Məhkəmə qərarları › İş №2-1(103)-5088/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-5088/2025

22.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-5088/2025 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ceyhun Bəşir oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, üçüncü şəxsin vəkili X1 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilməklə) "fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e- *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsi qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh tərəfindən verilmiş ##.##.2022-ci il tarixli ************ reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0,06 ha torpaq sahəsində ünvan 1 nömrəli ünvanda yenidən inşa edilmiş fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair müvafiq sənədlər təqdim edilməklə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin tələblərinə uyğun olaraq yaşayış evinin tikintisi ilə bağlı məlumatlandırma icraatı qaydasında ərizə ilə Səbail Rayon Icra Hakimiyyətinə müraciət edilərək, 2 mərtəbəli fərdi yaşayış evinin tikinti niyyəti barədə məlumat verilmiş və qanunla müəyyən edilmiş 10 günluk müddət gözlənilmişdir. Bundan sonra yaşayış evinin tikintisinə başlamış və tikintini başa çatdırmışdır. Fərdi yaşayış evinin tikintisini başa çatdırdıqdan sonra ona məxsus torpaq sahəsində yeni inşa olunmuş iki mərtəbəli fərdi yaşayış evinin tikintisinin başa çatması barədə ##.##.2024-cü il tarixli ərizə ilə Səbail Rayon Icra Hakimiyyətinə müraciət etmiş, müraciət üzrə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş qaydada müddət başa çatmışdır. Cavabdehin imtinası tamamilə qərəzli və əsassız olmuşdur. Belə ki, əvvəla, həmin daşınmaz əmlakın, yəni torpaq sahəsinin və onun üzərində uzun illər mövcud olunmuş fərdi yaşayış evinin vicdanlı alıcısı və mülkiyyətçisidir. Bundan əlavə, əgər iddiaçının tam qanuni əsaslarla əldə etdiyi və mülkiyyətində olan torpaq sahəsi neft boru kəmərinin (bağlı neft buruğu) mühafizə zonası daxilinə düşürsə, onda həmin torpaq sahəsindən daha yaxın ərazilərdə minlərlə tikililərin, fərdi yaşayış evlərinin, o cümlədən iddiaçının əmlakı aldığı şəxsə məxsus olmuş fərdi yaşayış evinin necə və hansı qaydada inşa edilməsinə və cavabdeh tərəfindən texniki pasportun və mülkiyyət hüququna dair çıxarışın verilməsinə mütləq aydınlıq gətirilməlidir. Nəhayət, həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçiləri, o cümlədən iddiaçının adına tərtib edilmiş "Torpaq sahəsinin planı və ölçüsü"ndə, həmin fərdi yaşayış evinin yerləşdiyi "torpaq sahəsinnin kateqoriyası: yaşayış məntəqələrinin torpaqları" kimi qeyd edilmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə həmin iddia rədd edilmişdir. Iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsi hüquq varisi olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh ilə əvəz edilmişdir. Iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olarkən ##.##.2026-cı ildə iddiaçının nümayəndəsi vəkil nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin cavabdeh tərəfindən təmin və icra edildiyini, odur ki, iddia tələbindən imtina üçün əsas yarandığını bildirmiş və müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Bundan sonra o, məhkəməyə yenidən yazılı şəkildə müraciət edərək iddiaçının iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən cavabdehə yazılmış ##.##.2026-cı il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55.2ci maddəsinə əsasən, şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Ona görə də iddiaçının iddiadan imtina etməsinə razı olub-olmadığını məhkəməyə yazılı şəkildə bildirilməsi xahiş olunur. Məhkəmə iclasının təyin olunduğu vaxtadək məhkəməyə razı olmamağı barədə yazılı məlumat verməyəcəyi halda bu, razı olması kimi qəbul ediləcək. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili X1 iddiaçının iddiadan imtina etməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə iclası onların iştirakı olmadan keçirildi. Məhkəmə kollegiyası iddiaçının iddiadan imtinası ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.5. Iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göründüyü kimi, iddiaçı öz nümayəndəsi vasitəsilə iddiadan imtina etmiş, cavabdeh isə buna etiraz etməmişdir. Ona görə də kollegiya bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməli, eyni zamanda, izah edilməlidir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinə görə, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qərara aldı: Hazırkı iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verisin. Iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar