Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-511/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (DSMF PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) “əlilliyin dayandırıldığı tarixdən təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6060/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü qrup əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…İddiaçıya 2015-ci ildə 2-ci qrup əlilliyə görə müavinət təyin edilmişdir. 2021-ci ilin fevral ayınadək 2-ci qrup əlilliyə görə müavinəti almışdır. 2021-ci ilin fevral ayından İddiaçı 2-ci qrup əlilliyə görə verilən müavinətin ödənilməsi heç bir xəbərdarlıq edilmədən dayandırılımış və dayandırılmanın hüquqi əsasları barədə heç bir məlumat verilməmişdir. İddiaçı dəfələrlə cavabdehə müraciət etdikdən sonra, ona 3-cü qrup əlillik təyin olunaraq müavinəti bərpa edilmişdir. O, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə cavabdeh Agentliyə ərizə ilə müraciət edərək, onun 2021- ci ilin fevral ayından 2022-ci ilin aprel ayınadək almadığı müavinətin hesablanaraq ona ödənilməsi xahiş olunsa da, ərizəyə heç bir cavab verilməmişdir. İddiaçı hesab edir ki, heç bir səbəb göstərmədən cavabdeh tərəfindən 2021-ci ilin fevral ayından 2022-ci ilin aprel ayınadək müavinətin dayandırılması tamamilə qanunsuz və əsassızdır…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6060/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı üçüncü qrup əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçı Bakı 27 №-li Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında əlilliyin qiymətləndirilməsi zamanı ona «Göndərişin natamam doldurulması – Səbəb: Əsas diaqnozun ağırlaşmalarını təsdiq edən diaqnostik instrumental müayinələr aparılmayıb» səbəbi ilə imtina verilmişdir. Yəni, həmin vaxt üçün göstərilən səbəbə görə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirmə əyani müayinə aparılaraq göstərilən səbəb aradan qalxdıqdan sonra isə ona Bakı 7 №-li Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci ildən müddətsiz əlillik dərəcəsi verilmişdir. Bu səbəbdən iddiaçının əlilliyinin təyinat tarixinin 1 il 2 ay sonra xx.xx.2021-ci iltarixdən qeydolunması tələbi əsassız və qanunsuzdur. Belə ki, «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanunun 3.3-1ci bəndinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə,şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qeyd olunan norma «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununda dəyişiklik edilməsi barədə AR Qanunu ilə 2 iyul 2021-ci ildə qüvvəyə minmişdir. İddiaçı əlillik vəziyyətinə dair xx.xx.2022-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə verilən əlillik təyinatı barədə qərardan 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, xx.xx.2023-cü ildə, yəni təxminən 7 ay sonra əlillik təyinatından məhkəməyə şikayət etmişdir.» Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuzdur. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyinə,o cümlədən «İnzibati icraat haqqında» Qanunun tələblərinin pozulmadığına baxmayaraq,məhkəmə iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdudur…» Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş tərəflər məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edlməli, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. İş materialları ilə müəyyən olunan hallar ondan ibarətdir ki, iddiaçıya: -6 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının məlumatına əsasən xx.xx.2009-cu il tarixdə “Onurğanın osteoxondrozu. L5-S1 disklərarası səviyyədə onurğa daralması. Qapalı kəllə beyin travması. Baş beyinin silkələnməsi” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş; -27 saylı şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2014-cü il tarixdə “Onurğanın osteoxondrozu. L5-S1 disklərarası səviyyədə onurğa daralması. Qapalı kəllə beyin travması. Baş beyinin silkələnməsi” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş; - 27 saylı şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2015-ci il tarixdə “X serebral araxnoidit. L1-S1 səviyyədə iliyin stenozu. Ensefalopatiya” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş; -xx.xx.2016-cı il tarixdə elektron təyinatla əsasən 1“X serebral araxnoidit. L1-S1 səviyyədə iliyin stenozu. Ensefalopatiya” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş; -xx.xx.2021-cı il tarixdə 5 illik müddət bitdikdən sonra 27 saylı şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2021-ci il tarixdə TSEK tərəfindən aparılmış müayinə zamanı göndərişin natamam doldurulması(səbəb əsas diaqnozun ağırlaşmalarını təsdiq edən diaqnostik instrumental müayinələr aparılmayıb) əlilliyin təyin edilməsindən imtina edilmiş və səbəbi kimi əsas diaqnozun ağırlaşmalarını təsdiq edən diaqnostik instrumental müayinələrin aparılmadığı göstərilmişdir. -Bakı 10 nömrəli şəhər Poliklinikasının sonuncu göndərişinə əsasən xx.xx.2022-cı il tarixdə “Hemiplegiya. Sol və hərəkətlərin məhdudluğu ilə pəncənin parezi. Davamlı kökcük ağrılarla və hərəkətlərin məhdudluğu ilə. Onurğa beyninin digər xəstəlikləri, Diskogen posstravmatik bel-oma radikulopatiyası. L1-S1 səviyyədə spinal kanalın stenozu davamlı kökcük ağrılar və hərəkət məhdudluğu” diaqnozu ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Konkret halda, işin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı sonuncu göndəriş əsasında ona xx.xx.2022-cı il tarixdə təyin olunmuş əlillik təyinatı tarixinin əvvələ çəkilərək əlilliyinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmiş və bunu onunla əsaslandırmışdır ki, poliklinika tərəfindən tərtib edilmiş göndərişin natamam doldurulması nəticəsində əlilliyi xx.xx.2021-ci il tarixdən təyin olunmamışdır. Məhkəmə kollegiyası iddiaçının iddia olunan arqumenti ilə razılaşmayaraq, birincisi onu qeyd edir ki, onun əlilliyi xx.xx.2021-ci il tarixdə daynndırılmamış, həmin tarixdə əvvəlki 5 illik əlillik müddəti bitmişdir. Əlilliyinin davam etmsəi üçün isə ona həmin tarixdə növbəti müayinədən keçməsi tələb olunurdu. İşin qeyd olunan hallarından isə göründüyü kimi, cavabdeh Agentliyin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə aparılmış növbəti müayinə zamanı qəbul etdiyi qərarı ilə tibbi göndərişin natamam doldurulması əsası ilə ona əlillik təyin edilməsindən imtina olunmuşdur. Lakin iddiaçı arzuladığı məqsədinə nail olmaq üçün məcburetmə haqqında iddia vasitəsilə cavabdehin həmin imtinasını mübahisələndirməmiş, əksinə, imtinanın həmin səbəbi ilə razılaşaraq imtinada qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində hərəkətlər etmiş, poliklinika tərəfindən yeni göndərişin doldurulub TSEK-ə göndərilməsi üçün müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş «Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası»nın 1.4-cü bəndi nəzərədə tutur ki, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Həmin Qaydanın 1.5-ci bəndi isə göndərişin verilməsi hallarını nəzərdə tutur. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin Qaydanın 2.8-ci bəndinə əsasən Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun 73.1-ci maddəsi isə nəzərədə tutur ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində verilə bilər, Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin isə 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində,qaldırıla bilər. İşin hallarından isə göründüyü kimi, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən olunan həmin prosessual müddətlər çərçivəsində cavabdeh Agentliyin Tibbi Sosial Ekspert TSEK tərəfindən xx.xx.2021-ci il tarixdə aparılmış növbəti müayinənin nəticələrinə əsasən qəbul etdiyi imtina qərarı mübahisələndirlməmiş, məcburetmə haqqında iddia vasitəsilə arzuladığı qərarın, yəni xx.xx.2021-ci il tarixdən ona əlillik təyin edilməsi barədə qərarın qəbul edilməsi tələbinə dair məcburetmə haqqında iddia qaldırılmamış, 7 aydan da çox müddət keçdikdən sonra yalnız hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, ona xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyinin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Əksinə, belə şərtləri istisna edən faktiki şərtlərin mövcudluğu təsdiqlənir. Birinci instansiya məhkəməsi tğərəfindən isə işdə olan sübutlarla müəyyən olunan hallara maddi və prosessual hüquq normalarının tələbləri qaydasında hüquqi qiymət verilməmiş, iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlinmişdir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6060/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6060/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia rədd edilsin Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-511/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-511/2024
07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver