Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-513/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X3 və X2 ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (ünvan 1 m. 174 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X12 Xüsusi X1rşı 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-2132/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X12 Hərbi Qulluqçular və Xüsusi Rütbəli X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirdiyi illəri nəzərə almaqla pensiyasının yenidən hesablaması və ona bu əsasla əmək pensiyası təyin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixdə göndərilən yeni məlumat vərəqəsinə əsasən təqaüdünün yenidən hesablanması, həmçinin təqaüd məbləğində yaranmış fərqin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X12 X8 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2008-ci ilə qədər Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət göstərmişdir. 2008-ci ildə yaşa görə pensiyaya çıxmaqla işdən ayrılmışdır. Ona həmin tarixdən etibarən 573 manat əmək pensiyası təyin olunmuşdur. Daha sonra xx.xx.2009-cu ildə işə yenidən bərpa olmuş və xx.xx.2018-ci ilə qədər Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında hərbi xidmətini davam etdirmişdir. Hərbi xidmətini davam etdirdiyi həmin illərdə pensiya almamışdır. xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X12 Hərbi Qulluqçular və X9 İş İdarəsinə məktubla müraciət etmiş və həmin məktuba cavab olaraq bildirilmişdir ki, təminat xərcliyinə (863,75 manat) uyğun olaraq 761,93 manat məbləğində pensiya hesablanmışdır. DSMF tərəfindən pensiya təyin olunarkən onun 2008-ci ilədək işlədiyi illər nəzərə alınaraq pensiya təyin olunmuş, 2009-cu ildən 2018-ci ilədək işlədiyi illər isə nəzərə alınmamışdır. Beləliklə onun hüquqları ciddi pozulmuşdur. Daha sonra o, yenidən xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X12 Hərbi Qulluqçular və X9 İş İdarəsinə məktubla müraciət edərək xahiş etmişdir ki, 2009-cu ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində Xidmətə cəlb olunmuşdur və 2018-ci ilədək orada çalışmışdır. Bunun üçün də pensiya məbləği yenidən hesablanmalıdır. Lakin Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X12 Hərbi Qulluqçular və X9 İş İdarəsi məktubuna cavab olaraq bildirmişdir ki, hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablana bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.6-cı maddəsinə görə “Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.” Qanunvericiliyin bu tələbini nəzərə alaraq, yenidən işlədiyi müddətdə fərdi hesabında yığılan sığorta pensiya kapitalına uyğun olaraq əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim E.Məmmədov) 2-1(81)-2132/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2132/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X7məruzəçi, X11 və X4) 2-1(103)-1961/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilmiş, iddiaçının 2009-2018- ci illər üzrə onun fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalı nəzərə alınmaqla, ona pensiya yenidən hesablanması və pensiya məbləğində yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-3212/2019 saylı qərarı ilə (hakimlər R.Nəbizadə, A.Hüseynov, X.Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1961/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə kollegiyasının yardım etmək təklifinə cavab olaraq iddiaçı birinci instansiya məhkəməsində verdiyi iddia tələbinə dəqiqləşdirmə ərizəsini müdafiə etdiyini bildirdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X13 və cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2132/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin təmin etdiyi iddia tələbi barədə ilk dəfə məhkəməyə müraciət etsə də, sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə vermiş, birinci instansiya məhkəməsi də dəqiqləşdirilmiş tələbə baxmışdır. Dəqiqləşdirilmiş tələbdə fərdi hesabda qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması xahiş edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X12 Hərbi Qulluqçular və X10 İş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********0 saylı, xx.xx.2019-cu il tarixli imtina məktubundan görünür ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş xx xxxxxx 2009-cu il tarixli 796 nömrəli məlumat vərəqəsinə əsasən xx xxxxxx 2009-cu il tarixində hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu təyinatdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmətə cəlb olunmuş və xx xxxxxx 2018-ci il tarixdə ehtiyata buraxılmışdır. Bununla əlaqədar olaraq İdarəyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx xxxxxx 2018-ci il tarixli yeni məlumat vərəqəsi daxil olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Buna görə də yeni məlumat vərəqəsi əsasında əmək pensiyasının yenidən hesablanaraq ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. İş materiallarında olan xx.xx.1979-cu il tarixdə doldurulmuş, iddiaçıya məxsus BT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1982-ci il tarixdə Mozr şəhərində Daxili İşlər orqanlarına xidmətə qəbul edilmiş, (qeyd № 6), xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Orqanlarından ayrılmışdır. (qeyd №7) İddiaçıya məxsus pensiya işinin surəti birinci instansiya məhkəməsinə təqdim edilmiş və həmin pensiya işi tədqiq edilərək müəyyən edilmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.4-cü maddəsinə əsasən xx.xx.2008-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin işin hallarından görünür ki, iddiaçı ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edildikdən sonra Daxili işlər orqanlarına işə bərpa olunmuş və xx.xx.2009cu ildən xx.xx.2018-ci ilə qədər hərbi xidmətini davam etdirərək, xx.xx.2018-ci il tarixdə ehtiyata buraxılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Dövlət X15 xx xxxxxx 2018-ci il tarixdə yeni məlumat vərəqəsi təqdim edilmişdir. Lakin həmin məlumat vərəqi iddiaçının əmək pensiyasının yenidən hesablanması mümkün olmadığından nəzərə alınmamışdır. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. İddiaçı hərbi xidmətdən buraxıldıqdan sonra xx.xx.2008-ci il tarixdə ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin o, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirmişdir. Hazırkı halda iddiaçı ona əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirdiyi xx.xx.2009-cu ildən xx.xx.2018-ci illərin nəzərə alınaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli yeni məlumat vərəqəsi əsasında ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Lakin qanunvericiliyin tələblərindən göründüyü kimi əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli yeni məlumat vərəqəsini nəzərə almamaqda haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-2132/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2132/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-513/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-513/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver