Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-5072/2025 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X6 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10582/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X16rşı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən İddiaçı adına verilmiş ДИС ******* nömrəli, xx.xx.2006-cı il tarixli ali təhsil haqqında diplomunun akademik və peşə tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10582/2024 saylı qərarı ilə iddiа tələbi təmin еdilmiş, Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən İddiaçı adına verilmiş ДИС ******* nömrəli, xx.xx.2006- cı il tarixli ali təhsil haqqında diplomunun akademik və peşə tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X19n üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10582/2024 saylı qərarından cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X19 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4031/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı ilə cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X19 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10582/2024 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəkməsinin 2-1(112)-10582/2024 saylı işi üzrə qəbul edilmiş 12 avqust 2024-cü il tarixli qərarı qanuni qüvvəyə mindiyinə görə 30 yanvar 2025-ci ildə icra edilməsi üçün «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X17 göndərilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-29-61/2-84/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-4031/2024 nömrəli qərarına əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10582/2024 nömrəli qərarının icrası məqsədilə İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, ДИС ******* nömrəli diplom üzrə əldə etdiyi ali təhsilə aid kvalifikasiyanın akademik tanınması haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir, nəticə etibarilə tənzimlənən peşə istiqamətləri üzrə xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınmasının qiymətləndirməsi sözügedən normativ hüquqi aktla DİM-ə həvalə olunmuşdur. Agentlik yalnız daxil olmuş imtahan nəticələri əsasında yekun inzibati aktın rəsmiləşdirilməsini həyata keçirir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı X8 adı X12 ünvanlanmış müvafiq siyahıya daxil edilmişdir və imtahanın keçirilmə vaxtı, yeri barədə vətəndaşa rəsmi qaydada məlumat veriləcəkdir. Qeyd olunması zəruridir ki, vətəndaşın peşə tanınması üzrə imtahanda iştirak etməkdən imtina etmək və ya müvəffəqiyyət qazanmadığı təqdirdə yenidən imtahanda iştirak üçün müraciət hüquqları istisna edilmir. İddiaçı məhkəməyə 17 iyun 2025-ci il tarixdə ərizə təqdim edərək məhkəmə qərarının tam icra olunmadığını bildirmiş və məhkəmə qərarının təkrar icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının ərizəsinə baxılması barədə 25 iyul 2025-ci il tarixə məhkəmə iclası təyin edilmiş və məhkəmə iclasında iddiaçı öz izahatında bildirmişdir ki, onunla bərabər təhsil alan X5 verilən şəhadətnamədə təhsilin növbəti səviyyəsinə qəbul olunmaq hüququ və peşə tanınması ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ üçün verilmişdir. Cavabdeh öz izahatında bildirmişdir ki, peşə fəaliyyəti ilə məşğul olmaq hüququ üzrə şəhadətnamənin verilmə hissəsi səlahiyyətlərinə aid deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10582/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bаkı İnzibati Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2-1(112)-10582/2024 saylı qərarı- ДИС ******* nömrəli, xx.xx.2006-cı il tarixli ali təhsil haqqında diplomun peşə tanınması hissəsində icra edilmədiyinə görə cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X18 münasibətdə cərimə tətbiq edilməsi, “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X21dən 200 (iki yüz) manat məbləğində cərimə məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10582/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-4031/2024 nömrəli qərarına əsasən qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 10582/2024 nömrəli qərarının icrasını təmin etmək məqsədi ilə İddiaçı Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, ДИС ******* nömrəli nömrəli diplom üzrə əldə etdiyi ali təhsilə aid kvalifikasiyanın akademik tanınması barədə şəhadətnamə elektron ərizə sistemindəki kabinet vasitəsilə ona təqdim edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.1-ci bəndinə əsasən peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. Qaydaların 6.2-ci bəndinə əsasən Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçilərin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası X11 təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Bununla bağlı sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir, nəticə etibarilə tənzimlənən peşə istiqamətləri üzrə xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınmasının qiymətləndirməsi sözügedən normativ hüquqi aktla DİM-ə həvalə olunmuşdur. Agentlik yalnız daxil olmuş imtahan nəticələri əsasında yekun inzibati aktın rəsmiləşdirilməsini həyata keçirir. Yuxarıda qeyd olunanlara əsasən, Agentlik məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyin icrası üçün qanunvericiliklə ona aid edilmiş səlahiyyət həddində tədbirləri həyata keçirilmiş, İddiaçı adı X12 ünvanlanmış müvafiq siyahıya daxil edilmiş, lakin vətəndaş sınaq imtahanında iştirak etməmiş nəticə etibari ilə elektron kabineti vasitəsilə yenidən yalnız akademik tanınma haqqında şəhadətnamə təqdim olunmuşdur. Bununla da məlum olur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-10582/2024 nömrəli qərarı Agentlik tərəfindən səlahiyyətləri daxilində tam şəkildə icra olunmuşdur. Nəzərə alsaq ki, iş üzrə cavabdehlə iddiaçı arasında tanınmadan imtina üzrə mübahisənin predmeti Qaydaların 4.1.1-ci yarımbəndindəki, müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması barədə tələb olmuş, iddiaçının iddia tələbi təmin olunaraq, həmin hissədə müəssisənin qanunsuz və ya lisenziyasız sayılmasına görə onun diplomunun tanınmasından imtina edilməsi əsassız sayılmışdır. Məsələn, əgər İddiaçı müraciəti üzrə inzibati icraat zamanı Qaydalardakı tanınmaya dair tələblərlə uyğunluq müəyyən edilsəydi, o peşə tanınması üçün yenə DİM imtahan siyahısına daxil ediləcəkdi, hazırda qərarı icra edərkən də cavabdeh inzibati orqan məhz bu hərəkəti yerinə yetirməktədir və əslində bu hərəkətlər peşə tanınmasının verilməsi barədə öhdəliyin yerinə yetirilməsi üçün tələb olunan zəruri addımlardır. Məhkəmə qərardadında adı qeyd olunan X2na xx.xx.2022-ci il tarixdə rəsmi qaydada göndərilmiş məktubla, onun xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq Rusiya Federasiyasının yerləşən Dağıstan Dövlət Universitetinin Bakı filialı tərəfindən verilmiş “Hüquqşünaslıq” ixtisası üzrə ДИС ******* nömrəli bakalavr diplomunun Azərbaycan Respublikasında tanınması və bu barədə şəhadətnamə verilməsi məsələsinə dair, xx.xx.2012-ci il tarixli müraciəti əsasında qəbul edilmiş xx.xx.2012-ci il tarixli S-28370/03-24 saylı qərar məktubu ilə ona imtina edildiyi bildirilmişdir.Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-4558/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası isə cavabdehin apelyasiya şikayətini təmin etməmiş 14.06. 2023-cü il tarixli, 2-1(103)-2131/2023 saylı qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4558/2023 nömrəli qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti də təmin edilməmiş, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2348/2023 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.06. 2023-cü il tarixli, 2-1(103)- 2131/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4558/2023 nömrəli qərarı icra edilmiş və vətəndaşa xx.xx.2024-cü il tarixində şəhadətnamə təqdim olunmuşdur. Vətəndaş X1 Dövlət Universitetinin Bakı filialı tərəfindən verilmiş “Hüquqşünaslıq” ixtisası üzrə ДИС ******* ixtisası üzrə əldə etdiyi ali təhsilə aid kvalifikasiyanın tanınması məqsədilə hal hazırda qüvvədən düşmüş AR NK-nin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi(nostrifikasiyası) Qaydaları”na əsasən müraciət etdiyindən həmin qaydaların tələbləri əsasında icraat aparılmışdır. Nəticə etibarı ilə İddiaçı nisbətdə bərabərlik prinsipi pozulmamışdır. Cavabdeh tərəfindən inzibati icraat ərizəçilərin təhsil aldıqları dövrün qanunvericiliyinə əsasən deyil, tanınma ilə bağlı müraciətin qeydə alındığı zaman qüvvədə olan qanunvericiliyə əsasən aparılmaqdadır. Çünki bu Qaydalar vətəndaşın təhsilalma prosesini deyil, həmin təhsil sənədlərinin Azərbaycan Respublikası ərazisində tanınması prosesini tənzimləyir. Bildirmək istəyirlər ki, artıq hüquqi qüvvəsini itirmiş qanunvericilik normalarının tətbiqi qeyri-mümkün olduğundan Agentlik tərəfindən bütün ərizəçilərə münasibətdə icraat eyni qaydada aparılaraq qərar qəbul olunur. Həmçinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10582/2024 nömrəli qərarında nəticə isə aşağıdakı şəkildə ifadə olunmuşdur: “Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10582/2024 nömrəli qərarının nəticə hissəsində “İddiaçı Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, ДИС ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması” dedikdə - İddiaçı Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, ДИС 0028889i diplom üzrə ixtisasının peşə tanınmasını və Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, ДИС ******* nömrəli diplom üzrə ali təhsilə aid kvalifikasiyanın akademik tanınması haqqında şəhadətnamənin verilməsini ehtiva edir”. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, iddiaçının məhkəmədə iddia qaldırdığı inzibati aktın mətninə nəzər saldıqda da məlum olur ki, Agentliyin imtina qərarı məhz Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları” əsasında qəbul edilmişdir. İddiaçı isə həmin inzibati aktdan məhkəməyə şikayət etmiş və bu zaman onun müraciəti üzrə AR NK-nin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi(nostrifikasiyası) Qaydaları” ilə icraat aparılması barədə tələb irəli sürülməmişdir. AR İPM-in 121.1-ci maddəsinə əsasən barəsində icranın həyata keçirildiyi şəxs, mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra da icra ilə əlaqədar ona qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadını mübahisələndirilə bilər. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il Qərarının 31-ci bəndində qeyd olunur ki, İPM-in 121.1-ci maddəsinə əsasən barəsində icranın həyata keçirildiyi şəxs, mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra da icra ilə əlaqədar ona qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadını mübahisələndirilə bilər. Bu normada nəzərdə tutulan barəsində icranın həyata keçirildiyi şəxs dedikdə, qərarı bilavasitə icra etməli olan şəxs və ya orqan nəzərdə tutulur. Həmin şəxslər məhkəmə tərəfindən qəbul edilmiş icra ilə bağlı istənilən qərardaddan deyil, yalnız onlara qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadından şikayət verə bilərlər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, qanun qüvvəsi almış məhkəmə Qərarı icra edilmədiyi üçün 25 iyul 2025-ci ildə «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X21 cərimənin tətbiq edilməsi barədə xəbərdar edilmiş və əlavə 10 gün müddət təyin edilmişdir. İş materiallarına əlavə edilmiş NS00037163 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı ДИС ******* nömrəli ali akademik təhsil barədə diplomu təhsilin növbəti səviyyəsinə qəbul olunmaq hüququ verir; bu peşə fəaliyyəti ilə məşğul olmaq hüququ vermir. NS00023149 nömrəli şəhadətnamədən görünür ki, X4 ДИС ******* nömrəli ali akademik təhsil barədə diplomu təhsilin növbəti səviyyəsinə qəbul olunmaq hüququ və peşə tanınması ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ üçün verir. Məhkəmə tərəfindən X15 X18 sorğu ünvanlanaraq X9 və İddiaçı peşə tanınması üzrə imtahanda iştirak edib-etməmələri barədə məlumat verilməsi xahiş edilmişdir. X11 məhkəməyə ünvanladığı 11 avqust 2025-ci il tarixli 9-3/2- 2359/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, adları qeyd olunan şəxslərin xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyaların peşə tanınması üzrə Mərkəz tərəfindən keçirilən imtahanlarda iştirakı qeydə alınmamışdır. Beləliklə, cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş Bаkı İnzibati Məhkəməsinin 212 avqust 2024-cü il tarixli, 2-1(112)-10582/2024 qərarının- ДИС ******* nömrəli, xx.xx.2006-cı il tarixli ali təhsil haqqında diplomun peşə tanınması hissəsində icra edilməməsi aşkardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. İnzibati Prosessual Məcəlləsinin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir; 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir.; 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Məhkəmə Kollegiyası göstərilən qаnun nоrmаlаrını rəhbər tutаrаq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X21 qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etmədiyinə görə ona münasibətdə cərimə tətbiq edilməli; cərimə 200 mаnаt məbləğində müəyyən edilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10582/2024 saylı qərarı ilə iddiа tələbi təmin еdilmiş, Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən İddiaçı adına verilmiş ДИС ******* nömrəli, xx.xx.2006- cı il tarixli ali təhsil haqqında diplomunun akademik və peşə tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X19n üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10582/2024 saylı qərarından cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X19 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4031/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı ilə cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X19 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10582/2024 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə Kollegiyası xüsusilə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4031/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarından cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X19 tərəfindən kassasiya şikayəti verilməmişdir və birinci instansiya məhkəməsinin qərarında Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən İddiaçı adına verilmiş ДИС ******* nömrəli, xx.xx.2006- cı il tarixli ali təhsil haqqında diplomunun yalnız akademik deyil, həm də peşə tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X19n üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəkməsinin 2-1(112)-10582/2024 saylı işi üzrə qəbul edilmiş 12 avqust 2024-cü il tarixli qərarı qanuni qüvvəyə mindiyinə görə 30 yanvar 2025-ci ildə icra edilməsi üçün «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X17 göndərilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə uyğun olaraq, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10582/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10582/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-5072/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-5072/2025
24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver