Məhkəmə qərarları › İş №2-1(103)-5054/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-5054/2025

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-5054/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, İddiaçı, Ərizəçi Bakı şəhəri Cavabdeh nümayəndələri X3 və X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13434/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1993-cü il tarixli 1048 nömrəli sərəncamı ilə X7 fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində Q-102 saylı sahəsində yerləşən 1200 kv.metr torpaq sahəsinin cizgisinin çəkilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13434/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1993-cü il tarixli 1048 nömrəli sərəncamı ilə X7 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində Q102 saylı sahədə yerləşən 1200 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1425/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13434/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sözügedən qərar kassasiya qaydasında mübahisələndirilməmiş və iş baxıldıqdan sonra xx.xx.2024-cü il tarixdə yenidən Bakı İnzibati Məhkəməsinə göndərilərək icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13434/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəsini aldığından xx.xx.2024-cü il tarixli məktub ilə icra olunması üçün cavabdeh Bakı şəhəri Cavabdehnə göndərilmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, müvafiq məhkəmə aktı qanuni qüvvəyə minsə də, Cavabdeh tərəfindən icra olunmadığını bildirmiş, qərarın icrasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh Xəzər RİH tərəfindən məhkəmə qərarının icrası ilə bağlı məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, iddiaçının iştirakı ilə onun göstərdiyi Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə baxış zamanı torpaq sahəsində hasarlanmış həyətyanı sahədə fərdi yaşayış evində yaşayan vətəndaş X1 icrasına narazılığını bildirərək torpaq sahəsinin uzun illərdir onun istifadəsində olduğunu, İddiaçı heç bir aidiyyətinin olmadığını, bununla bağlı istifadəsində olan torpaq sahəsinə hər hansı sənədin verilməməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı “cizgi və yerləşmə sxeminin verilməsi” tələbinə dair 2-1(112)- 13434/2024 saylı inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə Qərarının icrasının mümkünsüzlüyü səbəbindən dayandırılması məsələsinə baxılması məhkəmədən xahiş edilmişdir. İPM-in 118.3-cü maddəsinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə qərarın icrası ilə bağlı mübahisənin olmasını nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13434/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı əsasında icra vərəqəsinin tərtib olunmasını məqsədəuyğun saymış və qərarın icrasının Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə (cavabdehin olduğu yer üzrə icra qurumunun) həvalə olunmasını məqbul hesab etmişdir. Cavabdeh sözügedən qərardaddan apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1839/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13434/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Sonradan Cavabdeh Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13434/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1993-cü il tarixli 1048 nömrəli sərəncamı ilə X7 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində Q-102 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını (torpaq sahəsinin digər şəxslərin istifadəsində və hər hansı inzibati orqanın idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə ekspert və yaxud mütəxəssis rəyi alınmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə qanuni qüvvəyə minmiş qərarın icrası Xəzər rayon İcra Şöbəsinə həvalə olunmuşdur. Qanuni qüvvəyə minmiş qərarın icrası ilə bağlı məhkəmə icraçılarının və iddiaçının iştirakı ilə onun göstərdiyi Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı torpaq sahəsinin 0,7 ha olduğu məlum olmuş və yerləşmə sxemi hazırlanaraq məhkəmə qərarı qismən təmin olunmuşdur. İddiaçının iddia etdiyi torpaq sahəsinin digər hissəsinin isə qonşuluqda yaşayan vətəndaşlar üçün nəzərdə tutulan ümumi istifadədə olan yol olduğu və üzərindən “Azərişıq’’ ASC-yə məxsus kabel xətti və yüksək gərginlikli elektrik xəttinin keçdiyi məlum olmuşdur. Bununla da, digər hissədə məhkəmə qərarının icrası mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1993-cü il tarixli 1048 nömrəli sərəncamı ilə X7 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində Q-102 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi cavabdeh Bakı şəhəri, Cavabdeh üzərinə qoyulması hissəsində yerli baxış keçirilməsi üçün mütəxəssis cəlb olunmaqla işə yenidən baxılmasını və “1200 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi’’ dedikdə, ölçü işlərinin hansı istiqamətdən və ya məsafədən hesablanmasına dair izahın verilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13434/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13434/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti məhkəmə qərarına izah verilməsi barədə ərizə ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndələri apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı təqdim etdiyi yazılı münasibətin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Göründüyü kimi, məhkəmə qərarına izah verilməsi dövlətin adından çıxarılan, icrası məcburi xarakter daşıyan məhkəmə aktının vaxtında və düzgün icra olunması üçün icra icraatı dövründə qərarda aydın olmayan tələblərin, anlaşılmazlıqların onun məzmununun dəyişdirilmədən aradan qaldırılmasına xidmət edən üsul kimi nəzərdə tutulur. Göstərilənləri hazırkı işə tətbiq edərək məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-13477/2024 saylı qərarda tələb aydın göstərilmiş və onun məzmununda hər hansı anlaşılmazlıq olduğu mövcud deyil. Qərar iddia tələbinə uyğun qəbul edilmiş və qərarın nəticə hissəsi iddiaçının iddia ərizəsindəki tələbinə uyğun tərtib edilmişdir. Belə ki, iddiaçı qeyd olunan iddia tələbində vərəsəsi olduğu X7 cavabdeh Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1993-cü il tarixli 1048 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində Q-102 saylı sahəsində yerləşən 1200 kv.metr torpaq sahəsinin cizgisinin verilməsindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirmiş, iddia tələbinə də məhz bu kontekstdə hüquqi qiymət verilmiş, gəlinən nəticə yuxarı instansiya məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə, qərarın əsaslandırma hissəsindən görünür ki, məhkəmə iddia tələbini təmin edərkən, səlahiyyətli qurum kimi Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 30 dekabr 1993-cü il tarixli 1048 nömrəli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində yerləşən Q-102 saylı sahədəki 1200 kv.metr torpaq sahəsinin cizgisinin iddiaçıya verilməsini nəzərdə tutmuşdur. Odur ki məhkəmə Kollegiyası hesab edir ki, qərara cavabdehin istədiyi formada izah verilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilər. Apellyasiya şikayətində Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1993-cü il tarixli 1048 nömrəli sərəncamı ilə X7 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində Q-102 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi cavabdeh Bakı şəhəri, Cavabdeh üzərinə qoyulması hissəsində yerli baxış keçirilməsi üçün mütəxəssis cəlb olunmaqla işə yenidən baxılmasını və “1200 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi’’ dedikdə, ölçü işlərinin hansı istiqamətdən və ya məsafədən hesablanmasına dair izahın verilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-13434/2023 saylı inzibati işinə qeyd olunan əsasla yenidən baxıla bilməz. Bu dəlil qanuni qüvvəsini almış məhkəmə qərarına və hüquqi müəyyənlik prinsipinə zidd olar. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabıx Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir: «hüquqi müəyyənlik res cudicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmənin səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasını yoluna qoymaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır». Qeyd olunmalıdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13434/2023 saylı inzibati iş üzrə qərarına izah verilməsinə heç bir zərurət yoxdur. Cavabdehin iddia etdiyi kimi məhkəmə araşdırması zamanı torpaq sahəsinin digər şəxslərə ayrılan torpaq sahəsi ilə üst-üstə düşməsi halı müəyyən edilməmişdir. Cavabdeh qeyd edir ki, iddia olunan ərazidə yol var.Məhkəmə Kollegiyası qeyd edir ki, bu halı təsdiq edən sübutu məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Məhkəmə Kollegiyası xüsusilə vurğulayır ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1425/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-13434/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sözügedən qərar cavabdeh tərəfindən kassasiya qaydasında mübahisələndirilməmiş və iş baxıldıqdan sonra xx.xx.2024-cü il tarixdə yenidən Bakı İnzibati Məhkəməsinə göndərilərək icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13434/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13434/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar