Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-5031/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), Məmmədova Şərafət Asif qızından və X4 oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Tərəflərin iştrakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6562/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona “müharibə veteranı” statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı həm birinci, həm də ikinci Qarabağ müharibəsi iştirakçısıdır. Belə ki, birinci Qarabağ müharibəsi zamanı 2 saylı X2 sürücüsü kimi TH 1589 müəssisə rəhbərliyinin təqdimat və əmrlərinə əsasən idarə etdiyi “Laz-699” markalı 25-71 AQU dövlət nömrə nişanlı avtomaşınla xx.xx.1992-ci il tarixli, 115/EM saylı əmrlə xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinə qədər Qarabağ bölgəsində, xx.xx.1994-cü il tarixinə qədər isə 12/EM saylı əmrlə təkrarən qədər Ağdam-Füzuli döyüş (476, 702, N və N saylı hərbi hissələrdə) bölgələrə ezam olunaraq döyüş tapşırıqlarını icra etmişdir. Bundan əlavə ikinci Qarabağ müharibəsində xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək iş fəaliyyətini bölgəsində zamanı hərbi vəziyyət ilə əlaqədar Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən Ağdam rayon Mərkəzi Xəstəxanasında yaralı hərbiçilərin və şəhidlərin təxliyyəsi ilə məşğul olmuşdur. Bununla əlaqədar işlədiyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin "Təcili yardım avtobazası"nın mərkəzləşdirilmiş qarajından cəbhə bölgəsindən Ağdam rayon Mərkəzi Xəstəxanasına ezam olunmuşdur. İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə hazırkı tələblər müraciət etsə də, müraciətinə hələ də cavab verilməmişdir. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu inzibati işdə cavabdeh kimi göstərilə bilməz. Çünki, iddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər-hansı rəsmi əmək (xidməti) münasibəti olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6562/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təqdim edərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarına edilmiş yeni dəyişikliklərə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlannın 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanlarının tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanlann mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşınqlann yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizamı hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar va hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında şəxslərə ‘müharibə veteranı' statusu verilir. Həmin bəndin Qeyd hissəsinin 2-ci abzasından göstərilir ki, Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar tərəflər (nümayəndəsi) məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün inzibati iş həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən qeyd etmişdir ki, iddiaçı ikinci “Qarabağ” müharibəsi dövründə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə hərbçi və ya mülki işçi kimi xidmət etməmiş, hər hansı hərbi hissəyə ezam edilməmişdir. O, sürücü olmaqla ikinci Qarabağ müharibəsi dövründə Ağdam və Füzuli Mərkəzi Rayon Xəstəxanalarına ezam olunmuşdur. Belə olan halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaçıya “müharibə veteranı” adı verilməsində məsuliyyət daşıyan qurum hesab edilə bilməz. Yəni, hazırkı iş üzrə cavabdeh iddiaya cavab verməli olan şəxs deyildir. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən – 1991-ci il oktyabrın 9-dək hərbi qulluqçu olmayan və özünümüdafiə dəstələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş mülki şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi məsələsinə Xidmətin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nda döyüşlərdə iştirakı sübut edən təsdiqedici sənədlər olduğu təqdirdə baxılması nəzərdə tutulmuşdur. Vətən müharibəsi ilə əlaqədar vətəndaşlara “Müharibə veteranı” statusu “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı və “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3144 nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 127 nömrəli sərəncamının müvafiq maddələrinin tələblərinə əsasən verilir. Yuxarıda göstərilən mövcud qanunvericiliyin tələblərinə əsasən qeyd etdiyiniz məsələ Xidmətin səlahiyyətinə aid olmadığından sözügedən şəxslərə tərəfimizdən müharibə veteranı statusunun verilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən Xidmətin "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası” tərəfindən Vətən müharibəsində bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş X5 sürücülərinə “Müharibə veteranı” statusu verilməmişdir. Belə ki, "Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3144 nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.02 2022-ci il tarixli 127 nömrəli Sərəncamının 3-cü hissəsinə əsasən, bu sərəncamın 2-ci hissəsində nəzərdə tutulmuş dövlət orqanları istisna olmaqla (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi) digər mərkəzi, habelə yerli icra hakimiyyəti orqanları, eləcə də Azərbaycan Respublikası Prezidentinin yaratdığı pubiik hüquqi şəxslər və dövlətə məxsus digər hüquqi şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı, ilə təsdiq edilmiş 'Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtlən haqqında Əsasnamə”nin 1-ci hissəsinin onuncu abzasında göstərilmiş ərazilərdə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlarının və mülki işçilərinin siyahısını təsdiqedici sənədlərlə (hərbi biletlərin surəti, ezamiyyət vəsiqələrinin surəti, əmrlərdən çıxarışlar, şəxsiyyət vəsiqələrinin surəti və s.) birlikdə, həmin şəxslərin ön cəbhədə yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər bir şəxsə münasibətdə ayrıayrılıqda) əlavə edilməklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər. Göründüyü kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müvafiq komissiyaya malik olsa belə, qanunvericilik normasında Xidmət tərəfindən müharibə vetaranı adı və vəsiqəsi verilməli şəxslərin kateqoriyası aydın şəkildə göstərilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam edən döyüş əməliyyatları zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsindən Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrə tibbi təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş X5 sürücülərindən bir neçəsinə Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən göndərilmiş sənədlər əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Müharibə veteranı” adı verilmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə Müdafiə Nazirliyinin cavabdehlik daşıması ilə bağlı hər hansı bir araşdırma aparmamışdır. Ona görə də, qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6562/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş qeyd olunan halların ətraflı araşdırılması məqsədi ilə həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6562/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-5031/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-5031/2025
22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver