Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-500/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “tikintiyə icazənin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “tikintiyə icazənin ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 255/2022 saylı 27 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “tikintiyə icazənin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsi Bakı şəhəri Binəqədi rRayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 08/03 saylı qərarı və “Torpaqların alqı-satqısına dair" akt əsasında İddiaçı satılmışdır. Həmin tarixdən bu günədək sözügedən torpaq sahəsi onun mülkiyyətindədir. Sözügedən torpaq sahəsini o, 10 iyun 2016-cı il tarixdən "xxxx" MMC-nin qanuni təmsilçisi X4 ilə bağlanmış icarə müqaviləsi əsasında 10 il müddətinə "xxxx" MMC-nin istifadəsinə vermişdir. "xxxx" MMCnin müraciəti əsasında 10 fevral 2017-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsində “"xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında” 53 saylı sərəncam qəbul edilmişdir (həmin sərəncamın ləğv edilməsi üçün artıq müraciət edilmişdir). Lakin sonradan "xxxx" MMC onlar arasında bağlanmış müqavilənin şərtlərini pozaraq uzun müddət icarə haqqını ödəməmiş və bu vəziyyət 3 aydan çox davam etdiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.7-ci maddəsini (bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər) rəhbət tutaraq, icarə müqaviləsini birtərəfli qaydada 24 iyul 2018-ci il tarixdən ləğv etmiş və bu barədə "xxxx" MMC-yə rəsmi şəkildə yazılı bildiriş təqdim etmişdir. Lakin "xxxx" MMC icarə müqaviləsinin faktiki olaraq ləğv edilməsinə məhəl qoymadan torpaq üzərində istifadə və ya hər hansı digər əmlak hüququ olmadığı halda həmin torpaq sahəsində yaşayış binası tikmək üçün icazə verilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinə müraciət etmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət olunaraq, "xxxx" MMC İlə bağlanmış icarə müqaviləsinə xitam verildiyi və "xxxx" MMC-nin faktiki olaraq sözügedən torpaq sahəsi üzərində heç bir istifadə hüququnun olmadığı bildirilsə də, İdarə buna heç bir əhəmiyyət vermədən qanunsuz olaraq 7 may 2020-ci il tarixli 38 nömrəli “Tikintiyə İcazə” sənədi ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsi üzərində "xxxx" MMC-yə yaşayış binasının tikilməsinə icazə vermişdir. “MAP" MMC İlə iddiaçı arasında bağlanan və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsinin icarə predmeti olduğu icarə müqaviləsi ləğv edildiyindən və nəticədə "xxxx" MMC-nin sözügedən torpaq sahəsi üzərində hər hansı əmlak hüququ olmadığından, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin həmin torpaq sahəsi üzərində "xxxx" MMC-yə tikinti üçün icazə vermək səlahiyyəti yoxdur. Lakin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi səlahiyyətlərini aşaraq iddiaçının mülkiyyət toxunulmazlığını pozmuş və başqaları tərəfindən də pozulması üçün qanunsuz inzibati akt qəbul etmişdir. "xxxx" MMC Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qəbul edilmiş 7 may 2020-ci il tarixli “Tikintiyə İcazə” sənədinin etibarsız olduğuna baxmayaraq, həmin icazə əsasında hal-hazırda iddiaçının mülkiyyətinə müdaxilə edərək qanunsuz olaraq həmin torpaq sahəsində tikinti işləri aparmağa başlamışdır. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 65.1.2, 67.2, 67.3-cü maddələrinə, İPM-in 2.2.5, 36.1-ci maddələrinə əsaslanaraq, cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 may 2020-ci il tarixli 38 nömrəli “Tikintiyə icazə” sənədinin ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-255/2022 saylı 27 may 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh inzibati orqan və 3-cü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə onların iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və 3-cü şəxs Bakı şəhəri Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə qərardadı ilə Bakı şəhəri Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi üçüncü şəxs qismində adi cəlbetmə qaydasında icraata cəlb edilmişdir. Hazırki iş üzrə məhkəmə qərardadının elan edilməsi Azərbaycan Respublikası İPMnin 75.1-ci maddəsinə əsasən 22 noyabr 2023-cü il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşin faktiki hallarına görə, İddiaçı Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 08/03 nömrəli qərarına əsasən 1.200 kv.m torpaq sahəsi verilmişdir. Sonradan iddiaçı icarəyə verən olaraq icarəçi "xxxx" MMC ilə notarial qaydada təsdiqlənmiş 10 iyun 2016-cı il tarixli “İcarə müqaviləsi” bağlayaraq, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən 1.200 kv.m torpaq sahəsini 10 il müddətinə icarəçiyə icarəyə vermişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 fevral 2017-ci il tarixli 53 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2015-ci il tarixli 5 saylı qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yaşayış binasının tikintisinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsinin 30 yaanvar 2017-ci il tarixli 18/03-8/220 saylı məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılması təsdiq edilmiş və "xxxx" MMC-nin 30 yanvar 2017-ci il tarixli 15 saylı müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən icazə əsasında 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının (başçının müavininin səlahiyyətlərini müvəqqəti icra edən, aparatın rəhbəri) 11 iyun 2018-ci il tarixli 363 nömrəli sərəncamı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 6 saylı qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq qaydada razılaşdırılmış tikinti obyektlərinə, o cümlədən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə "xxxx" MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış binasına dair tərtib edilmiş şəhərsalma əsaslandırmaları təsdiq edilmişdir. Bakı ŞİH başçısının (başçının müavininin səlahiyyətlərini müvəqqəti icra edən, aparatın rəhbəri) 11 iyun 2018-ci il tarixli 363 nömrəli sərəncamı Bakı Şəhər İcra Hakimiyyəti başçısının 3 yanvar 2019-cu il tarixli 02 nömrəli sərəncamı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 17 yanvar 2020-ci il tarixli 1 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 6 saylı qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, müvafiq tikinti obyektlərinə, o cümlədən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən 1 ədəd bir girişli 11 mərtəbəli yaşayış binasına (Sifarişçi "xxxx" MMC, Layihəçi “Azərdövlətlayihə” DBLİ) dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddia verərək, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 may 2020-ci il tarixli 38 nömrəli “Tikintiyə icazə” sənədinin ləğv edilməsini tələb edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən iddia tələbi təmin olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Odur ki, hazırki iş üzrə iddiaçının iddiasının mümkünlüyü yoxlanılarkən müəyyən olundu ki, iddiaçıya Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 08/03 nömrəli qərarına əsasən 1.200 kv.m torpaq sahəsi verilsə də, iddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarını hal-hazıradək rəsmiləşdirməmişdir. İddiaçının sözügedən torpaq üzərində hüququ dövlət torpaq kadastrında və dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş yeni Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. (21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiya) -4-cü bəndinə əsasən dövlət aktının, şəhadətnamənin, alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. -5-ci bəndinə əsasən torpaq üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınır. -67-ci maddəsinin 2-ci bəndinə əsasən dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. (21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiya). -68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. -78-ci maddəsinə əsasən:
1. Torpaq sahəsinin dövlət qeydiyyatı dövlət torpaq kadastrında aparılır.
2. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı torpaq sahəsinin yerləşdiyi ərazi üzrə dövlət reyestrinə aşağıdakı məlumatların daxil edilməsi ilə aparılır: torpaq sahəsi üzərində hüququ əldə edən şəxs barədə məlumat; torpaq sahəsinin təsviri (torpağın kateqoriyası, istifadə məqsədi, torpaq uqodiyasının növü, torpaq sahəsinin ölçüsü, sərhədləri, kadastr nömrəsi və digər səciyyəvi xüsusiyyətləri göstərilməklə); torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi haqqında müqavilənin şərtləri, sahənin istifadəsində müəyyən edilmiş servitutlar, öhdəliklər və məhdudiyyətlər haqqında məlumatlar; torpaq sahəsi barədə sərəncam verilməsinə dair əqdlərin bağlanması və digər fəaliyyət barədə məlumatlar; torpaq sahəsinə dair əqdlərin bağlanmasına qadağanlar müəyyən edilməsinə dair məlumatlar; torpaq sahəsinin dövlət və bələdiyyə ehtiyacları üçün özgəninkiləşdirilməsi barədə qərarların tarixi və nömrəsi; qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar.
4. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı onu aparan orqana torpaq sahəsi üzərində hüquqlar barədə lazım olan bütün sənədlər daxil olduğu vaxtdan on gün müddətində aparılır.
5. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə qeydiyyatın tarixi və nömrəsi, habelə qeydiyyatı aparan orqan haqqında məlumatlar göstərilməklə torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və ya icarəçilərinə bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş hüquqi sənədlər verilir.
7. Torpaq sahəsi və onunla bağlı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması qaydaları dövlət torpaq kadastrı, habelə daşınmaz əmlak və onunla bağlı əqdlərin dövlət qeydiyyatı haqqında normativ-hüquqi aktlarla müəyyən edilir.
8. Torpaq sahəsi üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. (21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə XVİ fəsil çıxarılmışdır). Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Hazırki işdə iddiaçıya Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 15 mart 2007ci il tarixli 08/03 nömrəli qərarına əsasən 1.200 kv.m torpaq sahəsi verilsə də, iddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarını yuxarıda göstərilən qanunvericilik normalarına uyğun şəkildə hal-hazıradək rəsmiləşdirməmiş, sözügedən torpaq üzərində hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan əlavə, işə apellyasiya qaydasında baxılarkən iddiaçıya M.Ə.Rəsulzadə Bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 08/03 nömrəli qərarı ilə ayrılmış 1200 kv.m. torpaq sahəsi ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 may 2020-ci il tarixli 38 nömrəli “Obyektin tikintisinə icazə” sənədinə əsasən "xxxx" MMC-yə tikintisinə icazə verilmiş obyektin tikintialtı sahəsinin hər hansı (tam və ya qismən) hissədə üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi məqsədilə mühəndis-texniki ekspertizası təyin olunmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-22912/2023 saylı mütəxəssis rəyində göstərilmişdi ki, M.Ə.Rəsulzadə bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 08/03 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 1200 kv.m torpaq sahəsinə dair təqdim edilmiş cizgidə torpaq sahəsinin yalnız iki tərəfinin ölçüsü göstərilib (54 metr- 28,5 metr). Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən sahə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 may 2020-ci il tarixli 38 nömrəli “Obyektin tikintisinə icazə” sənədində qeyd edilmiş koordinatlarla olan sahənin hüdudları daxilində yerləşir. Beləliklə, mütəxəssis rəyinə əsasən M.Ə.Rəsulzadə bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 08/03 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 1200 kv.m torpaq sahəsinin sərhədlərinin dəqiq müəyyən oluna bilmədiyi və faktiki göstərilən sahənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 may 2020-ci il tarixli 38 nömrəli “Obyektin tikintisinə icazə” sənədindəki qeyd edilmiş koordinatlarla olan sahənin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Həmin mütəxəssis rəyinə əsasən eyni məzmunlu ekspert rəyi də məhkəməyə təqdim olunmuşdur. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin məhkəmə sorğusuna cavab olaraq 02/456 saylı xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdi ki, iş üzrə ekspertiza keçirilərkən İddiaçı tərəfindən ekspertə və mütəxəssisə faktiki hansı sahənin göstərildiyi bələdiyyəyə məlum olmadığından sorğunun mülahizəsinə uyğun cavablandırılması məqsədəmüvafiq sayıla bilməz. Lakin həmin sorğu ilə bağlı qeyd olunmuşdu ki, həqiqətən də M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 08/03 saylı qərarı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində vətəndaş İddiaçı uzun müddət istifadəsində olmuş 1200 kv.m. torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə onun mülkiyyətinə satılmışdır (hər kv.m. üçün 16 manat 64 qəpik ödəmək şərti ilə). İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş ərazi planından göründüyü kimi, qərarla rəsmiləşdirilmiş sahə əvvəllər “Nərmin şadlıq evi” adı altında fəaliyyət göstərmiş, hazırda isə ərazidə olan ictimai-iaşə təyinatlı həmin qeyriyaşayış obyektinin arxa tərəfində yerləşir. Ayrılmış torpaq sahəsinin tərəflərinin və ümumi sahəsinin ölçüləri ərazi planında göstərildiyi kimidir. Sorğunun 2-ci sualı 1-ci süalı ilə əlaqəli olduğundan və iddiaçı tərəfindən ekspertə və mütəxəssisə faktiki hansı sahənin göstərildiyi barədə məlumatı olmadığından cavablandırılması mümkün deyildir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab olunması” barədə iddiası Bakı İnzibati Məhkəməsinin icraatında olmuş, məhkəmənin 2-1(112)-1032/2021 saylı 17 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin olunaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının "xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 53 nömrəli sərəncamının etibarsız hesab olunması qərara alınmışdır. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-332/2022 saylı 29 iyun 2022-ci il tarixli qərarı ilə ləğv edilərək, iddia rədd olunmuşdur. Həmin qərardan İddiaçı verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2068/2022 saylı 24 noyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-332/2022 saylı 29 iyun 2022-ci il tarixli qərarı ləğv edilərək, iddiaçının iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2068/2022 saylı 24 noyabr 2022-ci il tarixli qərarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, mübahisələndirilən sərəncam nə tikiliyə icazə barədə məsələni, nə də onun geriyə dönüş qaydasında leqallaşdırılması ilə bağlı məsələni həll etməmişdir. Belə olan halda sözügedən sərəncam yalnız hansısa inzibati icraatın başlanılmasının əsası kimi çıxış edə bilər. Odur ki, iddiaçının iddiası qeyri-mümkün sayılmışdır. Beləliklə, bütün bu hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılıb iddia tələbinin mümkünlük şərtlərinə cavab verib-vermədiyi məsələsi tam yoxlanılmalı idi. Lakin iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbinin mümkünlük məsələsini yoxlamamış və nəticədə işə mahiyyəti üzrə baxaraq iddia tələbinin rədd olunması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki vəziyyətdə mülkiyyətçi olmadığı üçün onun verdiyi “Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 may 2020-ci il tarixli 38 nömrəli “Tikintiyə icazə” sənədinin ləğv edilməsi” barədə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-255/2022 saylı 27 may 2022-ci il tarixli qərarı ləğv edilməli və iddia qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-255/2022 saylı 27 may 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia qeyri-mümkün sayılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov