operator kimi ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdimedilən yaşayış və qeyri-yaşayış sahələri üzrə electron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkili və idarə edilməsi vəzifələrini əks etdirsə də, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək qeyd olunan vəzifələrinin tam icra olunmasını və ya qismən icra olunmasını araşdırmamış, bir tək sadəcə portalın işlək vəziyyətdə olmasını deyil, sadəcə xx.xx.2022-ci il tarixdə elan edilməsini formal olaraq nəzərə almışdır. Amma tam əksinə iddiaçının hüquqlarının gerçəkləşməsi səbəbilə Qaydanın cari məbləğin cari hesaba, ƏDV məbləğinin isə ƏDV deposit hesabına ödənilməsi müddəasını formal olaraq qəbul edib, “İnzibati İcraat” haqqında qanunun 15-ci maddəsinin tələblərini tətbiq etməli idi. Qayda-nın 5.1.2-ci bəndinə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödəyir.” müddəası imperativ xarakter daşımır, sadəcə normativhüquqi aktın formal tələbdir. Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 15.1-ci maddəsinə görə “Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.” və məhkəmə İnzibati İcraat qanunvericiliyini, həmçinin iddiaçının təqsiri ucbatından olmamaqla, İddiaçı iradəsindən asılı olmayan halları nəzərə almamış və məhkəmə qərarında yanlış qənaətə gələrək, qanunvericiliyin tələblərinin pozulması kimi qənaətə gəlmişdir. Məhkəmə prosesi zamanı müxtəlif alıcılara məxsus rəsmi yazışmalar ilə sadəcə xx.xx.2022-ci il tarixdə portalın cavabdeh tərəfindən xətalı istifadəyə verilməsi, Portalın proqram təminatı ilə vəhdətdə işlək halda olmaması təsbit olunmasına baxmayaraq, Bakı İnzibati Məhkəməsi Qərarında Ali Məhkəmənin 2-1(102)-477/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarına istinad etməklə, bildirmişdir ki, hər bir halda Qaydanın qüvvəyə minməsindən sonra texniki imkanların mövcudluğu məsələsinə aydınlıq gətirilməlidir. Lakin Ali Məhkəmənin Qərarında qeyd olunan tələbə formal yanaşılmış, aydınlaşdırılmasına əsasın olmaması qənaətinə gəlinmişdir. Əsaslandırması isə sonuncu ödənişin portalın istifadəyə verilməsindən sonrakı dövrü əhatə etdiyi bildirilmişdir.Texniki imkanın mövcud olması sadəcə portalın istifadəyə verilməsi ilə qənaətlənmişdir. Portalın proqram təminatı ilə vəhdətdə çalışma imkanlarının mövcud olub-olmaması isə aydınlaşdırılmamışdır. Sonuncu ödəniş portalın aktiv olması deyil də portalın proqram təminatı ilə vəhdətdə çalışdığı 04.2023-cü ildən etibarən ƏDV məbləğinin depozit hesabına cari məbləğin isə cari hesaba ödənilməsi ilə şərtləndirildiyi təqdirdə, ƏDV güzəştinin qaytarılmasında imperativ şərt olmayan ayrı depozit hesaba ayrılması nəticə etibarilə ƏDVnin yekun məbləğini təşkil etmədiyi halda Qaydada qeyd edildiyi kimi ƏDV-nin yekun məbləğindən güzəşti formalaşdırmır. Odur ki, Ali Məhkəmənin formalaşmış təcrübəsi üzrə qəbul edilmiş qərarlar qaiməsiz dövrdə ödənilmiş mənzil dəyərlərindən ƏDV güzəştinin qaytarılmasını şərtləndirdiyi üçün İddiaçı həmin dövrdə ödənişlərə başladığı üçün ƏDV-nin yekun dəyərinin formalaşdırılması iddiaçının iradəsinin ifadə tərzindən kənar olub. Bu səbəbdən cavabdeh inzibati orqan tərəfindən alıcıya hər hansı şəraitin yaradılıb, yaradılmaması, ümumiyyətlə işin faktiki halları araşdırılmamışdır. Bakı İnzibati Məhkəməsi Qərarında yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) satıcının bank hesabına və ƏDV məbləği Satıcının ƏDV-nin depozit hesabına ödənilməmişdirsə, ƏDV-nin qaytarılmasının “yolverilməz” olduğunu bildirir. Bununla da bu istiqamətdə normativ-hüquqi aktın guya imperativ mahiyyət təşkil edildiyi yamlış qeyd edilməklə, Qaydanın tam mahiyyətində maddi hüquq normasının pozuntusuna yol verilmişdir.Qaydada sadəcə Qaydanın 5.3-cü maddəsinə əsasən “dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra (yəni 90 gün müddətindən sonra) müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir” Buradan tam aydın olur ki, imperativ yolverilməzlik prinsipi bir tək Cavabdehə müəyyən edilmiş 90 gün müddət keçdikdən sonra müraciət etdikdə baş tutmuş olur. Qaydanın 3.1.-ci maddəsi cavabdehin Operator olaraq dəqiq vəzifə və səalahiyyətlərini müəyyən etmiş və aşağıdakı hallara cavabdehin məsuliyyət daşıdığını müəyyən etmişdir: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir: 1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaiməfakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi; 2. alıcıların ƏDV-nin qaytarılması ilə bağlı müraciətlərinin real vaxt rejimində qəbulu və emal edilməsi; 3. alıcının portal üzərindən daxil etdiyi məlumatlarla satıcının tərtib etdiyi elektron qaimə-fakturanın məlumatlarının eyniləşdirilməsi. 3.1.3. proqram təminatının və portalın daim işlək vəziyyətdə saxlanılmasını və fasiləsiz fəaliyyətini təmin edir; 3.1.4. portaldan istifadəyə dair istifadəçi təlimatını portalda yerləşdirir Məhkəmə qaydanın tam mahiyyəti üzrə 5.1.2-ni maddəsini tətbiq edərkən, cavabdehin 3.1-ci maddəsi üzrə vəzifələrini yerinə yetirməsini müəyyən edən maddi normaya qiymət verməmiş, maddi hüquqi normanın tətbiqində kobud pozuntuya yol vermişdir. Belə ki, Məhkəmə qərarda Qaydanın 5.1.2-ci maddəsinin tam mahiyyətini ehtiva edən 3-cü ödənişin təyinatı bəndini sadəcə 5.2.-ci bənddə olan açıqlamasını vermədən kifayətlənmiş, maddənin əsl mahiyyətini ört basdır etmişdir. Nəticə etibarilə də Məhkəmə qərarının İddiaçının ödənişinin yanlış olaraq 5.1.2-ci bəndinin tələblərinə uyğun olmaması bildirilmişdir. Halbuki, Qaydanın 5.2.-ci bəndinə əsasən Qaydanın 5.1.2ci bəndində olan ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1.elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş) Yuxarıda qeyd olunanlardan aydın olur ki, Cavabdehin mövqeyinə yönəlik məhkəmə öz mövqeyini sərgilədi. Sanki cavabdehin yuxarı orqanı məsələyə baxırdı, ədalət mühakiməsi aparılmırdı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1.-ci maddəsinə əsasən “Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.” Həmin Məcəllənin 12.2.-ci maddəsi üzrə “Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər.” Bununla da işin hallarının araşdırılması prinsipini ehtiva edən A.R. İnzibati- Prosessual Məcəllənin 12-ci maddəsi kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 15.1-ci maddəsinə görə “Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.” və məhkəmə İnzibati İcraat qanunvericiliyini, həmçinin iddiaçının təqsiri ucbatından olmamaqla, İddiaçı iradəsindən asılı olmayan halları nəzərə almamış və məhkəmə qərarında yanlış qənaətə gələrək, qanunvericiliyin tələblərinin pozulması kimi qənaətə gəlmişdir. Yuxarıda qeyd olunanlardan aydın olur ki, Cavabdehin mövqeyinə yönəlik məhkəmə öz mövqeyini sərgilədi. Sanki cavabdehin yuxarı orqanıməsələyə baxırdı, ədalət mühakiməsi aparılmırdı. Bununla da işin hallarının araşdırılması prinsipini ehtiva edən A.R. İnzibati-Prosessual Məcəllənin 12-ci maddəsi kobud şəkildə pozulmuşdur. Məhkəmə prosesi zamanımüxtəlif alıcılara məxsus rəsmi yazışmalar ilə sadəcə xx.xx.2022-ci il tarixdə portalın Cavabdeh tərəfindən xətalı istifadəyə verilməsi, Portalın proqram təminatı ilə vəhdətdə işlək halda olmaması təsbit olunmasına baxmayaraq, Bakı İnzibati Məhkəməsi Qərarında Ali Məhkəmənin 2-1(102)-477/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarına istinad etməklə, bildirmişdir ki, hər bir halda Qaydanın qüvvəyə minməsindən sonra texniki imkanların mövcudluğu məsələsinə aydınlıq gətirilməlidir. Lakin Ali MəhkəməninQərarında qeyd olunan tələbə formal yanaşılmış, aydınlaşdırılmasına əsasın olmaması qənaətinə gəlinmişdir. Əsaslandırması isə sonuncu ödənişin portalın istifadəyə verilməsindən sonrakı dövrü əhatə etdiyi bildirilmişdir.Texniki imkanın mövcud olması sadəcə portalın istifadəyə verilməsi ilə qənaətlənmişdir. Portalın proqram təminatı ilə vəhdətdə çalışma imkanlarının mövcud olub-olmaması isə aydınlaşdırılmamışdır. Sonuncu ödəniş portalın aktiv olması deyil də portalın proqram təminatı ilə vəhdətdə çalışdığı 04.2023-cü ildən etibarən ƏDV məbləğinin depozit hesabına, cari məbləğin isə cari hesaba ödənilməsi ilə şərtləndirildiyi təqdirdə, ƏDV güzəştinin qaytarılmasında imperativ şərt olmayan ayrı depozit hesaba ayrılması nəticə etibarilə ƏDVnin yekun məbləğini təşkil etmədiyi halda Qaydada qeyd edildiyi kimi ƏDV-nin yekun məbləğindən güzəşti formalaşdırmır. Odur ki, Ali Məhkəmənin formalaşmış təcrübəsi üzrə qəbul edilmiş qərarlar qaiməsiz dövrdə ödənilmiş mənzil dəyərlərindən ƏDV güzəştinin qaytarılmasını şərtləndirdiyi üçün İddiaçı həmin dövrdə ödənişlərə başladığı üçün ƏDV-nin yekun dəyərinin formalaşdırılması İddiaçının iradəsinin ifadə tərzindən kənar olub. Bu səbəbdən Cavabdeh inzibati orqan tərəfindən Alıcıya hər hansı şəraitin yaradılıb, yaradılmaması, ümumiyyətlə işin faktiki halları araşdırılmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Tərəflərin izahatları
12. xx.xx.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
13. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 153.1. Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDVnin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kv.tmetr və qeyriyaşayış sahəsinin 500 kv.metrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.
16. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyriyaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: ödənişi aparan alıcının soyadı, adı və atasının adı; ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
19. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
20. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
23. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
24. İddiaçı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” 23 sentyabr 2024-cü il tarixli qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İş materiallarından mübahisələndirilən qərarın iddiaçı tərəfindən nə vaxt alınması müəyyən olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür.
25. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.241 ünvanında yerləşən "xxxx" yaşayış Kompleksinin 2-ci binasında, 2-ci blok, 6-cı mərtəbə, 1 №li, bir otaqlı olan mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləğindən güzəşt məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin Salyan Filialı) ötürülməsi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “ƏDV məbləğinin ƏDV-nin depozit hesabına ayrıca ödəməsi mümkün olduğu halda hazırkı iş üzrə sonuncu ödəniş 21 noyabr 2022-ci il tarixdən sonra olduğundan iddianın təmin edilməsi istisna edilməkdədir.”
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
27. İş materiallarından görünür ki, 27 avqust 2022-ci il tarixli payçı müqaviləsinə əsasən İddiaçı 3-cü şəxs "xxxx" MTK-dan ünvan 2 ünvanında yerləşən "xxxx" yaşayış Kompleksinin 2-ci binasında, 2-ci blok, 6-cı mərtəbə, 1 nömrəli, bir otaqlı olan mənzil almışdır. İddiaçı 22.09.27-tarixdən 27 avqust 2024-cü il tarixədək sözügedən mənzillərin dəyərini "xxxx" MTKnın bank hesabına ödəmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki inzibati mübahisənin həlli üçün hüquqi tənzimetmədə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın normaları tətbiq olunmalıdır.
29. Sözügedən Qaydanın 5-ci bəndindən görünür ki, qanunverici bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün aşağıdakı şərtləri müəyyən edib:
1. Yaşayış və qeyri-yaşayış sahələrinin alıcıya təqdim edilməsi;
2. Alıcının yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada ödəməsi;
3. Alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilməsi;
4. Yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini tam ödəməsi;
5. Yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaratması və Qaydada nəzərdə tutulmuş sənədləri portala göndərməsi.
30. Qaydanın 6.1-ci maddəsindən göründüyü kimi keçid müddəalarının tətbiq edildiyi iki kateqoriyadan olan alıcılar nəzərdə tutulmuşdur: - Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş şəxslər; - Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılar.
31. Keçid müddəaları 1-ci kateqoriyadan olan şəxslərə bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq, bu Qayda qüvvəyə mindiyi tarixdən sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdiyi halda ƏDV-nin 30 faizinin qaytarılmasını müəyyən edir. 2-ci kateqoriyadan olan şəxslərin də bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq ƏDV-nin 30 faizini almaq hüququ təsbit edilib. Lakin 2-ci kateqoriyadan olan alıcıların (yəni, Qayda qüvvəyə mindiyi tarixədək əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcıların) bu Qayda qüvvəyə mindiyi tarixdən sonra ƏDV-ni depozit hesabına ödəməkdən azad edən norma yoxdur.
32. Alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı xx.xx.2022-ci il tarixdən yaranmışdır.
33. İş materiallarında olan ödəniş tapşırıqlarından da görünür ki, iddiaçı 22.09.27tarixdən 27 avqust 2024-cü il tarixədək sözügedən mənzillərin dəyərini "xxxx" MTK-nın bank hesabına ödəmişdir. Yəni xx.xx.2022-ci il tarixdən sonra da 27 avqust 2024-cü il tarixədək ƏDV depozit hesabına deyil "xxxx" MTK-nın bank hesabına ödəmişdir. Başqa sözlə, xx.xx.2022-ci il tarixdən texniki imkanın mövcud olmasına baxmayaraq, ödəniş iddiaçı tərəfindən Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun həyata keçirilməmişdir.
34. Analoji işlər üzə oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında da öz əksini tapmışdır. (2-1(102)-2593/2025 saylı xx.xx.2025-ci il tarixli qərar)
35. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
36. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
37. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
38. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
39. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
40. Hazırki işdə cavabdeh inzibati orqan mübahisələndirilən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********661800 nömrəli 23 sentyabr 2024-cü il tarixli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirir.
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlməmişdir.
42. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4102/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
43. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4102/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev