Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-496/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı (iddia ərizəsinə əsasən ünvanı - Bakı şəh., Qaraçuxur qəs., E.Bəkirli küç., ev 3B) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2-1(82)-1897/2015 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 29.04.2015-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməsini, onun 02.10.1977-ci ildən 27.11.2003-cü il tarixədək işlədiyi işlərin sosial sığorta stajına daxil edilərək ona 15.11.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin AR DSMF-nin Suraxanı rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 may 2015-ci il tarixli, 2-1(82)- 1897/2015 saylı qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir. 13.02.2020-ci il tarixdə cavabdeh Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək, iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1897/2015 saylı, 19 mart 2020-ci il tarixli qərardadı ilə (hakim A.Oruczadə) ərizəçi (cavabdeh) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi mümkün hesab edilməmişdir. 27.04.2020-ci il tarixdə ərizəçi qərardan apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 may 2015-ci il tarixli, 2-1(82)- 1897/2015 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. 15.05.2020-ci il tarixdə ərizəçi qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1897/2015 saylı, 19 mart 2020-ci il tarixli qərarının (mətnə əsasən) ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1221/2020 saylı, 11 iyun 2020-ci il tarixli qərardadı ilə (hakimlər A.Hüseyn, V.Ağayev,A.Nuriyeva) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 may 2015-ci il tarixli, 2-1(82)- 1897/2015 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Qərardaddan narazı qalan ərizəçi kassasiya şikayəti vermiş, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1868/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər R.Nəbizadə, Z.Quliyev, İ.Şəfiyev) kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1221/2020 saylı, 11 iyun 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmış, şikayət qalan hissədə təmin olunmamışdır. İşin hazırkı apellyasiya icraatı zamanı 14.06.2021-ci il tarixdə cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia tələbi üzrə mahiyyəti üzrə qəbul edilmiş 2-1 (82)-1897/2015 nömrəli qərardan cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmə tərəfindən qəbul edilmiş buraxılmış müddətin bərpa edilməsinə dair qərardadla mümkün sayıldığından yeni açılmış hallara dair ərizənin və icraatın təzələnməsindən imtina edilməsi barədə qərardaddan tərəflərindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi və iddia tələbi üzrə işə mahiyyəti üzrə baxaraq qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizəni müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəıməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini, şikayətin geri götürülməsi barədə ərizəni araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2-1(82)- 1897/2015 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə qəbul edilməli və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi tərəfin qanunla müəyyən edilmiş hüququdur və bu geri götürmə hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğun gəlir, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir, apellyasiya şikayətinin geri götürülməsi birinci instansiya məhkəməsinin qərarının tanınmasına səbəb olur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2-1(82)-1897/2015 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə qəbul edilməli və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı İnzibati Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2-1(82)-1897/2015 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilsin. Həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-496/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-496/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver