Məhkəmə qərarları › İş №2-1(103)-5102/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-5102/2025

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-5102/2025 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7rşı “vakansiyası üzrə növbəti mərhələyə keçirilmə” tələbinə dair iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü, məhkəmə aidiyyəti) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X2 və X6 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7rşı “vakansiyası üzrə növbəti mərhələyə keçirilmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 ##.##.2025-ci il tarixdə elan etdiyi 20419396 ştat kodlu X7 Mərkəzi Mühasibatlıq və Təyinat filialı/Özünüməşğulluğun təşkili şöbəsində "Aparıcı mütəxəssis" vakansiyası üzrə növbəti mərhələyə keçirilməyi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 elan etdiyi vakansiyaya müraciət etmişdir. Vakansiya tələblərində minimum iş stajı 2 il olaraq qeyd edilib, lakin iş stajının hər hansı bir xüsusi sahədə olması tələbi qeyd edilməyib. İddiaçının iş stajı 2 ildən artıqdır. Müraciətinə imtina cavabı gəlib. İmtinanın səbəbi kimi göstərilib ki, iş təcrübəsi vakansiyanın tələblərinə uyğun deyil. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə vəsatət təqdim edərək bildirmişdir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan olsa belə, ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçı ilə ehtimal olunan işəgötürəni arasındakı işə qəbul tələbindən irəli gəlir. Belə ki, mübahisə dövlət qulluğuna qəbulla bağlı deyil və ya xidməti hüquq münasibətlərindən irəli gəlmir. Agentlik inzibati orqan hesab olunsa belə, dövlət orqanı deyil və nəticə etibarilə işə qəbul proseduru “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənmir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-*****/**** nömrəli (sədrlik edən hakim Orxan Həsənov) qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün hesab edilməsi, baxılması üçün yenidən Bakı İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən onun hələ “X7” X3 işə qəbul olunmadığını, yəni Agentliklə heç bir əmək münasibətində olmadığını, sadəcə işə qəbulla bağlı keçirilən müsabiqədə iştirak etmək üçün Agentliyə müraciət etdiyini nəzərə almamışdır. Yəni mübahisələndirilən məsələ Agentliyin publik səlahiyyətləri daxilində olmuşdur. Belə ki, müsabiqə ümumi elan olunmuş və vakansiya şərtlərinə uyğun gələn bütün Azərbaycan Respublikası vətəndaşlarına xitab edilmişdir. Məhkəmə Qərardad qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * saylı Qərarına istinad etmiş, lakin onun tətbiqində səhvə yol vermişdir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Hesab edir ki, Agentlik inzibati funksiyasından irəli gələn səlahiyyətlər əsasında işə qəbulelanı vermişdir. Belə olan halda, işə mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalı idi. Prosessual məsələlər Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*- *(***)-*****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçının hüquqi marağı X7 ##.##.2025-ci il tarixdə elan etdiyi 20419396 ştat kodlu X7 Mərkəzi Mühasibatlıq və Təyinat filialı/Özünüməşğulluğun təşkili şöbəsində "Aparıcı mütəxəssis" vakansiyası üzrə növbəti mərhələyə keçirilməsinə, yəni işə qəbulla bağlı keçirilən müsabiqənin test mərhələsinə buraxılmasına nail olmaqdan ibarətdir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə qərardad qəbul edərkən onun hələ “X7” X3 işə qəbul olunmadığını, yəni Agentliklə heç bir əmək münasibətində olmadığını, sadəcə işə qəbulla bağlı keçirilən müsabiqədə iştirak etmək üçün Agentliyə müraciət etdiyini nəzərə almamışdır. Yəni mübahisələndirilən məsələ Agentliyin publik səlahiyyətləri daxilində olmuşdur. Agentlik inzibati funksiyasından irəli gələn səlahiyyətlər əsasında işə qəbul elanı vermişdir. Belə olan halda, işə mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalı idi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Bunu belə, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmənin müvafiq sorğusuna Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X7 tərəfindən verilən ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, Nazirliyin tabeliyində olan qurumlarda, o cümlədən Agentlikdə işə qəbul prosesi mərkəzləşdirilmiş qaydada əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, şəffaflıq və obyektivlik prinsipləri əsasında aparılır. İşə qəbul ən uğurlu kadrların seçilməsi məqsədilə müsabiqə əsasında keçirilir. Müsabiqə prosesi test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müsabiqəyə çıxarılmış vakant vəzifələrin tutulması tələblərinə uyğun olan namizədlər test imtahanı mərhələsinə dəvət olunurlar. Namizədlərin uyğunluğu təhsil məlumatları, oxşar və ya müvafiq sahədə iş təcrübəsi üzrə müəyyən edilir. Test imtahanında uğur qazanmış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ əldə edirlər. Bu mərhələdə namizədlərin yuxarıda qeyd olunan məlumatları və nəzərdə tutulan vakansiya üzrə müəyyən olunan səriştələrə uyğunluğu yoxlanılır. Bütün mərhələləri uğurla keçən namizədlərin Agentliyə işə qəbul prosesi aparılır. İddiaçı İddiaçı ## ###### 2025-ci il tarixində X12 və Təyinat filialının Özünüməşğulluğun təşkili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə müraciət etmişdir. Müraciət araşdırılarkən sistem vasitəsilə əldə olunmuş məlumatlara əsasən İddiaçı iş təcrübəsinin iddia etdiyi vəzifənin tələblərinə uyğun gəlmədiyi müəyyən edilmişdir. İmtinanın səbəbləri barədə İddiaçı qeydiyyatdan keçdiyi müvafiq elektron sistem vasitəsilə məlumat verilmişdir. İddiaçı təkrar olaraq # ###### 2026-cı il tarixində Agentliyin tabeliyində X4 Mərkəzinin Təlim-tədris şöbəsinin böyük mütəxəssisi vəzifəsi üzrə müraciət etmişdir. Müraciət araşdırılarkən sistem vasitəsilə əldə olunmuş məlumatlara əsasən İddiaçı müraciəti mərkəzləşdirilmiş qaydada test imtahanında iştirak üçün Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriyaya (bundan sonra – Milli Observatoriya) yönləndirilmişdir. İddiaçının test imtahanı nəticəsi uğursuz olmuş və Milli Observatoriya tərəfindən qeydiyyatdan keçdiyi müvafiq elektron sistemdə əks olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna Dövlət İmtahan Mərkəzi tərəfindən verilən ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## ##### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən Mərkəz ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, həmçinin normativ hüquqi aktlarda müəyyən edilən hallarda, habelə müqavilə əsasında dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. Mərkəzlə adıçəkilən Agentlik arasında işə qəbul olmaq üçün müsabiqənin keçirilməsi, o cümlədən müsabiqə üçün test tapşırıqlarının hazırlanması ilə bağlı heç bir müqavilə bağlanmamış, Mərkəzin nümayəndəsi həmin Agentlikdə vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqə və ya müsahibədə iştirak etməmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli ** nömrəli qərarında qeyd olunmuşdur ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Məhkəmə tərkibinin qənaətinə görə, hazırkı iş üzrə cavabdeh olan inzibati orqanın ümumilikdə hakimiyyət səlahiyyətinə malik olması, publik sferada olan münasibətlərin tərəfi olması və həmin sferada digər şəxslərlə yaranmış mübahisələrin inzibati icraat və ya inzibati məhkəmə icraatı qaydasında qiymətləndirilməsinin mümkün olması şübhə doğurmur. Lakin hazırkı iddiaçı ilə yaranmış mübahisəyə münasibətdə cavabdeh hakimiyyət səlahiyyətinə malik olmamış, hazırkı mübahisə iddiaçı ilə ehtimal olunan işəgötürən arasındakı işə qəbul tələbindən irəli gələn və publik hüquqi münasibətlərinə aid olmayan münasibətdən yaranmışdır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, mübahisə dövlət qulluğuna qəbulla bağlı deyil və ya xidməti hüquq münasibətlərindən irəli gəlmir. Məhkəmə tərkibi vurğulayır ki, hazırkı iddianın inzibati məhkəmə tərəfindən aidiyyətlə bağlı mümkün sayılmaması, müvafiq iddia ilə predmet aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququnu istisna edə bilməz və etməməlidir. Şəxsin dövlət orqanlarının qərar və hərəkətlərindən məhkəmə qaydasında müdafiə hüququ konstitusiyanın qoruma sferasına aiddir və hər bir halda təmin olunur. Lakin bu tələb şəxsin məhkəmə qaydasında müdafiə hüququnun predmet aidiyyəti üzrə səlahiyyətli məhkəmələr tərəfindən təmin edilməsi prinsipini istisna edən hal kimi təfsir edilməməlidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar