Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-508/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X11 və X7 ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiacının vəkili X8, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi X1rşı “qərarın ləğv edilməsi və vergi borcunun silinməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2322/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarından cavabdehtərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Vergi X1rşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun üzərinə 16200+1474,26+50% cərimə məbləğində mənfəət vergisi və 5040 manat+50% cərimə məbləğində ÖMV öhdəliyi qoyan xx.xx.2017-ci il tarixli **********121109 saylı qərarının ləğv edilməsi və əsassız hesablanmış vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə 16200+1474,26+50% cərimə məbləğində mənfəət vergisi və 5040 manat+50% cərimə məbləğində ÖMV öhdəliyi qoyan xx.xx.2017-ci il tarixli **********121109 saylı qərarı ləğv edilmiş, əsassız vergi qərarırının ləğv edilmiş və əsassız hesablanmış vergi borcu silinmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2015-ci il üzrə 488272,09 manat gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri olmadığına görə ona kameral qaydada Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli və xx.xx.2003-cü il tarixli 42 saylı qərarlarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək 16.275,74 manat mənfəət vergisi hesablanması faktı təsdiq edilmişdir. Eyni zamanda, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 44.227,91 manat gəlir əldə etdiyi aşkar olunaraq ona 1.474,26 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Həmçinin əldə olunmuş sənədlərə əsasən vergi ödəyicisi tərəfindən Bakı şəhəri Nərimanov rayonu, Həsənoğlu 9-da yaşayış binasnın 2-ci girişinin 1-ci mərtəbəsində 200 kv.m X9 məxsus qeyri-yaşayış sahəsinin xx.xx.2008-ci il tarixli etibarnamə əsasında (xx.xx.20018-ci i ilə qədər qüvvədədir) “Mini Market” fəaliyyəti məqsədləri ilə istifadəyə verilmişdir. Faktiki olaraq fiziki şəxsdən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinə görə icarə müqaviləsi bağlanmamış və müvafiq olaraq rəsmiləşdirmə aparılmamışdır. Bununla əlaqədar Vergi Məcəlləsinin 14.3.5, 67.1.4 və 124.4-cü maddələrinə əsasən Vergi Məcəlləsinin 14.9-cu maddəsində nəzərdə tutulmuş məlumat mənbələrindən (internet məlumatlarından) istifadə edilməklə 200 kv.m qeyri-yaşayış sahəsinə görə aylıq icarə haqqı 3000,00 manat müəyyən edilərək (1 kv.m 15 manatdan) vergi ödəyicisinə 5.040,00 manat məbləğində ödəmə mənbəyində tutulan vergi («ÖMV») hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi sübutları tam və hərtərəfli araşdırılması istiqamətində tədbirlər görməmiş, işə baxarkən maddi və prosessual hüquq normalarnının tətbiqində səhvə yol vermiş, gəldiyi nəticə üüçün bütün faktiki halları araşdırmamış işin hallarına və qanunvericiyə zidd qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-2715/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2322/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı-“cavabdehin xx.xx.2017-ci il tarixli qərarının 16200 manat mənfəət vergisi hissəsində ləğv edilməsi və həmin vergi borcunun silinməsi haqqında” iddia tələbinin təmin olunması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi mümkün sayılmamışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-2715/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2322/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-1(102)-1050/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyaisya Məhkəməsinin İİK-nın 2-1(103)-2715/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-1682/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2322/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı “cavabdehin xx.xx.2017-ci il tarixli **********312109 saylı qərarının iddiaçının üzərinə “5040 manat +50%” cərimə məbləğində ÖMV öhdəliyi qoyan hissəsində ləğv olunması və həmin vergi borcunun silinməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-1(102)-3445/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə 2- 1(103)-1682/2019 saylı, xx xxxxxx 2019-cu il ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının 1474,26+50% cərimə məbləğində mənfəət vergisi və 5040 manat+50% cərimə məbləğində ÖMV öhdəliyi qoyan xx.xx.20170-ci il tarixli **********12109 saylı qərarının ləğv edilməsi və əsassız hesablanmış vergi borcunun silinməsi hissəsində ləğv edilərək, iddianın həmin hissələrdə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının 1474,26+50% cərimə» məbləğində mənfəət vergisi və 5040 manat+50% cərimə məbləğində ÖMV öhdəliyi qoyan xx.xx.20170-ci il tarixli **********12109 saylı qərarının ləğv edilməsi və əsassız hesablanmış vergi borcunun silinməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək apelyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-2715/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2322/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı- “cavabdehin xx.xx.2017-ci il tarixli qərarının 16200 manat mənfəət vergisi hissəsində ləğv edilməsi və həmin vergi borcunun silinməsi haqqında” iddia tələbinin təmin olunması hissəsində ləğv edilərək həmin hissədə iddia tələbi mümkün sayılmadığından və sözügedən qərardad qanuni qüvvəsini aldığından həmin tələb təkrar apellyasiya baxışının predmet ola bilməz. Belə olan halda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2322/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı yalnız “cavabdehin xx.xx.2017-ci il tarixli **********12109 saylı qərarının iddiaçının üzərinə “ 1474,26+50% cərimə mənfəət vergisi və 5040 manat+50%” cərimə məbləğində ÖMV öhdəliyi qoyan hissəsində ləğv olunması və həmin vergi borcunun silinməsi hissəsində təkrar apellyasiya baxışının predmetini təşkil edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-1(102)-1050/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarında iddianın müddətlə bağlı mümkünlük şərtlərinin araşdırılması ilə bağlı göstəriş verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası üçün məcburidir. İddianın mümkünlük şərtləri yoxlanılarkən iddiaçı mübahisələndirilən qərarın onlara təqdim edilmədiyini, cavabdeh orqan isə mübahisələndirilən qərarın “Elektron sənəd mübadiləsi haqqında” müqaviləyə uyğun olaraq elektron qaydada iddiaçıya göndərildiyini və iddiaçı tərəfindən oxunduğunu, bundan əlavə mübahisəlndirilən qərarın iddiaçıya “əlbəəl” təqdim edildiyini bildirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Qeyd edilən qanunvericilik normalarının mənasına görə iddiaçı mübahisələndirilən qərarı almadığını bəyan etdiyindən, həmin aktın iddiaçıya təqdim olunması faktını və müddətini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Araşdırma zamanı cavabdehin nümayəndəsi vergi ödəyicisi ilə bütün yazışmaların tərəflər arasında “Elektron sənəd mübadiləsi haqqında” müqavilə əsasında aparıldığını bildirdiyindən, Kollegiya həmin müqavilənin təqdim edilməsini cavabdehin nümayəndəsinə təklif etmiş, bunula bağlı məhkəmə iclası bir necə dəfə təxirə salınmasına baxmayaraq, qeyd edilən müqavilə təqqdim edilməmiş, iddiacı tərəf isə belə bir müqavilənin olmasını təsdiq etməmişdir. İddia ərizəsi geri götürüldükdən 28 gün sonra yenidən məhkəməyə müraciət etmələrini İddiaçı-nin səlahiyyətli nümayəndəsi belə izah etmişdir ki, “xxxx” MMC xx xxxxxxx 2017-ci il tarixli, **********121109 nömrəli qərarı əldə edə bilmədiklərinə görə iddia tələbinin düzgün qoyulmaması əsası ilə iddianın rədd edilməsindən ehtiyatlanaraq xx xxxx 2018-ci il tarixli ərizə ilə iddia ərizəsi geri götürülərək, iddia tələbinin düzgün qoyulması üçün həmin qərarın əldə edilməsi məqsədi ilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Vergilər Nazirliyi yanında Vergi X3 Departamentinə müraciətlər edilmiş, həmin qərarlar İddiaçı-yə təqdim edilməmiş, Departamentlə əlaqə saxlanılsa da qərarı əldə edilməsinin mümkünsüzlüyünü görüb yenidən xx xxxxxxx 2017-ci il tarixli, **********121109 nömrəli qərarı əldə etmədən 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi geri götürüldükdən sonra iddiaçının aidiyyatı orqanlara müraciəti ilə bağlı cavabdehin yoxlama aktının, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarının təkrar olaraq iddiaçıya təqdim ediləcəyi AR Vergilər Nazirliyi yanında vergi X3 Departamentin xx.xx.2018-ci il tarixli, **********285600 nömrəli və AR Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli, **********973500 nömrəli məktubları ilə ona “əlbəəl” təkrar təqdim ediləcəyi (iş vərəqə 33, 34) bildirsə də, bu faktı da təsdiq edəcək sübutu nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiya məhkəməsinə təqdim edilməmişdir. İş materiallarından müəyən olunur ki, iddiaçı tərəfindən buraxılmış prosessual müddıtin bərpası barədə ərizə verilmiş, qeyd edilən hallar nəzərə alınaraq, birinci instansiya məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Yuxarıda göstərilənlri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən iddianın müddətlə bağlı şərtlərinə riayət edilmişdir. İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən səyyar vergi yoxlaması aparılarkən iddiaçının 2015-ci ildə əlavə olaraq 442.309, manat gəlir əldə etdiyi müəyyən edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarlarına əsasən ona 2015-ci il üçün 1474,26 manat mənfəət vergisi hesablanmışdır. Əlavə mənfəət vergisinin hesablanmasına əsas iddiaçı tərəfindən 2015-ci il üçün mənfəət vergi hesabatı verilərəkən həmin hesabatında 488.272,0 manat gəlirinin və 531.304,54 manat məbləğinə xərclərinin olduğunu bəyan etməsi, lakin yoxlama zamanı həmin xərcələrini təsdiq edən sənədləri vergi orqanına təqdim edə bilməməsi olmuşdur. Bu hal iddiaçının qanuni təmsilçisinin (direktoru Əkbər Nəsibovun) AR Vergilər Nazirliyi yanında Vergi X3 Departamentinə verdiyi yazılı izahatı ilə də təsdiq olunur. (iş vərəqə 90) Bundan əlavə iddiacı bu xərcələrini təsdiq edən sənədləri nə birirnci instansiya məhkəməsinə, nə də apelyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, vergi orqanının qeyd olunan hesablaması əsaslıdır. Belə ki, Vergi Məcəlləsinin 83.9-cu maddəsi ilə nəzərdə tutulur ki, vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydaar əsasında hesablanır. Müvafiq icra hakimiyyəti – Azərbyacan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı qərarlarında isə isə müvafiq düstür əsasında 20% rentabellik dərəcəsi tətbiq olunmaqla mənfəət vergisinin hesablanma qaydası müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən də həmin qaydalara uyğun hesablama aparılmışdı. Qeyd olunanları nəzərə alaraq mənfəət vergisi ilə bağlı hissədə birinci instansiya məhkəməsinin qərarının işin hallarına uyğun olmamasına dair cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşaraq Kollegiya hesab edir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan, qərar ləğv olunaraq, rədd edilməlidir. Hazırki iş üzrə iddia tələbinin “cavabdehin xx.xx.2017-ci il tarixli **********12109 saylı qərarının iddiaçının üzərinə “5040 manat+50%” cərimə məbləğində ÖMV öhdəliyi qoyan hissəsində ləğv olunması və həmin vergi borcunun silinməsi hissəsində Kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuş, birinci instansyia məhkəməsi tərəfindən cavabdehin qərarınınödəmə mənbəyində tutulan verginin (ÖMV) (5040 manat) hesablanması və bunun 50 faizi miqdarında (2520 manat) maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilməsi işin hallarına və maddi hüquq normalarına uyğundur. Belə ki, mübahisələndirən səyyar vergi yoxlaması aktında, eləcə də, işdə olan, iddia ərizəsinə qarşı yazılı etirazında və apellyasiya şikayətində cavaabdeh vergi orqanı açıq şəkildə bildirir ki, iddiaçıya 200 kv m qeyri-yaşayış sahəsinə görə 3000,00 manat aylıq icarə haqqı müəyyən edilərək, ona 5040 manat ÖMV vergisi internet məlumatlarına əsasən hesablanmışdır. Kollegiyanın qənətinə görə internet məlumatları, reallığı, yəni faktiki bazar qiymətini əks etdirən məlumatlar kimi qiymətləndirilə bilməz, ona görə ki, həmin məlumatlar məlumat sahibinin ilkin qiyməti kimi bazara təklif olunur və faktiki nəticələrlə uzlaşmya bilər. Həm də, tərəflərin aşağı qiymətlərlə razılığa gəlməsi istisna deyil. Eyni zamanda həmin hesablama Vergi Məcələsinin 67-ci maddəsinə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyri-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. Göründyü kimi cavabdehin yuxarıda qeyd olunan normaların tələbləri qaydasında analoji vergi ödəyicisinə görə, onun tərəfindən bağlanmış müqavilə və hesabatları nəzərə alınmaqla, iddiaçıya ödəmə mənbəyində tutulan vergi hesablamaq imkanına malik olmuşdur. Digər tərəfdən, cavabdeh vergi orqanı nəzərə almamışdır ki, Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən əruri hallarda səyyar vergi yoxlamasına ekspert; 45-ci maddəsinə əsasən isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Cavabdeh tərəfindən qanunvericiliyin qeyd olunan normaları da diqqətdən kənarda qalmışdır. Beləliklə də, yuxarıda göstərilənlər birmənalı onu deməyə əsas verir ki, cavabdehin qərarı ilə, internet məlumatlarına istinadən, müəyyən etdiyi qiymətlər əsas götürülməklə, iddiaçıya 5040 manat məbləğində ödəmə mənbəyində tutulan verginin hesablanması və bu verginin 50 faizi miqdarında maliyyə sanksiyaının tətbiq edilməsi qanunsuz hesab edilməlidir. Belə olan halda, müvafiq vergi hesabatının verilməməsinə görə iddiaçıya həmin qərarla 80 manat məblğində maliyyə sanksiaysının tətbiq olunması da təbii olaraq əsassız hesab edilməlidir. Bu baxımdan, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2017-ci il tapixli qərarının qeyd olunan hissədə ləğv olunması və verginin silinməsi işin hallarına maddi hüquq normalarına uyğun olmuşdur. Azərbaycan Respublikası İPM-in 70.1-ci maddəsinin tələbinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək, həmçinin, maddi hüquq normalarını əsas götürərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı “cavabdehin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2017-ci il tarixli **********121109 saylı qərarının 1474,26+50% cərimə» məbləğində mənfəət vergisinin hesablanması hissəsində ləğv edilərək, həmin hissədə iddia rədd edilməli, qərar qalan-“cavabdehin xx.xx.2017-ci il tarixli **********12109 saylı qərarının iddiaçının üzərinə “5040 manat+50%” cərimə məbləğində ÖMV öhdəliyi qoyan hissəsində ləğv olunması və həmin vergi borcunun silinməsi hissəsindədəyişdirilmədən qüvvəsində saxlanılmalı, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qərarın həmin hissəsinə münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi X3 İbtidai Araşdırılması Departamentinin apelyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2322/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı - cavabdehin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2017-ci il tarixli **********121109 saylı qərarının «1474,26+50% cərimə» məbləğində mənfəət vergisinin hesablanması hissəsində ləğv edilsin . Həmin hissədə İddiaçı-nin iddia tələbi rədd edilsin. Məhkəmənin qərarı qalan–«cavabdehin xx.xx.20170-ci il tarixli **********12109 saylı qərarının iddiaçının üzərinə «5040 manat+50%» cərimə məbləğində ÖMV öhdəliyi qoyan hissəsində ləğv olunması və həmin vergi borcunun silinməsi hissəsində» dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsliilə düzdür: Sədrlik edən: M.N.Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-508/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-508/2020
04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver