Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5107/2025 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “iddiaçının 57 yaşının tamam olduğu ## ######## 2013-cü il tarixindən “X5” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin həmin tarixdə qüvvədə olan redaksiyasının tələbləri əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ## ###### 2021-ci il tarixindən halhazıradək ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya ## ###### 2015-ci ildən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ## ###### 2021-ci il və ## ###### 2023-cü il tarixindən “X5” Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya məbləğinə əlavənin hesablanması və ötən bütün dövr üçün ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini “iddiaçının 57 yaşının tamam olduğu ## ######## 2013-cü il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ## ###### 2021-ci il tarixindən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirmiş, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının 57 yaşının tamam olduğu ## ######## 2013-cü il tarixindən “X5” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin həmin tarixdə qüvvədə olan redaksiyasının tələbləri əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ## ###### 2021-ci il tarixindən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin ## ####### 2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında Azərbaycan Respublikasının “X5” Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan, ## ######## 2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, ## ######## 2019-cu və ## ######## 2021-ci il tarixindən “X5” Qanununun 37.3.1-ci maddəsinə əsasən pensiya məbləğinə əlavənin hesablanması və ötən bütün dövr üçün ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənişlə ödənilməsi məsələsində mübahisə yaranmışdır. ## ###### 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh özünün ## ###### 2024-cü il tarixli, *-**-*/*-Y-******/**** saylı məktubu ilə xahişini yerinə yetirməkdən imtina etmişdir. Iddiaçı natamam orta təhsilini başa vurduqdan sonra Bakı şəhəri Qaradağ rayonunun Əhaliyə Məişət Xidməti Kontorunda bərbər şagirdi işinə qəbul edilmişdir. ## ##### 1973-cü ildə usta bərbər keçirilmiş, ## ###### 1975-ci ildə işdən çıxmış, ## ###### 1975- ## ###### 1977-ci ildə həqiqi hərbi xidmətdə olmuş, ## ###### 1978-ci ildə Bakı şəhəri Qaradağ rayonunun Əhaliyə Məişət Xidməti Kontorunda bərbər peşəsinə işə qəbul edilmiş, ## ######## 1981-ci ildə köçürmə yolu ilə işdən çıxmış, ## ######## 1981-ci ildə köçürmə yolu ilə Bahar kombinatına bərbər peşəsinə işə qəbul edilmiş, ## #### 1989-cu ildə işdən çıxmışdır. ## ##### 1989-cu ildə köçürmə yolu ilə Qaradağ rayonunun Əhaliyə Məişət Xidməti Idarəsində bərbər peşəsinə işə qəbul edilmiş, ## ### 1992-ci ildə işdən çıxmış, ## ### 1992-ci il tarixində Körpü müəssisəsində elektrik vəzifəsinə qəbul edilmiş, ## #### 1994-cü ildə işdən çıxmışdır. ## ##### 1994-cü ildə “xxxx” kiçik müəssisəsinə xəzinədar vəzifəsinə işə qəbul edilmiş, ## #### 1995-ci ildə işdən çıxmışdır. ## #### 1995-ci il tarixində xxxxnın X4 Vaqon Deposunda çilingər vəzifəsinə işə qəbul edilmiş, ## ####### 1995-ci il tarixində refrijerator seksiyasının mexaniki vəzifəsinə keçirilmiş, ## ###### 2002-ci ildə refrijerator seksiyasının rəhbər mexaniki keçirilmiş, ## ###### 2018-ci ildə işdən çıxmışdır. ## ###### 2018-ci il tarixində X1 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə qəbul edilmişdir. ## ######## 2018ci il tarixində işdən çıxmışdır. ## ####### 2018-ci il tarixində xxxx Ekspress MMC-də X1 Xidməti Baxış və Cari Təmir Sexində rəhbər mexanik vəzifəsinə qəbul edilmiş, ## ###### 2019-cu ildə işdən çıxmışdır. ## ###### 2019-cu il tarixində xxxx Ekspress MMC-də X1 Xidməti Baxış və Cari Təmir Sexində refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə qəbul edilmişdir. 25 senyabr 2019-cu il tarixində xxxx Ekspress MMC-də X1 Xidməti Baxış və Cari Təmir Sexində böyük mexanik keçirilmişdir. ## ######## 2021-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir, mexanik vəzifəsinə işə qəbul edilmiş, ## ###### 2023-cü il tarixində işdən çıxmışdır. Iddiaçı əmək fəaliyyəti dövründə 57 yaşının tamam olduğu tarixə kimi 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox güzəştli iş stajı var. 57 yaşının tamam olduğu tarixdə “X5” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyası belə bir hüququ iddiaçıya verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş „ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv brig adalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarım bölməsində qeyd edilmiş refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsi ilə eynilik təşkil edir. Mexaniklər eyni işi yerinə yetirirlər və onların hər biri - istər sadəcə mexanik, istərsə də üzərinə briqadaya rəhbərlik funksiyaları qoyulmuş digər mexanik növbətçilik əsasında seksiyanın xidməti (istismarı) ilə bağlı eyni vəzifə funksiyalarını yerinə yetirirlər. Hər iki mexanik qra fik əsasında (sutkanın saat bölgüsünə əsasən) növbətçi mexanik olur. Iddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı # ###### 2006-cı il tarixədək ümumi iş stajı 29 il 8 ay 9 gün (##.##.1972- ##.##.1975-ci il, ##.##.1978-##.##.1989-cu, ##.##.1989-##.##.1992-ci il, ##.##.1992- ##.##.1994-cü il, ##.##.1995-##.##.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı- ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən “xxxx” QSC-nin iddiaçıya dair ##.##.2024-cü il tarixli **-*/*-Y-****/*-**/**** nömrəli arayışında ##.##.1995- ##.##.2021-ci il tarixləri arasındakı dövrlər ərzində İddiaçı Yeni-Ələt refrijerator vaqon deposunda, X1, “xxxx” MMC-nin X1 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (8 il 2 ay 19 gün (##.##.1995- ##.##.2002-ci il, ##.##.2019- ##.##.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Iddiaçı İddiaçı güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “xxxx” QSC-nin ona dair ##.##.2024-cü il tarixli **-*/*-Y-****/*- **/**** nömrəli arayışında ##.##.1995-##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, X1, “xxxx” MMC-nin X1 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən, iddiaçının güzəştli iş stajının müddəti 12 il 6 aydan az, yəni 8 il 2 ay 19 gün təşkil etmişdir: - ##.##.1995- ##.##.2002-ci il; - ##.##.2019-##.##.2021-ci il tarixləri arasındakı dövrlər (##.##.2024-cü il tarixli **-*/*-Y-****/*-**/**** nömrəli məktuba əsasən). Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin alarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçının ##.##.1995- ##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində “refrijerator seksiyalarının rəhbər mexaniki” vəzifəsi Siyahıda nəzərdə tutulan “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil etmədiyi və bu səbəbdən iddiaçının güzəştli iş stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmədiyi tərəfimizdən sübuta yetirilmiş hesab edilməlidir. Istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınmaqla, iddiaçının iddia tələbinin əsassız və qanunazidd olduğu nəticəsinə gəlmək mümkündür. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi işə baxarkən iş üzrə əhəmiyyətli olan hallarının tam, hərtərəfli və obyektiv araşdırmadığı görünür. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. Bu səbəbdən, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı əsassız və qanunazidd olduğundan qismən təmin edilmiş hissədə ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. IPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “X5” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin ######ın #-dək keçmiş SSRI-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. - 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ##.##.2006-cı il tarixdən qüvvəyə minən “X5” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (##.##.2017-ci il tarixədək qüvvədə olan) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X5” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “X5” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ... 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; ... 4.1.20. Yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin əsaslarından, apellyasiya şikayətinin dəlillərindən, həmçinin məhkəmə araşdırması zamanı verilən izahatlardan aydın göründüyü kimi iddiaçının tələbi ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyinatının aparılmasından ibarətdir. ##.##.2006-cı il tarixdən qüvvəyə minən “X5” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (##.##.2017-ci il tarixədək qüvvədə olan) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı elementlər mövcud olmalıdır: 1) ##.##.2017-ci il tarixədək 57 yaşı tamam olmalı; 2) 57 yaşı tamam olan tarixədək 25 il ümumi iş stajının mövcud olması; 3) Həmin stajın12 il 6 ayını güzəştli peşələrdə iş stajının mövcud olması.
Iddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının mövcud olması işin mübahisələndirilməyən halıdır.
Işdə olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, iddiaçı ##.##.1956-cı il təvəllüdlü olmaqla, iddiaçının ##.##.2013-cü il tarixdə 57 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. HЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı ##.##.1975-ci il tarixdən ##.##.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Iddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçı İddiaçı məxsus əmək kitabçasından görünür ki, o, ##.##.1972-ci ildən ##.##.1975-ci ilədək Bakı şəhəri Qaradağ rayonu ƏMXK-də bərbər vəzifəsində çalışıb, ##.##.1978-ci ildən ##.##.1989-cu ilədək Qaradağ rayonu əhaliyə məişət xidməti kombinatında Ələt qəsəbəsində bərbər vəzifəsinə qəbul edilmiş, ##.##.1989-cu ildən ##.##.1992-ci ilədək Qaradağ rayonu ƏMXII də bərbər işləmiş, ##.##.1992-ci ildən ##.##.1994-cü ilədək Müstəqil k/t körpü müəssisəsində elektrikçi vəzifəsində çalışmış, ##.##.1994-cü ildən ##.##.1995-ci ilədək Intiqm HÇ kiçik müəssisəsində xəzinədar işləmiş, ##.##.1995-ci ildən xxxxnın X4 Vaqon Deposunda çilingər vəzifəsinə qəbul edilmiş, ##.##.1995-ci ildə refrijerator seksiyasının mexaniki vəzifəsinə keçirilmiş ##.##.2002-ci ildə refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsinə keçirilmiş, ##.##.2018-ci ildə əmək müqaviləsinə xitam verilmiş, ##.##.2018-ci ildən ##.##.2018-ci ilədək Şərq vaqon deposu refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsində çalışmış, ##.##.2018-ci ildən ##.##.2021-ci ilədək “xxxx” MMC-də mexanik vəzifəsində çalışmışdır. Iddiaçının əmək kitabçasındakı məlumatlardan və təqdim etdiyi digər sənədlərdən onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Işin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır.
Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin güzəştli stajla bağlı dəlillərini əsassız hesab edir. Cavabdeh inzibati orqan iddiaçının ADY-nin X4 vaqon deposunda ##.##.1995-ci il tarixindən ##.##.2002-ci il tarixinədək, ##.##.2019-cu il tarixindən ##.##.2021-ci il tarixinədək çalışdığı refrijerator seksiyaların mexaniki vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə eynilik təşkil etdiyini mübahisələndirmir. Göründüyü kimi, hazırki mübahisə üzrə iddiaçının 57 yaşı tamam olan tarixə ##.##.2013-cü il tarixədək olan dövr ərzində ##.##.1995-ci il tarixindən ##.##.2002-ci il tarixinədək işlədiyi güzəştli staj hesab edilən vəzifələr mübahisələndirilmir. Belə ki, cavabdeh inzibati orqan mübahisələndirilən dövrlərin iddiaçının ADY-nin X4 və Şərq vaqon depolarında, xxxx MMC-nin X1 işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifələrinin güzəştli siyahıda nəzərdə tutulmaması ilə əlaqələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu imtinası formal xarakter daşıyır. Belə ki, cavabdeh inzibati orqan mübahisələndirilən dövrlərdə iddiaçının işlədiyi vəzifənin refrijerator seksiyaların mexaniki vəzifəsi yox, refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi adlandırılması ilə bağlı olaraq iddiaçının mübahisələndirilən (##.##.1995-##.##.2002-ci il və ##.##.2019-##.##.2021) illərdə işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən siyahıda nəzərdə tutulmadığı və çalışdığı vəzifənin işəgötünənin arayışında istinad olunan Siyahısının nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə aid olmamasını əsas gətirmişdir. Halbuki, “xxxx” QSC-nin ##.##.2024-cü il tarixli **-*/*-Y-****/*-**/**** nömrəli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” Arayışında qeyd olunmuşdur ki, İddiaçı işlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 25 il 10 ay 16 gün təşkil edir, işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. “xxxx” QSC-nin birinci instansiya məhkəməsinə ünvanladığı ##.##.2025-ci il tarixli **-*/*-****/**** saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı ADY-nin X4 və Şərq vaqon depolarında ##.##.2002-ci il tarixindən ##.##.2018-ci il tarixinədək və ##.##.2018-ci il tarixindən ##.##.2019-cu il tarixinədək (ümumilikdə 17 il 7 ay 6 gün olmaqla) işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi üzrə icra etdiyi işlərin əsas xüsusiyyətləri refrijerator seksiyalarına məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarətdir. Əlavə olaraq İddiaçı işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifə təlimatının surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Işəgötürən hüquqi şəxs “xxxx” QSC tərəfindən təqdim edilən vəzifə təlimatından da bəlli olur ki, refrijerator seksiyası mexanikinin vəzifə funksiyası, refrijerator seksiyası rəhbər mexanikinin vəzifə funksiyaları ilə eynilik təşkil edir. Belə ki, rəhbər mexanik vəzifəsi deponun səlahiyyətli nümayəndəsi, refrijerator seksiyalarının istismarına cavabdeh olmaqla və briqadanın rəhbəri sayılmaqla refrijerator seksiyalarına texniki xidmət göstərmək və istismarına dair göstərişləri yerinə yetirmək; Briqadaya rəhbərlik etmək, seksiyalara xidmət vaxtı əmək intizamının yerinə yetirilməsini tələb etmək; Briqada üzvlərinin təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət etmək; Xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasını təmin etmək; Vaqonların düzgün və bərabər istifadəsinə nəzarət etmək; Yüklənmə vaxtı vaqonların işıqlanmasını təmin etmək; Yüklər vaqonlara yükləndikdən sonra, həmin yük üçün zəruri temperaturun müəyyənləşdirilməsini təmin etmək, temperaturuna riayət etməklə daşınmasını və yüklər yolda olduğu müddət ərzində və son təhvil stansiyasına çatdırılanadək yol boyunca nəzarətdə saxlamaq; Mexanikdən avadanlıqların düzgün istifadə olunmasını və saxlanılmasını tələb etmək; Yük boşaldıqdan sonra, vaqonların təmizlənməsini stansiya işçilərindən tələb etmək; Yanacaqdan normaya uyğun istifadəsini və qənaətini təmin etmək; Texniki sənədləri səliqəli saxlamaq, ehtiyyat hissələrin, materialların, yanacağın, yağın və soyuducu qazın istismar olunması hesabatını aparmaq; Refrijerator seksiyasının vaxtında təchizat olunmasını təmin etmək; Vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmin etmək, avadanlıqlar xarab olduqda, rejimi təyin edə bilmədikdə təlimata uyğun ölçü götürmək; Avadanlıqlar saz vəziyyətdə olduqda, rejimi saxlaya bilmədikdə, növbəti stansiyaya teleqramla müraciət etmək, yükün sonra daşınması haqqında xüsusi komissiya tələb etmək, teleqramın surətini dəmir yolunun yük daşıma xidmətinə göndərmək, Əmək və istehsalat intizamı pozulduqda briqada üzvlərinin təhlükəsizliyini təmin etmək və növbə çağırmaq üçün qeydiyyatda olduğu depoya xəbərdarlıq etmək, ehtiyac olduqda mexaniki əvəz etmək ilə əhatələnən işlərdir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir. Göründüyü kimi, ##.##.2013-cü il tarixədək iddiaçının çalışdığı yəni mübahisələndirilən ##.##.1995-ci il tarixindən ##.##.2002-ci il tarixinədək, ##.##.2019-cu il tarixindən ##.##.2021-ci il tarixinədək çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi üzrə vəzifə təlimatı məhz refrijerator seksiyaların mexaniki vəzifəsinin (hansı ki, Siyahıda nəzərdə tutulmuşdur) vəzifə təlimatı ilə uyğunluq təşkil edir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyası *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarında oxşar hüquqi mövqe sərgiləyərək qeyd etmişdir ki: “27. Buna görə də işə baxmış məhkəmə, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə işlədiyi peşəyə görə icra etdiyi funksional vəzifəsinin Siyahıda göstərilən peşələrlə eyniliyini müəyyən etməkdən ötrü "xxxx" QSC-nin **-*/*-****/**** saylı, xx.xx.2024-cü il tarixli arayışını almışdır. Müəyyən edilmişdir ki, iddiaçının ADY-nin X4 və Şərq vaqon depolarında xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2019-cu il tarixdən halhazıradək (ümumilikdə 9 il 1 ay 19 gün olmaqla) işlədiyi refrijerator seksiyaların mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Iddiaçı ADY-nin X4 vaqon deposunda xx.xx.1991- ci il tarixdən xx.xx.1999-cu il tarixədək (8 il 10 gün olmaqla) çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi isə sözügedən qərarın 1-1-ci bəndi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir.
28. Kollegiya qeyd edir ki, qeyd olunanlarla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə araşdırmalaraı zamanı müəyyən edilmişdir ki, “Refrijerator seksiyasının rəhbər mexaniki”, “Refrijerator seksiyasının böyük mexaniki” və “Refrijerator seksiyasının mexaniki” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər üç vəzifənin iş şəraiti eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərə məruz qalırlar.” Məhkəmə kollegiyası eyni zamanda diqqətə çatdırır ki, vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyası *- *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadında qeyd etmişdir ki: “13.Həmçinin məhkəmə kollegiyası iddiaçının işlədiyi refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, xx.xx.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli, xx.xx.2023-cü il tarixli qərarları və *-*(***)-****/**** nömrəli xx.xx.2025-ci il tarixli qərardadındakı formalaşmış məhkəmə təcrübəsinə görə “iddiaçının xx.xx.1992xx.xx.2018-ci illərdə işlədiyi “Refrijerator qatarların (seksiyaların) rəhbər (böyük) mexaniki” vəzifəsi həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, *** №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” * №-li Siyahının XXVIII bölməsinin 23001000—23598 şifrinə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.#.2007-ci il tarixli ** №-li Qərarı ilə təsdiq edilmiş Siyahının “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanan 21.4-cü bölməsində nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri peşəsinə uyğundur”.
14. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.” Beləliklə, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. Iddiaçının 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajının mövcudluğu iş materialları və məhkəmə araşdırmasıyla sübuta yetirilir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının pensiya hüququ 57 yaşı tamam olan tarixdən ##.##.2013-cü ildən yaransa da ##.##.2024-cü ildə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu tarixdən təyin edilməli, lakin “X5” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni ##.##.2021-ci ildən hesablanaraq ödənilməlidir. Belə ki, “X5” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (IPM-14.3), «X5» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (IPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («Inzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli