Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5003/2025 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pensiyasının yenidən hesablanması” tələbinə dair işi üzrə (Açar sözlər: pensiyasının yenidən hesablanması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı ##.##.2003- ##.##.2006-cı illərdə “Ailə planlanması” məsləhətxanasında təsərrüfat müdiri vəzifəsində, ##.##.2006-##.##.2014-cü illərdə X3 və Ginekologiya İnstitutunda Direktorun təsərrüfat işləri üzrə müavini vəzifəsində işləmişdir, ##.##.2014-##.##.2017-ci illərdə “xxxx” MMC-də Baş Menecerin təsərrüfat işləri üzrə müavini vəzifəsində, ##.##.2018-##.##.2018-ci illərdə Turoperator Kurort.ru FM-də Daxili turizm üzrə Direktor vəzifəsinə işləmiş, ##.##.2019- ##.##.2021-ci illərdə “xxxx” MMC-də təsərrüfat müdürü vəzifəsində işləmiş, ##.##.2021- ##.##.2022-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10 X12 Təsərrüfat və Təminat Şöbəsinin müdiri vəzifəsində işləmiş, ##.##.2023-##.##.2023-cü illərdə “xxxx” MMC-də təsərrüfat işləri üzrə mütəxəssis vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “##.##.2023-cü il tarixli, *-**-**-*-****/**** nömrəli “xxxx” qərarda göstərilmişdir ki, İddiaçı ##.##.2002-ci il tarixində pensiya təyin edilmiş, hazırkı pensiya məbləği 1162.95 manat təşkil edir, əmək pensiyası yenidən hesablanmış və ona yenidən yaşa görə 1162.95 manat əmək pensiyası təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli, *-**-*/*-Ə-******/**** nömrəli məktubun surətindən görünür ki, ona sonuncu xidmət keçdiyi orqan tərəfindən ## ####### 2002-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ###### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun olaraq # ###### 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyası həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 1162,95 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilir: əmək pensiyasının sığorta hissəsi-291,71 manat; qulluq stajına görə əmək pensiyanıza əlavəniz- 765,52 manat. maddi yardım-105,72 manat. Əlavə olaraq ona əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 40251,32 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, sonuncu dəfə işdən azad olduğu tarixədək (# ###### 2022-ci il) topladığı sığorta kapitalı sonrakı il üzrə indeksləşdirilməklə müəyyən edilmiş 40251,32 manat Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq 72 aya bölünərək (40251,32:72=559,05 manat) əmək pensiyasının sığorta hissəsinin (559,05 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 850,76 (291,71+559,05) manat müəyyən edilmişdir. Eyni zamanda, sözügedən Qanunun # ###### 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (765,52 manat) həmin artım qədər (559,05 manat) azaldılmışdır. Nəticədə, əmək pensiyasının sığorta hissəsi 850,76 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği 206,47 (765,52-559,05) manat və Qanunun # ###### 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əlavə-105,72 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli “xxxx” qərardan görünür ki, İddiaçı ##.##.2002-ci il tarixində təyin edilmiş 1293.16 manat əmək pensiyası “X5 Azərbaycan Respublikası Qanununun 37.3cü maddəsinə əsasən yenidən hesablanmış və ona ##.##.2024-cü il tarixdən yaşa görə 1536.11 manat əmək pensiyası təyin edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, “ona pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin əmək pensiyasına əlavələrin məbləği azaldılmadan yenidən hesablanması öhdəliyinin və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən, cavabdeh tərəfindən qəbul edilmiş *-**-*/*-*-****/**** nömrəli ## ##### 2024-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması barədə” qərarının ləğv edilməsi və pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin əmək pensiyasına əlavənin məbləği azaldılmadan yenidən hesablanması, keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməkdə davam edərək 6 ildən çox işləmişdir. Halhazırda fərdi hesabının sığorta hissəsində toplanan kapitalı mövcuddur. Yaşa görə pensiyaya çıxdıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış yəni, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana ilk dəfə 2023-cü ildə müraciət edərək, onun əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalını nəzərə alaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını və ümumi məbləğinin artmasını xahiş etmişdir. Lakin müraciəti, aldığı cavab məktubundan görünür ki, təmin edilməmişdir. Belə ki, o, 2022-ci ildə müraciət etmədiyi halda cavabdeh öz təşəbbüsü ilə 2022-ci ildə qüvvədə olan qanuna əsasən yenidən hesablanma aparmış, halbuki o, 2023-cü ilin yanvar ayından etibarən əmək fəaliyyətinə davam etmişdir. Cavabdeh onun 2022-ci ildə əmək müqaviləsinə xitam verilməsini bəhanə edərək pensiya təminatı hüquqlarını pozmuşdur. "X5" Qanunun 37.3. l-ci maddəsindəki “və daha çox işləyərək” müddəası 6 ildən sonra hansı müddət intervalında toplanan kapitaldan istifadə etmənin məhdudiyyətini aradan qaldırmışdır. Əmək müqaviləsinə xitam verildikdə yaranmış hüququndan istifadə etməmişdir, yenidən əmək fəaliyyətinə davanı etmişdir və bu halda 6 ildən çox işləyərək yenidən hesablanma hüququ əldə etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı İddiaçı ##.##.2002-ci il tarixdən xidmət illərinə görə pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin ##.##.2006-cı il tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun olaraq ##.##.2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyaları Fond tərəfindən həyata keçirildiyinə görə iddiaçının əmək pensiyası həmin tarixdən Mərkəzi Filial tərəfindən ödənilir. Ələkbərova məxsus MT-İ №******* nömrəli əmək kitabçasına və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən, iddiaçı müxtəlif dövrlərdə ayrı-ayrı müəssisələrdə işləmiş və qeyd edilən dövrdə ona münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İddiaçının Mərkəzi Filiala müraciət etdiyi ##.##.2023-cü il tarixdə ona ödənilən pensiyanın məbləği 1162,95 manat olmuş və aşağıdakı tərkibdən ibarət olmaqla ödəniş həyata keçirilmişdir: Əmək pensiyasının sığorta hissəsi - 291,71 manat; Qulluq stajına görə əmək pensiyasına əlavə - 765,52 manat; Maddi yardım - 105,72 manat. “X5” Qanunun 37.3.1 -ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun 37.3.2-1-ci mədəsinə əsasən, bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1 və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. Qeyd edilən normalardan göründüyü kimi, iddiaçının pensiyasının yenidən hesablanması yalnız onun müraciəti əsasında həyata keçirilə bilərdi. Buna uyğun olaraq, İddiaçı müraciəti üzrə onun qazandığı pensiya kapitalı illər üzrə indeksləşdirilmiş və 40251,32 manat müəyyən edilmişdir. “X5” Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 45-ci maddəsinə uyğun olaraq bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. “X5” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin ##.##.2006-cı il tarixli *** nömrəli Fərmanının 2.11 -ci bəndinə görə gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulmuşdur. İddiaçı pensiya təyin edildikdən sonra işlədiyi ayların sayı 72 aydan çox olduğuna görə, sözügedən Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq, yenidən hesablanma zamanı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı aşağıdakı kimi müəyyən ediləcəkdir: T = 144 ay - 72 ay = 72 ay Beləliklə, hazırkı iş üzrə yenidən hesablanma nəticəsində yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı kimi müəyyən olunmuşdur: SH = PSK/T = 40251,32:72 = 559,05 manat. “X5” Qanununun ##.##.2023-cü il tarixədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Pensiyanın yenidən hesablanması iddiaçının 2023-cü ilədək qazandığı pensiya kapitalı üzrə aparıldığına görə sonuncu qeyd edilən norma hazırkı işə tətbiq edilmiş, nəticədə Mərkəzi Filialın ##.##.2023-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarı ilə pensiyanın tərkibi aşağıdakı kimi müəyyən edilmişdir: Əmək pensiyasının sığorta hissəsi - (291,71+559,05) manat = 850,76 manat; Qulluq stajına görə əmək pensiyasına əlavə - (765,52-559,05) manat = 206,47 manat; Maddi yardım - 105,72 manat. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X5” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25- ci maddəsinə, 29-cu maddəsinin İ və IV hissələrinə, 38-ci maddəsinin İ və III hissələrinə, 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair # ###### 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “X5” Qanunun 29.2- ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 65.1 -ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, “X5” Qanunun 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. Qeyd olunanlardan aydın görünür ki, iddiaçının fərdi hesabında qeyd olunan pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanmışdır. Yəni iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunmuşdur. Odur ki, hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də praktiki- proqram təminatının imkanları baxımından mümkün deyildir. Növbəti yenidən hesablanma qeyd olunan tarixdən sonra iddiaçının işləməyə davam etdiyi halda 6 ildən sonra və ya işdən çıxması ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda mümkün olacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonradan cavabdeh ##.##.2024-cü il tarixdə müraciət edərək məhkəməyə bildirmişdir ki, mübahisə məhkəmədənkənar qaydada həll edilmiş, İddiaçı əmək pensiyası fərdi hesabınn sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla qulluq illərinə görə əmək pensiyasına əlavənin məbləği azaldılmadan yenidən hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən isə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edə bilər. İddiaçı ##.##.2024-cü il tarixdə cavabdehin etirazına dair yazılı izahatında göstərmişdir ki, “X5” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə görə 6 il əmək stajı və daha çox stajın fasiləsiz olaraq davam edən əmək fəaliyyəti nəicəsində qazanılması müəyyən edilməmişdir. Qanun 6 il və daha çox stajın fasiləsiz müddət ərzində qazanılmasını tələb etmir. İddiaçı 6 il və daha çox stajı uzun müddət ərzində, qısa fasilələrlə olsa da, işləməyə davam edərək qazanmışdır. Qanunun “daha çox staj” ifadəsi hər hansı limit müəyyən etmir. İşləyən pensiyaçı 6 ildən sonra qazandığı “daha çox” stajın istənilən dövründə müraciət edə bilər. Qanun fasiləsiz müddət ərzində qazanılmış əmək stajı göstərişini nəzərdə tutmur. İddiaçı iki dəfə 2023-cü ildə müraciət etmişdir. Daha əvvəlki illərə bu məsələ ilə bağlı müraciəti olmamışdır. İşdən azad edildiyi tarixdə yaranmış hüququndan istifadə edə bilməmiş və işləməyə davam etmişdir. Çünki məlum olduğu kimi ##.##.2023-cü ilədək Azərbaycanda sığorta kapitalı əsasında hərbi pensiyaçılara artım vermirdilər. Müraciət etdiyi tarixdən kapitaldan istifadə etmək onun ən təbii hüququdur. Azərbaycanda sığorta kapitalı əsasında hərbi pensiyaçılar məhz Konstitusiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı nəticəsində pensiyalarına ##.##.2023-cü ildən artım almağa başlamışdır. Cavabdehin hər hansı hüquqi və qanuni əsası yoxdur ki, 2014-cü ildən başlamaqla onun pensiyasını yenidən hesablasın. Yuxarıda göstərilən qanunun 37-ci maddəsi hərbi pensiyaçılara hüquq verir ki, məhz öz müraciəti əsasında pensiyanın yenidən hesablanmasını tələb etsin. Cavabdeh öz təşəbbüsü ilə sığorta kapitalı əsasında hər hansı hesablama apara bilməz. İddiaçının müraciət etiyi tarixdəki kapitalı mövcuddur və məhz həmin kapital əsas götürülməklə hesablama aparılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin (hakim: M.Hacıbəyova) 2024-cü il ## ###### tarixli, 2- *(***)- ****/**** nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının *-**-*/*-*-****/**** nömrəli ## ##### 2024-cü il tarixli “xxxx” qərarın ləğv edilməsi, İddiaçı pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin əmək pensiyasına əlavənin məbləği azaldılmadan yenidən hesablanması və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2-1(112)-2614/2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunverici yenidən hesablamanın 2 əsasla həyata keçirilməsini mümkün hesab edir: 1. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə; 2. Pensiyaçı əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə. İkinci əsasla bağlı bildirirlər ki, həmin müddəa ##.##.2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklə qanunvericiliyə əlavə edilmişdir. Müvafiq dəyişiklik edilənədək işləyən pensiyaçıların pensiya təyin olunduqdan sonra pensiyasının yenidən hesablanması yalnız işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikləri, yəni işdən çıxdıqları halda mümkün idi. Bu da eyni müəssisədə fasiləsiz şəkildə əmək fəaliyyəti ilə məşğul olan pensiyaçıların pensiyasının yenidən hesablanmasını mümkünsüz edirdi. Belə olan halda pensiya məbləğində artıma nail olmaq istəyən pensiyaçılar əmək müqaviləsinə xitam verirdilər. Bu da onların əmək fəaliyyətinə təsir edir və pensiyaçıları iş yerini dəyişməyə sövq edirdi. Çünki yalnız iş yerini dəyişdikləri, yəni bir iş yerindən çıxıb digər iş yerinə daxil olduqları halda pensiyanın yenidən hesablanması mümkün idi. İş yerindən çıxmaqla pensiyaçılar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmiş olurlar. Lakin heç bir halda pensiyaçıların əmək fəaliyyəti və əmək qanunvericiliyindən irəli gələn hüquqları pensiya qanunvericiliyi ilə məhdudlaşdırıla bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin II bəndinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Buna görə də şəxs işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmiş olsa belə, bu, onun gələcəkdə yeni bir işə daxil olmasını istisna etmir. Qeyd edilən hallar onu deməyə əsas verir ki, şəxs işdən çıxdığı halda onun pensiyası işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə yenidən hesablanır. Bu zaman cavabdeh inzibati orqan onun yenidən işə daxil olub-olmayacağını əvvəlcədən ehtimal edə bilməz. Bu səbəbdən də işdən çıxmış şəxs istənilən halda işləməyən əmək pensiyaçısı sayılır. Təsadüfi deyil ki, bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslər istisna olmaqla digər pensiyaçılar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə onların pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Yəni şəxsin işdən çıxması Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə müəyyən edildiyi təqdirdə onun müraciəti gözlənilmədən avtomatik olaraq yenidən hesablama həyata keçirilir. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarında qeyd olunur ki,“iddiaçı ##.##.2024-cü il tarixdə cavabdehin etirazına dair yazılı izahatında göstərmişdir ki, “X5” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə görə 6 il əmək stajı və daha çox stajın fasiləsiz olaraq davam edən əmək fəaliyyəti nəticəsində qazanılması müəyyən edilməmişdir. Qanun 6 il və daha çox stajın fasiləsiz müddət ərzində qazanılmasını tələb etmir. İddiaçı 6 il və daha çox stajı uzun müddət ərzində, qısa fasilələrlə olsa da, işləməyə davam edərək qazanmışdır.” Həmin izahatla bağlı bildirirlər ki, əgər Qanunun 37.3.1-ci maddəsi iddiaçının qeyd etdiyi mənada şərh edilsə idi, bu, həmin maddədə göstərilən birinci əsasın, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməklə bağlı yenidən hesablamanın ümumiyyətlə tətbiq edilməməsi ilə nəticələnərdi. Həmçinin bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslər istisna olmaqla digər pensiyaçılar işdən çıxdığı halda, hətta onlar qısa bir müddət sonra yeni iş yerinə daxil olsalar belə, pensiyaları avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Qulluq stajına görə əlavə təyin edilmiş şəxslərdə Qanunun 37.3.1ci maddəsi əsasında yenidən hesablama yalnız müraciət əsasında həyata keçirilir. Lakin bu o mənaya gəlmir ki, həmin pensiyaçılar pensiya təyin olunduqdan və ya yenidən hesablandıqdan sonra 6 il ərzində bir iş yerindən çıxmış, yeni iş yerinə daxil olmuş və daha sonra müraciət etmişlərsə, onların pensiyası 6 il işlədikləri nəzərə alınmaqla hesablana bilər. Əksinə, həmin 6 illik müddət ərzində şəxs işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işdən çıxdığı tarixə toplanmış pensiya kapitalı əsasında pensiyası yenidən hesablanmalıdır. Yeni iş yerində fərdi şəxsi hesabına toplanmış pensiya kapitalı isə yalnız 6 il işlədikdən və ya işdən çıxdıqdan sonra hesablana bilər. Qulluq stajına görə əlavə təyin edilmiş şəxslərdə yenidən hesablamanın avtomatlaşdırılmış qaydada həyata keçirilməməsi və müraciətlə məhdudlaşdırılması bir sıra hallarla bağlıdır. Belə ki, məsələn, hərbi qulluqçular “Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər kateqoriyasına aid edildiyindən, xidmət etdikləri müddət ərzində onların fərdi şəxsi hesabında pensiya kapitalı toplanır. Əgər pensiyaçı hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilərsə və “X5” Qanunun 9.6-cı maddəsində göstərilən dörd kateqoriya şəxslərin dairəsinə daxil olarsa, onun əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanır. Bu zaman fərdi şəxsi hesabda həmin hərbi xidmət dövrünə aid toplanmış pensiya kapitalı şəxsə yenilənmiş məlumat vərəqəsi əsasında sonuncu pensiya təyinatı zamanı nəzərə alınır. Belə ki, bu hərbi qulluqçunun əmək pensiyasının sığorta hissəsi onun xidmət etdiyi orqan tərəfindən xidmətdən buraxıldığı günədək ödənilmiş məcburi dövlət sosial sığortası vəsaitləri hesabına formalaşır. Əgər nümunədə göstərilən hərbi qulluqçunun pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablansaydı, bu, yenilənmiş məlumat vərəqəsinin nəzərə alınmaması, habelə fərdi şəxsi hesabda toplanmış pensiya kapitalı əsasında hesablamanın həyata keçirilməsi və nəticədə şəxsə yalnız sığorta hissəsindən ibarət olan daha az pensiya məbləğinin ödənilməsi ilə nəticələnərdi. Deməli, “X5” Qanunun 37.3.1-ci maddəsinə əsasən həm qulluq stajına görə əlavə təyin edilmiş pensiyaçılara, həm də digər pensiyaçılara münasibətdə yenidən hesablamanın əsasları eynidir, lakin qaydası (avtomatlaşdırılmış qaydada və müraciət əsasında) fərqlidir. İddiaçıya pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin əmək pensiyasına əlavənin məbləği azaldılmadan yenidən hesablanması cavabdeh inzibati orqan tərəfindən təmin edilmiş, eləcə də keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi də davam etdirilir. Odur ki, iddia tələbi cavabdeh inzibati orqan tərəfindən tam təmin edilmişdir. Cavabdeh ikinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinə əlavə verərək Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2-1(112)-2614/2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının hüquqi marağı onun pensiyasının ##.##.2017- ##.##.2023-cü illərdə işləməyən pensiyaçı kimi yenidən hesablanması zamanı "X5" Qanunun 45-ci maddəsinin ##.##.2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinin tətbiq edilməməsidir. Qanunda dəyişiklik edilməsi barədə ##.##.2022-ci il tarixli ***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinə əsasən "X5" Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, ***-VIQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yeni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi nəzərdə tutulmuşdur. Bu isə o mənaya gəlir ki, "X5" Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, aşağıdakı hallarda tətbiq edilməlidir: bu Qanunun qüvvəyə mindiyi günədək, yəni ##.##.2022-ci il tarixinədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması; həmin günədək, yəni ##.##.2022-ci il tarixinədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi; həmin günədək, yəni ##.##.2022-ci il tarixinədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, ##.##.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödənişi aylarının sayının artırılması istisna edilmişdir. Qeyd olunan mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının "X5" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 2022-ci il ## ### tarixli, ***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinin və həmin Qanunun keçid müddəalarının 2.2-ci maddəsinin tətbiqinə dair ## ##### 2026-cı il tarixli **/**** nömrəli Qərardadında da ifadə edilmişdir. Həmin Qərardada əsasən "X5" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ 2022-ci il ## #### tarixindən əvvəl yaranmış şəxslərə pensiya təyinatı və ya onların əmək pensiyasının yenidən hesablanması zamanı həmin Qanunun 45-ci maddəsinin 2017-ci il # #### tarixindən 2022-ci il ## #### tarixinədək qüvvədə olmuş ikinci cümləsi tətbiq edilməli, bu zaman gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır. Həmçinin Qərardadda qeyd olunmuşdur ki, apellyasiya və ya kassasiya məhkəməsinin icraatında olan işlər üzrə əgər şikayət verilmiş məhkəmə aktları qanunvericiliyin tətbiqinə dair əvvəlki hüquqi mövqelərə uyğun çıxarılmışlarsa, yalnız yeni müəyyən edilmiş hüquqi mövqelərə istinadla məhkəmə aktları ləğv olunmamalı, yaxud dəyişdirilməməlidir. Nəzərə almaq lazımdır ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılır. Həmin məhkəmə aktında isə Qanunun 45-ci maddəsinin tətbiqinə heç bir münasibət bildirilməmiş, yalnız yenidən hesablamanın hansı əsasla (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmə və ya 6 il işləmə) həyata keçirilməsi ilə bağlı mövqe ifadə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə /sədrlik edən və məruzəçi/, C.Yusifov və G.Abbasova) 2025-ci il ## ###### tarixli, 2- *(***)-***/**** nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2-1(102)- ****/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, 2- *(***)-***/**** nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2024cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq “X5” Azərbaycan Respublikasının Qanunu: -1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.4. xüsusi rütbəli şəxslər— Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; -1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; -1.0.6. fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; -1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; -1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; -1.0.9. fərdi hesabın yığım hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; -1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; -4.2. yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən; -9.6. hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. -21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; -37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; -37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir;
45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.
İnzibati Prosessual Məcəllə:
Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi İlk növbədə qeyd etmək lazımdır ki, ## ##### 2026-cı il tarixli iddiaçı elektron məhkəmə sistemi vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia tələbinə “*-**-*/*-*-****/**** nömrəli ## ##### 2024-cü il tarixli “xxxx” qərarın qismən—“X5” Qanunun 45ci maddəsinin qüvvədən düşmüş ikinci cümləsinin "##.##.2017-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr üzrə işləməyən pensiyaçı kateqoriyasına keçməklə hüququn yarandığı vaxtdan yenidən hesablanarkən" tətbiqi hissəsində ləğv edilməsi” kimi baxılmasının davam etdirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Beləliklə, iddiaçının hüquqi marağı *-**-*/*-*-****/**** nömrəli ## ##### 2024-cü il tarixli “xxxx” qərarın qismən—“X5” Qanunun 45-ci maddəsinin qüvvədən düşmüş ikinci cümləsinin "##.##.2017-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr üzrə işləməyən pensiyaçı kateqoriyasına keçməklə hüququn yarandığı vaxtdan yenidən hesablanarkən" tətbiqi hissəsində ləğv edilməsinə nail olmaqdan ibarətdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı ##.##.2002-ci il tarixdən xidmət illərinə görə pensiya təyin olunmuşdur. ##.##.2023-cü il tarixli, *-**-**-*-****/**** nömrəli “xxxx” qərarla İddiaçı əmək pensiyası yenidən hesablanmış və ona yenidən yaşa görə 1162.95 manat əmək pensiyası təyin edilmişdir. Sonuncu dəfə işdən azad olduğu tarixədək (# ###### 2022-ci il) topladığı sığorta kapitalı sonrakı il üzrə indeksləşdirilməklə müəyyən edilmiş 40251,32 manat Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq 72 aya bölünərək (40251,32:72=559,05 manat) əmək pensiyasının sığorta hissəsinin (559,05 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 850,76 (291,71+559,05) manat müəyyən edilmişdir. Eyni zamanda, sözügedən Qanunun # ###### 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (765,52 manat) həmin artım qədər (559,05 manat) azaldılmışdır. Nəticədə, əmək pensiyasının sığorta hissəsi 850,76 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği 206,47 (765,52-559,05) manat və Qanunun # ###### 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əlavə - 105,72 manat təşkil edir. Cavabdeh inzibati orqanın ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli “xxxx” qərarı ilə İddiaçı ##.##.2002-ci il tarixində təyin edilmiş 1293.16 manat əmək pensiyası “X5 Azərbaycan Respublikası Qanununun 37.3-cü maddəsinə əsasən yenidən hesablanmış və ona ##.##.2024-cü il tarixdən yaşa görə 1536.11 manat əmək pensiyası təyin edilmişdir. Cavabdehin apellyasiya şikayətinə əlavəsində qeyd olunur ki, “...hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılır. Həmin məhkəmə aktında isə Qanunun 45-ci maddəsinin tətbiqinə heç bir münasibət bildirilməmiş, yalnız yenidən hesablamanın hansı əsasla (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmə və ya 6 il işləmə) həyata keçirilməsi ilə bağlı mövqe ifadə olunmuşdur”. Məhkəmə tərkibi cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə pensiyanın yenidən hesablanması və pensiya məbləğində artıma nail olunmasından ibarətdir. Təsadüfi deyildir ki, iddiaçı inzibati orqana ilkin müraciətində də (i.v. 28) pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Bu baxımdan, məhkəmə tərkibi cavabdehin qeyd olunan hissədəki mövqeyini ifrat formallıq kimi qiymətləndirir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2-1(102)- ****/**** saylı qərarı 48-ci bəndində qeyd olunmuşdur ki, “... Lakin cavabdehin kassasiya şikayətindən görünür ki, qeyd olunan hesablamar aparılan zaman cavabdeh tərəfindən “X5” Qanunun 45-ci maddəsinin qüvvədən düşmüş ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək hesablamalar aparılmışdır ki, bu da Ali Məhkəmənin formalaşmış təcrübəsinə ziddir. Belə ki, formalaşmış təcrübəyə əsasən, “X5” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. Eyni zamanda “X5” Azərbaycan Respublikası Qanununun 45ci maddəsinin ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsi qüvvədə olduğu müddətdə pensiyanın yenidən hesablanması qaydasını deyil, məhz pensiyanın təyin edilməsi qaydasını tənzimləyir. Pensiyanın təyin edilməsi və yenidən hesablanması isə fərqli hüquqi anlayışlar olmaqla, fərqli hüquqi tənzimləmələrə tabedir. Məhkəmə tərkibi dəqiqləşdirilmiş iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Cavabdehin mövqeyinə əsasən ##.##.2022-ci il tarixdən etibarən həmin tarixdən əvvəlki dövr üçün pensiya təyin edilməsi və ya yenidən hesablanması zamanı fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (72 aya) deyil, daha artıq ay sayına bölünməlidir. Çünki Qanunun ##.##.2017-##.##.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə görə, yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Qanunun ##.##.2017-ci il tarixdən qüvvədə olan 7-ci maddəsinə əsasən, ##.##.2021-ci il tarixdən etibarən kişilərin pensiya yaşı 65 yaş təşkil edir. Bu o deməkdir ki, ##.##.2017-##.##.2022-ci il tarixlərdə pensiya təyin edilən şəxsin pensiya kapitalı o halda gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmadan həmin ayların sayına (72 aya) bölünür ki, şəxsin 65 yaşı tamam olsun. Digər hallarda isə pensiya kapitalı pensiyaya çıxma yaşı (məsələn, 60 yaş) ilə pensiya yaşı (65 yaş) arasındakı ayların sayı (məsələn, 5 il, yaxud 60 ay) arasında fərqin üzərinə gəlinən gözlənilən pensiya ödənişi müddəti aylarının sayından (72 ay) ibarət rəqəmə bölünür. ##.##.2022-ci il tarixdən qüvvəyə minmiş ***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinə əsasən, Qanunun 45-ci maddənin 2-ci cümləsi çıxarılmış və həmin Qanunun keçid müddəalarının 2.2-ci maddəsinə əsasən, 1.11-ci maddə həmin Qanun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Qanunun ##.##.2017-##.##.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsi əmək pensiyasının yenidən hesablanması halına deyil, əmək pensiyasının təyin olunması halına aid edilən müddəadır. Çünki həmin müddəada “əmək pensiyası yenidən hesablanan şəxs” anlayışından deyil, “əmək pensiyası təyin olunan şəxs” anlayışından istifadə edilmişdir ki, həmin anlayışlar fərqli mənaları ifadə edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumu N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ##.##.2022-ci il tarixli qərarında əmək pensiyasının təyin edilməsi ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması arasında fərq qoyulmuş, əmək pensiyasının yenidən hesablanmasının ilk təyinatdan sonra həyata keçirilən pensiya hesablamalarını nəzərdə tutması barədə mövqe ifadə edilmişdir. Bu baxımdan Qanunun ##.##.2017-##.##.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsini ##.##.2022-ci il tarixdən sonrakı dövrdə tətbiq edərək ərizəçinin pensiyasının yenidən hesablanması qanuni və əsaslı inzibati fəaliyyət hesab edilə bilməz. Bununla yanaşı, qeyd edilməlidir ki, ##.##.2022-ci il tarixdən qüvvəyə minmiş ***-VIQD nömrəli Qanunun keçid müddəalarının 2.2-ci maddəsi ilə 1.11-ci maddənin həmin Qanun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına halına tətbiqinin istisna edilməsi həmin Qanun qüvvəyə minənədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması imkanını aradan qaldırmır. Çünki Qanunun ##.##.2017-##.##.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2ci cümləsi ##.##.2022-ci il tarixdən qüvvəyə minmiş ***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsi ilə çıxarılaraq pensiya hüququ olan şəxslərin hüquqi vəziyyəti yaxşılaşmışdır, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın geriyə qüvvəsinin təsirini (normativ-hüquqi aktın retrospektiv tətbiqini) nəzərdə tutan qayda isə Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində təsbit edilmişdir. Normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edən “Normativhüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.3-cü maddəsinə əsasən qanunla Azərbaycan Respublikasının Konstitusiyası ziddiyyət təşkil etdikdə, Konstitusiya tətbiq edilir. Bu baxımdan ##.##.2022-ci il tarixdən qüvvəyə minmiş ***-VIQD nömrəli Qanunun Keçid müddəalarının 2.2-ci maddəsi Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi ilə ziddiyyət təşkil etdiyindən Konstitusiya tətbiq edilməli və ***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinin qüvvəsi geriyə şamil edilməlidir. Bununla yanaşı, həmin “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2ci maddəsinə əsasən, fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Həmçinin, qeyd edilən Konstitusiya Qanunun 10.3-cü maddəsinə əsasən, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Normativ hüquqi aktların qüvvədə olması ilə bağlı qaydalar “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunu ilə tənzim edildiyindən və həmin Konstitusiya Qanunu ##.##.2022-ci il tarixdən qüvvəyə minmiş ***-VIQD nömrəli Qanunla bərabər hüquqi qüvvəyə malik olsa da, hüquqi aktların qüvvəsi münasibətində sahəvi akt hesab edildiyindən ***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinin geriyə təsiri (Qanun qüvvəyə minənədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması halına münasibətdə tətbiqi) baxımından “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 87.2-ci maddəsi əsas götürülməli və həmin müddəaya uyğun olaraq ***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinin qüvvəsi geriyə şamil edilməlidir. Belə olan halda isə pensiya kapitalının yalnız gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (72 aya) bölünərək əmək pensiyasının hesablanması qaydası ##.##.2022-ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə də tətbiq edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, *-**-*/*-*-****/**** nömrəli ## ##### 2024-cü il tarixli “xxxx” qərarı qismən—“X5” Qanunun 45-ci maddəsinin qüvvədən düşmüş ikinci cümləsinin "##.##.2017-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr üzrə işləməyən pensiyaçı kateqoriyasına keçməklə hüququn yarandığı vaxtdan yenidən hesablanarkən" tətbiqi hissəsində ləğv edilməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının *-**-*/*-*-****/**** nömrəli ## ##### 2024-cü il tarixli “xxxx” qərarı qismən—“X5” Qanunun 45-ci maddəsinin qüvvədən düşmüş ikinci cümləsinin "##.##.2017-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr üzrə işləməyən pensiyaçı kateqoriyasına keçməklə hüququn yarandığı vaxtdan yenidən hesablanarkən" tətbiqi hissəsində ləğv edilsin Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.