Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-506/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5236/2023 nömrəli, 26 iyul 2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2020-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-5236/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2020-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür, hal-hazırda 58 yaşı vardır. İddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyası tətbiq olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redkasiyasına əsasən axrıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı cavabdeh orqana müraciət ərizələrində 2016-cı ildə türk şirkətində işlədiyini, əmək kitabçasını həmin müəssisədə itirdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itirildikdə, yararsız hala salındıqda işçi işə yenidən bərpa edildikdə qanunvericilikdə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axrıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. Əmək kitabçası itirildikdə və ya yarasız hala düşdükdə işçiyə verilən əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Qaydaların 7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Göründüyü kimi, iddiaçının əmək kitabçası və ya ona bərabər tutulan dublkatı inzibati orqana təqdim edilməmişdir. Həmçinin iddiaçının təqdim etdiyi arayışlarda göstərilən vəzifələr müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sında nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının cavabdehə təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 18 dekabr 2017-ci il tarixli 3690 nömrəli arayışında xx.xx.1985-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Trikotaj ATSC-nin 2 saylı sexində toxucu peşəsində işləməsi qeyd edilmişdir. Lakin təqdim edilən sənədlərə əsasən iddiaçının işlədiyi toxucu peşəsinin qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulmuş yüngül sənaye bölməsinin (26) toxuculuq sənayesi bəndində (26.1) süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məlumatların, kətanın toxucuları, toxuculuq istehsalatı bölməsində (32) isə toxucular (metal və sintetik tor toxuyan toxucular) peşəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində müəyyən edilmiş şərtlər ödənilməmişdir. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Buna görə də qeyd olunanları nəzərə alaraq, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2-1(112)-5236/2023 nömrəli qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə daxil olmuş etirazda qeyd edilir: Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun işlədiyi toxucu peşəsinin siyahıda nəzərdə tutulan metal və sintetik tor toxuyan toxuculara aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Onun işlədiyi toxucu peşəsi zərərlidir və onunla birlikdə işləyən qadınlar 52 yaşdan güzəştli şərtlərlə pensiyaya çıxırlar. İddiaçının iş yeri olan Trikotaj ATSC-də, o cümlədən həmin dövrlər fəaliyyət göstərən analoji müəssisələr olan Respublika İstehsalat Trikotaj İcarə Birliyi "xxxx" ASC-də işləyən qadınların 52 yaşdan güzəştli şərtlərlə pensiyaya çıxmaları ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarları mövcuddur. İddiaçı xx.xx.1965-ci ildə anadan olmuş, xx.xx.2017-ci il tarixində 52 yaşına çatmışdır. xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək (5 ay 12 gün ümumi staj) və xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək (1 il 1 ay 2 gün ümumi staj) Qəbələ Nic konserv zavodunda fəhlə peşəsində işləmişdir. xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək (10 ay 22 gün ümumi staj) Azərbaycan SSR Bakı şəhər 40 nömrəli texniki peşə məktəbində əyani təhsil almışdır. xx.xx.1985-ci ildən xx.xx.2003-cü il tarixədək (17 il 11 ay 15 gün güzəştli staj) "xxxx" ATSC-də (N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyi) 4-cü dərəcəli toxuyucu peşəsində işləmişdir. xx.xx.2013-cü ildən xx.xx.2015-ci ilədək (1 il 9 ay 3 gün ümumi staj) və xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək (4 ay 12 gün ümumi staj) X7 Sanayi və Ticarət Anonim şirkətinin Azərbaycan Respublikasındakı filialında çayçı peşəsində işləmişdir. Onun xx.xx.1982-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 20 il 04 ay 20 gün, güzəştli iş stajı isə 17 il 11 ay 15 gün təşkil edir. Onun xx.xx.1982-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək ümumi iş stajı 22 il 06 ay 05 gün, güzəştli iş stajı isə 17 il 11 ay 15 gün təşkil edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə doğulmuşdur. İş materiallarında olan B seriyalı 757982 nömrəli diplomun surətindən görünür ki, iddiaçı Çiçək Abbasova xx.xx.1984-cü ildə Bakı şəhəri 40 nömrəli X8 Məktəbinə daxil olmuş, xx.xx.1985-ci ildə “trikotaj polotnosu üzrə hörücü” peşəsi üzrə X8 məktəbinin tam kursunu bitirmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar (istehsaiatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçilərin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının ferması və onun tərtibi Qaydaları”nın 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itirildikdə, yararsız hala salındıqda işçi işə yenidən bərpa edildikdə qanunvericilikdə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən dublikat almaq hüququna malik oian işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. Əmək kitabçası itirildikdə və ya yararsız hala düşdükdə işçiyə verilən əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Qaydaların 7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik elan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd edilir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə iş stajınıza dair məlumatlar əsasında doldurulmalı olan əmək kitabçanızın dublikatı (ərizənizdə əmək kitabçanızın itdiyini qeyd etdiyiniz üçün) Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçilərin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itirildikdə, yararsız hala salındıqda işçi işə yenidən bərpa edildikdə qanunvericilikdə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. Əmək kitabçası itirildikdə və ya yararsız hala düşdükdə işçiyə verilən əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Qaydaların 7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd edilir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə iş stajınıza dair məlumatlar əsasında doldurulmalı olan əmək kitabçanızın dublikatı (ərizənizdə əmək kitabçanızın itdiyini qeyd etdiyiniz üçün) Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda yüngün sənayə bölməsinin (26) toxuculuq sənayesi bəndində (26.1) süni xəz istehmalı ilə bilavasitə məşğul olan trikotaj məmulatların, kətanın toxucuları, Toxuculuq istehsalatı bölməsində (32) isə toxuculuq (metal və sintetik tor toxuyan toxucular) peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının Sizə dair 18 dekabr 2017-ci il tarixli 3690 nömrəli arayışında xx.xx.1985xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Trikotaj ATSC-nin 2 saylı sexində toxucu peşəsində işlədiyiniz qeyd edilib. Lakin təqdim etdiyiniz sənədlərə əsasən işlədiyiniz toxucu peşəsinin yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan metal və sintetik tor toxuyan toxuculara aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Qeyd edilənləri nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 16 nömrəli arxiv arayışından görünür ki, Qəbələ rayon Dövlət Arxivində saxlanılan Nic konserv zavodunun əmr kitablarına əsasən X4 06 sentyabr 1982-ci il tarixli, 240 saylı əmrlə fəhlə qəbul edilmiş, 15 fevral 1983-cü il tarixli, 58 saylı əmrlə işdən azad edilmiş, 13 aprel 1983-cü il tarixli, 135 saylı əmrlə fəhlə qəbul edilmiş, 10 may 1984-ci il tarixli, 148 saylı əmrlə işdən azad edilmişdir. Əsas: Fond № 130, siyahı №2. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2017-ci il tarixli 3690 nömrəli arxiv arayışından görünür ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Trikotaj ATSC-nin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində vət. Tağıyeva(Abbasova) Çiçək Umar qızının xx.xx.1985ci il tarixli, 147a saylı əmrlə xx.xx.1985-ci il tarixdən 2 saylı sexə 4-cü dərəcəli toxuyucu vəzifəsinə işə qəbul olunması və xx.xx.2003-cü il tarixli, 26 saylı əmrlə xx.xx.2003-cü il tarixdən işdən azad olunması barədə məlumatlar mövcuddur. Trikotaj ATSC-nin əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Əsas: Fond-217, siyahı 1ş., iş.,- 