Məhkəmə qərarları › İş №2-1(103)-5116/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5116/2025

17.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5116/2025 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Qaraşarlı Layla Çingiz qızının katibliyi, cavabdehin nümayəndəsi Allahverdiyev Hüseyn Nazim oğlunun iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh qarşı (üçüncü şəxslər: inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1) "Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) rayonu Zirə qəsəbəsi "Şinçi" b/y-nin 147/148 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin faktiki koordinatlarına uyğunlaşdırılmaqla yeni plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: "Şinçi" bağçılıq cəmiyyətinin ##.##.1988-ci il tarixli qərarı ilə *** nömrəli 0,06 ha bağ sahəsi iddiaçı İddiaçı ayrılmışdır. Daha sonra "Şinçi" bağçılıq cəmiyyətinin ##.##.1994-cü il tarixli qərarı ilə *** nömrəli 0,06 ha bağ sahəsi iddiaçıya ayrılaraq *** nömrəli bağ sahəsi ilə birləşdirilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ##.##.2008-ci ildə iddiaçıya həmin 0,12 ha sahəsi olan ***-*** nömrəli bağ sahəsi üçün "Torpaq sahəsinin planı və ölçüsü" verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2009-cu ildə iddiaçıya həmin 0,12 ha torpaq sahəsi ilə bağlı yeni nümunədə "Torpaq sahəsinin planı və ölçüsü" verilmişdir. Eyni zamanda, ##.##.2009-cu ildə Bakı şəhəri Əzizbəyov rayonu Zirə qəsəbəsi "Şinçi" b/y-nın ***-*** nömrəli bağ sahəsi ünvanında yerləşən həmin 0,12 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bundan sonra ##.##.2009-ci ildə iddiaçı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən göstərilən 0,12 ha bağ sahəsinin 0,06 ha hissəsini X4. Iddiaçı və alıcı X4 tərəfindən bölgü sxemi tərtib edilmişdir. Bölgü sxeminə görə, *** nömrəli sahə alıcının mülkiyyətinə keçmiş, *** nömrəli sahə isə iddiaçının mülkiyyətində qalmışdır. Daha sonra ##.##.2019-ci ildə X4 göstərilən 0,6 ha torpaq sahəsini və həmin sahədə yerləşən evi X1. X1 ##.##.2020-ci ildə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, evi və 0,6 ha torpaq sahəsini inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 satmışdır. Iddiaçı İddiaçı qalan 0,06 ha torpaq sahəsinə onun mülkiyyət hüququ ##.##.2010-cu ildə daşınmaz əmlakın dövlət reyestrndə qeydiyyata alınmış və yeni plan-ölçü sənədi verilmişdir. Iddiaçı faktiki istifadə etdiyi və mülkiyyətində olan bağ sahəsinin döngə nöqtələrinin koordinatları, üçüncü şəxslərin adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış bağ sahəsinin döngə koordinatları ilə üst-üstə düşdüyünü və bağ sahəsinin sənədlərində uyğunsuzluqlar olduğunu əsas gətirərək sənədlərə düzəliş edilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh göstərilən torpaq sahəsinin şimal və cənub qonşusu ilə faktiki vəziyyətə uyğun notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməli olmasına istinad edilməklə iddiaçının müraciətinin təmin edilməsindən ##.##.2023-cü il tarixli məktubla imtina etmişdir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı cavabdeh tərəfindən verilmiş ##.##.2010-cu il tarixli AA****** nömrəli torpaq sahəsinin plan və ölçü sənədində və dövlət reyestrindən çıxarışda olan uyğunsuzluqların aradan qaldırılmaması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və onun mülkiyyətində olan Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) rayonu Zirə qəsəbəsi "Şinçi" b/y-nin 147/148 ünvanında yerləşən bağ sahəsinin (torpaq sahəsinin) koordinatları (plan və ölçüsü) düzgün işlənilməklə ##.##.2010-cu il tarixli planölçü sənədində cari dəyişikliyin edilməsi, yeni plan və ölçü sənədinin və həmin torpaq sahəsinə dair yeni dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının faktiki olaraq istifadə etdiyi və mülkiyyətində olan bağ sahəsinin döngə koordinatları, digər üçüncü şəxslərin adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış bağ sahəsinin döngə koordinatları ilə üst-üstə düşür və bağ sahəsinin sənədlərində uyğunsuzluqlar var. Bu səbəbdən həmin sənədlərdə düzəlişin aparılması zərurəti yaranır. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) rayonu Zirə qəsəbəsi "Şinçi" b/y-nin 147/148 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin faktiki koordinatlarına uyğunlaşdırılmaqla yeni plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) rayonu Zirə qəsəbəsi "Şinçi" b/y-nin 147/148 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin faktiki koordinatlarına uyğunlaşdırılmaqla yeni plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus və onun qonşuluğunda yerləşən torpaq sahələri fərqli torpaq sahələridir, qonşular arasında torpaq sahələrinə dair mübahisə mövcud deyildir, bu faktı hər mülkiyyətçinin adına verilmiş çıxarışlar və plan-ölçü sənədləri təsdiq edir. Lakin cavabdeh tərəfindən iddiaçıya plan və ölçü sənədi verilərkən yanlışlığa yol verilmiş, iddiaçıya məxsus torpaq sahələrinin faktiki koordinatlarına uyğun plan və ölçü sənədi verilməmişdir. Bu uyğunsuzluğun aradan qaldırılması ilə bağlı iddiaçı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciəti əsassız səbəblərlə təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan kimi iddiaçının müraciətindən sonra yol verdiyi yanlışlığı aşkar etməli və aradan qaldırmalı olduğu halda, əksinə, iddiaçının müraciətinin icrasından imtina etmiş, situasiyanı araşdırmamış, ziddiyyətli vəziyyəti həll etməmiş, son nəticədə isə həm iddiaçının, həm də digər şəxslərin mülkiyyət hüququnu pozan vəziyyət yaranmışdır. Halbuki mülkiyyətçiyə çıxarış, o cümlədən sözügedən torpaq sahəsinə plan və ölçü sənədləri eyni qurum, yəni cavabdehin özü tərəfindən verilmişdir. Ziddiyyətli vəziyyəti yaradan da, elə cavabdeh qurumun hərəkətləridir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil etmişdir. TƏRƏFLƏRIN IZAHATLARI: Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərardadına əsasən, iş üzrə cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsi hüquq varisi olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edimişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Allahverdiyev Hüseyn Nazim oğlu Bakı Inzibati Məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Bundan əlavə cavabdehin nümayəndəsi verilmiş sorğuya cavab olaraq bildirmişdir ki, ümumi ərazi daxilində sənəd üzrə sahə ilə faktiki sahə arasında sürüşmə mövcuddur. Bazadakı məlumatlarla faktiki vəziyyət uyğun gəlmir. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 məxsus 003013010154-***** reyestr nömrəli və İddiaçı məxsus ************ reyestr nömrəli, həmçinin ümumi müvafiq bağçılıq-yoldaşlıq təsərrüfatı birliyinin ərazisində olan sürüşməni aradan qaldırmaq üçün inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 məxsus ************ reyestr nömrəli sahənin yerləşmələrinin naturada araşdırılaraq dürüstləşmə aparılması məqsədəuyğundur. Birinci kadastr planı faktiki yerinə görə verilməmişdir. Göstərilən 3 nəfərin texniki sənədlərində yanlışlıqların düzəldilməsi digər qonşuların da sənədlərində dəyişiliklərin edilməsinə zərurət yaratmır. Iddiaçı İddiaçı verilmiş ## ###### 2008-ci il tarixli plan ölçü və ## ####### 2009-ci il tarixli plan-ölçüdə verilmiş koordinatlar ilə üst-üstə düşür. Iddiaçı İddiaçı və X5 tərəfindən imzalanmış ## ###### 2009-cü il tarixli bölgü planındakı sxemi iddiaçının adına verilmiş ## ####### 2009-cu il tarixli plan ölçüdəki koordinatlara və çizgiyə uyğundur. Iddiaçı İddiaçı adına verilmiş ## ###### 2010-cu il tarixli koordinatlar torpaq sahəsinin faktiki vəziyyətinə uyğun deyil. Iddiaçı İddiaçı adına verilmiş ## ###### 2010-cu il tarixli plan ölçüdəki koordinatlar onun qonşuları inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 adına olan plan ölçüdəki koordinatlarla faktiki sürüşmə səbəbindən üst-üstə düşmür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan idiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

"Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu:

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

"Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Iddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona məxsus torpaq sahəsinə aid olan planölçü sənədində yaranmış uyğunsuzluğun aradan qaldırılmasını xahiş etmiş, cavabdeh isə cavabında bildirmişdir ki, göstərilən torpaq sahəsinin şimal və cənub qonşusu ilə faktiki vəziyyətə uyğun notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edildikdən sonra cari düzəliş oluna bilər. Müəyyən olunur ki, iddiaçının qonşusu olan torpaq sahələrinin mülkiyyətçiləri məhz inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1dur. Apellyasiya icraatı zamanı cavabdehə sorğu ünvanlanaraq aşağdakı sualların cavablandırılması xahiş edilmişdir: 1) İddiaçı, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 texniki sənədlərində olan yanlışlıq nədən ibarətdir və bunun səbəbi nədir? 2) Göstərilən üç nəfərin texniki sənədlərində olan yanlışlığın düzəldilməsi nəticəsində digər qonşuların da sənədlərində düzəliş edilməsi zərurəti yaranacaqmı? 3) Iddiaçı İddiaçı adına 0,12 ha torpaq sahəsi ilə bağlı verilmiş ##.##.2008-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"ndə və ##.##.2009-cu il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"ndə olan koordinatlar bir-birinə uyğundurmu? Uyğun deyilsə, uyğunsuzluq sxem şəklində göstərilsin. 4) Iddiaçı İddiaçı və X5 tərəfindən ##.##.2009-cu ildə imzalanmış bölgü planındakı sxem iddiaçının adına verilmiş ##.##.2009-cu il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"ndə olan koordinatlara və cizgiyə uyğundurmu? Uyğun deyilsə, uyğunsuzluq sxem şəklində göstərilsin. 5) Iddiaçı İddiaçı adına 0,06 ha torpaq sahəsi ilə bağlı verilmiş ##.##.2010-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatlar ##.##.2009-cu ildə imzalanmış bölgü planındakı sxemə uyğundurmu? Uyğun deyilsə, uyğunsuzluq sxem şəklində göstərilsin. 6) Iddiaçı İddiaçı adına verilmiş ##.##.2010-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatlar torpaq sahəsinin faktiki vəziyyətinə uyğundurmu? Uyğun deyilsə, uyğunsuzluq sxem şəklində göstərilsin. 7) Iddiaçı İddiaçı adına verilmiş ##.##.2010-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatlar onun qonşuları X15 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 adlarına verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərindəki koordinatlarla (sənəd üzrə) üst-üstə düşürmü? Düşürsə, düşən hissənin sxemi və koordinatları göstərilsin Cavabdeh sorğuya cavab məktubunda bildirmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 məxsus 003013010154-***** reyestr nömrəli və İddiaçı məxsus ************ reyestr nömrəli, həmçinin ümumi müvafiq bağçılıq-yoldaşlıq təsərrüfatı birliyinin ərazisində olan sürüşməni aradan qaldırmaq üçün- inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 məxsus ************ reyestr nömrəli sahənin yerləşmələrinin naturada araşdırılaraq dürüstləşmə aparılması məqsədəuyğundur. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəmə iclasında sorğuda qoyulmuş suallara cavab olaraq bildirmişdir ki, ümumi ərazi daxilində sənəd üzrə sahə ilə faktiki sahə arasında sürüşmə mövcuddur. Bazadakı məlumatlarla faktiki vəziyyət uyğun gəlmir. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 məxsus 003013010154-***** reyestr nömrəli və İddiaçı məxsus ************ reyestr nömrəli, həmçinin ümumi müvafiq bağçılıq-yoldaşlıq təsərrüfatı birliyinin ərazisində olan sürüşməni aradan qaldırmaq üçün- inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 məxsus ************ reyestr nömrəli sahənin yerləşmələrinin naturada araşdırılaraq dürüstləşmə aparılması məqsədəuyğundur. Birinci kadastr planı faktiki yerinə görə verilməmişdir. Göstərilən 3 nəfərin texniki sənədlərində yanlışlıqların düzəldilməsi digər qonşuların da sənədlərində dəyişiliklərin edilməsinə zərurət yaratmır. Iddiaçı İddiaçı verilmiş ## ###### 2008-ci il tarixli plan ölçü və ## ####### 2009-ci il tarixli plan ölçüdə verilmiş koordinatlar ilə üst-üstə düşür. Iddiaçı İddiaçı və X6 tərəfindən imzalanmış ## ###### 2009-cü il tarixli bölgü planındakı sxemi iddiaçının adına verilmiş ## ####### 2009-cu il tarixli plan ölçüdəki koordinatlara və çizgiyə uyğundur. Iddiaçı İddiaçı adına verilmiş ## ###### 2010-cu il tarixli koordinatlar torpaq sahəsinin faktiki vəziyyətinə uyğun deyil. Iddiaçı İddiaçı adına verilmiş ## ###### 2010-cu il tarixli plan ölçüdəki koordinatlar onun qonşuları inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 adına olan plan ölçüdəki koordinatlarla faktiki sürüşmə səbəbindən üst-üstə düşmür. Məhkəmə kollegiyası hesab edir ki, iş materialları və apellyasiya baxışı zamanı əldə edilmiş sübutlar iddiaçının tələbinin əsaslı olduğunu təsdiq edir. Belə ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş məlumatdan görünür ki, iddiaçıya məxsus torpaq sahəsi üzrə dövlət reyestrində olan məlumatlarla faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur, torpaq sahələri arasında sürüşmə yaranmışdır və həmin uyğunsuzluğun aradan qaldırılması məqsədilə torpaq sahələrinin naturada araşdırılması və dürüstləşdirilməsinin aparılması məqsədəuyğun hesab edilmişdir. Cavabdan həmçinin müəyyən olunur ki, iddiaçıya verilmiş ## ####### 2009-cu il tarixli plan-ölçü sənədində göstərilən koordinatlar faktiki vəziyyətə uyğun olduğu halda, ## ###### 2010-cu il tarixli plan-ölçü sənədində əks etdirilmiş koordinatlar faktiki vəziyyətə uyğun gəlmir və qonşu torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür. Deməli, mövcud uyğunsuzluğun mənbəyi cavabdeh tərəfindən tərtib edilmiş texniki sənədlərdəki ziddiyyətdən irəli gəlir. Belə olan halda, cavabdehin bir tərəfdən faktiki vəziyyətlə reyestr məlumatları arasında uyğunsuzluğun mövcudluğunu və onun dürüstləşdirilməsinin zəruriliyini qəbul etməsi, digər tərəfdən isə həmin uyğunsuzluğun aradan qaldırılması üçün zəruri inzibati hərəkəti həyata keçirməkdən imtina etməsi əsaslı hesab edilə bilməz. Faktiki vəziyyətə uyğun olmayan planölçü sənədinin hüquqi dövriyyədə saxlanılması iddiaçının mülkiyyət hüququnun tam və maneəsiz həyata keçirilməsinə əngəl yaradır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, faktiki koordinatlara uyğun yeni planölçü sənədinin verilməsi mövcud ziddiyyətin aradan qaldırılması üçün zəruri və hüquqi cəhətdən əsaslandırılmış inzibati tədbirdir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas vermir, ona görə də apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI:

Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar