Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4966/2025 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə (əvvəlki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X5 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2287/2025 saylı, 25 noyabr 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. - Xətai rayon İcra Hakmiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 271 №li sərəncamından (arxiv şıxarışı) görünür ki, qeyd olunan sərəncamla X.Məmmədov küçəsi ev 2, mənzil 33-də yaşayan, İddiaçı rayonun Əhmədli qəsəbəsi ərazisində müstəsna hal kimi 0,03 ha torpaq sahəsinin ayrılması və fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır.
2. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına tərtib olunmuş A seriyalı 072513 №li “Torpaq sahəsinin plan və ölçüsü”ndən müəyyən olunur ki, qeyd olunan plan və ölçü Xətai rayon İcra Hakmiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 271 №li sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv. metr torpaq sahəsinə dair tərtib olunmuşdur.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, təqdim edilmiş Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il 271 nömrəli sərəncamı əsasında onun adına fərqli ərazidə yerləşən torpaq sahəsinə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin plan və ölçüsü” sənədi verilmiş və həmin ərazi adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır. Bu barədə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3/30/2-A-1062-8/2-2022 nömrəli məktubla ona ətraflı məlumat verilmişdir.
4. İddiaçının hazırkı tələblə bağlı müraciətlərinə cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş: - xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-A-0362/03-8/2024 cavab məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 271 nömrəli sərəncamı əsasında iddiaçının adına fərqli ərazidə yerləşən torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmiş və həmin ərazi iddiaçı adına daçınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq sonradan özgəninkiləşdirilmişdir. - xx.xx.2025-ci il tarixli, **********35 №-li cavab məktubunda qeyd olunmuşdur ki, müraciətdə qeyd olunan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Daşınmaz əmlaka dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edildiyi təqdirdə elektron daşıyıcılarda müvafiq qeydlər aparılacaqdır. - Müraciətdə qeyd olunan əraziyə Ünvan Reyestri İnformasiya Sistemində "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 1 ünvan nömrələri müəyyən edilmişdir.
5. Məhkəmənin müvafiq sorğusuna əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 05 dekabr 2024-cü il tarixli məktubda göstərilmişdir ki, müraciətdə qeyd olunan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Müraciətdə qeyd olunan əraziyə Ünvan Reyestri İnformasiya Sistemində "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 1 ünvan nömrələri müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, müraciətdə qeyd olunan məlumatın coğrafi informasiya sisteminə (CİS) daxil edilməsi idarənin salahiyyətləri xaricindədir.
DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş aşağıda qeyd olunan sənədlərdən: - xx.xx.2008-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı “Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi”nin arxiv surətindən müəyyən olunur ki, İddiaçı (xx.xx.2008-ci ildə Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş 7-E16262 saylı etibarnaməyə əsasən nümayəndəsi xx.xx.1972-ci il təvəllüdlü X6) tərəfindən ünvan 3 ünvanında yerləşən 0,028209 ha torpaq sahəsini xx.xx.1977-ci il təvəllüdlü X3 tam mülkiyyətinə satılmışdır. Satılan torpaq sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli, ********** №-li çıxarışına əsasən satıcıya məxsusdur. - AN-İ № ******* saylı “Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi”nin arxiv surətindən müəyyən olunur ki, X7 tərəfindən ünvan 3 ünvanında yerləşən 0,028209 ha torpaq sahəsi X1 tam mülkiyyətinə satılmışdır. Satılan torpaq sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli, ********** №-li çıxarışına əsasən satıcıya məxsusdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli, ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”nın arxiv surətindən müəyyən olunur ki, ünvan 3ndə yerləşən 0.028209 ha torpaq sahəsi üzərində X1 xüsusi mülkiyyət hüququ rəsmiləşdirilmişdir.
6. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-05911/2023 №-li məktubu ilə Azərbaycan Respublikası Xətai rayon İcra Hakmiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 271 №li Sərəncamının surəti məhkəməyə təqdim edilmişdir.
7. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2- 49191/2024 №-li və xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-6838/2025 №-li cavab məktublarından müəyyən olunur ki, “...müraciətdə qeyd olunan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. - Müraciətdə qeyd olunan əraziyə Ünvan Reyestri İnformasiya Sistemində "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 1 ünvan nömrələri müəyyən edilmişdir. - Bildirilmişdir ki, müraciətdə qeyd olunan məlumatın coğrafi informasiya sisteminə (CİS) daxil edilməsi idarənin salahiyyətləri xaricindədir.
8. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə tiknintitexniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/2728 №-li məktubunda təqdim edilmiş 19 iyun 2025-ci il tarixli, 10/2728 №li ekspert rəyindən müəyyən olunur ki; - Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti tərəfindən 271 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evi üçün ayrılmış və hazırda onun tərəfindən iddia olunan torpaq sahəsinin koordinatları ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına tərtib olunmuş A seriyalı 072513 Nəli "Torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən torpaq sahəsinin koordinatları üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Buna səbəb göstərilən torpaq sahəsinin başqa küçədə, yəni Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşməsidir. X= 402252.0 Y=495605.0 - İddiaçı tərəfindən hazırda iddia olunan Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti tərəfindən 271 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə ona Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evi üçün ayrılmış torpaq sahəsinin koordinatları ilə 3-cü şəxslərin adına hər hansı hüquqla (istifadə, icarə, mülkiyyət) qeydə alınmış torpaq sahəsinin koordinatları üst-üstə düşmür. - İddiaçı tərəfindən hazırda iddia olunan Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti tərəfindən 271 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə ona Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evi üçün ayrılmış torpaq sahəsinin faktiki ölçüsü 300 kv.metr (15 mx 20m) təşkil edir. - Baxış zamanı, İddiaçı tərəfindən hazırda iddia olunan Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti tərəfindən 271 saylı, xx.xx.2000-ci il tarixli, sərəncamı ilə ona Bakı şəhəri, Xətari rayonu, Əhmədli qəsəbəsi, Kaımağa Kərimov küçəsində fərdi yaşayış evi üçün ayrılmış torpaq sahəsinin ətrafında hər hansı qaz xətti və ya elektrik xətti aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən 271 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evi üçün ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün müraciətinin rəsmi qaydada qəbul edilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 271 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evinin tikintisi üçün ona 0,003 ha torpaq sahəsi ayrılmışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, qeyd edilən torpaq sahəsinə çıxarış verilməsini xahiş etmişdir. Müvafiq sənədlər təqdim etsə də sənədləri rəsmi qaydada qəbul edilmir.
11. 01.10.2024-cü il tarixdə cavabdeh inzibati orqan DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmuşdir.
12. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı) onunla əsaslandırılmışdır ki, iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12405/2024 saylı sərəncamının icrası ilə əlaqədar bildirirlər ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti tərəfindən 271 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evi üçün ayrılmış torpaq sahəsi mülkiyyət hüququnun verilməsi üçün müraciətini rəsmi qaydada qəbul edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024- cü il tarixli ərizə ilə müraciət etmiş, **********47 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş Xətai rayon İcra Hakimiyyəti başçısının 271 nömrəli, xx.xx.2000-ci il tarixli Sərəncamı əsasında iddiaçının adına fərqli ərazidə yerləşən torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” verilmiş və həmin ərazi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq sonradan özgəninkiləşdirilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən şərti olaraq göstərilən torpaq sahəsi həm qaz xəttinin, həm də yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzrədə tutulmayan ümumi ərazidə yerləşir. Eyni zamanda torpaq sahəsinə dair digər şəxsin müraciəti qeydə alınmışdır. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinə dair səlahiyyətli orqan tərəfindən verilmiş yerləşmə cizgisi təqdim edilməmişdir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999- cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmaması xahiş olunmuşdur.
13. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2287/2025 saylı, 25 noyabr 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin əsasını təşkil edən torpaq sahəsinin ona ayrılmasına dair müvafiq qanunvercilik aktlarında, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda xüsusilə həmin qanunun 8.0 bəndində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün göstərilmiş əsaslara sahib olmasını sübuta yetirən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Daşınmaz əmlak üzəridə hüquq yaradan eyni sənəd (mövcud inzibati işdə Bakı şəhər Xətari rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 271 saylı Sərəncamı) ilə yalnız bir torpaq sahəsinə (sərəncamda göstərilən) dair hüquqların dövlət qeydiyyatı aparıla bilər. Çünki dövlət reyestrində hər bir daşınmaz əmlak obyekti üzrə ayrıca qeydiyyat bölməsi açılır və hüquqlar yalnız həmin obyektə dair sənədlər əsasında rəsmiləşdirilir. Bir sərəncam əsasında artıq bir torpaq sahəsi üzrə qeydiyyat aparılıbsa, artıq həmin sərəncamın ikinci dəfə başqa torpaq sahəsinə tətbiqi hüquqi əsası aradan qalxmış hesab edilməlidir. Bu hal isə öz-özlüyündə dövlət qeydiyyatından imtina üçün əsas ola bilər.
15. Məhkəmənin imtinada və etirazda qeyd edilən əsasın əsaslı olub-olmamasını müəyyənləşdirmək üçün müvafiq sorğu ilə cavabdehə müraciətinə cavab məktubunda təqdim edilmiş və işin materiallarında yer alan sənədlərdə göstərilmişdir ki, İddiaçı adına Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 271 №li sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m. torpaq sahəsi ayrılmışdır və müvafiq dövlət qeydiyyatı aparılmışdır. Lakin həmin torpaq sahəsi xx.xx.2008-ci il tarixli, AN-İ № ******* saylı “Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi” əsasında iddaçı (etibarnamə üzrə nümayəndəsi) tərəfindən 3-cü şəxs – X4 mülkiyyətinə satılmışdır. Sonradan təkrarən sözügedən 3-cü şəxs tərəfindən AN-İ № ******* saylı “Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi” əsasında digər şəxs – X1 tam mülkiyyətinə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli, ******* №-li müvafiq çıxarışına əsasən sözügedən torpaq sahəsi üzərində X1 mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən faktlar xx.xx.2000-ci il tarixli, 271 №li Sərəncamla iddiaçıya ayrılmış torpaq sahəsinin özgəninkiləşdirilməsi əsasını təsdiq edir.
16. Sözügedən müqavilələrin bağlanması zamanı diqqət yetirilməli bir sıra vacib məqamlar var ki, alqı-satqı müqaviləsi bağlandıqdan sonra, mülkiyyət hüququnun alıcıya keçməsi üçün bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir. Hazırki iş üzrə iş materiallarında yer alan sənədlərlə əsasən iddia tələbinin əsası kimi göstərilmiş sərəncamda göstərilən torpaq sahəsi cari vəziyyətdə X1 tam mülkiyyətinə satılmışdır və onun daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
17. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 2287/2025 saylı, 25 noyabr 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edib ki, işin hərtərəfli araşdırılması üçün iş üzrə ekspertiza təyin edilməlidir və bu barədə İş üzrə № e-2-1(112)-2287/2025 xx.xx.2025ci il tarixli qərardad qəbul edib. Azərbaycan Rspublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 19 iyun 2025-ci il tarixli rəy məhkəməyə göndərilib. Ekspertiza rəyindən göründüyü kimi iddia ərizəsinin təmin edilməsi üçün əsaslar olsa da məhkəmə tərəfindən buna qiymət verilməmiş və iddia ərizəsi rədd edilmişdir. Hesab edir ki, Bakı İnzibati Məhkəməsinin qərarı əsassızdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
20. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
21. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. ...
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: ... 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina ... 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
28. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, hazırki inzibati iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri Xətari ryaon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrımış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir.
29. Birinci instansiya məhkəməsi cavabdehin imtina və etirazında göstərdiyi əsasların araşdırılması məqsədi ilə iş üzrə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın həyata keçirilməsini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir.
30. Məhkəmə rəyin sübut əhəmiyyəti ilə bağlı qeyd edir ki, İPM-nin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2).
31. Təqdim olunmuş ekspert rəyindən məlum olur ki, Xətai rayonu İcra Hakimiyyəti tərəfindən 271 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evi üçün ayrılmış və hazırda onun tərəfindən iddia olunan torpaq sahəsinin koordinatları ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına tərtib olunmuş A seriyalı 072513 Nə-li "Torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Həmçinin göstərilən torpaq sahəsi başqa küçədə, yəni Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşir.
32. Ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biri hesab edildiyindən məhkəmə sözügedən sübut növü əsasında qeyd edir ki, iddia tələbində göstərilən torpaq sahəsi ilə işin materiallarında qeyd edilən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına tərtib olunmuş A seriyalı 072513 №li "Torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki olaraq üst-üstə düşmür və bu halda iddiaçı sözügedən sərəcamla, sərəncamda göstərilməyən, yəni başqa ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb edir.
33. Məhkəmə nəzərə çatdırılmasını vacib hesab edir ki, iddiaçı tələbinin əsasını təşkil edən torpaq sahəsinin ona ayrılmasına dair müvafiq qanunvercilik aktlarında, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda xüsusilə həmin qanunun 8.0 bəndində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün göstərilmiş əsaslara sahib olmasını sübuta yetirən heç bir sənədi məhkəməyə təqdim etməmişdir.
34. Daşınmaz əmlak üzəridə hüquq yaradan eyni sənəd (mövcud inzibati işdə Bakı şəhər Xətari rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 271 saylı Sərəncamı) ilə yalnız bir torpaq sahəsinə (sərəncamda göstərilən) dair hüquqların dövlət qeydiyyatı aparıla bilər. Çünki dövlət reyestrində hər bir daşınmaz əmlak obyekti üzrə ayrıca qeydiyyat bölməsi açılır və hüquqlar yalnız həmin obyektə dair sənədlər əsasında rəsmiləşdirilir. Bir sərəncam əsasında artıq bir torpaq sahəsi üzrə qeydiyyat aparılıbsa, artıq həmin sərəncamın ikinci dəfə başqa torpaq sahəsinə tətbiqi hüquqi əsası aradan qalxmış hesab edilməlidir. Bu hal isə öz-özlüyündə dövlət qeydiyyatından imtina üçün əsas ola bilər.
35. Bundan başqa 3-cü şəxsin torpaq sahəsinə dair dövlət qeydiyyatı aparılarsa, həmin torpaq üzərində hüququ olan üçüncü şəxsin mülkiyyət, istifadə və ya icarə hüquqları pozula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3.-cü bəndlərinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
36. Birinci instansiya məhkəməsi iddia edilən torpaq sahəsin hər hansı 3-cü şəxslərin hüquqlarına toxunub-toxunmaması halının araşdırılmasını zəruri hesab etmişdir. Lakin məhkəmənin aiddiyyatı üzrə təyin etdiyi yuxarıda qeyd edilən ekspertizanın nəticələrindən müəyyən olunur ki, iddia tələbinin əsası olmuş torpaq sahəsinin koordinatları ilə üzərində digər şəxslərin 3-cü şəxslərin adına hər hansı hüquqla (istifadə, icarə, mülkiyyət) qeydə alınmış torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Bu halqa digər şəxslərin subyektiv və s. yuxarıda qeyd edilən hüquqların pozulması halı müəyyən edilmir.
37. Digər tərəfdən qeyd edilməsi zəruridir ki, cavabdehin imtinası və etirazında qeyd etdiyi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 271 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamı əsasında iddiaçıya ayrılmış torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü”nün, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və sonradan özgəninkiləşdirilməsi əsaslıdır eləcə də iddia tələbindən imtinaya əsas olan hal kimi qeyd edilə bilər.
38. Belə ki, məhkəmənin imtinada və etirazda qeyd edilən əsasın əsaslı olub-olmamasını müəyyənləşdirmək üçün müvafiq sorğu ilə cavabdehə müraciətinə cavab məktubunda təqdim edilmiş və işin materiallarında yer alan sənədlərdə göstərilmişdir ki, İddiaçı adına Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 271 №li sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m. torpaq sahəsi ayrılmışdır və müvafiq dövlət qeydiyyatı aparılmışdır. Lakin həmin torpaq sahəsi xx.xx.2008-ci il tarixli, AN-İ № ******* saylı “Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi” əsasında iddaçı (etibarnamə üzrə nümayəndəsi) tərəfindən 3-cü şəxs – X4 mülkiyyətinə satılmışdır. Sonradan təkrarən sözügedən 3-cü şəxs tərəfindən AN-İ № ******* saylı “Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi” əsasında digər şəxs – X1 tam mülkiyyətinə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli, ******* №-li müvafiq çıxarışına əsasən sözügedən torpaq sahəsi üzərində X1 mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən faktlar xx.xx.2000-ci il tarixli, 271 №li Sərəncamla iddiaçıya ayrılmış torpaq sahəsinin özgəninkiləşdirilməsi əsasını təsdiq edir.
39. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində xüsusi mülkiyyətdə olan torpaqlar torpaq bazarının obyektləri və subyektləri sırasında göstərilmişdir. Həmin qanunun 10-cu maddəsində qeyd edilmişdir ki, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqlarını bilavasitə satdıqda tərəflər arasında notarial qaydada təsdiq edilmiş alqısatqı müqavilələri bağlanılır.
40. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 93- cü – “Torpaq sahəsinə dair əqdlərin rəsmiləşdirilməsi” maddəsindən başa düşülür ki, torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir.
41. Sözügedən müqavilələrin bağlanması zamanı diqqət yetirilməli bir sıra vacib məqamlar var ki, alqı-satqı müqaviləsi bağlandıqdan sonra, mülkiyyət hüququnun alıcıya keçməsi üçün bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir. Hazırki iş üzrə iş materiallarında yer alan sənədlərlə əsasən iddia tələbinin əsası kimi göstərilmiş sərəncamda göstərilən torpaq sahəsi cari vəziyyətdə X1 tam mülkiyyətinə satılmışdır və onun daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır.
42. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edib ki, işin hərtərəfli araşdırılması üçün iş üzrə ekspertiza təyin edilməlidir və bu barədə İş üzrə № e-2-1(112)-2287/2025 xx.xx.2025ci il tarixli qərardad qəbul edib. Azərbaycan Rspublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 19 iyun 2025-ci il tarixli rəy məhkəməyə göndərilib. Ekspertiza rəyindən göründüyü kimi iddia ərizəsinin təmin edilməsi üçün əsaslar olsa da məhkəmə tərəfindən buna qiymət verilməmiş və iddia ərizəsi rədd edilmişdir. Hesab edir ki, Bakı İnzibati Məhkəməsinin qərarı əsassızdır.
43. Bununla bağlı məhkəmə Kollegiyası bir daha vurğulayır ki, Ekspert rəyinə əsasən iddia tələbində göstərilən torpaq sahəsi ilə işin materiallarında qeyd edilən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına tərtib olunmuş A seriyalı 072513 №li "Torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki olaraq üst-üstə düşmür və bu isə onu deməyə əsas verir ki, iddiaçı sözügedən sərəcama istinad edərək, sərəncamda göstərilməyən, yəni başqa ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb edir.
44. O da qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına tərtib olunmuş A seriyalı 072513 №li "Torpaq sahəsinin plan və ölçüsü sənədi (i/v-45) Bakı şəhər Xətari rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 271 saylı Sərəncamı əsasında verilmişir.
45. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, Daşınmaz əmlak üzəridə hüquq yaradan eyni sənəd (mövcud inzibati işdə Bakı şəhər Xətari rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 271 saylı Sərəncamı) ilə yalnız bir torpaq sahəsinə (sərəncamda göstərilən) dair hüquqların dövlət qeydiyyatı aparıla bilər. Çünki dövlət reyestrində hər bir daşınmaz əmlak obyekti üzrə ayrıca qeydiyyat bölməsi açılır və hüquqlar yalnız həmin obyektə dair sənədlər əsasında rəsmiləşdirilir. Bir sərəncam əsasında artıq bir torpaq sahəsi üzrə qeydiyyat aparılıbsa, artıq həmin sərəncamın ikinci dəfə başqa torpaq sahəsinə tətbiqi hüquqi əsası aradan qalxmış hesab edilməlidir. Bu hal isə özözlüyündə dövlət qeydiyyatından imtina üçün əsas ola bilər.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
47. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2287/2025 saylı, 25 noyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2287/2025 saylı, 25 noyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.