516 vər. - 34. İş materiallarında olan “X7 Sanayi ve Ticaret Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 00119 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən “X7 Sanayi ve Ticaret Anonim şirketi”nin Azərbaycan Respublikasındakı filialında xx.xx.2013-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək və xx.xx.2016-cı il tarixdən xx.xx.2016 cı il tarixinədək Çayçı vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Rayon Dövlət Arxivi tərəfindən xx.xx.3023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 41/1 nömrəli arxiv arayışından görünür ki, Qəbələ rayon Dövlət Arxivində saxlanılan Nic konserv zavodunun əmr kitablarına əsasən X4 06 sentyabr 1982-ci il tarixli, 240 saylı əmrlə müvəqqəti olaraq fəhlə qəbul edilmiş, 15 fevral 1983-cü il tarixli, 58 saylı əmrlə işdən azad edilmişdir. Əsas: Fond № 130, siyahı №2, saxlama vahidi № 107, 119, 112, 114. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-01699/2023 nömrəli arxiv arayışından görünür ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Trikotaj ATSC-nin natamam arxiv sənədlərinin şəxsi vərəqlərində xx.xx.1965-ci il təvəllüdlü vət. Tağıyeva (Abbasova) Çiçək Umar qızının xx.xx.1985-ci il tarixli 147a saylı əmrlə xx.xx.1985-ci il tarixdən 2 saylı sexə 4-cü dərəcəli toxucu vəzifəsinə işə qəbul olması, xx.xx.2003-cü il tarixli, 26 saylı əmrlə xx.xx.2003-cü il tarixdən öz xahişi ilə işdən azad edilməsi, 1991, 1992, 1993, 1994, 1995, 1996, 1997-ci illər və 2003-cü ilin iyul ayına dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Dövlət Arxivinin Bakı Filialında saxlanılan Trikotaj ATSC-nin natamam arxiv sənədlərinin 1998, 1999, 2000, 2001, 2002-ci illərə dair əmək haqqı cədvəllərində vət. Tağıyeva (Abbasova) Çiçək Umar qızına əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. Trikotaj ATSC-nin natamam arxiv sənədlərinin əmr kitabları Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Əsas: Fond - 217, siyahı-1ş, iş.-516, Siyahı – 2 ş., iş-1066, 1100, 1130, 1175, 1209, 1244, 1261, 1313. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli 3-29-63/2-77/2023 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1984-cü il tarixində 40 nömrəli Peşə Məktəbinə “Trikotaj parça toxuyucu” ixtisasına qəbul olmuş və xx.xx.1985-ci il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış №757982 diplom Elm və Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. Təhsil müəssisəsinin həmin dövrdəki direktoru Ş.A.Rəhimov diplomu imzalamış səlahiyyətli şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 33/1 nömrəli arxiv arayışından görünür ki, Qəbələ rayon Dövlət Arxivində saxlanılan Nic konserv zavodunun əmr kitablarına əsasən X4 06 sentyabr 1982-ci il tarixli, 240 saylı əmrlə müvəqqəti olaraq fəhlə qəbul edilmiş, 15 fevral 1983-cü il tarixli, 58 saylı əmrlə işdən azad edilmişdir. Əsas: Fond № 130, siyahı №2, saxlama vahidi № 107, 119, 112, 114. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-00625/2023 nömrəli arxiv arayışından görünür ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Trikotaj ATSC-nin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində xx.xx.1965-ci il təvəllüdlü vət. Tağıyeva (Abbasova) Çiçək Umar qızının xx.xx.1985-ci il tarixli, 147a saylı əmrlə xx.xx.1985-ci il tarixdən 2 saylı sexə 4-cü dərəcəli toxucu vəzifəsinə işə qəbul olması, xx.xx.2003-cü il tarixli, 26 saylı əmrlə xx.xx.2003-cü il tarixdən öz xahişi ilə işdən azad edilməsi, 1991, 1992, 1993, 1994, 1995, 1996,1997-ci illər və 2003-cü ilin iyul ayına dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Dövlət Arxivinin Bakı filialında saxlanılan Trikotaj ATSC-nin natamam arxiv sənədlərinin 1998, 1999, 2000, 2001, 2002-ci illərə dair əmək haqqı cədvəllərində vət.Tağıyeva (Abbasova) Çiçək Umar qızına əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. Trikotaj ATSC-nin natamam arxiv sənədlərinin əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Vət.Tağıyeva (Abbasova) Çiçək Umar qızının 1985-2003-cü illərdə Trikotaj ATSC-də işləməsi barədə tərtib edilmiş şəxsi vərəqənin təsdiq edilmiş ksero surəti 2 vərəqdən ibarət təqdim olunur. Vət.Tağıyeva (Abbasova) Çiçək Umar qızına 2013-2016-cı illərdə işlədiyi X7 Sanayi və Ticarət Anonim şirkətinin Azərbaycan Respublikasındakı filialının arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 909 nömrəli sərəncamı ilə “Xalq üçün mallar" Dövlət Konserninin tabeliyində olmuş N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyinin bazasında “Trikotaj" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2003-cü il tarixində tam başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən xx.xx.1997-ci il tarixinə hazırlanmış sənədlərə (əmək kollektivinin və onlara bərabər tutulan şəxslərin siyahısı) əsasən bildiririk ki, müraciətinizdə qeyd olunan İddiaçı adı (vəzifəsi - hörücü, müəssisədə işə başlama tarixi - xx.xx.1985-ci il) əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2017-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək Bakı şəhəri 40 nömrəli X8 Məktəbində təhsil almışdır. İş materiallarında olan arxiv arayışlarına əsasən iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək və xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək Nic konserv zavodunda fəhlə, xx.xx.1985-ci ildən xx.xx.2003-cü ilədək Trikotaj ATSC-də toxucu işləmişdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışı, əmrlərdən çıxarışlar və əmək haqqı cədvəlləri nəzərə alına bilər. İddiaçının yuxarıda adıçəkilən müəssisələrdə işlədiyi dövrlərin “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normalar nəzərə alınmaqla, eləcə də iddiaçının həmin dövrlərdə işləməsi yuxarıda istinad olunan arxiv arayışları və həmin arayışların verilməsinə əsas olmuş sənədlərlə təsdiqləndiyindən həmin dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, həmin sənədlərdə göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil dövrü də daxil olmaqla ümumi stajı 20 ildən çoxdur (xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1985 (təhsil), xx.xx.1985-xx.xx.2003 - cəmi 20 il 04 ay 16 gün). Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1985-ci ildən xx.xx.2003-cü ilədək Trikotaj ATSC-də (N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyi) toxucu işləmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuş 26. Yüngül sənaye; 26.1. Toxuculuq sənayesi; süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatların, kətanın toxucuları və 32. Toxuculuq istehsalatı; toxucular: metal və sintetik tor toxuyan toxucular vəzifəsinə uyğundur. Qeyd olunmalıdır ki, iddiaçının zərərli iş şəraitində işləməsi ilə bağlı iş yerindən arayış iş materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ondan asılı olmayan səbəblərdən işlədiyi yerdən zərərli işlərdə işləməsinə dair güzəştli arayış təqdim edə bilməməsi onun işlədiyi dövrün güzəştli iş stajı kimi nəzərə alınmamasına mane təşkil etməməlidir. Bu hal iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiyası hüququnun pozulmasına səbəb olmamalıdır. Məhkəmənin icraatında olmuş oxşar işlərin araşdırılması zamanı iddiaçının işlədiyi vəzifənin zərərli işlərə aid olubolmaması barədə güzəştli arayışın oxşar sahədə (toxuculuq, trikotaj) fəaliyyət göstərən müəssisələrdən ("xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC) əldə edilməsi ilə bağlı müvafiq sorğular verilsə də, belə bir arayışın əldə edilməsi mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 17 il 11 ay 15 gün). Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının da oxşar işlər üzrə hüquqi mövqeyi belə olmuşdur (2-1(102)-1764/2021 saylı xx.xx.2021-ci il tarixli, 2-1(102)-180/2022 saylı xx.xx.2022-ci il tarixli, 2-1(102)- 2471/2023 saylı xx.xx.2023-cü il tarixli qərarları). Beləliklə, iddiaçının 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 52 yaşından (xx.xx.2017-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqana xx.xx.2020-ci ildə müraciət etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya təyin edilmiş pensiya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tələblərinə əsasən müraciət edilən tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5236/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-506/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-506/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver