Məhkəmə qərarları › İş №2-1(103)-5037/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-5037/2025

07.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-5037/2025 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ismayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X3 və X7 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi X4, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı X10 cavabdeh Cavabdeh qarşı “plan və ölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə “xxxx” firmasının inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(**)-**/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları Iddiaçı İddiaçı cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə (hazırkı Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli sərəncamı ilə iddiaçıya verilmiş Bakı şəhəri Salyan şosesi 32 ünvanda yerləşən 1.200 kv.m. torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsünün verilməsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsi barəsində qərar çıxarılmasını xahiş etmişdir. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2-1 (**)-***/** nömrəli iş üzrə ##.##.2014-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Salyan şosesi 32 ünvanda yerləşən 1.200 kv.m. torpaq sahəsinə plan və ölçünün hazırlanıb verilməsi AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanı ilə AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş, həmin Fərmanın 2.1-ci bəndi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilmiş dövlət torpaq kadastrı və reyestrinin aparılması, torpaq bazarının təşkili, yerquruluşu ilə bağlı səlahiyyətlər Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi məhkəməyə vəsatət verərək, üçüncü şəxs qismində işə cəlb edilməsini, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2- *(**)- ***/** nömrəli iş üzrə ##.##.2014-cü il tarixli qərarın ləğv edilməsini və icraatın təzələnməsini xahiş etmişdir. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-***/** nömrəli iş üzrə ##.##.2016-cı il tarixli qərardadı ilə *-*(**)-***/** nömrəli iş üzrə ##.##.2014-cü il tarixli qərarı ləğv edilərək işin icraatı təzələnmiş, AR ƏMDK DƏDRX Bakı şəhər ərazi idarəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh DTXK Bakı şəhər şöbəsini əsl cavabdeh AR ƏMDK DƏDRX Bakı şəhər ərazi idarəsi ilə əvəz olunmasını və Səbail Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli sərəncamı ilə ona verilmiş Bakı şəhəri Salyan şosesi 32 ünvanda yerləşən 1.200 kv.m. torpaq sahəsinə dair plan və ölçünün verilməsinin AR ƏMDK DƏDRX Bakı şəhər ərazi Iarəsinə həvalə edilməsini xahiş etmişdir. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli *-*(**)-**/** saylı qərardadı ilə cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Ərazi Idarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi Idarəsi ilə əvəz edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli *-*(**)-**/**** saylı qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.metr torpaq sahəsinə İddiaçı adına plan və ölçünün (cizgi, sxem) verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsinə həvalə edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermiş, daha sonra isə apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təqdim etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Inzibati-iqtisadi kollegiyasının ##.##.2017-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər ərazi idarəsinin * saylı Bakı Inzibatiiqtisadi Məhkəməsinin *-*(**)-**/**** nömrəli iş üzrə ## ##### 2017-ci il tarixli qərarından apellyasiya şikayətini geri götürməsi qəbul edilmiş və həmin şikayət üzrə icraata xitam verilmişdir. Qərar qanuni qüvvəyə mindiyindən ##.##.2017-ci il tarixli məktubla icra olunması üçün cavabdehə göndərilmiş, cavabdeh ##.##.2017-ci il tarixli məktub ilə qərarın icra edildiyini bildirmişdir. ##.##.2023-cü ildə “xxxx” firması ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" firmasının Bakı Inzibati Məhkəməsinin icraatında olmuş *-*(**)-**/**** saylı inzibati işin icraatına üçüncü şəxs qismində cəlb edilməsi və həmin iş üzrə məhkəmənin ##.##.2017-ci il tarixli qərarının ləğv edilərək, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon Icra Hakimiyyəti Baçşısının ##.##.2004-cü il tarixli *** saylı razılıq məktubu və "xxxx" firmasının müraciəti nəzərə alınaraq Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2004-cü il tarixli *** saylı sərəncamı ilə Səbail rayonu, Salyan şossesi, "Şahinbağ" yaşayış sahəsinin şimal-şərq hissəsində kotec tipli evlərin layihələndirilməsi və tikintisi üçün 3,0 ha (30000 kv.m) torpaq sahəsi icarə əsasında 49 il müddətinə "xxxx" firmasının istifadəsinə verilmiş, firma ilə Bakı şəhər Icra Hakimiyyəti arasında ##.##.2005-ci il tarixli **** saylı icarə müqaviləsi bağlanmış, ##.##.2005-ci il tarixli qəbzlə 5910604,32 AZM (1182,12 AZN) ödəniş edilmiş, ##.##.2004-cü il tarixli ***** saylı inşaat pasportu, torpaq sahəsinin ##.##.2004-cü il tarixli **/*** saylı ayrıc aktı və cizgisi, ##.##.2006-cı il tarixli **** saylı torpaq sahəsinin kadastr planı, kotec tipli evlərin baş planının eskizi tərtib edilmiş, layihə Memarlıq və Şəhərsalma Baş Idarəsinin ##.##.2007-ci il tarixli **/**-*** saylı məktubu ilə razılaşdırılmışdır. Bakı şəhəri Səbail bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** saylı sərəncamı ilə Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.m (0,12 ha) torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi Idarəsinin vəkil sorğusuna ##.##.2023-cü il tarixli cavab məktubuna əsasən, həmin torpaq sahəsi Azərbaycan Respublikası * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-l(**)-**/**** saylı ##.##.2017- ci il tarixli qərarına əsasən ##.##.2017-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş, buna dair ##.##.2017-ci il tarixli RX ******* saylı çıxarış verilmiş və hazırda mülkiyyətindədir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı qeyd edilən torpaq sahəsi "xxxx" firmasının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində ayrılmışdır. Belə ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi Idarəsinin vəkil sorğusuna ##.##.2023- cü il tarixli cavab məktubuna (məktub ##.##.2023-cü il tarixdə təqdim edilmişdir) əsasən "xxxx" firmasının istifadəsinə verilmiş 3,0 ha (30000 kv.m) torpaq sahəsinin ##.##.2006-cı il tarixli **** saylı kadastr planında göstərilən və hazırda yerində (naturada) mövcud olan döngə nöqtələrinin koordintaları ilə İddiaçı mülkiyyətində olan 0,12 ha (1200 kv.m) sahə bütövlükdə kadastr planının baza məlumatı ilə üstüstə düşür. Halbuki, bələdiyyənin bu torpaq sahəsinə dair sərəncam vermək səlahiyyəti olmamışdır, çünki həmin vaxt (2005-ci ildə) torpaq sahəsi bələdiyyə deyil, dövlət mülkiyyətində olan torpaqlara aid olmuşdur. Həmin torpaq sahəsi hətta bələdiyyənin mülkiyyətində olsa idi belə, onun xüsusi mülkiyyətə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməmiş, mübahisə predmeti olan torpaq sahəsinə münasibətdə müvafiq bələdiyyə qərarı qəbul edilməmiş, yalnız sərəncam verilmiş, həmin sərəncam müvafiq nəzarət orqanına göndərilməmiş, tərəflər arasında müqavilə bağlanmamış və müvafiq icra hakimiyyəti orqanının rəyi alınmamışdır. Ona görə də, hazırda "xxxx" firması tərəfindən sözügedən torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsinə dair cavabdeh Bakı şəhəri Səbail bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** saylı sərəncamı qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və digər cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi Idarəsinin üzərinə həmin torpaq sahəsi ilə bağlı İddiaçı adına aparılmış qeydiyyatın ləğv olunması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi Bakı Inzibati Məhkəməsinə müraciət edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(**)-**/**** nömrəli (sədrlik edən hakim Səlma Qənbərova) qərardadı ilə ərizə təmin olunmamışdır. Ərizəçi birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və vəsatətin təmin edilib “xxxx” firması işin icraatına üçüncü şəxs qismində cəlb edilərək məhkəmənin ##.##.2017-ci il tarixli qərarının ləğv olunmaqla, mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı ŞəhərIcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” ##.##.2004-cü il tarixli *** saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində kotec tipli evlərin layihələndirilməsi və tikintisi üçün 3,0 ha (30000 kv.m) torpaq sahəsi icarə əsasında 49 il müddətinə ərizəçinin istifadəsinə verilmiş, Ərizəçi ilə Bakı şəhər Icra Hakimiyyəti arasında ##.##.2005-ci il tarixli **** saylı icarə müqaviləsi bağlanmış, ##.##.2005-ci il tarixli qəbzlə 5910604,32 AZM (1182,12 AZN) ödəniş edilmiş, ##.##.2004-cü il tarixli ***** saylı inşaat pasportu, torpaq sahəsinin ##.##.2004-cü il tarixli **/*** saylı ayrıc aktı və cizgisi, ##.##.2006-cı il tarixli **** saylı torpaq sahəsinin kadastr planı, kotec tipli evlərin baş planının eskizi tərtib edilmiş, layihə Memarlıq və Şəhərsalma Baş Idarəsinin ##.##.2007-ci il tarixli **/**-*** saylı məktubu ilə razılaşdırılmışdır. Lakin sonradan məlum olmuşdur ki, Ərizəçinin istifadəsində olan həmin torpaq sahəsinin hüdudları daxilində Bakı şəhəri Səbail bələdiyyəsinin “Bələdiyyə mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin vət. İddiaçı adına sənədləşdirilməsi barədə” ##.##.2005-ci il tarixli *** saylı sərəncamı ilə Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.m (0,12 ha) torpaq sahəsinin (bundan sonra–Mübahisəli sahə) əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmış, bu torpaq sahəsinin alqı-satqısına dair tərtib edilmə tarixi və müvafiq rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınma tarixi və nömrəsi göstərilməyən akt tərtib edilmiş, ##.##.2017-ci il tarixdə ona sözügedən torpaq sahəsinin plan-ölçüsü (****** saylı) və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (seriya RX, № *******, reyestr nömrəsi 004013006954, qeydiyyat nömrəsi 1117065195, qeydiyyat tarixi ##.##.2017) verilmişdir. Müəyyən edilmişdir ki, mübahisəli sahənin İddiaçı (bundan sonra – Iddiaçı) adına qeydiyyatdan keçməsinin əsasını onun müvafiq iddiası əsasında Bakı şəhəri, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə dair plan və ölçünün (cizgi, sxem) verilməsi öhdəliyinin AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsinə həvalə edilməsi barədə qəbul edilmiş mübahisəli qərar təşkil etmişdir. Belə ki, AR IN yanında ƏMDX DƏDKR PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinin vəkil sorğusuna ##.##.2023-cü il tarixli cavab məktubundan görünür ki, Mübahisəli sahə mübahisəli qərara əsasən ##.##.2017-ci il tarixdə Iddiaçının adına qeydiyyatdan keçməklə, hazırda onun mülkiyyətindədir. Həmçinin, müəyyən edilmişdir ki, Iddiaçının adına qeydiyyatdan keçmiş mübahisəli sahə Ərizəçinin istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Belə ki, AR IN yanında ƏMDX DƏDKR PHŞ-nin * saylı Bakı ƏI-nin vəkil sorğusuna ##.##.2023-cü il tarixli cavab məktubundan görünür ki, Ərizəçinin istifadəsinə verilmiş 3,0 ha (30000 kv.m) torpaq sahəsinin ##.##.2006-cı il tarixli **** saylı kadastr planında göstərilən və hazırda yerində (naturada) mövcud olan döngə nöqtələrinin koordinatları ilə Iddiaçının mülkiyyətində olan 0,12 ha (1200 kv.m) sahə bütövlükdə kadastr planının baza məlumatı ilə üst-üstə düşür. Halbuki, iş materiallarında olan müvafiq sübutlardan müəyyən olunmuşdur ki, bələdiyyənin Mübahisəli sahəyə dair sərəncam vermək səlahiyyəti olmamışdır, çünki mübahisəli sahə bələdiyyə deyil, dövlət mülkiyyətində olan torpaqlara aid olmuşdur. Mübahisəli sahə hətta bələdiyyənin mülkiyyətində olsa idi belə, onun xüsusi mülkiyyətə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməmiş, mübahisəli sahəyə münasibətdə müvafiq bələdiyyə qərarı qəbul edilməmiş, yalnız təkbaşına sərəncam verilmiş, həmin sərəncam müvafiq nəzarət orqanına (bu halda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə Iş mərkəzi) göndərilməmiş, tərəflər arasında müvafiq müqavilə bağlanılmamış və müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) rəyi alınmamışdır. Beləliklə, şərh edilənlərdən göründüyü kimi, Mübahisəli sahənin bələdiyyə deyil, dövlət mülkiyyətində olan torpaqlara aid olmaqla, bələdiyyənin Mübahisəli sahə üzərində sərəncam vermək səlahiyyətinin olmaması, olsa idi belə, müvafiq sərəncam verilərkən qanunvericiliklə müəyyən edilmiş tələblərə və qaydalara riayət edilməməsi, Mübahisəli sahənin Ərizəçinin istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşməklə kadastr planında göstərilən və hazırda yerində (naturada) mövcud olan döngə nöqtələrinin koordinatları ilə tam üst-üstə düşməsi və Mübahisəli sahənin Iddiaçının adına qeydiyyatdan keçməsinin əsasını məhz Mübahisəli qərarın təşkil etməsi işin mübahisəsiz hallarıdır. Bu da o qənaətə gəlməyə əsas verir ki, bələdiyyənin Mübahisəli sahə ilə bağlı sərəncamı, əslində müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt olduğu üçün “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2 və 65.2-ci maddələrinin tələblərinə əsasən qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılan və heç bir hüquqi nəticə yaratmayan etibarsız inzibati akt olmuşdur. Belə olan halda, məhkəmənin öz qərardadında torpaq sahəsinin planı və ölçüsünü sadəcə texniki sənəd kimi qiymətləndirib Mübahisəli sahəyə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasının əsası kimi Bakı şəhəri Səbail bələdiyyəsinin *** nömrəli ##.##.2005-ci il tarixli sərəncamını qeyd etməsi qanuni və əsaslı deyildir. Çünki, əvvəla, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına 7. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, ... dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, burada özgəninkiləşdirilməsinə dair müvafiq akt qəbul edilmiş daşınmaz əmlakın bələdiyyəyə məxsus olması əsas şərtdir ki, hazırkı halda müvafiq sərəncamın verildyi Mübahisəli sahə dövlətin mülkiyyətində olmuşdur. Digər tərəfdən, həmin Qanunun 10.1 və 10.2-ci maddələrinin tələblərinə əsasən, hüquqların dövlət qeydiyyatı hüquq əldə edənin qeydiyyat orqanına verdiyi müvafiq ərizəsiəsasında aparılmaqla, həmin ərizəyə əlavə olunmalı sənədlərdən biri də, hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ilə yanaşı, torpaq sahəsinin planı və ölçüsüdür. Məhz buna görə Iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət edərək Mübahisəli qərarı əldə etmişdir. Əks təqdirdə, həmin qərar olmadan Mübahisəli sahənin planı və ölçüsünü ala və öz adına qeydə alınmasına nail ola bilməzdi. Bu mənada, Mübahisəli qərarın Ərizəçinin qanunla qorunan maraqlarınıəhəmiyyətli dərəcədə pozması aşkar və şəksizdir. 2) “Ərizənin ağlabatan müddətdə verilməməsi” nəticəsinin əsassızlığı ilə bağlı Məhkəmə əsassız olaraq Bakı şəhəri Səbail Rayon Polis Idarəsinin ##.##.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına istinadən Ərizəçinin Mübahisəli sahə ilə bağlı məsələdən artıq həmin vaxtdan məlumatlı olması nəticəsinə gəlmişdir. Halbuki, həmin qərardan görünür ki, polis orqanında müvafiq araşdırma iddiaçının deyil, başqa şəxsin (X1) müraciəti əsasında aparılmış və araşdırmaya təqdim edilmədiyi üçün Ərizəçi həmin vaxt mübahisəli sahə ilə bağlı Iddiaçının adına olan bələdiyyə sərəncamından və digər sənədlərdən, o cümlədən mübahisəli qərardaddan məlumatlı olmamışdır. Ərizəçi bu barədə yalnız müvafiq vəkil sorğularına AR IN yanında ƏMDX DƏDKR PHŞ-nin * saylı Bakı ƏI-nin vəkil sorğusuna ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli cavab məktublarından məlumat əldə etmiş, torpaq sahələrinin üst-üstə düşməsini bildirən sonuncu məktub ona ##.##.2023-cü il tarixdə təqdim edilmiş və bundan sonra o, dərhal ##.##.2023-cü il tarixli müvafiq vəsatətlə məhkəməyə müraciət etmişdir. Yəni, sözügedən halda inzibati məhkəmə icraatına cəlb olunmamış şəxs qismində Ərizəçinin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt kimi ##.##.2023-cü il tarixi çıxış etmişdir. 3) Məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə bağlı qeyd edirlər ki, Mübahisəli qərarın qəbul olunduğu inzibati işlə analoji olan digər 2 inzibati iş üzrə də Ərizəçi tərəfindən inzibati məhkəmə icraatına cəlb olunmamış üçüncü şəxs qismində müvafiq vəsatətlər verilmiş və iddiaçının qardaşının və digər qohumunun müvafiq iddialarına əsaslanan həmin işlər üzrə qəbul edilmiş qərarlar ləğv olunaraq, həmin qərarların icrasında dönüş edilmişdir. Belə ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qərardadı ilə iddiaçı X4 cavabdeh Cavabdeh (üçüncü şəxs “xxxx” firması, X5) qarşı “torpaq sahəsinə plan və ölçünün verilməsi” tələbinə dair iddiası mümkün sayılmamış, icrada dönüş üzrə Bakı şəhəri, Salyan şossesi, 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinə dair Arif Abdullayevin adına aparılmış mülkiyyət hüququna dair qeydin ləğv edilməsi cavabdehə həvalə edilmişdir. Qərardad Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli məktubu ilə icra olunması üçün Cavabdeh göndərilmişdir. Qərardaddan həmin inzibati iş üzrə iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə mümkün sayılmayaraq şikayətin qəbulundan imtina olunmuşdur. Həmçinin, Bakı Inzibati Məhkəməsinin *-*(**)-**/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı X2 müvafiq iddiası əsasında Bakı şəhəri, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə dair plan və ölçünün verilməsi öhdəliyinin AR ƏMDK yanında DƏDRXnin Bakışəhər Ərazi Idarəsinə həvalə edilməsi barədə qəbul edilmiş Azərbaycan Respublikası * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *inz(**)- ***/**** saylı ##.##.2014-cü il tarixli qərarının icrasına dönüş edilərək, həmin qərar əsasında Bakı şəhəri, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə verilmiş plan və ölçü sənədinin ləğv olunması qərara alınmış və qərardad məhkəmənin ##.##.2025-ci il tarixli məktubu ilə icra olunması üçün DƏDKR PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinə göndərilmişdir. Qeyd edilən qərardadlar Ərizəçinin hazırkı iş üzrə vəsatətinə baxılarkən məlumat üçün məhkəməyə təqdim edilməsinə rəğmən, məhkəmə bu qərardadları nəzərə almayıb və ümumiyyətlə hər hansı münasibət bildirməyib vəsatəti təmin etməməklə eyni məhkəmənin iki hakimindən fərqli bir nəticəyə gəlmişdir ki, bu da analoji mübahisələr üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına səbəb olan haldır. Prosessual məsələlər Apellyasiya məhkəməsində ərizəçinin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(**)-**/**** nömrəli qərardadının ləğv edilməsi və vəsatətin təmin edilib “xxxx” firması işin icraatına üçüncü şəxs qismində cəlb edilərək məhkəmənin ##.##.2017-ci il tarixli qərarının ləğv olunmaqla, mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(**)-**/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.3-cü maddəsinə əsasən üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair" 2017-ci il ## ##### tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60- cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Inzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. “Inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, **/**** nömrəli qərardadında qeyd edilmişdir ki, adi cəlbetmə zamanı üçüncü şəxs bir qayda olaraq, mübahisə tərəflərindən birinin yanında, yəni iddiaçının yaxud cavabdehin tərəfində icraatda iştirak edir. Bu halda, onun hüquqi marağı da daha çox yanında iştirak etdiyi tərəfin (iddiaçı və ya cavabdehin) mübahisədə qalib gəlməsi ilə bağlı yaranır. Lakin üçüncü şəxs həmişə prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak etməyə bilər, onun həm də tərəflərə aid olmayan öz maraqlarının müdafiəsi məqsədilə də icraata qoşulması mümkündür. Adi cəlbetmədə üçüncü şəxsin hüquqi marağı birbaşa iddia predmeti ilə əlaqəli olmur. Çıxarılacaq məhkəmə qərarının cəlb ediləcək şəxsin maraqlarına təsir etmə (toxunma) ehtimalı varsa, adi cəlbetmə həyata keçirilməlidir. Sözügedən təsir (toxunma) ehtimalı isə o zaman mövcud olur ki, məhkəmə qərarından asılı olaraq şəxsin hüquqi statusunun mövcud hüquqi statusu ilə müqayisədə pis və ya yaxşıya doğru dəyişməsi halı yaranmış olur. Başqa sözlə, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində üçüncü şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsi baş verir. Beləliklə, adi cəlbetmə üçün şərtlərin mövcud olub-olmadığını müəyyən etmək üçün məhkəmə qərarının üçüncü şəxsin maraqlarına toxunmasının mümkün olub-olmamasını qiymətləndirmək lazımdır. Əgər bu cür toxunma ehtimalı mümkün hesab olunursa, bu zaman adi cəlbetmə üçün şərtlər formalaşmış olur (40-cı bənd) . Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır (53-55-ci bəndlər). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda ərizəçinin hüquqi marağı Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(**)-**/**** nömrəli qərardadının ləğv edilməsi və vəsatətin təmin edilib “xxxx” firması işin icraatına üçüncü şəxs qismində cəlb edilərək * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarının ləğv olunmaqla, mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasına nail olmaqdan ibarətdir. Belə ki, * saylı Bakı Inzibati- Iqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli, *-*(**)-**/**** saylı qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.metr torpaq sahəsinə İddiaçı adına plan və ölçünün (cizgi-sxem) verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin planı və ölçüsü torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı), mülkiyyət növü, inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi (hektarla), torpaq sahəsində mövcud olan servitutlar barədə məlumat və sair kimi məlumatları özündə əks etdirən texniki sənəd olmaqla, şəxsə hər hansı bir hüququ vermir və hüququn qeydə alınması üçün əsas qismində çıxış etmir. Işdən görünür ki, mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ Səbail Bələdiyyəsinin *** nömrəli, ## ###### 2005-ci il tarixli sərəncamı əsasında qeydə alınmış, ərizəçi həmin sərəncamın etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə idia qaldırmış, lakin Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, torpaq sahəsinin planı və ölçüsü hüquqmüəyyənedici sənəd qismində çıxış etməməklə, hər hansı bir şəxsin daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklülüyünün) və xitam verilməsinə səbəb olmur, deməli, onun verilməsi ilə bağlı qəbul edilmiş məhkəmə qərarı ərizəçinin də hüquqlarına təsir etməməklə ona münasibətdə hüquqi nəticə yaratmır və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozmur. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsi üçün tələb olunan ikinci şərt inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsidir. Ərizəçi mübahisəli qərarın ləğvi ilə bağlı ##.##.2023-cü il tarixdə məhkəməyə müraciət etsə də, Bakı Inzibati Məhkəməsi e-*-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadında qeyd etmişdir ki, “...iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdirlər. Eyni zamanda Səbail rayon Polis Idarəsinin ##.##.2020-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarından görünür ki, iddiaçı həmin cinayət işi üzrə müvafiq izahatlar vermişdir ki, bu da onun artıq həmin vaxt (##.##.2020) məlumatlı olmasını deməyə əsas verir...” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Işdən görünür ki, mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ Səbail Bələdiyyəsinin *** nömrəli, ## ###### 2005-ci il tarixli sərəncamı əsasında qeydə alınmışdır. Qeyd edilməlidir ki, ərizəçi həmin sərəncamın etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırsa da, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-***/**** saylı ##.##.2025ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmənin müvafiq sorğusuna Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ##.##.2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə tərkibi qeyd edir ki, ərizəçinin hüquqi marağı ilk növbədə çıxarışın, eyni zamanda plan və ölçünün verilməsinə əsas olan Səbail Bələdiyyəsinin *** nömrəli, ## ###### 2005-ci il tarixli sərəncamının mübahisələndirməsini tələb edirdi. Həmin tələb isə inzibati məhkəmə icraatında mümkün sayılmamışdır. Belə olan halda, hazırkı ərizənin təmin edilməsi üçün əsas yaranmır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və IPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar