Məhkəmə qərarları › İş №2-1(103)-5074/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5074/2025

10.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5074/2025 10.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi ilə, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs üçüncü şəxs2 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Sosial Xidmətlər Agentliyi" X2rşı (3-cü şəxs üçüncü şəxs2 və üçüncü şəxs1) "övladlığa götürmə barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək cavabdehin ## ##### 2025-ci il tarixli rəyinin ləğv edilməsi və nəvəsi ##.##.2020-ci il təvəllüdlü X3 tərəfindən övladlığa götürülməsinin uşağın mənafeyinə uyğun olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq, iddia tələbi "##.##.2020-ci il tarixdə anadan olan X3 övladlığa götürülməsinin uşağın mənafeyinə uyğunluğu barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi dəqiqləşdirilmişdir. Iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ##.##.1953-cü il təvəllüdlüdür, ali təhsillidir, Qarabağ müharibəsi veteranıdır, ailəlidir, 1 qız övladı var, uzun illər ədliyyə orqanlarında qulluq etmişdir, hazırda pensiyaçıdır. Həyat yoldaşı X6 fəlsəfə elmləri doktoru, Prezident təqaüdçüsüdür. Qızı üçüncü şəxs2 üçüncü şəxs1 ilə rəsmi nikaha daxil olmuş və birgə nikahdan ##.##.2020-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Əvvələr üçüncü şəxs1 ailəyə münasibəti yaxşı olsa da, sonradan son dərəcədə pisləşmiş, istər həyat yoldaşına, istərsə də azyaşlı övladına qarşı laqeyd və səhlənkar yanaşmış, uşaq 3 aylıq olan zamandan ailəsindən uzaqlaşmışdır və artıq 5 ilə yaxındır ki, azyaşlı uşağının necə, hansı şəraitdə yaşaması ilə maraqlanmamışdır. Nəticədə qızı üçüncü şəxs2 ilə üçüncü şəxs1 arasında olan rəsmi nikah məhkəmə qaydasında pozulmuşdur. Hazırda qızı və azyaşlı nəvəsi onların himayəsindədir. Uşağın qayğısını bioloji atasının çəkmədiyini və bioloji anasının xəstəliyi səbəbindən uşağı lazımi səviyyədə himayə edə bilməyəcəyini görüb, iddiaçı həyat yoldaşı X6 ilə ##.##.2020-ci il təvəllüdlü nəvələri X3 övladlığa götürülməsi ilə əlaqədar Azərbaycan Respublikası Ailə Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş ’’Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ##.##.2025-ci il tarixli 8I-**** reyestr nömrəli notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət etmişlər. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Ağentliyi ## ##### 2025-ci il tarixli rəyi ilə müraciətləri azyaşlı nəvələri X3 mənafeyinə uyğun hesab edilməyərək, imtina edilmişdir (həmin rəy rəsmi məktub ilə iddiaçıya ## ##### 2025-ci il tarixdə verilmişdir). Hesab edir ki, cavabdehin azyaşlı nəvəsi X3 tərəfindən övladlığa götürülməsindən imtina etməsi rəyi mülahizələrə əsaslanaraq tərtib edilmiş, qanunsuz və əsassızdır. Belə ki, rəsmi ərizə ilə müraciətindən sonra ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinin 1 nəfər əməkdaşı iddiaçı və ailəsinin yaşadığı ünvana gəlib bildirilmişdir ki, Agentlikdə təşkil edilmiş komissiyanın üzvləri gəlib uşağın ümumi vəziyyəti, saxlanma şəraiti ilə maraqlanacaqlar və aparılan müşahidələrdən sonra rəy tərtib olunacaqdır. Lakin dedikləri kimi azyaşlı uşaqla və onun saxlanma şəraiti ilə Agentliyin komissiya üzvləri tərəfindən maraqlanan da olmadı. Bir müddət sonra məlum olmuşdur ki, belə bir ədalətsiz, əsassız rəy tərtib edilərək, ərizə təmin edilməmişdir. Iddiaçı qızı üçüncü şəxs2 xəstəliyi barədə Sosial Xidmətlər Agentliyinə rəsmi arayış təqdim etsə də, tərtib edilmiş rəydə xəstəlik arayışının mövcud olması və onun xəstəliyi barədə heç bir cümlə qeyd edilməmişdir. Buna görə də hesab edir ki, həmin rəy ləğv olunmalı və nəvəsi X3 tərəfindən övladlığa götürülməsinin, uşağın mənafeyinə uyğun hesab edilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalı və bu barədə qərar qəbul edilməlidir. Rəydə qeyd edilmişdir ki, valideyn namizədlərin övladlığa uşaq götürmək üçün müraciəti zamanı təqdim etdikləri sənədlər əsasında onların Ailə Məcəlləsinin 120 və 121-ci maddələrinin tələblərinə əsasən övladlığa götürmə hüququnu məhdudlaşdıran və ya övladlığa götürməyə imkan verməyən, onun qanunvericiliyin tələbinə əsasən növbəti mərhələyə keçməsinə mane olan və qanunvericilikdə övladlığa götürməyə icazə verməyən hər hansı hal aşkar edilməmişdir. Qeyd edilir ki, ##.##.2020-ci il təvəllüdlü X3 övladlığa götürmək istəyi heç də formal xarakter daşımır və heç də müəyyən maddi (məsələn, təqaüd yaşma çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması) və sair maraqlar naminə deyil. Məqsəd uşağın sağlam böyüməsi, gələcək həyatının daha sabit, təhlükəsiz və sevgi dolu bir mühitdə davam etməsini təmin etməkdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs2 və üçüncü şəxs1 zəruri cəlbetmə qaydasında iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, ailə qanunvericiliyinə əsasən uşağın övladlığa götürülməsi üç mərhələdə həyata keçirilən prosedur olmaqla övladlığa götürülmənin uşağın mənafeyinə uyğunluğu məsələlərinin müəyyən edilməsi ilə bağlı qanunla müəyyən edilən şərtlər daxilində icraat aparılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlə Agentliyinə həvalə edilmişdir. Övladlığa götürülmənin uşağın mənafeyinə uyğunluğu barədə müsbət, yaxud mənfi rəyin verilməsi isə bu prosedurun inzibati orqanda aparılan yekunu olaraq bir qiymətləndirməni ehtiva edən institutu əks etdirir. Başqa sözlə, övladlığa götürülmənin uşağın mənafeyinə uyğun olması barədə rəyin verilməli olub-olmamasını qiymətləndirmək inzibati orqana verilmiş səlahiyyətdir. Bu baxımdan iddiaçının qaldırdığı məsələ cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərində olduğundan, IPM-in 73.3.1 və 73.3.2-ci maddələrinin tələblərinə görə, iddiaçının arzuladığı kimi övladlığa götürülmənin uşağın mənafeyinə uyğunluğu barədə müvafiq rəyin verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə vəzifə kimi qoyula bilməz. Cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuzluğu üzrə xüsusatlar müəyyən edilməmişdir. Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda tərtib edilmiş, əlavə olaraq bildirilmişdir ki, cavabdehin ##.##.2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, valideynnamizədlərin övladlığa uşaq götürmək üçün müraciəti zamanı təqdim etdikləri sənədlər əsasında onların Ailə Məcəlləsinin 120 və 121-ci maddələrinin tələblərinə əsasən "Övladlığa götürmə hüququnu məhdudlaşdıran və ya övladlığa götürməyə imkan verməyən, onun qanunvericiliyin tələbinə əsasən növbəti mərhələyə keçməsinə mane olan və qanunvericilikdə övladlığa götürməyə icazə verməyən hər hansı hal aşkar edilməmişdir". Belə olan halda hansı məqsədlərdir uşağın mənafeyinə uyğun olmayan? Burada yeganə məqsəd ##.##.2020-ci il tarixli nəvəsi X3 böyüməsi, gələcək həyatının daha sabit, təhlükəsiz və sevgi dolu bir mühitdə davam etməsini təmin etməkdir. Yəni nəvəsinin övladlığa götürülməsi istəyi heçdə formal xarakterli deyil, müəyyən maddi və sair, maraqlar naminə (məsələn təqaüd yaşına çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması) deyildir. Çünki onun1 (bir) qız övladı var, əfsuslar olsun ki, onunda səhhətində ciddi problemlər vardır. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Lakin məhkəmə heç bir lazımi araşdırma aparmadan, həqiqətən azyaşlı nəvəsi X3 övladlığa götürülməsinin onun mənafeyinə uyğun olması barədə heç bir tədbir görməmiş, cavabdehin ## ##### 2025-ci il tarixli əsassız rəyinə əsaslanaraq, belə ədalətsiz, qanunsuz Qərar çıxarmışdır. Beləliklə də məhkəmə göstərilən işə baxarkən mövcud qanunvericiliyin müvafiq normalarının tələblərini pozaraq, ədalətsiz qərarın qəbul edilməsinə səbəb olmuş, prosessual pozuntuya yol vermişdir. Bu səbəbdən məhkəmənin bu ədalətsiz qərarı ləğv olunmalı, yeni ədalətli qərar qəbul edilməlidir. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X1 isə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs2 izahat verməsi üçün şərait yaradılmasına baxmayaraq fikirlərini tam aydın və anlaşılan şəkildə ifadə edə bilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq digər üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. IŞIN HALLARI: Işin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı ##.##.2020-ci il təvəllüdlü nəvəsi azyaşlı Murad Ismayılovu övladlığa götürməkdən ibarətdir. Bu məqsədin həyata keçirilməsi üçün iddiaçı uşağın övladlığa götürülməsinin onun mənafeyinə uyğunluğu barədə müvafiq rəy verilməsi üçün cavabdeh quruma müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdehin imtinası iddiaçıya hüquqi marağına nail olmaq üçün ümumi məhkəməyə müraciət etməyə mane olduğundan iddiaçı hazırkı iddia ilə inzibati məhkəməyə müraciət edərək arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Iddiaçının əsaslandığı hallar ondan ibarətdir ki, uşağın valideynləri arasında nikaha xitam verilmişdir, anası xəstəliyi səbəbindən uşağı lazımi qaydada himayə edə bilmir, atası isə övladına qarşı laqeyd və səhlənkar yanaşır, onun necə və hansı şəraitdə yaşaması ilə maraqlanmır, sərbəst yaşamaq istəyir. Uşaq 3 aylıq olan zamandan iddiaçı və arvadı ilə birlikdə yaşayır və onlar nəvələrini hər cür qayğı ilə əhatə etmişlər. Uşağın anası da övladlığa götürülmə məsələsinə etiraz etmir (bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir). Iddiaçının uşağı böyütmək üçün maddi, mənzil, məişət şəraiti və yüksək pensiyası var. Qanunvericilikdə uşağın babası tərəfindən övladlığa götürülməsi barədə qadağanedici norma yoxdur. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ##.##.2025-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının övladlığagötürmə ilə bağlı müraciətinə baxılmış, nəticədə övladlığagötürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğun olmadığı haqqında rəy və digər təsdiqedici sənədlər iddiaçıya təqdim edilmişdir. Işdə olan cavabdeh tərəfindən verilmiş ##.##.2025-ci il tarixli rəydən görünür ki, uşağın bioloji valideynlərinin olduğunu və onlarla birlikdə yaşadığını, ümumilikdə müraciətin formal xarakater daşıdığını nəzərə alaraq, valideyn-namizədlər İddiaçı və X6 tərəfindən nəvələri X3 övladlığa götürülməsi uşağında mənafeyinə uyğun hesab edilməmişdir. Işdə olan cavabdeh tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçı İddiaçı övladlığagötürmə ilə bağlı Nazirliyin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə" altsisteminə müraciət etmiş və ##.##.2025-ci il tarixində uçota alınmışdır. ##.##.2025-ci il tarixində Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118-ci maddəsinə uyğun olaraq valideyn-namizədlər İddiaçı və X6 ilə müsahibə keçirilmişdir. Övladlığagötürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən valideyn-namizədlər Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixində uçotdan çıxarılmışlar. İddiaçı və X6 övladlığagötürmə ilə bağlı qiymətləndirmə mərhələsini əhatə edən sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: - Valideyn–namizədlər İddiaçı və X6 ilə ##.##.2025-ci il tarixdə cavabdeh qurumun müvafiq əməkdaşı tərəfindən valideynnamizədlərin yaşadıqları ünvan 1 ünvanında əsaslı qiymətləndirilmə (müsahibə) keçirilmişdir. Qiymətləndirmə üzrə sosial işçinin xülasəsindən görünür ki, valideyn-namizədlər nəvələrini övladlığa götürmək istəyirlər. Yaxın qohum üzrə övladlığagötürməyə müraciət etmələrinin səbəbi uşağa sağlam, əlverişli, maddi ehtiyaclarını rahat formada ödəyə biləcəyi gələcək bəxş etməyi qeyd etdilər. Valideyn-namizədlərinin istəyi uşağın emosional rifahına, inkişafına və marağına uyğun həyat qurmaqdır. Uşağın gələcək həyatının daha sabit, təhlükəsiz və sevgi dolu bir mühitdə davam etməsi üçün övladlığa götürmə qərarı aldıqlarını bildirdilər. Xarici ölkələrə səfər zamanı uşağı da özləri ilə apararaq, dünyagörüşünün artmasını istəyirlər. Xaricə səfərləri olduqda uşağı övladlığa götürdükdən sonra bioloji valideynlərdən notarial formada icazə alınmayacaq. Uşağın sənədlərinin hazırlanmasında bəzən bioloji ataya ehtiyac olur. Lakin bioloji atanın uşağa qarşı səhlənkar yanaşdığı, uşağı ilə maraqlanmadığını qeyd etdilər. Valideyn-namizədlər uşağın atasını tanımadıqlarını, 5 il ərzində 3 dəfə gördüklərini bildirdilər. Uşağa nə maddi, nə mənəvi dəstək vermədiyi və heç bir maraq göstərmədiyini qeyd etdilər. Həmçinin müsahibə zamanı uşağın ataya yanaşmadığı, ondan çəkindiyi də müşahidə edilmişdir. Namizədlər bioloji ananın uşağı lazımi səviyyə də himayə edə bilməyəcəyini düşünürlər. Uşağın təhsili, bilik və bacarıqlarının inkişafı, sənədlərinin əldə edilməsi kimi məsələləri bioloji ananın tam şəkildə icra edə bilməyəcəyini qeyd etdilər... Valideyn-namizədlərinin uşaq üçün uyğun və əlverişli mühit yaratdığı müşahidə edilmişdir. Bioloji ata üçüncü şəxs1 Elxan oğlu Şirvan Neft şirkətində 08:00-18:00-a qədər işləyir. Bioloji ata əmək haqqının 1200 AZN olduğunu bildirdi. Bakı şəhərində tək yaşadığını qeyd etdi. Uşaqla 3 ay əvvəl görüşdüyünü bildirdi. Uşağı övladlığa vermə səbəbi kimi rəsmi olaraq subay, övladı olmayan şəxs kimi yaşamaq istədiyini qeyd etdi. Uşağı valideyn-namizədlərinə övladlığa verərək azad, sərbəst olacağını bildirdi. Bioloji ana üçüncü şəxs2 Elxan qızı valideynnamizədlərlə birgə yaşayır. Uşağı valideyn-namizədlərinə övladlığa verdikdən sonra da onlarla birgə yaşayacaq. Bioloji ana işləmir, orta təhsillidir. Əlilliyi olmadığını qeyd etsə də, fikrini ifadə etmək də çətinlik çəkdiyi müşahidə edilmişdir. Valideyn-namizədlərinin uşağının bütün maddi və mənəvi ehtiyaclarını qarşıladığını bildirdi... Valideyn-namizədlər işləmir. Valideyn-namizəd ata 2450 azn təqaüd alır, valideyn-namizəd ana fəlsəfə Elmlər Doktorudur. Hazırda evdar xanım olduğunu və təqaüdçü olduğunu bildirmişdir. O, 893 azn yaşa görə təqaüd və 80 azn Prezident təqaüdü alır. Hər hansı kredit borcları olmadıqlarını qeyd etdilər. Maddi olaraq çətinlik çəkmədiklərini, uşağın və özlərinin ehtiyaclarını rahatlıqla ödədiklərini bildirdilər. Valideyn-namizədlər oxşar cəhətləri kimi hər ikisinin ailəcanlı və ədalətli olduğunu bildirdilər...Valideyn-namizədlər ətrafındakı olan şəxslərdən uşağı etibar edəcək şəxs olaraq qohumları və dayələrini qeyd etmişlər. Valideyn-namizədlər yaşadıqları icmada mövcud olan inkişaf resursları ilə bağlı məlumatları olduqlarını bildirdilər. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışa əsasən, ##.##.1993-cü il təvəllüdlü üçüncü şəxs2 üçüncü dərəcəli əlildir, xəstəliyin diaqnozu: Daun sindromu, yüngül kəmağıllıq, davranış pozuntusu və nitq qüsuru ilə. IQ-52 TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. - 117.1-ci maddəsinə əsasən, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. - 118.1-ci maddəsinə əsasən, övladlığa götürmə üç mərhələdə həyata keçirilir: 118.1.1. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; 118.1.2. övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi; 118.1.3. övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi. - 118.3-cü maddəsinə əsasən, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 (bir) ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edilir: 118.3.1. övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması; 118.3.2. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi; 118.3.3. övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi; 118.3.4. övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili; 118.3.5. övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi. - 118.4-cü maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 118.5-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmənin məqsədləri, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin övladlığa götürməyə münasibətini öyrənmək məqsədilə elektron informasiya sistemində uçota alınma ardıcıllığına uyğun olaraq seçilmiş övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə keçirir, habelə bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq həmin şəxsin (şəxslərin) maddi-məişət şəraitinin müayinəsini aparır. - 118.12-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində sınaq müddətində yerləşdirilməsinin nəticələrinə əsasən övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəy verir. - 118.13-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının uşağın övladlığa götürülməsi ilə bağlı rəyi müsbət olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) həmin rəylə birlikdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmənin müvafiq qərarı qəbul edilənədək, habelə məhkəmə tərəfindən uşağın övladlığa verilməsi barədə müsbət qərar qəbul edildikdə, bu Məcəllənin 118.9-cu maddəsi ilə müəyyən edilmiş sınaq müddəti həmin qərarın qanuni qüvvəyə mindiyi günədək uzadılır. Müvafiq icra hakimiyyəti orqanının uşağın övladlığa verilməsi ilə bağlı rəyi mənfi olduqda və ya məhkəmə uşağın övladlığa verilməsindən imtina olunması barədə qərar qəbul etdikdə uşaq yerləşdiyi müəssisəyə qaytarılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq reabilitasiya tədbirləri görülür. - 118.14-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəyi mənfi olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) bu Məcəllənin 118.3-cü (bu Məcəllənin 118.3.1-ci maddəsi istisna olmaqla) maddəsi ilə müəyyən edilmiş prosedurları təkrar keçməlidirlər. - 118.15-ci maddəsinə əsasən, uşaq qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürüldükdə, bu Məcəllənin 118.3.2–118.3.5-ci maddələrinin tələbləri həmin şəxslərə şamil edilmir. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" ## #### 1999-cu il tarixli 693-IQ №-li Azərbaycan Respublikası Qanununa əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar – hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə himayədar ailə və övladlığa götürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Əsasnamənin 3.1-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.22. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin), habelə himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun elektron qaydada aparılmasını təmin etmək; 3.1.23. Övladlığa götürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini təmin etmək. "Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2009-cu il tarixli, * №-li Qərarının 24-cü bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinə müvafiq olaraq övladlığa götürməyə yalnız uşağın mənafeyi üçün yol verilir. Övladlığa götürülmə zamanı uşaqların mənafeyi dedikdə, onların tərbiyəsi və hərtərəfli inkişafı üçün əlverişli şəraitin (həm maddi, həm də mənəvi xarakterli) yaradılması başa düşülür. Övladlığa götürülən uşağın mənafeyinin daha tam təmini özündə mühüm sosial problemi ifadə edir. Övladlığa götürənin, uşağın verildiyi ailənin düzgün seçilməsi uşağın gələcək taleyində mühüm rol oynayır. Övladlığa götürmə zamanı yol verilən səhvlər övladlığa verilən uşaqların, onların valideynlərinin və övladlığa götürənlərin hüquqlarının pozulmasına səbəb ola bilər "Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası aşağıdakı hallara görə hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə işin faktiki hallarını tam və düzgün formada araşdırmamış, mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını düzgün tətbiq etməmiş, səhv nəticəyə gəlmişdir. Iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Ağentliyi ## ##### 2025-ci il tarixli rəyi ilə övladlığa götürmə ilə bağlı müraciətləri azyaşlı nəvələri X3 mənafeyinə uyğun hesab edilməyərək, imtina edilmişdir (həmin rəy rəsmi məktub ilə iddiaçıya ## ##### 2025-ci il tarixdə verilmişdir). Cavabdeh orqanın dəlilləri ondan ibarət olmuşdur ki, uşağın bioloji valideynlərinin olduğunu və onlarla birlikdə yaşadığını, ümumilikdə müraciətin formal xarakater daşıdığını nəzərə alaraq, valideyn-namizədlər İddiaçı və X6 tərəfindən nəvələri X3 övladlığa götürülməsi uşağında mənafeyinə uyğun hesab edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, azyaşlı X3 iddiaçı tərəfindən övladlığa götürülməsinin uşağın mənafeyinə uyğun olmaması barədə rəyi mülahizələrə əsaslanaraq tərtib edilmiş və kifayət qədər əsaslandırılmamışdır. Belə ki, Ailə Məcəlləsinin tələblərinə əsasən, Agentlikdə təşkil edilmiş komissiyanın üzvləri gəlib uşağın ümumi vəziyyəti, saxlanma şəraiti ilə maraqlanmalı və aparılan müşahidələrdən sonra rəy tərtib olunmalıdır. Lakin iddiaçı tərəfindən rəsmi ərizə ilə müraciətdən sonra ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinin komissiya üzvlərinin heç bir əməkdaşı azyaşlı uşaqla və onun saxlanma şəraiti ilə maraqlanmadan rəy tərtib olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışdan görünür ki, ##.##.2020-ci il təvəllüdlü X3 anası - ##.##.1993-cü il təvəllüdlü üçüncü şəxs2 üçüncü dərəcəli əlildir, xəstəliyin diaqnozu: Daun sindromu, yüngül kəmağıllıq, davranış pozuntusu və nitq qüsuru ilə. IQ-52. Rəydə uşağın anası üçüncü şəxs2 öz fikrini ifadə etməkdə çətinlik çəkməsinin müşahidə olunmasının qeyd olunmasına baxmayaraq, bu hal qyrılıqda qiymətləndirilməmiş və bu halın uşağın övladlığa götürülməsinə təsir göstərib-göstərməməsi şərh edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən uşağın bioloji anasının sağlamlıq vəziyyəti dəyərləndirilməli və onun xəstəliyi səbəbindən uşağı lazımi səviyyədə himayə edə bilib-bilməməsi araşdırılmalı və bu hal rəydə əks olunmalıdır. Bundan başqa, uşağın atasının müsahibə zamanı rəsmi olaraq subay, övladı olmayan şəxs kimi yaşamaq istəməsini bildirməsi rəydə qeyd olunsa da, bu halın da uşağın övladlığa götürülməsinə təsir göstərib-göstərməməsi şərh olunmamışdır. Ailə qanunvericiliyinə əsasən, uşağın övladlığa götürülməsi üç mərhələdə həyata keçirilən prosedur olmaqla övladlığa götürülmənin uşağın mənafeyinə uyğunluğu məsələlərinin müəyyən edilməsi ilə bağlı qanunla müəyyən edilən şərtlər daxilində icraat aparılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlə Agentliyinə həvalə edilmişdir. Övladlığa götürülmənin uşağın mənafeyinə uyğunluğu barədə müsbət, yaxud mənfi rəyin verilməsi bu prosedurun inzibati orqanda aparılan yekunu olaraq bir qiymətləndirməni ehtiva edən institutu əks etdirir. Başqa sözlə, övladlığa götürülmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi inzibati orqana verilmiş diskresion səlahiyyətdir. Hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsində deyilir ki, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsində isə deyilir ki, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, həmin rəy ləğv olunmalı və məhkəmənin mövqeyi nəzərə alınmaqla qeyd edilən hallara dair araşdırma aparılaraq X3 övladlığa götürülməsinə dair yenidən rəyin verilməsi barədə inzibati akt qəbul etmək öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar qəbul edilərək iddia qismən təmin olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul olunsun. Iddia qismən təmin edilsin. X3 övladlığa götürülməsinə dair rəyin verilməsi barədə məhkəmənin mövqeyi nərəzə alınmaqla inzibati akt qəbul etmək öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Sosial Xidmətlər Agentliyi" X4 üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar