Məhkəmə qərarları › İş №2-1(103)-504/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-504/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-504/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə və torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X17 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə, X13-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-268/2024 saylı 22 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 1963-cü ilin avqust ayında tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”dan görünür ki, Ələt qəsəbəsində, sahəsi 847 kv.m. olan həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evi X8 (iddiaçının atasına) məxsus olmuşdur. X14 (iddiaçının atası) xx.xx.1987-ci ildə vəfat etmişdir. Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbə nümayəndəliyinin 2499 saylı xx.xx.1996cı il tarixli arayışının məzmununda qeyd edilmişdir ki, arayış verilir ünvan 6-də yaşayan X9 ondan otrü ki, avqust 1959-cu il tarixdə Ələt qəsəbə X7 İcraiyyə Komitəsinin qərarı ilə mərhum həyat yoldaşı X1 evi söküb yerində fərdi layihə ilə ev tikilməsinə icazə verilmişdir. Hal-hazırda həmin sahədə həyətyanı torpaq sahəsi 847 kv.m. olmaqla, yaşayış sahəsi 3 otaqdan ibarət olmaqla 40,8 kv.m., köməkçi sahə 25,8 kv.m., açıq varanda 22,3 kv.m., həyətyanı sahədə hamam 6 kv.m., ayaqyolu 1,5 kv.m., dam 18 kv.m. tikilmişdir. Həmin evə avqust 1963-cü ildə texniki pasport tərtib edilmişdir. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının fərdi yaşayış evlərinin qeydiyyata alınması barədə xx.xx.1996-cı il tarixli, 549 nömrəli sərəncamında 1.8-ci bənddə X4 Ələt qəsəbəsi Dənizçilər qəsəbəsində yerləşən 1957-ci ildə tikilmiş 67 saylı evi barədə qeyd öz əksini tapmışdır. 29 aprel 1997-ci il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.1987-ci ildə ölmüş X4 bərabər hüquqlu vərəsələri – həyat yoldaşı X15 və oğlu X11r. Həmin şəhadətnamədə vərəsəlik əmlakının aşağıdakı əmlakdan ibarət olduğu qeyd olunmuşdur: Bakı şəhəri, Ələt qəsəbəsi, Dənizçilər küçəsi, ev 67. Qeydiyyat vəsiqəsinə əsasən reyestr kitabı 35, səh 5332, qeydəalma 30 5332, ver.xx.xx.1996-cı il, 3 otaqlı mənzil, yaşayış sahəsi 40,8 kv.m. inventar qiyməti 739930 manat. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin MH seriyalı 088213 nömrəli xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Ələt qəsəbəsi Dənizçilər küçəsindəki 67 nömrəli yaşayış evi X15 və X10 adına xüsusi mülkyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. 15 aprel 2014-cü il tarixli Yanğın aktından görünür ki, 17 mart 2014-cü il tarixdə Qaradağ rayonu, Ələt qəsəbəsi, Etibar Rəhimov küçəsində yerləşən 67 nömrəli fərdi yaşayış evində yanğın baş vermiş və bu barədə yanğın aktı tərtib edilmişdir. Bundan sonra ünvan 3 ünvanında fərdi yaşayış evinin tikintisi ilə bağlı 2017-ci ildə eskiz layihə tərtib edilmiş və həmin layihə Qaradağ Rayon İcra Hakimiyyəti aparatının memarı N.Səmədov ilə razılaşdırılmış, Qaradağ Rayon İcra Hakimiyyətinin sənədlər üçün ştampı ilə təsdiqlənmişdir. Layihədə məlumatlandırma icraatı qaydasında müraciət edən şəxs olaraq İddiaçı adı qeyd olunmuşdur. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, hədiyyə verənlər X18 və X15 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 66.6 kv.m., yaşayış sahəsi 40.8 kv.m., yardımçı sahəsi 25.8 kv.m. olan 3 otaqlı fərdi yaşayış evini tam hissədə hədiyyə alan İddiaçı bağışlamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Etibar Rəhimov küçəsində yerləşən sahəsi, torpaq sahəsinin olçüsü 0.0108 hektar, fərdi yaşayış evinin sahəsi 66.6 kv.m olan ev 67 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** nömrəsi ilə xx.xx.2018ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı adına verilmiş ********** nömrəli xx.xx.2018-ci il tarixli reyestrdən çıxarışda ona məxsus fərdi yaşayış evinin ölçülərinin düzgün qeyd olunmadığına və torpaq sahəsinin vahid reyestrdə qeydiyyata alınmadığına istinad edərək adına həm fərdi yaşayış evinə, həm də torpaq sahəsi ilə bağlı reyestrdə mülkiyyət hüququnun qeydə alınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixli, **********39 nömrəli imtina məktubunda qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Xəzər dənizinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağının altında olan torpaqlar dövlətin mülkiyyətində olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasıdan imtina edilmişdir. Həmçinin iddiaçının müraciəti ilə bağlı sonuncu dəfə cavabdeh qurumun xx.xx.2022-ci il tarixdə verdiyi imtina məktubunda eyni əsaslara istinad olunaraq iddiaçının tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.Rəhimov küçəsi 67 saylı fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-268/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddianın dəyişdirilməsi barədə ərizəsi təmin edilmiş, İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.Rəhimov küçəsi, 67 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,1032 hektar torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin texniki pasportunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.Rəhimov küçəsi 67 saylı ev mülkiyyət hüququ əsasında ona məxsus olmuş və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışına əsasən həmin ev 441 nömrəli reyestr kitabının 41393 saylı vərəqində onun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Hal-hazırda da o, həmin ünvanda qeydiyyatdadır. 17 mart 2014-cü il tarixdə ona məxsus həmin fərdi yaşayış evində yanğın baş vermiş, yanğın zamanı fərdi yaşayış evi və evdə olan əşyalar tamamilə yanmışdır. Bu barədə müvafiq təşkilat tərəfindən 15 aprel 2014-cü il tarixdə yanğın haqqında akt tərtib edilmişdir. Yanğından sonra o, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.Rəhimov küçəsi ev 67 ünvanında yeni fərdi yaşayış evi inşa etmiş və yeni evin tikintisi üçün Qaradağ rayon İcra Hakimiyyəti aparatı tərəfindən eskiz layihəsi təsdiq edilməklə razılaşdırılmışdır. Hal-hazırda həmin ünvanda ev inşa edilmişdir və orada yaşayır. Yeni tikilmiş fərdi evin qeydiyyata alınması üçün cavabdeh təşkilata müraciət edilsə də ona bildirilmişdir ki, elekrton kadastr məlumatına əsasən ona məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Xəzər dənizinin mühafizə zonasında yerləşir və bu səbəbdən də ona məxsus fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsi üzərinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınnması mümkün deyildir. Cavabdeh təşkilatın imtinası tamamilə əsassızdır. Belə ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 549 saylı sərəncamında da qeyd edilir ki, Ələt qəsəbəsi Dənizçilər küçəsi (hazırda E.Rəhimov) 67 saylı ev mərhum babası X16 tərəfindən 1957-ci ildə tikdirilmişdir. Həmin sərəncama əsasən Bakı şəhər XDS İK-nin 17 fevral 1969-cu il tarixli “Bakı şəhərində fərdi yaşayış tikintilərinin nizamlanması” barəsində qərarına əsasən mərhum babasına məxsus həmin yaşayış evinin qeydiyyata alınmasına icazə verilmiş, mübahisəli ev vərəsəlik qaydasında onun istifadəsinə keçmişdir. Həmin vaxtdan da torpaq sahəsi və torpaq sahəsinin üzərində inşa edilmiş evdə yaşamışdır. Necə ola bilər ki, rəsmi olaraq qeydiyyata alınmış torpaq sahəsi yanğından sonra Xəzər dənizinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Xəzər dənizi sahilboyundan 20-50 metrlik zolağında olan torpaq sahələri dövlət mülkiyyətində qalmaqla özgəninkiləşdirə bilməz. Onun evi Xəzər dənizi sahilboyundan 200 mertdən artır aralıda yerləşir və bu imtina üçün əsas deyildir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq iddia tələbi ilə xx.xx.2020-ci tarixli ərizə ilə 1 saylı Bakı ərazi idarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Xəzər dənizinin mühafizə zolağında yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2020-ci il tarixli, **********39 nömrəli cavab məktubları ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.2.1-ci maddəsinə əsasən Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Göstərilən sahilboyu zolağın qrafiki təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahilboyu zolaq Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin quru ilə bu qanun qüvvəyə mindikdən sonra mövcud olan təmas xəttindən hesablanır. Sahilboyu zolağın qrafiki təsvirində həmçinin zolağın 20 metrdən 50 metrədək müəyyənləşdirilməsinə əsas olan su səthinin quru ilə təmas xəttinin mövcud və təbii təsirlərlə əlaqədar dəyişən vəziyyəti öz əksini tapmalıdır. İctimai çimərliklərdə (müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən yaradılan və ya bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə icarəyə verilən, gediş-gəlişi məhdudlaşdırılmayan çimərlik) sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-268/2024 saylı 22 avqust 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin məzmunu ilə eynilik təşkil etməklə əlavə olaraq bildirilmişdir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmişdir. Sorğuya cavabda ona məxsus evin vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin Xəzər dənizinin 50 metrlik mühafizə zolağında yerləşdiyi qeyd edilmişdir. Məhkəmə qərarda 18 aprel 2023-cü il tarixli mütəxəssis rəyinə istinad etmişdir. Halbuki mütəxəssis rəy verərkən baxış keçirməmiş, əgər keçirmişdirsə bundan onun xəbəri olmamışdır. Bu halı o, məhkəməyə bildirkdən sonra məhkəmə təkrar ekspertiza təyin etmişdir. Lakin məhkəmə təkrar ekspertin rəyini almadan(gətizdirmədən) əsassız olaraq qərar qəbul etmişdir. O, bununla razılaşmadıqdan sonra məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ekspert gələrək onun evi ilə dəniz sahili ölçülmüşdür. Ara məsafəsi ölçülərkən o özü də şəxsən iştirak etmiş və dəniz sahili ilə onun evi arasında olan məsafənin 300 metrdən çox olduğu müəyyən edilmişdir. Lakin məhkəmə ekspertin rəyini almadan (gətizdirmədən) əsassız olaraq qərar qəbul etmişdir. O həmin evə iki dəfə çıxarış almışdır. Birinci dəfə 1997-ci ildə mərhum anası X5 adına, ikinci dəfə isə 2018-ci ildə öz adına çıxarış almışdır. İki dəfə eyni torpaq sahəsində yerləşən evə çıxarış almağına baxmayaraq hazırda onun evinin dənizin 20- 50 metrliyində mühafizə zolağında olduğunu bildirirlər. Həmin əraziyə gözlə, eləcə də peyk vasiətislə baxıldıqda onun evinin dəniz sahilindən 300 metrdən aralı olduğu aydın görünür. Məhkəmə isə bu halı müəyyən etmək üçün ekspertiza təyin etməsinə baxmayaraq ekspert rəyini gözləmədən əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları: İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 09 aprel 2025-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbini dəqiqləşdirmə ərizəsi verərək çıxarışda qeyd olunan fərdi yaşayış evinin ölçülərinin lahiyədə göstərilən faktiki ölçülərə uyğun, torpaq sahəsinin ölçüsünün isə mərhum atasının adına olan Kommunal Təssərrüfat Nazirliyi tərəfindən 1963-cü ildə verilmiş texniki pasporta uyğun 847 kv.m olaraq daşınmaz əmlakın dövlət reyestrində vahid əmlak kimi qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.Rəhimov küçəsi, 67 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” barədədir. İddiaçı bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən “elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Xəzər dənizinin mühafizə zolağında yerləşməsi”nə istinad olunaraq tələbin təmin olunmasından imtina olunmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, “mübahisələndirilən torpaq sahəsi Xəzər dənizinin mühafizə zolağında yerləşir. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağının altında olan torpaqlara aiddir.” Ona görə də məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və ya bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər qismində: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Hazırki işdə iddiaçının hüquqi marağı mərhum atasının adına Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 1963-cü ilin avqust ayında tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”da qeyd olunan torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə (2017-ci ildə tərtib edilmiş eskiz layihədəki ölçülər daxilində) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə reyestrdən çıxarışın verilməsinə yönəlmişdir. İddiaçı iddia tələbinin əsası kimi hüquqmüəyyənedici sənədlər qismində- mərhum atasının adına Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 1963-cü ilin avqust ayında tərtib edilmiş pasportu, fərdi yaşayış evinin 2017-ci ildə tərtib edilmiş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş eskiz layihəsini və fərdi yaşayış evinin onun adına keçirilməsi ilə bağlı qanun üzrə vərəsələrin bağışlama müqaviləsi əsasında adına xx.xx.2018-ci ildə verilmiş reyestrdən çıxarışı təqdim etmişdir. İş üzrə müəyyən olunur ki, iddiaçının 2017-ci ildə tərtib edilmiş eskiz layihədəki ölçülərlə adına rəsmiləşdirilməsini tələb etdiyi ünvan 6 ünvanında olan fərdi yaşayış evinə dair ilk dəfə xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən həmin yaşayış evinin ölçüləri olaraq yuxarıda qeyd olunan 2014-cü ildə baş vermiş yanğın zamanı mövcud olmuş fərdi yaşayış evinin ölçüsü (66,6 kv.m.) göstərilmişdir. Halbuki iş materiallarından görünür ki, fərdi yaşayış evi 2014-cü ildə yandıqdan sonra 2017-ci ildə tərtib edilmiş və müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılmış eskiz layihə əsasında yenidən yeni ölçülər daxilində inşa edilmiş, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən qanun üzrə vərəsələr tərəfindən iddiaçıya bağışlanılmışdır. Lakin cavabdeh qurum tərəfindən iddiaçının adına xx.xx.2018-ci il tarixdə fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən qeyd olunanlar nəzərə alınmamış, nəticədə fərdi yaşayış evi barədə məlumat olaraq “daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə)” qrafası qarşısında evin yenidən inşa edildiyi faktiki ölçülər deyil, məlum yanğın hadisəsi baş verən (2014-cü il) vəziyyətə olan ölçüsü (66,6 kv.m.) göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Kollegiya onu da nəzərə alır ki, burada iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd qismində məhz Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən mərhum atasının adına verilmiş, 1963-cü ilin avqust ayında tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar yaşayış evləri, habelə onların altında olan torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər hesab olunur. Qeyd olunmalıdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1963-cü ilin avqust ayında tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport”da iddiaçının mərhum atasına məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü olaraq 847 kv.m. göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Nəzərə alınmalıdır ki, hazırki işdə iddiaçı mərhumun oğlu, qanun üzrə vərəsələrin də ona bağışladığı fərdi yaşayış evinə dair mülkiyyət hüquqları cavabdeh qurum tərəfindən birinci dəfə- xx.xx.2018-ci ildə qeydiyyata alınmış şəxsdir, digər tərəfdən, fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədi qismində çıxış edən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1963-cü ilin avqust ayında tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” onda torpaq sahəsinin dəqiq ölçüsü barədə məlumatlar qeyd olunduğu üçün iddiaçıya fərdi yaşayış evinin altında yerləşən və həyətyanı torpaq sahəsi olaraq göstərilən cəmi 847 kv.m. torpaq sahəsinin adına özəlləşdirilməsini tələb etmək hüququnu verir. O ki qaldı cavabdeh inzibati orqanın imtina məktubunda “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Xəzər dənizinin mühafizə zolağında yerləşməsi” barədə dəlilinə, bu barədə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil əsassızdır. Belə ki, iş üzrə birinci instansiya məhkəməsində gedən araşdırmalar zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli **********81 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində, eləcə də eyni məzmunlu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 18 aprel 2023-cü il tarixli 10/2118 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 0.1032 ha təşkil edir. Torpaq sahəsinin üzərində 2 (iki) mərtəbəli yaşayış evi və həyət tikililəri mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Xəzər dənizin 50 metrlik mühafizə zolağında yerləşir. Qaradağ Rayonu Ələt Qəsəbə Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 12/56 nömrəli məktubunda isə qeyd edilmişdir ki, Ələt qəsəbə sakini İddiaçı müraciətinə əsasən bildirilir ki, ünvan 7 ünvanında ona məxsus olan fərdi yaşayış evi dəniz sahilindən 260 metr məsafədə yerləşir. Ziddiyyətli məqama aydınlıq gətirilməsi məqsədilə apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının verdiyi sorğu ilə bağlı cavabdehin xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdi ki, vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi tamamilə Xəzər dənizinin mühafizəsində yerləşir. Lakin həmin məktuba əlavə edilmiş xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında göstərilmişdi ki: Ələt qəsəbəsi, E.Rəhimov küçəsi, ev 67 ünvanında yerləşən daşınmaz əmlak: arxiv texniki pasport üzrə layihə üzrə faktiki 3y/o-40.8, 5 y/o- 95.8 5 y/o- 95.8, 2 mərtəbəli yaşayış evi arxiv texniki pasport üzrə layihə üzrə faktiki köm. 25.8 köm.-69.7 köm.- 69.7 arxiv texniki pasport üzrə layihə üzrə faktiki üm.- 66.6 165.5 165.5 arxiv texniki pasport üzrə layihə üzrə faktiki S tor,-0.0847ha S tor.- 0.1032ha S tor.- 0.1032ha Müayinə (baxış) aktında həmçinin qeyd olunmuşdur ki, torpaq sahəsinin sərhədləri və torpaq sahəsi hasar daxilindədir, 3 tərəf qonşu, 1 tərəf yol, bir tərəf boşluqdur. Vətəndaşın dediklərinə əsasən arxiv texniki pasportunda göstərilən fərdi yaşayış evi qısa qapanma nəticəsində yanaraq yararsız vəziyyətə düşmüşdür, onun yerində 2 mərtəbəli yaşayış evi İH-nin təsdiq etdiyi eskiz layihə əsasında inşa edilmişdir, dənizdən təxminən 150-350 m məsafədə yerləşir (fotoşəkil əlavə edilmişdir), faktiki vəziyyətə eskiz və baş plan tərtib edildi, koordinat əlavə olundu. **********, 223014282, ********** nömrəli ərizələr ilə müraciət olunmuşdur. Həmin məktuba əlavə edilmiş baş plandan görünür ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 0.0847, faktiki 0.1032, tikinti altı 0,02904, digər 0.07416-dır. Göründüyü kimi, apellyasiya baxışı zamanı cavabdeh qurumun özünün verdiyi məlumatlardan aydın olmuşdu ki, 2 mərtəbəli yaşayış evi İH-nin təsdiq etdiyi eskiz layihə əsasında inşa edilmiş və dənizdən təxminən 150-350 m məsafədə yerləşir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.2.1-ci maddəsinə əsasən Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Hazırki işdə iddiaçının adına özəlləşdirilməsini tələb etdiyi torpaq sahəsi və üzərində fərdi yaşayış evinin Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağında olması faktı müəyyən olunmur. Digər tərəfdən, nəzərə alınmalıdır ki, iddiaçıya bundan öncə adına rəsmiləşdirilməsini tələb etdiyi fərdi yaşayış evinin yerində mövcud olmuş köhnə fərdi yaşayış evinə dair cavabdeh qurum tərəfindən mülkiyyət hüququna dair xx.xx.2018-ci il tarixdə çıxarış verilmişdi. Belə olan halda hazırki vəziyyətdə cavabdeh qurumun fərqli mövqedən çıxış etməsi onun vahid inzibati praktikasının mövcud olmaması faktına dəlalət edir, hansı ki, bu fakt da şəxslərin inzibati orqanın inzibati praktikasına olan etimad hüququnu sarsıdır. Bununla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında qeyd edilmişdir ki, həmin Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-268/2024 saylı 22 avqust 2024-cü il tarixli qərarı ləğv edilməli və iddiaçının apellyasiya baxışı zamanı verdiyi “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə qeyd olunan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-268/2024 saylı 22 avqust 2024-cü il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı apellyasiya baxışı zamanı verdiyi “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə qeyd olunan iddia tələbi təmin edilsin. ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin ölçüləri 2017-ci ildə tərtib edilmiş və Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş eskiz lahiyədə göstərilən faktiki ölçülərə uyğun, həmin evin yerləşdiyi torpaq sahəsinin ölçüsü isə Kommunal Təssərrüfat Nazirliyi tərəfindən 1963-cü ilin avqust ayında verilmiş texniki pasporta uyğun olaraq 847 kv.m. ölçüdə göstərilməklə, vahid daşınmaz əmlak kimi İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X20 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar