Məhkəmə qərarları › İş №2-1(103)-4974/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4974/2025

02.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4974/2025 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət X5 Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X12 və X9 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət X5 Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. Cavabdehin “Gömrük Borcunun, dəbbə pulunun hesablanması və ödənilməsinin tələb edilməsi barədə” ##.##.2025-ci il tarixli, *-**-****/***Q nömrəli qərarına əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) ##.##.2025-ci il tarixli, *-**-****/*-******/**** nömrəli məktubla ##.##.2025-ci il tarixdə saat 10:00-da Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin inzibati binasında keçiriləcək İnzibati icraat prosesinə şəxsən və ya səlahiyyətli nümayəndə (qanuni nümayəndə) və ya vəkili vasitəsilə iştiraka dəvət edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Lakin, İddiaçı MMC-nin nümayəndəsi İnzibati icraatda iştirak etməmiş və iştirak etməməsi barədə hər hansı sənəd təqdim etməmişdir. İnzaibati icraat prosesi İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan aparılmışdır. Gömrük orqanı tərəfindən aparılmış araşdırma materialları və materiallara əlavə edilmiş sənədlərdən görünür ki, AZ1110, Вakı şəhəri ünvan 1 50 hüquqi ünvanında qeydiyyatda oian İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Türkmənistan Respublikasından idxal olunan mallar ##.##.2023-cü il tarixli 01231000107708 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və CT-1 formalı mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumundan azadolma tətbiq edilmişdir. Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin "Maliyyə əməliyyatları" blokunun "GB üzre bank əməliyyatlarına düzəliş" alt bölməsində 01231000107708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 16307,50 dollar ABŞ dolları məbləğində pul vəsaitinin Çin Xalq Respublikasının "X3 CO.,LTD" şirkətinə köçürüldüyü aşkar edilmişdir. Həmçinin, İddiaçı MMC-nin ünvanına idxal olunan malların ##.##.2023-cü il tarixli 01231000107709 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirildiyi və CT-1 formalı mənşə sertifikatı təqdim ediiməkiə idxal gömrük rüsumundan azadoima tətbiq edildiyi məlum olmuşdur. Yuxarıda qeyd olunan hal təkrarlandığı və 01231000107709 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 9368,50 ABŞ dolları məbləğində pul vəsaitinin X7 "X4 CO.,LTD" şirkətinə köçürüldüyü aşkar edilmişdir. Gömrük orqanlarının Vahid Avtomatlaşdırılmış İdareetmə Sisteminə İddiaçı MMC tərəfindən əlavə edilmiş ##.##.2023-cü il tarixli 01231000107708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə qoşma sənədlərdə "Satıcı" "İP Burqut Bezeqi" Aşgabat/Türkmənistan ilə "Alıcı" İddiaçı MMC arasında bağlanmış ##.##.2023- cü il tarixli EXP **-**** nömrəli ikitərəfli müqavilənin 3.1-ci bəndində qeyd edilir ki, ödəniş "Alıcı" tərəfindən "Satıcı"nın bank hesabına ABŞ dolları ilə köçürməklə həyata keçiriləcək. Həmçinin, ##.##.2023-cü il tarixli 01231000107709 sorğu nömrəii gömrük bəyannaməsi üzrə qoşma sənədlərdə "Satıcı" "X13" Aşgabat/Türkmənistan ilə "Alıcı" İddiaçı MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli EXP **-**** nömrəli ikitərəfli müqavilənin 3.1-ci bəndində də ödənişin "Alıcı" tərəfindən "Satıcı"nın bank hesabına ABŞ dolları ilə köçürməklə həyata keçirilməsi qeyd edilmişdir. Lakin, ödəniş İddiaçı MMC tərəfindən üçüncü dövlətə Çin Xalq Respublikasının "X3 CO.,LTD" şirkətinə köçürülmüşdür. Göstərilən hallar isə idxal əməliyyatının Azərbaycan Respublikasi Prezidentinin ## #### 2010-cu il tarixli 1046 Noli Serəncamı ilə təsdiq edilmiş "X14 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin tələblərinin pozulması ilə həyata keçirildiyini göstərir. 01231000107708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq sebebinden İddiaçı MMC tərəfindən 6797,28 manat idxal gömrük rüsumu, 1223,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yayındırılmış gömrük borcuna görə hesablanmış 2927.59 manat dəbbə pulu dövlət büdcəsinə ödənilməli olduğu müəyyən edilmişdir. 01231000107709 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən İddiaçı MMC tərəfindən 8433,36 manat idxal gömrük rüsumu, 1518,00 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yayındırılmış gömrük borcuna görə hesablanmış 3632.25 manat dəbbə pulu dövlət büdcəsinə ödənilməli olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı MMC tərəfindən gömrük bəyannaməsinə yanlış məlumatların daxil edilməsi nəticəsində dövlət büdcəsindən ümumilikdə 15230,64 manat idxal gömrük rüsumu, 2741,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi və 6559,84 manat dəbbə pulu yayındırması müəyyənləşdirilmişdir. Qeyd edilən ödənişlər İddiaçı MMC tərəfindən Qərarın alındığı gündən və ya qanunvericiliklə ona çatdırıldığı hesab olunduğu gündən 10 gün müddətində qoşma vərəqdə qeyd edilmiş bank hesablarına ödənilməlidir. Qeyd edilənlərə əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Qərarın alındığı gündən və ya qanunvericiliklə ona çatdırıldığı hesab olunduğu gündən 10 gün müddətində dövlət büdcəsinə ödənilməli olan ümumilikdə 15230,64 manat idxal gömrük rüsumu, 2741,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə deyer vergisi və 6559,84 manat dəbbə pulunun qoşmada qeyd edilmiş bank hesabına ödənilməsinin təmin edilməsi qərara alınmışdır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

2. İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət X5 Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üçtərəfli müqavilə üzrə ##.##.2025-ci il tarixdə qəbul etdiyi *-**-****/***Q saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixdə “xxxx" MMC, Djepbarov İskander Xemraeviç və YIWIJ XINZHONG TRADE CO.LID arasında mal idxalı ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 4.4-cü bəndinə əsasən ödəniş ABŞ dolları ilə X3 CO.LTD köçürülməlidir. Həmin müqaviləyə əsasən ##.##.2023-ci il tarixində 01231000107709 (Djepbarov İskander Xemraeviç) və 01231000107708 (İP "Burqut Bezeqi") nömrəli yük gömrük bəyənnamələri Türkmənistan Respublikasından ölkəyə idxal olunmuşdur. YGB-lər üzrə borc, qarşı tərəf İP "Burqut Bezeqi" və Djepbarov İskander Xemraeviç tapşırığı ilə ##.##.2023-cü il tarixində EXP **-**** saylı ##.##.2023 tarixli müqaviləyə əsasən 01231000107709 YGB üzərindən 9368.50 ABŞ Dolları və ##.##.2023 tarixli EXP **-**** saylı müqaviləyə əsasən 01231000107708 YGB üzərindən 16 307.55 ABŞ X1 ASC tərəfindən 3-cü tərəf X3 CO LTD şirkətinə köçürülmüşdür. Lakin, ödəniş köçürüldükdən sonra Enerji resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən həmin vəsaitın köçürülməsi ilə bağlı imtiyazın ləğv olunmaması üçün köçürülən vəsaitin geri qaytarılmasını tələb etdi. Tələbə əsasən vəsait ##.##.2023, ##.##.2023 və ##.##.2023 tarixlərində X3 CO LTD tərəfindən onlara geri qaytarılmışdır. Vəsaitin geri qaytarıldığı tarixdə "xxxx" ASC ləğv etmə prosesində olduğu üçün vəsait "xxxx" ASC Nəsimi filialında mövcud olan hesablarına köçürülmüşdür. Lakin, DGK Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilib ki, “audityoxlaması zamanı aşkar edilmiş, 01231000107709 və 01231000107708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən dövlət büdcəsinə ödənilməli olan 15230.64 manat idxal gömrük rüsumu həmçinin 2741.51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisinin büdcəyə ödənişi təmin olunmalı olduğu və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yayındırılmış gömrük borcuna dəbbə pulu hesablanmalı olduğu müəyyən edilmişdir. Qeyd: ##.##.2024cü il tarixinə dəbbə pulu 6559.84 azn təşkil edir." İddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı "bank hesablarının açılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək mənkəmədən İddiaçı MMC-dən, ##.##.2023-cü il tarixli “xxxx" MMC ilə üçtərəfli müqaviləyə əsasən, tutulmuş pulun geri qaytarılması, pulun tutulmasını cavabdehə qadağan edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsi ##.##.2024-cü il trarixdə 2-1(112)-9013/2024 ##.##.2024-cü il saylı qətnamə ilə iddia təmin etmiş və xxxx" MMC-dən, ##.##.2023-cü il tarixli “xxxx" MMC ilə üçtərəfli müqaviləyə əsasən, tutulmuş pulun geri qaytarılması öhdəliyi cavabdeh Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin üzərinə qoyularaq pulun tutulması ona qadağan edilməsi barədə qərar qəbul edib. Lakin, Dovlət Gömrük Komitəsi Dəniz Nəqiiyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi yenidən həmin üçtərəfli müqavilə üzrə ##.##.2025-ci il tarixdə *-**-****/***Q saylı qərar qəbul edərək, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən qərarın alındığı gündən və ya qanunvericilikdə ona çatdırıldığı hesab olunduğu gündən 10 gün müddətində dövlət büdcəsinə ödənilməli olan ümumilikdə 15230,64 manat idxal gömrük rusumu, 2741,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə deyər vergisi və 6559,84 manat dəbbə pulunun qoşmada qeyd edilmiş bank hesabına ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edib.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli Qərarının 33-cü bəndinə əsasən inzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Beləliklə, Baş İdarə tərəfindən iddiaçının gömrük borcu barəsində ##.##.2025-ci il tarixli *-**-****/***Q saylı qərar qəbul edilərək yeni maddi-hüquqi əsas yaranmışdır. İddiaçı Baş İdarəyə ##.##.2023-cü il tarixdə 01231000107708 və 01231000107709 sorğu nömrəli gömrük bəyannamələri ilə müraciət edərək idxal etdiyi malların mənşə, göndərən və ticarət edən ölkələrini Türkmənistan olaraq qeyd etmişdir. Həmin bəyannamələr üzrə 36-cı “imtiyaz” qrafasında 210 yazılaraq idxal olunan mallar 0 faiz idxal rüsumuna cəlb olunmuşdur. Həmçinin, iddiaçı banka və məhkəməyə təqdim etdiyi üçtərəfli müqaviləni malların rəsmiləşdirilməsini həyata keçirən zaman gömrük orqanına təqdim etməmişdir. Gömrük orqanlarının elektron Vahid avtomatlaşdırılmış informasiya sisteminə iddiaçı malı idxal etdiyi şirkətlə, yəni İP “Burqut Bezeqi” Aşgabat/Türkmənistan və Djepbarov İskander Xemraeviç Aşgabat/Türkmənistan ilə bağladığı ikitərəfli müqavilələri təqdim etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ## ######## 2023-cü il tarixli “Dövlət Gömrük Komitəsinin ##.##.2023-cü il tarixli *-**/*-*-******/**** nömrəli sərəncamına əsasən Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr üzrə aparılmış auditin nəticələrinə dair” akt əsasında müəyyən edilmişdir ki, Türkmənistan Respublikasından İddiaçı MMC-nin ünvanına idxal olunan netto çəkisi 5665 kq, gömrük dəyəri 453.15,20 manat olan, XİFMN üzrə 6302 31 000 0 (15% idxal rüsum dərəcəsi) kodu altında ##.##.2023-cü il tarixli 01231000107708 sorğu nömrəli gömrük bəyannaməsinin 31ci qrafasında “pambıq ipliyindən hazırlanmış tək nəfərlik və iki nəfərlik yataq dəsti ağları və yorğan ağları” adı ilə bəyan edilən malın gömrük rəsmiləşdirilməsi CT-1 formalı mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumundan azadolma tətbiq edilmişdir. Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin “Maliyyə əməliyyatları” blokunun “GB üzrə bank əməliyyatlarına düzəliş” alt bölməsində 01231000107708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 16.307,50 dollar ABŞ dolları məbləğində pul vəsaitinin Çin Xalq Respublikasının “X3 CO.,LTD” şirkətinə köçürüldüyü aşkar edilmişdir. Göstərilən hallar isə idxal əməliyyatının qeyd edilən Sazişin 5.1- ci maddəsinin “a” bəndinin tələbinin pozulmaqla həyata keçirililmiş və 01231000107708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən dövlət büdcəsinə ödənilməli olan 6.797,28 manat idxal gömrük rüsumu, 1.223,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisinin büdcəyə ödənişi təmin olunmalı və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yayındırılmış gömrük borcuna dəbbə pulu hesablanmalıdır. Həmçinin, sözügedən aktda qeyd edilir ki, eyni zamanda Türkmənistan Respublikasından İddiaçı MMC-nin ünvanına idxal olunan malların 01231000107709 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirildiyi və CT-1 formalı mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumundan azadolma tətbiq edildiyi məlum olmuşdur. Yuxarıda qeyd olunan hal təkrarlandığı və 01231000107709 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 9.368,50 ABŞ dolları məbləğində pul vəsaitinin X7 “X3 CO.,LTD” şirkətinə köçürüldüyü aşkar edilmişdir. 01231000107709 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən dövlət büdcəsinə ödənilməli olan 8.433,36 manat idxal gömrük rüsumu, 1.518,00 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisinin büdcəyə ödənişi təmin olunmalı və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yayındırılmış gömrük borcuna dəbbə pulu hesablanmalıdır. Sözügedən akt əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC 01231000107708 və 01231000107709 sorğu nömrəli gömrük bəyannamələri üzrə idxal etdiyi malları göndərən və ticarət edən ölkəni Türkmənistanı qeyd etsə də, lakin ödənişi üçüncü dövlət Çin Xalq Respublikasına köçürmüşdür. 01231000107708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən dövlət büdcəsinə ödənilməli olan 6.797,28 manat idxal gömrük rüsumu, 1.223,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi, 01231000107709 sorğu nömrəli gömrük bəyannaməsi üzrə isə sözügedən uyğunsuzluq səbəbindən dövlət büdcəsinə ödənilməli olan 8.433,36 manat idxal gömrük rüsumu, 1.518,00 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisinin ümumilikdə isə 15 230,64 manat idxal gömrük rüsumu və 2 741,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisinin büdcəyə ödənişi təmin olunmalı və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcuna 6 559,84 manat dəbbə pulu hesablanmalıdır. Azərbaycan Respublikası Prezidentinin 27 iyul tarixli **** nömrəli "X14 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin təsdiq edilməsi barədə Sərəncamı ilə “X14 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları” haqqında ## ###### 2009-cu il tarixli Saziş təsdiq edilmişdir. Sözügedən sazişlə təsdiqlənmiş Malların mənşə ölkəsinin təyin edilməsi qaydalarının 5-ci bölməsi Sərbəst ticarət rejiminin təqdim edilməsi qaydalarını tənzimləyir. 5.1. Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki sərbəst ticarət rejimi mala aşağıdakı hallarda tətbiq edilir: a) mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə / kontrakta əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa. Bu Qaydaların 8.5-ci və 8.6-cı bəndlərində qeyd olunan hallarda, belə müqavilə malın ixracından sonra bağlanıla bilər; 5.4cü bölmədə qeyd edilir ki, Bu Qaydaların 5.3-cü bəndində qeyd olunan mallara münasibətdə, idxal ölkəsində gömrük bəyannaməsinin qeydiyyat günündən etibarən 12 ay müddətinə qədər onların mənşəyi barədə lazımi şəhadətnamənin əldə olunması (CT-1 formalı sertifikatın və lazım gələrsə, malların mənşə ölkəsi təqdim edən digər sənədlərin təqdim edilməsi) şərtilə, Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazisində sərbəst ticarət rejimi tətbiq (bərpa) oluna bilər (CT-1 formalı sertifikatın saxtalaşdırılması halları istisna edilməklə). Qeyd olunanların araşdırılması ilə bağlı Baş İdarə tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin (inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi) tələbinə uyğun inzibati icraat prosesi başlanmışdır. İnzibati icraatda iştirakın təmin edilməsi haqqında Baş İdarə tərəfindən İddiaçı MMC şirkətinə ##.##.2025-ci il 3-33-3200/2- ******/**** nömrəli məktub göndərilmişdir. Məktubda inzibati icraatın keçirilmə yeri, vaxtı İddiaçı MMCyə bildirilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. İddiaçı MMC bu güzəştlərdən yararlanmağa görə idxal etdiyi mallara münasibətdə gömrük orqanına Türkmənistanın İP “Burqut Bezeqi” Aşgabat və Djepbarov İskander Xemraeviç Aşgabat şirkətləri ilə bağladığı ikitərəfli müqaviləni və CT-1 formalı mənşə sertifikatı təqdim etmiş və buna görə də, ona idxal gömrük rüsumundan azadolma tətbiq edilmişdir. Lakin, İddiaçı 3-cü dövlətlə bağlanan müqaviləni banka təqdim etməklə vəsaiti X6 ödəmişdir. Artıq bu zaman yuxarıda qeyd edilən sazişin müddəaları ilə tətbiq edilən güzəşt öz qüvvəsini itirmiş olur və İddiaçı MMC idxal etdiyi mallar üçün idxal gömrük rüsumunu fərqli dərəcədə ödəməlidir. İddiaçı MMC gömrük bəyannaməsinə yanlış məlumatların daxil edilməsi ilə dövlət büdcəsindən ümumilikdə isə 15 230,64 manat idxal gömrük rüsumu və 2 741,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi və 6 559,84 manat dəbbə pulu yayındırmışdır.

5. Cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, mallar və nəqliyyat vasitələri “Azad ticarət Sazişi” ölkələrindən Azərbaycan Respublikasına idxal olunduqda, həmçinin idxal olunan zaman CT-1 formalı mənşə sertifikatı ilə müşayiət olunduqda, idxal gömrük rüsumundan azad olunur. İdxal olunan mallar üçün təqdim edilmiş CT-1 formalı mənşə sertifikatının etibarlı olması və tanınması şərtləri Azərbaycan Respublikası Prezidentinin 27 iyul tarixli **** nömrəli "X14 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin təsdiq edilməsi barədə sərəncamı ilə tənzimlənir. Sözügedən sazişlə təsdiqlənmiş malların mənşə ölkəsinin təyin edilməsi qaydalarının 5-ci bölməsi “Sərbəst ticarət rejiminin təqdim edilməsi” qaydalarını tənzimləyir. 5.1. Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki sərbəst ticarət rejimi mala aşağıdakı hallarda tətbiq edilir: a) mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə / kontrakta əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa. Bu Qaydaların 8.5-ci və 8.6-cı bəndlərində qeyd olunan hallarda, belə müqavilə malın ixracından sonra bağlanıla bilər; 5.4-cü bölmədə qeyd edilir ki, Bu Qaydaların 5.3-cü bəndində qeyd olunan mallara münasibətdə, idxal ölkəsində gömrük bəyannaməsinin qeydiyyat günündən etibarən 12 ay müddətinə qədər onların mənşəyi barədə lazımi şəhadətnamənin əldə olunması (CT-1 formalı sertifikatın və lazım gələrsə, malların mənşə ölkəsi təqdim edən digər sənədlərin təqdim edilməsi) şərtilə, Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazisində sərbəst ticarət rejimi tətbiq (bərpa) oluna bilər (CT-1 formalı sertifikatın saxtalaşdırılması halları istisna edilməklə). İddiaçı MMC-nin Baş idarəyə təqdim etdiyi CT-1 formalı mənşə sertifikatında qeyd olunan alqı-satqı müqaviləsi banka faktiki təqdim edilən müqavilə ilə eynilik təşkil etmir və Çin Xalq Respublikası ilə bağlanmış müqavilədir. İdxal olunmuş malların dəyəri Türkmənistana deyil, Çin Xalq Respublikasına ödənilmişdir (müqaviləyə uyğun olaraq bank üzərindən köçürülmə həyata keçirilmişdir). Bu hallar "X14 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin 5.1-ci bəndində sadalanan “a” yarımbəndinin müddəalarına ziddir. Əlavə olaraq bildirilmişdir ki, CT-1 formalı mənşə sertifikatının 5-ci qrafasında qeyd olunan alqı-satqı müqaviləsi ilə gömrük bəyannaməsinin 44-cü qrafasında 4011 kodu altında qeyd olunan olunan alqı-satqı müqaviləsi ilə eynilik təşkil etmir. Yuxarıda qeyd olunan sazişin 5.4-cü bəndinə əsasən müəyyən edilmiş müddət keçdiyindən həmin CT-1 formalı mənşə sertifikatı etibarsız sayılır və həmin mallara münasibətdə azadolma tətbiq oluna bilməz. “Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sərənamına əsasən mallar və nəqliyyat vasitələri CT-1 formalı mənşə sertifikatı ilə idxal olunduqda, bəyannaməsinin 36-cı qrafasında “210” kodu qeyd olunur. Qrafada gömrük ödənişləri üzrə imtiyazlar təsnifatına (bu Metodikanın ** saylı Əlavəsi)uyğun imtiyazın kodu göstərilir. Bundan əlavə olaraq bildirilmişdir ki, *-*(***)-****/**** nömrəli eyni analoji məhkəmə işi üzrə məhkəmə öz qərarında qeyd edir ki, işdən görünür ki, “xxxx” MMC qeyd edilən Sazişə istinadən bu güzəştlərdən yararlanmağa görə idxal etdiyi mallara münasibətdə gömrük orqanına Türkmənistanın “X16” şirkəti ilə bağladığı ikitərəfli müqaviləni və CT-1 formalı mənşə sertifikatı təqdim etmiş və ona idxal gömrük rüsumundan azadolma tətbiq edilmişdir. Daha sonra iddiaçı 3-cü dövlətlə bağlanan müqaviləni banka təqdim etməklə vəsaiti Çin Xalq Respublikasına ödəmiş, bununla da yuxarıda qeyd edilən sazişin müddəaları ilə tətbiq edilən güzəşt imkanını itirmişdir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı müvafiq məhsulları idxal edərkən üçtərəfli müqavilə imzalamış, lakin gömrük rəsmiləşdirilməsi zamanı həmin müqaviləni deyil, yalnız "X14 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişə qoşulmuş Türkmənistan Respublikasında yerləşən “X18” bağladığı müqaviləni təqdim etmiş, bununla da cavabdeh tərəfindən güzəşt tətbiq edilməsinə nail olmuşdur. Məhkəmə Sazişin məqsədinin onun iştirakçılarının mallarının azad hərəkəti üçün şəraitin yaradılması, iqtisadi cəhətdən onların inkişafının təmin edilməsi olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehin qərarı qanuni olmuş, iddiaçının hüququnun pozulmasına səbəb olmamışdır və iddiaçının iddiasının təmin ediməməsi barədə qərar qəbul etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

7. Həmin qərardan narazı qalan iddiaçı İddiaçı MMC apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

8. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, ##.##.2023-cü il tarixdə İddiaçı MMC, Djepbarov İskander Xemraeviç və X3 CO.LID arasında mal idxalı ilə bağlı müqavilə bağlanmışdı. Müqavilənin 4.4-cü bəndinə əsasən ödəniş ABŞ dollrı ilə X3 CO.LID köçürülməlidi. Həmin müqaviləyə əsasən ##.##.2023-ci il tarixdə 01231000107709 (Djepbarov İskander Xemraeviç) və 01231000107708 (İP "Burqut Bezeqi") nömrəli yük gömrük bəyənnamələri Türkmənistan Respublikasından ölkəmizə idxal olunmuşdur. YGB-lər üzrə borc, qarşı tərəf İP "Burqut Bezeqi" və Djepbarov İskander Xemraeviç tapşırığı ilə ##.##.2023-cü il tarixində EXP 02- 2023 sayli ##.##.2023 tarixli müqaviləyə əsasən 01231000107709 YGB üzərindən 9368.50 ABŞ Dolları və ##.##.2023 tarixli EXP **-**** saylı müqaviləyə əsasən 01231000107708 YGB üzərindən 16 307.55 ABŞ X1 ASC tərəfindən 3-cü tərəf X3 CO LTD şirkətinə köçürülmüşdür. Lakin ödəniş köçürüldükdən sonra Enerji resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən həmin vəsaitin köçürülməsi ilə bağlı imtiyazın ləğv olunmaması üçün köçürülən vəsaitin geri qaytarılmasını tələb etdi. Tələbə əsasən vəsait ##.##.2023, ##.##.2023 və ##.##.2023 tarixlərində X3 CO LTD tərəfindən bizə geri qaytarılmışdır. Vəsaitin geri qaytarıldığı tarixdə xxxx ASC ləğv etmə prosesində olduğu üçün vəsait xxxx ASC Nəsimi filialında mövcud olan hesabımıza köçürülmüşdür. Lakin DGK Dəniz nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilib ki, “audit yoxlaması zamanı aşkar edilmiş, 01231000107709 və 01231000107708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən dövlət büdcəsinə ödənilməli olan 15230.64 manat idxal gömrük rüsumu, həmçinin 2741.51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisinin büdcəyə ödənişi təmin olunmalı olduğu və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yayındırılmış gömrük borcuna dəbbə pulu hesablanmalı olduğu müəyyən edilmişdir. Qeyd: ##.##.2024-cü il tarixinə dəbbəpulu 6559.84 azn təşkil edir. ”İddiaçı "xxxx” MMC-nin cavabdeh Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı “bank hesablarının açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən İddiaçı MMC-dən, ##.##.2023-cü il tarixli İddiaçı MMC ilə üçtərəfli müqaviləyə əsasən, tutulmuş pulun geri qaytarılması, pulun tutulmasını cavabdehə qadağan edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsi ##.##.2024-cü il trarixdə 2-1(112)-9013/2024 ##.##.2024-cü il saylı qətnamə ilə iddia təmin etmiş və xxxx” MMC-dən, ##.##.2023-cü il tarixli İddiaçı MMC ilə üçtərəfli müqaviləyə əsasən, tutulmuş pulun geri qaytarılması öhdəliyi cavabdeh Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin üzərinə qoyularaq pulun tutulması ona qadağan edilməsi barədə qərar qəbul edib. Lakin Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi yenidən həmin üçtərəfli müqavilə üzrə ##.##.2025-ci il tarixdə *-**-****/***Q saylı qərar qəbul edərək, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən qərarın alındığı gündən və ya qanunvericilikdə ona çatdırıldığı hesab olunduğu gündən 10 gün müddətində dövlət büdcəsinə ödənilməli olan ümumilikdə 15230,64 manat idxal gömrük rusumu, 2741,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə deyər vergisi və 6559,84 manat dəbbə pulunun qoşmada qeyd edilmiş bank hesabına ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edib. İşdənm görünürki, “xxxx” MMC qeyd edilən Sazişə istinadən bu güzəştlərdən yararlanmağa görə idxaletdiyi mallara münasibətdə gömrük orqanına “BurqııtBezeqi ” Aşgabat/Türkmənistan və Djepbarov İskander Xemraeviç Aşgabat/Türkmənistan şirkətləri ilə bağladığı ikitərəfli müqavilələri və СТ-1 formal mənşə sertifıkatı təqdim etmiş və ona idxal gömrük rüsumundan azad olma tətbiq edilmişdir. Daha sonra iddiaçı 3-cü dövlətlə bağlanan müqaviləni banka təqdim etməklə vəsaiti Çin Xalq Respublikasına ödəmiş, bununla da yuxarıda qeyd edilən sazişin müddəaları ilə təthiq edilən güzəşt imkanını itirmişdir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəlicəyə gəlir ki, iddiaçı müvafıq məhsulları idxal edərkən üçtərəfli müqavilə imzalamış, lakin gömrük rəsmiləşdirilməsi zamanı həmin müqaviləni deyil, yalnız" X14 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişə qoşuImuş Türkmənistan Respublikasında yerləşən “BurqııtBezeqi” Aşgabat və Djepbarov İskander Xemraeviç Aşgabat şirktələri ilə bağladığı müqaviləni təqdim etmiş, bununla da cavabdeh tərəfindən güzəşt tətbiq edilməsinə nail olmuşdur. Məhkəmə Sazişin məsqədinin onun iştirakçıların mallarının azad hərəkəti üçün şəraitin yaradılması, iqtisadi cəhətdən onların inkişafının təmin edilməsi olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehin qərarı qanuni olmuş, iddiaçının hüququnun pozulmasına səbəb olmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı işin halları ilə bağlı qeyd edir ki, ##.##.2023-ci il tarixdə İddiaçı MMC, Djepbarov İskander Xemraeviç və X3 CO.LTD şirkətləri arasında mal idxalı ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ödəniş ABŞ dolları ilə X3 CO.LTD şirkətinə köçürülməlidir. İddaçı həmçinin qeyd edir ki, həmin müqaviləyə əsasən vəsait 3-cü tərəf X3 CO.LTD şirkətinə köçürülmüşdür. Lakin ödəniş köçürüldükdən sonra vəsaitin köçürülməsi sərbəst ticarət prinsiplərinə uyğun olmadığı üçün köçürülən vəsaitin geri qaytarılması cavabdeh tərəfindən tələb olunmuşdur. İddiaçı bildirir ki, dondurulmuş hesablarının açılması məqsədilə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş *-*(***)-****/**** nömrəli iş üzrə iddiası təmin edilmişdir. Baş İdarə iddaçının ərizəsində qeyd olunanları əsassız hesab edir, iddiaçının iddia tələbinin işin faktiki halları ilə uyğun gəlmədiyini, irəli sürülən fikir və mülahizələrin subyektiv xarakter daşıdığını məhkəmənin diqqətinə çatdırır. Belə ki, iddia tələbinə münasibətdə aşağıda qeyd olunan maddi hüquq normaların, inzibati hərəkətlərin və bu hərəkətlərdən irəli gələn sənəd və məlumatların işə sübut qismində əlavə edilməsini, qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edirik: Gömrük orqanı tərəfindən aparılmış araşdırma materialları və onlara əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin adına ##.##.2023-cü il tarixdə 01231000107708 və 01231000107709 sorğu nömrəli gömrük bəyannamələri əsasında idxal olunan mallar maraqlı şəxs tərəfindən müvafiq gömrük bəyannamələrinin 44-cü qrafasında (təqdim olunan sənədlər) 7000 kodu altında Türkmənistan Respublikasından əldə edlən CT-1 təyinatlı sertifikatlar, 4011 kodu altında iddiaçının İP “Burqut Bezeqi” Aşgabat/Türkmənistan və Djepbarov İskander Xemraeviç Aşgabat/Türkmənistan ilə bağladığı ikitərəfli müqavilələr əlavə edərək, 36-cı qrafalar «210» imtiyaz kodu altında seçilərək bəyan edilmişdir. Nəticədə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ##.##.2014-cü il tarixli, ***/*** nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük bəyannamələrinin doldurulması qaydalarının” tələblərinə əsasən gömrük bəyannaməsinin 36-cı qrafasında əks olunmuş «210» imtiyaz kodunun məzmununu “0” tarif dərəcəsi ilə idxal təşkil etdiyindən, müvafiq gömrük bəyannamələri üzrə bəyan olunan mallar idxal gömrük rüsumundan azadolma tətbiq edilərək rəsmiləşdirilmişdir. Gömrük orqanının daxili araşdırması zamanı, Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (bundan sonra – VAİS) X21 01231000107708 və 01231000107709 sorğu nömrəli gömrük bəyannamələrinin rəsmiləşdirilməsi prosesində əlavə edilmiş sənədlər yoxlanılarkən müəyyən edilmişdir ki, bəyannamələrin sərbəst dövriyyə gömrük proseduru altında yerləşdirilməsi zamanı təqdim olunmuş CT-1 təyinatlı mənşə sertifikatları etibarsızdır. Beləki, müəyyən olunmuşdurki, iddaçı banka tamamilə fərqli müqavilə yəni iddiaçı, Türkmənistan və Çin Xalq Respublikası arasında bağlanan üçtərəfli müqavilə təqdim edərək Çin Xalq Respublikasına məxsus “X3 CO.,LTD” şirkətinin hesablarına ödəniş həyata keçirmişdir. Əlavə olaraq bildiririk ki, iddiaçı banka təqdim etdiyi üçtərəfli müqaviləni malların rəsmişləşdirilməsini həyata keçirən zaman gömrük orqanına təqdim etməmişdir. Gömrük orqanlarının elektron VAİS platformasında iddiaçı İP “Burqut Bezeqi” Aşgabat/Türkmənistan və Djepbarov İskander Xemraeviç Aşgabat/Türkmənistan ilə bağladığı ikitərəfli müqavilələri təqdim etmişdir. Həmçinin, gömrük rəsmiləşdirilməsi zamanı maraqlı şəxs tərəfindən X21 01231000107708 və 01231000107709 sorğu nömrəli gömrük bəyannamələri üzrə təqdim etdiyi CT-1 təyinatlı mənşə sertifikatların 5-ci qrafasında qeyd olunan alqı-satqı müqavilələri ilə müvafiq olaraq gömrük bəyannaməsinin 44-cü qrafasında 4011 kodu altında qeyd olunan olunan alqı-satqı müqavilələridə ziddiyyət təşkil edir. Gömrük bəyannamələri üzrə idxal gömrük rüsumundan azadolma tətbiq edilməsi, CT-1 mənşə sertifikatı üzrə üstünlüyün əldə edilməsi Azərbaycan Respublikası Prezidentinin ## #### 2010-cu il tarixli, **** nömrəli Sərəncamı ilə təsdiq edilmiş “X14 malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” Saziş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2014-cü il tarixli, * nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları”nın tələblərinə əsasən tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 27 iyul tarixli **** nömrəli "X14 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin təsdiq edilməsi barədə Sərəncamı ilə “X14 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları” haqqında ## ###### 2009-cu il tarixli Saziş təsdiq edilmişdir. Sözügedən sazişlə təsdiqlənmiş Malların mənşə ölkəsinin təyin edilməsi qaydalarının 5-ci bölməsi Sərbəst ticarət rejiminin təqdim edilməsi qaydalarını tənzimləyir. 5.1. Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki sərbəst ticarət rejimi mala aşağıdakı hallarda tətbiq edilir: a) mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə / kontrakta əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa. Bu Qaydaların 8.5-ci və 8.6-cı bəndlərində qeyd olunan hallarda, belə müqavilə malın ixracından sonra bağlanıla bilər; 5.4-cü bölmədə qeyd edilir ki, Bu Qaydaların 5.3-cü bəndində qeyd olunan mallara münasibətdə, idxal ölkəsində gömrük bəyannaməsinin qeydiyyat günündən etibarən 12 ay müddətinə qədər onların mənşəyi barədə lazımi şəhadətnamənin əldə olunması (CT-1 formalı sertifikatın və lazım gələrsə, malların mənşə ölkəsi təqdim edən digər sənədlərin təqdim edilməsi) şərtilə, Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazisində sərbəst ticarət rejimi tətbiq (bərpa) oluna bilər (CT-1 formalı sertifikatın saxtalaşdırılması halları istisna edilməklə). Bu Sazişin 5-ci bölməsinin “a” bəndinə əsasən, sazişin tətbiq edilməsi üçün əsas sazişin üzvü olan dövlətlər arasında bağlanmış müqavilənin mövcudluğudur. Həmin müqavilədə ixracatçı və idxalatçı tərəflər, malların mənşə ölkəsi, habelə ticarət edən dövlətlər barədə məlumatlar öz əksini tapır. Çin Xalq Respublikası qeyd olunan Sazişin üzvü olmadığından, onunla bağlanmış üçtərəfli müqavilə bu Sazişə əsasən güzəştin (üstünlüyün) əldə edilməsini istisna edir. Eyni zamanda, iddiaçı tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı ikitərəfli müqavilənin təqdim edilməsi, lakin ödənişlərin həyata keçirilməsi zamanı banklara fərqli müqavilənin təqdim olunmaqla ödənişin Çin Xalq Respublikasına yönəldilməsi, iddiaçının gömrük ödənişlərindən yayınmasını təsdiq edir. Bildirilir ki, VAİS platformasında gömrük orqanlarının Azərbaycan Respublikasının Mərkəzi Bankı birlikdə ödənişlərin həyata keçirilməsinə nəzarət məqsədilə inteqrasiya olunmuş ortaq portal mövcuddur və ödənişlər icra edildikdən sonra uyğunsuzluqlar müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2014-cü il tarixli, * nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları”nın tələblərinin 11ci (Sertifikatın tanınması üçün əsaslar) bölməsinin 11.1.3-ci bəndinə əsasən sertifikatdakı məlumatlar bəyan edilənlərə uyğun olmadıqda həmin sertifikat tanınmır. Qeyd olunanların araşdırılması ilə bağlı Baş İdarə tərəfindən İnzibati icraat haqqında Azərbaycan Respublikası qanununun 28.1.2-ci maddəsinin (inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi) tələbinə uyğun inzibati icraat prosesi başlanmışdır. İnzibati icraatda iştirakın təmin edilməsi haqqında Baş İdarə tərəfindən İddiaçı MMC şirkətinə ##.##.2025-ci il *-**-****/*-******/**** nömrəli məktub göndərilmişdir. Məktubda İnzibati icraatın keçirilmə yeri, vaxtı İddiaçı MMC-yə bildirilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Beləliklə, qeyd olunan saziş ilə tətbiq edilən güzəşt öz qüvvəsini itirmiş olur və İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017- ci il 17 noyabr tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin tələblərinə əsasən, 01231000107708 və 01231000107709 sorğu nömrəli gömrük bəyannamələri üzrə idxal olunan mallar müvafiq olaraq «630231 0000» və «520939 0000» təsnifat kodu altında bəyan edildiyindən, həmin mallar 15% dərəcə idxal gömrük rüsumuna cəlb edilməlidir. İddiaçı MMC gömrük bəyannaməsinə yanlış məlumatların daxil edilməsi ilə dövlət büdcəsindən ümumilikdə isə 15 230,64 manat idxal gömrük rüsumu və 2 741,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi və 6 559,84 manat dəbbə pulu yayındırmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddiaçının verdiyi apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı Qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

10. Cavabdeh vəsatət təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Fərmanın 15.2-ci bəndinə əsasən, xarici ticarət əməliyyatları üzrə malların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması və gətirilməsi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən, həmin əməliyyatların hesablaşmalar hissəsi isə Mərkəzi Bank və Dövlət Gömrük Komitəsi tərəfindən nəzarət olunur. Həmin əməliyyatların hesablaşmalar hissəsi, Dövlət Gömrük Komitəsinin VAİS platforması vasitəsilə gömrük orqanları ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında ödənişlərin həyata keçirilməsinə nəzarət məqsədilə yaradılmış inteqrasiya olunmuş ortaq portal vasitəsilə həyata keçirilir. Bildiririk ki, 01231000107708 və 01231000107709 sorğu nömrəli gömrük bəyannamələrində 4011 kodu altında qeyd olunan müqavilə üzrə öhdəliyin icrası, 11-ci və 20- ci qrafada göstərilən məlumatların düzgünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, İddiaçı MMC tərəfindən idxal olunan malların ödənişlərin həyata keçirilməsi zamanı bank sisteminə təqdim olunan müqavilə fərqli, 3 tərəfli formada olmuş, və Baş İdarəyə təqdim edilən müqavilənin şərtləri pozularaq ödəniş müqavilədə göstərilməyən, Çin Xalq Respublikasına məxsus rezidentin hesabına köçürülmüşdür. Gömrük bəyannamələri üzrə idxal gömrük rüsumundan azadolma tətbiq edilməsi, CT-1 mənşə sertifikatı üzrə üstünlüyün əldə edilməsi Azərbaycan Respublikası Prezidentinin ## #### 2010-cu il tarixli, **** nömrəli Sərəncamı ilə təsdiq edilmiş “X14 malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” Saziş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2014-cü il tarixli, * nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları”nın tələblərinə əsasən tənzimlənir. Qeyd edirik ki, “X14 malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” 2009-cu il ## ###### tarixli Sazişin əsas məqsədi iştirakçı dövlətlər arasında qarşılıqlı ticarəti təşviq etmək, malların mənşə ölkəsini düzgün müəyyən etmək, üçüncü dövlətlərin güzəştli rejimdən sui-istifadəsinin qarşısını almaq və tarif güzəştlərini yalnız real iştirakçı dövlətlərarası dövriyyəyə tətbiq etməklə, Sazişin yalnız formal sənəd dövriyyəsini deyil, real iqtisadi əlaqəni qorumaqdır. “X14 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları” haqqında ## ###### 2009-cu il tarixli Sazişə əsasən: Sazişin 5-ci bölməsi sərbəst ticarət rejiminin təqdim edilməsi qaydalarını tənzimləyir. 5.1. Saziş iştirakçısı olan dövlətlərin gömrük ərazilərində sərbəst ticarət rejimi mala aşağıdakı hallarda tətbiq olunur: a) Mal, Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasında bağlanan müqaviləyə / kontrakta əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa. 5.1(a) bəndinin struktur analizi: İ Hissə - Mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə / kontrakta əsasən Burada 3 hüquqi element mövcuddur. 1. Müqavilə olmalıdır; 2. Müqavilənin tərəfləri Saziş iştirakçısı dövlətlərin rezidentləri olmalıdır; 3. Sərbəst ticarət rejimi həmin müqaviləyə əsaslanmalıdır II-Hissə - Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa. · Göndərən dövlət – Saziş iştirakçısı · Alan dövlət – Saziş iştirakçısı · Ticarət axını birbaşa həmin iki dövlət arasında olmalıdır Sərbəst ticarət rejimi birbaşa iştirakçı dövlətlər arasında bağlanan və icra olunan müqavilələr üçün nəzərdə tutulmuşdur. “X14 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları” haqqında ## ###### 2009-cu il tarixli Sazişin 9.1-ci bəndinə əsasən Sertifikat aşağıdakı hallarda tanınmır. İdxal ölkəsinin gömrük orqanları tərəfindən məhsulların sərbəst ticarət rejimindən istifadə məqsədilə tanınmaya bilər, əgər: Sertifikat göstərilən məhsul 5.1 bəndində nəzərdə tutulan şərtlərə cavab vermirsə; Baş İdarəyə təqdim olunan ##.##.2023-cü il tarixli EXP **-**** nömrəli müqaviləyə əsasən tərəflər İddiaçı MMC və Djepbarov İskander Xemraeviç, ##.##.2023-cü il tarixli EXP **-**** nömrəli müqaviləyə əsasən isə tərəflər İddiaçı MMC və İP “Bürgüt Bezegi” kimi göstərilmişdir. “Ödəniş şərtləri” bölməsinin 3.1-ci bəndinə əsasən ödənişin həyata keçirildiyi tarix satıcının bank hesabına vəsaitin köçürüldüyü gün kimi müəyyənedilmişdir. “xxxx” bölməsində isə ödənişin Türkmənistan rezidenti İP “Bürgüt Bezegi” və Djepbarov İskander Xemraeviçin bank hesabına köçürülməsi üçün müvafiq xxxx göstərilmişdir. Banka təqdim olunan müqaviləyə əsasən isə ##.##.2023-cü il tarixli EXP **-**** nömrəli müqavilədə tərəflər İddiaçı MMC, Djepbarov İskander Xemraeviç və X3 CO LTD, ##.##.2023-cü il tarixli EXP **-**** nömrəli müqavilədə isə tərəflər İddiaçı MMC, İP “Bürgüt Bezegi” və X3 CO LTD kimi göstərilmişdir. “Ödəniş şərtləri” bölməsinin 4.4-cü bəndinə əsasən, ödənişlərin ABŞ dolları ilə Çin Xalq Respublikasına məxsus rezident X3 CO LTD-nin hesabına köçürülməsi nəzərdə tutulmuşdur. “xxxx” bölməsində də ödənişlərin həmin şirkətin hesabına yönəldilməsi üçün Çin Xalq Respublikasına məxsus rezidentin xxxx göstərilmişdir. Çinə məxsus rezidentə edilmiş ödənişin geri qaytarılması faktı mövcud hüquqi vəziyyəti dəyişdirmir. Belə ki, üçtərəfli müqavilədə ödənişin Çin Xalq Respublikasına məxsus rezidentə yönəldilməsini nəzərdə tutan ayrıca razılaşmanın mövcudluğu Sazişin 5.1-ci maddəsinin (a) bəndində nəzərdə tutulan şərtlərin pozulmasını təsdiq edir. Müqavilənin strukturu və ödəniş mexanizmi göstərir ki, əməliyyatın real iqtisadi subyekti Saziş iştirakçısı dövlətin rezidenti deyil. Bundan əlavə bildiririk ki, sözügedən vəsait məhkəmə mübahisəsi başlanıldıqdan sonra geri qaytarılmışdır. Lakin vəsaitin sonradan geri ödənilməsi ilkin hüquqi vəziyyəti və əməliyyatın həyata keçirildiyi andakı faktiki münasibətləri dəyişdirmir. Əgər həqiqətən ticarət münasibətlərinin tərəfi Türkmənistan rezidenti olmuş olsaydı, ödənişlər bilavasitə ona yönəldilərdi. Belə ki, satıcı və alıcı arasında bağlanan müqavilənin 3.2-ci bəndinə əsasən alıcı ödənişləri malın göndərişindən 180 gün ərzində icra etməlidir, 6.4-cü bəndinə əsasən isə ödənişlərin gecikdirilməsi halında hər gün üzrə hesablanan cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Halbuki bu günədək Türkmənistan rezidentinə hər hansı ödənişin edilməsi faktı mövcud deyildir. Hətta işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçıya sübutların təqdim olunması üçün şərait yaradılmasına baxmayaraq, Türkmənistan rezidentinə ödəniş edildiyini təsdiq edən hər hansı maliyyə sənədi təqdim edilməmişdir. İddiaçı məhkəmə prosesi zamanı və iddia ərizəsində bildirmişdir ki, ödənişlərin Türkmənistana göndərilməsi müharibə vəziyyəti və Türkmənistan üzərinə guya tətbiq edilmiş sanksiyalar səbəbindən mümkün olmamış, bu səbəbdən sonradan Çin Xalq Respublikasına məxsus rezidentin hesabına ödənişlər yönəldilmişdir. Türkmənistana ödənişlərin həyata keçirilə bilməməsi faktına istinad edilərək sonradan ödənişlərin Çin Xalq Respublikasına yönəldilməsi barədə iddia irəli sürülsə də, Çinin rezidenti ilə bağlanan üçtərəfli müqavilənin və Türkmənistanın rezidenti ilə bağlanmış ikitərəfli müqavilənin tarixlərinin və nömrələrinin eyni olması, həmin müqavilələrin eyni vaxtda rəsmiləşdirildiyini və bu əməliyyatın məhz Saziş üzrə üstünlük əldə etmək məqsədilə gömrüyə 2 tərəfli banka 3 tərəfli müqavilələrin təqdim olunması yolu ilə həyata keçirildiyini açıq şəkildə göstərir. Bu hal iddiaçının irəli sürdüyü izahların ziddiyyətli və əsassız olduğunu təsdiq edir. Digər tərəfdən, ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarında formalaşdırılmış hüquqi mövqeyə, xüsusilə həmin qərarın əsaslandırma hissəsinin 18-ci səhifəsinin 7-ci abzasında əks olunmuş hüquqi yanaşmaya analoji olaraq bu iş üzrə də istinad edilməsini xahiş edirik. Yuxarıda göstərilənləri nəzərə alaraq, təqdim olunmuş sənədlərin iş materiallarına əlavə edilərək məhkəmə qərarı qəbul edilərkən nəzərə alınması xahiş olunur.

Tərəflərin izahatları

11. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Prezidentinin ##.##.2010-cu il tarixli **** nömrəli sərəncamı ilə təqdim edilmiş 2009-cu il ######ın ##-də Yalta şəhərində imzalanmış "X14 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Saziş X15 iştirakçısı olan dövlətlərin bundan sonra "Tərəflər" adlandırılacaq Hökumətləri, azad ticarət zonasının lazımi və səmərəli surətdə fəaliyyət göstərməsi zərurətini nəzərə alaraq, malların azad hərəkəti üçün şəraitin yaradılması məqsədilə, malların mənşə ölkəsinin təyin edilməsinin vahid qaydasının müəyyən edilməsinə çalışaraq, aşağıdakılar barədə razılığa gəldilər: -maddə 1. Tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərini tətbiq etmək məqsədilə Tərəflər bu Sazişin ayrılmaz tərkib hissəsi olan, Malların mənşə ölkəsinin təyin edilməsi Qaydalarını qəbul edirlər. Həmin Sazişə əlavə edilmiş Malların mənşə ölkəsinin təyin edilməsi Qaydalarına əsasən: malın mənşə ölkəsi - malın tam istehsal olunduğu və ya bu Qaydalara müvafiq olaraq kifayət qədər emala/təkrar emala məruz qaldığı ölkə; - maddə 5.1. Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki sərbəst ticarət rejimi mala aşağıdakı hallarda tətbiq edilir: a) mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə/kontrakta əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa. Bu Qaydaların 8.5-ci və 8.6-cı bəndlərində qeyd olunan hallarda, belə müqavilə malın ixracından sonra bağlanıla bilər; b) xarici ticarət müqaviləsinə/sövdələşməyə uyğun olaraq, habelə Sazişin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyində nəzərdə tutulan digər hallarda, mal üzərində mülkiyyət hüququ Sazişin iştirakçısı olan dövlətin rezidenti olan şəxsə məxsusdursa; c) mal Sazişin bir iştirakçısı olan dövlətin fiziki şəxsi sayılan rezidenti tərəfindən Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə ixrac (idxal) edilirsə; d) mal, ərazisi vasitəsilə göndərilməsinin həyata keçirildiyi ölkənin gömrük orqanları tərəfindən sənədlə təsdiq edilmiş gömrük nəzarəti altında üçüncü ölkənin ərazisində yerləşdiyi və ya yerini dəyişdiyi hallar istisna edilməklə, Sazişin iştirakçısı olan dövlətlərin ərazisini tərk etmirsə. Bu halda, malın qorunmasının təmin edilməsi və təkrar yüklənməsi üzrə əməliyyatlar istisna edilməklə, mal dəyişməz vəziyyətdə olmalı və onun üzərində hər hansı əməliyyat aparılmamalıdır; e) mal, bu Qaydalarla müəyyən edilmiş malların mənşə ölkəsinin teyin edilməsi meyarlarına uyğun gəlirsə; ə) mal barəsində bu Qaydaların 6.1-ci və ya 6.2-ci bəndlərinə uyğun olaraq malın mənşəyi haqqında sənəd təqdim edilirsə. maddə 5.3. Mənşəyi təyin edilməmiş və ya mənşəyi təyin edilmiş, lakin bununla belə, onlara münasibətdə bu məqsədlər üçün lazım olan sənədlərin olmaması səbəbindən sərbəst ticarət rejimi tətbiq olunmayan mallar idxal ölkəsinə idxal ölkəsinin tarif və qeyritarif tənzimlənməsi tələblərinə müvafiq olaraq buraxılır. maddə 5.4. Bu Qaydaların 5.3-cü bəndində qeyd olunan mallara münasibətdə, idxal ölkəsində gömrük bəyannaməsinin qeydiyyat günündən etibarən 12 ay müddətinə qədər onların mənşəyi barədə lazımi şəhadətnamənin əldə olunması (CT-1 formalı sertifikatın və lazım gələrsə, malların mənşə ölkəsi təqdim edən digər sənədlərin təqdim edilməsi) şərtilə, Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazisində sərbəst ticarət rejimi tətbiq (bərpa) oluna bilər (CT-1 formalı sertifikatın saxtalaşdırılması halları istisna edilməklə).

14. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: Maddə 1.0.11. gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəd; Maddə 8.0. və 8.0.6. Mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək gömrük orqanlarının vəzifəsidir. Maddə 9.0. və 9.0.3. Bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüququna malikdirlər. Maddə 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Maddə 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Maddə 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. Maddə 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

17. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

18. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

21. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

22. Mübahisələndirilən ##.##.2025-cü il tarixli qərarın ləğv edilməsi ilə bağlı iddiaçı ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür.

23. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət X5 Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı tələbi “cavabdehin üçtərəfli müqavilə üzrə ##.##.2025-ci il tarixdə qəbul etdiyi *-**-****/***Q saylı qərarının ləğv edilməsi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçı müvafiq məhsulları idxal edərkən üçtərəfli müqavilə imzalamış, lakin gömrük rəsmiləşdirilməsi zamanı həmin müqaviləni deyil, yalnız "X14 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişə qoşulmuş Türkmənistan Respublikasında yerləşən “Burqut Bezeqi” Aşgabat və Djepbarov İskander Xemraeviç Aşgabat şirktələri ilə bağladığı müqaviləni təqdim etmiş, bununla da cavabdeh tərəfindən güzəşt tətbiq edilməsinə nail olmuşdur. Məhkəmə Sazişin məsqədinin onun iştirakçılarının mallarının azad hərəkəti üçün şəraitin yaradılması, iqtisadi cəhətdən onların inkişafının təmin edilməsi olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehin qərarı qanuni olmuş, iddiaçının hüququnun pozulmasına səbəb olmamışdır.”

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

25. İş materiallarından görünür ki, ##.##.2023-cü il tarixli müqaviləyə əsasən “satıcı” İP "Burqut Bezeqi" və “alıcı” İddiaçı MMC arasında müqavilə bağlanmış və Müqavilənin dəyəri 10 338,00 ABŞ dolları təşkil etmişdir. Malların dəyəri – 665 ədəd birnəfərlik və 1700 ədəd ikinəfərlik yataq dəstinə cəmi 16307,50 ABŞ dollar təşkil etmişdir.##.##.2023-cü il tarixli Məhsulun mənşəyinə dair CT-1 forma Sertifikatdan da görünür ki, malların mənçə ölkəsi Türkmənistandır. Malların mənşəyinə dair ##.##.2023-cü il tarixli ******** nömrəli Ekspertiza Aktından da görünür ki, qeyd edilən mallar Türkmənistan mənşəlidir. ##.##.2023-cü il tarixli 01231000107708 sorğu nömrəli gömrük bəyənnaməsinə əsasən iddiaçıya 8464.54 manat və ##.##.2023-cü il tarixli 01231000107709 sorğu nömrəli gömrük bəyənnaməsinə əsasən iddiaçıya 10590,83 manat gömrük hesablanmışdır.

26. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan ##.##.2025-ci il tarixli *-**-****/*- ******/**** saylı İnzibati icraatda iştirakın təmin edilməsi haqqında məktubdan görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) Türkmənistan Respublikasından ünvanına idxal olunan malların ##.##.2023-cü il tarixli 01231000107708 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirildiyi və CT-1 formalı mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumundan azadolma tətbiq edildiyi məlum olmuşdur. Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin “Maliyyə əməliyyatları” blokunun “GB üzrə bank əməliyyatlarına düzəliş” alt bölməsində 01231000107708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 16.307,50 dollar ABŞ dolları məbləğində pul vəsaitinin Çin Xalq Respublikasının “X3 CO.,LTD” şirkətinə köçürüldüyü aşkar edilmişdir. Həmçinin, İddiaçı MMC-nin ünvanına idxal olunan malların ##.##.2023-cü il tarixli 01231000107709 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirildiyi və CT-1 formalı mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumundan azadolma tətbiq edildiyi məlum olmuşdur. Yuxarıda qeyd olunan hal təkrarlandığı və 01231000107709 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 9.368,50 ABŞ dolları məbləğində pul vəsaitinin X7 “X3 CO.,LTD” şirkətinə köçürüldüyü aşkar edilmişdir. Göstərilən hallar isə idxal əməliyyatının Azərbaycan Respublikası Prezidentinin ## #### 2010-cu il tarixli 1046 №li Sərəncamı ilə təsdiq edilmiş “X14 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişin 5.1-ci maddəsinin “a” bəndinin tələbinin pozulmaqla həyata keçirildiyini göstərir. 01231000107708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən İddiaçı MMC tərəfindən 6.797,28 manat idxal gömrük rüsumu, 1.223,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yayındırılmış gömrük borcuna görə hesablanmış dəbbə pulu dövlət büdcəsinə ödənilməli olduğu müəyyən edilmişdir. 01231000107709 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən İddiaçı MMC tərəfindən 8.433,36 manat idxal gömrük rüsumu, 1.518,00 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yayındırılmış gömrük borcuna görə hesablanmış dəbbə pulu dövlət büdcəsinə ödənilməli olduğu müəyyən edilmişdir. İddiaçı MMC-nin gömrük bəyannaməsinə yanlış məlumatların daxil edilməsi ilə dövlət büdcəsindən ümumilikdə isə 15 230,64 manat idxal gömrük rüsumu və 2 741,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi və 6 559,84 manat dəbbə pulu yayındırması müəyyənləşdirilmişdir. Gömrük borcunun ödənilməsinə görə məsul şəxs tərəfindən Gömrük Məcəlləsinin 243-cü və 246-cı maddələrində nəzərdə tutulmuş müddətlər ərzində ödənilməyən gömrük borcu, Gömrük Məcəlləsinin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qanunvericiliyə uyğun olaraq gömrük orqanları tərəfindən məcburi tutulur. Nəzərinizə çatdırılır ki, gömrük borclarının vaxtında ödənilməməsinə görə qanunvericilikdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur: - Gömrük Məcəlləsinin 247.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməyən gömrük borcu məbləğinin 0,1 faizi məbləğində dəbbə pulu hesablanır; - Gömrük Məcəlləsinin 249.3-cü maddəsinə əsasən milli və ya xarici valyutada cari və ya digər hesablardan gomrük borclarının alınması üçün banklara icra (odəniş) sənədi olan sərəncam verilir; - gömrük borcunun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədə iddia qaldırıla bilər; - “İnzibati İcraat haqqında Azərbaycan Respublikasının Qanunu”nun 82-ci maddəsinə əsasən pul tələbinin icraya yönəldilməsi barədə Qərar qəbul edilərək tələb icraya yönəldilə bilər; - gömrük borcunu ödəməkdən yayınma əməli Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən inzibati va ya cinayət məsuliyyəti yaradır. Nəzərinizə çatdırırıq ki, aparılan İnzibati icraatda şəxsən və ya səlahiyyətli nümayəndəniz (qanuni nümayəndəniz) və ya vəkiliniz vasitəsilə iştirak edə bilərsiniz. Bu məqsədlə sizi, habelə səlahiyyətli nümayəndə (qanuni nümayəndə) və ya vəkil vasitəsilə təmsil olunacağınız təqdirdə səlahiyyətli nümayəndənizi (qanuni nümayəndənizi) və ya vəkilinizi ##.##.2025-ci il tarixdə saat 10:00-da Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin inzibati binasına dəvət edirik. İnzibati icraatda şəxsən iştirak edəcəyiniz təqdirdə şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməyiniz tələb olunur. İnzibati icraatda səlahiyyətli nümayəndə (qanuni nümayəndə) və ya vəkil vasitəsilə iştirak edəcəyiniz təqdirdə nümayəndələrin və ya vəkilin şəxsiyyətini təsdiq edən sənədin və müvafiq təsdiqedici sənədin surətinin təqdim edilməsi tələb olunur. Nümayəndəyə səlahiyyət verən və notariat qaydasında təsdiq olunan sənədin surəti notariat qaydasında təsdiq olunmalıdır. Nümayəndənin səlahiyyəti hüquqi şəxsin rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası və hüquqi şəxsin möhürü vurulmaqla təsdiq edilmiş etibarnamə ilə müəyyən edilir. Həmin sənədin surəti hüquqi şəxsin rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası və hüquqi şəxsin möhürü vurulmaqla təsdiq edilməlidir.

27. Cavabdehin “Gömrük Borcunun, dəbbə pulunun hesablanması və ödənilməsinin tələb edilməsi barədə” ##.##.2025-ci il tarixli, *-**-****/***Q nömrəli qərarına əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) ##.##.2025-ci il tarixli, *-**-****/*-******/**** nömrəli məktubla ##.##.2025-ci il tarixdə saat 10:00-da Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin inzibati binasında keçiriləcək İnzibati icraat prosesinə şəxsən və ya səlahiyyətli nümayəndə (qanuni nümayəndə) və ya vəkili vasitəsilə iştiraka dəvət edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Lakin, İddiaçı MMC-nin nümayəndəsi İnzibati icraatda iştirak etməmiş və iştirak etməməsi barədə hər hansı sənəd təqdim etməmişdir. İnzibati icraat prosesi İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan aparılmışdır. Gömrük orqanı tərəfindən aparılmış araşdırma materialları və materiallara əlavə edilmiş sənədlərdən görünür ki, AZ1110, Вakı şəhəri ünvan 1 50 hüquqi ünvanında qeydiyyatda oian İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Türkmənistan Respublikasından idxal olunan mallar ##.##.2023-cü il tarixli 01231000107708 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və CT-1 formalı mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumundan azadolma tətbiq edilmişdir. Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin "Maliyyə əməliyyatları" blokunun "GB üzre bank əməliyyatlarına düzəliş" alt bölməsində 01231000107708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 16307,50 dollar ABŞ dolları məbləğində pul vəsaitinin Çin Xalq Respublikasının "X3 CO.,LTD" şirkətinə köçürüldüyü aşkar edilmişdir. Həmçinin, İddiaçı MMC-nin ünvanına idxal olunan malların ##.##.2023-cü il tarixli 01231000107709 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirildiyi və CT-1 formalı mənşə sertifikatı təqdim ediiməkiə idxal gömrük rüsumundan azadoima tətbiq edildiyi məlum olmuşdur. Yuxarıda qeyd olunan hal təkrarlandığı və 01231000107709 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 9368,50 ABŞ dolları məbləğində pul vəsaitinin X7 "X4 CO.,LTD" şirkətinə köçürüldüyü aşkar edilmişdir. Gömrük orqanlarının Vahid Avtomatlaşdırılmış İdareetmə Sisteminə İddiaçı MMC tərəfindən əlavə edilmiş ##.##.2023-cü il tarixli 01231000107708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə qoşma sənədlərdə "Satıcı" "İP Burqut Bezeqi" Aşgabat/Türkmənistan ilə "Alıcı" İddiaçı MMC arasında bağlanmış ##.##.2023- cü il tarixli EXP **-**** nömrəli ikitərəfli müqavilənin 3.1-ci bəndində qeyd edilir ki, ödəniş "Alıcı" tərəfindən "Satıcı"nın bank hesabına ABŞ dolları ilə köçürməklə həyata keçiriləcək. Həmçinin, ##.##.2023-cü il tarixli 01231000107709 sorğu nömrəii gömrük bəyannaməsi üzrə qoşma sənədlərdə "Satıcı" "X13" Aşgabat/Türkmənistan ilə "Alıcı" İddiaçı MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli EXP **-**** nömrəli ikitərəfli müqavilənin 3.1-ci bəndində də ödənişin "Alıcı" tərəfindən "Satıcı"nın bank hesabına ABŞ dolları ilə köçürməklə həyata keçirilməsi qeyd edilmişdir. Lakin, ödəniş İddiaçı MMC tərəfindən üçüncü dövlətə Çin Xalq Respublikasının "X3 CO.,LTD" şirkətinə köçürülmüşdür. Göstərilən hallar isə idxal əməliyyatının Azərbaycan Respublikasi Prezidentinin ## #### 2010-cu il tarixli 1046 Noli Serəncamı ilə təsdiq edilmiş "X14 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin tələblərinin pozulması ilə həyata keçirildiyini göstərir. 01231000107708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq sebebinden İddiaçı MMC tərəfindən 6797,28 manat idxal gömrük rüsumu, 1223,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yayındırılmış gömrük borcuna görə hesablanmış 2927.59 manat dəbbə pulu dövlət büdcəsinə ödənilməli olduğu müəyyən edilmişdir. 01231000107709 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən İddiaçı MMC tərəfindən 8433,36 manat idxal gömrük rüsumu, 1518,00 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yayındırılmış gömrük borcuna görə hesablanmış 3632.25 manat dəbbə pulu dövlət büdcəsinə ödənilməli olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı MMC tərəfindən gömrük bəyannaməsinə yanlış məlumatların daxil edilməsi nəticəsində dövlət büdcəsindən ümumilikdə 15230,64 manat idxal gömrük rüsumu, 2741,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi və 6559,84 manat dəbbə pulu yayındırması müəyyənləşdirilmişdir. Qeyd edilən ödənişlər İddiaçı MMC tərəfindən Qərarın alındığı gündən və ya qanunvericiliklə ona çatdırıldığı hesab olunduğu gündən 10 gün müddətində qoşma vərəqdə qeyd edilmiş bank hesablarına ödənilməlidir. Qeyd edilənlərə əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Qərarın alındığı gündən və ya qanunvericiliklə ona çatdırıldığı hesab olunduğu gündən 10 gün müddətində dövlət büdcəsinə ödənilməli olan ümumilikdə 15230,64 manat idxal gömrük rüsumu, 2741,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə deyer vergisi və 6559,84 manat dəbbə pulunun qoşmada qeyd edilmiş bank hesabına ödənilməsinin təmin edilməsi qərara alınmışdır.

28. Beləliklə, müəyyən olunur ki, İddiaçı MMC qeyd edilən Sazişə istinadən bu güzəştlərdən yararlanmağa görə idxal etdiyi mallara münasibətdə gömrük orqanına “Burqut Bezeqi” Aşgabat/Türkmənistan və Djepbarov İskander Xemraeviç Aşgabat/Türkmənistan şirkətləri ilə bağladığı ikitərəfli müqavilələrii və CT-1 formalı mənşə sertifikatı təqdiq etmiş və ona idxal gömrük rüsumundan azadolma tətbiq edilmişdir. Daha sonra iddiaçı 3-cü dövlətə aid şirkətlə bağlanan müqaviləni banka təqdim etməklə vəsaiti Çin Xalq Respublikasına ödəmiş, bununla da yuxarıda qeyd edilən sazişin müddəaları ilə tətbiq edilən güzəşt imkanını itirmişdir. İddiaçı həmin müqaviləni cavabdehə təqdim etmədiyindən iddiaçıya müvafiq güzəşt tətbiq edilmiş, sonradan qeyd olunan hallar aşkar edildiyindən mübahisələndirilən qərar qəbul edilmişdir.

29. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Həmin 249.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.3-cü maddəsinə əsasən vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur.

30. İddiaçı müvafiq məhsulları idxal edərkən üçtərəfli müqavilə imzalamış, lakin gömrük rəsmiləşdirilməsi zamanı həmin müqaviləni deyil, yalnız "X14 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişə qoşulmuş Türkmənistan Respublikasında yerləşən “Burqut Bezeqi” Aşgabat və Djepbarov İskander Xemraeviç Aşgabat şirktələri ilə bağladığı müqaviləni təqdim etmiş, bununla da cavabdeh tərəfindən güzəşt tətbiq edilməsinə nail olmuşdur.

31. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Sazişin məqsədinin onun iştirakçılarının mallarının azad hərəkəti üçün şəraitin yaradılması, iqtisadi cəhətdən onların inkişafının təmin edilməsi olmasını nəzərə alaraq, cavabdehin qərarı qanuni olmuş, iddiaçının hüququnun pozulmasına səbəb olmamışdır.

32. Belə olan halda hazırki vəziyyətdə iddiaçının tələbi əsassızdır və birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.

34. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar