Məhkəmə qərarları › İş №2-1(103)-496/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-496/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-496/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(112)-74/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, yataqxana ev 6, 3 saylı mənzilə dair onunla birgə kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı X3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq ünvan 1ət 41 saylı mənzilə görə onunla mənzil-kirayə müqaviləsi bağlanılmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı uzun illərdi, Bakı "xxxx" İstehsalat Birliyində işləyərək mənzil növbəsində olmuşdur. Lakin işlədiyi birlik, sovet rejimi dağıldıqdan sonra onları mənzillə təmin edə bilmədikləri üçün yaşadıqları yataqxananın mənzilini, növbəsində olduğu mənzil əvəzi olaraq, R.Quliyev küçəsi, ev 6, mənzil 3-ü order əsasında iddiaçıya verərək, pasport qeydiyyatına alınmışdır. Belə ki, Bakı "xxxx" X1 İttifaqı Komitəsinin və X2 Şurasının və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 10A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda halhazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair Orderin verilmə və Orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdi mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 10A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda halhazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqlarımız alınarkən və ya ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillər qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Daha sonra Bakı "xxxx" X1 İttifaqı Komitəsinin və X2 Şurasının və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi yataqxana ev 6, mənzil 3 iddiaçıya İddiaçı verilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarda S.Ə.ünvan 10A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillər həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır. Göstərilən qərar əsasında həmin mənzilə dair iddiaçının adına order verilmişdir. İddiaçının mənzilində uzun illər məskunlaşmış qaçqınlara görə istifadəsində olmasa da həmin mənzil üzrə bütün kommunal xidmət haqları vaxtı-vaxtında o, ödəmişdir. Daha sonra xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil- Kommunal Təsərrüfat Departamenti təsdiq edilmiş təhvil-qəbul aktı ilə S.Ə.ünvan 10A, Məshəti küçəsi ЗA, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Bütün bunlardan sonra 2018-ci il tarixdə ölkə Prezidentinin fərman və sərəncamı ilə qeyd etdiyi yataqxanalarda məskunlaşmış məcburi köçkünlərə və qaçqınlara yeni mənzillər verilmişdir. İddiaçı isə mənzilinə köçürülmüşdür. Bundan sonra mənzil əvəzi order əsasında ona verilmiş mənzilinə kirayə müqaviləsinin bağlanması üçün cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etsə də bu günə qədər müraciətinə cavab verilməmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli ərizəsində (iddia ərizəsinə əlavə) bildirilmişdir ki, iddiaçının faktiki istifadəsində olan ünvan 5 ünvanında yerləşən 4 otaqdan ibarət 3 saylı mənzilə dair xx.xx.2004-cü ildə 0007 saylı order verilmişdir. Sözügedən mənzilə dair mülkiyyət hüququnu əldə etmək zərurəti yaranmışdır. Bu məqsədlə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinin tələblərinə müvafiq olaraq balanssaxlayıcıya, Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə (cavabdehə) ərizə ilə müraciət edərək onunla mənzil-kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Cavabdeh onunla mənzil-kirayə müqaviləsi bağlamaqdan imtina edərək xx.xx.2004-cü ildə ona verilmiş 0007 saylı orderin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, 6 saylı yataqxana binasının 3 saylı otağına istifadə hüququnun itirilməsinə dair ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsi tərəfindən iddia tələbinin təmin olunmasına baxmayaraq Apellyasiya və Ali Məhkəmə tərəfindən iddia tələbi rədd edilmişdir. Sonuncu dəfə cavabdehə xx.xx.2021-ci ildə müraciət edərək onunla mənzil-kirayə müqaviləsinin bağlanılmasını xahiş etmişdir. Lakin ərizəsinə heç bir cavab verilməmiş, münasibət bildirilməmişdir. Göründüyü kimi cavabdeh qanunun tələblərinə əməl etmək istəmir və onunla mənzil-kirayə müqaviləsi bağlamaqdan yayınır. Odur ki, cavabdehin üzərinə onunla mənzilkirayə müqaviləsinin bağlanılması öhdəliyi qoyulmalıdır. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosialmədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 6 ünvanda yerləşən yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı müəyyən edilmişdir ki, iddiaçı 3 saylı mənzildə 1993-cü ildən faktiki olaraq Ağdam rayon məcburi köçkünü qismində məskunlaşmış və hal-hazırda da məcburi köçkün kimi 4 nəfər ailə üzvü (özü, arvadı, qızı və oğlu) ilə birlikdə yaşayır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla “Üfüq” İstehsalat Birliyi "xxxx" zavoduna müraciət olunaraq, əvvəllər "xxxx" İstehsalat Birliyinə məxsus olmuş yataqxanada məcburi köçkünlərin məskunlaşdığı otaqlara "xxxx" İstehsalat Birliyi tərəfindən müəssisə ilə əmək münasibətlərində olan işçilərinin adına order verilib-verilməməsi, verildiyi təqdirdə həmin şəxslər, onların adına verilmiş order və yaşayış otağının ayrılması haqqında protokollar barədə məlumatın təqdim edilməsi xahiş edilmişdir. “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 saylı cavab məktubu ilə, "xxxx" zavodu tərəfindən yataqxana binaları xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərində olduğu işçilərdən heç birinə order verilmədiyi, əvvəlki dövrlərdə isə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumat verə bilmədikləri göstərilmişdir. Göründüyü kimi yataqxanada məcburi köçkünlərin məskunlaşdıqları otaqlara dair başqa şəxslərin adlarına order verilməsinin hüquqi əsası olmamış, orderlərin verilməsinə əsas verən hüquqmüəyyenedici sənəd olmadığından təqdim edilməmiş və boş olmayan otaqlara dair surətləri təqdim edilmiş orderlərin arxiv materialları mövcud deyildir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Belə olan halda məcburi köçkünlərin faktiki olaraq məskunlaşdıqları və boş olmayan otağa dair təqdim olunan order Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinin tələbləri pozulmaqla verildiyindən qanunsuzdur və heç bir hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət proqramının təsdiq edilməsi haqqında 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və diger binaların sənədləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 01 iyul 2004-cü il tarixli, 298 saylı Sərəncamının 2-ci bəndinə əsasən məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılması hallarına yol verilməməsi məqsədilə həmin yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş orderlərin də hüquqi qüvvəsi dayandırılmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə xx.xx.2006-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən yataqxanadakı yaşayış sahələri yalnız orada qeydiyyatda olmaqla faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mövcud mənzil qanunvericiliyinə müvafiq olaraq yaşayış sahəsini icarə müqaviləsi olan sakinlər tərəfindən əmlak hüquqları rəsmiləşdirilə bilər. Göründüyü kimi adıçəkilən qanunun müddəalarına əsasən dövlət mülkiyyətində olan yataqxanalar müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verilən yataqxanalarda yaşayış sahələrinə dair kirayə müqaviləsinin yalnız orada faktiki yaşayan sakinlərlə bağlanması təsbit edilmişdir, yəni yataqxanada faktiki yaşamayan sakinlərlə kirayə müqaviləsinin bağlanılması mümkünsüz hesab edilmişdir. Belə ki, faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan mənzilə guya order verilmiş, qeyd edilən orderin isə "xxxx" İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adıçəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. Əldə olan protokolların surəti isə şablon xarakterli olmaqla həqiqəti əks etdirmir. Göründüyü kimi məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 3 saylı otağa dair İddiaçı verilmiş müvəqqəti yataqxana orderinin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Belə ki, “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən İddiaçı adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. Ona görə də İddiaçı adına yazılmış order etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 107-ci maddəsinin tələbinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 107-ci maddəsinin məzmunundan göründüyü kimi İddiaçı Bakı şəhəri, ünvan 6 yataqxana binasının 3 saylı otağına köçməsi üçün müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsi ilə birgə qərarının olması və həmin qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən ona order verilməsinin məcburi şərt kimi nəzərdə tutulmasına baxmayaraq iddiaçı yuxanda göstərilən hüquqmüeyyənedici sənədləri olmamışdır və bir gün də olsun həmin mənzildə yaşamamışdır. Qüvvədə olan qanunvericiliyin müddəalanna əsasən dövlət mülkiyyətində olan və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qəran əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verilən yataqxanalarda yaşayış sahələrinə dair kirayə müqaviləsinin yalnız orada faktiki yaşayan sakinlərlə bağlanması təsbit edilmişdir, yəni yataqxanada faktiki yaşamayan sakinlərlə kirayə müqaviləsinin bağlanılması mümkünsüz hesab edilmişdir. Mənzil Məcəlləsinin 52- ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla-mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır. Həmin Məcəllənin 49-cu maddəsinin tələbinə əsasən mənzil şəraitini yaxşılaşdırılmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyması üçün iddia verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər, 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yuxanda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2 və 68-69-cu maddələrini rəhbər tutaraq məhkəmədən, İddiaçı Bakı şəhər Menzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi” tələbinə dair iddia ərizəsinin təmin olunmaması barədə qərar çıxanlması xahiş edilir. Cavabdehin xx.xx.2021-ci il tarixli ərizəsində (etiraza əlavə) bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən ünvan 6 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası da balansa qəbul edilmişdir. Müəyyən edilmişdir ki, İddiaçı ailə üzvlərinin 4 nəfərdən ibarət olmasına baxmayaraq, guya ona Bakı "xxxx" İB tərəfindən xx.xx.2004-cü il tarixli, 0007 saylı orderlə ünvan 6 ünvanda yerləşən subaylar üçün nəzərdə tutulan seksiya tipli yataqxana binasında yaşayış sahəsi 82,3 kv.metrdən ibarət 4 otaqlı tam kommunal şəraitli 3 saylı mənzil verilmişdir. Belə ki, bina Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olarkən müxtəlif şəxslərin vasitəsilə qanunsuz yataqxana orderi əldə etmişdir. Odur ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. “Üfüq” istehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 saylı cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, ünvan 6 yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. İddiaçı əldə etdiyi xx.xx.2004-cı il tarixli, 0007 saylı orderlə bağlı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə sorğu verilmiş, “Üfüq” İstehsalat Birliyi “Radioquruşdırma” zavodunun xx.xx.2020-ci il tarixli, 17/11 saylı cavab məktubu ilə İddiaçı guya mənzil verilməsi haqqında növbəlik siyahısında 7-ci adam olaraq növbəyə alındığını, eləcə də mənzil verilməsi haqqında növbəlik siyahısının Xətai Rayon İcra Hakimiyyətində təsdiq edilib-edilməməsi barədə məlumatlarının olmadığı bildirilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 363 nömrəli Qərarı ilə (hal-hazırda qüvvədə olan) təsdiq edilmiş “Yataqxanalar haqqında nümunəvi Əsasnamə”nin 2-ci bəndinin İİİ hissəsinə əsasən “Yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi və qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfər yaşayaraq ayrı-ayrı çarpayıları tuturlar; yaxud otaq tipli yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatda işlədiyi (oxuduğu müddətdə) orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayrı-ayrı hallarda birdən artıq otaq verilir”. Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. Eyni zamanda, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Həmin qərarın 28-ci bəndinə görə yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyriyaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. “Nümunəvi qaydaları”n 32-ci bəndinin tədəbinə görə “İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası»nın 2-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir. Həmin qərarın 4-cü bəndinə əsasən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992- 1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 107-ci maddəsinin tələbinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 107-ci maddəsinin məzmunundan göründüyü kimi iddiaçının Bakı şəhəri, ünvan 6 yataqxana binasının 3 saylı otağına köçməsi üçün müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsi ilə birgə qərarının olması və həmin qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən ona order verilməsinin məcburi şərt kimi nəzərdə tutulmasına baxmayaraq iddiaçı yuxarıda göstərilən hüquqmüəyyənedici sənədləri olmamışdır və bir gün də olsun həmin mənzildə yaşamamışdır. Qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən dövlət mülkiyyətində olan və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verilən yataqxanalarda yaşayış sahələrinə dair kirayə müqaviləsinin yalnız orada faktiki yaşayan sakinlərlə bağlanması təsbit edilmişdir, yəni yataqxanada faktiki yaşamayan sakinlərlə kirayə müqaviləsinin bağlanılması mümkünsüz hesab edilmişdir. 1 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən şəxsin, müəyyən ediləndən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Bu Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab olunur. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10cu maddəsinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələri təsbit edilmişdir ki, həmin Məcəllənin 10.0.13-cü maddəsinə görə yaşayış sahələrindən istifadə qaydalarını və bu Məcəllənin 10.0.14-cü maddəsinə müvafiq olaraq vətəndaşların yaşayış sahəsindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən edir. Həmin Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə görə kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı strukturunda mənzil-kommunal xidməti sahələri bazasında vahid idarəetmə orqanı kimi yaradılmış və ona şəhər təsərrüfatının ən mühüm sahələrini əhatə edən dövlət və ictimai mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək, bu sahədə fəaliyyət göstərən idarələrin fəaliyyətini əlaqələndirmək və digər funksiyaları həyata keçirmək vəzifələri həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının verdiyi səlahiyyətlər həddində Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti idarəetmə orqanı funksiyalarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyması üçün iddia verə bilər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2229/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər İddiaçı, X4, X6, X8 qarşı “orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə hüququn itirilməsi” tələbinə dair işə baxılıb yekun qərar qəbul edilib qanuni qüvvəsini alana kimi dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1301/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə inzibati iş üzrə icraat təzələnmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-157/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş üzrə icraat dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-157/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş üzrə icraat təzələnmişdir. Bakı İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(112)-74/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(112)-74/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə doğulmuş və ünvan 7 ünvanında qeydiyyatdadır. Bakı "xxxx" İB-nin xx.xx.2004-cü il tarixli, 0007 nömrəli orderin surətindən görünür ki, İddiaçı və onun dörd nəfərdən ibarət ailə üzvləri Xətai rayonu, R.Quliyev küçəsindəki 6 saylı evdə yerləşən ailəlilər üçün yataqxananın 1 giriş 2 mərtəbəsindəki yaşayış sahəsi 82.3 kv.m. olan 4 otaqlı 3 №-li mənzili tutmaq hüququna malikdir. Ailə tərkibi 4 nəfər: İddiaçı Ə. oğlu, Qasımova Aidə Ə. qızı, Qasımov Orxan Y. oğlu, Qasımova Nigar Y. qızı. Order Bakı "xxxx" İB-nin müdiriyyəti və HİK-nin 41 saylı protokolu ilə rəsmiləşdirilmiş 09 noyabr 2004-cü il tarixli birgə qərarına əsasən verilmişdir. İş yeri "xxxx" İB, növbə əsasında verilib. Bakı "xxxx" İB-nin HİK-nin X2 Şurasının və MMK-nın X9 xx.xx.2004- cü il tarixli, 41 saylı protokolundan çıxarışa əsasən 1. Birlik Bakı "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına, mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alıb, Birliyə məxsus S.Ə.Şirvani k. 4A, Məshəti k. 3A, R.Quliyev k. 6 və Cavanşir k. 4 ünvanlarında yerləşən yataqxanalarda halhazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələri verilməsi, 2. Birliyin yataqxanalarında yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə Order verilməsi və Orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, 3. Birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədİəşdirilməsi (HİK-nin qərarı və Order), 4. Birlikdə işləyib uzun illərdi mənzil və yataqxana nöbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər verilməsi, 5. Birliyə məxsus S.Ə.ünvan 10A, Məhsəti küç. 3A, R.Quliyev küç. 6 və Cavanşir küç. 4 ünvanlarında yerləşən yataqxanalarda halhazırda yaşayan qaçqın və məcburi köçkün ailələri torpaqlar ımız alınarkən və ya ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzii verilən vaxt yataqxanalarda boşalacaq mənzillər qeyri-şərtsiz həmin mənzillərə order yerilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Bakı "xxxx" İB-nin HİK-nin X2 Şurasının və MMK-nın X9 xx.xx.2004- cü il tarixli, 41 saylı protokolundan çıxarışa əsasən 1. Birliyə məxsus R.Quliyev küçəsi 6- da yerləşən ailəvi yataqxanada 1-ci giriş, 2-ci mərtəbədə boşalan (20,5+19) 39,5 kv.m-lik sahəsi olan iki otağın HİK-nin qərarı ilə İddiaçı verilməsi, 2. Birliyə məxsus R.Quliyev küçəsi 6-da yerləşən ailəvi yataqxanada 1-ci giriş, 2-ci mərtəbədə boşalan otaqlarla birgə 4 otaqlı 82,3 kv.m-lik 3 nömrəli mənzilin İddiaçı adına order əsasında sənədləşdirilməsi və yeni mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC-nin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommmunal Təsərrüfatı Departamentinə ünvanlandığı xx.xx.2019-cü il tarixli, 02/47 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" zavodu tərəfindən ünvan 12 ünvanında yerləşən yataqxana xx.xx.2007- ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərində olan işçilərdən heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə ünvan 12 ünvanında yerləşən yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövrlərə aid protokollar tam olmadığından onlarla bağlı məlumat verilə bilinmir. xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 131 “s” №-li 03 iyun 2013-cü il tarixli sərəncamına, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26 iyul 2013-cü il tarixli sərəncamına, Bakı şəhəri Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 122 №-li 18 dekabr 2013-cü il tarixli sərəncamına, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 16 №-li 25 dekabr 2013-cü il tarixli əmrinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 01-1/984 №-li 07 iyun 2013-cü il tarixli məktubuna və Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin 15 №-li 12 iyun 2013-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 №-li Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir - Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, Yataqxana ev 6. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-6870- 1222 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1951-ci il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdə ünvan 13 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Həmçinin bildirilir ki, İddiaçı məxsus AZE-******** nömrəli şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********62 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı adına ümumbirgə mülkiyyətdə olan, Ağstafa rayonu, Tatlı kəndində JN: 70 nömrəli dövlət aktı ilə 1.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. Həmçinin Ağstafa rayonu, Tatlı kəndində JN: 408F nömrəli şəhadətnamə ilə 0.1 ha həyətyanı torpaq sahəsi İddiaçı adına qeyd edilmişdir. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, Q-19 nömrəli imtina məktubunda bildirilmişdir ki, Bakı şəhəri, ünvan 6 evin 3 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə müraciətinizə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013- cü il tarixli, 131s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 6 ünvanda yerləşən yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı müəyyən ediİmişdir ki, siz 3 saylı mənzildə 1993-cü ildən faktiki olaraq Ağdam rayon məcburi köçkünü qismində məskunlaşmısınız və hal-hazırda da məcburi köçkün kimi 4 nəfər ailə üzvü (özü, arvadı, qızı və oğlu) ilə birlikdə yaşayırsınız. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla “Üfüq” İstehsalat Birliyi "xxxx" zavoduna müraciət olunaraq, əvvəllər "xxxx" İstehsalat Birliyinə məxsus olmuş yataqxanada məcburi köçkünlərin məskunlaşdığı otaqlara "xxxx" İstehsalat Birliyi tərəfindən müəssisə ilə əmək münasibətlərində olan işçilərinin adına order verilibverilməməsi, verildiyi təqdirdə həmin şəxslər, onların adına verilmiş order və yaşayış otağının ayrılması haqqında protokollar barədə məlumatın təqdim edilməsi xahiş edilmişdir. “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 saylı cavab məktubu ilə, "xxxx" zavodu tərəfindən yataqxana binaları xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərində olduğu işçilərdən heç birinə order verilmədiyi, əvvəlki dövrlərdə isə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumat verə bilmədikləri göstərilmişdir. Göründüyü kimi adınıza order verilməsinə əsas verən hüquqmüəyyənedici sənəd olmadığından təqdim edilməmiş və surətini təqdim etdiyiniz orderin arxiv materialları mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin indlemlərinin həlli üzrə Dövlət proqramı”nın təsdiq edilməsi haqqında 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların sənədləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” qəbul edilmiş və orada nəzərdə tutulan işlər uğurla icra edilir. Ona görə də halhazırda yataqxanalarda, müxtəlif ictimai binalarda və digər (müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər problemlərinin həlli üçün zəruri tədbirlər qeyd edilən Dövlət Proqramına uyğun olaraq Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin aidiyyəti qurumları tərəfindən həyata keçirilir. Odur ki, Bakı şəhəri, ünvan 6 evin 3 saylı mənzilinə kirayə müqaviləsinin bağlanması barədə xahişiniz əsassızdır və qanunsuz olduğuna görə təmin edilə bilməz. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 4-cü maddəsinə əsasən mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. 31-ci maddəsinə görə mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. 33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. 48-ci maddəsində göstərilmişdir ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 51-ci maddəsinin 1-ci hissəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. 107-ci maddəsinin tələbinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. 108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. Eyni zamanda, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Həmin qərarın 28-ci bəndinə görə yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. “Nümunəvi qaydaları”n 32-ci bəndinin tələbinə görə “İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. xx.xx.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1-ci maddəsinin tələblərinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. 62.1-cı maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə təqdim edilmiş order iddiaçının iş yerində mənzil növbəsində olması, ona iş yerində mənzil uçotuna götürülmüş mənzil şəraitini yaxşılaşdırmağa ehtiyac olan şəxs kimi qeydiyyata alınaraq mənzil verilməsi ilə əlaqədar olmamışdır. Orderin özündə konkret olaraq idarə müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarına istinad edilsə də qeyd edilən order, eləcə də adıçəkilən xx.xx.2004-cü il tarixli, 41 nömrəli protokol "xxxx" İB-nin müdiriyyətinin deyil, Mənzil Təsərrüfatı Bölməsinin möhürü və Həmkarlar İttifaqı İdarəsinin möhürü ilə təsdiq edilmişdir. Məhkəmə sorğusu əsasında “Raqdioquraşdırma” zavodundan təqdim edilmiş xx.xx.2004-cü il tarixli, 41 nömrəli protokol ümumi məzmunda olmaqla mənzil növbəsində olan fəhlə və qulluqçulara mənzil orderlərinin verilməsini nəzərdə tutmuş, həmin protokolda order verilən İddiaçı adı bilavasitə qeyd edilməmiş, eyni zamanda təqdim olunan sənədlərlə yerli icra hakimiyyətində təsdiq edilmiş iş yerində mənzil növbəsində olanların siyahısı, o cümlədən İddiaçı adının olduğu uçot qovluğu təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2004-cü il tarixli, 41 nömrəli protokoldan çıxarış isə İddiaçı boşalan 2 otağın verilməsi barədədir ki, bu çıxarış da yalnız Həmkarlar İttifaqı Komitəsinin sədrinin möhürü və imzası ilə təsdiq edilmişdir. Dolayısı ilə, sözügedən order qeyd edilən səlahiyyətli qurumların imza və möhürü ilə təsdiq edilməmiş, yerli icra hakimiyyəti orqanında iddiaçının iş yeri üzrə mənzil növbəsinə götürülmüş şəxs olması ilə bağlı məlumat, uçot qovluğu olmamışdır. Təqdim olunmuş order verildiyi vaxt qüvvədə olmuş mənzil qanunvericiliyinin tələblərinə əsasən müəssisə rəhbərliyi, həmkarlar ittifaqının birgə qərarı, yerli icra hakimiyyəti orqanında təsdiq edilmiş siyahı üzrə verilmiş və iş yerində uçota götürülmüş şəxslərə verilən order qismində çıxış etmir. Beləliklə, iddiaçı qeyd edilən İB-də mənzil növbəsində olması və ona göstərilən order əsasında yataqxanada otağın verilməsi məhz onun mənzil növbəsində olması ilə əlaqədar olmamışdır ki, mənzilin balanssaxalayıcısı dəyişdikdə dövlət mənzil fondunun idarəedicisinin iddiaçı qarşısında mənzillə təmin etmə öhdəliyi yaranmış olsun. Mənzil qanunvericiliyinə əsasən yataqxanada mənzil sahəsi verilməsinə əsas sənəd müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarıdır. Həmin qərar əsasında verilən order isə qərarın icrasını təmin etmək üçün verilən müvəqqəti (aralıq) sənəddir və özü-özlüyündə (ayrılıqda) hər hansı hüquq müəyyənedici sənəd sayıla bilməz. Buna baxmayaraq qüvvədən düşmüş mənzil qanunvericiliyi orderin etibarsızlığı barədə iddiaların mümkünlüyünü nəzərdə tutmuşdur. Bu baxımdan, hazırkı iddiaçıya qarşı cavabdeh MKTD tərəfindən mülki məhkəmə icraatında iddiaçıya verilmiş orderin etibarsızlığı mübahisələndirilmiş, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə iddia tələbləri təmin edilməmiş, bu zaman işə baxan məhkəmələr iş üzrə nəticəyə gələrkən orderin verilməsinə əsas olmuş qərarın qanuniliyinə mahiyyəti üzrə qiymət verməmiş, əsasən etibarsızlıq üçün qanunla nəzərdə tutulmuş kəsici müddətin ötürüldüyünə istinad edərək orderin etibarlılığını tanımışlar. Bütün bunları nəzərə alaraq məhkəmə hazırkı iddiaya baxarkən iddiaçının istinad etdiyi orderin etibarlılığını deyil, əsasən orderin təyinatı, onun verilməsinin əsasında duran hüquqmüəyyənedici sənədin - protokoldan çıxarışın hazırkı halda inzibati orqana qarşı inzibati tələbin əsasını təşkil edib-etməməsi baxımından qiymətləndirmə aparmışdır. Başqa sözlə, mülki məhkəmə icaratında müəyyən olunmuş hal - orderin etibarlılığı hazırkı inzibati mübahisənin həllinə birbaşa təsir etmir İddia olunan yaşayış sahəsinin iddiaçıya verilməsinin hüquqi əsaslarını mənzilin verildiyi vaxt qüvvədə olan mənzil qanunvericiliyinə əsasən iddia olunan mənzilə dair dövlət mənzil fondunun balansaxlayıcısı və idarəedicisi olan cavabdeh qurumun iddiaçıyla mənzil kirayə müqaviləsinin bağlaması öhdəliyi yaranmamışdır Hazırkı mənzil qanunvericiliyi ilə iddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan mənzil uçotuna alınmış şəxs olmadığından onunla mübahisəli mənzilə kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsini tələb etmək hüququ da yaranmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(112)-74/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar