Məhkəmə qərarları › İş №2-1(103)-5093/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5093/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5093/2025 19.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına X11rşı “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin AİBNDA/SQ- 6165/2025 nömrəli, 22 iyul 2025-ci il tarixli “Təchizatçıların satınalmadan kənarlaşdırılmasına dair satınalma komissiyasının qərarının və yekun protokolunun təsdiq edilməsi barədə” qərarın qismən "xxxx" MMC-yə münasibətdə qanunsuz hesab edilərək qismən ləğv edilməsi və ləğv edilmiş qərarın hüquqi nəticələrinin aradan qaldırılmasına və iddiaçının müsabiqədə iştirak hüququnun bərpa edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), X10 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2, 3-cü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təhcizat İdarəsinin nümayəndəsi Nümayəndə3, digər 3-cü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin vəkili Vəkil iştrakları, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14644/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" MMC-nin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə ünvanladığı 50 nömrəli 05 iyun 2025-ci il tarixli məktubunda aşağıdakılar qeyd edilmişdir: “Çaşıoğlu Elmİstehsalat" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - MMC) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin (bundan sonra - İdarə) “Mətbəə, çap məhsulları, atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı malların satın alınması" məqsədi ilə Açıq Tenderdə iştirak etmişdir. Təklif zərflərinin açılması üzrə xx.xx.2025-ci il tarixli, 2 №-li iclas protokoluna əsasən X7 internet Portalında (bundan sonra - Portal) dərc etdiyi 108979 saylı müsabiqə üzrə qiymət təkliflərinə baxılmış, müsabiqədə toplam 6 (altı) iddiaçı iştirak etmiş, MMC tərəfindən 826425.12 manat təklif edilmişdir. İdarə MMC-yə "uyğunsuzluqların aradan qaldırılmasını və natamam sənədlərin təqdim edilməsi" barədə MMC-yə sorğu ünvanlayaraq, MMC-nin qiymət təklifinin ehtimal olunan qiymətlə müqayisədə 20% və daha aşağı olduğunu müəyyən etmiş, həmçinin uyğunsuzluqların aradan qaldırılmasını və natamam sənədlərin təqdim edilməsini, o cümlədən, Mallar üzrə qiymət formalaşdırılması üzrə kalkulyasiyasını(maya dəyəri və şirkətin əlavə gəlirinin (marjasının) tam ətraflı açıqlamasını), Son maliyyə ili üzrə maliyyə hesabatı ilə təqdim edilmiş 2024-cü il üzrə mənfəət vergisinin bəyannaməsi arasındakı uyğunsuzluğun aradan qaldırılması və cəmi öhdəliklərin, habelə yaranmış öhdəliyin müqavilə dəyəri, müqavilə üzrə müvafiq müddətə yaranmış borcun təsdiqedici sənədləri (müqavilə, üzləşmə aktı və s.) təqdim edilməsini xahiş etmişdir. İlk növbədə MMC-nin qiymət təklifinin ehtimal olunan qiymətlə müqayisədə 20% və daha aşağı olması ilə bağlı diqqətinizə çatdırmaq istəyirik ki, "Çaşıoğlu Elmİstehsalat” MMC 26 sentyabr 1995-ci il tarixdə təsis edilmiş, fəaliyyət göstərdiyi dövrdə müəssisəmiz dövlətimizin milli-mənəvi dəyərlərinin yaşadılmasına, təhsilin inkişafına xidmət edən çoxlu sayda kitablar, dərsliklər, monoqrafiyalar, elmi əsərlər hazırlayaraq çap etmişdir. Elan olunan tenderinin 95%-i mətbəə məhsullarının satın alınmasını əhatə edir. Bu istiqamətdə təqdim olunan işlər artıq 17 ildir ki, şirkətimiz tərəfindən yüksək keyfiyyət və uyğun qiymətlə yerinə yetirilərək dövlət qurumlarına təhvil verilir. Uzunillik təcrübəmizə əsaslanaraq tam əminliklə bildiririk ki, tenderdə nəzərdə tutulan məhsulların yüksək keyfiyyətlə və vaxtında təhvil verilməsini təmin edə bilərik. Bundan əlavə, keçirilmiş satınalmalar üzrə ehtimal olunan qiymətin müəyyənləşdirilməsi üçün bazar qiymətləri bağlı sorğuların cavablandırılmasında da iştirak etməmişdir. Bu məbləğ reallığı əks etdirmir və şübhə doğurur ki, bu qiyməti təqdim edən təşkilatın sahə üzrə istehsalat və peşəkar təcrübəsi yoxdur. Belə ki, tərəfimizdən təqdim olunan qiymət təklifi 22% mənfəətlə hesablanmış və bu kalkulyasiya rəsmi sənədlərdə öz əksini tapmışdır. Bundan əlavə İdarənin MMC-yə ünvanladığı məktubda qeyd etmişdir ki, təqdim edilən sənədlərə tender komissiyası tərəfindən baxış keçirilən zaman uyğunsuzluqların aşkar edildiyi, bunların aradan qaldırılmasının təmin edilməsi xahiş edilmişdir. Belə ki, məktubda vurğulanır ki, əsas şərtlər toplusunda uyğunluq göstəricilərinin qiymətləndirilməsinin 3-cü hissəsinin xüsusi tələblər bölməsinin “Satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması” meyarı üzrə tələb olunan son maliyyə ili üzrə maliyyə hesabatı ilə təqdim edilmiş 2024-cü il üzrə mənfəət vergisinin bəyannaməsi arasında fərqlər aşkar edilmişdir. Maliyyə imkanlarının qiymətləndirilməsi üçün “mütləq likvidlik əmsalının” hesablanması zamanı "Maliyyə vəziyyəti haqqında hesabaf’ının kapital və öhdəliklər bölməsinin 5-ci sütununda “cəmi öhdəliklər” 2 975 253,02 manat qeyd edilməsinə baxmayaraq, “Mənfəət vergisinin bəyannaməsinin” Əlavə № 1-nin 2-ci bölməsinin 2.2ci sətrinin “Cəmi öhdəliklər" göstəricisinin hesabat dövrünün sonuna məbləğ 4 357 529,07 manat qeyd olunmaqla uyğunzuluq təşkil etmişdir. Yuxarıda yazılanlar barədə qeyd edilir ki, əslində burada uyğunsuzluq mövcud deyildir. Belə ki, yaranmış fərq mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 2.2.1.2-ci “Alınmış avanslar” sətrində qeyd olunmuş 1318680,76 manat məbləğdir. Həmin məbləğ 2024- cü ilin dekabr ayında avans olaraq daxil olmuş və ilin axırına qalıq olaraq qalmışdır. Həmin 1318680,76 manat məbləğ 1 nömrəli əlavədə toplanaraq “Cəmi öhdəliklər" sətrində cəmlənmişdir. Beləliklə həmin hissədə uyğunsuzluq aşkar edilməmişdir. Bundan əlavə məktubda qeyd edilmişdir ki, əsas şərtlər toplusunda uyğunluq göstəricilərinin qiymətləndirilməsinin 3-cü hissəsinin xüsusi tələblər bölməsinin "Maliyyə imkanlarının qiymətləndirilməsi" üçün "mütləq likvidlik əmsalının” hesablanması zamanı "Maliyyə vəziyyəti haqqında hesabaf’ının Aktivlər bölməsinin 4-ci sütununda “pul vəsaitləri və onların ekvivalentləri" 744 308,82 manat qeyd edilməsinə baxmayaraq, “Mənfəət vergisinin bəyannaməsinin” Əlavə №1-nin 2-ci bölməsinin 1.5-ci sətrinin "Pul vəsaitləri" göstəricisinin hesabat dövrünün sonuna məbləğ 827 677,66 manat qeyd olunmaqla uyğunzuluq təşkil etmişdir. 2-ci suala cavab olaraq bildirilmişdir ki, Kapital Bank ASC-nin MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli, 16198 saylı məktubundan görünür ki, xx.xx.2024-xx.xx.2025-ci il dövrü üçün bankda olan hesablar üzrə dövriyyə və son qalıq məlumata əsasən 744308,82 manat qalıq olmuş və həmin məbləğdə Sizə göndərilmiş cədvəldə öz əksini tapmışdır. Arada olan fərq isə ƏDV depozit hesabda olan 83 322,95 manat və kassa hesabında olan 45,89 manat qalıqdan ibarətdir. ƏDV depozit hesabda olan 83 322,95 manat ƏDV bəbləği olduğundan Sizə göndərilmiş cədvəldə qeyd edilməmişdir. Beləliklə, qeyd olunan halın da uyğunzuluq olmadığı müəyyən edilmişdir. Son olaraq, məktubda qeyd olunmuşdur ki, əsas şərtlər toplusunda uyğunluq göstəricilərinin qiymətləndirilməsinin 3-cü hissəsinin xüsusi tələblər bölməsinin “Satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması meyar"ının “Yığılmış zərərin həcmi göstəricisi” üzrə “Maliyyə vəziyyəti haqqında hesabaf’ının "Kapital və öhdəliklər bölmə”sinin “Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)" 5-ci sütunda 3271099,94 manat qeyd olunmasına baxmayaraq, “Mənfəət vergisinin bəyannamə”sinin Əlavə №1-nin 2ci bölməsinin 2.1.2-ci sətrində "Hesabat dövrünün xalis mənfəəti" göstəricisi hesabat dövrünün sonuna sütunu üzrə məbləğ 267 861,85 manat və 2.1.3-cü sətrində “Əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət" göstəricisi hesabat dövrünün sonuna sütunu üzrə məbləğ 2 878 462,17 manat cəmi məbləğ 3 146 324,02 manat olmaqla uyğunzuluq təşkil etmişdir. Bununla bağlı, Vergi Orqanının kameral vergi yoxlaması ilə bağlı daxil olmuş məktubunda qeyd olunan uyğunsuzluqlar düzəldilərək dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi Vergi Orqanına təqdim olunmuş və həmin dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi Vergi Orqanı tərəfindən qəbul olunmuşdur. Müraciətimizə əsasən həmin mənfəət bəyannaməsi Vergi Orqanı tərəfindən təsdiq edilərək Sizə göndərilmişdir. Son olaraq məktubda qeyd olunan mallar üzrə qiymət formalaşdırılması kalkulyasiyasını (maya dəyəri və şirkətin əlavə gəlirinin (marjasının) tam ətraflı açıqlamasını), cəmi öhdəliklərin, habelə yaranmış öhdəliyin müqavilə dəyəri, müqavilə üzrə müvafiq müddətə yaranmış borcun təsdiqedici sənədləri bu məktubun qoşmasında təqdim edilir.

2. “Mətbəə, çap məhsulları, atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı malların satın alınmasının açıq tender üsulu ilə həyata keçirən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfatıhesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin tender komissiyasının 3 nömrəli xx.xx.2025-ci il tarixli iclasının protokluna əsasən “Dövlət Satınalmaları haqıqnda” Azərbaycan Respublikasının Qanununun 35.1.2, 35.1.3 və 35.1.8-ci maddələrinə uyğun olaraq "xxxx" MMC-nin tender prosedurundan kənarlaşdırılması qərara alınmışdır.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 22 iyul 2025-ci il tarixli AİBNDA/SQ-6165/2025 nömrəli “Təchizatçıların satınalmadan kənarlaşdırılmasına dair satınalma komissiyasının qərarının və yekun protokolunun təsdqi edilməsi barədə” Qərarı ilə "xxxx" MMC (və digərləri) satınalmadan kənarlaşdırılmasına dair satınalma komissiyasının qərarı və yekun protokolun təsdiq edilməsi qərara alınmışdır.

4. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin "xxxx" MMC-yə ünvanladığı 4 avqust 2025- ci il tarixli 3- 54/2-6720/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, X7 internet portalından əldə edilən məlumatlara əsasən təqdim edilmiş maliyyə hesabatı ilə mənfəət vergisi bəyannaməsində qeyd olunan göstəricilər arasında uyğunsuzluqlar aşkar edilməsi səbəbindən kənarlaşdırılması əsassız hesab edilmiş, buna baxmayaraq təqdim edilən təklifin qiymətinin ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olması barədə satınalma komissiyasının portalın “Suallar və Cavablar/Şikayətlər” bölməsi vasitəsilə ünvanlanan sorğusuna cavab olaraq satınalma müqaviləsinin icrasına şübhələri aradan qaldıran qiymət təklifinin formalaşdırılmasına dair izahat və məlumatların satınalan təşkilata təqdim olunmadığı və qeyd olunan səbəbdən əsaslı olaraq kənarlaşdırıldığı müəyyən edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat.

5. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına X11rşı “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin AİBNDA/SQ- 6165/2025 nömrəli, 22 iyul 2025-ci il tarixli “Təchizatçıların satınalmadan kənarlaşdırılmasına dair satınalma komissiyasının qərarının və yekun protokolunun təsdiq edilməsi barədə” qərarın qismən "xxxx" MMC-yə münasibətdə qanunsuz hesab edilərək qismən ləğv edilməsi və ləğv edilmiş qərarın hüquqi nəticələrinin aradan qaldırılmasına və iddiaçının müsabiqədə iştirak hüququnun bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələb dəqiqləşdirilmişdir).

6. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məhkəmə icraatına zəruri cəlbetmə qaydasında, 03 oktyabr 2025-ci il tarixli Qərardadı ilə "xxxx" QSC məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən “Mətbəə, çap məhsulları, atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı malların satın alınması” üzrə 108979 saylı açıq müsabiqə elan edilmişdir. "xxxx" MMC qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqədə iştirak üçün tələb olunan bütün sənədləri təqdim etmiş, lakin cavabdeh qurum tərəfindən müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırma barədə qərar İddiaçıya yazılı şəkildə bildirilmiş, lakin qərarda bu inzibati aktın verilməsi üçün zəruri olan hüquqi və faktiki əsaslar tam və dolğun göstərilməmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış şikayətə isə qanunla müəyyən edilmiş qaydaya və hüquqi mahiyyəti əks cavab verilməmişdir. İddiaçı bu qərardan narazıdır, nəzarət orqanı şikayəti İnzibati icraat haqqında Qanunun tələblərinə uyğun araşdırmadığından məhkəməyə müraciət edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən verilmiş "xxxx" MMC-nin 108979 saylı müsabiqədən kənarlaşdırılması barədə inzibati aktın (qərarın) qanunsuz hesab edilərək ləğv edilməsinə; ləğv edilmiş qərarın hüquqi nəticələrinin aradan qaldırılmasına və iddiaçının müsabiqədə iştirak hüququnun bərpa edilməsinə nail olmaq istəyir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - MMC) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin “Mətbəə, çap məhsulları, atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı malların satın alınması” məqsədi ilə Açıq Tenderdə iştirak etmişdir. Təklif zərflərinin açılması üzrə xx.xx.2025-ci il tarixli, 2 №-li iclas protokoluna əsasən X7 İnternet Portalında (bundan sonra - Portal) dərc etdiyi 108979 saylı müsabiqə üzrə qiymət təkliflərinə baxılmış, müsabiqədə toplam 6 (altı) iddiaçı iştirak etmiş, MMC tərəfindən ən aşağı (826425.12 manat) təklif edilmişdir. Satınalan təşkilatın Portal vasitəsilə MMC-yə ünvanladığı xx.xx.2025-cü il tarixli bildirişə əsasən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1.2, 35.1.3 və 35.1.8-ci maddələrinə əsaslanaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən müsabiqədən kənarlaşdırılma barədə qərar qəbul edilmişdir. Qərarda qeyd edilir ki, 05 iyun 2025-ci il tarixli 50 №-li məktubda Əsas şərtlər toplusunda uyğunluq göstəricilərinin qiymətləndirilməsinin 3-cü hissəsinin xüsusi tələblər bölməsinin “Satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması” meyarı üzrə tələb olunan son maliyyə ili üzrə maliyyə hesabatı ilə təqdim edilmiş 2024-cü il üzrə mənfəət vergisinin bəyannaməsi arasında fərqləri qeyd edib təsdiq etmələrinə baxmayaraq, son maliyyə ili üzrə maliyyə hesabatında aidiyatı düzəlişləri edib, uyğunsuzluların aradan qaldırılması təmin edilməmişdir. Satınalan təşkilat portal vasitəsilə bildirmişdir ki, müsabiqədə ŞƏRQ-QƏRB ASC, Tuna QSC dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununun 35.1.3 va 35.1.8-ci maddəsinə, "xxxx" MMC Qanununun 35.1.2, 35.1.3və 35.1.8-ci maddələrinə, Vest-Ltd QSC Qanununun 35.1.3-cü maddəsinə əsasən müsabiqədən kənarlaşmışdır. SİMPLEX QSC (qeydiyyat ünvanı: AZ1022, ünvan 1 **********) qalib elan olunmuş və həmin təchizatçı ilə 956.979,32 (doqquz yüz əlli altı min doqquz yüz yetmiş doqquz manat 32 qapik) manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Gözləmə müddəti (təklifin akseptindən əvvəl təchizatçılara satınalmanın nəticələri ilə bağlı müraciət etmək, o cümlədən nəticələrdən şikayət etmək hüququnu verən müddət) xx.xx.2025-ci il tarixində başlayır və xx.xx.2025- ci il tarixində iş gününün sonu bitir. Qərarın ləğv edilməsi barədə MMC tərəfindən 25 iyun 2025-ci il tarixli, 57 nömrəli məktub ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununu və digər normativ hüquqi aktları rəhbər tutaraq, müsabiqədən kənarlaşdırılma barədə qərarın ləğv edilməsi, MMC-nin “Mətbəə, çap məhsulları, atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı malların satın alınması” açıq tender metodu ilə satın alınması üçün iştirakının bərpa edilməsi xahiş olunmuşdur. Satınalan təşkilatın bu formal tələbə görə MMC-ni tenderdən kənarlaşdırması qanunsuz və əsassız olduğu üçün aşağıdakı əsaslandırma ilə kənarlaşdırma barədə satınalan təşkilata qanunla müəyyən edilmiş qaydada şikayət verilmişdir. Şikayətdə uyğunsuzluğun mövcud olmadığı, yaranmış fərq mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 2.2.1.2-ci “Alınmış avanslar” sətrində qeyd olunmuş 1318680,76 manat məbləğ olması, həmin məbləğ 2024-cü ilin dekabr ayında avans olaraq daxil olmuş və ilin axırına qalıq olaraq qaldığı, həmin 1318680,76 manat məbləğ 1 nömrəli əlavədə toplanaraq “Cəmi öhdəliklər” sətrində cəmləndiyi qeyd edilmişdir. 2-ci suala cavab olaraq, Kapital Bank ASC- nin MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli, 16198 saylı məktubuna istinad edərək, xx.xx.2024-xx.xx.2025-ci il dövrü üçün bankda olan hesablar üzrə dövriyyə və son qalıq məlumata əsasən 744308,82 manat qalıq olduğu, həmin məbləğdə Sizə göndərilmiş cədvəldə öz əksini tapdığını, arada olan fərq isə ƏDV depozit hesabda olan 83 322,95 manat və kassa hesabında olan 45,89 manat qalıqdan ibarət olduğunu, ƏDV depozit hesabda olan 83 322,95 manat ƏDV məbləği olduğundan Satınalan təşkilata göndərilmiş cədvəldə qeyd edilmədiyi vurğulanmışdır. Belə ki, ƏDV-nin depozit hesabı - ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparan vahid xəzinə hesabıdır. Beləliklə, MMC-nin sərbəst vəsaiti olmadığı üçün cədvəldə qeyd edilməmişdir. Sonuncu suala cavab olaraq Vergi Orqanının kameral vergi yoxlaması ilə bağlı daxil olmuş məktubunda qeyd olunan uyğunsuzluqlar düzəldilərək dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi Vergi Orqanına təqdim olunması, həmin dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsinin Vergi Orqanı tərəfindən qəbul olunması, müraciətimizə əsasən həmin mənfəət bəyannaməsi Vergi Orqanı tərəfindən təsdiq edilərək, Satınalan təşkilata göndərilmiş, həmçinin məktubda qeyd olunan mallar üzrə qiymət formalaşdırılması kalkulyasiyasını (maya dəyəri və şirkətin əlavə gəlirinin (marjasının) tam ətraflı açıqlamasını), cəmi öhdəliklərin, habelə yaranmış öhdəliyin müqavilə dəyəri, müqavilə üzrə müvafiq müddətə yaranmış borcun təsdiqedici sənədlər əlavə edilmişdir. MMC tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin “Mətbəə, çap məhsulları, atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı malların satın alınması” məqsədi ilə keçirilən açıq tender barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət X12 09 saylı, xx.xx.2025-ci tarixli təhcizatçının açıq tenderdən kənarlaşdırılması ilə bağlı Şikayət ünvanlanmış, Şikayətin təmin edilməsi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununu və digər normativ hüquqi aktları rəhbər tutaraq, Sizdən Satınalan təkilar tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müsabiqədən kənarlaşdırılması barədə qərarının ləğv edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Mətbəə, çap məhsulları, atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı malların” açıq tender metodu ilə satın alınması üçün iştirakının bərpa edilməsi xahiş olunmuşdur. Bununla bağlı xx.xx.2025-ci il tarixli, 3-54/2-6720/2025- ci il tarixli müraciətə baxılmasına dair məktubda bildirilir ki, portaldan əldə edilən məlumatlara əsasən MMC-nin təqdim etdiyi maliyyə hesabatı ilə mənfəət vergisi bəyannaməsində qeyd olunan göstəricilər arasında uyğunsuzluqlar aşkar edilməsi səbəbindən kənarlaşdırılma əsassız hesab edilmişdir. Buna baxmayaraq MMC-nin təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olması barədə satınalma komissiyasının portalın “Suallar və Cavablar/Şikayətlər” bölməsi vasitəsilə ünvanlanan sorğusuna cavab olaraq satınalma müqaviləsinin icrasına əsaslı şübhələri aradan qaldıran qiymət təklifinin formalaşdırılmasına dair izahat və məlumatların satınalan təşkilata təqdim olunmadığı və qeyd olunan səbəbdən əsaslı olaraq kənarlaşdırıldığı müəyyən edilmişdir. Müraciətlə əlaqədar qəbul edilmiş bu qərarla razılaşılmadığı halda “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququ izah edilmişdir. MMC-nin təqdim etdiyi maliyyə hesabatı ilə mənfəət vergisi bəyannaməsində qeyd olunan göstəricilər arasında uyğunsuzluqlar aşkar edilməsi səbəbindən kənarlaşdırılma barədə xüsusi olaraq: məktubda vurğulanır ki, əsas şərtlər toplusunda uyğunluq göstəricilərinin qiymətləndirilməsinin 3-cü hissəsinin xüsusi tələblər bölməsinin “Satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması” meyarı üzrə tələb olunan son maliyyə ili üzrə maliyyə hesabatı ilə təqdim edilmiş 2024-cü il üzrə mənfəət vergisinin bəyannaməsi arasında fərqlər aşkar edilmişdir. Maliyyə imkanlarının qiymətləndirilməsi üçün “mütləq likvidlik əmsalının” hesablanması zamanı “Maliyyə vəziyyəti haqqında hesabat”ının kapital və öhdəliklər bölməsinin 5-ci sütununda “cəmi öhdəliklər” 2 975 253,02 manat qeyd edilməsinə baxmayaraq, “Mənfəət vergisinin bəyannaməsinin” Əlavə № 1-nin 2-ci bölməsinin 2.2-ci sətrinin “Cəmi öhdəliklər” göstəricisinin hesabat dövrünün sonuna məbləğ 4 357 529,07 manat qeyd olunmaqla uyğunzuluq təşkil etmişdir. Əslində burada uyğunsuzluq mövcud deyildir. Belə ki, yaranmış fərq mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 2.2.1.2-ci “Alınmış avanslar” sətrində qeyd olunmuş 1318680,76 manat məbləğdir. Həmin məbləğ 2024-cü ilin dekabr ayında avans olaraq daxil olmuş və ilin axırına qalıq olaraq qalmışdır. Həmin 1318680,76 manat məbləğ 1 nömrəli əlavədə toplanaraq “Cəmi öhdəliklər” sətrində cəmlənmişdir. Beləliklə həmin hissədə uyğunsuzluq aşkar edilməmişdir. Bundan əlavə məktubda qeyd edilmişdir ki, əsas şərtlər toplusunda uyğunluq göstəricilərinin qiymətləndirilməsinin 3-cü hissəsinin xüsusi tələblər bölməsinin “Maliyyə imkanlarının qiymətləndirilməsi” üçün “mütləq likvidlik əmsalının” hesablanması zamanı “Maliyyə vəziyyəti haqqında hesabaf’ının Aktivlər bölməsinin 4-ci sütununda “pul vəsaitləri və onların ekvivalentləri” 744 308,82 manat qeyd edilməsinə baxmayaraq, “Mənfəət vergisinin bəyannaməsinin” Əlavə №1nin 2-ci bölməsinin 1.5-ci sətrinin “Pul vəsaitləri” göstəricisinin hesabat dövrünün sonuna məbləğ 827 677,66 manat qeyd olunmaqla uyğunzuluq təşkil etmişdir. 2-ci suala cavab olaraq bildiririk ki, Kapital Bank ASC-nin MMC-yə ünvanladığı 16.01,2025-ci il tarixli, 16198 saylı məktubundan görünür ki, xx.xx.2024-01.01,2025-ci il dövrü üçün bankda olan hesablar üzrə dövriyyə və son qalıq məlumata əsasən 744308,82 manat qalıq olmuş və həmin məbləğdə Sizə göndərilmiş cədvəldə öz əksini tapmışdır. Arada olan fərq isə ƏDV depozit hesabda olan 83 322,95 manat və kassa hesabında olan 45,89 manat qalıqdan ibarətdir. ƏDV depozit hesabda olan 83 322,95 manat ƏDV bəbləği olduğundan Sizə göndərilmiş cədvəldə qeyd edilməmişdir. Beləliklə, qeyd olunan halın da uyğunzuluq olmadığı müəyyən edilmişdir. Son olaraq, məktubda qeyd olunmuşdur ki, əsas şərtlər toplusunda uyğunluq göstəricilərinin qiymətləndirilməsinin 3-cü hissəsinin xüsusi tələblər bölməsinin “Satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması meyar”ının “Yığılmış zərərin həcmi göstəricisi” üzrə “Maliyyə vəziyyəti haqqında hesabaf’ının “Kapital və öhdəliklər bölmə”sinin “Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” 5-ci sütunda 3271099,94 manat qeyd olunmasına baxmayaraq, "Mənfəət vergisinin bəyannamə”sinin Əlavə №1-nin 2-ci bölməsinin 2.1.2-ci sətrində "Hesabat dövrünün xalis mənfəəti” göstəricisi hesabat dövrünün sonuna sütunu üzrə məbləğ 267 861,85 manat və 2.1.3-cü sətrində “Əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət” göstəricisi hesabat dövrünün sonuna sütunu üzrə məbləğ 2 878 462,17 manat cəmi məbləğ 3 146 324,02 manat olmaqla uyğunzuluq təşkil etmişdir. Bununla bağlı qeyd edirik ki, Vergi Orqanının kameral vergi yoxlaması ilə bağlı daxil olmuş məktubunda qeyd olunan uyğunsuzluqlar düzəldilərək dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi Vergi Orqanına təqdim olunmuş və həmin dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi Vergi Orqanı tərəfindən qəbul olunmuşdur. Müraciətimizə əsasən həmin mənfəət bəyannaməsi Vergi Orqanı tərəfindən təsdiq edilərək Satınalan təşkilata göndərilmişdir. İnzibati icraat haqqında Qanuna görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Dövlət satınalmaları haqqında Qanunun 4-cü maddəsinə əsasən Dövlət satınalmaları, maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi; satınalmaların şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik əsasında həyata keçirilməsi; bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalmaların bərabərlik əsasında həyata keçirilməsi - prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 6-cı maddəsinə görə Satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri bu maddədə göstərilən meyarlara uyğun gəlməlidir. Hazırda qalib edilməyə çalışılan "xxxx" QSC bu tələblərə cavab verməyən yeganə şirkətdir. Beləliklə yuxarıda şadlananlardan savayı qeyd edə bilərik ki, mühasibat uçotu subyektləri Beynəlxalq Standartlara uyğun tərtib olunan avtomatlaşdırılmış proqramlar əsasında mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək hüququna malikdirlər. Nə Mühasibat uçotu haqqında haqqında Qanunda, nə də X1 X5 X3, nə də ki, Kiçik və X9 üçün X1 X5 X3 Maliyyə hesabatlarının (Maliyyə vəziyyəti haqqında hesabat, Məcmu mənfəət və zərər haqqında hesabat, Kapitalda dəyişikliklər haqqında hesabat, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat) tərtibinin məcburiliyi barədə həm Qanunda, həm də mərkəzi icra hakimiyyəti orqanlarının qərarlarında göstəriş yoxdur. X13 birmənalı olaraq hüququdur. Lakin, Satınalan təşkilat MMC-ni tenderdən kənarlaşdırarkən bunu imperativ (məcburedici) göstəriş kimi qəbul etmişdir. Digər tərəfdən onu da diqqətinizə çatdırmaq istəyirik ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən sonra (Bakı şəhəri, 14 iyul 2023-cü il № 988-VİQ - Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir) iştirak etdiyimiz, hansı ki, hər biri ayrılıqda ehtimal olunan qiymət təklifi 1 000000 (bir milyon) manatdan çox olan aksept edilən bir sıra tenderlərdə Mənfəət bəyannaməsi tələb edilməmişdir. Ümumiyyətlə hesab edirik ki, belə formal tələblər ilə təhcizatçıların tenderdən kənarlaşdırılması Qanunun əsas prinsiplərinə ziddir. MMC-nin qeyd olunan əsaslar ilə tenderdən kənarlaşdırılması dövlət satınalmaları, maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi; satınalmaların şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik əsasında həyata keçirilməsi; bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalmaların bərabərlik əsasında həyata keçirilməsi prinsipləri ilə ziddiyyət təşkil edir, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağan edən tələblərin pozulması ilə nəticələnir. Məlum olduğu kimi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarına dövlət nəzarətini və tənzimlənməsini həyata keçirən qurumdur. Xidmətin Əsasnaməsinin 3.0.29-cu bəndinə əsasən dövlət satınalmaları zamanı antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət etmək, bütün malgöndərənlərin satınalmalarda iştirakı üçün bərabər rəqabət mühitinin yaradılması məqsədilə tədbirlər görmək; 3.0.30-cu bəndinə əsasən dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üçün tədbirlər görmək; 3.0.31-ci bəndinə əsasən dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) müsabiqə və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan digər əsaslarla satın alınmasının qanuniliyinə və satınalma müqavilələrinin icrasına nəzarət etmək, mübahisəli məsələləri araşdırmaq, bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların tələblərinin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurunu dayandırmaq və satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırmaq Xidmətin vəzifəsidir. Satınlan təşkilatın bu formal tələbə görə MMC-ni tenderdən kənarlaşdırması qanunsuz və əsassızdır. Belə ki, Mühasibat uçotu haqqında haqqında Qanuna görə Bu qanun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını tənzimləyir. X1 Standartları dedikdə, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş X8 Standartları, X1 Standartları və bu standartlar üzrə həmin beynəlxalq təşkilatın şərhləri başa düşülür. Kiçik və X9 üçün X1 Standartları dedikdə isə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş kiçik və X9 üçün nəzərdə tutulan beynəlxalq standartlar başa düşülür. Bu halda iri və X9 mühasibat uçotunu Kiçik və X9 üçün X1 Standartlarına əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparırlar, və ya öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını X1 Standartlarına uyğun şəkildə tərtib etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının “30” yanvar 2017-ci il tarixli Q-01 №li Qərarı ilə təsdiq edilmiş X1 X5 X4 1.2-ci bəndinə görə Mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri Beynəlxalq Standartlar əsasında maliyyə hesabatlarını tərtib etdikdə bu Qaydalar onlara şamil edilir. Mühasibat uçotu subyektləri Beynəlxalq Standartlara uyğun tərtib olunan avtomatlaşdırılmış proqramlar əsasında mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “09” dekabr 2019-cu il tarixli Q-15 №li Qərarı ilə təsdiq edilmiş Kiçik və X9 üçün X1 X5 uçotunun aparılması Qaydalarına əsasən Mühasibat uçotu subyektləri KOS üçün MHBS-a uyğun tərtib olunan avtomatlaşdırılmış proqramlar əsasında mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək hüququna malikdirlər. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən sonra (Bakı şəhəri, 14 iyul 2023-cü il № 988-VİQ - Bu Qanun 2024- cü il yanvarın 1dən qüvvəyə minir) iştirak etdiyimiz, hansı ki, hər biri ayrılıqda ehtimal olunan qiymət təklifi 1 000 000 (bir milyon) manatdan çox olan aksept edilən bir sıra tenderlərdə Maliyyə hesabatları tələb edilməmişdir. Ümumiyyətlə hesab edirik ki, belə formal tələblər ilə təhcizatçıların tenderdən kənarlaşdırılması Qanunun əsas prinsiplərinə ziddir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qeyd olunan əsaslar ilə tenderdən kənarlaşdırılması dövlət satınalmaları, maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi; satınalmaların şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik əsasında həyata keçirilməsi; bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalmaların bərabərlik əsasında həyata keçirilməsi prinsipləri ilə ziddiyyət təşkil edir, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağan edən tələblərin pozulması ilə nəticələnir. Onu da vurğulayırıq ki, belə qanun pozuntuları ilə reallaşan tenderlər, ölkənin iqtisadi mühitinə zərbə vurur, sahibkarların və hüquqi şəxslərin şəffaflığa, qərəzsizliyə dair gözləntilərini puç edir. Yeni Qanunun tətbiqi və təkmilləşdirilməsi dövründə dövlət qurumlarının köhnə üsullar ilə tenderdə hər hansı təhcizatçını qalib etməyə səy göstərməsi isə yolverilməzdir. Nəzərinizə çatdırırıq ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti daima haqqın, ədalətin və qərəzsizliyin tərəfində olmuş və sadalanan prinsiblərin rəhbər tutulması üçün haqlı mübarizəsini aparmışdır. Bu şikayətin də ümdə məqsədi müraciətə baxan orqan tərəfindən haqqın, ədalətin və qərəzsizliyin bərpa edilməsi üçün addımların atılmasına dəstək olmaqdan ibarətdir. Qiymət təklifinin formalaşdırılmasına dair izahat və məlumatların satınalan təşkilata təqdim olunmaması barədə: İdarə MMC-yə “uyğunsuzluqların aradan qaldırılmasını və natamam sənədlərin təqdim edilməsi" barədə MMC-yə sorğu ünvanlayaraq, MMC-nin qiymət təklifinin ehtimal olunan qiymətlə müqayisədə 20% və daha aşağı olduğunu müəyyən etmiş, həmçinin uyğunsuzluqların aradan qaldırılmasını və natamam sənədlərin təqdim edilməsini, o cümlədən, Mallar üzrə qiymət formalaşdırılması üzrə kalkulyasiyasını(maya dəyəri və şirkətin əlavə gəlirinin (marjasının) tam ətraflı açıqlamasını), Son maliyyə ili üzrə maliyyə hesabatı ilə təqdim edilmiş 2024-cü il üzrə mənfəət vergisinin bəyannaməsi arasındakı uyğunsuzluğun aradan qaldırılması və cəmi öhdəliklərin, habelə yaranmış öhdəliyin müqavilə dəyəri, müqavilə üzrə müvafiq müddətə yaranmış borcun təsdiqedici sənədləri (müqavilə, üzləşmə aktı və s.) təqdim edilməsini xahiş etmişdir. Bildirilmişdir ki, “MMC-nin qiymət təklifinin ehtimal olunan qiymətlə müqayisədə 20% və daha aşağı olması ilə bağlı MMC 26 sentyabr 1995-ci il tarixdə təsis edilmiş, fəaliyyət göstərdiyi dövrdə müəssisəmiz dövlətimizin milli- mənəvi dəyərlərinin yaşadılmasına, təhsilin inkişafına xidmət edən çoxlu sayda kitablar, dərsliklər, monoqrafiyalar, elmi əsərlər hazırlayaraq çap etmişdir. Elan olunan tenderinin 95%-i mətbəə məhsullarının satın alınmasını əhatə edir. Bu istiqamətdə təqdim olunan işlər artıq 17 ildir ki, şirkətimiz tərəfindən yüksək keyfiyyət və uyğun qiymətlə yerinə yetirilərək dövlət qurumlarına təhvil verilir. Uzunillik təcrübəmizə əsaslanaraq tam əminliklə bildiririk ki, tenderdə nəzərdə tutulan məhsulların yüksək keyfiyyətlə və vaxtında təhvil verilməsini təmin edə bilərik”. Bundan əlavə MMC keçirilmiş satınalmalar üzrə ehtimal olunan qiymətin müəyyənləşdirilməsi üçün bazar qiymətləri bağlı sorğuların cavablandırılmasında da iştirak etməmişdir. Bu məbləğ reallığı əks etdirmir və şübhə doğurur ki, bu qiyməti təqdim edən təşkilatın sahə üzrə istehsalat və peşəkar təcrübəsi yoxdur. Belə ki, tərəfimizdən təqdim olunan qiymət təklifi 22% mənfəətlə hesablanmış və bu kalkulyasiya rəsmi sənədlərdə öz əksini tapmışdır. Son olaraq məktubda qeyd olunan mallar üzrə qiymət formalaşdırılması kalkulyasiyasını (maya dəyəri və şirkətin əlavə gəlirinin (marjasının) tam ətraflı açıqlamasını), cəmi öhdəliklərin, habelə yaranmış öhdəliyin müqavilə dəyəri, müqavilə üzrə müvafiq müddətə yaranmış borcun təsdiqedici sənədləri 50 saylı, xx.xx.2025-ci il tarixli məktubun qoşmasında Satınalan təşkilata təqdim edilmişdir. Beləliklə, sadalananları ümumiləşdirib qeyd edirik ki, xx.xx.2025-ci il tarixli, 3-54/2- 6720/2025-ci il tarixli müraciətə baxılmasına dair Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarət Agentliyin məktubunda açıq aşkar vurğulanır ki, Portaldan əldə edilən məlumatlara əsasən MMC-nin təqdim etdiyi maliyyə hesabatı ilə mənfəət vergisi bəyannaməsində qeyd olunan göstəricilər arasında uyğunsuzluqlar aşkar edilməsi səbəbindən kənarlaşdırılma əsassız hesab edilmişdir. Bu hissədə həm qanunun tələbi, həm də nəzarət orqanının etirafedici cavabı kənarlaşdırmanın bu hissədə əsassız olduğuna dəlalət edir. Hesab edirik ki, mübahisələndirilən hissədə qanunun mövqeyi iddiaçının tələbini dəstəkləyir. MMC-nin təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olması barədə satınalma komissiyasının portalın “Suallar və Cavablar/Şikayətlər” bölməsi vasitəsilə ünvanlanan sorğusuna cavab olaraq satınalma müqaviləsinin icrasına əsaslı şübhələri aradan qaldıran qiymət təklifinin formalaşdırılmasına dair izahat və məlumatların satınalan təşkilata təqdim olunmadığı və qeyd olunan səbəbdən əsaslı olaraq kənarlaşdırıldığı müəyyən edilməsi ilə bağlı təkrar vurğulayırıq ki, 50 saylı, xx.xx.2025-ci il tarixli məktubun qoşmasına əlavə edilməklə Satınalan təşkilata 108979 saylı müsabiqə üçün qiymət kalkulasiyası, Kalkulasiya cədvəli, Üzləşmə aktları və s. sənədlər göndərilmiş, ətraflı şəkildə izah verilmişdir.

8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı məhkəmədən qabaq Agentliyə iddia predmeti ilə bağlı Azərbaycan Respublikasının Kiçik və X15 Agentliyinə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə xx.xx.2025-ci il tarixli 62 nömrəli və xx.xx.2025-ci il tarixli 69 nömrəli məktublarla (daxilolma qeydiyyatı: xx.xx.2025-ci il tarixli, 3-54/1-15438/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3- 54/1- 14231/2025 nömrəli) müraciət etmişdir. Agentlik tərəfindən aparılan araşdırma zamanı X7 internet portalından (bundan sonra - portal) əldə edilən məlumatlara əsasən iddiaçı tərəfindən təqdim edilmiş maliyyə hesabatı ilə mənfəət vergisi bəyannaməsində qeyd olunan göstəricilər arasında uyğunsuzluqlar aşkar edilməsi səbəbindən kənarlaşdırıldığı müəyyən edilmiş, lakin bu hal Agentlik tərəfindən əsassız hesab edilmişdir. Buna baxmayaraq iddiaçının təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olması barədə satınalma komissiyasının portalın “Suallar və Cavablar/Şikayətlər” bölməsi vasitəsilə ünvanlanan sorğusuna cavab olaraq satınalma müqaviləsinin icrasına əsaslı şübhələri aradan qaldıran qiymət təklifinin formalaşdırılmasına dair izahat və məlumatların satınalan təşkilata təqdim olunmadığı və qeyd olunan səbəbdən iddiaçının kənarlaşdırılması haqlı hal kimi hesab edilmişdir. Bununla əlaqədar, Agentlik tərəfindən aparılan araşdırma zamanı iddiaçının təklifinin qiymətinin ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olduğu və buna görə satınalan təşkilat tərəfindən qiymət təklifinin formalaşdırılmasına dair izahat və məlumatların təqdim edilməsi ilə bağlı X7 internet portalı (bundan sonra - Portal) vasitəsilə iddiaçıya sorğu ünvanlandığı müəyyən edilmişdir. Portalın “Suallar və Cavablar/Şikayətlər” bölməsi vasitəsilə satınalan təşkilat tərəfindən iddiaçıya ünvanlanan sorğuya cavab verilmədiyi üçün bu hal satınalma müqaviləsinin icrasına əsaslı şübhələr yaratmış və buna görə də "xxxx" MMC satınalmadan kənarlaşdırılmışdır. Bildiririk ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 19.3-cü maddəsinə əsasən satınalan təşkilat ehtimal olunan qiyməti təkliflərin qiymətləndirilməsi üçün istifadə edir. Göründüyü kimi, iddiaçı tərəfindən satınalan təşkilatın sorğusuna cavab verilməmişdir. Buna görə də satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldığı üçün iddiaçının müsabiqədən kənarlaşdırılmasına Agentlik tərəfindən etiraz edilməmişdir.

9. Üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə uyğun formalaşdırılmış satınalma komissiyası tərəfindən həmin qanunun 34.3.3 və 35.1.8-ci maddələrinə əsasən təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olduğu üçün, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr yaratdığı üçün kənarlaşdırılmışdır. Belə ki, portal üzərindən satınalan təşkilat tərəfindən xx.xx.2025-ci il tarixli sorğu ilə Şərtlər toplusunda Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununa, “Mühasibat uçotu haqqında” Qanununa və Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq tələb olunan maliyyə imkanlarının qiymətləndirilməsi istiqamətində təchizatçı tərəfindən təqdim edilmiş sənədlərdəki (vergi və maliyyə hesabatları daxil olmaqla) fərq, uyğunsuzluq, müqavilə üzrə borcun təsdiqedici sənədləri, eləcə də malların kalkulyasiyasının təqdim edilməsi üzrə müraciət edilmişdir. Təqdim olunan cavab sorğu üzrə bildirilən qeydləri əhatə etmədiyindən, verilmiş qiymət təklifi əsaslı şübhə yaratmışdır. Azərbaycan Respublikasının “Dövlət satınalamaları haqqında” Qanununun 10.4- cü maddəsinə əsasən, uyğunluq göstəricilərinə cavab verməyən və (və ya) təklifləri uyğun olmayan təchizatçının belə tələblərə uyğunlaşdırılması məqsədilə uyğunluğa dair sənədlər toplusunda və ya şərtlər toplusunda hər hansı dəyişiklik edilməsinə, habelə bununla bağlı hər hansı sorğuya, təklifə və icazəyə yol verilmir. 21,06.2025-ci il tarixli məktubla elektron portal üzərindən "xxxx" MMC qeyd olunanlar barəsində məlumatlandırılmışdır. Yuxarıda göstərilmiş əsasla tərtib edilmiş protokol Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 22 iyul 2025-ci il № AİBNDA/SQ- 6165/2025 saylı Qərarla təsdiq edildikdən sonra qalib təchizatçı ilə qanunvericiliyə uyğun olaraq müvafiq qaydada müqavilə bağlanılmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi öz Əsasnaməsinin 2.1.1- ci bəndinə uyğun olaraq, ayrılmış büdcə vəsaiti çərçivəsində Nazirliyin Aparatının, strukturuna daxil olan qurumların, həmin qurumların yerli bölmələrinin, eləcə də onların strukturlarına daxil olmayan tabeliyindəki qurumların mal, iş və xidmətlərinin, o cümlədən binalarının tikintisi, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi, buraxılış-sazlaması, eləcə də maddi-texniki təchizatı işlərinin satın alınması sahələrində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sifarişçi (satınalan təşkilat) səlahiyyətlərini həyata keçirir. Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanunun 19.4 və 19.5-ci maddələrinə əsasən, cari il üçün nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi həmin büdcə ili ərzində mümkün olmadıqda, belə xərclərin maliyyələşdirilməsi növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunur. İlin sonuna bütün xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürülür. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.6-cı maddəsinə əsasən, satınalmanın maliyyələşməsinin dayandırılması satınalmanın ləğv edilməsi ilə nəticələnir. “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsərrüfathesabh Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən verilmiş 108979 saylı “Mətbəə, çap məhsulları, atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı malların satın alınması” adlı müsabiqənin predmetinə dövlət büdcəsi hesabına cari il üçün təhsil müəssisələrinin əmr kitabları, sinif jurnalları, davamiyyət və mənimsəmə jurnalları, müxtəlif qeydiyyat kitabları, məşğələ jurnalları, diplom və sertifikatların verilməsinin qeydiyyat kitabı, sanitariya aktları jurnalı, yoluxucu xəstəliklərin qeydiyyat jurnalı, tez xarab olan məhsullara nəzarət jurnalı, müxtəlif növ blanklar, eləcə də bu qəbildən olan digər mallar daxildir. Müsabiqədə icra müddəti tədris prosesinin davamlılığının təmini məqsədi ilə 120 gün müəyyən edilmişdir. Qeyd olunan müddətin ötürülməsi malların gecikdirilməsinə və ya çatdırılmamasına səbəb olur ki, bu da öz növbəsində tədris prosesinin gedişatına əhəmiyyətli dərəcədə zərər vurulması, eləcə də ictimaiyyətin əsaslı narazılığı ilə nəticələnir. Həmçinin, il sonu olduğunu və büdcə vəsaitinin xərclənə bilməməsi halında vahid büdcə hesabına köçürülməli olduğunu nəzərə alsaq, iddianın təmin edilməsi təqdirində eyni predmetlə satınalmanın yenidən keçirilməsi mümkünsüz hesab olunur.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14644/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin AİBNDA/SQ-6165/2025 nömrəli, 22 iyul 2025-ci il tarixli “Təchizatçıların satınalmadan kənarlaşdırılmasına dair satınalma komissiyasının qərarının və yekun protokolunun təsdiq edilməsi barədə” qərarı qismən "xxxx" MMC-yə münasibətdə ləğv edilməsi; ləğv edilmiş qərarın hüquqi nəticələrinin aradan qaldırılması və "xxxx" MMC-nin müsabiqədə iştirak hüququnun bərpa edilməsi barədə qərar qəbul edilmişdir.

11. Cavabdeh və üçüncü şəxslər apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır.

13. Üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olması barədə satınalma komissiyasının portalda “Suallar və Cavablar/Şikayətlər” bölməsi vasitəsilə ünvanlanan sorğusuna cavab olaraq satınalma müqaviləsinin icrasına əsaslı şübhələri aradan qaldıran qiymət təklifinin formalaşdırılmasına dair izahat və məlumatlar natamam təqdim olunmuşdur. Bu səbəbdən iddiaçının kənarlaşdırılması Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təsdiq edilmişdir. İddiaçının təklif qiymətinin ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olduğu və buna görə satınalan təşkilat tərəfindən xx.xx.2025-ci il tarixdə “1) Mallar üzrə qiymət formalaşdırılması üzrə kalkulyasiyasını(maya dəyəri və şirkətin əlavə gəlirinin (marjasının) tam ətraflı açıqlamasını) təqdim edəsiniz. 2) Son maliyyə ili üzrə maliyyə hesabatı ilə təqdim edilmiş 2024-cü il üzrə mənfəət vergisinin bəyannaməsi arasındakı uyğunsuzluğun aradan qaldırılması və cəmi öhdəliklərin, habelə yaranmış öhdəliyin müqavilə dəyəri, müqavilə üzrə müvafiq müddətə yaranmış borcun təsdiqedici sənədlərin təqdim edilməsini təmin edəsiniz (müqavilə, üzləşmə aktı və s.);” məzmununda portal vasitəsilə iddiaçıya sorğu ünvanlanmışdır. Təqdim olunan cavab sorğu üzrə bildirilən qeydləri əhatə etmədiyindən, verilmiş qiymət təklifi əsaslı şübhə yaratmışdır. Azərbaycan Respublikasının “Dövlət satınalamaları haqqında” Qanununun 10.4-cü maddəsinə əsasən, uyğunluq göstəricilərinə cavab verməyən və (və ya) təklifləri uyğun olmayan təchizatçının belə tələblərə uyğunlaşdırılması məqsədilə uyğunluğa dair sənədlər toplusunda və ya şərtlər toplusunda hər hansı dəyişiklik edilməsinə, habelə bununla bağlı hər hansı sorğuya, təklifə və icazəyə yol verilmir. xx.xx.2025-ci il tarixli məktubla elektron portal üzərindən "xxxx" MMC qeyd olunanlar barəsində məlumatlandırılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanunun 19.4 və 19.5-ci maddələrinə əsasən, cari il üçün nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi həmin büdcə ili ərzində mümkün olmadıqda, belə xərclərin maliyyələşdirilməsi növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunur. İlin sonuna bütün xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürülür.

14. Digər üçüncü şəxs "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qanunvericiliyin tələbinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra “Cavabdeh”) satınalan təşkilatın təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında qərarını təsdiq edən orqan qismində çıxış edir (Dövlət satınalmaları haqqında” Qanunun 35.2-ci maddəsi). Yəni, bu məsələdə onun səlahiyyəti satınalan təşkilatın qərar(lar)ının təsdiq olunubolunmamasından ibarətdir. Hətta, Cavabdehin müvafiq qərarı gələcəkdə məhkəmə tərəfindən ləğv olunarsa belə, satınalan təşkilatın bununla bağlı qərar(lar)ı qüvvədə qalır. Hazırki işdən müəyyən olunur ki, iddiaçı "xxxx" MMC (bundan sonra “İddiaçı”), onun satınalmadan kənarlaşdırılması haqqında üçüncü şəxsin - Azərbaycan RespublikasıElm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Tender Komissiyasının xx.xx.2025-ci il tarixli, 3 nömrəli protokolu ilə rəsmiləşdirilmiş qərarını, o cümlədən yekun protokolunu (qərarını) mübahisələndirməmişdir. Başqa sözlə, iddiaçı nəticə etibariləsatınalan təşkilatın xx.xx.2025-ci il tarixli üərarı və yekun protokolu ilə razılaşmışdır. Nəzərə alaq ki, İddiaçı cavabdehin 22 iyul 2025-ci il tarixli qərarı ilə yox, məhz üçüncü şəxsin (satınalan təşkilatın) xx.xx.2025-ci il tarixli iclas protokolu ilə rəsmiləşdirilmiş qərarına əsasən satınalmadan kənarlaşdırılmışdır. Beləliklə, cavabdehin 22 iyul 2025-ci il tarixli AİBNDA/SQ6165/2025 nömrəli qərarının qismən, yəni iddiaçıya münasibətdə mübahisələndirilməsi haqqında iddia tamamilə uğursuz iddiadır. Bundan əlavə, tender proseduru yekunlaşmış, tenderin qalibi elan olunmuş və müəyyən prosedurlar həyata keçirilmişdir. Bu baxımdan iddiaçının müsabiqədə iştirak hüququnun bərpası da artıq mümkün deyil. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq, iddianın mümkünlük şərtlərini yoxlamadan iddianı təmin etmiş, nəticədə prosessual hüquq normasının pozuntusuna yol vermişdir.

c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətlərinə dair yazılı etiraz daxil olmamışdır.

f) Proses iştirakçılarının izahatları

16. Məhkəmədə iştirak edən cavabdeh və 3-cü şəxslərin nümayəndələri apellyasiya şikayətlərinə uyğun izahat verərək, tenderin qalibi olmuş "xxxx" QSC tərəfindən sifarişin tam şəkildə yerinə yetirildiyini və apellyasiya şikayətlərində göstərilmiş halların nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdirlər.

17. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

19. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 33.2. Uyğunluq sənədlərinin və təkliflərin qiymətləndirilməsini asanlaşdırmaq məqsədilə satınalma komissiyası təchizatçıdan təqdim etdiyi uyğunluq sənədlərinə və ya təkliflərə dair izahat tələb edə bilər. Təchizatçı bu cür izahatı 5 (beş) iş günü ərzində satınalan təşkilata təqdim edir. 33.3. Satınalma komissiyası bu Qanunun 33-cü maddəsinin tələblərini nəzərə almaqla, şərtlər toplusunda göstərilmiş tələblərə cavab verən təklifi formal tələblərə uyğun təklif hesab edir. 34.1. Satınalma komissiyası fəaliyyətində müstəqildir, qərarlarını əsaslandırmaqla və bu Qanunu rəhbər tutmaqla sərbəst qəbul edir. 34.2. Satınalma komissiyasının iclaslarında, o cümlədən satınalmanın nəticələri haqqında qərar qəbul olunarkən komissiya üzvlərinin azı dörddə üçü iştirak etməlidir. Komissiyanın qərarları komissiya sədrinin iştirakı ilə sadə səs çoxluğu ilə qəbul edilir. Komissiya üzvlərinin səsvermə zamanı bitərəf qalmasına yol verilmir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledicidir. 34.3. Satınalma komissiyası bu Qanunun tələbləri nəzərə alınmaqla aşağıdakı qərarlardan birini və ya bir neçəsini qəbul edir: 34.3.1. uyğunluğa dair sənədlər toplusunun və (və ya) şərtlər toplusunun təsdiq edilməsi haqqında; 34.3.2. uyğunluğa dair sənədlər toplusuna və (və ya) şərtlər toplusuna (o cümlədən, təkliflərin cəlb edilməsi barədə elanın məzmununa) dəyişiklik edilməsi haqqında; 34.3.3. təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında; 34.3.4. satınalmanın ləğv edilməsi haqqında; 34.3.5. təchizatçılar arasında birinci, ikinci və üçüncü yerlərin müəyyənləşdirilməsi haqqında; 34.3.6. heç bir təklif satınalma predmetinin tam həcmdə icrasını təmin etmədikdə, bu zaman bir neçə təchizatçının hissəvi təkliflərinin cəmi bir təchizatçının təklifindən daha səmərəli və ya qiyməti daha aşağı olarsa, habelə satınalma predmetinin daha yüksək həcmdə icrasını təmin edərsə, satınalma predmetinin iki və ya daha çox təchizatçı arasında bölünməsi haqqında; 34.3.7. təkliflərin qiymətləndirilməsi nəzərdə tutulan müddət ərzində başa çatmadıqda, bu Qanunun 31.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müddətin uzadılması haqqında. 34.4. Qərarlar onların qəbul olunmasında iştirak etmiş satınalma komissiyasının bütün üzvləri tərəfindən həmin gün imzalanır. Satınalma portal vasitəsilə keçirildikdə, qərarlar portalda yerləşdirildiyi andan 1 (bir) iş günü ərzində imzalanır. 34.5. Satınalma komissiyasının qərarları ilə razılaşmayan üzvlər öz xüsusi rəylərini təqdim edərək qərarı imzalayırlar. Xüsusi rəy iki və daha artıq üzvlə birgə və ya fərdi rəylər şəklində tərtib edilə bilər. 34.6. Satınalma komissiyası tərəfindən satınalmanın nəticələri haqqında yekun protokol tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Yekun protokol təsdiq olunması məqsədilə gözləmə müddəti bitdikdən sonra 1 (bir) iş günü ərzində (şikayət olduqda bu Qanunun 37.3-cü maddəsinə uyğun olaraq cavablandırdıqdan sonra 1 (bir) iş günü ərzində) nəzarət orqanına təqdim olunur. 34.7. Nəzarət orqanı yekun protokolu aldıqdan sonra 5 (beş) iş günü ərzində yekun protokolun təsdiq olunub-olunmaması haqqında və ya həmin müddət kifayət etmədikdə yekun protokola baxılma müddətinin 10 (on) iş gününədək uzadılması barədə əsaslandırılmış qərar qəbul edir. Nəzarət orqanı yekun protokolun təsdiq olunubolunmaması haqqında qərarı 1 (bir) iş günü ərzində portalda yerləşdirir. Nəzarət orqanı yekun protokolu aldıqdan sonra 10 (on) iş günü ərzində yekun protokolun təsdiq olunubolunmaması haqqında qərarı qəbul etmədikdə, yekun protokol təsdiq edilmiş hesab olunur və bu barədə məlumat dərhal portalda əks olunur. 34.8. Yalnız yekun protokol təsdiq edildikdən sonra qalib təchizatçıya təklifin akseptinə dair bildiriş göndərilə və (və ya) satınalma müqaviləsi bağlana bilər, habelə çərçivə sazişi tətbiq ediləcəyi halda isə çərçivə sazişi bağlana bilər. 35.1. Satınalma komissiyası təkliflərin qüvvədə olma müddətində aşağıdakı hallarda təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında əsaslandırılmış qərar qəbul edir: 35.1.1. təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədikdə; 35.1.2. uyğunluq sənədlərinin yenidən təqdim edilməsi tələb olunduğu halda, təchizatçı uyğunluq sənədlərini bu Qanunun 23.10-cu maddəsində qeyd olunan müddət ərzində təqdim etmədikdə; 35.1.3. təchizatçı uyğunluq göstəriciləri barədə qeyri-dəqiq və natamam verdiyi məlumatı bu Qanunun 23.11-ci maddəsində qeyd olunan müddət ərzində aradan qaldırmadıqda; 35.1.4. təchizatçı birdən artıq təklif təqdim etdikdə və ya birdən artıq təklifdə iştirak etdikdə; 35.1.5. təchizatçının təqdim etdiyi təklif formal tələblərə uyğun gəlmədikdə; 35.1.6. təchizatçı bu Qanunun 33.7-ci maddəsinə uyğun hər hansı hesab səhvinin düzəldilməsi ilə razılaşmadıqda; 35.1.7. təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətdən yüksək olduqda 35.1.8. təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda; 35.1.9. təklifin akseptinə dair bildirişi almış qalib təchizatçı müəyyən olunmuş müddətdə satınalma müqaviləsini imzalamadıqda və (və ya) icra təminatını təqdim etmədikdə, habelə satınalma müqaviləsi imzalananadək şərtlər toplusunda göstərilmiş hər hansı digər şərtləri yerinə yetirmədikdə; 35.1.10. satınalmanın keçirilməsi zamanı bir neçə təchizatçı arasında həmin satınalma ilə bağlı hər hansı sövdələşmə həyata keçirildikdə (o cümlədən qiymətin qaldırılmasına yönələn sövdələşmə həyata keçirildikdə); 35.1.11. təchizatçı satınalmanın istənilən mərhələsində bu Qanunun tələblərinə zidd hərəkətlərə (hərəkətsizliyə) yol verdikdə, o cümlədən saxta sənəd və (və ya) məlumat təqdim etdikdə; 35.1.12. təchizatçı bu Qanunun 6.1-ci maddəsində qeyd olunan pozuntu hallarına yol verdikdə.

20. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 fevral tarixli 327 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət X6”nə əsasən: 1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət siyasətini və tənzimləməsini, habelə ölkədə dövlət əyar nəzarətini və qiymətli metalların, qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, eləcə də emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 2.1. Agentliyin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət, ölkədə dövlət əyar nəzarəti və qiymətli metalların, qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, habelə emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həmin siyasətin həyata keçirilməsini təmin etmək; 2.1.2. rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət tənzimləməsini həyata keçirmək; 2.1.3. müvafiq sahədə dövlət nəzarətini və əlaqələndirməni həyata keçirmək; 2.1.5. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək; 2.1.6. müvafiq sahənin inkişafı üçün tədbirlər görmək. 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.32. dövlət satınalmaları zamanı rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət etmək, bütün təchizatçıların satınalmalarda iştirakı üçün bərabər rəqabət mühitinin yaradılması məqsədilə tədbirlər görmək; 3.1.33. dövlət satınalmaları zamanı maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş prinsiplər əsasında həyata keçirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üçün tədbirlər görmək; 3.1.34. maliyyə vəsaiti hesabına satınalma predmetinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satın alınmasına və satınalma müqavilələrinin icrasına nəzarət etmək, mübahisəli məsələləri araşdırmaq və nəticəsindən asılı olaraq həmin Qanunda nəzərdə tutulmuş qaydada tədbirlər görmək; 3.1.35. X7 internet portalının operatoru funksiyalarını yerinə yetirmək; 3.1.36. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada satınalan təşkilatın qərarlarını təsdiq etmək;

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1 -ci maddələrinə əsasən)

25. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 18-21-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmalıdır.

26. Belə ki, iddiaçı AİBNDA/SQ-6165/2025 nömrəli, 22 iyul 2025-ci il tarixli “Təchizatçıların satınalmadan kənarlaşdırılmasına dair satınalma komissiyasının qərarının və yekun protokolunun təsdiq edilməsi barədə” qərarın qismən "xxxx" MMCyə münasibətdə qanunsuz hesab edilərək qismən ləğv edilməsi və ləğv edilmiş qərarın hüquqi nəticələrinin aradan qaldırılmasına və iddiaçının müsabiqədə iştirak hüququnun bərpa edilməsini tələb edir.

27. Cavabdeh orqan isə bildirir ki, Agentlik tərəfindən aparılan araşdırma zamanı iddiaçının təklifinin qiymətinin ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olmuş və buna görə satınalan təşkilat tərəfindən qiymət təklifinin formalaşdırılmasına dair izahat və məlumatların təqdim edilməsi ilə bağlı X7 internet portalı vasitəsilə iddiaçıya sorğu ünvanlanmış, lakin, portalın “Suallar və Cavablar/Şikayətlər” bölməsi vasitəsilə satınalan təşkilat tərəfindən iddiaçıya ünvanlanan sorğuya cavab verilmədiyindən satınalma müqaviləsinin icrasında əsaslı şübhələr yaranmış və buna görə də "xxxx" MMC satınalmadan kənarlaşdırılmışdır.

28. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 108979 saylı müsabiqənin qalibi tender komissiyasının xx.xx.2025-ci il tarixli Qərarı (yekun protokol) ilə "xxxx" QSC seçilmişdir. Agentliyin xx.xx.2025-ci il AİBNDA/SQ-6165/2025 nömrəli Qərarı ilə tender komissiyasının həmin qərarı təsdiq edilmişdir. İddiaçının tender təklifinin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olması səbəbindən təklifinin əsaslandırılması üçün satınalma komissiyası tərəfindən portalın “Suallar və Cavablar/Şikayətlər” bölməsində göndərilən sorğulara "xxxx" MMC tərəfindən verilən cavab satınalma müqaviləsinin icrasına əsaslı şübhələri aradan qaldırmadığı üçün tender komissiyası tərəfindən kənarlaşdırılmışdır. Belə ki, X7 internet portalının “Suallar və Cavablar/Şikayətlər” bölməsi vasitəsilə satınalan təşkilat tərəfindən xx.xx.2025-ci il tarixdə mallar üzrə qiymət formalaşdırılması üzrə kalkulyasiyanın (maya dəyəri və şirkətin əlavə gəlirinin (marjasının) tam ətraflı açıqlamasını) təqdim edilməsi tələb edilmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş kalkulyasiya isə natamam olmuş və satın alınması nəzərdə tutulan malların hər biri üzrə ayrılıqda maya dəyəri və şirkətin əlavə gəliri göstərilməmişdir.

29. Belə ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19.3-cü maddəsinə əsasən satınalan təşkilat ehtimal olunan qiyməti təkliflərin qiymətləndirilməsi üçün istifadə edir.

30. Həmin Qanunun 35.1.8-ci maddəsinə əsasən təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında əsaslandırılmış qərar qəbul edir.

31. Kollegiya qeyd edir ki, Agentlik tərəfindən aparılan araşdırma zamanı iddiaçının təklifinin qiymətinin ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olduğundan iddiaçıdan təchizatçı mallar üzrə qiymət formalaşdırılması üzrə kalkulyasiyasını(maya dəyəri və şirkətin əlavə gəlirinin (marjasının)) tam ətraflı açıqlaması tələb edilmiş, lakin, iddiaçıya ünvanlanan sorğuya natamam cavab verildiyi üçün bu hal satınalma müqaviləsinin icrasına əsaslı şübhələr yaratmış və buna görə də "xxxx" MMC satınalmadan kənarlaşdırılmışdır.

32. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.1-ci maddəsinə əsasən müsabiqə keçirilmədən öncə satınalan təşkilat tərəfindən satınalma planı hazırlanmalı və ehtimal olunan qiymət müəyyənləşdirilməlidir. Satınalan təşkilat da qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müsabiqə üzrə ehtimal olunan qiyməti müsabiqə keçirilmədən öncə bazar sorğuları əsasında ehtimal olunan qiyməti 1.807.101,48 manat olaraq müəyyənləşdirmişdir.

33. Bundan sonra müsabiqə keçirilmiş və həmin müsabiqədə iştirak edərək digər iştirakçılarla müqayisədə iddiaçı ən aşağı (826.425,12 manat) tender təklifini təqdim etmişdir.

34. Qanunun 33.8.2-ci maddəsinə əsasən açıq tender, ikimərhələli tender və qapalı tender metodları üzrə – tələblərə uyğun olan ən aşağı qiymət təklifini və ya ən səmərəli təklifi təqdim etmiş təchizatçı qalib seçilməlidir.

35. Lakin, Qanunun 33.11-ci maddəsinə əsasən satınalma komissiyası bu Qanunun 33.8.2-ci maddəsinə əsasən təklifi ən səmərəli təklif kimi qiymətləndirərkən yalnız satınalma predmetinin istismar, texniki xidmət və təmir xərclərini, onların göndərilməsi (görülməsi və ya göstərilməsi) müddətlərini, funksional xüsusiyyətlərini və zəmanət şərtlərini nəzərə alır.

36. Bu baxımdan Qanunun 4.1.1-ci maddəsinə əsasən maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi məqsədilə, habelə malın keyfiyyətini və digər tələblərini, gələcəkdə yararsız mallara görə yenidən tender keçirdərək dövlət büdcəsindən əlavə vəsaitin xərclənməsinin qarşını almaq üçün satınalan təşkilat ehtimal olunan qiymətlə tender təklifi arasında yaranan uyğunsuzluğa görə Qanunun 33.2-ci maddəsinə əsasən iddiaçının tender təklifi ilə əlaqədar X7 internet portalı vasitəsilə “Mallar üzrə qiymət formalaşdırılması üzrə kalkulyasiyasını(maya dəyəri və şirkətin əlavə gəlirinin (marjasının) tam ətraflı açıqlamasını) təqdim edəsiniz” məzmununda izahat tələb etmişdir.

37. İddiaçı isə öz növbəsində satınalan təşkilata xx.xx.2025-ci il tarixli 50 nömrəli məktubla təqdim etdiyi sənədlərə baxılan zaman müəyyən edilmişdir ki, təchizatçı mallar üzrə qiymət formalaşdırılması üzrə kalkulyasiyasını (maya dəyəri və şirkətin əlavə gəlirinin (marjasının)) tam ətraflı açıqlamasını təqdim etməmiş, ümumi formada təqdim etdiyi cədvəllə natamam məlumatlardan istifadə etmişdir.

38. Qanunun 35.1.8-ci maddəsinə əsasən təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda tender təklifi kənarlaşdırılır.

39. Hazırkı iş üzrə isə iddiaçının tender təklifi kənarlaşdırılmadığı təqdirdə digər tender iştirakçılarından daha aşağı təklif verdiyi üçün qalib seçilməli idi. Yuxarıda da göstərildiyi kimi satınalma müqaviləsi iddiaçı ilə bağlandığı təqdirdə müqavilənin icrasına əsaslı şübhələr qaldığı üçün dövlət büdcəsindən səmərəli istifadənin təmin edilməsi məqsədilə iddiaçı qeyd edilən müddəlara əsasən kənarlaşdırılmışdır.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

42. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14644/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv olunmalı, iddia tələbi təmin olunmamalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi və "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14644/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına X11rşı “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin AİBNDA/SQ- 6165/2025 nömrəli, 22 iyul 2025-ci il tarixli “Təchizatçıların satınalmadan kənarlaşdırılmasına dair satınalma komissiyasının qərarının və yekun protokolunun təsdiq edilməsi barədə” qərarın qismən "xxxx" MMC-yə münasibətdə qanunsuz hesab edilərək qismən ləğv edilməsi və ləğv edilmiş qərarın hüquqi nəticələrinin aradan qaldırılmasına və iddiaçının müsabiqədə iştirak hüququnun bərpa edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar