Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-512/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı QƏRARİ (Açar sözlər:“ texniki pasportun verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7403/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsində yerləşən 3/5 nömrəli 5 mərtəbəli binada 2 otaqlı 22 №-li mənzil İddiaçı xüsusi mülkiyyətindədir.
2. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, mənzilə bitişik 24,9 m2 dövlət tərəfindən bağlı eyvan inşa edilmişdir.
3. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin 07 avqust 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsində yerləşən 3/5 nömrəli 5 mərtəbəli binada 2 otaqlı 22 №-li mənzilə bitişik sonradan inşa edilmiş sahəsi 24,9 kv.metr olan bağlı eyvana dair hüquqmüəyyənedici (tikiliyə icazə verilməsi, rekonstruksiya, təmir işlərinin aparılmasına əsas olmuş) sənədlər binanın istismarını həyata keçirən mənzil istismar təşkilatında aşkar edilmədiyindən təqdim edilməsi mümkün olmamışdır.
4. Apellyasiya baxışı zamanı məhkəmənin mübahisə ilə bağlı Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsində yerləşən 3/5 nömrəli 5 mərtəbəli binada 2 otaqlı 22 saylı mənzilə bitişik inşa edilmiş 24,9 kv.m. bağlı eyvana dair hüquqmüəyyənedici sənədlərin (eyvan sonradan inşa edilmişdirsə icazə verilməsi, rekonstruksiya, təmir işləri aparılmasına əsas olmuş sənədlərin ) təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunması barədə sorğusuna cavab olaraq Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin 27 iyun 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, sorğuda qaldırılan məsələ ilə bağlı rayon İcra Hakimiyyətində hər hansı məlumat aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsi, ev 3/5 ünvanında yerləşən 22 saylı mənzilinə dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsində yerləşən 3/5 nömrəli 5 mərtəbəli binada 2 otaqlı 22 №-li mənzilə texniki pasportun (44,5 kv.m ümum sahə ayrı, bitişik əlavə sahə isə faktiki istifadəsində olan əlavə sahə kimi göstərilməklə) tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil iddiaçının mülkiyyətindədir. İddiaçının mənzilə dair çıxarışı olsada, həmin mənzilə dair ona texniki pasport verilməmişdir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.
8. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, mənzilə bitişik əlavə sahə inşa edilmişdir. Əlavə tikiliyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən mövcud vəziyyətə uyğun texniki pasportun tərtib edilməsi tərəflərindən mümkün olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya **********36 saylı, xx.xx.2022ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirirlər ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan mənzilin əlavə tikilisinin sahəsi 24.9 kv.m təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-7403/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsində yerləşən 3/5 nömrəli 5 mərtəbəli binada 2 otaqlı 22 №-li mənzilə texniki pasportun (44,5 kv.m ümum sahə ayrı, bitişik əlavə sahə isə faktiki istifadəsində olan əlavə sahə kimi göstərilməklə) tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
10. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7403/2023 saylı, xx.xx.2023-cü il qərarının ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilə bitişik əlavə sahə inşa edilmişdir. Əlavə tikiliyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən mövcud vəziyyətə uyğun texniki pasportun tərtib edilməsi tərəflərindən mümkün olmamışdır.Həmçinin, mənzil xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı X3 adına özgəninkiləşdirilmiş və hazırda onun adınadır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır .
e) Prosses iştirakçılarının izahatları
13. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada məlumatlandırılmış tərəflər sonuncu iclasda iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 saylı Qərarı ilə təsdiq edimiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»nın: 3.7. Ərazi idarəsinin daşınmaz əmlaka dair qeydiyyat və hüquq şöbələrində ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla sənədlərin ekspertizası həyata keçirilir. 3.8. Qeydiyyat və hüquq şöbələrində sənədlərin ekspertizası zamanı hüquqların dövlət qeydiyyatından imtinaya və hüquqların dövlət qeydiyyatının dayandırılmasına əsas olmadıqda, sənədlərə əlavə edilmiş dövriyyə vərəqi imzalanmaqla, reyestr kitabı və qovluğu, habelə elektron formada müvafiq qeydiyyat aparıldıqdan sonra qeydiyyat icraçısı tərəfindən müvafiq elektron imza ilə imzalanmış hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən elektron çıxarış (bundan sonra - dövlət reyestrindən elektron çıxarış) ərizənin icra müddəti nəzərə alınaraq ən geci 3 (üç) gün müddətinə təsdiq edilməsi üçün ərazi idarəsinin rəhbərliyinə təqdim olunur. 3.9. Qeydiyyat şöbəsi tərəfindən maliyyə və təsərrüfat fəaliyyətini həyata keçirən şöbə ilə birgə ərizəçinin müraciətinə əsasən dövlət rüsumu və xidmət haqları üzrə ödəniş sənədləri yoxlanıldıqdan sonra ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş dövlət reyestrindən elektron çıxarış “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş texniki sənədlər (texniki pasport, plan və ölçü) bu Qaydaların 2.5-ci bəndinə uyğun qaydada kağız formada ərizəçiyə təqdim olunması məqsədilə 1 (bir) gün müddətində sənədlərin qəbulu və verilməsi şöbəsinə göndərilir.
16. “İnzibati icraat haqqında” Qanunun: 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
21. Həmçinin, birinci instansiya məhkəməsində hazırda mübahisələndirilən qərar qəbul edildikdən sonra mənzil xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı X3 adına özgəninkiləşdirildiyindən və hazırda onun adına qeydiyyatdan keçdiyindən iddiaçı əsl iddiaçı X4 ilə əvəz olunmuşdur.
22. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə qismən əsaslıdır və qismən təmin olunmalıdır.
23. İşin hallarından göründüyü kimi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsində yerləşən 3/5 nömrəli 5 mərtəbəli binada 2 otaqlı 22 №-li mənzil İddiaçı xüsusi mülkiyyətində olmuşdur.Birinci instansiya məhkəməsində hazırda mübahisələndirilən qərar qəbul edildikdən sonra mənzil xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən iddiaçı X3 adına özgəninkiləşdirilmiş və hazırda onun adına daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçmişdir.
24. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, mənzilə bitişik 24,9 m2 dövlət tərəfindən bağlı eyvan inşa edilmişdir.
25. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin 07 avqust 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsində yerləşən 3/5 nömrəli 5 mərtəbəli binada 2 otaqlı 22 №-li mənzilə bitişik sonradan inşa edilmiş sahəsi 24,9 kv.metr olan bağlı eyvana dair hüquqmüəyyənedici (tikiliyə icazə verilməsi, rekonstruksiya, təmir işlərinin aparılmasına əsas olmuş) sənədlər binanın istismarını həyata keçirən mənzil istismar təşkilatında aşkar edilmədiyindən təqdim edilməsi mümkün olmamışdır.
26. Apellyasiya baxışı zamanı məhkəmənin mübahisə ilə bağlı Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsində yerləşən 3/5 nömrəli 5 mərtəbəli binada 2 otaqlı 22 saylı mənzilə bitişik inşa edilmiş 24,9 kv.m. bağlı eyvana dair hüquqmüəyyənedici sənədlərin (eyvan sonradan inşa edilmişdirsə icazə verilməsi, rekonstruksiya, təmir işləri aparılmasına əsas olmuş sənədlərin ) təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunması barədə sorğusuna cavab olaraq Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin 27 iyun 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, sorğuda qaldırılan məsələ ilə bağlı rayon İcra Hakimiyyətində hər hansı məlumat aşkar edilməmişdir.
27. Məhkəmə Kollegiyası hazırkı işin hallarına tətbiq olunan hüquq normalarından çıxış edərək qeyd edir ki, Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsində yerləşən 3/5 nömrəli 5 mərtəbəli binada 2 otaqlı 22 №-li mənzilə bitişik sonradan inşa edilmiş sahəsi 24,9 kv.metr olan bağlı eyvana dair hüquqmüəyyənedici (tikiliyə icazə verilməsi, rekonstruksiya, təmir işlərinin aparılmasına əsas olmuş) sənədlər binanın istismarını həyata keçirən mənzil istismar təşkilatında aşkar edilmədiyindən və beləliklə, iddiaçının bu hissədə tələbi cavabdehin öhdəliyi olaraq müəyyən edilmiş qanunvericilik normaları ilə uzlaşmadığından Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)- 7403/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsində yerləşən 3/5 nömrəli 5 mərtəbəli binada 2 otaqlı 22 №-li mənzilə bitişik əlavə sahənin iddiaçının faktiki istifadəsində olan əlavə sahə kimi göstərilməklə texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi hissəsində ləğv olunmalı, həmin hissədə iddia rədd edilməli, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-7403/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə Kollegiyasının Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)- 7403/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair qənaəti ona əsaslanır ki, Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsində yerləşən 3/5 nömrəli 5 mərtəbəli binada 2 otaqlı 22 №-li mənzil iddiaçının mülkiyyətindədir, həmin mənzilin heç bir əlavə tikili inşa olunmadan ümumi sahəsinə dair texniki pasportun verilməsi Bu Qərarın 15-ci bəndində istinad olunan normaların, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 saylı Qərarı ilə təsdiq edimiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»nın tələblərinə uyğundur.(Qeydiyyat şöbəsi tərəfindən maliyyə və təsərrüfat fəaliyyətini həyata keçirən şöbə ilə birgə ərizəçinin müraciətinə əsasən dövlət rüsumu və xidmət haqları üzrə ödəniş sənədləri yoxlanıldıqdan sonra ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş dövlət reyestrindən elektron çıxarış “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş texniki sənədlər (texniki pasport, plan və ölçü) bu Qaydaların 2.5-ci bəndinə uyğun qaydada kağız formada ərizəçiyə təqdim olunması məqsədilə 1 (bir) gün müddətində sənədlərin qəbulu və verilməsi şöbəsinə göndərilir.Qaydaların 3.9-cu bəndi)
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7403/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qismən- Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsində yerləşən 3/5 nömrəli 5 mərtəbəli binada 2 otaqlı 22 №-li mənzilə bitişik əlavə sahənin (sonradan inşa edilmiş sahəsi 24,9 kv.metr olan bağlı eyvan) iddiaçının faktiki istifadəsində olan əlavə sahə kimi göstərilməklə texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi hissəsində ləğv olunsun. İddia həmin hissədə təmin edilməsin. Qərar qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.