Məhkəmə qərarları › İş №2-1(103)-500/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-500/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-500/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5375/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun ailə üzvlərinin sayı nəzərə alınmaqla, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə inzibati aktı qəbul etmək vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılımışdır: “...O, ünvan 1 ünvanında qeydiyyatdadırvə həmin ünvanda yaşayır. Qarabağ döyüşlarinda iştirak edərək əlil olmuş, 350 manat prezident təqaüdü alır. İİ qrup müddətsiz əlildir. Pensiyaçı kimi isə ömürlük 260 manat pensiya alır. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var. Hal-hazırda yaşadığı mənzilin sahəsi 39.69 kv.m-dir. Bu isə 5 nəfərlik ailə üçun həddən artıq kiçikdir. Mənzil növbəsinə götürülmə ilə əlaqadar cavabdehə müraciət etsə də ona bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qisminda uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Nazirləri Kabineti tərəfindən müəyyən edilmədiyindən xahişinizin təmin edilməsi imkan xaricindədir. İddiaçı hesab edir ki, Cavabdeh imtinası qanunsuz və əsassızdır. Belə ki, onun ailə üzvləri xx.xx.1971-ci il təvəllüdlü arvadı X1 və üç övladıdır. Hazırda mülkiyyətində bir mənzil mövcuddur. Həmin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 1A, 29 saylı mənzilin ümumi sahəsi 75 kv.m olsa da gərəkli olan yaşayış sahəsi 39 kv.m-dir. Mənzil Məcəlləsinin 50.2-ci maddəsinin tələbi baxımından 5 nəfər ailə üzvü üçün nəzərdə tutulmuş uçot normasından azdır. Hesab edir ki, mülkiyyətində olan mənzilin yaşayış sahəsinin ölçüsü onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağı üçün əsas verir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5375/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsinin mövqeyi yalnışdır, qərar ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Qarabağ döyüşlərində iştirak edərək əlil olmuşdur. O, İİ qrup müddətsiz əlildir. Qarabağ döyüşlərində iştirakla alaqodar 350 manat prezident təqaüdü alır. Pensiyaçı kimi isə ömürlük 260 manat pensiya alır. Manzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var. Hal-hazırda yaşadıqları mənzilin ümumi sahəsi 39.69 kv.m-dir. Bu isə 5 nəfərlik ailə üçün həddən artıq kiçikdir. Mənzil növbəsinə götürülmə ilə əlaqədar Cavabdehnə müraciət etsə də ona bildirilir ki, "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Nazirləri Kabineti tərəfindən müəyyən edilmədiyindən xahişinizin təmin edilməsi imkan xaricindədir". Hesab edirəm ki, Cavabdeh imtinası qanunsuz və əsassızdır. Cavabdeh qurumun imtina cavabında qanunverciliyin normalarında nəzərdə tutulmuş imtina üçün əsasların heç biri mövcud deyidir. Çünki, Mənzil Məcəlləsinin 50-53-cü maddələrindən görünür ki, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş yaşayış sahəsinə əhtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədləri müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunma edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar. Hesab edir ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qimsində onun yaşayış sahəsi ilə təmin olunması üçün uçot səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas qismində çıxış edən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması 8 kvadrat metrden az ola bilməz. İşin hallarından görünür ki, onun ailə üzvləri xx.xx.1971 -ci il təvəllüdlü arvadı X1 və üç övladıdır. Hazırda mülkiyyətində bir mənzil mövcuddur. Həmin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 1A, 29 saylı mənzilin ümumi sahəsi 75 kv.m olsa da gərəkli olan yaşayış sahəsi 39 kv.m-dir. Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan 50.2-ci maddəsinin tələbi baxımından 5 nəfər ailə üzvü üçün nəzərdə tutulmuş uçot normasından azdır. Beləliklə, müəyyən olunur ki, mülkiyyətində olan mənzilin yaşayış sahəsinin ölçüsü ona yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas verir. Cavabdeh qurum ərizəsini təmin etməkdən əsassız olaraq imtina edir və bu da onun mənzil hüququnun yaranmasına maneəçilik yaradır. İmtina cavabında göstərilən səbəb və əsas qanunvericilik normalarında öz əksini tapmamışdır. Məhkəmə tərəfindən iş üzrə qəbul edilmiş qərar qanunsuzdur, əsassızdır və ləğv edilməlidir. Məhkəmə tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, iş üzrə halların müəyyən edilməsində bilərəkdən yalnışlığa yol verilmiş, demək olar ki, cavabdeh təşkilatın etirazı və istinadları qərardadda təkrar olunmuşdur. Halbuki, təqdim etdiyi sənədlərdən və iş materiallarından görünür ki, cavabdeh təşkilatın ona qarşı qərəzli mövqeyi vardır və bu mövqe ədalətli, qanuni deyildir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş və onun bağışladığı mənzil payının sahəsinin 12 kv m olduğunu, yaşadığı mənzildə isə 5 nəfər ailə üzvü tərkibində yaşadığını bildirərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvəddə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı məcburetmə haqqında iddia vasitəsilə onun ailə üzvlərinin sayı nəzərə alınmaqla, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə inzibati aktı qəbul etmək vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən qeyd etmişdir ki, “iddiaçı, həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmir. Belə ki, hazırda istifadəsində və mülkiyyətində yaşayış evinin olması, eyni zamanda mülkiyyətində olmuş evin qəsdən mənzil şəraitinin pisləşdirilməsi məqsədi ilə bağışlanma müqaviləsi əsasında özgəninkiləşdirilməsi iddiaçını yaşayış sahəsinə ehtiyacı olan vətəndaş olmaq hüququndan məhrum edir. Belə olduqda isə iddiaçının müvafiq əsasla mənzil uçotuna alınması üçün də hər hansı əsas müəyyən olunmur. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, qanunvericiliyin tələblərinə görə, o cümlədən: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Mənzil Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında. 27 noyabr 2019-cu il, 459 №-li qərarına Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadrat metr müəyyən edilmişdir. İş materiallarına əsasən isə müəyyən olunur ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə yol vermişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən məhkəmə sorğusuna ünvanladığı 10 aprel 2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, iddiaçı adına ünvan 4 ünvanında yerləşən 7 nömrəli mənzilin 1/3 hissəsi qeydiyyata alınmış, lakin xx.xx.2022-ci il tarixli, 4Ə-96 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən həmin payını özgəninkiləşdirilmişdir. Hazırkı məhkəmə iclasında da iddiaçının qeyd olunan izahatından da göründüyü kimi, sahiəsi 12 kv.m.-dən həmin mənzildəki payını həqiqətən onun tərəfindən bağışlanıldığını mübahisələndirmir. Digər tərəfdən, iş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli arayışlara əsasən müəyyən olunur ki, İddiaçı adına ünvan 5 ünvanda yerləşən, 2 otaqlı, ümumi sahəsi 75 kv.m ( y/s 39 kv.m) 29 saylı mənzil aşkar edilmişdir. Ümumiyyətlə, iddiaçının 2002-ci ildə mənzillə təmin olunması və həmin mənzilin ümumi sahəsinin qeyd edildiyi kimi, 75 kv.m ümumi sahəyə malik olması işin mübahisəsiz halıdır. Belə olan halda, iddiaçının həmin mənzil sahəsi ilə 2022-ci ildə onun tərəfindən bağışlanılana qədər mənzil payı ilə birlikdə onun 80 kv. metrə yaxın yaşayış sahəsinin mövcud olduğu müəyyən olunur. Mənzil Məcəlləsinin 50.2-ci maddəsinin tələbindən isə görünür ki, vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Göründüyü kimi, qanunvericilikdə adambaşına düşən norması mənzilin yaşayış sahəsindən deyil, ümumi sahəsindən hesablandığı müəyyən olunur. Hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş AR DİN xx.xx.2023-cü il tarixli arayışından isə görünür ki, ünvan 6 ünvanında iddiaçı və digər 4 (dörd) nəfər qeydiyyatdadır. Qeyd olunmalıdır ki, qeydiyyatda olan həmin şəxslərin iddiaçının ailə üzvüləri olmasına dair iddiaçı tərəfindən əsaslandırıcı, mötəbər sübutlar da təqdim olunmamışdır. Beləliklə də, İPM-in 14.3-cü maddəsinin tələbi qaydasında iddiaçı tərəfindən onun Bakı şəhəri Sabunçu RİH tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması barədə inzibati aktı qəbul olunmasını zəruri edən faktiki şərtlər yerinə yetirilmir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə onun hüquqlarının pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbinən isə görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərparı ilə iddianın rədd edilməsini mahiyəti üzrə düzgün nəticə kimi qiymətləndirir və bu baxımdan da iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu, maddi hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5375/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5375/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar