Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-497/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “kirayə müqaviləsinin bağlanması barədə səəncamın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), X9 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi" tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6780/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında daimi yaşayış yeri üzrə qeydiyyatdadır.
2. Bakı şəhəri Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı birliyinin 77 saylı Mənzil- Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli 980 nömrəli arayışından görünür ki, İddiaçı, oğlu X5 və qızı X7 həqiqətən də 20 yanvar küçəsi, ev 7a, 13 saylı mənzildə 1992ci ildən Laçın rayonundan məcburi köçkün kimi məskunlaşmışlar.
3. Məhkəmə sorğusuna cavab olaraq Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 77 Saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 05 nömrəli məktubunda qeyd edilmişdir ki, Nəsimi rayonu 20 yanvar küçəsi ev 7a mənzil 13 Mənzil- Kommunal birliyinin balansındadır. Həmin mənzildə Laçın rayonundan məcburi köçkün düşmüş aşağıda göstərilən ailə məskunlaşmışdır: İddiaçı və X5. Göstərilən ünvanda qeydiyyatda heç kim yoxdur. Hal-hazırda heç bir şəxsin adına göstərilən ünvana şəxsi hesab vərəqəsi açılmamışdır. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki: - Bakı şəhəri Nəsimi rayonu 20 yanvar küçəsi, ev 7a, 13 saylı tutulmuş sahənin ölçüsü 41,37 kv.m. olan (norma ilə 29,47 kv.m.) mənzildə Laçın rayonundan məcburi köçkün düşmüş İddiaçı və X5 yaşayırlar. Qeydiyyatda heç kim yoxdur. - Oktyabr rayon X10 İcraiyyə komitəsinin xx.xx.1966-cı il tarixli 51158 nömrəli qərarından görünür ki, ünvan 3 ünvanında yerləşən 29,47 kv.m-lik iki otaqlı mənzilə dair şəxsi hesab vərəqəsinin X11 adına 2 nəfər ailə üzvü (özü və əri) keçirilməsi qərara alınmışdır.
4. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli 3-36-3\2-941\2024 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsində olan məlumata əsasən məktubda adı qeyd edilmiş vətəndaş İddiaçı ünvan 4 ünvanında faktiki olaraq məskunlaşmışdır.
5. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər Cavabdeh Mənzil - Kommunal Təsərrüfatı Birliyi xx.xx.2024-cü il tarixli, o\224 nömrəli məktubunda bildirilmişdir ki, Nəsimi rayonu, 20 Yanvar küçəsi 7a saylı bina Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.
6. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Bakı Şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli 5-15\2-534\2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 7A saylı evin, 13 nömrəli mənzilində müvəqqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün vətəndaş İddiaçı Cavabdehndə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınmamışdır və onun Nəsimi rayonu ərazisində daimi qeydiyyatı olmadığından mövcud qanunvericiliyinin tələblərinə əsasən mənzil növbəsinə götürmək mümkün deyildir.
7. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli 3-36-3/2-1707/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsində olan məlumata əsasən məktubda adı çəkilən vətəndaş İddiaçı 1995-ci il 19 oktyabr tarixdən ünvan 4 ünvanında müvəqqəti olaraq məskunlaşmışdır.
8. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli **********38 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 7a, 13 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
9. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********34 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı, X2, X8, X1 və X6 adlarına Azərbaycan Respublikası üzrə qeydiyyata alınmış əmlaklar barədə məlumat verilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sorğuda qeyd edilən şəxslərin adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
10. Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 5-15/2-4- 1505/23 nömrəli məktubunda bildirilmişdir ki, Nəsimi rayonu, 20 Yanvar küçəsi 7 a nömrəli evin 13 nömrəli mənzilinin icarə müqaviləsinin həmin mənzildə müvəqqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün İddiaçı ilə bağlanması barədə Cavabdehnə daxil olmuş ərizənizə baxılmışdır. Məlumat üçün bildiririk ki, 20 Yanvar küçəsi 7 a N-li evin 13 N-li mənzili Cavabdeh boş mənzil fonduna aiddir və həmin mənzildə vətəndaş İddiaçı ailə üzvləri ilə birlikdə Laçın rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Nəzərinizə çatdırırıq ki, mənzil icarə müqaviləsinin vətəndaş İddiaçı ilə bağlanması üçün hüquqi əsas olmadığından xahişinizi təmin etmək mümkün deyildir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1992-ci ildən hazırkı vaxtadək İddiaçı sahiblik və istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 7a saylı evin 13 saylı mənzilinə dair İddiaçı ilə sosial kirayə müqaviləsi bağlanılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 7a saylı evin 13 saylı mənzilinə dair İddiaçı ilə sosial kirayə müqaviləsi bağlanılması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.
13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək 1992-ci ildən hazırkı vaxtadək İddiaçı sahiblik və istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 7a saylı evin 13 saylı mənzilinə dair İddiaçı ilə müqavilə (icarə və ya kirayə müqaviləsi) bağlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-15/2-4-1505/23 saylı məktubla 1992-ci ildən hazırkı vaxtadək İddiaçı sahiblik və istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 7a saylı evin 13 saylı mənzilinə dair İddiaçı ilə müqavilə (icarə və ya kirayə müqaviləsi) bağlanılmasından imtina edilmişdir. Aşağıda sadalananlara görə 1992-ci ildən hazırkı vaxtadək İddiaçı sahiblik və istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 7a saylı evin 13 saylı mənzilinə dair İddiaçı ilə müqavilə (icarə və ya kirayə müqaviləsi) bağlanılmasından inzibati orqan olan cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh verdiyi imtina qanunsuz və əsassızdır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 7a saylı evin 13 saylı mənzili 1982-ci ildən hazırkı vaxtadək İddiaçı sahiblik və istifadəsində olmaqla, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayırlar. İddiaçı vəkili və nümayəndəsi olaraq həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması, alındığı halda, kimin adına qeydiyyata alınması barədə məlumat verilməsi üçün xx.xx.2023-cü il tarixli, 468 nömrəli sorğu ilə tərəfimdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin sorğuya xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-41678/2023 saylı məlumatın verilməsi barədə məktubla cavab verilmiş və həmin cavab məktubu xx.xx.2023-cü il tarixdə ona təqdim edilmişdir. Həmin cavab məktubunda Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 7a saylı evin 13 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilmədiyi göstərilmişdir. Həmin mənzillə bağlı heç vaxt başqa şəxs və ya şəxslər tərəfindən İddiaçı qarşı iddia irəli sürülməmiş və mənzillə bağlı heç bir mübahisə olmamışdır. Yəni həmin mənzil 1992-ci il tarixdə hazırki vaxtadək mübahisəsiz olaraq İddiaçı sahiblik və istifadəsində olmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 7a saylı evin 13 saylı mənzilinin 1992-ci ildən hazırki vaxtadək İddiaçı sahiblik və istifadəsində olması faktını Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh Nəsimi rayon Mənzil Komunal Təsərrüfatı Birliyinin 77 sayh Mənzil Komunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 980 saylı arayış da təsdiq edir. Həmin arayışda İddiaçı həqiqətən də Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 7a saylı evin 13 saylı mənzilində 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi məskunlaşdıqları (oğlu - X5, qızı - X7) göstərilmişdir. Hazırda İddiaçı həmin mənzilə dair hüquqlarının tanınmasını istəyir. Bu baxımdan əvvəlcə həmin mənzilə dair qanunvericiliyin tələbinə əsasən Bakı şəhəri Cavabdeh ilə İddiaçı arasında müqavilə (icarə və ya kirayə) bağlanılması zəruri olduğundan ərizə ilə cavabdeh orqana müraciət edilmişdir. Buna baxmayaraq həmin mənzilə dair Bakı şəhəri Cavabdeh ilə İddiaçı arasında müqavilə (icarə və ya kirayə) bağlanılması barədə ərizə ilə birlikdə cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehnə digər sənədlər də təqdim edilsə də, cavabdeh həmin sənədləri görməzdən gəlmiş və nəzərə almamışdır.
14. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda qeyd olunmuşdur ki, “Yerli icra hakimiyyətləri haqqında ” Əsasnamənin 3.9.6-cı maddəsinə görə, yerli icra hakimiyyətləri başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının MPMnin 217.2 maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri 1992-ci ildə yaranıb və həmin dövrdə mənzillə bağlı münasibətlər 01 mart 1983-cü ildən 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsi ilə tənzimlənmişdir. 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X10 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq, hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Həmin Məllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil- istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsinin birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə, müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. Həmin Məllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 895 saylı, 17 sentyabr 1998-ci il tarixli Sərəncamının 3-cü bəndinə əsasən qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşadıqları ictimai binaların və mənzillərin özəlləşdirilməsinin müvəqqəti dayandırılması məsələsinə baxılması, işğaldan azad edilmiş ərazilərdə dövlət əmlakının məcburi köçkünlər üçün pulsuz özəlləşdirilməsinin təmin edilməsi 1998-ci il və sonrakı illər Nazirlər Kabineti, Dövlət Əmlak Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, şəhər və rayon icra hakimiyyətlərinə həvalə edilmişdir. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 298 saylı, 1 iyul 2004-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdanadək, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının əsas və ən ümdə olan Milli Priotetlərindən biri də işğaldan azad edilmiş ərazilərdə “BÖYÜK QAYİDİŞ” dır. “Böyük Qayıdış”ın 2022-2025-ci illər ərzində bərpasını və keçmiş məcburi köçkünlərin azad olunmuş torpaqlarda məskunlaşdırılmasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Proqramı qəbul edilmişdir. “Böyük Qayıdış” çərçivəsində yenidən qurulan Laçın rayonuna məhz keçmiş məcburi köçkün ailələrin qayıdışı davam edir. Bakı şəhərində başqa-başqa şəxslərin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrində məskunlaşmış, həmçinin “Qobu park”yaşayış kompleksindən Laçın şəhərində evləri olmuş şəxslərin köçürülməsinə başlanmışdır. Nəzərdə tutulan “Böyük Qayıdış” dövlət poqramının həyata keçiriləcəyi təqdirdə 2025-ci ilin sonunadək Qarabağda təqribən 200 min insanın daimi məskunlaşdırılması təmin olunacaqdır. Sadalanan qanunvericilik aktları normalarına əsasən hesab edirik ki, Cavabdeh 5-15/2-4-1505/2023 saylı, 26.12.23-cü il tarixli məktubu qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən İddiaçı Cavabdehnə qarşı “1992-ci ildən hazırki vaxtadak İddiaçı sahiblik və istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 7A nömrəli evin 13 nömrəli mənzilinə dair Əbülfət Qiyas oğlu ilə sosial kirayə müqaviləsi bağlanması vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə” iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6780/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.
16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin iddiaçının 1992-ci ildən fasiləsiz istifadə və sahibliyində olması onun həmin mənzilə dair kirayəçi qismində tanınmasını tələb etməyə hüquqi əsas yaratmır. Qeyd edildiyi kimi həmin mənzil iddiaçıların faktiki istifadəsinə məcburi köçkün kimi yuxarda adlarıçəkilən məcburi köçkünlərin məskunlaşdırılması qaydaları əsasında müvəqqəti olaraq yaşamaq üçün verilmişdir.
17. Beləliklə, məhkəmə iddia olunan yaşayış sahəsinin iddiaçıya verilməsinin hüquqi əsaslarını mənzilin verildiyi vaxt qüvvədə olan mənzil qanunvericiliyinə uyğun yoxlayaraq bu nəticəyə gəlmişdir ki, iddia olunan mənzilə dair dövlət mənzil fondunun balansaxlayıcısı və idarəedicisi olan cavabdeh qurumun iddiaçıyla mənzil kirayə müqaviləsinin bağlaması öhdəliyi yaranmamışdır.
18. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh orqanın iddia premeti olan mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsindən imtinası əsaslı olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozulması kimi qiymətləndirilə bilməz.
19. iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6780/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
d) Prosses iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. 979-X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş):
- 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. - 31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər (.....). - 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X10 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. - 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. - 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. - 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. - 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.
25. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
- 4.0-cı maddəsinə görə dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: - 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. - 17.3.1-ci maddəsinə əsasən sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusudur. - 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: - 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; - 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; - 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; - 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - 50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. - 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. - 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 59.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. - 59.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. - 62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır.
26. Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydaları: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qaydalara əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması” Qaydasının:
2. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir.
4. "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi. 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
37. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə cavab olaraq qeyd etmişdir ki, Nəsimi rayonu, 20 Yanvar küçəsi 7 a nömrəli evin 13 nömrəli mənzilinin icarə müqaviləsinin həmin mənzildə müvəqqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün İddiaçı ilə bağlanması barədə Cavabdehnə daxil olmuş ərizənizə baxılmışdır. Məlumat üçün bildiririk ki, 20 Yanvar küçəsi 7 a N-li evin 13 N-li mənzili Nəsimi ayon İcra Hakimiyyətinin boş mənzil fonduna aiddir və həmin mənzildə vətəndaş İddiaçı ailə üzvləri ilə birlikdə Laçın rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Nəzərinizə çatdırırıq ki, mənzil icarə müqaviləsinin vətəndaş İddiaçı ilə bağlanması üçün hüquqi əsas olmadığından xahişinizi təmin etmək mümkün deyildir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası əsaslı olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozulması kimi qiymətləndirilə bilməz.
39. Belə ki, iddiaçı Nəsimi rayonu, 20 Yanvar küçəsi 7a saylı bina dövlət mənzil fonduna aid olmaqla Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçı Laçın rayonundan məcburi köçkün kimi daimi yaşayış yeri olan ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla məcburi köçkün kimi Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 7a, 13 saylı mənzildə müvəqqəti məskunlaşmışdır.
40. Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarının 2.1-ci bəndinə əsasən “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir.
41. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, mübahisəli mənzilin iddiaçının 1992-ci ildən faktiki istifadə və sahibliyində olması onun həmin mənzilə dair kirayəçi qismində tanınmasını tələb etməyə hüquqi əsas yaratmır. Qeyd edildiyi kimi həmin mənzil iddiaçıların faktiki istifadəsinə məcburi köçkün kimi yuxarda adlarıçəkilən məcburi köçkünlərin məskunlaşdırılması qaydaları əsasında müvəqqəti olaraq yaşamaq üçün verilmişdir.
42. Həmçinin, Kollegiya qeyd edir ki, iddia tələbinin və apellyasiya şikayətinin əsası olan “həmin mənzillə bağlı başqa şəxslər tərəfindən iddianın irəli sürülməməsi, 1992-ci ildən iddiaçının faktiki sahibliyi və istifadəsində olması, Mənzil Kommunal İstismar sahəsi tərəfindən iddiaçının və ailə üzvlərinin sözügedən mənzildə məskunlaşdığını göstərən arayışın verilməsi” əsasları müvafiq qanunvericilikdə mənzil kirayə müqaviləsinin bağlanması əsası kimi müəyyən edilməmişdir.
43. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.
44. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir.
45. Yuxarıda qeyd olunan normalara istinadən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda mövcud mənzil qanunvericiliyi sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələrinin yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsini nəzərdə tutmuşdur ki, hazırkı halda iddiaçı müvafiq Nəsimi rayonu ərazisində daimi qeydiyyatı olmamaqla bərabər həmin rayon üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınmadığı işin mübahisəsiz halıdır.
46. Məhkəmə kollegiyası işin faktiki hallarını, iş materiallarında olan sənədləri nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, məhkəmə iddia olunan yaşayış sahəsinin iddiaçıya verilməsinin hüquqi əsaslarını mənzilin verildiyi vaxt qüvvədə olan mənzil qanunvericiliyinə uyğun yoxlayaraq bu nəticəyə gəlir ki, iddia olunan mənzilə dair dövlət mənzil fondunun balansaxlayıcısı və idarəedicisi olan cavabdeh qurumun iddiaçıyla mənzil kirayə müqaviləsinin bağlaması öhdəliyi yaranmamışdır.
47. Kollegiya hesab edir ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 7a, 13 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsindən imtinası əsaslı olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozulması kimi qiymətləndirilə bilməz.
48. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6780/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6780/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.