Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4972/2025 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X5 və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavabdehin ##.##.2025-ci il tarixli, 3-17-1/2-T-87335/2025 №- li məktubu ilə verilmiş imtinası əsassızdır. O, qanunvericiliyin müvafiq normalarının rəhbər tutularaq mübahisənin onun lehinə həll edilməli olduğu qənaətindədir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Mərkəzi Filiala müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən iddiaçıya verilmiş ##.##.2025-ci il tarixli 3-17-1/2-T-*****/**** №li cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının 1-ci səhifəsində doldurulduğu tarix # #### 1986-cı il qeyd edilsə də, həmin səhifədəki məlumatlar möhürlə təsdiqlənməmişdir. Iddiaçının əmək kitabçasında ##.##.1986-##.##.1991-ci il tarixləri arasındakı dövr ərzində *** saylı Tikinti Idarəsində işlədiyi qeyd olunmuş, lakin ##.##.1991-ci il tarixində işdən azad olunmağı ilə bağlı 5-ci qeyd möhürlə təsdiqlənməmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli məktubuna əsasən *** saylı Tikinti Idarəsi barədə, həmçinin iddiaçı İddiaçı Talib oğlunun həmin müəssisələrdə işləməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər-hansı məlumat aşkar edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## ### 2025-ci il tarixli məktubuna əsasən reyestrdə “xxxx” Birliyinin *** saylı Tikinti Idarəsinin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Iddiaçının əmək kitabçasında ##.##.1991-##.##.2001-ci il tarixləri arasındakı dövr ərzində isə *** saylı Tikinti idarəsində işlədiyi qeyd olunmuşdur. “Bakıbaştikinti” *** saylı Tikinti idarəsinə dair qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmiş, lakin sorğuya cavab olaraq, sözügedən müəssisələrin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Həmçinin müəsisəninin hüquqi ünvanının olmaması səbəbindən yerində araşdırma aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli məktubuna əsasən “xxxx” Layihə Sənaye Tikinti Birliyinin *** saylı Tikinti Idarəsi keçmiş Dövlət Əmlakı Nazirliyinin ## ###### 2000-ci il tarixli, *** nömrəli əmri ilə özəlləşdirilməyə açıq elan edilmiş, həmin nazirliyin digər ## ###### 2001-ci il tarixli, ** nömrəli əmri ilə “özəlləşdirilmə perspektivinin olmaması” səbəbi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin siyahısından çıxarılaraq Bakı Şəhər Icra Hakimiyyətinin tabeliyində saxlanılması məqsədəuyğun hesab edilmişdir. Sonradan *** saylı Tikinti Idarəsi uzun müddət fəaliyyət göstərmədiyi, heç bir daşınar və daşınmaz əmlakı olmadığı üçün “xxxx” Layihə Sənaye Tikinti Birliyinin ##.##.2009-cu il tarixli, ** nömrəli əmri ilə *** saylı Tikinti idarəsinin tərkibinə verilmiş, *** saylı Tikinti Idarəsi isə ## ####### 2009-cu ildə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məktəbli küçəsi. 4a ünvanında yerləşən “xxxx” Layihə Sənaye Tikinti Birliyinin tərkibində özəlləşdirilmişdir. Həmçinin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## ### 2025-ci il tarixli məktubuna əsasən dövlət reyestrində "Bakıbaştikinti" Idarəsinin *** saylı Tikinti idarəsinin ##.##.1996-cı il tarixdə D-974 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Eyni zamanda sözügedən əmək kitabçasında, iddiaçının ##.##.2004-##.##.2007-ci il tarixləri arasındakı dövr ərzində xxxx Mənzil Tikinti koorperativində işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı, ##.##.2006- ##.##.2007-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində qeydə alınmadığı müəyyən edilmişdir. Buna görə də ##.##.2004-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının işləməyinə əsaslı şübhələr yaranmışdır. Iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17191,85 manat təşkil edir. Üçüncü əsas: Iddiaçı hüququ yaranan tarixədək azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışmalıdır. Araşdırma zamanı “Bakıbaştikinti” *** saylı Tikinti idarəsinin iddiaçıya dair arayışının verilmə tarixi və nömrəsinin olmadığı müəyyən edilmişdir. “Bakıbaştikinti” *** saylı Tikinti idarəsinə dair qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəflərindən aidiyyəti üzrə sorğu göndərilmiş, lakin sözügedən müəssisələrin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Həmçinin iddiaçının inzibati orqana güzəştli iş stajına dair təqdim etdiyi arayışdakı dövrlər yuxarıda qeyd olunan səbəblərdən ümumi iş stajına daxil edilməmişdir. Iddiaçı tərəfindən güzəştli iş stajını təsdiq edən başqa arayış təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair # ###### 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)- *****/**** nömrəli qərarında qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X3) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Məhkəmənin mövqeyinə münasibətdə bildirilmişdir ki, analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında qeyd olunmuşdur ki, Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk öncə qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Bundan başqa məhkəmə qərarında qeyd olunmuşdur ki, iddiaçının ##.##.2006-cı il tarixindən ##.##.2007-ci il tarixinədək işlədiyi dövrlər üzrə məcburi sosial sığorta haqının ödənilməsi müvafiq hesabatlarla öz təsdiqini tapmışdır. Lakin, həmin ödənişlər onun fərdi hesabında öz əksini tapmamışdır. Bu hal iddiaçının ziyanına şərh olunmamalı və onun hüquqlarını məhdudlaşdırmamalıdır. Belə olan halda Məhkəmə hesab edir ki, mübahisələndirilən həmin dövrdə iddiaçının stajına daxil edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə aldıqda məhkəmə hesab edir ki, iddiaçının “xxxx” Mənzil-tikinti Kooperativində işlədiyi ##.##.2004-##.##.2007-ci il tarixədək iş stajı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini zamanı nəzərə alınması üçün qanuni əsaslar mövcuddur. Məhkəmənin mövqeyinə münasibətdə bildirilmişdir ki, iddiaçı T.Talıbovun fərdi hesabında ##.##.2006-cı il tarixindən ##.##.2007-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. Buna görə də həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyə ziddir. Əlavə olaraq bildirilmişdir ki, Fondun Arxiv və Sosial Ödənişlərin Çeşidlənməsi üzrə Mərkəzi Filialının məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubu ilə “xxxx” Mənzil Tikinti Kooperativinin 2006-cı ilə dair “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat” məlumatları təqdim edilmişdir. Bildirilmişdir ki, sözügedən hesabatda yalnız sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları öz əksini tapmışdır. Lakin bu ödənişlərin hansı işçilərə münasibətdə hesablanıb-ödənilməsi, eləcə də iddiaçı T.Talıbov barədə məlumatlar qeyd olunmamışdır. Buradan da aydın olduğu kimi sığortaedən işçilərin fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmalı olan məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim etməli olduğu halda təqdim etməmişdir. Müəssisədə işçi sayı, eləcə də işçilərin əməkhaqqı alıb-almadığı barədə sığortaçının malik olduğu informasiya sığortaedən tərəfindən verilən hesabat qədərdir. Sığortaedən iddiaçı T.Talıbovu işçi olaraq eləcə də əmək haqqısında məcburi dövlət sosial sığorta haqqı tutulacaq şəxs kimi sığortaçıya hesabat təqdim etməmişdirsə, burada təqsir sığortaçının olmadığı kimi öhdəlik də Mərkəzi Filiala həvalə edilə bilməz. Həmçinin birinci instansiya məhkəməsinin qərarında obyektiv və iddiaçıdan asılı olmayan səbəblərdən yeni güzəştli arayışın əldə edilməsinin mümkün olmaması iddiaçının işlədiyi peşənin güzəştli iş stajına daxil edilməməsinə səbəb ola bilməz. Konkret işdə mövcud olan digər sübutların məcmusu əsasında bu halı müəyyən etmək mümkündürsə, güzəştli arayış olmadan da, iddiaçının işlədiyi peşəni güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin etməyə imkan verən işlərə aid etmək olar. Hazırkı işdə də məhz bu hal mövcud olmuşdur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının işlədiyi polad dəmir beton quraşdırıcısı (montajçısı) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində göstərildiyi qeyd olunmuşdur. Məhkəmənin bu mövqeyinə münasibətdə isə bildirilmişdir ki, iddiaçı T.Talıbov tərəfindən təqdim edilmiş “Bakıbaştikinti” *** saylı Tikinti idarəsinin möhürü ilə təsdiqlənmiş arayışının verilmə tarixi və nömrəsi yoxdur. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən müəssisələrin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. IPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 9.1-ci maddəsinin ## ### 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.1-ci maddəsinin ## ### 2022-ci il tarixdən sonrakı ## #### 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə 67. Iş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Həmin Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: - azı 25 il sığorta stajına malik olması; - 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməsi ilə bağlı şərt “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək qüvvədə olan redaksiyasında mövcud olmuşdur. Belə ki, ##.##.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ## ### 2022-ci il tarixli Qanunu ilə həmin maddə yeni redaksiyada verilərək pensiya kapitalı ilə bağlı tələb çıxarılmışdır. Iddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması işin mübahisələndirilməyən halıdır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı İddiaçı ##.##.1965-ci il təvəllüdlü olmaqla, iddiaçının ##.##.2025-ci il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Işin mübahisəli halı tələb olunan ümumi və xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. Cavabdeh inzibati orqan imtinasında, iddiaya dair etirazında və apellyasiya şikayətində iddiaçının ümumi iş stajının 25 ildən az - 15 il 9 ay 1 gün (01.01,2006-cı il tarixinədək 5 il 1 gün (##.##.1980-##.##.1983-cü il (təhsil aldığı dövr), ##.##.1983- ##.##.1985-ci il (hərbi xidmət keçdiyi dövr), həmin tarixdən sonra 10 il 9 ay) təşkil etdiyini bildirmişdir. Belə ki, cavabdeh inzibati orqan qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının 1-ci səhifəsində doldurulduğu tarix # #### 1986-cı il qeyd edilsə də, həmin səhifədəki məlumatlar möhürlə təsdiqlənməmişdir. Iddiaçının əmək kitabçasında ##.##.1986-##.##.1991-ci il tarixləri arasındakı dövr ərzində *** saylı Tikinti Idarəsində işlədiyi qeyd olunmuş, lakin ##.##.1991-ci il tarixində işdən azad olunmağı ilə bağlı 5-ci qeyd möhürlə təsdiqlənməmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli məktubuna əsasən *** saylı Tikinti Idarəsi barədə, həmçinin iddiaçı İddiaçı Talib oğlunun həmin müəssisələrdə işləməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər-hansı məlumat aşkar edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## ### 2025-ci il tarixli məktubuna əsasən reyestrdə “xxxx” Birliyinin *** saylı Tikinti Idarəsinin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Iddiaçının əmək kitabçasında ##.##.1991-##.##.2001-ci il tarixləri arasındakı dövr ərzində isə *** saylı Tikinti idarəsində işlədiyi qeyd olunmuşdur. “Bakıbaştikinti” *** saylı Tikinti idarəsinə dair qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmiş, lakin sorğuya cavab olaraq, sözügedən müəssisələrin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Həmçinin müəsisəninin hüquqi ünvanının olmaması səbəbindən yerində araşdırma aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli məktubuna əsasən “xxxx” Layihə Sənaye Tikinti Birliyinin *** saylı Tikinti Idarəsi keçmiş Dövlət Əmlakı Nazirliyinin ## ###### 2000-ci il tarixli, *** nömrəli əmri ilə özəlləşdirilməyə açıq elan edilmiş, həmin nazirliyin digər ## ###### 2001-ci il tarixli, ** nömrəli əmri ilə “özəlləşdirilmə perspektivinin olmaması” səbəbi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin siyahısından çıxarılaraq Bakı Şəhər Icra Hakimiyyətinin tabeliyində saxlanılması məqsədəuyğun hesab edilmişdir. Sonradan *** saylı Tikinti Idarəsi uzun müddət fəaliyyət göstərmədiyi, heç bir daşınar və daşınmaz əmlakı olmadığı üçün “xxxx” Layihə Sənaye Tikinti Birliyinin ##.##.2009-cu il tarixli, ** nömrəli əmri ilə *** saylı Tikinti idarəsinin tərkibinə verilmiş, *** saylı Tikinti Idarəsi isə ## ####### 2009-cu ildə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məktəbli küçəsi. 4a ünvanında yerləşən “xxxx” Layihə Sənaye Tikinti Birliyinin tərkibində özəlləşdirilmişdir. Həmçinin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## ### 2025-ci il tarixli məktubuna əsasən dövlət reyestrində "Bakıbaştikinti" Idarəsinin *** saylı Tikinti idarəsinin ##.##.1996-cı il tarixdə D-974 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Eyni zamanda sözügedən əmək kitabçasında, iddiaçının ##.##.2004-##.##.2007-ci il tarixləri arasındakı dövr ərzində xxxx Mənzil Tikinti koorperativində işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı, ##.##.2006-##.##.2007-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində qeydə alınmadığı müəyyən edilmişdir. Buna görə də ##.##.2004-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının işləməyinə əsaslı şübhələr yaranmışdır. Məhkəmə kollegiyası əvvəla iş materiallarında olan sənədlərə diqqət yetirir: Azərbaycan SSR X2 Təhsil Komitəsi tərəfindən ##.##.1983-cü il tarixdə verilmiş Д seriyalı ****** nömrəli diplomun surətindən müəyyən olunur ki, İddiaçı ## ######## 1980-ci ildə Bakı şəhərinin 80 №li orta texniki peşə məktəbinə daxil olmuş ## #### 1983-cü ildə kişi və uşaq üst geyimi dərzisi peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. H3 seriyalı ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, ##.##.1965-ci il təvəllüdlü İddiaçı ##.##.1983-cü ildən ##.##.1985-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Iddiaçıya məxsus ##.##.1986-cı il tarixdə açılmış ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlardan müəyyən olunur ki, o, aşağıda göstərilən müəssisələrdə işləmişdir: “xxxx” birliyinin *** saylı Tikinti Idarəsində (iş stajı: 05 il, 06 ay, 24 gün): ##.##.1985-ci il tarixdə İ dərəcəli fəhlə peşəsinə qəbul edilmişdir; ##.##.1986-cı il tarixdə II dərəcə ilə polad dəmir-beton konstruksiyaların montajçısı (quraşdırıcısı) qəbul edilmişdir; ##.##.1989-cu il tarixdə dəmir-beton konstruksiyaların montajçısına (quraşdırıcısına) IV dərəcə verilmişdir; ##.##.1990-cı il tarixdə dəmir-beton konstruksiyaların montajçısına (quraşdırıcısına) V dərəcə verilmişdir; ##.##.1991-ci il tarixdə yeni yaradılmış *** saylı Tikinti Idarəsinə köçürülmə yolu ilə işdən azad edilmişdir. - “xxxx” birliyinin “Yüksəkyaşayıştikinti” trestinin *** saylı Tikinti Idarəsində (iş stajı: 10 il, 08 ay, 22 gün): ##.##.1991-ci il tarixdə V dərəcə ilə polad dəmir-beton konstruksiyaların quraşdırıcısı (montajçısı) qəbul edilmişdir; ##.##.2001-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. - “xxxx” Mənzil Tikinti Kooperativində (iş stajı: 02 il, 01 ay, 11 gün): ##.##.2004-cü il tarixdə fəhlə vəzifəsinə qəbul edilmişdir; ##.##.2007-ci il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. - “X1” MMC-də (iş stajı: 01 il, 03 ay, 26 gün): ##.##.2007-ci il tarixdə qəlibçi vəzifəsinə qəbul edilmişdir; ##.##.2009-cu il tarixdə tutduğu vəzifədən azad edilmişdir. - “xxxx” Mənzil Tikinti Kooperativində (iş stajı: 02 il, 08 ay, 26 gün): ##.##.2014-cü il tarixdə yüksək mərtəbəli bina tikintisinə dülgər peşəsinə qəbul olunmuşdur; ##.##.2017-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin II hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. - “xxxx” MMC-də (iş stajı: 01 il, 10 ay, 16 gün): ##.##.2017-ci il tarixdə briqadir vəzifəsinə qəbul edilmişdir; ##.##.2019-cu il tarixdə tutduğu vəzifədən azad edilmişdir. - “xxxx” MMC-də (iş stajı: 01 il, 02 ay, 27 gün): ##.##.2019-cu il tarixdə tikinti sahəsinə briqadir vəzifəsinə qəbul edilmişdir; ##.##.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialına ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-21-3/2-****/**** №-li məktubunda göstərilmişdir ki, “.... müraciətinizdə qeyd olunan “xxxx” Layihə Sənaye Tikinti Birliyinin *** saylı Tikinti Idarəsi keçmiş Dövlət Əmlakı Nazirliyinin ## ###### 2000-ci il tarixli, *** nömrəli əmri ilə özəlləşdirilməyə açıq elan edilmiş, həmin nazirliyin digər ## ###### 2001-ci il tarixli, ** nömrəli əmri ilə “özəlləşdirilmə perspektivinin olmaması” səbəbi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin siyahısından çıxarılaraq Bakı Şəhər Icra Hakimiyyətinin tabeliyində saxlanılması məqsədəuyğun hesab edilmişdir. Sonradan *** saylı Tikinti Idarəsi uzun müddət fəaliyyət göstərmədiyi, heç bir daşınar və daşınmaz əmlakı olmadığı üçün “xxxx” Layihə Sənaye Tikinti Birliyinin ##.##.2009-cu il tarixli, ** nömrəli əmri ilə *** saylı Tikinti Idarəsinin tərkibinə verilmiş, *** saylı Tikinti Idarəsi isə ## ####### 2009-cu ildə ünvan 1 ünvanında yerləşən “xxxx” Layihə Sənaye Tikinti Birliyinin tərkibində özəlləşdirilmişdir. Eyni zamanda sorğuda qeyd olunan *** saylı Tikinti Idarəsi barədə, həmçinin iddiaçı İddiaçı həmin müəssisələrdə işləməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər-hansı məlumat aşkar edilmədi”. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialına ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-21-2-1/2-M-3151-**/**** №-li məktubunda göstərilmişdir ki, “.... dövlət reyestrində "Bakıbaştikinti" Idarəsinin *** saylı Tikinti Idarəsinin ##.##.1996-cı il tarixdə D-974 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Mövcud məlumat bazasına əsasən "Bakıbaştikinti" Idarəsinin *** saylı Tikinti Idarəsinin ##.##.2001-ci il tarixdən ##.##.2003- cü il tarixədək olan dövr ərzində fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur. Reyestrdə “xxxx” Birliyinin *** saylı Tikinti Idarəsinin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Bakı Inzibati Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş Işlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, 3- 17-1/2-******/**** №-li cavab məktubu ilə “xxxx” Mənzil Tikinti Kooperativinin 2006-cı ilə dair “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat” məlumatlarının təsdiq olunmuş surətləri təqdim edilmişdir. Bakı Inzibati Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-*-*/*-*****/**** saylı məktubu ilə "Bakıbaştikinti" Idarəsinin Layihə Sanaye-Tikinti" "Bakıbaştikinti" Birliyinin *** saylı Tikinti Idarəsinin (dövlət qeydiyyat nömrəsi D-974) təsis sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının 15 il 9 ay 1 gün iş stajını mübahisəsiz qəbul edir. Belə ki, ##.##.1980-cı ildən ##.##.1983-cü ilədək təhsil dövrü, ##.##.1983-cü ildən ##.##.1985-ci ilədək hərbi xidmət dövrü və ##.##.2006-cı ildən sonra 10 il 9 ay ümumi iş stajı mübahisələndirilmir. Mübahisələndirilən dövrlər iddiaçının *** saylı və *** saylı Tikinti Idarəsində və xxxx mənzil tikinti kooperativində işlədiyi dövrlərdir. Iddiaçının əmək kitabçasında qeyd edilən Idarələrdə iş fəaliyyəti barədə məlumatlar qeyd edilsə də, cavabdehin yanaşması ondan ibarətdir ki, iddiaçının əmək kitabçasının bəzi səhifələrində möhür vurulmamış, onun işlədiyi müəssisələr barədə arxivdə məlumat yoxdur. Bu da o anlama gəlir ki iddiaçı həmin dövrlərdə işləməmiş və həmin dövrlər pensiya təyini üçün tələb olunan staja daxil edilə bilməz. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya aid əmək kitabçasında göstərilən məlumatların mötəbərliyinin şübhə altına alınması əsassızdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. O da diqqətə çatdırılır ki, iddiaçının işlədiyi hamıya bəlli olan Tikinti idarəsi hazırda “xxxx” MMC adı ilə fəaliyyət göstərsə də fəaliyyəti 50 ildən artıq dövrü əhatə edir. Belə ki, HYPERLINK "mövcud internet resurslarından da aydın olur ki, (https://byt.az ) \“xxxx\” MMC \“xxxx\” Layihə Sənaye Tikinti Birliyinin özəlləşməsi nəticəsində yaranmışdır. "mövcud internet resurslarından da aydın olur ki, (https://byt.az ) “xxxx” MMC “xxxx” Layihə Sənaye Tikinti Birliyinin özəlləşməsi nəticəsində yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: 1) Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 2) Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X3) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. ##.##.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, yuxarıda istinad olunan qanunvericilik normalarından da görünür ki, ## ###### 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. ## ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Belə ki, iddiaçının 2000-2002-ci illərdəki işlədiyin dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-##.##.2006-cı illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının ## #### 2018-ci il tarixli ****-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin ## ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Məhkəmə kollegiyası cavabdehin bu barədə qeyd etdiyi dəlilləri əsassız, birinci instansiya məhkəməsinin mövqeyini isə haqlı sayaraq bildirir ki, 2006-cı ilin ## ###### tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının “xxxx” Mənzil Tikinti koorperativində ##.##.2004-##.##.2006 müddətin sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqqlarının ödənilib-ödənilməməsi mühüm rol oynamır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş üzrə araşdırmalar nəticəsində iddiaçının işlədiyi “xxxx” Mənzil Tikinti koorperativi tərəfindən 2006-cı ilə dair məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat məlumatlarında müvafiq dövrlər üzrə məcburi sosial sığorta haqqının ödənilməsi öz təsdiqini tapmışdır. Lakin həmin ödənişlər iddiaçının fərdi hesabında öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi qeyd edilən ##.##.2006-cı ildən ##.##.2007-ci ilədək olan dövrləri iddiaçının iş stajına daxil etsə də, məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsi ilə razılaşmayaraq iddiaçının “xxxx” Mənzil Tikinti koorperativində ##.##.2006-cı ildən ##.##.2007-ci ilədək işlədiyi dövrlərin iş stajına daxil edilməməsi dəlili ilə razılaşır. Lakin o da qeyd edilir ki, bu hal iddiaçı üçün tələb olunan stajın tamamlanmasına maneə deyildir. Belə ki, iddiaçının 15 il 9 ay 1 gün iş stajı ( ##.##.1980-cı ildən ##.##.1983-cü ilədək təhsil dövrü, ##.##.1983-cü ildən ##.##.1985-ci ilədək hərbi xidmət dövrü və ##.##.2006-cı ildən sonra 10 il 9 ay ) mübahisələndirilmir. Mübahisələndirilən “xxxx” birliyinin *** saylı Tikinti Idarəsində (iş stajı: 05 il, 06 ay, 24 gün), “xxxx” birliyinin “Yüksəkyaşayıştikinti” trestinin *** saylı Tikinti Idarəsində (iş stajı: 10 il, 08 ay, 22 gün) və “xxxx” Mənzil Tikinti koorperativində (iş stajı: 01 il, 01 ay, 2 gün- ##.##.2004-cü il tarixdən ##.##.2006-cı ilədək ) işlədiyi dövrlərdir ki, həmin dövrlər üzrə arxiv sənədlərinin tapılmaması iddiaçının ziyanına şərh edilə bilməz. Əmək kitabçasında qeydlər mövcud olmuş və əmək kitabçasının tamlığı, yazılış sırası pozulmamışdır. *** saylı tikinti idarəsindən işdən çıxma qeydində möhürün olmaması ilə bağlı isə kollegiya diqqətə çatdırır ki, iddiaçı eyni tikinti trestin bir idarəsindən digər idarəsinə köçürülmə yolu ilə işə daxil edildiyindən möhürün olmaması iddiaçının ziyanına şərh edilə bilməz. Beləliklə, iddiaçının əmək kitabçasındakı məlumatlardan və təqdim etdiyi digər sənədlərdən onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Işin digər mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin güzəştli stajla bağlı dəlillərini də əsassız hesab edir. Iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na * nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan * nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Iş materiallarında olan: *** №-li Tikinti Idarəsi tərəfindən verilmiş “Arayış-açılış”da göstərilmişdir ki, İddiaçı Talib oğlu “xxxx” birliyinin *** saylı Tikinti idarəsində ##.##.1985-ci il tarixindən (əmr № ***/s ##.##.1985) ##.##.1986 ilə kimi (əmr № **/k ##.##.1986) 1-ci dərəcəli fəhlə, sonradan isə polad dəmir beton quraşdırıcısı işləmişdir. *** saylı Tikinti idarəsi ləğv olunması ilə əlaqədar (əmr № **, ##.##.1991) ##.##.1991-ci ildən (əmr № **/s, ##.##.1991-ci il) *** №-li Tikinti idarəsindən *** saylı Tikinti idarəsinə köçürülmüşdür. “xxxx” birliyinin *** saylı Tikinti idarəsində köçürmə yolu ilə ##.##.1991 il tarixindən (əmr № **, ##.##.1991-ci il) ##.##.2001-ci il tarixə kimi (əmr № **, ##.##.2001-ci il) 5-ci dərəcəli dəmir beton konstruksiyalar quraşdırıcısı işləmişdir. İddiaçı Talib oğlu Azərbaycan Respublikası Nazirlər kabinetinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq olunmuş XXIX-cu bölməyə (səhifə 160) əsasən güzəştli qanun üzrə pensiya almaq hüququna malikdir. İddiaçı XXIX-cu bölməyə (səhifə 160) əsasən güzəştli siyahı üzrə pensiya almaq üçün onun iş stajı 15 il 7 ay təşkil edir. Əmək fəaliyyəti tam iş günləri və tam iş həftəsi kimi olmuşdur. Inzibati məzuniyyətdən istifadə etməmişdir. 303 və *** saylı Tikinti idarələrinin gördüyü işlər aşağıdakılardan ibarətdir. Hündür yaşayış binaların tikilməsi, monolit dəmir-beton, yığma dəmir - beton, daş hörgüsü və yumşaq dam örtüyü, üzlük işləri və sair başqa işlər aparırdı. 303 və *** saylı Tikinti idarələrində dəmir-beton məmulatları üzrə quraşdırıcı və qaynaqçı işlərin xarakteri polad və dəmir-beton konstruksiyalarının quraşdırılmasında qaynaq işlərin və sair sadə qaynaq işlərin yerinə yetirilməsi olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilir və təqdim edilmiş güzəştli iş stajı barədə arayışı qəbul etməməklə onu ziddiyyətli sayır. Apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətində qeyd etdiyi iddiaçının mübahisəli güzəştli iş stajı ilə bağlı araşdırmalar aparılmış və müvafiq sorğular ünvanlanmışdır. Belə ki, Azərbaycan Respublikası Milli Arxiv Idarəsinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə, “xxxx” birliyinin *** saylı Tikinti Idarəsinin və “xxxx” birliyinin “Yüksəkyaşayıştikinti” trestinin *** saylı Tikinti Idarəsinin fəaliyyətilə bağlı, bundan əlavə ##.##.1965-ci il təvəllüdlü İddiaçı “xxxx” birliyinin *** saylı Tikinti Idarəsinin və “xxxx” birliyinin “Yüksəkyaşayıştikinti” trestinin *** saylı Tikinti Idarəsində polad dəmirbeton konstruksiyaların quraşdırıcısı (montajçısı) vəzifəsində işləməsinə dair bütün məlumatların (əmrlərdən çıxarış, əmək haqqı cədvəlləri və s.) məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv Idarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş *-**-*F-****/**** nömrəli ##.##.2026-cı il tarixli məktubla bildirilmişdir ki: “Dövlət Arxivinin Bakı filialında sənədlər kağız əsaslı olmaqla müvafiq Icra strukturlarının sərəncam və ya qərarlarına uyğun saxlanıır. Ünvanlara, vətəndaşların ad və soyadlarına görə Dövlət Arxivinin Bakı filialından hər hansı bir məlumatın əldə olunması mümkün deyildir. Digər tərəfdən nəzərinizə çatdırırıq ki, vət. İddiaçı “xxxx” birliyinin *** saylı Tikinti Idarəsi və “Yüksəkyaşayıştikinti “ trestinin *** saylı Tikinti Idarəsində hansı dövrlərdə işləməsi barədə heç bir məlumat qeyd etmədiyinizdən və sorğuya bununla əlaqədar heç bir sənəd əlavə olunmadığından icrası imkan xaricindədir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-***/** nömrəli “əmək pensiyalarının təyin edilməsi və ya yenidən hesablanması ilə bağlı işlər üzrə” icmal məktubunda göstərilmişdir ki, müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər-hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. Bununla əlaqədar apellyasiya baxışı zamanı “xxxx” MMC-yə sorğu ünvanlaraq hazırda sözügedən müəssisələrdən iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ olan peşə olub-olmamasını təsdiq edən güzəştli arayışın əldə edilməsi mümkün olmadığından, göstərilən işin obyektiv araşdırılması məqsədi ilə qeyd edilən “xxxx” birliyinin *** saylı Tikinti Idarəsinin və xxxx” birliyinin “Yüksəkyaşayıştikinti” trestinin *** saylı Tikinti Idarəsinin fəaliyyətləri ilə “xxxx” MMC–nin fəaliyyət istiqamətinin oxşar olması barədə müvafiq sənədlərin, ##.##.1965-ci il təvəllüdlü İddiaçı işlədiyi dəmir-beton konstruksiyaların montajçısı (quraşdırıcısı) vəzifəsinin müvafiq olaraq Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş 1 yaxud * nömrəli siyahılarda və (və ya) “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı barədə qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulub-tutulmaması, nəzərdə tutulduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. “xxxx” MMC tərəfindən verilmiş AZF-****/-***L nömrəli ##.##.2026-cı il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, xxxx MMC-də mövcud olan dəmir-beton konstruksiyaların montajçısı (quraşdırıcı) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə ## #### 1993cu il tarixli, *** saylı Qərarının 27-ci maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında 2290000a-14612 polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar bəndi və ## ###### 2007-ci il tarixli, ** saylı Qərarının 29-cu maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar bəndinə uyğundur. “xxxx” MMC-nin fəaliyyət istiqamətləri ilə bağlı isə kollegiya qeyd edir ki, https://www.xxxx.com saytından da göründüyü kimi MMC mühəndislik, istehsalat, tikinti, quraşdırma fəaliyyəti ilə məşğuldur. Göründüyü kimi, iddiaçının işlədiyi dəmir-beton konstruksiyaların montajçısı (quraşdırıcısı) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bəndinə uyğundur. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi ИТ-İ ******* nömrəli əmək kitabçası, iş materiallarına əlavə edilən digər sənədlər ilə təsdiqlənir. Beləliklə, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun ##.##.2025-ci ilədək ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. Iddiaçının 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajının mövcudluğu iş materialları və məhkəmə araşdırmasıyla sübuta yetirilir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (IPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (IPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («Inzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-4972/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4972/2025
24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver