Məhkəmə qərarları › İş №2-1(103)-5065/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5065/2025

13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5065/2025 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsmayılzadə Fərid Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əmiraslanova Nigar Çingiz qızının katibliyi, iddiaçının vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı ərazi idarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Binəqədi qəsəbə bələdiyyəsinin ##.##.2004-cü il tarixli ***/* nömrəli sərəncamı ilə Binəqədi qəsəbə bələdiyyəsinin ##.##.2004-cü il tarixli ** saylı ümumi iclasının qərarı əsas tutularaq, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 30000 kv.m boş torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün alqı-satqı qaydasında İddiaçı MMC-nin mülkiyyətinə ayrılmışdır. Torpaqların alğı-satqısına dair aktın və kassa mədaxil orderinin surətindən görünür ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin dəyərini ödəmişdir. “xxxxl” MMC-yə ayrılmış 30000 kv.m. torpaq sahəsinin eskizi Binəqədi qəsəbə bələdiyyəsinin mütəxəssisi S.S.Xəlil tərəfindən hazırlanmış və bələdiyyənin möhrü ilə təsdiqlənmişdir. ##.##.2022-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İsmayılov Əlmürsəl Nəsrəddin oğlu xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci küçə, 22c ünvanında yerləşən, ümumi sahəsi 0.7411 ha olan torpaq sahəsini ##.##.2027-ci il tarixinədək üçüncü şəxs1 MMC-yə icarəyə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsindəki icraat İddiaçı İddiaçı MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxslər: Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi, üçüncü şəxs1 MMC və İsmayılov Əlmürsəl Nəsrəddin oğlu) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazisi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisindən 22.573 kv.m torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazisi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 30.000 kv.m boş torpaq sahəsi Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ***/* nömrəli Sərəncamına əsasən sahibkarlıq fəaliyyəti tikintisi üçün, qanunvericiliyin tələblərinə uyğun olaraq, torpağın həmin dövrün bazar qiymətlərinə uyğun dəyəri 120.000.000 (bir yüz iyirmi milyon) manat ödənilməklə iddiaçıya verilmişdir. Bununla bağlı bələdiyyə ilə İddiaçı MMC arasında torpağın alğı-satqısına dair akt imzalanmış və həmin sənədlərin bir nüsxəsi və torpağın eskizi iddiaçıya verilmişdir. Sözügedən torpaq sahəsinin eskiz planı tərtib edilərək Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Binəqədi qəsəbə bələdiyyəsinin ##.##.2019-cu il tarixli, *** nömrəli arayışından görünür ki, həqiqətən də Binəqədi qəsəbə Bələdiyyəsinin ***/* saylı, ##.##.2004-cü il tarixli sərəncamı ilə İddiaçı MMC-nin mülkiyyətinə 3 ha torpaq sahəsi ayrılmışdır. Binəqədi qəsəbə bələdiyyəsinin ##.##.2022-ci il tarixli, *** nömrəli arayışından görünür ki, həqiqətən də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şossesi, Zəngəzur şadlıq evinin arxa hissəsi ünvanında yerləşən torpaq sahəsinin 2022-ci ilin sonuna kimi torpaq vergi borcu yoxdur. Əlavə olaraq bildirilir ki, sözügedən torpaq sahəsi uzun müddətdir ki, mübahisəsiz olaraq təyinatı üzrə iddiaçı İddiaçı məhdud məsuliyyətli cəmiyyəti tərəfindən istifadə edilir, vergi və digər ödənişlər vaxtı-vaxtında iddiaçı tərəfindən ödənilir. Hal-hazırda mübahisəsiz olaraq torpaq sahəsinin 2 hektarı, yəni 22,573 kv.m iddiaçının qanuni mülkiyyətindədir. Belə ki, ##.##.2018-ci il tarixli, **** nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (“satıcı”) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şosesi,1-ci küçə, 22C ünvanında yerləşən 16,0 kv.m. qeyri-yaşayış binası və 7411,0 kv.m. torpaq sahəsini tam dəyərlə 196.000,00 (bir yüz doxsan altı min) manata “alıcı” İddiaçı MMC-nin təsisçisi İsmayılov Əlmürsəl Nəsrəddin oğluna satılmışdır. Daha sonra İddiaçı MMC-nin təsisçisi İsmayılov Əlmürsəl Nəsrəddin oğlunun adına Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şosesi,1-ci küçə, 22C ünvanında yerləşən 16,0 kv.m qeyri-yaşayış binası və 7411,0 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyətlə ##.##.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışı verilmişdir. Sözügedən torpaq sahəsi ##.##.2022-ci il tarixli icarə müqaviləsi əsasında İddiaçı MMC-nin təsisçisi İsmayılov Əlmürsəl Nəsrəddin oğlu tərəfindən üçüncü şəxs1 MMC-yə icarəyə verilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazisi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən 2 hektarı, yəni 22,573 m. boş torpaq sahəsi daşınmaz əmlak kimi iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı qanunvericiliklə tələb olunan hüquq müəyyənedici sənədlərlə rəsmi qaydada ##.##.2023cü il tarixdə cavabdeh inzibati orqana müraciət edilmişdir. Cavabdeh orqan tərəfindən ünvanlanmış ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/****-************ saylı məktubla imtina edilərək, ##.##.2023-cü il tarixli ************ nömrəli məktubla ətraflı cavab verildiyi bildirilmişdir. Hesab edilir ki, cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, müvafiq torpaq sahəsi bələdiyyəyə ayrılmış torpaq sahəsi olduğu üçün həmin torpaq sahəsi bələdiyyə qərarı əsasında sahibkarlıq fəaliyyəti tikintisi üçün verilmişdir və torpaq sahəsi eskiz layihəsi Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Eyni zamanda qeyd edilir ki, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi mübahisəsiz olaraq iddiaçının faktiki və qanuni mülkiyyətindədir. Qeyd olunanlardan da görünür ki, cavabdeh inzibati orqanın mövqeyi özü-özlüyündə belə tam qanunsuzdur və cavabdehin sözügedən mövqeyi qanunamüvafiq qaydada düzgün əsaslandırılmamışdır. Belə ki, mövcud qanunvericilikdə, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sözügedən əsasla hüquqların dövlət qeydiyyatından imtina edilməsi nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2021-ci il tarixli Plenumun Qərarında hüquqi mövqe mövcuddur. Həmçinin təqdim edilmiş “Torpaqların alqı-satqısına dair” akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə təqdim edilmiş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Sahənin 0,18 ha hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Sahə dövlət mülkiyyəti torpağıdır və sahənin Bələdiyyə ərazisi olubolmaması barədə bazada məlumat yoxdur. Göstərilən əraziyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. Eyni zamanda bildirilir ki, torpaq sahəsinin 0,7411 ha hissəsi İsmayılov Əlmürsəl Nəsrəddin oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlakla üst-üstə düşür. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin müxtəlif tarixli qərardadları ilə Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi (adi), üçüncü şəxs1 MMC və İsmayılov Əlmürsəl Nəsrəddin oğlu (zəruri) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubla İddiaçı MMC-yə sahibkarlıq məqsədi ilə ayrılmış Binəqədi qəsəbə Bələdiyyəsinin ***/* saylı ##.##.2004-cü il tarixli sərəncamı və torpaq sahəsinin ayrılmasına əsas olan digər sənədləri məhkəməyə təqdim edilmiş və qeyd etmişdir ki, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın məqsədinə mövcud texniki normalara və şəhərsalma sənədləri, həmçinin müvafiq İcra Hakimiyyəti orqanlarının rəyi olmadan qeyd olunan ərazilərdə inşaat işləri aparıla bilməz. Qeyd olunan torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsinin inzibati ərazi hüdudları daxilindədir, kənd təsərrüfatı, sənaye sahəsinə tam yararsız hesab edilən torpaqlar sırasına aiddir. Ona görə də, iddiaçının müraciəti nəzərə alınaraq istehsal müəssisəsi kimi maddi xərclərin hesabına torpaq sahəsi yararlı hala gətirilmişdir. Nəzərə alınmalıdır ki, Binəqədi qəsəbə bələdiyyəsinin qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin ətrafında neft hasilatı ilə heç bir işlər aparılmamış və aparılmır. Sözügedən ərazi istehsalat müəssisəsi kimi fəaliyyət göstərir ətrafı isə yaşayış massivi kimi sakinlər özlərinə fərdi yaşayış evi tikərək yaşayırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı ərazi idarəsi tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli müayinə aktından görünür ki, torpağın ümumi sahəsi 3.0 ha-dır. Faktiki olaraq göstərilən torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır. Torpaq sahəsi üzərində ofis binası, gözətçi otağı mövcuddur. Torpaq sahəsi üzərində 1 ədəd 6 kva transformator mövcuddur. Həmin transformatora torpaq sahəsinin sərhəddinin üzərindən 6 kva YGEX hava xətti keçərək daxil olur. Yerləşmə cizgisində perimetrik ölçülər qeyd edilməmişdir. Baxılması üçün koordinat cədvəli əlavə olunmuşdur. Cavabdehin ##.##.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində qoyulmuş suallara cavab olaraq bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 3.0 ha təşkil edir. Torpaq sahəsinin üzərində qeyri-yaşayış obyektləri, gözətçi otağı və ofis binası mövcuddur. Göstərilən torpaq sahəsinin üzərində bir ədəd 6kVt-lıq transformator mövcuddur. Həmin transformatora torpaq sahəsinin sərhəddinin üzərindən yüksək gərginlikli (6 kVt-lıq) elektrik hava xətti keçərək daxil olur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən qonşu qeydiyyatdan keçmiş sahələr bunlardır: 001011008115-06301 reyestr nömrəsi ilə “xxxx” Məhdud Məsuliyyətli İstehsalat Müəssisəsinə və 001013012926 reyestr nömrəsi ilə X2 məxsus sahə. Qeyd olunanlarla bağlı ortofoto görüntüsü əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən cizgidə heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Sahənin 0,18 ha hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda bildirilir ki, torpaq sahəsinin 0,7411 ha hissəsi İsmayılov Əlmürsəl Nəsrəddin oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlakla üst-üstə düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı ərazi idarəsinin müvafiq mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 3.0 ha təşkil edir.Torpaq sahəsinin üzərində qeyri-yaşayış obyektləri, gözətçi otağı və ofis mövcuddur. Göstərilən torpaq sahəsinin üzərində bir ədəd 6 kVt-lıq transformator mövcuddur. Həmin transformatora torpaq sahəsinin sərhəddinin üzərində yüksək gərginlikli ( 6 kVt-lıq) elektrik hava xətti keçərək daxil olur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən cizgidə heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olaqla dövlət mülkiyyəti torpağıdır. Sahənin 0,18 ha hissəsi eletrik xəttinin mühafizə zonasında yerləşir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilmədi. Eyni zamanda bildirilir ki, torpaq sahəsinin 0,7411 ha hissəsi İsmayılov Əlmürsəl Nəsrəddin oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmış əmlakla üst-üstə düşür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi ərazisində yerləşən 30000 kv.m ölçülü torpaq sahəsinin alqı-satqı yolu ilə İddiaçı MMC-nin mülkiyyətinə verilməsi barədə Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin ##.##.2004-cü il tarixli ***/* saylı sərəncamının, ##.##.2004-cü il tarixli ** saylı iclas protokolu Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Tural Məlikov) iddia təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində prosessual xərcinin ödənilməsi vəzifəsinin iddiaçı İddiaçı MMC-nin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı halda üzərində hüquqların qeydiyyatı istənilən torpaq sahəsinin bələdiyyə mülkiyyəti deyil, dövlət mülkiyyəti torpağı olduğu müəyyən edildiyindən cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, müvafiq torpaq sahəsi bələdiyyəyə ayrılmış torpaq sahəsi olduğu üçün həmin torpaq sahəsi bələdiyyə qərarı əsasında sahibkarlıq fəaliyyəti tikintisi üçün verilmişdir və torpaq sahəsi eskiz layihəsi Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Eyni zamanda torpaq sahəsi İddiaçı MMC-nin mübahisəsiz olaraq faktiki və qanuni mülkiyyətindədir. Qeyd olunanlardan da görünür ki, cavabdeh inzibati orqanın mövqeyi özü-özlüyündə belə tam qanunsuzdur və cavabdehin sözügedən mövqeyi qanunamüvafiq qaydada düzgün əsaslandırılmamışdır. Belə ki, mövcud qanunvericilikdə, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sözügedən əsasla hüquqların dövlət qeydiyyatından imtina edilməsi nəzərdə tutulmamışdır. Binəqədi qəsəbə bələdiyyəsinin arxiv qovluğunda olan torpaq üzvlərinin siyahısında da müvafiq torpaq sahəsinin ayılması barədə məlumat mövcuddur. Lakin cavabdeh inzibati orqan tərəfindən qanunsuz olaraq müraciəti təmin edilməmiş və bu barədə əsassız imtina məktubu verilmişdir. Sözügedən imtina məktubunda imtina səbəbi kimi isə “bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2021-ci il tarixli Plenumun Qərarında hüquqi mövqe mövcuddur. Həmçinin təqdim edilmiş “Torpaqların alqı-satqısına dair” akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə təqdim edilmiş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Sahə dövlət mülkiyyəti torpağıdır və sahənin Bələdiyyə ərazisi olub olmaması barədə bazada məlumat yoxdur. Hesab edir ki, cavabdehin sözügedən imtinası qanunsuz, əsassızdır. Nəzərə alınsa ki, müvafiq torpaq sahəsinin İddiaçı MMC-yə ayrılması barədə cavabdeh bələdiyyənin arxiv əsaslarında da məlumatlar mövcuddur, bu səbəbdən də, müvafiq torpaq barədə İdarənin elektron bazasında məlumatın olmaması məntiqsiz və əsassızdır. Qeyd olunan halların mövcud olması belə qanunvericiliyin tələblərinə əsasən hüquqların dövlət qeydiyyatından imtina üçün əsas ola bilməz. Halbuki, müvafiq torpaq sahələri bir-biri ilə qonşu olmaqla əksəriyyəti daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ayrılmış ərazidə eyni əsaslarla torpaq sahələri ayrılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, müvafiq ərazidə onunla qonşu olanlara da eyni dövrdə eyni sənədlər əsasında torpaq sahələri verilmiş və həmin sənədlər əsasında onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin eyni sənədlər İddiaçı MMC tərəfindən cavabdeh inzibati orqana təqdim etdilsə də, qanunsuz olaraq imtina verilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmçinin, nə cavabdeh inzibati orqan tərəfindən, nə də birinci instansiya məhkəməsi tərəfindən müvafiq imtinanın əsaslı olması sübuta yetirilməmişdir. Əksinə, məhkəmənin istinad etdiyi sübutlar və hüquq normaları iddia tələbinin təmin edilməsi üçün əsasdır. Belə ki, müvafiq məhkəmə qərarının təsviri-əsaslandırıcı hissəsi onun nəticə hissəsi ilə ziddiyyət təşkil edir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halların heç birini dərindən araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqana, həm də birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlər toplusunun tam qaydasında olmasına baxmayaraq məhkəmə cavabdeh inzibati orqanın heç bir hüquqi əsasa və sübutu olmayan imtina məktubuna əsaslanaraq iddia tələbinin rədd edilməsi barədə qanunsuz qərar qəbul etmişdir. Maddi və prosessual hüquqları həm cavabdeh inzibati orqan, həm də birinci instansiya məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, iş üzrə mübahisəli halların araşdırılması üçün məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi rəyində cavabdehin verdiyi əsassız mütəxəssis rəyinə istinad edərək işini bitmiş hesab etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxslər Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi, üçüncü şəxs1 MMC və İsmayılov Əlmürsəl Nəsrəddin oğluna lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ (...) 3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.

4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. (...)

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. (...)

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;(...)

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının ##.##.2001-ci il tarixli ***-IIQ nömrəli qanunun mübahisəli torpaq sahəsinə dair sərəncamın verildiyi dövrdə qüvvədə olan mətninə əsasən: 8.0. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: (...) 8.0.4. sənaye, nəqliyyat, rabitə və digər istehsal, ticarət, ictimai-iaşə, xidmət, digər obyektlərin, habelə fərdi və kooperativ qarajların, inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün - layihə sənədləri ilə tələb olunan ölçüdə; (...) 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər.

Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin mübahisəli torpaq sahəsinə dair sərəncamın verildiyi dövrdə qüvvədə olan mətninə əsasən:

4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-ci və 3-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllələrində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (...) Maddə 58. Sübutların araşdırılması qaydası (...) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.(...) Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.(...) Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.(...) Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.(...) Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.(...) Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.(...)

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı Binəqədi qəsəbə bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ***/* saylı sərəncamı ilə İddiaçı MMC-yə ayrılan 3 ha torpaq sahəsinin 22.573 kv.m hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsində icraat zamanı əladə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı ərazi idarəsinin müvafiq mütəxəssis rəyin əsasən müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 3 ha təşkil edir.Torpaq sahəsinin üzərində qeyri-yaşayış obyektləri, gözətçi otağı və ofis mövcuddur. Göstərilən torpaq sahəsinin üzərində bir ədəd 6kVt-lıq transformator mövcuddur. Həmin transformatora torpaq sahəsinin sərhəddinin üzərində yüksək gərginlikli ( 6 kVt-lıq) elektrik hava xətti keçərək daxil olur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən cizgidə heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olaqla dövlət mülkiyyəti torpağıdır. Sahənin 0,18 ha hissəsi eletrik xəttinin mühafizə zonasında yerləşir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi iddiaçının mülkiyyət hüququ ilə iddia etdiyi torpaq sahəsi elektron baza məlumatlarına əsasən dövlət mülkiyyətinə aiddir. Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. 46-cı maddənin tələbinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Beləliklə qanunvericiliyin tələbinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələri üzərində şəxslərin istifadə və ya icarə hüquqlarının qeydə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçıya bələdiyyənin sərəncamı əsasında ayrılmış torpaq sahəsinə dair vahid elektron kadastr baza məlumatlarına əsasən cizgidə heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Əlavə olaraq sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Qeyd olunmalıdır ki, qanunvericilik torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərini müəyyənləşdirərək, qanunvericiliklə müəyyən olunmuş qaydada məhz bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qaydalarını müəyyən etmişdir. Odur ki, qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikası ərazisində torpaqlar növündən asılı olaraq səlahiyyət daxilində və həddində istifadə edilməlidir. Hazırkı halda isə üzərində hüquqların qeydiyyatı istənilən torpaq sahəsinin bələdiyyə mülkiyyəti deyil, dövlət mülkiyyəti torpağıdır. Digər tərəfdən məhkəmə bildiri ki, iddiaçı bələdiyyə tərəfindən topraq sahəsinin ona bələdiyyənin sərəncamı ilə ayrıldığını iddia etməkdədir ki, bu da qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Belə ki, bələdiyyə kollegial orqandır və qanunvericiliyin tələblərinə görə bələdiyyətinin torpaq sahəsi ayırlmaq barədə səlahiyyəti kollegila orqanın qərarı əsasında həyata keçirilməlidir. Hazırkı iş üzrə mübahisəli torpaq sahəsinin bələdiyyə qərarı ilə ayrılmasını təsdiq edən hər-hansı sübut, bələdiyyənin qeyd edilən tarixli iclasının torpaq ayrılmasını təsdiq edən protokolu aşkar edilməmiş, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin həmin bələdiyyənin mülkiyyətinə verilmiş torpaq sahəsi olması müəyyən olunmadığından və torpaq ayırma prosesinin qanunla tələb olunan qaydada həyata keçirilmədiyindən, bu xüsusda iddia olunan sahənin məhz Binəqədi qəsəbə bələdiyyəsinin sərəncamı ilə iddiaçıya ayrılmış sahə olması qənaətinə gəlməyə əsas verən tutarlı sübutlar təqdim edilmədiyindən, cavabdehin digər imtina əsasları (təqdim edilmiş torpaqların alğı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsi, yerləşmə cizgisində heç bir istinad, istinad məsafələri və perimetrik ölçülərin qeyd edilməməsi, sahənin bir hissəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi və s.) digər hissələrdə əsassız olsa belə, vəziyyəti iddiaçının lehinə dəyişmir. Belə olan halda, isə digər xüsusatlara münasibət bildirməyə zərurət qalmır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, hazırkı iş üzrə bərabərlik prinsipinin tətbiq olunması üçün də əsas mövcud deyildir. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı inzibati iş üzrə apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar