Məhkəmə qərarları › İş №2-1(103)-5129/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5129/2025

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5129/2025 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X3 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı İddiaçı və iddiaçının qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı Qanuni nümayəndə cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məcburi köçkün statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçı Qanuni nümayəndə əsl iddiaçı İddiaçı ilə əvəz edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə məcburi köçkün statusuna malik olan X1 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. A.Fətəliyev Cəbrayıl rayonundan məcburi olaraq erməni işğalçılarının torpaqları zəbt etməsi ilə əlaqədar məcburi köçkün kimi Bakı şəhərinə köçmüşdür. Ona “məcburi köçkün” statusu verilmişdir. Onların birgə nikahından İddiaçı doğulmuş və atası A.Fətəliyev məcburi köçkün olduğuna görə ona da məcburi köçkün statusu verilmişdir. Doğum haqqında şəhadətnaməsində də bununla əlaqədar qeydiyyat aparılmışdır. A.Fətəliyev vəfat etdikdən sonra qızı üçün müəyyənləşdirilmiş məcburi köçkün statusu ləğv edilmişdir. Bununla əlaqədar cavabdehə müraciət edilmiş, həmin təşkilatdan imtina cavabı verilmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Günel Tanrıverdiyeva) *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. ##.##.2008-ci il tarixdə Cəbrayıl rayon qeydiyyat şöbəsi tərəfindən ona AZ-II seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. ##.##.2008-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Icra Hakimiyyətində məcburi köçkün kimi 050007 nömrə ilə qeydiyyata alınmışdır. Bu barədə İddiaçı doğum haqqında şəhadətnaməsinin üzərində müvafiq qeyd aparılmışdır. Işin faktiki hallarından və təqdim edilmiş sənədlərdən göründüyü kimi İddiaçı doğulduğu tarixdən dərhal sonra məcburi köçkün kimi qeydiyyata alınmışdır. İddiaçı atası X1 ##.##.1978-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. X1 ##.##.1993cü il tarixdə Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında məcburi köçkün olaraq müvəqqəti məskunlaşmışdır. ##.##.2013-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində (avtoqəza) vəfat etmişdir. Həmin tarixədək AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi üzrə Cəbrayıl rayonunda qeydiyyatda olmaqla məcburi köçkün statusunda olmuşdur. Məlum olduğu kimi, yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. Göstərilən tələbə uyğun olaraq İddiaçı Cəbrayıl rayonuna qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsinin alınması nəzərdə tutulmuşdur. Lakin ailə başçısı olan atası Aqil Fətəliyev qəflətən vəfat etdikdən sonra ilk dəfə 6 yaşında İddiaçı 2014-cü ildə şəxsiyyət vəsiqəsi alınmış və həmin sənəddə anası Qanuni nümayəndə (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE 19135900) qeydiyyatda olduğu yuxarıda göstərilən ünvana qeydiyyata alınmışdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” Cavabdeh 2013-cü il ## ### tarixli * №-li qərarı ilə təsdiq edilmişdir. Sözügedən Qaydalarda müəyyən olunmuş müddəalar (4.1.6-cı yarımbənd) hazırki işə deyil, ##.##.2013-cü il tarixdə qüvvəyə mindikdən sonra bu sahə üzrə əmələ gəlmiş münasibətlərə tətbiq edilməlidir. Belə ki, İddiaçı artıq ##.##.2008-ci il tarixdə “Məcburi köçkün” statusu əldə etmişdir. Həmin vaxt qeyd olunan sahə - Cavabdeh Kollegiyası tərəfindən 2004-cü il ## #### tarixli qərarla təsdiq olunmuş “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair Qaydalar”ın tələbləri üzrə tənzimlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2-ci bəndinin hərfi məzmunundan göründüyü kimi aylıq müavinət məcburi köçkün statusu olan normada sadalanan şəxslərə münasibətdə 2017-ci il # ###### tarixindən dayandırılmışdır. Yəni bu, bir daha təsdiq edir ki, “valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlar” - məcburi köçkün statusu olan şəxslər kateqoriyasına aid olmuşdur (2013-cü il ## ### tarixli * №-li qərar qəbul olunanadək bu statusu əldə etmiş şəxslərə münasibətdə). Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Bildiririk ki, qeydiyyatınız ünvan 3 ünvanında olduğundan övladınız ##.##.2008-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi Komitənin imkanı xaricindədir. Iş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilir: Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2025ci illəri əhatə edən elektron məlumat bazasında Qanuni nümayəndə və X1 məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə qeyd aşkar edilmədi. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" # #### 1999-cu il tarixli *** nömrəli Fərmanının 2-ci hissəsinə əsasən həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 3-cü bəndinə əsasən Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. Cavabdeh ## ### 2013-cü il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona, yəni ##.##.2008-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsinə nail olmaqdan ibarətdir. Bununla əlaqədar cavabdehə müraciət edilsə də, cavabdeh iddiaçının anası Qanuni nümayəndə ünvan 1 ünvanında qeydiyyatda olması əsası ilə müraciətin təmin olunmasından “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələbinə əsasən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Lakin iş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının anası Qanuni nümayəndə ünvan 2 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, iddiaçının anasının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmadığından “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün qanunvericiliklə tələb olunan şərt ödənilmir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar