Məhkəmə qərarları › İş №2-1(103)-5059/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5059/2025

20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5059/2025 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, Mədətli Fərid Ilham oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının müraciət etdiyi ##.##.2025-ci il tarixdən 3 il əvvələ, yəni ##.##.2022-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Ləman Musayeva) *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı 52 yaşının tamam olduğu ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ##.##.2022-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən İddiaçı ##.##.2025-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən ##.##.2025-ci il tarixli *-**-*/*-H-******/**** nömrəli məktubla kifayət qədər güzəştli iş stajının olmaması səbəbi ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi iş stajı 42 il 7 ay 16 gün (##.##.2006-cı il tarixinədək 23 il 1 ay 16 gün (##.##.1982-##.##.1983-cü il (təhsil dövrü), ##.##.1983- ##.##.1985-ci il (hərbi xidmət dövrü), ##.##.1985-##.##.1989-cu il (təhsil dövrü), ##.##.1989-##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 19 il 6 ay) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı”nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X), neft-qaz və qaz kondensatının hasilatı sahəsində (11000000) rəhbərlər və mütəxəssislər bəndində 1100000b-24125 kodu üzrə neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi nəzərdə tutulmuşdur. X2 təqdim edilən “Azneft” IB “28 May” NQÇI-nin İddiaçı dair ## #### 2025-ci il tarixli **-*-*-*/*-***/**** nömrəli arayışında ##.##.1999-##.##.2002-ci il tarixləri arasındakı dövr ərzində onun həmin müəssisədə qazın ilkin hazırlanması və nəqli sexində rəis vəzifəsində işlədiyi qeyd olunub. Adıçəkilən şəxsin işlədiyi rəis vəzifəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsinə aid deyil. Bu səbəbdən də həmin dövrlərin İddiaçı güzəştli iş stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən İddiaçı güzəştli iş stajı 8 il 6 ay 25 gün (##.##.1989-##.##.1990-cı il, ##.##.1990-##.##.1990-cı il, ##.##.1990-##.##.1998-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinin göstərişlərinə uyğun olaraq iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrü Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Həmçinin həmin bəndə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (##.##.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (##.##.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək qazanmış olsunlar. ##.##.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ##.##.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə ## #### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997ci il ######un #-dən başlayaraq 2000-ci il ######un #-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun ##.##.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Işin faktiki hallarından göründüyü kimi iddiaçı İddiaçı ##.##.1965-ci il təvəllüdlüdür. Iddiaçının təhsil və hərbi xidmət dövrü də daxil olmaqla ümumi stajı 20 ildən çoxdur (##.##.1982-##.##.1983-cü il (təhsil), ##.##.1983-##.##.1985-ci il (hərbi xidmət), ##.##.1985-##.##.1989-cu il (təhsil), ##.##.1989-##.##.2006). ##.##.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd olunan dövrlərdəki iş stajı iddiaçıya məxsus əmək kitabçası, diplom və hərbi bilet ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən mübahisələndirilməsə də, iddiaçının təhsil və hərbi xidmət dövrü də daxil olmaqla ümumi stajı ##.##.2006-cı ilədək 20 ildən çoxdur. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ##.##.1989-cu ildən ##.##.1990-cı ilədək “Azneft” Istehsalat Birliyi “Neft Daşları” NQÇI-nin * saylı Neft və qaz çıxarma sexində neft və qaz hasilatı üzrə operator, ##.##.1990-cı ildən ##.##.1990-cı ilədən “28 May” Neft və Qazçıxarma Idarəsinin * saylı Neft qazçıxarma sahəsinə neft və qaz hasilatı üzrə 4-cü dərəcəli operator, ##.##.1990-cı ildən ##.##.1993-cü ilədək * saylı Neft qazçıxarma sahəsində Neft qaz hasilatı üzrə usta, ##.##.1993-cü ildən ##.##.1993-cü ilədək * nömrəli Neft qazçıxarma sahəsində rəis müavini, ##.##.1993-cü ildən ##.##.1998-ci ilədək * saylı Dərin dəniz özülünün rəisi, ##.##.1999-cu ildən ##.##.2002-ci ilədək Neftin, qazın ilkin hazırlanması və nəqli sexinin rəis müavini vəzifələrində işləmişdir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı;

2. Neft-qaz və qaz kondensatının hasilatı; a) fəhlələr- 1100000a—15824 neft və qaz hasilatı üzrə operatorlar; b) rəhbərlər və mütəxəssislər- 1100000b—23187 neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar; 1100000b—24125 neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri. Cavabdeh tərəfindən ##.##.1989-##.##.1990-cı il, ##.##.1990-##.##.1990-cı il, ##.##.1990-##.##.1998-ci il tarixləri arasındakı dövrlərin güzəştli iş stajına daxil edilməsi mübahisələndirilmir. Iş materiallarında olan “Azneft” Istehsalat Birliyi “28 May” NQÇI tərəfindən iddiaçıya ünvanlanmış **-*-*-*/*-***/**** saylı ## #### 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı ##.##.1990-cı il tarixindən ##.##.1990-cı il tarixinədək “28 Aprel” Neft və Qazçıxarma idarəsinin * saylı Neft qazçıxarma sahəsində işlədiyi neft və qaz hasilatı üzrə 4-cü dərəcəli operator peşəsi (vəzifəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində 1100000a a) fəhlələr sinfində göstərilən kod: 1100000a—15824 neft və qaz hasilatı üzrə operatorlar peşəsinə (vəzifəsinə) uyğundur. ##.##.1990-cı il tarixindən ##.##.1993-cü il tarixinədək “28 Aprel” Neft və Qazçıxarma idarəsinin * saylı Neft qazçıxarma sahəsində işlədiyi usta peşəsi (vəzifəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısının X bölməsinin 2. Neft qaz və qaz kondensatının hasilatı sahəsində 1100000b b) rəhbərlər və mütəxəssislər sinfində göstərilən kod: 1100000b—23187 neft və qaz kondensatı hasilatı işlərində ustalar peşəsinə (vəzifəsinə) uyğundur. ##.##.1993-cü il tarixindən ##.##.1993-cü il tarixinədək * nömrəli Neft qazçıxarma sahəsində işlədiyi rəis müavini peşəsi (vəzifəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində 1100000b b) rəhbərlər və mütəxəssislər sinfində göstərilən kod: 1100000b—24125 neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) rəislər və müavinlər peşəsinə (vəzifəsinə) uyğundur. ##.##.1993-cü il tarixindən ##.##.1998-ci il tarixinədək * saylı Dərin dəniz özülündə işlədiyi rəis peşəsi (vəzifəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993 cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində 1100000b b) rəhbərlər və mütəxəssislər sinfində göstərilən kod: 1100000b—24125 neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) rəislər və müavinlər peşəsinə (vəzifəsinə) uyğundur. ##.##.1999-cu il tarixindən ##.##.2002-ci il tarixinədək “28 May” Neft və Qazçıxarma Idarəsinin Neftin, qazın ilkin hazırlanması və nəqli sexində işlədiyi rəis peşəsi (vəzifəsi) siyahıda nəzərdə tutulmasa da, amma həmin peşədə (vəzifədə) əmək funksiyalarını faktiki olaraq açıq dəniz şəraitində Xəzər dənizinin Neft Daşları sahəsində estakadalar üzərində mədənlər ərazisində işlərlə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində 1100000b b) rəhbərlər və mütəxəssislər sinfində göstərilən kod: 1100000b—24125 neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri peşəsində (vəzifəsində) işləyənlər hansı işləri görürlərsə, İddiaçı da faktiki olaraq ##.##.1999-cu il tarixindən ##.##.2002-ci il tarixinədək işlədiyi rəis peşəsində (vəzifəsində) eyni ilə həmin işin funksiyalarını icra etmişdir. Iş materiallarında olan “Azneft” Istehsalat Birliyi “28 May” NQÇI tərəfindən məhkəməyə ünvanlanmış **-*-*-*/*-***/**** saylı ## ####### 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ##.##.1965-ci il təvəllüdlü İddiaçı “28 Aprel” Neft və Qazçıxarma Idarəsində (indiki “28 May” NQÇI) operator, usta, rəis müavini və rəis peşə və vəzifələrində əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində - Xəzər dənizinin Günəşli Yatağındakı platformalarında (Dərin dəniz özüllərində), Neft Daşları ərazisində yerləşən mədənlərdə, quyularda, quyular üzərində aparılan əməliyyatlarla bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. İddiaçı ##.##.1990-cı il tarixindən ##.##.1990-cı il tarixinədək işlədiyi operator peşəsi (1 ay) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində 1100000a a) fəhlələr sinfində göstərilən neft və qaz hasilatı üzrə operatorlar peşəsinə (kod: 1 100000a-15824) uyğundur. ##.##.1990-cı il tarixindən ##.##.1993-cü il tarixədək işlədiyi usta vəzifəsi (3 il) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft qaz və qaz kondensatının hasilatı sahəsində 1100000b b) rəhbərlər və mütəxəssislər sinfində göstərilən neft və qaz kondensatı hasilatı işlərində ustalar vəzifəsinə (kod: 1100000b-23187) uyğundur. ##.##.1993-cü il tarixindən ##.##.1993-cü il tarixinədək işlədiyi rəis müavini vəzifəsi (10 ay 14 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində 1100000b b) rəhbərlər və mütəxəssislər sinfində göstərilən neft, qaz və qaz kondensat, hasilat, üzrə (neft-qaz mədənlərində) rəislər və müavinlər vəzifəsinə (kod: 1100000b-24125) uyğundur. ##.##.1993-cü il tarixdən ##.##.1998-ci il tarixədək işlədiyi rəis vəzifəsi (4 ıl 4 ay 22 gun) F Azərbaycan Respublikas. Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş-Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatlar, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyah.sfn.n X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilat, sahəsində 1100000b b) rəhbərlər və mütəxəssislər sinfində göstərilən neft, qaz və qaz kondensat, hasilat, üzrə (neft-qaz mədənlərində) rəislər və müavinlər vəz.fəs.nə (kod: 1100000b-24125) uyğundur. ##.##.1999-cu il tarixdən ##.##.2002-ci il tarixədək işlədiyi rəis müavini vəzifəsi (3 il 9 ay 13 gün) Azərbaycan Respublikas. Nazirlər Kabinetinin ## #### 1993-cü II tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısında nəzərdə tutulmasa da İddiaçı Ağarehim oğlu əmək funksiyalarının faktiki olaraq açıq dəniz şəraitində Xəzər dənizinin Neft Daşları sahəsində estakadalar üzərində mədənlər ərazisində əməliyyatlarla bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Iş materiallarında olan SOCAR Azneft IB “28 May” NQÇI HIK-nin sədri, SOCAR Azneft IB “28 May” NQÇI-nin rəis müavini və SOCAR Azneft IB “28 May” NQÇI-nin Hasilatın idarə edilməsi xidmətinin rəis müavininin iştirakı ilə tərtib edilən akta əsasən ##.##.1965-ci il təvəllüdlü İddiaçı (Fin: *******) ##.##.1999-cu il tarixdən ##.##.2002-ci il tarixədək “28 May” Neft və Qazçıxarma Idarəsinin Neftin, qazın ilkin hazırlanması və nəqli sexində işlədiyi rəis müavini vəzifəsində əmək funksiyalarını faktiki olaraq açıq dəniz şəraitində - Xəzər dənizinin Neft Daşları sahəsində estakadalar üzərində mədənlər ərazisində əməliyyatlarla bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Bu vəzifə üzrə həmin dövrlərə aid vəzifə təlimatları saxlama müddəti bitdiyindən mövcud qanunvericiliyə əsasən akt əsasında məhv edilmiş, 2022-ci il tarixdə yeni vəzifə təlimatları tərtib edilmişdir. Balamirzənin Ağarəhimovun 1999- 2002-ci il dövr ərzində işlədiyi rəis müavini vəzifəsi, 1993-1998-ci illər ərzində işlədiyi rəis müavini və rəis vəzifəsi ilə uyğunluq təşkil edir. Sadəcə fəqləndirən cəhət ondan ibarətdir ki, 1993-1998-ci il dövrlər ərzində əmək funksiyalarını faktiki olaraq açıq dəniz şəraitində - Xəzər dənizinin Günəşli Yatağındakı platformalarında (Dərin dəniz özüllərində) yerləşən mədənlər ərazisində, 1999-2002-ci il dövr ərzində isə əmək funksiyalarını faktiki olaraq açıq dəniz şəraitində - Xəzər dənizinin Neft Daşları sahəsində estakadalar üzərində mədənlər ərazisində aparılan əməliyyatlarla bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və ##.##.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur. Iddiaçı tərəfindən təqdim edilmiş, eləcə də məhkəmə sorğusuna əsasən təqdim edilmiş iddiaçıya güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının ## ###### 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 52 yaşından (##.##.2017-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, həmin dövrdə qüvvədə olan qanunvericilik normalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının olması tələbi müəyyən edilməmişdir. Iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə ##.##.2025-ci ildə müraciət etdiyi üçün məhkəmə ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin müraciət edilən tarixdən əvvəlki üç il - ##.##.2022-ci il tarixdən hesablanaraq ödənilməsi hissəsində də iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar