Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4987/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək fəaliyyəti ilə məşğul olduğu illərin güzəştli iş stajına daxil edilməklə ona 57 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2-1(112)-8013/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək fəaliyyəti ilə məşğul olduğu illərin güzəştli iş stajına daxil edilməklə ona 57 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər) işlədiyi 12 il 6 ay iş stajının tamam olduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və yaranacaq fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, aşağıdakı adları qeyd edilən idarə və müəssisələrdə qaynaqçı vəzifələrində işləmişdir: xx.xx.1980-cü il tarixdən xx.xx.1980-ci il tarixədək Zəngilan Rayon "X4 "qaynaqçı” vəzifəsində işləmiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Zəngilan Rayon "X4" qaynaqçı vəzifəsində işləmiş, xx.xx.1983cü il tarixdən xx.xx.1984-cü il tarixədək Kommunal Müəssisələri Kombinatında qaynaqçı vəzifəsində işləmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək X7 "qaynaqçı" vəzifəsində işləmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" X1 "qaynaqçı" vəzifəsində işləmiş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" Mənzil- Tikinti Kooperativində "qaynaqçı" vəzifəsində işləmiş, xx.xx.1995-ci il tarixdən xx.xx.2001ci il tarixədək Abşeron rayonunun 17 saylı Təmir Tikinti idarəsində "qaynaqçı” vəzifəsində işləmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Skyland Baku" Mənzil-Tikinti Kooperativində "qaynaqçı” vəzifəsində işləmiş, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Mc X5.İnc"-də elektoqaynaqçı" vəzifəsində işləmiş, xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək “Mc X5.İnc"-də elektoqaynaqçı vəzifəsində işləmişdir Yuxarıda qeyd edilənləri nəzərə alaraq təxminən 13 ildən çox qaynaqçı vəzifəsində əmək stajı vardır. Qaynaqçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən zərərli sahə hesab edilir. Hesab edir ki, əmək qanunvericiliyinin tələblərini nəzərə alınaraq ona 57 yaşdan etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Ona görə ki, qüvvədə olmuş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə X9 müraciət etsə də, cavabdeh tələbinin təmin olunmasından əsassız yerə imtina etmişdir. Verilmiş cavab məktubu ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələbləri təhrif edilmiş və onun ərizəsində yazılanlara heç bir münasibət bildirmədən onun qanuni tələblərim təmin edilməmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-сі maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. az Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajindan asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "b" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Mərkəzi Filiala təqdim etdiyi ona dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. ... Azərbaycan Respublikası Ali Məhkəməsinin pensiya işləri ilə bağlı aşağı instansiya məhkəmələrinə göndərilən icmal məktuba əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-668/2024 saylı və xx.xx.2024-cü il tarixli, 2-1(102)-584/2024 saylı qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2-1(112)-8013/2025 saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2-1(112)- 8013/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. X14 tərəfindən müraciətə baxılaraq İddiaçı güzəştli arayış təqdim edilmədiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bundan narazı qalan iddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət, "xxxx" Mənzil Tikinti Kooperativi və həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət və “X2” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən iddiaçıya güzəştli arayış təqdim edilmiş, buna uyğun olaraq cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajının qanunvericiliklə tələb olunan 12 il 6 aydan az, yəni 1 il 4 ay 6 gün (xx.xx.2020-xx.xx.2021-ci il və xx.xx.2024- xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər) təşkil etdiyi bildirilmişdir. "xxxx" MMC, "xxxx" Mənzil Tikinti Kooperativində iddiaçı işləmişdir. Azfen və X13 Cəmiyyətləri isə oxşar müəssisələr kimi arayış vermişdir. İnzibati orqan "xxxx" MMC və "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş arayışları mötəbər hesab edilir. İddiaçı Zəngilan rayon X3ynaqçı vəzifəsində işləmişdir, daha sonra müəssisələr bağlandığından oxşar Azfen və X13 Cəmiyyətləri kimi müəssisələrdən əldə etdiyi arayışlar inzibati orqan tərəfindən qəbul edilmir. Eyni zamanda iddiaçının işlədiyi bəzi zavodlar hazırda bağlanmış olsalar da, bəziləri isə fəaliyyətdə olmasına baxmayaraq onlara sorğu verilməmiş və güzəştli arayış tələb olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, o, Zəngilan rayon X4, Kommunal müəssisələr kombinatında, Zəngilan rayon Konserv Zavodunda, Abşeron rayonu 17 saylı Təmir Tikinti idarəsində, MC X5 İnc.də, X6-da, "xxxx" Mənzil Tikinti Kooperativində, "xxxx" MMC-də, "xxxx" Mənzil Tikinti Kooperativində qaynaqçı vəzifəsində işləmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 25 dekabr 2024cü il tarixli, 3-17-1/2-H-318208/2024 nömrəli məktubla bildirilmişdir ki, “... Mərkəzi Filiala təqdim etdiyiniz sizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X12 xx.xx.1962-ci il təvəllüdlüdür. - "xxxx" MMC tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli, 30/09-1 saylı arayışa əsasən, X12 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fəhlə (elektrik əl qaynaqçısı) vəzifəsində işləmişdir. Əmək haqqı cədvəli əks olunmuşdur. - "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 15/24 saylı arayışa əsasən, X12 xx.xx.2019-cu il tarixində "xxxx" MTK-da əl ilə qaynaq işləri üzrə işə götürülmüş və xx.xx.2019-cu il tarixində həmin işdən azad olunmuşdur. Əmək haqqı cədvəli əks olunmuşdur. - "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 40 saylı arayışa əsasən, X12 xx.xx.2024-cü il tarixində "xxxx" MTK-da əl ilə qaynaq işləri üzrə işə götürülmüş və xx.xx.2024-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Əmək haqqı cədvəli əks olunmuşdur. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 27/05-1 saylı məktubla bildirilmişdir ki, X12 xx.xx.2020-ci il tarixli, 24 nömrəli əmrlə "xxxx" MMC-yə əl ilə qaynaqçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixli 77 nömrəli əmrlə müqaviləsinə xitam verilmişdir. Eyni zamanda bildirilir ki, X8 əmək fəaliyyətini həyata keçirdiyi qaynaqçı peşəsi əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi ilə eyniyyət təşkil edir. Belə ki, qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"nın Ümumi peşələr bölməsində 23200000-19906 kodu üzrə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Ümumi peşələr adlanan 35-ci bölməsində nəzərdə tutulduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. X8 güzəştli şərtlərlə iş stajı xx.xx.2020-ci il tarixdən- xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edir. Müvafiq sənədlər əlavə olunmuşdur. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZF-2025/153L saylı məktubla bildirilmişdir ki, AZFEN MMC-də mövcud olan qaynaqçı (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 21 iyun 1993-cu il tarixli, 320 saylı Qərarının 33-cü maddəsinin “Ümumi peşələr” başlığı altında 23200000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndi və 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 35-ci maddəsinin “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndinə uyğundur. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq “X2” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, SF045/0825 saylı cavab məktubuna əsasən müəyyən edilmişdir ki, İddiaçı (AZE *******, FİN: xxxxxxx) məxsus əmək kitabçasına əsasən onun xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Zəngilan Rayon "Əhaliyə Məişət Xidməti Kombinatı"nda işlədiyi qaynaqçı; xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Kommunal Müəssisələri Kombinatinda işlədiyi qaynaqçı; xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək X7 işlədiyi qaynaqçı; xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Abşeron rayonu 17 saylı Təmir Tikintidə işlədiyi qaynaqçı-quraşdırıcı peşəsi "X2” MMC-də mövcud olan əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi ilə eyniyyət təşkil edir. Eyni zamanda bildirilmişdir ki, “X2" MMCdə mövcud olan qaynaqçı (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin göstəricilərin 2 nömrəli Siyahısı"nın 33-cü bəndində "ümumi peşələr başlığı altında” 23200000- 19906 kodu üzrə əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 35-ci bəndində “ümumi peşələr başlığı altında əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndində nəzərdə tutulduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 0054 saylı arayışa əsasən X12 xx.xx.2024-cü il tarixində "xxxx" MTK-da əl ilə qaynaqçı vəzifəsində işləmişdir. Onun əmək fəaliyyətini həyata keçirdiyi əl ilə qaynaqçı peşəsi ilə əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi ilə eynilik təşkil edir. Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin göstəricilərin 2 nömrəli Siyahısı"nın 33- cü bəndində "ümumi peşələr başlığı altında” 23200000- 19906 kodu üzrə əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 35-ci bəndində “ümumi peşələr başlığı altında əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndində nəzərdə tutulduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Arayışa müvafiq əmrlər və əmək haqqı cədvəlləri əlavə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçının xx.xx.2022-ci il il tarixdə 60 yaşı olsa da, onun xx.xx.2024-cü il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı yaranmışdır. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. İddiaçıya məxsus əmək kitabçasına və işlədiyi müəssisə tərəfindən verilmiş arayışlara əsasən onun ümumi iş stajı 25 ildən artıqdır. Bu hal, cavabdeh tərəfindən də, mübahisələndirilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işlədiyi müəssisələr, eləcə də, iddiaçının əmək fəaliyyəti ilə analoji sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən məhkəməyə təqdim edilmiş güzəştli arayışlara (arayışlarda əmək funksiyaları və işlədiyi peşələrin (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) güzəştli şərtlərlə əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri əks olunmuşdur) əsasən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixədək olan güzəştli iş stajı 12 il 6 aydan artıq olmaqla aşağıdakı kimidir: Zəngilan rayon Əhaliyə Məişət Xidməti Kombinatı – xx.xx.1980 – xx.xx.1980-ci il tarixədək; Zəngilan rayon Əhaliyə Məişət Xidməti Kombinatı – xx.xx.1982 – xx.xx.1983-cü il tarixdək ; Kommunal Müəssisələr Kombinatı – xx.xx.1983 – xx.xx.1984-cü il tarixədək; X11 – xx.xx.1984 – xx.xx.1985-ci il tarixədək; Abşeron rayonu 17 saylı Təmir Tikinti İdarəsi – xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək; MC X10 Ors İnc – xx.xx.2002- xx.xx.2002-ci il tarixədək; MC X10 Ors İnc – xx.xx.2003- xx.xx.2004-cü il tarixədək; X6 LLC - 2 il 3 ay 8 gün; "xxxx" MTK – xx.xx.2019-xx.xx.2019-cu il tarixədək; "xxxx" MMC – xx.xx.2020- xx.xx.2021-ci il tarixədək; "xxxx" MTK - xx.xx.2024 – xx.xx.2024-cü il tarixədək – ümumilikdə 12 il 6 ay 9 gün. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisələr və onun iddiaçının əmək fəaliyyəti ilə analoji sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən məhkəməyə təqdim edilmiş güzəştli arayışlara əsasən iddiaçını işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin göstəricilərin 2 nömrəli Siyahısı"nın 33-cü bəndində "ümumi peşələr başlığı altında” 23200000-19906 kodu üzrə əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 35-ci bəndində “ümumi peşələr başlığı altında əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndində nəzərdə tutulduğu və iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıq olması öz təsdiqini tapmışdır. Belə olan təqdirdə, cavabdehin sözügedən əsaslarla iddiaçının müraciətindən imtina etməsi onun hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar müəssisələr tərəfindən əsaslandırılmaqla tərtib edildiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2-1(112)-8013/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-4987/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4987/2025
04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver