Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5126/2025 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (3-cü şəxs Azərbaycan Respublikası Sosial Xidmətlər Agentliyi işə cəlb edilməklə) qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “mənzil növbəsinə götürülmə”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X11 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 Üçüncü şəxsin nümayəndəsi X7 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5369/2025 saylı, 28 oktyabr 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 5-16/1-Ə-157-068/2024 nömrəli məktubla imtina edilmişdir.
2. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: - Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri Cavabdehnə ünvanlanmış 1 noyabr 2024-cü il tarixli, 5-76/2-477/2024 nömrəli məktubla bildirilmişdir ki, vətən müharibəsi şəhidi X8 anası X1 Rayon İcra Hakimiyyəti başçısının 17 avqust 2021-ci il tarixli, 198 nömrəli sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətində imtiyazlı mənzil növbəsinə götürülmüş və 2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonunda yerləşən, şəhid ailələri və müharibə əlilləri üçün tikilmiş binadan mənzillə təmin olunmuşdur. – Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 17 avqust 2021-ci il tarixli, 198 nömrəli sərəncamına əsasən X9 4 nəfər ailə üzvü ilə birlikdə Şəmkir Rayon İcra Hakimiyyətində imtiyazlı mənzil növbəsinə götürülmüşdür. - Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 25 sentyabr 2024-cü il tarixli, 3-17-7/2-Ə-41317/2024 nömrəli arayışa əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun şəhid ailəsi üzvü kimi 200 (iki yüz) manat məbləğində Prezident təqaüdü alır. - 2 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestrindən” arayışa əsasən İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətə əsasən aşağıdakı daşınmaz əmlak aşkar edilmişdir: Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi tam olmayan elektron məlumat bazasına əsasən Şəmir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0.71 ha kənd təsərrüfatı təyinatlı, ümumbirgə mülkiyyətdə olan, **********63 JN:1124, xx.xx.2002-ci il qeydiyyat tarixli torpaq sahəsi.
3. Məhkəmənin sorğusuna əsasən Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən 1 may 2025-ci il tarixli, 5-76/2-502/2025 nömrəli məktubla bildirilmişdir ki, Şəhid anası X6 digər imtiyazlı şəxslərlə birlikdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 17 avqust 2021-ci il tarixli, 198 nömrəli Sərəncamı ilə imtiyazlı mənzil növbəliyinə götürülmüş və 28 iyun 2022-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonu ərazisində yerləşən şəhid ailələri və müharibə əlilləri üçün tikilmiş binalardan mənzillə təmin edildiyindən mənzil növbəliyindən çıxarılmışdır. Şəhid anası X3 imtiyazlı mənzil növbəliyinə götürüldüyü Sərəncamdan çıxarış məktuba əlavə edilərək məhkəməyə təqdim edilmişdir.
4. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 19782/2025 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
5. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 15 may 2025-ci il tarixli, 3-17-3/2-14795/2025 nömrəli məktubla bildirilmişdir ki, Şəmkir rayon İcra Hakimiyyəti başçısının 198 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə vətən müharibəsi şəhidi X8 anası X6 güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və 28 iyun 2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samuxrayonu, Seyidlər kəndi ərazisində yerləşən Yaşayış Kompleksindən ikiotaqlı mənzillə təmin olunmuşdur. Mənzil ilə təmin olunarkən Nazirlik tərəfindən M.Ələsgərovaya təqdim edilmiş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
6. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 18 iyul 2025-ci il tarixli, 3-21-3-30/2- 31030/2025 nömrəli məktubla Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 65 a, 47 saylı mənzilə dair arxiv sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
7. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-3/2-26952/2025 nömrəli məktubla bildirilmişdir ki, Vətən müharibəsi şəhidi X8 anası X6 şəhid ailəsi üzvü kimi əri və 2 oğlu ilə birlikdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş və Agentlik tərəfindən mənzillə təmin edilmişdir.
8. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 51189/2025 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı ölkə ərazisində (son beş il ərzində) adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
9. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 17 iyul 2025-ci il tarixli, 3-52-13-7/2-237/2025 nömrəli məktubla təqdim edilmiş 84 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş məlumatdan müəyyən edilmişdir ki, İddiaçı C.ünvan 3 ünvanında qeydiyyatda olub-olmadığı barədə MKİS-də heç bir məlumat yoxdur və bu ünvanda yaşamır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
10. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı şəhid ailələri üçün nəzərdə tutulmuş mənzilin verilməsi və mənzil növbəsinə yazılma tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ələsgərli (Qasımova) Zülfiyyə İsmayıl qızı xx.xx.1970-ci il tarixində Şəmkir rayonu, Zəyəm qəsəbəsində anadan olmuşdur. Mərhum əri şəhid X13 ilə 2017-ci ildən faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşdur. 27 mart 2019-cu il tarixində 5 saylı Bakı “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsində 952 nömrəli akt qeydi ilə qeydə alınmış nikah haqqında şəhadətnamə əsasında nikahlarını rəsmiləşdirmişlər. Mərhum əri şəhid X13 ilə 2018-ci ildən ünvan 4 ünvanında müəvqqəti kirayəçi olaraq yaşamışdır. Mərhum əri şəhid X13 gizir rütbəsində hərbi qulluqçu idi. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur. Adına heç bir daşınmaz əmlak (ev) yoxdur. O, orta təhsillidir. Heç bir ixtisasa sahib olmadığı üçün və 3 dəfə cərrahi əməliyyat keçirdiyi üçün işləmək qabiliyyəti olmadığına görə heç bir yerdə işləyə bilmir. Yaşamağa evi yoxdur. Hazırda o tək xanım olaraq şəhid ailəsi xanımı olaraq Bakı şəhəri, Nizami rayonu, C.ünvan 3 ünmvanında məcburiyyətdən şəraitsiz, təmirsiz evdə maddi sıxıntılar içərisində, müvəqqəti kirayəşin olaraq yaşayır. Onun özünün yaşamağa evi yoxdur. Kirayə qaldığı mənzilin sahibi kimi onu həmin ünvana pasport qeydiyyatına almışdır. Kirayə qaldığı evin sahibi həmin evi satışa çıxarıb, o, ondan 1 ay möhlət almışdır ki, özünə sığıncaq ev tapsın. O, xx.xx.2024-cü il tarixində Bakı şəhəri Cavabdehnə ona imtiyazlı ailələr, şəhid ailələri üçün nəzərdə tutulmuş mənzil verilməsi və mənzil növbəsinə yazılması üçün ona köməklik göstərilməsi barədə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən ona xx.xx.2024-cü il tarixində imtina məktubu göndərilmişdir. Məhz bu səbəbdən də, cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək məcburiyyətində qalmışdır.
12. Məhkəmənin xx.xx.2025-ci il tarixli e-2-1(112)-5369/2025 nömrəli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Sosial Xidmətlər Agentliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
13. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək xx.xx.1970-ci il təvəllüdlü İddiaçı mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
14. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
15. Etiraza əsasən, araşdırma zamanı müəyyən edilmişdir ki, X2 anası X1 Rayon İcra Hakimiyyəti başçısının 17 avqust 2021-ci il tarixli 198 No-li sərəncamına əsasən imtiyazlı əsaslarla mənzil növbəsinə götürülmüş və 2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonunda inşa edilmiş binada şəhid ailəsi kimi mənzillə təmin edilmişdir. Bu müddətdə İddiaçı Şəmkir rayonunda qeydiyyatda olmuş və şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi ilə bağlı aidiyyəti quruma müraciət etməmişdir. X2 anası X4 qeyd edilən mənzil verildikdən sonra, yəni 2024-cü ilin may ayında İddiaçı öz yaşayış yerini dəyişərək yuxarıda qeyd olunan ünvana daimi qeydiyyata alınmışdır. Məlumat üçün bildirilmişdir ki, şəhid ailələri üçün nəzərdə tutulan mənzil təminatı ilə bağlı imtiyaz hüququndan bir dəfə istifadə olunur. Yuxarıda qeyd olunanlara və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinin 2-ci abzasına əsasən Bakı şəhərində azı son 7 il ərzində fasiləsiz daimi qeydiyyatda olan vətəndaşlar mənzil növbəsinə dayanmaq hüququnu əldə etdiyindən İddiaçı xahişinin yerinə yetirilməsi imkan xaricində olmuş və bu səbəbdən də ona imtina cavabı verilmişdir.
16. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5369/2025 saylı, 28 oktyabr 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhərində (Nizami rayonunda) xx.xx.2024-cü ildən qeydiyyata düşmüşdür. Beləliklə, iddiaçının daimi olaraq 7 il müddətində Bakı şəhərinin Nizami rayonu ərazisində yaşaması öz təsdiqini tapmır. İddiaçının ümumiyyətlə qeydiyyatda olduğu ünvanda yaşamaması həmçinin, iş materiallarında olan 84 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş arayışla da, təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mənzillə təmin olunmaq üçün mənzil növbəsinə götürülmə hüququna malik deyildir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 5369/2025 saylı, 28 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Məhkəmə “7 il qeydiyyat” şərtini səhv tətbiq etmişdir. İddiaçının heç bir evi yoxdur. 3 dəfə əməliyyat keçirmişdir, əmək qabiliyyəti yoxdur. Şəhid həyat yoldaşının ölümündən sonra ağır sosial vəziyyətdə kirayədə yaşayır. O, Şəmkir İH tərəfindən imtiyazlı mənzil növbəsinə götürülmüşdür. Şəhid ailəsi kimi mənzillə təmin olunma faktı ailə tərkibi əsasında araşdırılır. Şəhid ailələri üçün mənzil təminatı imtiyazlı kateqoriyadır, adi mənzil növbəsi qaydalarından fərqlidir. “7 il qeydiyyat” tələbi yalnız adi növbəyə şamil edilir, şəhid ailəsi üçün ayrıca dövlət proqramı var. Məhkəmə bu hüquqi və faktiki fərqi müəyyən etmədən nəticə çıxarıb. Daşınmaz Əmlakın Dövlət Kadastrı İdarəsi tərəfindən məhkəməyə 36 səhifəlik arxiv sənədləri təqdim olunub: Lakin, Məhkəmənin qərarında bu sənədlərin tədqiq edilməsi barədə bir cümlə belə yoxdur. Mənzilin kimə məxsus olduğu, hansı statusda olduğu, yaşayış üçün yararlılığı kimi halların heç biri qiymətləndirilməyib. 3-cü şəxs- Sosial Xidmətlər Agentliyi — işin mahiyyəti üçün çox mühüm bir orqandır, lakin, Qərarda agentlikdən məlumat alınması, onun təqdim etdiyi sənədlərə qiymət verilməsi, Şəhid ailələrinin mənzil təminatı üzrə siyahıların araşdırılması barədə heç bir qeyd yoxdur. Nizami MKİS tərəfindən verilmiş arayışın mahiyyəti dəqiqləşdirilmədən sübut kimi qəbul edilmişdir. Məhkəmə arayışın yalnız bir hissəsindən istifadə edərək iddiaçının həmin ünvanda yaşamamasını qeyd etmişdir: Lakin araşdırılmayıb: arayışın hansı məqsədlə verildiyi, qeydiyyatla faktiki yaşayış arasındakı fərqlər, ev sahibinin iddiaçını qeydiyyata alması faktının mahiyyəti, arayışın hüquqi çəki və təsir dairəsi. Bu isə arayışın formal və birtərəfli qiymətləndirilməsi deməkdir. Üçüncü şəxs – Sosial Xidmətlər Agentliyindən heç bir məlumat tələb edilməmişdir Halbuki: şəhid ailələrinin mənzil təminatı məhz bu qurum tərəfindən aparılır; ailə tərkibi, prioritet siyahılar, verilməli olan mənzillər barədə əsaslı məlumatlara malik olan orqan məhz budur; məktub və ya sorğu göndərilməməsi iş üçün mühüm sübutların toplanmamasıdır. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bir çox faktiki halları sübut etdirməmiş, tələb olunan sübutları toplatmamış və beləliklə də qanunsuz, natamam və tələblərə uyğun olmayan qərar qəbul etmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
21. Məhkəmə Kollegiyasının iclasında iddiaçı, onun vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər.
22. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
23. Məhkəmə Kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Maddə 3.2. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra– yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra– uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra– uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X10 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X10 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Maddə 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.
25. XX çağırış Bakı şəhər X6 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”:
8. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
30. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iş üzrə iddiaçının hüquqi marağı və məqsədi şəhid ailəsinin üzvü kimi yaşayış yeri üzrə Bakı şəhəri Cavabdehndə güzəştli mənzil növbəsinə götürülməsinə və nəticə etibarilə həmin növbə əsasında mənzillə təmin olunmasına nail olmaqdan ibarətdir.
31. İşin hallarından görünür ki, X2 anası X1 Rayon İcra Hakimiyyəti başçısının 17 avqust 2021-ci il tarixli 198 No-li sərəncamına əsasən imtiyazlı əsaslarla mənzil növbəsinə götürülmüş və 2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonunda inşa edilmiş binada şəhid ailəsi kimi mənzillə təmin edilmişdir. Bu müddətdə hazırkı iş üzrə İddiaçı Şəmkir rayonunda qeydiyyatda olmuş və şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi ilə bağlı aidiyyəti quruma müraciət etməmişdir.
32. X2 anası X4 qeyd edilən mənzil verildikdən sonra, yəni 2024-cü ilin may ayında İddiaçı öz yaşayış yerini dəyişərək Bakı şəhəri üzrə yuxarıda qeyd olunan ünvana daimi qeydiyyata alınmışdır.
33. Məhkəmə Kollegiyası qeyd edir ki, şəhid ailələri üçün nəzərdə tutulan mənzil təminatı ilə bağlı imtiyaz hüququndan bir dəfə istifadə olunur.
34. Məhkəmə Kollegiyası həmçinin, qeyd edir ki, yuxarıda qeyd olunanlara və tətbiq edilən “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinin 2-ci abzasına əsasən Bakı şəhərində azı son 7 il ərzində fasiləsiz daimi qeydiyyatda olan vətəndaşlar mənzil növbəsinə dayanmaq hüququnu əldə etdiyindən İddiaçı iddiasının rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
35. Nəzərə alınmalıdır ki, işin hallarına tətbiq edilən normalara əsasən Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, bu qaydalar qəbul edildikdən sonra Bakı şəhərinə gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir. İddiaçı Bakı şəhərində (Nizami rayonunda) xx.xx.2024-cü ildən qeydiyyata düşmüşdür.
36. Beləliklə, iddiaçının daimi olaraq 7 il müddətində Bakı şəhərinin Nizami rayonu ərazisində yaşaması öz təsdiqini tapmır. İddiaçının ümumiyyətlə qeydiyyatda olduğu ünvanda yaşamaması həmçinin, iş materiallarında olan 84 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş arayışla da, təsdiq edilmişdir.
37. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 3015/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında ifadə olunmuşdur.
38. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.Bundan başqa məhkəmə Kollegiyası oxşar mübahisələr üzrə anoloji məhkəmə qərarlarının mövcudluğunu diqqətə çəkir.Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1915/2025 nömrəli qərarında hüquqi mövqe olaraq məhkəmə Kollegiyası qeyd etmişdir ki:”.... 30. Məhkəmə kollegiyası şikayətin dəlili ilə razılaşmayaraq bildirir ki, iddiaçının mövqeyi qanunvericiliyin tələbinə uyğun deyildir. 31. Belə ki, Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi nəzərdə tutulmuşdur. Həmin maddənin tətbiqi ilə bağlı Fərmanla müvafiq icra hakimiyyətinin səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə həvalə edilmişdir. Bundan sonra Nazirlər Kabineti tərəfindən bununla bağlı ayrıca qərar qəbul edilməmişdir. Lakin vətəndaşların mənzil uçotuna götürülməsi ilə bağlı Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar mövcuddur, qüvvədədir və son illərə qədər Nazirlər Kabineti tərəfindən həmin Qaydalara bir sıra əlavə və dəyişikliklər edilmişdir. Bəhs olunan “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalara görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər XDS tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. 32. Həmin Qaydalara uyğun olaraq Bakı Şəhər X5 4-cü sessiyasının 08 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmış və qeydiyyatda olma müddəti müəyyən edilmişdir. 33. Bu Qaydaların 8-ci bəndinə əsasən isə, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. 34. Məhkəmə kollegiyası Qaydaların qeyd edilən müddəalarına əsaslanaraq bildirir ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Qaydalarda bu vaxt müddəti 7 il müəyyən edilmişdir. Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçı Bakı şəhərində (Nəsimi rayonunda) xx.xx.2020-ci ildən qeydiyyatdadır. Həmin vaxtadək isə Hacıqabul rayonunda qeydiyyatda olmuş və orada mənzil uçotuna götürülmüşdür. İddiaçı barəsində imperativ tələblə bağlı müddəa, yəni Bakı şəhərində 7 il daimi qeydiyyatda olmadığından onun mənzil uçotuna götürülməsi barədə iddia tələbi haqlı olaraq təmin edilməmişdir....”
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
40. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5369/2025 saylı, 28 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5369/2025 saylı, 28 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.