Məhkəmə qərarları › İş №2-1(103)-5090/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5090/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5090/2025 26.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair işi üzrə Açar sözlər: (mülkiyyət hüququnun qeydiyyata alınması) Hakimlər İsmayılov Orxan Nadir oğlu (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Üçüncü şəxs “X20” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X6, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Bakı şəhəri Binəqədi rayon Biləcəri bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 772 nömrəli qərarına əsasən (sonrakı qərar əsasında azaldılmış ölçüdə) ona ayrılmış, faktiki istifadəsində olan 300 kv.metr torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının, dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2-1(112)-10052/2025 nömrəli qərarından üçüncü şəxslər “X20” şirkətinin Azərbaycan Respublikasındakı filialı və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Biləcəri bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 772 nömrəli qərarına əsasən (sonrakı qərar əsasında azaldılmış ölçüdə) ona ayrılmış, faktiki istifadəsində olan 300 kv.metr torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını, dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi qeyd olunmuşdur ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir, torpaqların X14 İnformasiya Sistemində Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənin icrası mümkün olmamışdır. Bundan əlavə, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövtət qeydiyyatından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Bakı şəhəri Binəqədi rayon Biləcəri bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 772 nömrəli qərarına əsasən (sonrakı qərar əsasında azaldılmış ölçüdə) ona ayrılmış, faktiki istifadəsində olan 300 kv.metr torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının, dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və“X20” şirkətinin Azərbaycan Respublikasındakı filialı məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixi 772 nömrəli qərarına əsasən iddiaçıya alqı-satqı yolu ilə 500 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin qərara əsasən, “Bakı şəhər X7 İcraiyyə Komitəsinin, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti memarının, “Binəqədineft” Neft və Qazçıxarma idarəsinin razılığını nəzərə alaraq, Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində əlavə olunmuş cizgi əsasında 500,0 kv.m. torpaq sahəsinin fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə İddiaçı satılması” qərara alınmışdır. Sözügedən inzibati akta əsasən, həmçinin aşağıdakılar qərara alınmışdır: İddiaçı tapşırılsın ki, normativ qiymətdən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə Biləcəri bələdiyyəsinin BUSB Binəqədi rayon şöbəsində olan ********** saylı hesabına ödənilməsi barədə qəbzi Biləcəri bələdiyyəsinə təqdim etsin. İddiaçı tapşırılsın ki, Bakı şəhər Memarlıq xidmətindən razılıq və Bakı şəhər torpaq şöbəsindən rəy alındıqdan sonra tikintiyə başlanılsın. Tikintiyə torpaq sahəsi üzərində hüquqi təsdin edən əldə edildikdənsahənin eskizi və evin layihəsi müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra başlanılsın. İddiaçı nəzərinə çatdırılsın ki, torpaq vergisi vaxtlı-vaxtında yerli büdcəyə ödənilməlidir. Qərarın bir surəti Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinə, bir surəti Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə, bir surəti Binəqədi rayon Yanğından mühafizə idarəsinə, bir surəti Binəqədi rayon GEM-ə verilsin. Qərarın icrasına nəzarət sədrin iqtisadi məsələlər üzrə müavini C.A.Rzayevə həvalə edilsin. Qeyd edilən xx.xx.2004-cü il tarixli 772 nömrəli qərarın həqiqiliyi və mövcudluğunun təsdiq edilməsi məqsədilə bildirilmişdir ki, ona ünvanlanmış Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 17 may 2024-cü il tarixli 3-48- 2F/2-Ə-2392-8-2573/2024 nömrəli məktubunda qeyd edilir ki, “vət. İddiaçı barəsində Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2004-cü il tarixli 772 saylı qərarı və ona əlavə edilmiş cizgi sənədi Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Beləliklə qərar əsasında mülkiyyət hüququ ilə ona ayrılmış torpaq sahəsi həmin tarixdən faktiki istifadə və sahibliyinə verilmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin daha sonrakı tarixdə qəbul edilmiş xx.xx.2006-ci il tarixli 906/a nömrəli qərarına əsasən isə, aşağıdakılar qərara alınmışdır. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 772 saylı xx.xx.2004-cü il tarixli qərarı ilə Bakı şəhər sakini İddiaçı adına Biləcəri bələdiyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılmış 500,0 kv.m torpaq sahəsindən 300.0 kv.m öz adında qalmaqla, 200,0 kv.m torpaq sahəsi notarial qaydada qarşılıqlı razılaşmaya əsasən İddiaçı adından ünvan 2 ünvanda yaşayan X1 adına sənədləşdirilsin və qərarın bir nüsxəsi İddiaçı verilsin. Hər iki qərara münasibətdə torpaq sahəsinin cizgisi tərtib edilmiş, arxiv nüsxələri mövcuddur. Qeyd edilən qərarlar qüvvədədir və həmin qərarlar əsasında iddiaçıya ayrılmış torpaq sahəsi həmin tarixdən onun mülkiyyətindədir. Torpaq sahəsinə faktiki olaraq da sahiblik və istifadə edir. Daha sonra ona ayrılmış torpaq sahəsinə tikiləcək fərdi yaşayış evinin layihəsini tərtib edərək razılaşdırılması üçün Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının onun müraciətinə xx.xx.2015-ci il tarixli 01/12-09-26/Ə-95-151 nömrəli cavab məktubunda aşağıdakılar bildirilmişdir: “Müraciətdə qeyd edilən məsələ ilə əlaqədar təqdim edilən sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən 300 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 906/a saylı Qərarına əsasən onun istifadəsindədir. Həmin torpaq sahəsində tikintisi nəzərdə tutulmuş 2 (iki) mərtəbəli, mansardlı fərdi yaşayış evinin layihəsi fiziki şəxs “X9” tərəfindən işlənilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən təqdim edilən sənədlər aşağıdakı şərtlər daxilində razılaşdırılır. Tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə əsasında aparılmalıdır; Tikinti işləri aparılarkən ətraf ərazi sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanmalı, qanunvericiliklə müəyyən edilmiş qonşuluq prinsiplərinə riayət edilməlidir. Qeyd etmək lazımdır ki, mövcud məlumatlandırma icraatının tətbiq olunduğu halda tikinti işləri razılaşdırılmış layihənin memarhq-planlaşdırma bölməsinə uyğun aparılmadığı təqdirdə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması istiqamətində tədbirlər görüləcəkdir. Tikintisi nəzərdə tutulmuş 2 (iki) mərtəbəli, mansardlı fərdi yaşayış evinin layihəsi xx.xx.2015-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış. Layihənin üzərində bu barədə qeyd aparılmış, tərəfindən tikinti layihə üzrə başa çatdırılmışdır. Qeyd edilən sənədlər əsasında mülkiyyətinə verilmiş 300 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təqdim olunması məqsədilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər ərazi idarəsinə edilmiş müraciətinə sonuncu tərəfindən xx.xx.2025-ci il tarixli 521-3-30/2-Ə-0339-8/2025 **********96 nömrəli məktubla imtina cavabı verilmişdir. Cavabdeh imtina məktubunda bildirmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir, torpaqların X14 İnformasiya Sistemində Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənizin icrası tərəflərindən mümkün olmamışdır. Bundan əlavə, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqlann dövtət qeydiyyatından imtina edilmişdir”. Göründüyü kimi, cavabdehin imtinası formal xarakter daşımaqdadır. Belə ki, sənədlər təqdim edilərkən təsdiq edilmiş surətləri ilə yanaşı qeyd edilən sənədlərin arxiv nüsxələri, həmçinin torpaq sahəsinin cizgisi də tərəfindən müraciətə əlavə edilmiş və cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən formal əsaslardan çıxış edilərək müraciətin təmin olunmasından imtina olunmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eyni məzmunlu norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də öz əksini tapmışdır. Bu maddədə qeyd edilən aktlar hüquqmüəyyənedici sənədlər adlanır və hazırkı işdə torpaq sahəsinin verilməsi barədə qərar daşınmaz əmlaka hüququ təsdiq edən və qeydiyyatın aparılması üçün əsas olan sənəddir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. Elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir (Binəqədi OYL) və ləğv olunmuş neft quyusunun baza məlumatı mövcuddur. Məlumat üçün bildiririk ki, bazaya əsasən sahənin cənub hissəsindən hasarboyu açıq ortatəzyiqli qaz xətti keçir. Təqdim edilmiş cizgidə dəqiq istinad, istinad məsafəsi, perimetrik ölçülər qeyd edilməmişdir. Torpaq sahəsi üzərində yerləşən tikiliyə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin daxilində tikintialtı sahəsi 150 kv.m olan bir hissəsi qeyri-yaşayış sahəsi kimi itifadə olunan fərdi yaşayış evi mövcuddur. Fərdi yaşayış evi kimi layihəsi təqdim olunmuş ikinci mərtəbə və mansard tikilinin birinci mərtəbəsi bütövlüklə qeyri-yaşayış sahəsi kimi, ikinci mərtəbəsi anbar kimi istifadə olunur, üçüncü mərtəbə isə mansarddır və layihədə göstərilmiş arakəsmə divarları faktiki olaraq ləğv olunmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs “X20” şirkətinin Azərbaycan Respublikasındakı filialının iddiaya yazılı etirazında qeyd edilmişdir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum “X19 haqqında” saziş və “Birgə Əməliyyat” sazişi imzalanmamışdan da öncə, Dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə “X20” şirkətinin qanuni istifadəsinə verilmişdir. Belə ki, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X19 haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X23 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. İddiaçının onun mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsi ARDNŞ-nin balansında olmuş, sonradan “X19 haqqında” Saziş əsasında Şirkətin qanuni sahiblik və istifadəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2004-cü il tarixli, 150 saylı qərarı ilə Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (e) bəndində Saziş ərazisi üzərindəki hüquqların qəsb edilməsinin qadağan olunması qeyd olunur. Müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması isə Şirkətin hüquq və təminatlarının - istifadə hüququnun pozulmasına səbəb olacaqdır. “X19 haqqında” Saziş əsasında neft-qaz əməliyyatlarını həyata keçirmək hüququnu əldə etdiyi andan Şirkət paralel olaraq Saziş ərazisində inşa edilmiş özbaşına tikililərə qarşı da daima mübarizə aparmış, qanunsuz tikililərin sökülməsi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının sərəncamlarının etibarsızlığının tanınması tələbi ilə bağlı aidiyyatı qurumlara müraciət etmişdir. İddiaçı öz ərizəsində, maddi sübut kimi Bakı şəhəri, Biləcəri bələdiyyəsinin 772 saylı xx.xx.2004-cü il tarixli Qərarını əlavə etmişdir. Vətəndaşın iddiasına görə 772 saylı xx.xx.2004-cü il tarixli Qərarı ilə iddaiçıya fərdi yaşayış evinin tikintisi üçün 500 kv.m torpaq sahəsi ayrılmışdır. Eyni zamanda Bakı şəhəri, Biləcəri bələdiyyəsinin daha sonrakı tarixdə qəbul edilmiş xx.xx.2006-cı il tarixli 906/a saylı qərarına əsasən qeyd olunan torpaq sahəsinin 200 kv.m hissəsi X1 adına sənədləşdirilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş 772 saylı xx.xx.2004-cü il tarixli Qərar etibarsız, həmin bələdiyyənin xx.xx.2006-cı il tarixli 906/a saylı qərarı isə qannsuz inzibati aktlardır. Belə ki, Biləcəri Bələdiyyəsinin vətəndaş İddiaçı qızma fərdi yaşayı evinin tikintisi üçün ayrılmış 772 saylı xx.xx.2004-cü il Qərarı Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən əvvəl qəbul edildiyi üçün etibarsızdır. Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 906/a saylı qərarı isə 15 may 2005-ci il tarixdən sonra qəbul edildiyi üçün qanunsuzdur. Eyni zamanda Binəqədi rayon Məhkəməsinin 2(001)-247/2025 saylı, xx.xx.2025-ci il tarixli Qətnaməsi ilə İddiaçı barəsində qeyd olunan özbaşına tikilidən çıxarılması, qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qaytarılması qət edilmişdir. Vətəndaş İddiaçı qızma ayrılan torpaq sahəsi Şirkətin qanuni istifadəsinə verilmiş kontrakt sahəsi hüdudları daxilində, 1 saylı mədənin 6-cı sahəsində, 151259, 151261 və 151340 saylı neft quyularının və neft xəttinin mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə əsasən, şəxsi tikililərlə quyular, separatorlar, qızdırıcı avadanlıq, neft rezervuarları və nasos avadanlığı arasında minimum məsafə 300 metr olmalıdır və şəxsi tikililərin sözügedən obyektlərin mühafizə zonaları daxilində inşa edilməsi qadağan edilir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2-1(112)-10052/2025 nömrəli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia tələbi təmin edilərək, Bakı şəhəri Binəqədi rayon Biləcəri bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 772 nömrəli qərarına əsasən (sonrakı qərar əsasında azaldılmış ölçüdə) ona ayrılmış, faktiki istifadəsində olan 300 kv.metr torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının, dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsi qərardan apellyasiya şikayəti verməmişdir. Üçüncü şəxs “X20” şirkətinin Azərbaycan Respublikasındakı filialı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2-1(112)-10052/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2-1(112)-10052/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Üçüncü şəxs “X20” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, dövlət təşkilatlarının daimi istifadəsində olan, habelə təbii ehtiyatlar yatağı təsdiq edilmiş olan torpaq sahələri dövlətin müstəsna mülkiyyətindədir. Məhkəmə cavabdehin imtina əsası kimi qeyd etdiyi halları iddiaçının ziyanına şərh edilməməsi kimi qiymətləndirir. Belə ki, cavabdeh mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin dövlət mülkiyyətində olmasını qeyd etsə də, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan torpaq sahəsinin qonşu torpaq sahələri bələdiyyə tərəfindən vətəndaşlara satılmış və cavabdeh tərəfindən mükiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin dövlət mülkiyyətində olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh iddiaya dair etirazında əlavə olaraq qeyd etmişdir ki, sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Məhkəmə etirazda göstərilən bu halı da əsassız hesab edərək, bərabərlik (bərabər yanaşma) prinsipinin tətbiq edilməsini zəruri hesab edir. Göründüyü kimi, mühafizə zonalarının müəyyən edilməsi həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə səbəb olmur, habelə onlara dair əqdlərin bağlanmasına qadağa qoymur.” Bakı İnzibati Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi yanlış və əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazilər hələ məlum Beynəlxalq Saziş imzalanmamışdan öncə də sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və 29 sentyabr 2004-cü il tarixində Podratçı şirkətlər arasında bağlanmış “X19 haqqında Saziş”ə və “X15”nə əsasən neft-qaz əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsinə ayrılmışdır. Şirkət əməliyyat şirkəti olaraq Podratçı şirkətlərin adından məlum Saziş əsasında kontrakt sahəsində yalnız neft-qaz əməliyyatlarını həyata keçirir və Sazişlə istifadəsinə verilmiş kontrakt ərazisindən maneəsiz istifadəsinə Dövlət tərəfindən təminat və öhdəliklər verilmişdir. 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X19 haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X23 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və bu Saziş 29 aprel 2005- ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4–cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neftqazəməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X19 haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Həmin Sazişin 8.6-cı maddəsinə əsasən, “X20” şirkəti Podratçı tərəflərin neft-qaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək bu Saziş üzrə Əməliyyatçı kimi fəaliyyət göstərir. Sazişin 3-cü maddəsində Şirkətin neft-qaz əməliyyatlarını hamılıqla tanınmış beynəlxalq standartlar əsasında aparmaq öhdəliyi nəzərdə tutulmuşdur. Bu standartlar əsasında öhdəliyin yerinə yetirilməsi üçün lazımi şəraitin yaradılmasına Azərbaycan Respublikası Hökuməti müvafiq təminat və öhdəliklər vermişdir. Bakı İnzibati Məhkəməsinin yuxarıda qeyd edilən hallara ümumiyyətlə əhəmiyyət verməmişdir. Hazırkı Qərar isə Şirkətin hüquqlarının pozulmasına və Şirkətin Dövlət qarşısında üzərinə götürdüyü neft hasilatı ilə bağlı öhdəliklərin beynəlxalq standartlara uyğun yerinə yetirilməsində ciddi əngəllər yaratmağa xidmət edir. Bələdiyyənin sözügedən torpaq sahəsinin üzərində hər hansı qərar vermək səlahiyyəti olmayıb. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi müvafiq neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də, istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Belə ki, hazırkı işin materiallarından görünür ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinasının əsaslarından biri mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazi daxilində, yerləşməsi ilə əlaqələndirmiş və məhz buna görə Dövlət Neft Şirkəti həmin iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında verdikləri izahatda, həmçinin məhkəməyə təqdim edilən xəritələrdən çıxarışda torpaq sahəsinin Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərə aid olmasını bidirsələr də, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda ümumiyyətlə SOCAR tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmişdir. Təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır. Odur ki, həmin ərazidə Qaradağ X7 xx.xx.1991-ci il tarixli, 9/290 №-li qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mülkiyyətinə ayrılmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz və iddiaçının hüquqlarına həmin müdaxilə X22 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin 3-cü qaydasına uyğun olmuşdur (mülkiyyətdən isitifadəyə nəzarət). Belə ki, müdaxilə qanuni olmuş, qanuni məqsəd daşımış (əhalinin təhlükəsizliyinin təmin olunması) və zəruri olmuşdur neft-qaz əməliyyatlarının aparılması). Bundan başqa, Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərin ayrı-ayrı fiziki şəxlərin mülkiyyətinə verilməsi həmin torpaq sahəsində neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradır, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməməsinə gətirib çıxarır. Bu da öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Bu kimi halların artması ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının artması, nəticə etibarilə dövlət üçün zərər hesabına başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüquqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasına xüsusi diqqət yetirilməlidir. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. Həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən, “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətindədir və Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşir. Belə olan halda, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunması məqsədi ilə, SOCAR-ın daimi istifadəsində olan, neft-qaz əməliyyatları aparılan torpaq sahələri yalnız təyinatı üzrə istifadə edilə biləcəyi nəzərə alınmalıdır. Buna baxmayaraq, birinci instansiyası məhkəməsi üçüncü şəxsin gətirdiyi arqumentlərə qiymət verməmiş, nəticədə düzgün olmayan qərar qəbul edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində üçüncü şəxs “X20” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2-1(112)-10052/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2-1(112)-10052/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı iştirak etməmiş, eyni zamanda o, ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri - dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir; torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar

1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.

2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.

5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; ... Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. ... Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

- 65. torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 66. 1.dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67. torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - 4.0. torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; - 6.1. bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: ... Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqmüəyyən edici sənəd hesab edilir. ... Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. ... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Şəhərsalma və Tikinti Məcəlləsi:

80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Bu səbəbdən şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı Bakı şəhəri Binəqədi rayon Biləcəri bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 772 nömrəli qərarına əsasən (sonrakı qərar əsasında azaldılmış ölçüdə) ona ayrılmış, faktiki istifadəsində olan 300 kv.metr torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının, dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində ilkin hüquq əldə etdiyi, lakin qazandığı hüququ dövlət qeydiyyatına almaması, onun həmin hüquqdan məhrum olmasına gətirib çıxarmır. Qeyd edilən torpaq sahəsi heç bir fiziki və ya hüquqi şəxsin adına qeydiyyata alınmayıb, yəni müvafiq qeydiyyat hər hansı şəxsin hüquqlarını və qanunla qorunan maraqlarını pozmur. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmişdir. Başqa sözlə, cavabdeh hazırkı iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Üçüncü şəxs “X20” şirkəti tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, “... Qeyd olunan mübahisəli torpaq sahəsi 1 saylı mədənin 6-cı sahəsində yerləşən 151259, 151261 və 151340 saylı neft quyularının və neft xəttinin mühafizə zolağı daxilində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə əsasən şəxsi tikililərlə quyular, separatorlar, qızdırıcı avadanlıq, neft rezervuarları və nasos avadanlığı arasında minimum məsafə 300 metr olmalıdır və şəxsi tikililərin sözügedən obyektlərin mühafizə zonaları daxilində inşa edilməsi qadağan edilir.”. Üçüncü şəxs Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, “... mübahisəli torpaq sahəsi müvafiq neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də, istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Belə ki, hazırkı işin materiallarından görünür ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinasının əsaslarından biri mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazi daxilində, yerləşməsi ilə əlaqələndirmiş və məhz buna görə Dövlət Neft Şirkəti həmin iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında verdikləri izahatda, həmçinin məhkəməyə təqdim edilən xəritələrdən çıxarışda torpaq sahəsinin Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərə aid olmasını bidirsələr də, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda ümumiyyətlə SOCAR tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmişdir. Təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır. Odur ki, həmin ərazidə Qaradağ X7 xx.xx.1991-ci il tarixli, 9/290 №-li qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mülkiyyətinə ayrılmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz və iddiaçının hüquqlarına həmin müdaxilə X22 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin 3-cü qaydasına uyğun olmuşdur (mülkiyyətdən isitifadəyə nəzarət)”. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir. İşin hallarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayon Biləcəri bələdiyyəsinin 772 nömrəli xx.xx.2024-cü il tarixli “Bakı şəhər X7 İcraiyyə Komitəsinin, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti memarının, “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin razılığına əsasən Bakı şəhəri sakini İddiaçı əlavə olunmuş cizgi əsasında 500,0 kv.m torpaq sahəsinin fərid yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə satılması haqqında” qərarına əsasən Bakı şəhər X7 İcraiyyə Komitəsinin, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti memarının, “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin razılığını nəzərə alaraq Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində əlavə olunmuş cizgi əsasında 500,0 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə İddiaçı satılması qərara alınmışdır. İddiaçı satılmış torpaq sahəsinin cizgisi qərara əlavə edilmişdir. Hazırda İddiaçı ona ayrılmış, faktiki istifadəsində olan 300 kv.metr torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının, dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini tələb edir. İş materillarından göründüyü kimi, bələdiyyə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaq sahəsinin iddiaçıya ayrılması barədə qərar qəbul etmiş, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmiş, torpaqların alqısatqısına dair akt tərtib edilmişdir. Cavabdehin formal tələblərə əsaslanan mövqeyinə münasibətdə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, bələdiyyə müvafiq qərarı ilə iddiaçıya müraciəti əsasında torpaq sahəsini ayırmış, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin bank hesabına ödənilmiş, faktiki olaraq torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən qərar qüvvədədir, torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən cizgi, torpaq ayırma sənədlərinin əsli və arxiv nüsxəsi mövcuddur. Sözügedən torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Cavabdeh inzibati orqan tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən çıxarışlardan (iş materiallarına əlavə edilmişdir) görünür ki, hazırkı iş üzrə bəhs edilən torpaq sahəsinin qonşuluğunda yerləşən X5, o cümlədən X3 məxsus torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edilmişdir. (i.v 225-237) Bundan əlavə, məhkəmə tərkibi apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, qeyd edilən torpaq sahəsi yaşayış məntəqələri kateqoriyasına aiddir. Belə ki, əksi cavabdeh tərəfindən sübut edilməmişdir. Xüsusilə qeyd edilməlidir ki, cavabdeh qeyd edilən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğunu qeyd etsə də, Binəqədi rayon Biləcəri bələdiyyəsinə aid torpaq sahəsinin hüdudlarını məhkəməyə təqdim etməmişdir. Belə olan təqdirdə, cavabdeh İPM-in 14-cü maddəsinə əsasən sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Başqa sözlə, qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir. Hətta şərti olaraq qəbul etsək ki, iddiaçının iddia etdiyi torpaq sahəsi mühafizə zonasında yerləşir. Bu hal (iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etdiyi daşınmaz əmlakın kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi) belə hazırkı halda vətəndaşın konstitusion səviyyədə təsbit edilmiş mülkiyyət hüquqlarının realizə edilməsinə maneə yarada bilməz. Bundan başqa, məhkəmə kollegiyası torpaq sahənin mühafizə zonasında yerləşməsini dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Məhkəmə tərkibi, eyni zamanda qeyd edir ki, üçüncü şəxslər tərəfindən mübahisələndirilən torpaq sahəsinin tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması barədə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı mübahisənin məzmunu ilə eynilik təşkil edən və vahid məhkəmə təcrübəsi formalaşdıran 2-1(102)-2667/2024, 2-1(102)-1425/2024 və 2-1(102)-1478/2025 saylı qərardadları mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1478/2025 saylı iş üzrə qəbul etdiyi qərardadı (iddia tələbi hazırkı mübahisənin məzmunu ilə eynilik təşkil edir) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2025-ci il tarixli, 2-1(103)-869/2025 nömrəli qərarından üçüncü şəxslər “X20” Şirkəti və Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, üçüncü şəxs apellyasiya şikayətinin dəlili kimi iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsinin 1 saylı mədənin 6-cı sahəsində yerləşən 151259, 151261 və 151340 saylı neft quyularının və neft xəttinin mühafizə zolağı daxilində (torpaq sahəsi ilə qeyd olunan obyektlər arasında 300 metrdən daha az məsafə olmasını) yerləşdiyini qeyd etsə də, bununla bağlı, yəni torpaq sahəsi ilə qeyd olunan obyektlər arasında dəqiq nə qədər məsafə olması barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə tərkibi torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına aid hissədə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının İddiaçı ünvanladığı 12 avqust 2015-ci il tarixli 01/12-09-26/J-95-151 nömrəli məktubunda aşağıdakılar qeyd edilmişdir - istifadənizdə olan torpaq sahəsində təqdim edilən layihə əsasında fərdi yaşayış evinin tikintisinə məlumatlandırma icraatının tətbiq edilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığınız xx.xx.2015-ci il tarixli Ə-95-151 saylı müraciətinizə tərəflərindən baxılmışdır. Müraciətinizdə qeyd edilən məsələ ilə əlaqədar təqdim edilən sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən 300 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 906/a saylı Qərarına əsasən Sizin istifadənizdədir. Həmin torpaq sahəsində tikintisi nəzərdə tutulmuş 2 (iki) mərtəbəli, mansardlı fərdi yaşayış evinin layihəsi fiziki şəxs “X9” tərəfindən işlənilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən təqdim edilən sənədlər aşağıdakı şərtlər daxilində razılaşdırılır. Tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə əsasında aparılmalıdır; Tikinti işləri aparılarkən ətraf ərazi sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanmalı, qanunvericiliklə müəyyən edilmiş qonşuluq prinsiplərinə riayət edilməlidir. Qeyd etmək lazımdır ki, mövcud məlumatlandırma icraatının tətbiq olunduğu halda tikinti işləri razılaşdırılmış layihənin memarlıq-planlaşdırma bölməsinə uyğun aparılmadıgı təqdirdə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması istiqamətində tədbirlər görüləcəkdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, iddiaçının fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair tələbi də qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Üçüncü şəxslər “X20” şirkətinin Azərbaycan Respublikasındakı filialı və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli 2-1(112)-10052/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar