Məhkəmə qərarları › İş №2-1(103)-5109/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5109/2025

16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5109/2025 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh cavabdeh1 publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyatı” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Fərid İlham oğlu Mədətlinin sədrliyi və məruzəsi ilə, X5 və X6 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyatı və s.” (3-cü şəxs: Üçüncü şəxs) tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ### 2025-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. ## #### 2008-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ##.##.2008-ci ildə verilmiş **/***** saylı arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi 34/75-də 0,03 ha torpaq sahəsi X1 mülkiyyətində verilmişdir.

2. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin # ### 2012-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıların ünvan 2 ünvanında yerləşən müvafiq torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

3. Bakı Apellyasiya Məhkəməsinin # #### 2017-ci il tarixli qəraradadı ilə Üçüncü şəxs apellyasiya şikayəti qismən təmin edilərək, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *in(**)-***/**** saylı iş üzrə # ### 2012-ci il tarixli qərarı ləğv edilmiş və iş üçüncü şəxs Müdafiə Nazirliyinin iştirakı ilə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin *-*(**)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadına əsasən ərizəsi təmin edilmiş, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *in(**)-***/**** saylı iş üzrə # ### 2012-ci il tarixli qərarının icrasına dönüş edilməsi, Daşınmaz əmlakın dövlət reyestrində iddiaçılar X2 və digərlərinin ünvan 2 ünvanında yerləşən müvafiq torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyatının ləğv edilməsi qərara alınmışdır.

5. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə hazırki tələblə müraciət etmiş, lakin sonuncu tərəfindən ##.##.2025-ci il arixli məktibla bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən iddiaçı tərəfindən müvafiq ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı * saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və ##.##.2011-ci il tarixli məktubla torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin *in(**)- ***/**** nömrəli, ##.##.2012-ci il tarixli qərarı ilə müvafiq torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış tərtib edilmişdir. Sonradan sözügedən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas olan müvafiq məhkəmə qərarı ləğv olunmuş, iş üzrə icraat təzələnmiş və daha sonra * saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən iddiaçıların iddiaları geri götürülmüş sayılmış, iş üzrə icraata xitam verilmişdir. Bu səbəbdən * saylı Bakı Ərazi İdarəsi tərəfindən * saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin *in(**)-***/**** saylı, ##.##.2012-ci il tarixli qərarının icrasında dönüş edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(**)-**/**** saylı qərardadı icra edilərək qeyd olunan ünvanda yerləşən əmlak üzərində hüquqlar ləğv edilmişdir. Əlavə olaraq sözgedən torpaq sahəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin *(***)-*****/**** saylı məhkəmə mübahisəsi mövcuddur və qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

6. İddiaçı İddiaçı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyatı” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “ünvan 1 ünvanında sahənin bir hissəsində yerləşən 300 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınmasına dair çıxarış və plan ölçünün verilməsini cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir. O, hesab edir ki, notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi qüvvədə olduğundan, onun mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirilməlidir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.

9. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə).

10. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz imtina məktubunun məzmununa uyğun əsaslandırılmışdır.

11. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi və ünvan 3 ünvanında sahənin bir hissəsində yerləşən 300 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçı İddiaçı adına dövlət qeydiyyatına alınmasına dair çıxarış və plan ölçünün verilməsinin cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

12. Həmin qərardan narazı qalan üçüncü şəxs Üçüncü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı əsassız olduğundan, ləğv olunmalıdır. Qərar qəbul olunarkən məhkəmə tərəfindən Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasinın Qanunu, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2019-cu il tarixli Qərarı, Azərbaycan Respublikasının Prezidentinin ##.##.1999-cu il tarixli *** nömrəli Fərmanının müddəaları nəzərə alınmamışdır. Bakı İnzibati Məhkəməsi qərarını iddiaçıya məxsus olan sənədlərlə əsaslandırmamışdır, qərarda mübahisəli torpaq sahəsinin heç koordinatları da qeyd olunmayaraq, həmin koordinatlar daxilində olan torpaq sahəsinin təyinatını müəyyən etmədən, 8 səhifəlik qərarının 6s əhifəlik əsaslandırma hissəsinin demək olar ki, 5 səhifəsini qanunları sadalamaqla (AR MM (maddələr 567, 646, 648), "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunu (maddə 8), notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin mötəbərliyinə dair Konstitusiya Məhkəməsinin, digər şəxslərin işləri üzrə Ali Məhkəmənin, Avropa Məhkəməsinin Qərarlarına istinad etsə də, məhz iddiaçı İddiaçı iddia tələbinin iddiaçının konkret olaraq hansı sənədlər əsasında təmin edilməsini əsaslandırmamışdır. Halbuki, mübahisə predmetindən də göründüyümüz kimi söhbət torpaq sahəsindən getdiyindən burada ciddi araşdırma aparılmalı idi, bu cür mürəkkəb işdə məhkəmə ümumi sözlərlə, inzibati orqanların ümumi praktikasına istinad etməklə kifayətlənə bilməzdi. Həmin halların hazırkı məhkəmə işində olan iddiaçı ilə səbəb əlaqəsini müəyyən etməklə, hansı sənədin onun xeyrinə olduğunu sadalamaqla maddi hüquq normalar ilə əsaslandırmalı idi. Bakı İnzibati Məhkəməsi onu da nəzərə almamışdır ki, həmin torpaq sahəsi ilə (müxtəlif koordinatları) bağlı hal-hazırda həm birinci və apellyasiya instansiya məhkəmələrində işlərə baxılır və bəzi işlərdə mühəndis-texniki, tikinti-texniki obyektlərinin tədqiqi üzrə ekspertizalar, yerli baxış keçirilmişdir, mütəxəssis rəyləri, ortofotolar alınaraq, hətta ekspertizanın nəticəsi olaraq, ümumiyyətlə, mübahisələndirilən torpaq sahəsi ilə baxılan məhkəmə iş(lər)inə aid olmayan şəxslərin də maraqlarına toxunmuş olduğu müəyyən olunmuşdur. (Məsələn, iddiaçı L.Orucova "arayışın verilməsi" 2-1(103)-6/2025, iddiaçı S.Hüseynova "çıxarışın, texniki pasportun verilməsi" *-*(***)-****/**** nömrəli inzibati işlər). Yuxarıda qeyd olunan işlərdə ekspert nəticəsi olaraq sahənin Dövlət mülkiyyəti torpağı olması göstərilmişdir, vahid elektron kadastr baza məlumatlarına əsasən sənəd üzrə torpaq sahəsi ilə faktiki göstərilən sahə arasında uyğunsuzluğun mövcud olduğu göstərilmişdir. (##.##.2025-ci il tarixli 3-21-3- 30/2-22564/2025), Hazırkı mübahisə 2012-ci ildən məhkəmələrdə baxıldığı və orada çoxsaylı iddiaçıların olduğu nəzərə alınaraq məhkəmə konkret olaraq iddiaçıya aid olan hissədə yerli baxış keçirtməli idi, vahid elektron kadastr baza məlumatlarına əsasən sənəd üzrə torpaq sahəsi ilə faktiki göstərilən sahə arasında uyğunsuzluğun mövcud olubolmamasını müəyyən etməli idi. Hazırkı işdə Bakı İnzibati Məhkəməsi tərəfindən İddiaçı iddia ərizəsində qeyd olunmuş torpaq sahəsinin naturada koordinatların müəyyən edilməsi, alqı-satqı müqaviləsində iddiaçının adına aid olan torpaq sahəsinin koordinatlarının təqdim edilməsi, alqı-satqı müqaviləsi ilə iddiaçının hazırda iddia etdiyi torpaq sahəsinin koordinatları ilə düşüb-düşməməsi (düşmürsə müqayisəli sxem və ortofoto elavə olunmaqla), iddiaçının hazırda iddia etdiyi torpaq sahəsi elektron baza məlumatlarına əsasən kimə (dövlət, hüquqi və ya fiziki şəxs) məxsus olması, mübahisəli torpaq mübahisəli torpaq sahəsinin kateqoriyası və məqsədli təyinatın nədən ibarət olması istiqamətində müvafiq sorğular göndərməli və ya müvafiq tədbirlər görməli idi. Məhkəmə tərəfindən həmin xüsusatların araşdırmaması, prosessual və maddi normaların kobud surətdə pozulması əsassız qərarın çıxarılması ilə nəticələnmişdir. ##.##.2025-ci il tarixdə qərar çıxarılan gün iddiaçının iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəsi qəbul edilərək əvvəlki tələb dəyişdirilsə də, məhkəmə bununla bağlı prosesi təxirə salmamışdır ki, tərəflərə ona dair münasibətin bildirilməsi üçün vaxt verilsin. Bu isə prosessual qanunvericiliyin tələblərinin kobud surətdə pozulması deməkdir, çünki AR İPM-nin 54.2-ci maddəsinə görə: "Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. Məhkəmə iş materiallarından isə görmək olar ki, son məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə nə cavabdehin, nə üçüncü şəxs Azərbaycan Respúblikasının Müdafiə Nazirliyinin münasibəti öyrənmədən ərizənin qəbulurıdan dərhal sonra qərar qəbul etmişdir. Yuxarıda qeyd olunanlardan görmək olar ki, məhkəmə tərəfindən işdə olan sənədlərin araşdırmaması, prosessual və maddi normaların pozulması əsassız qərarın çıxarılması ilə nəticələnmişdir.

Tərəflərin izahatları

14. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da 3cü şəxs qismində məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə üçüncü şəxs Üçüncü şəxs nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

15. İddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

16. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır.

17. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 * saylı Bakı Ərazi İdarəsi sıradan çıxmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 onun hüquq varisi kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli 3-21/3- *-F-***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində xxxx (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Ona görə də həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərir ki, belə olan halda, onların məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Bu hüquq DƏDKR-in özünə məxsusdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müvafiq təşkilati xarakterli tədbirlər çərçivəsində ərazi idarələrinin məsul şəxslərinə sənədlərin, o cümlədən məhkəmə işləri ilə bağlı iddia ərizələrinin, etibarnamələrin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin və digər sənədlərin imzalanması səlahiyyətinin verilməsi barədə DƏDKR-in İdarə Heyətinin sədri tərəfindən müvafiq əmr imzalanmışdır. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Bakı Ərazi İdarəsi onun hüquqi varisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz olunmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı … 10.2.1. Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

23. Hazırki işdə birinci instansiya məhkəməsinin qərarını üçüncü şəxs tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə ona münasibətdə yoxlayır.

24. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.

25. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “ünvan 1 ünvanında sahənin bir hissəsində yerləşən 300 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınmasına dair çıxarış və plan ölçünün verilməsi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

27. ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

28. İş materiallarından görünür ki, ## #### 2008-ci il tarixli, AN-İ № ******* nömrəli alqısatqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ##.##.2008-ci ildə verilmiş **/***** saylı arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi 34/75-də 0,03 ha torpaq sahəsi X1 mülkiyyətində verilmişdir. Həmin müqavilə hal-hazırda qüvvədədir, sənədlər ləğv edilməmiş, eyni zamanda alıcı və satıcı arasında alqı-satqı müqaviləsi etibarsız hesab edilməmişdir. İddiaçı da öz tələbinin əsası kimi daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqaviləyə istinad edir. Beləliklə, iddiaçının torpaq sahəsinə hüququn qeydə alınmasına dair yuxarıda istinad edilən normalardan irəli gələn tələb hüququ vardır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qərarında da oxşar mövqe ifadə olunmuşdur.

30. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətində qeyd etdiyi “birinci instansiya məhkəməsi tərəfindən vahid elektron kadastr baza məlumatlarına əsasən sənəd üzrə torpaq sahəsi ilə faktiki göstərilən sahə arasında uyğunsuzluğun mövcud olubolmamasının müəyyən edilməməsi, torpaq sahəsinin naturada koordinatların müəyyən edilməməsi, iddiaçının hazırda iddia etdiyi torpaq sahəsinin elektron baza məlumatlarına əsasən kimə (dövlət, hüquqi və ya fiziki şəxs) məxsus olmasının və mübahisəli torpaq sahəsinin kateqoriyası və məqsədli təyinatın nədən ibarət olması istiqamətində araşdırılmaması” ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki:

31. cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinin məhkəmə kollegiyasının sorğusuna *-**-*- **/*-*****/**** saylı ## ### 2026-cı il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “göstərilən torpaq sahəsi faktiki olaraq 0.03 ha təşkil edir. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Sözügedən torpaq sahəsi keçmiş hərbi hissənin ərazisi olmuşdur.”

32. Həmin məktuba əlavə edilmiş ## ###### 2026-cı il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi həm hüquqmüəyyənedici sənəd üzrə, həm də faktiki 0.03 ha-dır. Torpaq sahəsinin fiziki sərhədləri yoxdur. Torpaq sahəsi boşdur. MQS-də aşkar edilmişdir. Koordinatlar texniki pasportda göstərilən koordinatlardır. Əvvəllər hərbi hissəsinin ərazisi olmuşdur. Mübahisəlidir. İdarənin elektron baza məlumatlarında araşdırılması məqsədə uygundur.

33. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi məqsədli təyinatına görə yaşayış məntəqəsi torpaqlarıdır və sahəsi faktiki və hüquqmüəyyənedici sənəd üzrə eyni- 0.03 ha-dır. Mübahisəli torpaq sahəsinin müdafiə təyinatlı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmin torpaq sahəsinin Müdafiə Nazirliyinin mülkiyyətində olması ilə bağlı hüquqməyyənedici sənədlər məhkəməyə təqdim olunmamışdır, hətta lazımi qaydada məhkəmə iclasları barədə məlumatlandırılmasına baxmayaraq apellyator məhkəmə kollegiyasınıln iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir.

34. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsasli sayılmalı, şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsinin qərarı üçüncü şəxs Üçüncü şəxs münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Üçüncü şəxs Üçüncü şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ### 2025-ci il tarixli qərarı üçüncü şəxs Üçüncü şəxs münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar