Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4963/2025 23.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair iddiası üzrə Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs Süleymanova İradə İbrahim qızı) qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8476/2025 nömrəli, 15 sentyabr 2025-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 23 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:
1. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi 07 yanvar 2022-ci il tarixli 3/**********4 nömrəli qərarının qeyd hissəsindən görünür ki, İddiaçı ərizəsi üzrə 01 yanvar 2007-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək artıq ödənilmiş vəsaitin tutulması, şəhidin həyat yoldaşı Süleymanova İradə İbrahim qızının ərizəsinə əlavə vəsaitin ödənilməsinin nəzərə alınması qərara alınmışdır.
2. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üçüncü şəxs Süleymanova İradə İbrahim qızı barəsində qəbul etdiyi 07 yanvar 2022-ci il tarixli 3/**********4 nömrəli qərarının qeyd hissəsindən görünür ki, Süleymanova İradə İbrahim qızına 01 yanvar 2007-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək ödənilməli olan vəsaitin bərpa edilməsi qərara alınmışdır.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2023-cü il tarixli 2 (105)-332/2023 saylı qətnaməsinə əsasən cavabdeh Süleymanova İradə İbrahim qızı tərəfindən verilmiş apellyasiya şikayətinin qimən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(060)-4759/2021 nömrəli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Süleymanova İradə İbrahim qızı və Sumqayıt şəhəri 3 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin olunması və Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.1992-ci il tarixdə vəfat etmiş X1 məxsus miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə Süleymanova İradə İbrahim qızının adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qərara alınmışdır. Qətnamədə qeyd olunmuşdur ki, “1 iyun 2000-ci il tarixə qədər qüvvədə olmuş ailə qanunvericiliyi nikahın pozulmasının konkret qaydalarını müəyyən etmişdir. Araşdırılan mübahisə üzrə mərhum X3 ilə cavabdeh Süleymanova İradə İbrahim qızı arasında bağlanmış nikahın pozulması ilə bağlı mərhumun sağlığında məhkəməyə müraciət edilməsi, habelə onların qarşılıqlı razılıq əsasında nikahın pozulması üçün vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarına müraciət etməsi və ər-arvada nikahın pozulması haqqında şəhadətnamələrin verilməsi müəyyən edilmir.”
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3163/2023 saylı 14 noyabr 2023-cü il tarixli qərarı ilə cavabdeh Süleymanova İradə İbrahim qızının kassasiya şikayəti təmin edilməyərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(105)-332/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdehin iddiaçıya ünvanlanan 30 avqust 2024-cü il tarixli məktubda qeyd edilir ki, şəhid ailə üzvü kimi 01 yanvar 2007-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək Prezident təqaüdü tam pay ödənildiyi üçün 15738,50 manat artıq ödəmə yaranmışdır ki, şəhid ailə üzvü kimi alınan 300 manat təqaüddən 2022-ci ilin yanvar ayından hər ay 50 manat olmaqla pul tutularaq bərpa edilir. 31 avqust 2024-cü il tarixədək hər ay 50 manat olmaqla 1600 manat vəsait tutularaq bərpa edilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
6. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin 07 yanvar 2022-ci il tarixli qərarlarının ləğv edilməsini, sosial ödənişin əvvəlki hesablama qaydasına bərpa edilməsini, ondan tutulan pul vəsaitinin geri qaytarılmasını (artıq ödəmə adı ilə) və artıq ödəmə adı ilə tutulmuş pulun tələb edilməsinin cavabdehə qadağan edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X3 21 fevral 1992-ci il tarixdə Süleymanova İradə İbrahim qızı ilə ailə qurmuş, toyun səhərisi günü İradə Süleymanova atası ilə öz evinə getmişdir. Əvəz Sadıqov könüllü olaraq müharibəyə getmiş, döyüşlər zamanı şəhid olmuşdur. Bu illər ərzində onun İradə Süleymanova ilə hər hansı münasibəti və məlumatı olmamış, həmin şəxs ailə həyatı qurmuşdur və bir övladı var. Ona sonradan məlum olmuşdur ki, Əvəz Sadıqovla münasibəti olmayan həmin şəxs şəxsin şəhid olmasından sonra 22 yanvar 2021-ci il tarixdə vərəsəlik işi açdırmış, bir hissədə vərəsəlik şəhadətnaməsi almışdır. Həmin şəxs rəsmi nikaha daxil olsa da, toyun sabahı öz evinə getmiş, yas mərasimində belə iştirak etməmişdir. Həmin şəxs qanunsuz olaraq şəhid ailəsi statusu almışdır. İddiaçı hesab edir ki, oğlunun şəhid olmasına görə ona hər hansı güzəşt tətbiq edilə bilməz.
9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, üçüncü şəxs Əvəz Sadıqovla nikahda olduğundan şəhid ailə üzvüdür. Qanunvericilikdə 600 manat məbləğində şəhid ailə üzvü üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü nəzərdə tutulmuşdur. İddiaçıya şəhid ailə üzvü kimi 01 yanvar 2007-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək Prezident təqaüdü tam pay ödənildiyi üçün 15738,50 manat artıq ödəmə yaranmışdır ki, 2022-ci ilin yanvar ayından hər ay 50 manat olmaqla pul tutularaq bərpa edilir. Ümumilikdə 1600 manat vəsait tutularaq bərpa edilmişdir. Rəsmi nikah münasibətləri olduğundan şəhid ailəsi üzvlüyünə xitam əsası müəyyən edilmir.
10. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 01 aprel 2025-ci il tarixli qərardadı ilə hazırki iş üzrə Süleymanova İradə İbrahim qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin e-2-1(112)-8476/2025 nömrəli, 15 sentyabr 2025-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, cavabdehin İddiaçı barəsində qəbul etdiyi 07 yanvar 2022-ci il tarixli (sonradan 04 noyabr 2025-ci il tarixli qərarla nömrəsi dəyişdirilərək 3/**********4/1 olmuş) qərarının qeyd hissədə ləğv edilməsi, İddiaçı artıq ödəmə adı ilə tutulmuş pul vəsaitinin ona geri qaytarılmasının cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi, artıq ödəmə adı ilə pul vəsaitinin İddiaçı tələb edilməsinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
12. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)-8476/2025 nömrəli qərarının iddianın qismən təmin olunması hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Həmin qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8476/2025 xx.xx.2025-ci il tarixli qərarınının qismən iddia tələbinin təmin olunmayan hissəsində cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Süleymanova İradə İbrahim qızı barəsində qəbul edilmiş 07 yanvar 2022-ci il tarixli qərarın” ləğv edilərək, iddia tələbinin həmin hissədə tam təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
Cavabdeh inzibati orqanın apelyasiya şikayətinon dəlilləri:
14. İddiaçının apelyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə maddi və prosesual hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmişdir.
15. Cavabdeh inzibati orqanın apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İ.Süleymanova Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə təqdim etdiyi 04 avqust 2020-ci il tarixli ərizəsində şəhid X3 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurduğunu, birgə nikahlarından övladının olmadığını və həyat yoldaşının 03 oktyabr 1992-ci il tarixində Ağdam rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğunu qeyd edərək, onun şəhid ailəsi üzvü hesab edilməklə şəhid ailələrinə verilən prezident təqaüdü almaq hüququnun təmin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bildiririk ki, tərəfimizdən araşdırılma aparılması məqsədi ilə xx.xx.2020-ci il tarixində Sumqayıt şəhər Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsinə İ.Süleymanovanın Sumqayıt şəhər VVAQ şöbəsində faktiki nikahda olub-olmaması barədə məlumatın təqdim edilməsinə dair sorğu göndərilmişdir. Sorğumuza 22 sentyabr 2020-ci il tarixli, 05/Q-2146/10 nömrəli cavab məktubunda qeyd olunur ki, avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarışın nəticəsi olaraq, İ.Süleymanova adına Sumqayıt nikah evi tərəfindən tərtib edilmiş xx.xx.1992ci il tarixli, 274 saylı nikah haqqında akt qeydi aşkar olunmuş və qeydə əsasən, nikah bağlandıqdan sonra qadına “Sadıqova” soyadı verildiyi qeyd olunmuşdur. Nəzərinizə çatdırırıq ki, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi qaydalarının 6-cı maddəsinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Eləcə də, yuxarıda istinad edilən qaydalara əsasən müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edildiyi qeyd olunur. Qeyd edirik ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 700 (yeddi yüz) manat məbləğində şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü nəzərdə tutulmuşdur. Bundan başqa, Dövlətimizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşu uğrunda şəhid olanların ailələrinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Fərmanının 2.1.-ci maddəsinə əsasən təqaüd hər ilin dövlət büdcəsində sosial müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait hesabına, şəhid ailəsi üzvlərinin sayına bərabər bölünməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilməsi öz əksini tapmışdır. İddiaçı xx.xx.2007-ci tarixdən xx.xx.2021-ci il tarixədək şəhid ailəsinin üzvü kimi təqaüd tam pay olaraq ödənildiyi üçün 15738.50 manat məbləğində artıqalma məbləği yaranmışdır. Göründüyü kimi, xx.xx.2021-ci il tarixdən etibarən İ.Süleymanovanın ərizəsinə qoşma olaraq əlavə etdiyi sənədlərə eləcə də, nikah aktının təsdiqlənməsinə əsasən araşdırılmanın nəticəsinə əsasən ərizəçiyə prezient təqaüdü təyin edilmişdir. Bunun nəticəsində isə, İddiaçı şəhid ailəsi üzvü kimi aldığı prezident təqaüdündən 2022-ci ilin yanvar ayından etibarən hər ay 50.00 manat olmaqla tutulmuş, təqaüd almaq hüquqlarının yarandığı vaxtdan hesablanaraq İ.Süleymanovanın hesabına bərpa edilmişdir. Ümumilikdə isə, 1600 manat məbləğində pul vəsaiti tutularaq müvafiq hesaba bərpa edilmişdir. Bakı İnzibati Məhkəməsininxx.xx.2025-ci il tarixli e-2-1(112)- 8476/2025 nömrəli qərarının nəticə hissəsində qeyd olunan “İddiaçı artıq ödəmə adı ilə tutulmuş pul vəsaitinin ona geri qaytarılması cavabdeh Mərkəzi Filiala həvalə edilmişdir. Artıq ödəmə adı ilə pul vəsaitinin iddiaçıdan tələb edilməsi cavabdeh Mərkəzi Filiala qadağan edilmişdir” hissəyə münasibətdə bildiririk ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan tələblərə uyğun müraciət etmədiyindən inzibati orqan tərəfindən iddiaçının təqdim etdiyi sənədlərə münasibətdə icraat aparılmışdır. Yəni artıqödəmənin yaranmasının səbəbi iddiaçının müvafiq sənədləri və ailə üzvlərinin tərkibi barədə məlumatları düzgün təqdim etməməsi olmuşdur. Belə ki, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 5-ci maddəsində şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə təqdim etməsi tələb olunur. İstinad olunan qanunvericilik normalarına əsasən, bildiririk ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərə əsasən ona hüququnun yarandığı tarixdən etibarən şəhid ailəsi üzvləri üçün nəzərdə tutulan prezident təqaüdü təyin olunmuşdur. Lakin iddiaçı tərəfindən yuxarıda qeyd olunan sənədlər təqdim olunarkən, təqaüd almaq hüququ olan digər ailə üzvləri ilə əlaqədar hər hansısa sənəd daxil olmamışdır. İ.Süleymanovanın 04 avqust 2020-ci il tarixli müraciətindən sonra tamailə tərkibinə uyğun olaraq hesablama aparılmış və şəhid ailə üzvlərinə prezident təqaüdü təyin edilmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli iddia ərizəsində qeyd olunanlara münasibətdə bildiririk ki, Mərkəzi Filialın hərəkətlərində hər hansısa qanunsuz hesab edilməyə əsas ola biləcək hallar aşkarlanmamışdır. Eləcə də, faktiki olaraq qeydə alınmış nikahının mövcudluğuna dair sorğumuzun cavab məktubuna istinad edərək, İ.Süleymanovanın ümumilikdə bir rəsmi nikah aktının olduğunu və həmin nikah qeydinin şəhid X3 ilə olduğuna əsaslanaraq şəhid ailə üzvü statusuna xitam verilməsi halı müəyyən edilməmişdir.
Tərəflərin izahatları
16. xx.xx.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. "Elektron Məhkəmə" sistemi vasitəsilə iddiaçı tərəfindən ərizə verilərək mövsümi xəstəlikdən müalicə olunduğundan üzürlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəkdir və bu səbəbdən məhkəmə iclasını başqa günə təyin olunmasını xahiş etmişdir. Lakin iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi hazırki işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nə əsaslanaraq hazırki işə İddiaçı və üçüncü şəxs Süleymanova İradə İbrahim qızının iştirakları olmadan baxılmasını mümkün saymışdır.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın iddianın qismən təmin olunması hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18.“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” Qaydası: 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
20. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanı:
1. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 700 (yeddi yüz) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir.
21. “İnzibati icraat haqqında” Qanun 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
24. Hazırki işdə birinci instansiya məhkəməsinin qərarını həm iddiaçı iddianın təmin edilmədiyi, həm də cavabdeh inzibati orqan iddianın təmin edilmədiyi mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
25. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, mübahisləndirilən 07 yanvar 2022-ci il tarixli qərarlarının ləğv edilməsi ilə bağlı iddiaçıya 30 avqust 2024-cü il tarixli məktubla məlumat verilmişdir. İddiaçının həmin məktubu nə vaxt alması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.1, “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.
26. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “cavabdehin 07 yanvar 2022-ci il tarixli qərarlarının ləğv edilməsini, sosial ödənişin əvvəlki hesablama qaydasına bərpa edilməsini, ondan tutulan pul vəsaitinin geri qaytarılmasını (artıq ödəmə adı ilə) və artıq ödəmə adı ilə tutulmuş pulun tələb edilməsinin cavabdehə qadağan edilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən - “cavabdehin İddiaçı barəsində qəbul etdiyi 07 yanvar 2022-ci il tarixli (sonradan 04 noyabr 2025-ci il tarixli qərarla nömrəsi dəyişdirilərək 3/**********4/1 olmuş) qərarı qeyd hissədə ləğv edilməsi, İddiaçı artıq ödəmə adı ilə tutulmuş pul vəsaitinin ona geri qaytarılmasının cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi və artıq ödəmə adı ilə pul vəsaitinin İddiaçı tələb edilməsinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilməsi hissəsində” təmin etmiş və iddia tələbini qalan hissədə təmin etməmişdir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
28. Cavabdehin İddiaçı barəsində qəbul etdiyi 07 yanvar 2022-ci il tarixli 3/**********4 nömrəli qərarının qeyd hissəsindən görünür ki, İddiaçı ərizəsi üzrə 01 yanvar 2007-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək artıq ödənilmiş vəsaitin tutulması, şəhidin həyat yoldaşı Süleymanova İradə İbrahim qızının ərizəsinə əlavə vəsaitin ödənilməsinin nəzərə alınması qərara alınmışdır. Üçüncü şəxs Süleymanova İradə İbrahim qızı barəsində qəbul etdiyi 07 yanvar 2022-ci il tarixli 3/**********4 nömrəli qərarının qeyd hissəsindən görünür ki, Süleymanova İradə İbrahim qızına 01 yanvar 2007-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək ödənilməli olan vəsaitin bərpa edilməsi qərara alınmışdır. Daha sonra hazirki iş birinci instansiya məhkəməsinin icraatında olduğu dövrdə cavabdeh 04 sentyabr 2025-ci il tarixli qərar qəbul etmiş və 07 yanvar 2022-ci il tarixli qərarları eyni nömrə ilə qeyd edildiyindən iddiaçının adına olan qərar nömrəsi dəyişdirililərək 3/**********4/1 olmuşdur.
29. İddiaçının hüquqi marağı iddiaçıya şəhidin anası kimi ödənilən Təqaüdün üçüncü şəxsin xeyrinə paylara bölünmədən ona ödənilməsidir. Lakin işin faktiki hallarından da görünür ki, iddiaçının xx.xx.1992-ci il tarixdə vəfat etmiş mərhum oğlu X3 ilə xx.xx.1992-ci il tarixdə üçüncü şəxs Süleymanova İradə İbrahim qızı nikah bağlanmış və həmin nikah mərhumun sağlığında pozulmamışdır. Ona görə də üçüncü şəxsə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilmişdir. Odur ki, cavabdeh sözügedən təqaüdü üçüncü şəxsin xeyrinə pay ayırmaqda haqlı olmuşdur.
30. Həmin qərarın qeyd hissədində qeyd olunmuşdur ki, İddiaçı ərizəsi üzrə 01 yanvar 2007-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək artıq ödənilmiş vəsait tutulmalı, şəhidin həyat yoldaşı Süleymanova İradə İbrahim qızının ərizəsinə əlavə vəsaitin ödənilməsi nəzərə alınmalıdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh həmin hissədə “İnzibati icraat haqqında” Qanununun tələblərini pozmuşdur. Belə ki, cavabdeh inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati icraatın aparıldığı şəxsi həmin icraata cəlb edib onu dinləməmiş, şəxsin məzmununa etimad göstərdiyi ödənişləri ondan tutmuşdur.
32. Halbuki inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən də inzibati icraat aparırlar. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır.
33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1).
34. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.
35. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
36. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır.
37. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
38. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
39. Həmin Qanunun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
40. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
41. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
42. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.
43. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
44. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
45. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
46. Hazırki işdə yuxarıda adı qeyd olunan Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmır. Belə olan halda şəxsin həmin inzibati aktın məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu açıq-aşkardır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, 07 yanvar 2022-ci il tarixdə iddiaçı və üçüncü şəxs barəsində ayrı-ayrılıqda 2 qərar qəbul edilmişdir. Şəhid ailə üzvü üçüncü şəxsin hesab edilməsi və ödənişin edilməli olması qanuni və əsaslı hesab edildiyindən Süleymanova İradə İbrahim qızı barəsində qəbul edilmiş 07 yanvar 2022-ci il tarixli bütünlükdə qanuni və əsaslı hesab edilməli və həmin qərarın ləğvinə dair iddia rədd edilməlidir. Lakin, İddiaçı barəsində qəbul edilmiş 07 yanvar 2022-ci il tarixli qərarı təqaüdün üçüncü şəxslə paylara ayrılmaqla ödənilməsi, yəni 2 şəhid ailə üzvü nəzərə alınmaqla ödənişlərin edilməsi hissəsində qanuni və əsaslı olsa da, qərar qeyd hissədə qanunsuzdur və həmin hissədə qərar ləğv edilməlidir. Belə ki, qərarın qeyd hissəsində göstərilir ki, İddiaçı ərizəsi üzrə 01 yanvar 2007-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək artıq ödənilmiş vəsait tutulmalı, şəhidin həyat yoldaşı Süleymanova İradə İbrahim qızının ərizəsinə əsasən əlavə vəsaitin ödənilməsi nəzərə alınmalıdır.
48. Məhkəmə kollegiyası hesab edir ki, Süleymanova İradə İbrahim qızına ödənilməli olan vəsait cavabdehin hesabına ödənilməli, artıq ödəmə adı ilə hər hansı məbləğ iddiaçıdan tutulmamalı və hər ay iddiaçının təqaüdündən tutulmuş artıq ödəmə adı ilə tələb edilən məbləğ iddiaçıya geri qaytarılmalıdır.
49. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2977/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, “birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin etimad hüququ və bunun üzərindən hüquqi və ya əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin hüquqi vəziyyətinin qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.”
50. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-8476/2025 nömrəli, 15 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı və cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8476/2025 nömrəli, 15 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev