Məhkəmə qərarları › İş №2-1(103)-50/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-50/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-50/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X34 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X6 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və X12) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4069/2021 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X13 cavabdehlər Bakı şəhər Cavabdehnə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 107,1 kv. metr yaşayış evinin və 133,1 kv. metr olan torpaq sahəsinin 4/9 hissəsinin hər kv. metrə görə 2.500 manat məbləğində pul olmaqla, ümumilikdə 267.000 manatın, həmin məbləğə əlavə hesablanmış 20 faiz, yəni 53.400 manatın, evin sökülməsinə görə məcburi kirayədə qalma haqqı olaraq 7.200 manatın, mənəvi zərərə görə 50.000 manatın, ümumilikdə 377.600 (üç yüz yetmiş yeddi min altı yüz) manat məbləğində pulun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi 0,01087 kv. metr torpaq sahəsində yerləşən ümumi sahəsi 107,1 kv. metr olan 56 saylı fərdi yaşayış evi 4/9 hissədə onun, digər hissələrdən 1/3 hissə X14 və 2/9 hissə X18 mülkiyyətlərindədir. Həmin daşınmaz əmlak əvvəldən xüsusi mülkiyyətdə olmuş və orada yaşayış olmuşdur. Həmin ərazidə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur. Cavabdeh Bakı şəhər Cavabdeh qanunsuz olaraq həmin daşınmaz əmlakı sökmüş və mülkiyyətçilərə hər hansı kompensasiya ödəməmişdir. Bakı şəhər Cavabdehnə müraciəti nəticəsiz qalmışdır. Halbuki zəruri sənədlər həmin orqana təqdim edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilmişdir. Həmin Nazirliyin 27 sentyabr 2019-cu il tarixli məktubunda həmçinin vurulmuş zərərin ödənilməsindən faktiki olaraq imtina edilmişdir. Cavabdeh evi özbaşına olaraq sökmüşdür və bununla da Konstitusiya və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri pozmuşdur. Həmin ərazidə yaşayış evinin kv. metr qiyməti 2.500 manat təşkil edir və həmin məbləğ torpaq sahəsinə də şamil olunmalıdır. Ona verilməli olan pul məbləği üzrə kompensasiya daşınmaz əmlakın bazar qiyməti ilə hesablanmalıdır. Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi 0,01087 kv. metr torpaq sahəsində yerləşən ümumi sahəsi 107,1 kv.metr olan 56 saylı fərdi yaşayış evi həmçinin evin altında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hesab olunur. Evin texniki pasportuna əsasən ümumi torpaq sahəsi 133,1 kv. metr təşkil edir. Beləliklə 107,1 kv. metr təşkil edən yaşayış evinin 4/9 hissəsi ilə yanaşı 133,1 kv. metr təşkil edən torpaq sahəsinin 4/9 hissəsi kompensasiya edilməlidir. Həmin 20 faiz ümumi məbləğə əlavə olunmalıdır. Eyni zamanda məcburi kirayə haqqı 7.200 manat təşkil edir. Mənəvi zərər qismində cavabdehdən 50.000 manat pul tutulmalıdır. Vurulmuş zərər hər iki cavabdehdən tutulmalıdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında mövcud olmuş yaşayış sahəsi dövlət ehtiyacları üçün alınmanın təsirinə düşməsi ilə əlaqədar qeydə alınmış, həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olan, faktiki olaraq istifadəsində və sahibliyində olan X5 razılaşdırılmış kompensasiya məbləği mövcud qanunvericiliyə uyğun olaraq xx.xx.2016-cı il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla 152.223 (bir yüz əlli iki min iki yüz iyirmi üç) manat bank vasitəsilə ödənilmişdir. xx.xx.2016-cı il tarixdə müqavilə bağlanan zaman iddiaçının mülkiyyətində və ya istifadəsində olan heç bir yaşayış sahəsi aşkar edilməmişdir. Məhkəməyə təqdim olunmuş RX seriyalı ******* №li “Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışı”ndan da göründüyü kimi həmin ünvanda yerləşən daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququ yalnız xx.xx.2019-cu il tarixdə yəni sözügedən ünvanda əmlakın dövlət ehtiyacları üçün alınmasından və sökülməsindən 3 il sonra dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, çıxarışdan da göründüyü kimi həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir və iddiaçıya torpaq sahəsinə görə kompensasiya ödənilməsi mümkün deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-394/2020 saylı 09 iyul 2020-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-394/2020 saylı 09 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1590/2020 №li iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-394/2020 saylı 09 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, iş materiallarından görünür ki, iddiaçının kompensasiya tələbi iki cavabdehə qarşı yönəlmişdir. İddia ərizəsində iddiaçı iki cavabdeh göstərsə də, işə birinci instansiya qaydasında baxmış məhkəmə həmin cavabdehlərdən hansına qarşı iddianın mümkünlük şərtlərinin ödənildiyini, hansına qarşı isə ödənilmədiyini yoxlamadan iddianın mahiyyətinə qiymət vermişdir. Hazırki işdən müəyyən olunur ki, iddiaçının tələbi iki cavabdehə qarşı verilsə də, həmin tələb hər cavabdehə münasibətdə əsaslandırılmamış, keçirilmiş məhkəmə iclasında isə iddiaçı iştirak etmədiyi üçün dinlənilməmiş və nəticədə hansı cavabdehdən nəyi tələb etdiyi məsələsi aydınlaşdırılmamışdır. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən inzibati icraat həyata keçirilərkən sözügedən daşınmaz əmlakın mübahisəli olduğu inzibati orqana məlum olmuş, hətta iddiaçının bu barədə icra hakimiyyəti orqanına müvafiq müraciətləri də olmuşdur. Buna baxmayaraq inzibati orqan olan Cavabdeh Tamara Məhərrəmova ilə alqısatqı münasibətlərinə daxil olmamışdan əvvəl həyata keçirdiyi inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə riayət etməmiş, iddiaçını maraqlı şəxs olduğu halda hər hansı formada inzibati icraatla bağlı məlumatlandırmamış və onun dinlənmə hüququnu təmin etməmişdir. Bunu inzibati orqan onunla izah etmişdir ki, Tamara Məhərrəmova ilə alqısatqı müqaviləsi bağlanan zaman mübahisəli əmlakda başqa şəxslərin də qeydiyyatda olduğu və ya başqa şəxslərin mülkiyyətçi olması faktı ona məlum olmamışdır. Apellyasiya baxışı zamanı Cavabdehndən xx.xx.2016-cı il tarixdə Tamara Məhərrəmova ilə alqı-satqı müqaviləsi bağlanarkən sözügedən daşınmaz əmlak üzərində hüquqların qeydi ilə bağlı müvafiq sənədlərin tələb olunması barədə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müvafiq sorğunun ünvanlanıbünvanlanmadığı, başqa sözlə, mübahisəli daşınmaz əmlakla bağlı hüquqmüəyyənedici sənədlərin kimin adına olması barədə hansı araşdırmanın aparılmasını təsdiq edən müvafiq sübutların təqdim olunması tələb olunsa da, sonuncu belə sənədləri təqdim edə bilməmişdir. - İşə baxan məhkəmə tərəfindən kompensasiyanın ödənildiyi Tamara Məhərrəmovanın Bakı şəhəri, ünvan 7 fərdi yaşayış evinə hər hansı hüquq müəyyənedici sənədinin mövcud olub-olmaması, dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan mübahisəli daşınmaz əmlakın üzərində kimin hüquqlarının dövlət reyestrində qeydə alınması, mübahisəli ev üzərində həbs oluğu halda onun alqı-satqısının mümkünlüyünün inzibati orqan tərəfindən araşdırılıb-araşdırılmadığı müəyyən edilməmiş, nəhayət inzibati orqan tərəfindən inzibati icraatın qanunvericiliyin tələblərinə müvafiq qaydada aparılmadığına, o cümlədən iddiaçının inzibati icraata cəlbinin zəruriliyi və onun dinlənmə hüququnun pozulmasına qiymət verilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil İPM-nin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, əvvəlki iddia tələblərinin qüvvədə saxlanılmaqla vurulan zərərin Bakı şəhər Cavabdehndən tutumasını, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin isə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində qəbul olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4069/2021 saylı qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə ünvan 2 ünvanında yerləşən 107,1 kv. metr fərdi yaşayış evinin 4/9 hissəsinin dövlət ehtiyacları üçün alınmanın təsirinə düşməsi ilə əlaqədar 71.400 (yetmiş bir min dörd yüz) manat məbləğində kompensasiyanın iddiaçı X8 ödənilməsi vəzifəsinin qoyulması, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilməmiş hissəində ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsi və qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh evi özbaşına olaraq sökmüşdür və bununla da Konstitusiya və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri pozmuşdur. İddiaçıya verilməli olan pul məbləği üzrə kompensasiya daşınmaz əmlakın bazar qiyməti ilə hesablanmalıdır. Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi 0, 01087 kv.m. torpaq sahəsində yerləşən ümumi sahəsi 107, 1 kv.m. olan 56 saylı fərdi yaşayış evi həmi özü və həmçinin evin altında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hesab olunur. 107, 1 kv.m. təşkil edən yaşayış evinin 4/9 hissəsi ilə yanaşı, 108 kv.m. təşkil edən torpaq sahəsinin 4/9 hissəsində kompensasiya verilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 07 dekabr 2007-ci il tarixli, 506-İİQD saylı Qanununun tətbiq edilməsi haqqında” 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddaaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara da şamil edilir). Həmin 20 faiz ümumi məbləğə əlavə olunmalıdır. Eyni zamanda mənəvi zərər qismində cavabdehdən 50 min manat pul tutulmalıdır. Bu daşınmaz əmlakın özbaşına sökülməsi nəticəsində keçirdiyi sarsıntılar və kompensasiyanı könüllü ödəməkdən imtina etməyə görədir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Resoublikasının Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Məhkəmə iddiaçının mübahisə predmeti olan evə görə kompensasiya ödənilməsi ilə bağlı tələbini təmin etməklə qeyd olunan qanunun maddələrini pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, sözügedən fərdi yaşayış evinin 1/3 hissəsinin iddiaçının adına xx.xx.2012-ci il tarixində qeydiyyata alınmasına əsas olmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(0040-6883/2011 saylı, 18 noyabr 2011-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2015-ci il tarixli, 2(103)-2080/2015 saylı qərardadına əsasən maraqlı şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilmişdir. Mübahisə predmeti olan ev “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” AR Nazirlər Kabinetinin 11 noyabr 2015-ci il tarixli 358 nömrəli qərarın təsirinə düşdüyü səbəbindən 2015-ci il tarixindən sonra həmin əmlak dövlət ehtiyacları üçün siyahıya alınmışdır. Beləliklə, həmin daşınmaz əmlaka faktiki sahiblik və istifadə edən şəxs Məhərrəmova Tamara alınmanın təsirinə məruz qalan şəxs hesab edildiyi üçün onunla Cavabdeh arasında xx.xx.2016-cı il tarixində alqı-satqı müqaviləsi bağlanaraq Bakı şəhəri, Yasamal rayonu,Ç.Mustafayev küçəsi, 56 saylı evə görə ona kompensasiya məbləği ödənilmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına səbəb olunmuş qətnamə digər yuxarı instansiya məhkəməsinin qərardadı ilə ləğv edildiyi üçün fərdi yaşayış evi dövlət ehtiyacları üçün siyahıya alınma zamanı iddiaçının həmin dövr üçün mülkiyyət hüququ olmamışdır. Nəticə etibarı ilə Cavabdeh vicdanlı alıcı olmuşdur. Bu səbəbdən də, iddiaçının kompensasiya hüququnun olması barədə məhkəmənin mövqeyi əsassızdır. Məhkəmə iddiaçının alınmanın təsirinə məruz qalan şəxs hesab edilməsində xx.xx.2012-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydin ləğv edilməməsinə istinad etməklə sözügedən qanunun 7.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, mübahisə predmeti olan evə dair iddiaçının mülkiyyət hüququnun əmələ gəlməsinə səbəb olan qətnamənin ləğv edilməsi iddiaçının mülkiyyət hüquqlarının ləğvi ilə nəticələnmişdir. Sözügedən fərdi yaşayış evinin 1/3 hissəsinin iddiaçının adına xx.xx.2012-ci il tarixində qeydiyyata alınmasına əsas olmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(0040-6883/2011 saylı, 18 noyabr 2011-ci il tarixli qətnaməsi isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2015-ci il tarixli, 2(103)-2080/2015 saylı qərardadına əsasən ləğv edilmişdir. Sözügedən qərardadın icra edilməməklə dövlət reyestrində aparılmış mülkiyyət hüququnun qeydinin ləğv edilməməsi səbəbindən iddiaçının kompensasiya hüququnun olması ilə bağlı məhkəmənin mövqeyi tam əsassızdır. Belə ki, AR MPM-nin 15.2-ci maddəsinin tələblərinə görə həmin qərardad mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alan orqan üçün məcburidir və hökmən icra olunmalı idi. Nəticə etibarı ilə, mübahisə predmeti olan evə dair iddiaçının mülkiyyət hüququnun əmələ gəlməsinə səbəb olan qətnamənin qərardada əsasən ləğv edilməsi, həmin qərardadın icra edilib-edilməməsindən asılı olmayaraq iddiaçının mülkiyyət hüquqlarının öz-özlüyündə ləğvi ilə nəticələnmişdir. Beləliklə də, siyahıya alınma dövründə iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evinə dair nə mülkiyyət hüquqları, nə də ki, istifadə və sahiblik hüquqları olmamışdır. Məhkəmə qərar qəbul edərkən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır və yanlış hüquqi nəticəyə gəlmişdir. Belə ki, məhkəmə iş materiallarında olan iddiaçının müxtəlif tarixlərdə Cavabdehnə ünvanladığı ərizələri tam araşdırmadığı üçün səhv nəticəyə gəlmişdir. Çünki, iddiaçı iddia tələbində qeyd olunan tələbdən fərqli məzmunlu ərizələrlə Cavabdehnə müraciət etmişdir. Yəni iddia tələbində qeyd olunan tələbdən fərqli məzmunda ərizələrlə Yasmal Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Məhkəmə inzibati iş üzrə qərar qəbul edərkən iddiaçının alınmanın təsirinə məruz qalan şəxs hesab edilib-edilməməsini tam araşdırmamışdır. Belə ki, iş materiallarından görünür ki, sözügedən fərdi yaşayış evinin 1/3 hissəsinin iddiaçının adına xx.xx.2012-ci il tarixində qeydiyyata alınmasına əsas olmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(0040-6883/2011 saylı, 18 noyabr 2011-ci il tarixli qətnaməsi Bakı Apelyyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2015-ci il tarixli, 2(103)-2080/2015 saylı qərardadına əsasən maraqlı şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilmişdir. Mübahisə predmeti olan ev “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” AR Nazirlər Kabinetinin 11 noyabr 2015-ci il tarixli 358 nömrəli qərarın təsirinə düşdüyü səbəbindən 2015-ci il tarixindən sonra həmin əmlak dövlət ehtiyacları üçün siyahıya alınmışdır. Beləliklə, həmin daşınmaz əmlaka faktiki sahiblik və istifadə edən şəxs Məhərrəmova Tamara alınmanın təsirinə məruz qalan şəxs hesab edildiyi üçün onunla Cavabdeh arasında xx.xx.2016-cı il tarixində alqı-satqı müqaviləsi bağlanaraq Bakı şəhəri, Yasamal rayonu,Ç.Mustafayev küçəsi, 56 saylı evə görə ona kompensasiya məbləği ödənilmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına səbəb olunmuş qətnamə digər yuxarı instansiya məhkəməsinin qərardadı ilə ləğv edildiyi üçün fərdi yaşayış evi dövlət ehtiyacları üçün siyahıya alınma zamanı iddiaçının həmin dövr üçün mülkiyyət hüququ olmamışdır. Məhkəmənin sözügedən qərardadının icra edilməməsi ilə bağlı iddiaçının kompensasiya alınması üçün hüququnun olması ilə bağlı Bakı İnzibati Məhkəməsinin mövqeyi tam əsassızdır. Belə ki, mübahisə predmeti olan evə dair iddiaçının mülkiyyət hüququnun əmələ gəlməsinə səbəb olan qətnamənin qərardada əsasən ləğv edilməsi, həmin qərardadın icra edilibedilməməsindən asılı olmayaraq iddiaçının mülkiyyət hüquqlarının qanunvericiliyin tələbləri baxımından ləğvi ilə nəticələnmişdir. Beləliklə də, siyahıya alınma dövründə iddiaçının nə mülkiyyət hüquqları, nə də ki, istifadə və sahiblik hüquqları olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – torpaq sahəsinə görə kompensasiyanın ödənilməsinin rədd edildiyi hissəsə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının tələblərinə uyğun olaraq, Bakı şəhəri Cavabdeh tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacı üçün geri alınması ilə bağlı X5 xx.xx.2016-cı il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla 152.223 manat məbləğində razılaşdırılmış kompensasiya məbləği ödənilmişdir İddiaçı tərəfindən cavabdeh Bakı şəhəri Cavabdehnə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 107.1 kv.m. olan mülkün 4/9 hissəsinin ona məxsus olması, həmin ünvanda yerləşən mülkə dair kompensasiyanın onun razılığı olmadan, həmin ünvanda qeydiyyatda olan, lakin heç bir sənədi olmayan bir kimsəyə verilməsi və ona kompensasiyanın verilməməsi qeyd edilmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının kompensasiya ödənilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, mübahisəli fərdi yaşayış evinin dövlət ehtiyacı üçün alınması məqsədilə xx.xx.2016-cı il tarixdə Tamara Məhərrəmova ilə Cavabdeh arasında razılıq əldə edilmiş və müvafiq kompensasiya ödənilmişdir. İddiaçı ona kompensasiyanın ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyyə Nazirliyinə müraciət etsə də, onun müraciətindən imtina edilmişdir. Belə ki, iddiaçıya ünvanlanmış DX-03/05-05-985-5 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı ünvan 7 ünvanda mövcud olan yaşayış sahəsi dövlət ehtiyacları üçün alınmanın təsirinə düşməsi ilə əlaqədar qeydə alınmış, həmin ünvanda yaşayan və alınmasının təsirinə məruz qalan mülkiyyətçi ilə razılaşdılmış kompensasiya məbləği mülkiyyət hüquqlarını təsdiq edən sənəd əsasında, mövcud qanunvericiliyə uyğun olaraq notarial qaydada alqı-satqı müqaviləsi bağlamaqla bank vasitəsilə 2016-cı il tarixdə ona ödənilmiş, dövlət ehtiyacları üçün alınma ilə əlaqədar həmin ünvanda yalnız bir yaşayış evi qeydə alınaraq köçürülmüş, ünvanda digər şəxslər, o cümlədən onun adında, yaxud istifadəsində olan heç bir yaşayış sahəsi akşar edilməmişdir. Habelə hazırki müraciətinə əlavə edilmiş RX seriyalı ******* saylı reyestrdən çıxarışdan da göründüyü kimi, həmin ünvanda onun adına daşınmaz əmlak yalnız xx.xx.2019-cu il tarixdə, yəni sözügedən ünvanda əmlakın dövlət ehtiyacları üçün alınmasından və sökülməsindən üç il sonra qeydə alınmışdır. Qeyd olunan ünvanda yaşayış sahəsinə görə kompensasiya hüququnun olub-olmamasının aydınlaşdırılması üçün mülkiyyət hüququnu təsdiq edən sənədlərlə birlikdə “Daşınmaz əmlakın alınması qrupu”na müraciət etməsi məqsədəuyğun hesab olunmuşdur. Bundan sonra İddiaçı fərdi yaşayış evinin 4/9 hissəsinin onun adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın verildiyini, lakin daşınmaz əmlak sökülərkən mülkiyyətçilərə hər hansı kompensasiya ödənilmədiyini göstərmiş və buna dair kompensasiya tələbi ilə məhkəməyə müraciət etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 04 iyul 2018-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.1976-cı il tarixdə vəfat etmiş X19 vərəsəsi qardaşının nəvəsi – İddiaçı – ünvan 8 ünvanında miras əmlakdan 1/3 hissə paydan 1/3 paya (evin 1/9 hissəsinə) pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə- X22 verilmiş **********37-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 9 ünvanında sahəsindən paylı mülkiyyət hüququ üzrə miras qoyana məxsus 1/3 hissə paydan ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 107,1 kv.metr fərdi yaşayış evinin 4/9 hissəsi İddiaçı adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən **********37-10301 reyestr nömrəli xx.xx.2014-cü il tarixdə texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daxil olmuş sənədlərdən, o cümlədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6883/2011 saylı 18 noyabr 2011-ci il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilərək, ünvan 10 ünvanında yerləşən evə dair ünvan 11trindən çıxarışda qeyd olunmuş X31 X9 olması faktının müəyyən edilməsi, ünvan 10 ünvanında yerləşən evin 1/3 hissəsinə miras əmlakının İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, ünvan 10 ünvanında yerləşən evin 1/3 hissəsinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının İddiaçı adına aparılması və həmin hissəyə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissədə xx.xx.2012-ci il tarixdə İddiaçı, 1/3 hissədə X28 və 1/3 hissədə X18 adına qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2080/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6883/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsindən maraqlı şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, həmin iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6883/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. Həmin qərardadla ərizəçiyə izah olunmuşdur ki, eyni məzmunlu iddia tələbi ilə iddia icraatı qaydasında məhkəmədə iddia qaldıra bilər. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2020-ci il tarixli **********50 saylı məktubunda göstərilmişdir ki, ünvan 4 saylı fərdi yaşayış evi ilkin tarixsiz olaraq X27, X14, X18 adlarına qeydiyyatdan keçmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-6883/2011 saylı xx.xx.2011ci il tarixli qətnaməsinə əsasən sözügedən fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı Əskərəli qızının adına qeydiyyatdan keçmiş, 5 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-54 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən fərdi yaşayış evinin X23 məxsus 1/3 hissədən 1/3 hissəsi İddiaçı Əskərəli qızının adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin mülkiyyətçiləri aşağıdakılardır: X14 1/3 hissə, X18 2/9 hissədə açıq qalır, İddiaçı 4/9 hissə. 1187 saylı xx.xx.2016-cı il tarixli Forma 2 arayışına əsasən ünvan 13 ünvanında X3 özü və oğlu X17 daimi qeydiyyatda olmuş və sahibin adına heç bir sənəd yoxdur. 09 sentyabr 2016-cı il tarixli X10 ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, X12 152.223 manat məbləğində kompensasiya almaqla ünvan 4 ünvanında yerləşən fərdi yaşayış sahəsindən Cavabdeh xeyrinə imtina etmişdir. X2 tərəfindən notariat kontoruna ünvanlanmış ərizədən görünür ki, ərizəçi ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evində ona məxsus olan payına görə digər payçılar tərəfindən hər hansı bir iddia yaranarsa onların payını qaytarmağı və bununla bağlı yaranan bütün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, iddiaçı 2011-ci il tarixdən vərəsəliklə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev 56 saylı mülkdə yaşayan Tamara Məhərrəmova ilə əlaqə saxlamış, onlar eyni hüquqa malik baba nəvələridirlər. Həmin ünvanda yerləşən mülk onların babaları X7 aiddir. Həmin mülk 3 paylı olmaqla babası, onun bacıları (bibiləri) X44 və X21 məxsusdur. Hazırki dövrə kimi evin çıxarışı X42 adınadır. O, 1976-cı ildə ölmüşdür. Vərəsəliklə bağlı məhkəmə prosesi gedir. Həmçinin 2016-cı ilin 3 iyun tarixində mülkə həbs qoyulmuşdur. Məhkəmə prosesinin olması ilə bağlı Cavabdehnə, Söküntü Komissiyasına və Mənzil Kommunal Sahəsinə məlumat verilməsinə baxmayaraq 2016-cı ilin avqust ayının 26-da məlum olmuşdur ki, mülk bir gün əvvəl, yəni 25 avqust 2016-cı ildə sökülmüşdür. Alqı-satqı işinə əlavə edilmiş sənədlərdən görünür ki, qeyd olunan mübahisəli ünvanda X4 özü və oğlu X11 başqa şəxslər qeydiyyatda olmamışdır. Məhz buna görə də Bakı şəhər Cavabdeh tərəfindən X1 olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar xx.xx.2016-cı il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla 152.223 manat məbləğində razılaşdırılmış kompensasiya məbləği ödənilmişdir. “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilməsi; Bakı şəhəri Cavabdehnə bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsinin tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusıyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. Həmin Məcəllənin 246.7-ci maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Məcəllənin 1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 5.1-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1.xüsusi mülkiyyətdə olan torpaqlar; 23.1-ci maddəsinə əsasən bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1.alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; 58.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2-ci maddəsinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqısatqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3-cü maddəsinə əsasən torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4-cü maddəsinə əsasən torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları isə hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı 25 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, doğrudur ki, ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın “qanuni istifadəçisi” olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi var idi. Müvafiq olaraq, 8 oktyabr 2005-ci il tarixində ərizəçinin torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər mülki marağa malik olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə müəyyən edir ki, həm ev, həm də torpaq sahəsi 1 saylı Protokolun 1 -ci maddəsinə əsasən ərizəçinin “mülkiyyəti” olmuşdur. Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar 2011-ci ildən başlayaraq şəhərin ayrı-ayrı ərazilərində, o cümlədən Bakı şəhərinin Yasamal rayonunda Sovetski adlanan ərazidə mənzil sahiblərinə hər kvadratmetri 1.500 manatdan olmaqla kompensasiya ödənilmişdir. Ayrı-ayrı məhkəmə mübahisələri üzrə qərarlarla da mənzil sahiblərinə kompensasiyanın hər kv.m. üçün maksimum 1.500 manatdan kompensasiya ödənilməsi qərara alınmışdır. Kollegiya qeyd edir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsiri altına düşmüşdür. Yaşayış sahəsi dövlət ehtiyacları üçün alınmanın təsirinə düşməsi ilə əlaqədar qeydə alınmış, qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüquqları və ya istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, yalnız həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olan, faktiki olaraq istifadəsində və sahibliyində olan X5 xx.xx.2016-cı il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla 152223 manat məbləğində (alqı-satqı müqaviləsinə əlavə olunmuş qiymətləndirilmə cədvəlinə görə əsas və köməkçi sahələrin hər kv. metri 1.500 manat olmaqla) razılaşdırılmış kompensasiya məbləği sonuncuya ödənilmişdir. Lakin, cavabdeh inzibati orqan ünvan 2 ünvanında yerləşən 107,1 kv.metr fərdi yaşayış evinin 4/9 hissəsinin İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olduğu nəzərə alınmamış və həmin daşınmaz əmlakla bağlı kompensasiya ödənilərkən, aparılmış inzibati icraatda onun iştirakı təmin olunmamışıdr. Odur ki, birinci instansiya məhkəməsi ünvan 2 ünvanında yerləşən 107,1 kv. metr fərdi yaşayış evinin 4/9 hissəsinin dövlət ehtiyacları üçün alınmanın təsirinə düşməsi ilə əlaqədar, cavabdehdən iddiaçının xeyrinə 71.400 (107,1 kv. metrin 4/9 hissəsi=47,6 kv. metr x 1.500 manat) manat məbləğində pul tutulması barədə düzgün nəticəyə gəlmişdir. Evin sökülməsi nəticəsində məcburi kirayə haqqı tələbinə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəmə araşdırması iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli daşınmaz əmlakın paylı mülkiyyətçilərindən biri olsa da, həmin daşınmaz əmlakın dövlət ehtiyaclarının alınması və sökülməsi vaxtı həmin evdə yaşamamışdır. İddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsinə münasibətdə kollegiya qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Hazırda, iddiaçı ona cavabdeh inzibati orqan tərəfindən mənəvi ziyan vurulması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi məhkəmə iddia tələbini evin yerləşdiyi torpaq sahəsinə görə kompensasiya ödənilməsi hissəsində iddianı rədd edərkən qərarını onunla əsaslandırmışdır ki, iddiaçı həmçinin iddia tələbi üzrə 133,1 kv. metr torpaq sahəsinin 4/9 hissəsinin hər kv.metrinə görə 2.500 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Lakin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0,01087 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadədir. Buna görə də iddiaçının həmin torpaq sahəsinə görə kompensasiya ödənilməsi tələbi əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, iddia tələbi iddiaçının istifadəsində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alındığına görə onlara kompensasiya ödənilməlidir. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı. Cavabdehin hərəkətləri nəticəsində torpaq sahəsi ilə bağlı iddiaçıya vurulmuş ziyana görə cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi). Azərbaycan Respublikasının yuxarıda sadalanan qanunvericilik aktlarına, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı iş üzrə 25 yanvar 2015-ci il tarixli qərarına əsasən iddiaçının mülkiyyətində olan mənzilin altında və istifadəsində olan torpaq sahəsi 1 saylı Protokolun 1-ci maddəsinə əsasən onun “mülkiyyəti” olmuşdur və onlara mülkiyyətlərindən məhrum olduğuı torpaq sahəsinə görə kompensasiya ödənilməlidir. Apellyasiya baxışı zamanı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun 58-ci maddəsinin tələblərinə uyğun olaraq Yasamal rayonu Çingiz Mustafayev küçəsi adlanan ərazidə mülkiyyəti olan vətəndaşlarla Bakı şəhəri Cavabdeh arasında bağlanılmış alqı-satqı müqavilələrinin təsdiq olunmuş surətlərinin, eyni zamanda fiziki və hüquqi şəxslərin öz aralarında olan (Çingiz Mustafayev küçəsi və ya başqa yaxın ərazi) alqı-satqı müqavilələrinin təsdiq olunmuş surətlərinin təqdim olunması ilə bağlı Bakı şəhəri 19 saylı Notariat Ofisinə sorğu verilmişdir. Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən məhkəmə kollegiyasına daxil olmuş alqısatqı müqavilələrindən görünür ki, ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 290,3 kv.m, yaşayış sahəsi 179 kv.m, yardımçı sahəsi 111,3 kv.m oan fərdi yaşayış evinin 1/6 hissəsinin qiyməti 91614 manat, ünvan 16 ünvanında yerləşən ümumi sahəsi 141 kv.m, yaşayış sahəsi 71.9 kv.m, yardımçı sahəsi 69,1 kv.m oan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə 1 otağının qiyməti 35090 manat qiymətləndirilməklə dövlət ehtiyacları üçün alıcı Cavabdeh tərəfindən alınmışdır. Kollegiya qeyd edir ki, təqdim olunmuş alqı-satqı müqavilələri fərdi yaşayış evləri, mənzillərin və qeyri-yaşayış sahələrinin satılması ilə bağlı olmuş, həmin müqavilərə əsasən torpaq sahəsinin hər kvadrat metrinə görə bazar dəyərini müəyyən etmək mümkün olmamışdır. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-34/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, iş materiallarında olan müqavilələrdən göründüyü kimi, mübahisələndirilən ərazidə 91 kv.m torpaq sahəsi 45900 manata, yəni 1 kv.m 500 manatdan; 0,11289 ha torpaq sahəsi (yəni 1 kv.m 175,8 manat) 198.567 manat qiymətləndirilməklə Cavabdeh tərəfindən alınmışdır. Göründüyü kimi dövlət ehtiyacları üçün alınmış torpaq sahələrinin alıcı orqan tərəfindən alqı-satqı müqavilələri bağlanarkən həmin ərazidə torpaqların bazar dəyəri 1 kv.m-ə görə təxmini 340 manat (175,8+500:2= 340) dəyərində olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar tərəfindən onlara məxsus fərdi yaşayış evinin hər bir kv.m görə 1500 manatdan kompensasiya aldıgı da nəzərə alaraq yaşayış evinin altında yerləşən və istifadə hüququ əsasında onlara məxsus olan torpağın hər kv.m-nə görə 340 manat məbləğində kompensasiyanın verilməsi ədalətli və ağlabatandır. Bu səbəbdən, iddiaçılara evin yerləşdiyi torpaq sahəsinə görə istifadəsində olduqları paylara münasibətdə hər kv.mə görə 340 manatdan kompensasiyanın ödənilməsini məqsədəmüvafiqdir. Həmin qərardan göründüyü kimi dövlət ehtiyacları üçün alınmış torpaq sahələrinin alıcı orqan tərəfindən alqı-satqı müqavilələri bağlanarkən həmin ərazidə torpaqların bazar dəyəri 1 kv.m-ə görə təxmini 340 manat dəyərində olmuşdur. X16 küçəsi ərazisində yerləşən torpaq sahəsinin 1 kv.m-ə görə dəyərinin 340 manat müəyyən olunmasını bazar qiymətinə uyğun və ağlabatan hesab edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 107,1 kv.metr, torpaq sahəsinin ölçüsü 0,01087 ha qeyd olunmuşdur. Odur ki, kollegiya hesab edir ki, iddiaçı X8 mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0,01087 ha torpaq sahəsinə görə 16422 manat (108,7 kv. metrin 4/9 hissəsi=48,3 kv. metr x 340 manat) məbləğində kompensasiya verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4069/2021 saylı qərarı qismən – “ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə görə kompensasiyanın ödənilməməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdeh Bakı şəhəri Cavabdehndən 16422 manat məbləğində pul alınaraq iddiaçı X8 ödənilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4069/2021 saylı qərarı qismən – “ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə görə kompensasiyanın ödənilməməsi” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdehndən 16422 manat məbləğində pul alınaraq iddiaçı X8 ödənilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar