Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5085/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, X15 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ( hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2840/2025 nömrəli 23 sentyabr 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Muxtadır küçəsində yerləşən 34/36 saylı fərdi yaşayış sahəsinin yerləşdiyi 450 kvadrat metr torpaq sahəsinə mülkiyyət hüququnun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal Rayonu, Muxtadır küçəsi (indiki Səid Rüstəmov küçəsi), ev 34/35 (34-36) fərdi yaşayış evində 2019-cu ilin oktyabr ayına qədər, o, və qardaşı X3 yaşamışdırlar. Həmin fərdi yaşayış evi vərəsəlik yolu ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-4889/2010 saylı qətnaməsi əsasında onun mülkiyyətinə keçmişdir. Bakı şəhəri, Muxtadır küçəsində yerləşən 34/36 saylı fərdi yaşayaış sahəsi yerləşdiyi 450 kvadrat metr torpaq sahəsi ilə birlikdə ana babası X10, onların vəfatından sonra isə anası Kubraxanım X11 məxsus olmuşdur. 01 iyul 1931-ci il tarixdə səbəbləri qeyri-müəyyən olmaqla dövlət balansına keçirilmişdir. Hansı ki, həmin yaşayış sahəsi 1870-ci ildən ulu nənəsinin mülkiyyətində olmuş, eləcə də məhkəmə araşdırılması zamanı da Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilən 2/1406 saylı, xx.xx.2006-cı il tarixli məktuba əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər İdarəsi Fondunun sənədlərində 1910-ci ilə dair Bakı şəhəri üzrə evlərin nömrələnmə cədvəlində X5 övladları Mir Kazım və X6rının adları qeyd olunmuşdur. Onlar Aziatskaya küçəsində yerləşən 2 saylı (1910-cu il qeydiyyat: köhnə nömrə ilə 47 saylı) yaxud Orlovskaya küçəsində yerləşən 48/50 saylı birmərtəbəli daş evin sahibi olmuşdurlar. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Muxtadır küçəsi, 34/36 saylı ev ilk dəfə tarixsiz olaraq X12, Seyd xanım Seyd Aslan qızı, X19 X4 adlarına ilkin hüquqi qeydiyyatdan keçirilmişdir. 01 iyul 1931-ci il tarixdə səbəbləri qeyri-müəyyən olmaqla dövlət balansına keçirilmişdir. Nəzərə çatdırmaq istəyir ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-4889/2010 saylı qətnaməsi ilə Bakı şəhəri, Muxtadır küçəsi, 34/36 saylı mülkin xx.xx.1931-ci il tarixdə dövlət balansına keçirilməsinə dair akt etibasız hesab edilmiş və həmin mülk əvvəlki vəziyyətinə, yəni ilk dəfə tarixsiz olaraq olaraq X12, Seyd xanım Seyd Aslan qızı, X19, X4 adlarına ilkin hüquqi qeydiyyatdan keçdiyi vəziyyətinə qaytarılmış və bu barədə qeydiyyatın aparılması vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Məhkəmə qətnaməsi qismən icra olunmuşdur. Belə ki, Bakı şəhəri, Muxtadır küçəsi, 34/36 saylı mülkün xx.xx.1931-ci il tarixdə dövlət balansına keçirilməsinə dair akt etibasız hesab edilmiş, lakin həmin mülk əvvəlki vəziyyətinə, yəni ilk dəfə tarixsiz olaraq olaraq X12, Seyd xanım Seyd Aslan qızı, X19, X4 adlarına ilkin hüquqi qeydiyyatdan keçdiyi vəziyyətinə qaytarılmasına baxmayaraq, ilkin qeydiyyat sənədində evlə birlikdə onun yerləşdiyi və ona bitişik torpaq sahəsi dövlətin balansında saxlanılmışdır. Halbuki ev 450 kv.metr torpaq sahəsi ilə birlikdə ilkin qeydiyyata alınmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-4889/2010 saylı qətnaməsi ilə Bakı şəhəri, Muxtadır küçəsi, 34/36 saylı mülkin xx.xx.1931-ci il tarixdə dövlət balansına keçirilməsinə dair akt etibasız hesab edilmiş, ev torpaq sahəsi ilə birlikdə dövlət balansından çıxarılaraq yuxarıda adları qeyd edilən şəxslərin adlarına ilkin qeydiyyatdan keçdiyi vəziyyətyinə qaytarılaraq onların xüsusi mülkiyyəti olmuşdur. Yəni cavabdeh tərəfindən məhkəmə qətnaməsi icra olunan zaman X12, Seyd xanım Seyd Aslan qızı, X19, X4 adlarına mülkə dair çıxarış veriləndə torpaq sahəsi qrafasında torpağın dövlətə məxsus olduğu qeyd olunmuşdur. Halbuki, sözü gedən qətnamə qanuni qüvvəsini aldığı üçün torpaq da həmin vətəndaşların mülkiyyəti hesab olunudu. Bütün bunlara rəğmən cavabdeh hələ də həmin torpaq sahəsini onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almır. Yuxarıda da göstərildiyi kimi Yasamal Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli, 2(004)-4889/2010 saylı qətnaməsi ilə Bakı şəhəri, Muxtadır küçəsi, 34/36 saylı mülkin xx.xx.1931-ci il tarixdə dövlət balansına keçirilməsinə dair akt etibasız hesab edilmiş, X12, Seyd xanım Seyd Aslan qızı, X19, X4 adlarına ilkin hüquqi qeydiyyatdan keçdiyi vəziyyətinə qaytarılmışdır. Cavabdeh isə bu işi tam icra etməyərək, yəni, Bakı şəhəri Muxtadır küçəsində yerləşən 34/36 saylı fərdi yaşayış sahəsinin yerləşdiyi 450 kvadrat metr torpaq sahəsinə mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində Qanununun 8.0.4-cü maddəsinə görə “qanuni qüvvə almış məhkəmə qərarına” əsasən qeydiyyata alınmalı olduğu halda, müxtəlif bəhanələr gətirərək torpağa dair mülkiyyət sənədini verməmişdir. Cavabdeh tərəfindən verilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla yanaşı, ünvana texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2840/2025 nömrəli 23 sentyabr 2025-ci il qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı hüquqmüəyyənedici sənədə malik olsa da, mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi faktiki onun istifadəsində olmamaqla, hazırda həmin ərazidə ümumi istifadədə olan park salınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassız olmaqla ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə kı, Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)- 4889/2010 saylı qətnaməsi ilə Bakı şəhəri, Muxtadır küçəsi, 34/36 saylı mülkin xx.xx.1931ci il tarixdə dövlət balansına keçirilməsinə dair akt etibasız hesab edilmiş, ev torpaq sahəsi ilə birlikdə dövlət balansından çıxarılaraq yuxarıda adları qeyd edilən şəxslərin adlarına ilkin qeydiyyatdan keçdiyi vəziyyətyinə qaytarılaraq onların xüsusi mülkiyyəti olmuşdur. Yəni cavabdeh tərəfindən məhkəmə qətnaməsi icra olunan zaman X12, Seyd xanım Seyd Aslan qızı, X19, X4 adlarına mülkə dair çıxarış veriləndə torpaq sahəsi qrafasında torpağın dövlətə məxsus olduğu qeyd olunmuşdur. Halbuki, sözü gedən qətnamə qanuni qüvvəsini aldığı üçün torpaq da həmin vətəndaşların mülkiyyəti hesab olunurdu. Bütün bunlara rəğmən cavabdeh hələ də həmin torpaq sahəsini onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almır. Bunun üçün dəfələrlə cavabdehə müraciət etmiş və hər dəfə də əsassız səbəblərlə müraciətinə imtina cavabı vermişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, sözügedən torpaq sahəsi faktiki istifadələrində deyil, torpaq sahəsi üzərindəki tikili hazırda sökülmüş, yerində park salınmışdır. Lakin həmin torpaq sahəsi ilə bağlı Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-4889/2010 saylı qətnaməsi qəbul edilən vaxt həmin mülk onların istifadəsində olmuş, inzibati orqan isə qətnamənin icrasını təmin etməmişdir. Hazırki tələb təmin olunsa sonda kompensasiya hüququ da təmin oluna bilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında qeyd etdi ki, iddiaçının istinad etdiyi mülki iş üzrə məhkəmə qətnaməsi tərəflərindən icra edilib. Həmin məhkəmə qətnaməsində Bakı şəhəri, Muxtadır küçəsi, 34/36 saylı mülkin xx.xx.1931-ci il tarixdə dövlət balansına keçirilməsinə dair akt etibasız hesab edilmiş və həmin mülk əvvəlki vəziyyətinə, yəni ilk dəfə tarixsiz olaraq X12, Seyd xanım Seyd Aslan qızı, Püstə xanım Seyid Aslan qızı, X19, X4 adlarına ilkin hüquqi qeydiyyatdan keçdiyi vəziyyətə qayıtması qərara alınmışdır. Tərəflərindən icra zamanı da mülkün qeydiyyatı 1931-ci ildən əvvəlki vəziyyətə qaytarılmışdır. Həmin dövrlərdə isə torpaq sahələri xüsusi mülkiyyət kimi qeydiyyata alınmırdı. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir:
İş materiallarından görünür ki: - Bakı şəhəri, Muxtadır küçəsində yerləşən 34/36 saylı fərdi yaşayış sahəsi yerləşdiyi torpaq sahəsi ilə birlikdə İddiaçı ana babası X10, onun vəfatından sonra isə anası Kubraxanım X11 məxsus olmuşdur. xx.xx.1931-ci il tarixdə sözügedən fərdi yaşayış evi və torpaq sahəsi dövlət balansına keçirilmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-4889/2010 saylı qətnaməsi ilə Bakı şəhəri, Muxtadır küçəsi, 34/36 saylı mülkin xx.xx.1931-ci il tarixdə dövlət balansına keçirilməsinə dair akt etibasız hesab edilmiş və həmin mülk əvvəlki vəziyyətinə, yəni ilk dəfə tarixsiz olaraq olaraq X12, Seyd xanım Seyd Aslan qızı, X19, X4 adlarına ilkin hüquqi qeydiyyatdan keçdiyi vəziyyətinə qaytarılmış və bu barədə qeydiyyatın aparılması vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. - Bakı şəhəri, Muxtadır küçəsi, 34/36 saylı mülkin xx.xx.1931-ci il tarixdə dövlət balansına keçirilməsinə dair akt etibasız hesab edilmiş, cavabdeh tərəfindən məhkəmə qətnaməsi icra olunan zaman X12, Seyd xanım Seyd Aslan qızı, X19, X4 adlarına fərdi yaşayış evinə dair çıxarış verilmiş, torpaq sahəsi üzərində hüququn növü - istifadə qeyd edilmişdir. - Cavabdeh orqan tərəfindən təqdim edilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid 484,6 kv.m torpaq sahəsinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş 1966-cı il tarixli Pasport mövcuddur. Texniki pasporta əsasən fərdi yaşayış evinin və torpaq sahəsinin ölçüsü göstərilmişdir. - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1966-cı il tarixli “Texniki inventarizasiya aid” Pasport torpaq sahəsinə İddiaçı hüququnu təsdiq edən ilkin sübutu təşkil edir. İşin faktiki hallarından müəyyən edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-3522/2018 nömrəli qərarı icra edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Muxtadır küçəsi, ev 34/36, fərdi yaşayış evi X1 1/3 hissədə xx.xx.2019-cu il tarixdə, İddiaçı adına 2/3 hissə xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, sözügedən fərdi yaşayış evinə və torpaq sahəsinə “Texniki inventarizasiya aid” Pasportu verən orqan – Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi həmin dövrdə səlahiyyətli orqan olmuşdur. Daha sonra məhkəmə qərarlarının icrası zamanı iddiaçının hüquqları yalnız fərdi yaşayış evinə dair tanınmışdır. Lakin texniki pasportdan göründüyü kimi fərdi yaşayış evinin altında olan torpaq sahəsi də qeyd edilmiş və torpaq sahəsinin ölçüsü göstərilmişdir. Belə olan halda iddiaçı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı xx.xx.2015-ci il tarixli Fərmanının 1.11-ci bəndinə əsasən cavabdeh inzibati orqandan tələb etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırmaları zamanı cavabdeh orqan tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, qeydiyyatdan keçmiş fərdi yaşayış evi sökülmüş və yerində ümumi istifadə üçün nəzərdə tutulmuş park salınmışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının tələbi hazırkı halda təmin edilə bilməz. Belə ki, sözügedən torpaq sahəsi hazırda iddiaçının istifadəsində deyil. İddiaçı kompensasiyanın ödənilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməklə pozulmuş hüquqlarının bərpasını tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2840/2025 nömrəli 23 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli