Məhkəmə qərarları › İş №2-1(103)-506/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-506/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-506/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili Vəkil (“Yusifbəyli və Partnyorları” Vəkil Bürosu) iştirakı ilə , İddiaçı (xx.xx.1993-cü il tarixdə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “şəhadətnamənin dəyişdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-1903/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 18.11.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia tələbi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 184/1 saylı 12 mart 2018-ci il tarixli cavab məktubunun əsassız hesab edilərək, ümumi xəstəlikdir” bəndinin dəyişdirilərək “hərbi xidmət dövründə yaranmış xəstəlikdir” bəndinə dəyişdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2-1(112)-1903/2020 nömrəli qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 17.03.2020-ci il tarixdə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2-1(103)- 1105/2020 saylı qərardadı ilə (hakimlər A.Nuriyeva, V.Ağayev, A.Hüseyn) iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2-1(112)-1903/2020 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-1903/2020 nömrəli qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 25.11.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-1903/2020 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddiaya məcburetmə haqqında mübahisələndirmə iddia növü kimi yox öhdəliyin icrası haqqında iddia növü çərçivəsində baxılmalıdır. Bu zaman da hər hansı müddətdən söhbət gedə bilməz. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Əlavə olaraq, izahatında oxşar tələb ilə bağlı çoxsaylı məhkəmə qərarlarına istinad etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “iş materiallarından görünür ki, iddiaçı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Şəhadətnaməsindən həmin vaxt məlumatlı olsa da, 18.11.2019-cu il tarixdə, yəni 1 il 8 ay sonra, qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə iddia qaldırmışdır”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə əlaqədar olaraq qeyd edir ki, məhkəmə iddiaçının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Şəhadətnaməsindən 1 il 8 ay sonra iddia tələbi ilə məhkəməyə müraciət etdiyini göstərsə də, iddiaçının həmin şəhadətnamədən nə vaxt məlumatlı olması barəsində araşdırma aparmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilən hal araşdırılmaqla, müvafiq şəhadətnamə barəsində iddiaçının hansı tarixdən məlumatlı olması müəyyən edilməlidir. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)- 1903/2020 nömrəli qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-1903/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 184/1 saylı 12 mart 2018-ci il tarixli cavab məktubunun əsassız hesab edilərək, ümumi xəstəlikdir” bəndinin dəyişdirilərək “hərbi xidmət dövründə yaranmış xəstəlikdir” bəndinə dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar