Məhkəmə qərarları › İş №2-1(103)-506/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-506/2020

23.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-506/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçının iştirakı olmadan, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Bakı şəhər Nərimanov rayon şöbəsinə (hazırda - Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin yanında Dövlət X9 X8 İdarəsi) qarşı 52 yaşdan, yəni, xx.xx.2015-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının 2004-2005-illərin əmək haqqı arayışına əsasən təyin etməklə yenidən hesablanıb, yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1352/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiyaşikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə- 540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Bakı şəhər Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 17-ci maddəsinin tələblərinə əsasən 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasını 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən təyin etməklə yenidən hesablanıb, yaranmış fərqin də birdəfəyə ödənilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, İddiaçı, xx.xx.1963-cü il təvəllüdlü, hərbi bileti əsasında 1982-1984-cü illərdə hərbi xidmət dövrünə və 1981-ci ildən hazıradək sığorta stajına əsasən güzəştli pensiya hüququ verən sahələrdə (dəniz neftçisi) əmək fəaliyyətindədir və bu səbəbdən də ona 52 yaşından güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Bu pensiya təyin edilərkən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən hesablanmalı olduğu halda, həmin maddənin - «güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını toplamış şəxslərə pensiya əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir» - tələbi pozulmuşdur. Belə ki, xx.xx.1990-cı ildən hazıradək işlədiyi peşə «əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-İi siyahısı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş əlavənin Xİİ a) bəndində 2130100a- 13590 kodu ilə qazma qurğularının maşinistləri - kimi öz əksini tapmışdır. Bu faktı SOCAR-ın arxiv arayışı da təsdiq etməkdədir (əlavə olunur). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən və Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş «əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının» 1.3. və 4.1.11-ci maddələrinə əsasən: «2017-ci ilin iyulun 1-dək qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir». Odur ki, «Əmək pensiyaları haqqına» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş mətninin 37.7-ci maddəsinə əsasən «keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən aslı olmayaraq ödənilir». Həmin Qanuna əsasən «əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının» 3.1.1-ci bəndinə istinad edərək sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri, sosial sığorta stajının hesablanması və təsdiq edilməsi qanunun qüvvəyə mindiyi gündən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Eyni zamanda əvvəllər qüvvədə olmuş qanunvericiliyə (maddə 67 c) və d) bəndləri) əsasən hərbi xidmət və əyani təhsil dövrü də iş stajına daxil idi. Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 4.1.9-cu, 4.1.10-cu və 4.1.11-ci maddələrinə, habelə bu maddələrə aid praktiki misallara əsasən də - «Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanununun qüvvəyə mindiyi 2006-cı ilin yanvarın 1-dək qazanmış olsunlar». Əmək və X5 nazirinin əmri ilə təsdiq olunmuş (qeydiyyat № 3363, tarixi: xx.xx.2007-ci il) «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dair normativ-hüquqi sənədlərin, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsindən əvvəl sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması Qaydalarının 2.4-cü maddəsində konkret olaraq misallarla göstərilmişdir ki; «Bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar.» «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 47-ci maddəsində göstərilmişdir; «Bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir». Həmçinin Azərbaycan Respublikası DSMF-nin məktubunda 9.8-ci maddənin açıqlamasının aydın faktlarını da Məhkəmə prossesi zamanı istifadə etmək və DSMF-nun Nərimanov rayon şöbəsinin əməkdaşlarına sitat olaraq göstərmək üçün ərizəsinə əlavə edib. Lakin bütün qeyd etdikləri əsaslarla ƏƏSMN yanında DSMF-nun Nərimanov rayon şöbəsinə poçt tərəfindən göndərdiyi rəsmi müraciətinə qanunla müəyyən olunmuş vaxt ötsə də hec bir cavab almamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən «müraciət edən şəxsin əmək pensiyası (əmək pensiyasının yenidən hesablanması və ya bir növündən başqa növünə keçirilməsi) hüququ olmadığı hallarda, şöbə və ya idarə pensiya təyin olunmasından imtina edilməsi barədə bildirişi 5 iş günü ərzində imtinanın 1 səbəblərini göstərmək şərtilə müraciətdəki əks əlaqə vasitələrindən birinə göndərir və ya məlumat verir» (Qaydaların 2.13-cü maddəsi). «Əmək pensiyaları haqqında» qanunun 31.2 və 31.4-cü maddələrinə əsasən imtina üçün ayrılmış 5 (beş) gün, təsdiq üçün isə 10 (on) gün müddət ötürülərək bu günədək ona heç bir cavab verilməmişdir. Bu əsasla DSMF-nun Nərimanov rayon şöbəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 191.1-ci maddəsi əsasında məsuliyyət daşıyır. Odur ki, hüquqularının bərpası üçün Məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 1- ci və 3-cü hissələrinə uyğun və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsi də məhz Konstitusiyanın bu müddəasına istinad olunmaqla tərtib edilmişdir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın tərəfindən təyin edilir. Qanun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) Məhkəməyə şikayət edilə bilər. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən Məhkəmə DSMF-nun Nərimanov rayon şöbəsi üzərinə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qərar qəbul edilməsi öhdəliyi qoya bilər. Məcburetmə haqqında iddia ona əmək pensiyasının yenidən hesablanması üçün zəruridir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə əlilliyinə ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-2.2.6-cı və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.2-ci maddələrini rəhbər tutaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 17-ci maddəsinin tələblərinə əsasən 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasını 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən təyin etməklə yenidən hesablanıb, yaranmış fərqin də birdəfəyə ödənilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarındagörünürki, biriciinstansiyaməhkəməsindəişəbaxılarkəncavabdeh tərəfindən təqdim edilmiş xx xxxx 2019-cu il tarixli, **********0 nömrəli «Etiraz»da qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Nərimanov rayon şöbəsi Sizin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)-1352/2019-cu il tarixli sərəncamınızla bağlı olaraq bildirir ki, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2006-cı il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 52 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışdırsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Vətəndaşın iddia ərizəsində qeyd etdiyi 52 yaşından xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması 2004-2005-ci illərin əmək haqqı cədvəlləri əsasında yenidən hesablanması qanuna ziddir. Nəzərinizə çatdırırıq ki, vətəndaş İddiaçı 52 yaşında güzəştli şərtlərlə xx.xx.2015-ci il tarixdə mövcud qanunvericiliyə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilib. Əmək pensiyaları haqqında Qanunun dəyişikliyi ilə əlaqədar xx.xx.2010-cu il tarixdən əmək pensiyaları əmək haqqları əsasında deyil sığorta stajı və fərdi hesabına toplanan pensiya kapitalı ilə təyin edilir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)- 1352/2019 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyasını «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin tələblərinə uyğun 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən 2004-2005-ci illərin əmək haqqları cədvəllərinə əsasən təyin etməklə yenidən hesablanıb, yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Nərimanov rayon Şöbəsinə həvalə edilməsi qərara alnmışdır. Həmin qərardan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının qanunsuz olduğundan ləğv olunması və iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddiaya qarşı verilmiş «Etiraz»a uyğun olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin həqiqi hallarını araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə əsaslandırılmış hallarla uyğunluq təşkil etməmişdir. Digər tərəfdən məhkəmə qərarı ilə ilə maddi və prosessual hüquq normalarını ciddi şəkildə pozmuşdur. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən, məhkəmə kollegiyasının 2- 1(103)-506/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Nərimanov rayon şöbəsininəsl cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin yanında Dövlət X9 X8 İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin yanında Dövlət X9 X8 İdarəsi tərəfindən məhkəməyə «Apelyasiya şikayətinə Əlavə» təqdim olunmuş və bildirilmişdir ki, iddiaçıya 52 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya təyinatı sığorta stajı və fərdi hesabına toplanılan pensiya kapitalı əsas götürülməklə aparılmışdır. Əmək pensiyasının orta aylıq əmək haqqı əsas götürülməklə hesablanması qaydası xx xxxxxx 2010-cu il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklə qüvvədən düşmüş və həmin dəyişikliyə əsasən Qanunun 27-ci maddəsinə görə bu qanun qüvvəyə mindiyi günədək (2006-cı il yanvarın 1-dək) sığortaolunanın qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ikli üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə əsasən Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsi təyin olunan pensiyanın hesablanması qaydasını deyil, məhz yaş və stajın xx.xx.2006-cı ilədək qüvvədə olan qanunvericilik normaları əsası götürülməklə hesablanmasını müəyyən edir. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, iddiaçının xx.xx.2015-ci ildə əmək pensiyası hüququnun yarandığı vaxt əmək pensiyası qanunvericiliyində, pensiyanın orta aylıq əmək haqqı əsasında hesablanmasını tənzimləyən norma artıq qüvvədən düşmüşdür. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 17-ci maddəsinin tələblərinə əsasən 52 yaşdan, yəni xx.xx.2015-ci ildən 2004-2005-ci illərin əmək haqları cədvəllərinə əsasən təyin edilməklə yenidən hesablanması qanunvericiliyin tələblərinə ziddir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən,məhkəmə kollegiyasının keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə və məhkəmə kollegiyasına ünvanlanmış «Apelyasiya şikayətinə Əlavə»yə uyğun izahat verərək, apellyasiya şikayətinin əsaslı olduğundan təmin edilməsini, birinci instansiya məhkəməsininqərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini Kollegiyadan xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, cavabdehin nümayəndəsi izahatlarını nəzərə alaraq, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1352/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, AZE seriyalı 14839814 nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Lerik rayonu, Şingədulan kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan, NZ seriyalı, № ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan, SOCAR tərəfindən verilən xx xxxxxx 2018-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı pensiyanın hesablanması üçün nəzərə alınacaq əmək haqqı 53.758.222 AZM (əlli üç milyon yeddi yüz əlli səkkiz min iki yüz iyirmi iki AZM) təşkil edir. 2004-cü ilin fevral ayı üçün hesablanmış ümumi məbləğ ******* AZM, o cümlədən 342563 AZM mükafat; 2004-cü ilin may ayı üçün hesablanmış ümumi məbləğ ******* AZM, o cümlədən 289778 AZM əmək qabiliyyəti olmaması vərəqəsi; 2104-cü ilin avqust ayı üçün hesablanmış ümumi məbləğ ******* AZM, o cümlədən 432283 AZM mükafat; 2004cü ilin sentyabr ayı üçün hesablanmış ümumi məbləğ ******* AZM, o cümlədən 350000 AZM maddi yardım; 2004-cü ilin oktyabr ayı üçün hesablanmış ümumi məbləğ ******* AZM, o cümlədən 424303 AZM mükafat; 2004-cü ilin noyabr ayı üçün hesablanmış ümumi məbləğ ******* AZM, o çümlədən 144859 AZM mükafat; 2005-ci ilin mart ayı üçün hesablanmış ümumi məbləğ ******* AZM, o cümlədən 100000 bayram mükafatı; 2005-ci ilin sentyabr ayı üçün hesablanmış ümumi məbləğ ******* AZM, o cümlədən 200000 bayram mükafatı; 2005- ci ilin dekabr ayı üçün hesablanmış ümumi məbləğ 2699654AZM, o cümlədən 200000 bayram mükafatı. İş materiallarında olan, SOCAR tərəfindən verilən xx xxxxxx 2018-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı, həqiqətən X3 və Topoqrafiya İdarəsinin (indiki X4 istehsalat Bölümü) arxiv sənədlərinə əsasən Caraıt kəşfiyyat partiyasında, X11 Qurğusunda, Zöhrab Vəliyev kəşfiyyat partiyasında qazma qurğusunun maşinisti vəzifəsində çalışmışdır.xx.xx.1990-cu il tarixli 39-k saylı əmrə əsasən Carait kəşfiyyat partiyasına qazma qurğusunun maşinisti vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1993-cü il tarixindən Zöhrab Vəliyev kəşfiyyat partiyasına qazma qurğusunun maşinisti vəzifəsinə keçirilmiş və 31.08 2012-ci il tarixli 311-k saylı əmrə əsasən X3 və Topoqrafiya çarəsindən Azərbaycan Respublikasının ƏM-nin 69.3 bəndinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur.xx.xx.2012-cil il tarixli 131-k saylı əmrə əsasən X4 ekspedisiyasının Mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasına qazma qurğusunun maşinisti vəzifəsinə işə qəbul olunmuş, hal-hazıradək işləyir. Cəmi iş stajı xx.xx.1990-cı il tarixindən xx.xx.2018-ci ilə qədər 28 il 8 ay 8 gündür (iyirmi səkkiz il səkkiz ay səkkiz gündür). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Geofizika və Geologiya idarəsinin strukturunun təkmilləşdirilməsi haqqında» xx xxxxxx 2012-ci il tarixli 104 nömrəli əmrinə əsasən X3 və Topoqrafiya idarəsi ləğv edilmiş, X4 Ekspedisiyası yaradılmışdır. Geofizika və geologiya idarəsinin tabeliyində olan X6 Ekspedisiyası ARDNŞ-nin xx.xx.2013-cü ıl tarixli 13-1000-01-SM-05-000033 saylı əmri ilə X4 İstehsalat Bölümü adlandırılmışdır. İş materiallarında olan, SOCAR tərəfindən verilən xx.xx.2019-cu il tarixli, 13- MN- 124/K nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətənə Azərbaycan Dövlət X7 və geologiya İdarəsində KMAİB-də qazma qurğusunun maşinisti vəzifəsində işləyir. İş materiallarında olan, Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Nərimanov rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 124 nömrəli arayışdan görünür ki, A.Heydərov 23-2 ünvanda qeydiyyatda olan İddiaçı həqiqətən DSMF Nərimanov rayon şöbəsində yaşa görə ömürlük pensiya alır. Pensiyanın məbləği 325 manat 70 qəpikdir (üç yüz iyirmi beş manat 70 qəpik). İş materiallarında olan, Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019cu il tarixli, **********0 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Nərimanov rayon şöbəsi xx.xx.2019cu il tarixli ərizənizlə bağlı məlum edir ki, Fondun Bakı şəhəri Nərimanov rayon şöbəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün təqdim etdiyiniz ərizənizə əsasən 52 yaşınız olduğundan xx.xx.2015-ci il tarixdən mövcud Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə uyğun olaraq düzgün təyin edilmişdir. Hal-hazırda pensiyanız 335.47 manat olmaqla hesablanaraq ödənilir. Nəzərə almağınız xahiş olunur. Beləliklə iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin araşdırması lə müəyyən olunmuşdur ki, işin faktiki hallarına əsasən, xx.xx.1963-cü il təvəllüdlü iddiaçıya 52 yaşından güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunsa da, sonuncu pensiya təyin edilərkən hesablamaların «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8- ci maddəsinə uyğun hesablanmadığını, həmin maddənin - «güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını toplamış şəxslərə pensiya əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi tələbinin pozulmasına əsaslanaraq 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasını 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən təyin etməklə yenidən hesablanıb, yaranmış fərqin də birdəfəyə ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu isə xx.xx.2010-cu il tarixdən əmək pensiyaları əmək haqqları əsasında deyil sığorta stajı və fərdi hesabına toplanan pensiya kapitalı ilə təyin edilməsinə əsaslanaraq iddiaçının müraciətindən imtina edib. İş materiallarından görünür ki, 1-ci instansiya məhkəməsi işin hallarına əsasən və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 5.1, 9.1, 9.8 və 31.1ci maddələrinə istinad etməklə bu qənaətə gəlmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün zəruri staja malik olmaqla yanaşı, həm də buna əsas verən peşələrdə işləmişdir və məhkəmə cavabdehin dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ olan iddiaçının həmin dövrdəki qanunvericiliyə uyğun deyil artıq xx.xx.2010-cu il tarixdən sığorta stajı və fərdi hesabına toplanan pensiya kapitalı ilə təyin edilməsini zəruri edən faktiki şərtlər müəyyən edilmir. Ona görə də 1-ci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddia təmin olunmalı, ««Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 17-ci maddəsinin tələblərinə əsasən 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasını 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən təyin etməklə yenidən hesablanıb, yaranmış fərqin də birdəfəyə ödənilməsi öhdəliyi cavabdehin üzərinə həvalə edilməlidir. Məhkəmə kollegiyası işin hallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuş faktları və qanunvericiliyin tələblərini əsas götürməklə, 1-ci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq, aşadığakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, İddiaçı 52 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya təyinatı sığorta stajı və fərdi hesabına toplanılan pensiya kapitalı əsas götürülməklə aparılmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edilməzdən əvvəl qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 17-ci maddəsinə əsasən yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Qanunun sözügedən maddəsinə əsasən yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna 5 olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklə əsasən, əmək pensiyasının orta aylıq əmək haqqı əsas götürülməklə hesablanması qaydası xx xxxxxx 2010-cu il tarixdən qüvvədən düşmüşdür. Belə ki, həmin Qanuna edilmiş dəyişikliyə əsasən, yəni Qanunun xx xxxxxx 2010-cu il tarixdən qüvvədə olan 27-ci maddəsinə görə bu qanun qüvvəyə mindiyi günədək (2006cı il yanvarın 1-dək) sığortaolunanın qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ikli üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmçinin, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinin tələbinə əsasən Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsi təyin olunan pensiyanın hesablanması qaydasını deyil, məhz yaş və stajın xx.xx.2006-cı ilədək qüvvədə olan qanunvericilik normaları əsası götürülməklə hesablanmasını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili ilə razılaşır ki, iddiaçının xx.xx.2015-ci ildə əmək pensiyası hüququnun yarandığı vaxt əmək pensiyası qanunvericiliyində, pensiyanın orta aylıq əmək haqqı əsasında hesablanmasını tənzimləyən norma artıq qüvvədən düşmüşdür. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 17-ci maddəsinin tələblərinə əsasən 52 yaşdan, yəni xx.xx.2015-ci ildən 2004-2005-ci illərin əmək haqları cədvəllərinə əsasən təyin edilməklə yenidən hesablanması qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, hazırki iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1352/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və həmin qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin yanında Dövlət X9 X8 İdarəsitərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1352/2019 saylı, xx xxx 2019-cu il tarixliqərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar