Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-51/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Gürcüstan Respublikasının Tbilisi Humanitar Tədris Universiteti tərəfindən ona verilmiş xx xxxx 2015ci il tarixli, THTU seriyalı 000017 nömrəli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(82)-2680/2019 saylı qərarından cavabdehin nümayəndəsi R.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayəti üzrə iddiaçı tərəfindən verilmiş ərizəyə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gürcüstan Respublikasının Tbilisi Humanitar Tədris Universiteti tərəfindən ona verilmiş xx xxxx 2015-ci il tarixli, THTU seriyalı 000017 nömrəli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2680/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Gürcüstan Respublikasının Tbilisi Humanitar Tədris Universiteti tərəfində İddiaçı verilmiş xx xxxx 2015-ci il tarixli, THTU seriyalı 000017 nömrəli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim R.Daşdəmirov). Həmin qərardan cavabdehin nümayəndəsi R.Hüseynov tərəfindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı «diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi» barədə ərizəsinə (müraciətinə) Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq komissiyasında baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün 30 gün müddət təyin edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə xx.xx.2021-ci il tarixli 1818-14/12 saylı məktub ünvanlayaraq bildirilmişdir ki, ekseprt komissiyası tərəfindən sənədlər yenidən araşdırılmış və iddiaçıya ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətnamələr verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə diplom təsdiqi ilə bağlı ondan müsahibə götürülmüşdür. xx.xx.2020ci il tarixdə Təhsil Nazirliyi tərəfindən şəhadətnamə təsdiq olunmuşdur. Təhsil Nazirliyi ilə aralarında heç bir anlaşılmazlıq qalmamışdır. Bu səbəbdən də iddiaçı iddiadan imtina edir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kоllеgiyаsı işin mаtеriаllаrını yохlаyаrаq, ərizənin təmin edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası iddiaçının tələbinin təmin oluduğunu nəzərə alaraq hesab edir ki, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığından 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2680/2019 saylı qərarı ləğv edilməli, ərizə təmin edilməli,iddiaşının iddiadan imtina edilməsi qəbul edilsin və iş üzrə icraata xitam verilməlidir. Şərh оlunаnlаrı nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsı İnzibati Prоsеssuаl Məcəlləsinin 88-ci mаddəsini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı qərara aldı: İddiaçı tərəfindən tərəfindən verilmiş ərizə təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2680/2019 saylı qərarı ləğv edilsin.İddiaçının iddiadan imtina edilməsi qəbul edilsin və hazırkı iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-51/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-51/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver