Məhkəmə qərarları › İş №2-1(103)-4988/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4988/2025

15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4988/2025 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh) qarşı (3-cü şəxslər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, üçüncü şəxs1 Şirkəti) “torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarından üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və üçüncü şəxs1 Şirkəti Azərbaycan Respublikasındakı filialı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh “Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli qərardadları ilə hazırkı iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və üçüncü şəxs1 şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər (zəruri cəlbetmə). Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “iddiaçı İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 600 (altı yüz) kvadratmetr torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçı İddiaçı mərhum arvadı X5 məxus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti Başçısının sərəncamına əsasən X5 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 600 (altı yüz) kvadratmetr torpaq sahəsi ayrılmışdır. X5 ##.##.2006-cı il tarixdə vəfat etmişdir. Iddiaçının müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilən sənədlər əsasında ##.##.2006-cı ildə ölmüş həyat yoldaşı X5 adına vərəsəlik işi açılmışdır. Iddiaçı tərəfindən hüquq sahibi X5 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 600 (altı yüz) kvadratmetr torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Iqtisadiyyat Nazirliyi yanında ƏMDX Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə ərizə ilə müraciət edilmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Həmçinin, təqdim edilmiş yerləşmə sxemində istinad və məsafələr qeyd edilməmişdir. Bu səbəbdən də hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OIL) istifadəsinə verilmiş kontrakt ərazidə yerləşməklə, sahədən 34 metr məsafədə ləğv edilmiş neft quyusunun baza məlumatı mövcuddur. Həmçinin sahənin bir hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Əlavə olaraq, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş iddiaya dair etiraz onunla əsaslandırılmışdır ki, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və üçüncü şəxs1 şirkətinin istifadəsinə verilmiş istehsalat təyinatlı ərazilərə aiddir. Iddiaçının iddia etdiyi torpaq sahəsi Cavabdehn * saylı Bakı Ərazi Idarəsinin mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahəsidir. Həmçinin, Azərbaycan Respublikasının ## ##### 2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X3 haqqında" Sazişə əsasən üçüncü şəxs1 Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Göstərilənlərə əsasən üçüncü şəxs iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs üçüncü şəxs1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum “X3 haqqında” saziş və “Birgə Əməliyyat” sazişi imzalanmamışdan da öncə, Dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə üçüncü şəxs1 şirkətinin qanuni istifadəsinə verilmişdir. Göstərilənlərə əsasən üçüncü şəxs iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 600 kv.m olan torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın iddiaçı İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Apellyasiya şikayətlərinin dəlilləri: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, iddia edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “xxxx”i şirkətinin istifadəsinə verilmiş istehsalat təyinatlı ərazilərə aiddir. Iddiaçının iddia etdiyi torpaq sahəsi Cavabdehn * saylı Bakı Ərazi Idarəsinin mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahəsidir. Həmçinin, Azərbaycan Respublikasının ## ##### 2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X3 haqqında” Sazişə əsasən "X2” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin, həmin torpaq sahəsi ilə ləğv olunmuş ****** saylı neft-qaz quyusunun 77 metr, ****** saylı neftqaz quyusunun 90 metr, ****** saylı neft-qaz quyusunun 143 metr məsafəsində mühafizə zonası daxilində yerləşir. Hüquqi müəyyənlik prinsipi mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Məhkəmələr qəbul etdikləri qərarlarla həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirməli, ziddiyyətli məqamları aradan qaldırmalıdır. Iddiaçının iddia etdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilindədir, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün "X2” Şirkətinə verilmiş kontrakt sahəsidir. Üçüncü şəxs üçüncü şəxs1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı hazırkı iddia predmeti olan torpaq sahəsi əslində, dövlət mülkiyyətində və SOCAR-ın daimi istifadəsində olan torpaq sahəsi olmaqla, məlum “X3 haqqında” saziş (bundan sonra “Saziş”) üzrə neft-qaz əməliyyatlarının aparılması məqsədilə üçüncü şəxs1 şirkətinin Azərbaycan Respublikasındakı filialı qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində * saylı mədənin 5-ci sahəsində 150556 (77 metr), 151398 (90 metr), 151437 (143 metr) neft quyularının mühafizə zolağında yerləşir. Həmçinin qeyd edilmişdir ki, torpaq sahəsindən 25 metr məsafədən yüksək təzyiqli neft xətti və 188 m məsafədən isə 94-941 6 kv eletrik xətti keçir. Ərazidə Şirkətə məxsus olmayan 110 kv olan elektrik xətti keçir. Məhkəmə qeyd edir ki, “nə qədər ki, qərar qüvvədədir və ləğv edilməmişdir, həmin hüquqmüəyyənedici sənəd əsasında müraciət edən şəxsə münasibətdə həmin sənəd üzrə yerləşmə yerini əks etdirən texniki sənəd olan yerləşmə cizgisində iddiaçının məsuliyyəti sferasına aid olmayan, torpaqayırmanı həyata keçirən qurum tərəfindən həyata keçirilməli olan hərəkətlərin həyata keçirilməsi, eləcə də istinad məsafələr, koordinatlar, perimetrik ölçülər və s. göstərilməməsi, bundan əlavə yerləşmə cizgisinin faktiki vəziyyətə uyğun verilməməsi məhkəmə hesab edir ki, iddianın təmininin istisna edə bilməz.” Məhkəmə, həmçinin hesab edir ki, iddia olunan torpaq sahəsi Dövlət Neft Şirkətinin (Binəqədi OYL) ərazisi daxilində yerləşsə də, bu hal vətəndaşın mülkiyyət hüquqlarını reallaşdırılmasına maneə yarada bilməz.” Məhkəmə həmçinin göstərib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə görə, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə qədər minimum məsafə 75 m olmalıdır. Bununla əlaqədar olaraq Məhkəmə Kollegiyasının nəzərinə çatdırılmışdır ki, həmin qərarın elə 3.3-cü bəndində həmçinin qeyd olunub ki, şəxsi tikililərlə quyular, separatorlar, qızdırıcı avadanlıq, neft rezervuarları və nasos avadanlığı arasında minimum məsafə 300 metr olmalıdır və şəxsi tikililərin sözügedən obyektlərin mühafizə zonaları daxilində inşa edilməsi qadağan edilir. Eyni zamanda Məhkəmə Kollegiyasının nəzərinə çatdırılmışdır ki, mübahisəli ərazi Məhkəmənin də qeyd etdiyi kimi Saziş hüdudları daxilində, neft kollektorunun 25 m məsafəsində yerləşir. Bu hal necə Məhkəmənin diqqətini cəlb etməyə bilərdi? Dövlət mülkiyyətində və SOCAR-ın daimi istifadəsində olan torpaq sahəsi olmaqla, məlum “X3 haqqında” Saziş üzrə neft-qaz əməliyyatlarının aparılması məqsədilə üçüncü şəxs1 şirkətinin qanuni istifadəsinə verilmiş ərazidə müvafiq icazələr almadan inşa işləri aparan vətəndaşın hər hansı mülkiyyət hüquqları yoxdur və ola bilməz. Hesab edirlər ki, Bakı Inzibati Məhkəməsi bu hallara ümumiyyətlə qiymət verməmişdir. Göstərilənlərdən əlavə olaraq Məhkəmə Kollegiyasının diqqətinə çatdırılmışdır ki, üçüncü şəxs1 şirkəti hər hansı fiziki şəxs və ya hər hansı digər fəaliyyət növü ilə məşğul olan hüquqi şəxs deyil, məhz adından da göründüyü kimi, ## ######## 2004-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“xxxx”), X1 Bi.Vi. və xxxx-in Ortaq Şirkəti (“Podratçılar”) arasında imzalanmış və ## ##### 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı *** saylı Qanuna əsasən qanun statusunu almış “X3 haqqında” Saziş üzrə ona Dövlət tərəfindən verilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli, ## ####### 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri əsasında kontrakt sahəsinin hüdudları daxilində, o cümlədən bu ərazidə yerləşən mübahisəli toraq sahəsində neft-qaz əməliyyatları aparmaq səlahiyyətlərinə malik olan bir əməliyyat şirkətidir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin ##.##.2024-cü il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Qeyd edilənlərə əsasən hesab edirlər ki, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2025ci il tarixli qərarı qanunsuzdur və kobud prosessual pozuntulara yol verilməklə qəbul edilmişdir. Ona görə də, həmin qərar ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə etiraz edərək, şikayətlərin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətlərinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, digər üçüncü şəxs üçüncü şəxs1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxs üçüncü şəxs1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Iddia tələbi öhdəliyin icrası haqqında iddiadır. IPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. IPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Iddiaçı subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı vaxtilə arvadına fərdi yaşayış evi tikmək məqsədilə ayrılmış və onun istifadəsində olan torpaq sahəsinin mərhum arvadına məxsus olmasına dair dövlət reyestrindən arayışın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Iddia mümkün iddiadır və mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. - 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ####### 2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (* nömrəli əlavə): 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Apellyasiya şikayətlərinin dəlillərinə münasibət: Işin faktiki hallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti Başçısının ##.##.2000-ci il tarixli, *** nömrəli Sərəncamına əsasən X5 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 600 (altı yüz) kvadratmetr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair torpaq sahəsinin planı və cizgisi tərtib edilmişdir. Iddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədə istinad edərək sözügedən torpaq sahəsi üzərində hüququn mərhum arvadına məxsus olması barədə arayış verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtina və iddiaya dair yazılı etirazında o hala istinad etmişdir ki: - mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OIL) istifadəsinə verilmiş kontrakt ərazidə yerləşməklə, sahədən 34 metr məsafədə ləğv edilmiş neft quyusunun baza məlumatı mövcuddur. - sahənin bir hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. - təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilindədir, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün "X2” Şirkətinə verilmiş kontrakt sahəsidir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını və üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Əvvəla iş materiallarında olan sənədlər nəzərdən keçirilir. - Binəqədi Rayon Icra Hakimiyyətinin Başçısının ##.##.2000-ci il tarixli, *** nömrəli sərəncamına əsasən X5 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi ayrılmışdır. - Binəqədi Rayon Icra Hakimiyyətinin Başçısının ##.##.2000-ci il tarixli, *** nömrəli sərəncamına əlavə olunan yerləşmə cizgisindən görünür ki, X5 ayrılmış torpaq sahəsinə cizgi Binəqədi Rayon Icra Hakimiyyəti tərəfindən tərtib olunmuş və təsdiq olunmuşdur. - Ədliyyə Nazirliyi Bakı şəhəri ** saylı Notariat ofisinin X-** nömrəli, ## ###### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri ** saylı notariat ofisinə müraciət edərək, ##.##.1961-ci ildə doğulmuş, ##.##.2006-cı il tarixdə vəfat etmiş arvadı X5 qalmış miras əmlaka (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ümumi sahəsi 600 kv.m torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - Cavabdeh tərəfindən verilmiş ************ nömrəli ##.##.2020-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Həmçinin təqdim edilmiş yerləşmə sxemində istinad və məsafələr qeyd edilməmişdir. Inzibati işin faktiki hallarından görünür ki, iddiaçının mərhum arvadına 600 kv.m torpaq sahəsi Binəqədi Rayon Icra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli, *** nömrəli sərəncamına əsasən ayrılmışdır. Dövlət orqanı olan Bakı şəhəri Binəqədi rayonu Icra Hakimiyyəti Başçısının sözügedən inzibati aktı hal-hazırda da qüvvədədir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın sərəncamı əsasında ayrılmışdır. Həmin inzibati akt mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin inzibati akt hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Iddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmışdır. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi hasara alınmış, torpaq sahəsinin üzərində fərdi ev mövcuddur. Üçüncü şəxslərin apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 600 kv.m olan torpaq sahəsinin ətrafında neft quyular (işlək və yaxud ləğv olunmuş) barədə, əgər varsa həmin neft quyuları ilə iddia olunan torpaq sahəsi arasındakı məsafə (mühafizə zonasına düşüb-düşməməsi) barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. SOCAR Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş **-*/*- ****/**** nömrəli ##.##.2026-cı il tarixli cavab məktubu ilə bildirilmişdir ki, üçüncü şəxs1 Əməliyyat Şirkətinin iş materiallarında olan etirazında qeyd olunduğu kimi, iddia olunan torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCARın daimi istifadəsində olmuş və daha sonra Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X3 haqqında” Sazişə əsasən, üçüncü şəxs1 Şirkətinin istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Torpaq sahəsi hər hansı bir neft- qaz quyusunun mühafizə zonası daxilində yerləşmir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22- ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Həmin maddənin 5-ci bəndinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqısatqı obyekti ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən, sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. "Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının ##.##.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ- mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının ##.##.1999- cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2025-ci il tarixli *** nömrəli qərarına əsasən, neft- qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin1-ci bəndinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye əyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft- qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Sorğuya cavab olaraq, iddia edilən torpaq sahəsinin vaxtilə SOCAR-ın daimi istifadəsində olan ərazilərin, hal-hazırda isə Kontrakt sahəsinin hüdudları daxilində olduğunu təsdiq edən xəritədən çıxarışlar məhkəməyə təqdim edilmiş və yuxarıda qeyd olunanların nəzərə alınaraq, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)- ****/**** nömrəli qərarını ləğv edərək iddia tələbinin rədd olunması xahiş edilmişdir. Məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubundan görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsi hər hansı bir neft-qaz quyusunun mühafizə zonası daxilində yerləşmir. Həmçinin ərazinin ortofoto görüntüsündən də müəyyən olur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin ətrafında çoxsaylı fərdi yaşayış evləri mövcuddur. Həmin sahənin hazırda neft qaz əməliyyatları aparılması ilə əlaqədar olan sahə olması öz təsdiqini tapmır. Məhkəmə kollegiyası üçüncü şəxslərin apellyasiya şikayətlərində göstərdiyi dəlili əsassız, birinci instansiya məhkəməsinin mövqeyini haqlı hesab edərək qeyd edir ki, iddia olunan mübahisəli torpaq sahəsi Dövlət Neft Şirkətinin ərazisi, yəni üçüncü şəxs1 Şirkətinin istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşsə də, bu hal vətəndaşın mülkiyyət hüquqlarının reallaşdırılmasına maneə yarada bilməz. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin maddənin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun əlavəsindən görünür ki, neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri təhlükə potensiallı istehsal obyektlərinin sırasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə görə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə qədər minimum məsafə 75 m olmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, yuxarıda istinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, təhlükə potensiallı istehsal obyektlər sırasına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə istifadə oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...mübahisəli torpaq sahəsi 2005-ci il tarixdə saziş əsasında ‘‘X2” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edildiyi halda, həmin sahə iddiaçıya bundan daha əvvəl – 2000-ci il tarixdə Binəqədi rayon Icra Hakimiyyəti başçısının **** nömrəli sərəncamı əsasında ayrılmışdır. Belə olan halda, həmin torpaq sahəsinin hazırda neft şirkətinin kontrakt sahəsinə düşməsi həmin sahə üzərində iddiaçının mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına maneə təşkil etməməlidir. iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Binəqədi rayon Icra Hakimiyyəti Başçısının ## #### 2000-ci il tarixli, **** nömrəli sərəncamına əsaslanır. həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarlarında da oxşar hüquqi mövqe sərgilənmişdir. Kollegiya cavabdeh orqanın torpaq sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi barədə imtina dəlilinə münasibətdə də Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndini bir daha diqqətə çatdırır. Həmçinin, eyni tələb 1991-ci il # ###### tarixli Torpaq Məcəlləsinin 81-ci maddəsində də təsbit olunmuşdur. Həmin normaya əsasən, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, sahibləri və istifadəçiləri aidiyyəti üzrə mülkiyyət, sahiblik və istifadə hüququndan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, torpaq sahibləri və torpaq istifadəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxari olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 3-cü bəndində qeyd edilir ki, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin Qaydaların 5-ci bəndində qeyd edilir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində >1≤20 Un, KV gərginliyində 10 metr elektrik şəbəkəsinin mühafizəsi zonası müəyyən edilmişdir. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfındən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6-cı bənd); Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə «Tikinti Normaları və Qaydaları»na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların yolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir (9-cu bənd); Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması və sökülməsi; b) hər növ dağmədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; Beləliklə, qüvvədə olan qanunvericilik elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadəyə verilməsini istisna etməsə də, mühafizə zonasına aid torpaq sahəsinin istifadəçisi qeyd olunan Qaydaların 12-ci bəndinə nəzərdə tutulmuş işləri elektrik şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan apara bilməz. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Analoji hüquqi mövqə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2019-cu il tarixli qərarında, *-*(***)-****/**** saylı iş üzrə ## #### 2020-ci il tarixli qərarında, 2- *(***)-***/**** saylı iş üzrə ## #### 2020-ci il tarixli qərarında, *-*(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2021-ci il qərarında, *-*(***)-****/**** saylı iş üzrə ##.##.2023-cü il tarixli qərarında da öz təsdiqini tapmışdır. Beləliklə, qüvvədə olan qanunvericiliyin və mövcud məhkəmə təcrübəsinin tələblərinə əsasən hətta torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün maneə yaratmır. Bu səbəbdən kollegiya cavabdehin qeyd edilən dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin ayrıldığı zaman həmin ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilməsi ilə bağlı cavabdeh və üçüncü şəxslər tərəfindən sübutlar məhkəməyə təqdim edilmədiyindən qeyd edilən əsasla iddiaçının torpaq sahəsinə dair mərhum arvadına məxsus arayışın verilməsindən cavabdehin imtinası və hazırda üçüncü şəxslərin apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Bundan əlavə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini haqlı sayaraq qeyd edir ki, iddiaçının mərhum arvadının mübahisəli torpaq sahəsi üzərində ilkin hüquq əldə etdiyi, lakin qazandığı hüququ dövlət qeydiyyatına almaması, onun həmin hüquqdan məhrum olmasına gətirib çıxarmır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum X5 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının olması öz təsdiqi tapdığından, həmin torpaq sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışının və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Beləliklə, torpaq sahəsinin mərhum X5 məxsus olmasına dair arayış almaq üçün qanunvericiliyə uyğun olaraq hüquqmüəyyənedici sənədlər mövcuddur və inzibati orqana təqdim edilmişdir. Arayışın verilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və üçüncü şəxslərin apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və üçüncü şəxs1 Şirkəti Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar