Məhkəmə qərarları › İş №2-1(103)-4999/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4999/2025

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4999/2025 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı “mənzilin fərdi yaşayış evi kimi qeydə alınması və torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi yeni çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X9 (sədrlik edən və məruzəçi), X10 və X6 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzilin fərdi yaşayış evi kimi qeydə alınması və torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)- ****/**** saylı ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:

1. ##.##.2008-ci il tarixli ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında olan fərdi yaşayış evi alıcı X4 mülkiyyətinə verilmişdir.

2. ##.##.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, iddiaçı İddiaçı X4 vərəsəsi hesab edilmiş və ünvan 1 ünvanında, istifadədə olan 0,0286 ha torpaq sahəsində yerləşən, 1904-cü ildə tikilən yaşayış sahəsi 26,08 kv.m., ümumi sahəsi 40 kv.m. olan 1 mərtəbəli, iki otaqdan ibarət olan mənzil iddiaçının adına keçmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* nömrəli, reyestr nömrəsi 011011001657-05101-093003 olan, ##.##.2009-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid küçəsində istifadəsində olan 0.0286 ha torpaq sahəsində yerləşən * nömrəli, 1 mərtəbəli binada 40 kv.m ümumi, 26.08 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyat aparılmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nörməsi 011011001657- 05101-093003 olan, ##.##.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 7 ünvanda ümumi sahəsi 40,00 kv.metr olan mənzil üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır.

5. Iddiaçı nümayəndəsi vaitəsilə ünvan 5 ünvanında yerləşən yaşayış evinin istifadəsində olan torpaq sahəsinin elektron çıxarışda qeyd edilməsi barədə ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə ##.##.2024-cü il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən ##.##.2024-cü il tarixli məktubla imtina etmişdir. Imtinaya əsas kimi qeyd edilmişdir ki, “…araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilmiş daşınmaz əmlak fərdi yaşayış evi kimi deyil, mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzilə dair verilmiş elektron çıxarış “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmununun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## #### tarixli *** nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə müəyyən edilmiş nümunəyə (təsvirə) uyğun olaraq tərtib olunmuşdur. Həmçinin, sözügedən mənzilin fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və mənzilin yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.”

BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:

6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata müvafiq düzəlişlər edilməsi, adına olan evin mənzil kimi deyil, fərdi yaşayış evi kimi qeydiyyata alınması, istifadəsində olan 0.0286 torpaq sahəsi ilə birlikdə ev və torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında, istifadəsində olan 0.0286 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evə dair adına MH seriyalı, ******* nömrəli ##.##.2009-cu il tarixli "çıxarış” verilmişdir. Çıxarışda Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid küçəsində istifadəmdə olan 0.0286 ha torpaq sahəsində yerləşən * nömrəli, bir mərtəbəli binada 2 otaqlı mənzilin tam mülkiyyət hüququ ilə ona məxsus olması, daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyata alındığı yazılmışdır. ##.##.2022-ci il tarixdə həmin "çıxarış” elektron çıxarışla əvəz edilərkən istifadəsində olan torpaq sahəsi ilə bağlı məlumatlar silinmişdir. Həmin torpaq sahəsində yalnız bir ədəd fərdi yaşayış evi və ona məxsus həyətyanı sahəsi mövcud olmuşdur. Həmin yaşayış sahəsinə dair kök sənədlərdə də yaşayış sahəsi mənzil kimi deyil, ev kimi qeyd edilmişdir. Qeyd olunan daşınmaz əmlak reyestrdə mənzil kimi qeydiyyata alınsa da, əslində fərdi yaşayış evidir. Daşınmaz əmlaka verilən ünvanda ev mənzil kimi qeyd olunsa da, həmin ünvanda cəmi bir ədəd fərdi yayış evi mövcuddur və həmin fərdi yaşayış evi iddiaçıya məxsus olmaqla, mülkiyyət hüququ səhvən mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, bu barədə dövlət reyestrdən çıxarışlar verilmişdir. Iddiaçının evinə olan mülkiyyət hüququ mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən, həmin mənzilin, eləcə də, bütövlükdə evin yerləşdiyi və faktiki istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda həmin yaşayış sahəsinə dair arxiv sənədlərində də, qeyd edilən yaşayış sahəsi ev kimi göstərilmiş, mənzilə dair heç bir məlumatlar əks etdirilməmişdir.

8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı mənzilə bitişik ölçüsü 150,1 kv.m olan əlavə sahənin inşa edildiyi və qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. Torpaq sahəsinin faktiki ölçüsü 0,03333 ha təşkil edir. Elektron kadastr məlumatlarına əsasən əmlak çoxmənzilli yaşayış binasının həyətində yerləşir. Həmçinin sahənin yaxınlığında su anbarının olması barədə bazada məlumat mövcuddur.

9. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı ## ####### 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata müvafiq düzəlişlər edilməsi, adına olan evin fərdi yaşayış evi kimi qeydiyyata alınması, istifadəsində olan 0.0286 torpaq sahəsi ilə birlikdə ev və torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi vəzifəsinin Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə həvalə edilməsi qərara alınmışdır.

10. Həmin qərardan narazı qalan cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin fərdi yaşayış evinə keçirilməsi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər idarəyə təqdim edilməmişdir. Idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı mənzilə bitişik ölçüsü 150,1 kv.m olan əlavə sahənin inşa edildiyi və qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. Torpaq sahəsinin faktiki ölçüsü 0,03333 ha təşkil edir. Elektron kadastr məlumatlarına əsasən əmlak çoxmənzilli yaşayış binasının həyətində yerləşir. Həmçinin sahənin yaxınlığında su anbarının olması barədə bazada məlumat mövcuddur. Bakı Inzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır.

Tərəflərin izahatları

12. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Iddiaçının nümayəndəsi “Elektron Məhkəmə" sistemi vasitəsilə ərizə verərək hazırkı işlə bağlı əlavə sübutlar (texniki pasport və torpaq sahəsinin planı ) təqdim ediləcəyindən məhkəmə iclasının təxirə salınmasın xahiş etmişdir. Inzibati məhkəmə icraatının iştirakçısı apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçı İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

13. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsi sıradan çıxmış və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh onun hüquq varisi kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli 3-21/3- *- F-***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində xxxx (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Ona görə də həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərir ki, belə olan halda, onların məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Bu hüquq DƏDKR-in özünə məxsusdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müvafiq təşkilati xarakterli tədbirlər çərçivəsində ərazi idarələrinin məsul şəxslərinə sənədlərin, o cümlədən məhkəmə işləri ilə bağlı iddia ərizələrinin, etibarnamələrin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin və digər sənədlərin imzalanması səlahiyyətinin verilməsi barədə DƏDKR-in Idarə Heyətinin sədri tərəfindən müvafiq əmr imzalanmışdır. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsi onun hüquqi varisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət XidmətiCavabdeh ilə əvəz olunmuşdur.

14. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 10.2.1. Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

49. 1. və 2. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 6.1. və 6.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

88. Çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Şərh olunan qanunvericiliyin müddəalarına görə, vətəndaşa məxsus mənzilin ayrıca tikilidən digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, onun təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlər (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) üzərində hüquqları yaranır.

18. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu: 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

19. Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamə

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

20. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

21. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

22. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI

23. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

24. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

25. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2024-cü il tarixdir. Iddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 38.2-ci, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.

26. Işin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı cavabdeh Cavabdehə qarşı tələbi “İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata müvafiq düzəlişlər edilməsi, adına olan evin fərdi yaşayış evi kimi qeydiyyata alınması, istifadəsində olan 0.0286 torpaq sahəsi ilə birlikdə ev və torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi vəzifəsi Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə həvalə edilməsi” ilə bağlı olmuşdur. Işə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “sözügedən daşınmaz əmlaka dair ilkin hüquqmüəyyənedici sənəd olan ##.##.1993-cı il tarixli Orderdə yaşayış sahəsi mənzil kimi deyil, fərdi yaşayış evi kimi qeyd edilmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçının adına ##.##.2022-ci il tarixli, qeydiyyat nömrəsi 1122183635 olan çıxarış tərtib edilərkən yaşayış sahəsinin ünvanı yalnız “ev 4” kimi qeyd olunmuş, mənzil nömrəsi göstərilməmişdir. Bu da həmin ünvanın yalnız bir yaşayış sahəsindən (bir evdən) ibarət olmasına dəlalət edir. Eyni zamanda məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdeh tərəfindən həmin ünvanda yerləşən əmlaka baxış keçirilmiş və baxış əsasında ##.##.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və əmlakın yerləşmə planı (cizgisi) tərtib edilmişdir. Həmin planda daşınmaz əmlakın göstəriciləri, habelə yerləşdiyi torpaq sahəsi barədə məlumatlar qeyd edilmişdir. Mübahisə predmeti olan daşınmaz əmlak cavabdeh inzibati orqan tərəfindən “mənzil” kimi qeydə alınsa da, xüsusiyyətlərinə görə bir və ya bir neçə otaqdan, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahə deyil, ayrıca həyətyanı sahəyə, ayrıca giriş-çıxışa, otaqlardan ibarət fərdi müəyyən edilmiş evdir. Mübahisəli daşınmaz əmlak fərdi yaşayış evinin xüsusiyyətlərinə malik olduğundan və cavabdeh tərəfindən tərtib edilmiş ##.##.2009-cu il tarixli, seriya MH ******* nömrəli çıxarışda mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi göstərildiyindən iddiaçının tələbi əsaslıdır, cavabdeh inzibati orqanın hərəkətsizliyi qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.”

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

28. Iş materiallarından görünür ki, ****** nömrəli, ##.##.1993-cu il tarixli Order ilə, Əzizbəyov prospekti, ev 4 ünvanında yerləşən, 2 otaqdan ibarət olan, ümumi sahəsi 26.08 kv.m. olan mənzil X1 verilmişdir. X1, ona məxsus olan * nömrəli evi X2 bağışlamışdır. Sonuncu həmin evi X4. ##.##.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, iddiaçı İddiaçı X4 vərəsəsi hesab edilmiş və ünvan 1 ünvanında, istifadədə olan 0,0286 ha torpaq sahəsində yerləşən, 1904-cü ildə tikilən yaşayış sahəsi 26,08 kv.m., ümumi sahəsi 40 kv.m. olan 1 mərtəbəli, iki otaqdan ibarət olan mənzil iddiaçının adına keçmişdir.

29. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* nömrəli, reyestr nömrəsi 011011001657-05101-093003 olan, ##.##.2009-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid küçəsində istifadəsində olan 0.0286 ha torpaq sahəsində yerləşən * nömrəli, 1 mərtəbəli binada 40 kv.m ümumi, 26.08 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyat aparılmışdır.

30. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nörməsi 011011001657- 05101-093003 olan, ##.##.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 7 ünvanda ümumi sahəsi 40,00 kv.metr olan mənzil üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır.

31. Beləliklə, müəyyən olunur ki, iddiaçının daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata müvafiq düzəlişlər edilməsini tələb etdiyi ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi həm vərəsəlik şəhadətnaməsində, həm də haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın da mənzil kimi qeyd olunmuş və daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatı aparılmışdır.

32. Iddiaçının da hazırda hüquqi marağı evin mənzil kimi deyil, fərdi yaşayış evi kimi qeydiyyata alınmasıdır. Halbuki məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı həmin mənzildən fərdi yaşayış evi kimi deyil, qeyri-yaşayış sahəsi kimi istifadə edir. Belə ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, “mənzil hüquqmüəyyənedici sənəd üzrə 40.0 kv.m 2 otaqdan, faktiki 200.1 kv.m sahədən ibarətdir. Kadastr koordinatları ilə ərazı yaşayış binalarının həyətində içərisində ağaclar olan ərazidir. Mənzilin qeydiyyatı barədə bazada məlumat yoxdur.Ərazidə su anbarına baza məlumatı var. Ortofoto əlavə edildi. Arxiv sənədlərinə əsasən mənzil ü/s 40.0m2 kimi qeydiyyata alınmışdır. Faktiki yerində yoxlama zamanı məlum oldu ki, mənzilə əlavə olaraq 160.10 m2 lik köməkçi tikillər inşa edilmişdir.Və qeyri-yaşayış sahəsi kimi (kafe) fəaliyyət göstərir.Obyekt 333.30 kv.m torpaq sahəsində yerləşən bir mərtəbəli bitişik tikilidir.”

33. ##.##.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, “mənzil hüquqmüəyyənedici sənəd üzrə 40.0 kv.m 2 otaqdan, faktiki 200.1 kv.m sahədən ibarətdir.Torpağa dair mənzil təqdim edilməyib, mənzildir. Yaşayış binasının qarşısında (həyətində) ümumi istifadədə, yaşıllıq sahədə yerləşir. Arxiv sənədlərinə əsasən mənzil ü/s 40.0 kv.m kimi qeydiyyata alınmışdır.Faktiki yerində yoxlama zamanı məlum oldu ki, mənzilə əlavə olaraq 160.10 kv.m lik köməkçi tikillər inşa edilmişdir. Və qeyri yaşayış sahəsi kimi (kafe) fəaliyyət göstərir. Obyekt 333.30 m2 Torpaq sahəsində yerləşən bir mərtəbəli bitişik tikilidir. Ərazidə yeraltı su anbarının baza məlumatı vardır.

34. Eyni zamanda məhkəmə tərkibi tərəfindən sözügedən mənzilin yerləşdiyi ünvana ## #### 2026-cı il tarixdə baxış keçirilmiş, Kollegiya tərəfindən iddiaçının iddia etdiyi ərazidə ikimərtəbəli tikilinin inşa edilməsi, həmin sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi və tikilinin ümumi istifadədə olan torpaq sahəsində yerləşməsi müəyyən edilmişdir.

35. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının həmin mənzildən fərdi yaşayış evi kimi deyil qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi və tikilinin ümumi istifadədə olan torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur.

36. Həmçinin müəyyən olunmuşdur ki, ##.##.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda mənzilin ümumi sahəsi 40,00 kv.metr olaraq qeydiyyatı aparılsa da mənzilə əlavə olaraq 160.10 kv.m lik köməkçi tikillər inşa edilmiş və həmin sahəyə dair hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

37. Yuxarıda qeyd olunanlar iddiaçının mülkiyyətdə olan mənzilinin qeydiyyatına müvafiq düzəlişlər edilməsini və fərdi yaşayış evi kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istisna edir. Belə ki, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

38. Bundan başqa, iddiaçının tələbinin digər hissəsi mübahisəli mənzil fərdi yaşayış evi kimi qeydə alındığı təqdirdə istifadəsində olan 0.0286 torpaq sahəsi ilə birlikdə ev və torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasıdır.

39. Göründüyü kimi, iddia tələbinin birinci hissəsinin (iddiaçının mülkiyyətdə olan mənzilin ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata müvafiq düzəlişlər edilməsi, adına olan evin fərdi yaşayış evi kimi qeydiyyata alınması) təmin olunmasına hüquqi əsaslar olmaması, iddia tələbinin ikinci hissəsinin də təmin edilməsini mümkünsüz edir.

40. Odur ki məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasından cavabdehin etdiyi imtina qanuna zidd olmamışdır.

41. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

42. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

43. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir.

44. Birinci instansiyası məhkəməsi qeyd edilən xüsusatları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

45. Odur ki, məhkəmə kollegiyası yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız hesab edilməli, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün şikayət təmin edilməli, Bakı Inzibati Məhkəməsinin e-*- *(***)-****/**** saylı ## ####### 2025-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamalıdır.

46. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı ## ####### 2025-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. Iddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar